Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də müxtəlif sahələrdə ali təhsilli mütəxəssislər hazırlamaq üçün yüz nəfər azərbaycanlı gəncin Avropanın ali məktəblərinə göndərilməsi olmuşdur.
Qərarın qəbulu
Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən 70-ci iclasında Bakı Dövlət Universitetinin təsisi ilə yanaşı, 1919–1920 tədris ilindən başlayaraq, yüz nəfər azərbaycanlı gəncin Hökumət hesabına təhsil almaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilməsi haqqında məsələ də müzakirə edilmişdir. Bu məsələ ilə əlaqədar Əhməd bəy Pepinovun məruzəsi ətrafında müzakirələrdə , Abdulla bəy Əfəndizadə, , Məmmədrza ağa Vəkilov, Qasım bəy Camalbəyov, Qara bəy Qarabəyli, Muxtar Əfəndizadə, Ağa Aşurov, xalq maarifı naziri Rəşid xan Qaplanov və b. çıxış edərək, ölkə iqtisadiyyatının elm, təhsil və mədəniyyətinin gələcək inkişafı üçün tələbələrin xarici ölkələrdə ali təhsil almağa göndərilməsinin əhəmiyyətini vurğulamışlar. 1919–1920 tədris ilində xaricdə təhsil almağa göndəriləcək tələbələr barədə Azərbaycanın Cümhuriyyəti Parlamentinin xaricdə təhsil almağa göndərilən azərbaycanlı tələbələrə vəsait ödənilməsi haqqında qərarı ilə bu iş üçün dövlət xəzinəsindən xalq maarifi nazirliyinin sərəncamına 7 milyon manat vəsait ayrılmışdı. Avropa ali məktəblərinə göndərilən hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya ali məktəblərinə göndəriləcək tələbələrə isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci ayrılmalı idi. Xaricə göndəriləcək tələbələri seçmək üçün Xalq Maarifi Nazirliyi yanında Məhəmməd Əmin Rəsulzadə (sədr), Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Mehdi bəy Hacınski və Abdulla bəy Əfəndizadədən ibarət çox nüfuzlu münsiflər heyəti yaradılmışdı. Münsiflər heyətinin diqqətlə seçdiyi tələbələrdən 10 nəfərinin İngiltərəyə, 23 nəfərinin İtaliyaya, 45 nəfərinin Fransaya, 9 nəfərinin Türkiyəyə göndərilməsi nəzərdə tutulurdu. Nəticədə isə Xalq Maarifi Nazirliyi tərəfindən xaricə göndərilən tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 nəfərinə Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə İngiltərənin, 6 nəfərinə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd verilmişdi. Qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi. Rusiyada vətəndaş müharibəsi ilə əlaqədar yaranmış şəraitə görə oraya tələbə göndərmək mümkün olmamışdı. Xaricə göndərilən tələbələr 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, iş adamlarının, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə təntənəli surətdə yola salındılar. Tələbələrin Batuma getmələri üçün xüsusi vaqon ayrılmışdı. 1920-ci il fevralın 11-də Parisə çatan tələbələr burada Paris Sülh Konfransında (1919–1920) iştirak edən Azərbaycan nümayəndə heyəti tərəfindən hərarətlə qarşılandı. Nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov tələbələr qarşısında böyük nitq söylədi. Bundan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif ölkələrinə yollandılar.
Aprel işğalından sonra
Lakin Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin belə diqqətlə seçərək, böyük ümidlərlə xarici ölkələrin ali məktəblərinə yola saldığı bu tələbələrin taleyi Aprel işğalından (1920) sonra çox acınacaqlı oldu. Ölkənin bolşevikləşdirilməsi nəticəsində vəziyyət kəskin şəkildə dəyişdi. Tələbələrə pul göndərilmədi. Onlar bu barədə Nəriman Nərimanova müraciət etdilər. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il avqustun 9-da Nəriman Nərimanovun şəxsi təşəbbüsü və sədrliyi ilə keçirilən iclasında keçmiş Azərbaycan Hökumətinin xaricə göndərdiyi tələbələrin təhsillərini başa vurması üçün vəsait buraxılması və ümumiyyətlə, onlara maddi yardım göstərilməsi məsələsi müzakirə edilərək, müsbət qərar qəbul olundu və xaricdə oxuyan tələbələrə lazımi maddi kömək göstərilməsi yollarının müəyyənləşdirilməsi və göndərilməsi məsələlərinin həlli xalq maarifi və xalq xarici işlər komissarlıqlarına tapşırıldı. Azərbaycan SSR Xalq Komissarlar Sovetinin sədri kimi Nəriman Nərimanov xaricdə təhsil alan azərbaycanlı tələbələrə yardımın davam etdirilməsi haqqında xüsusi qərar imzaladı. Nəriman Nərimanov hələ 1919-cu ildən xaricdə oxuyan azərbaycanlı tələbələrin işinə məşğul 1921-ci il iyunun 18-də xaricdə oxuyan azərbaycanlı tələbələrin işləri üzrə xüsusi müvəkkil təyin etdi. Həmin il iyulun əvvəllərində B. Axundov xaricdə oxuyan azərbaycanlı tələbələrin maddi vəziyyətini öyrənmək və onlara əməlli köməklik göstərmək üçün azərbaycanlı tələbələrin oxuduğu Qərbi Avropa ölkələrinin paytaxtlarına ezam olundu. O, bütün maneələri dəf edərək, yalnız həmin il oktyabrın axırlarında Parisə gəlib çata bildi. 1922-ci ilin yanvarına qədər Paris, Berlin və Avropanın digər şəhərlərinə səfər edən B. Axundov Fransanın müxtəlif məktəblərində 28, Almaniyanın ali məktəblərində 49, İtaliyada 3 nəfər tələbənin oxuduğunu müəyyənləşdirdi.Bakıya qayıtdıqdan sonra, o, 1922-ci il martın 2-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun adına əhatəli hesabat təqdim etdi. Bu hesabat əsasında Nəriman Nərimanovun şəxsi göstərişi ilə xaricdə oxuyan tələbələrə təhsillərini müvəffəqiyyətlə davam etdirmələri üçün lazımi şərait yaradılması tapşırıldı. 1922-ci ilin sonlarında Nəriman Nərimanov Moskvaya işə keçirildikdən sonra, xaricdə oxuyan tələbələrə münasibət yenidən dəyişdi. Xaricdə oxuyan tələbələr "sədaqətli" və "sədaqətsiz" adı ilə iki qismə bölündü. Onlara münasibət də bu yöndə quruldu. Nəticədə, təhsil haqqını ödəyə bilməyən tələbələrdən gündəlik çörəyə möhtac olaraq, ən ağır şəraitdə işləmək məcburiyyətində qalanlar, həbsxanalara düşənlər, hətta böhranlı vəziyyətdən çıxış yolu tapmayaraq, intihar edənlər də olmuşdur. Çox çətinliklə təhsilini başa çatdırıb, yüksək ixtisaslı mütəxəssislər kimi vətənə qayıdan tələbələrin əksəriyyəti isə sonralar "qırmızı terror"un qurbanı oldular.
Həmçinin bax
Mənbə
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Xaricdə təhsil almalı göndərilən azərbaycanlı tələbələr haqqında qərar maddəsi.
İstinadlar
- Azərbaycan tarixi, 7 cikidə, c.5, B., 2001
- Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament (stenoqrafik hesabatlar), B., 1998
- Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001
- Азербаиджанскя Демократическая Республика (1918–1920), Законадательные акты (сборник дакументов) Б.,1998
- A6yтaлыбов Р., Фзербаиджанские студенты в Западной Европе, газ. "Панорама", 1996, 15-e мapтa.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan Xalq Cumhuriyyeti Hokumetinin heyata kecirdiyi en muhum tedbirlerden biri de muxtelif sahelerde ali tehsilli mutexessisler hazirlamaq ucun yuz nefer azerbaycanli gencin Avropanin ali mekteblerine gonderilmesi olmusdur Qerarin qebuluAzerbaycan Parlamentinin 1919 cu il sentyabrin 1 de kecirilen 70 ci iclasinda Baki Dovlet Universitetinin tesisi ile yanasi 1919 1920 tedris ilinden baslayaraq yuz nefer azerbaycanli gencin Hokumet hesabina tehsil almaq ucun xarici olkelerin nufuzlu ali mekteblerine gonderilmesi haqqinda mesele de muzakire edilmisdir Bu mesele ile elaqedar Ehmed bey Pepinovun meruzesi etrafinda muzakirelerde Abdulla bey Efendizade Memmedrza aga Vekilov Qasim bey Camalbeyov Qara bey Qarabeyli Muxtar Efendizade Aga Asurov xalq maarifi naziri Resid xan Qaplanov ve b cixis ederek olke iqtisadiyyatinin elm tehsil ve medeniyyetinin gelecek inkisafi ucun telebelerin xarici olkelerde ali tehsil almaga gonderilmesinin ehemiyyetini vurgulamislar 1919 1920 tedris ilinde xaricde tehsil almaga gonderilecek telebeler barede Azerbaycanin Cumhuriyyeti Parlamentinin xaricde tehsil almaga gonderilen azerbaycanli telebelere vesait odenilmesi haqqinda qerari ile bu is ucun dovlet xezinesinden xalq maarifi nazirliyinin serencamina 7 milyon manat vesait ayrilmisdi Avropa ali mekteblerine gonderilen her telebeye ayda 400 frank teqaud ve 1000 frank yol xerci Rusiya ali mekteblerine gonderilecek telebelere ise her ay 3 min rubl teqaud ve 1000 manat yol xerci ayrilmali idi Xarice gonderilecek telebeleri secmek ucun Xalq Maarifi Nazirliyi yaninda Mehemmed Emin Resulzade sedr Ehmed bey Pepinov Qara bey Qarabeyov Mehdi bey Hacinski ve Abdulla bey Efendizadeden ibaret cox nufuzlu munsifler heyeti yaradilmisdi Munsifler heyetinin diqqetle secdiyi telebelerden 10 neferinin Ingiltereye 23 neferinin Italiyaya 45 neferinin Fransaya 9 neferinin Turkiyeye gonderilmesi nezerde tutulurdu Neticede ise Xalq Maarifi Nazirliyi terefinden xarice gonderilen telebelerden 49 neferine Almaniyanin 27 neferine Fransanin 4 neferine Italiyanin 1 neferine Ingilterenin 6 neferine ise Turkiyenin muxtelif ali mekteblerine gonderilmeleri barede resmi sened verilmisdi Qalan 13 nefer ise Rusiyaya gonderilmeli idi Rusiyada vetendas muharibesi ile elaqedar yaranmis seraite gore oraya telebe gondermek mumkun olmamisdi Xarice gonderilen telebeler 1920 ci il yanvarin 14 de Parlament ve Hokumet uzvlerinin taninmis xeyriyyecilerin is adamlarinin din xadimlerinin ictimaiyyet numayendelerinin ve valideynlerin istiraki ile tenteneli suretde yola salindilar Telebelerin Batuma getmeleri ucun xususi vaqon ayrilmisdi 1920 ci il fevralin 11 de Parise catan telebeler burada Paris Sulh Konfransinda 1919 1920 istirak eden Azerbaycan numayende heyeti terefinden heraretle qarsilandi Numayende heyetinin rehberi Elimerdan bey Topcubasov telebeler qarsisinda boyuk nitq soyledi Bundan sonra telebeler tehsil almaq ucun Avropanin muxtelif olkelerine yollandilar Cumhuriyyet telebesiAprel isgalindan sonraLakin Azerbaycan Xalq Cumhuriyyeti Hokumetinin bele diqqetle secerek boyuk umidlerle xarici olkelerin ali mekteblerine yola saldigi bu telebelerin taleyi Aprel isgalindan 1920 sonra cox acinacaqli oldu Olkenin bolseviklesdirilmesi neticesinde veziyyet keskin sekilde deyisdi Telebelere pul gonderilmedi Onlar bu barede Neriman Nerimanova muraciet etdiler Azerbaycan Inqilab Komitesinin 1920 ci il avqustun 9 da Neriman Nerimanovun sexsi tesebbusu ve sedrliyi ile kecirilen iclasinda kecmis Azerbaycan Hokumetinin xarice gonderdiyi telebelerin tehsillerini basa vurmasi ucun vesait buraxilmasi ve umumiyyetle onlara maddi yardim gosterilmesi meselesi muzakire edilerek musbet qerar qebul olundu ve xaricde oxuyan telebelere lazimi maddi komek gosterilmesi yollarinin mueyyenlesdirilmesi ve gonderilmesi meselelerinin helli xalq maarifi ve xalq xarici isler komissarliqlarina tapsirildi Azerbaycan SSR Xalq Komissarlar Sovetinin sedri kimi Neriman Nerimanov xaricde tehsil alan azerbaycanli telebelere yardimin davam etdirilmesi haqqinda xususi qerar imzaladi Neriman Nerimanov hele 1919 cu ilden xaricde oxuyan azerbaycanli telebelerin isine mesgul 1921 ci il iyunun 18 de xaricde oxuyan azerbaycanli telebelerin isleri uzre xususi muvekkil teyin etdi Hemin il iyulun evvellerinde B Axundov xaricde oxuyan azerbaycanli telebelerin maddi veziyyetini oyrenmek ve onlara emelli komeklik gostermek ucun azerbaycanli telebelerin oxudugu Qerbi Avropa olkelerinin paytaxtlarina ezam olundu O butun maneeleri def ederek yalniz hemin il oktyabrin axirlarinda Parise gelib cata bildi 1922 ci ilin yanvarina qeder Paris Berlin ve Avropanin diger seherlerine sefer eden B Axundov Fransanin muxtelif mekteblerinde 28 Almaniyanin ali mekteblerinde 49 Italiyada 3 nefer telebenin oxudugunu mueyyenlesdirdi Bakiya qayitdiqdan sonra o 1922 ci il martin 2 de Azerbaycan SSR Xalq Komissarlari Sovetinin sedri Neriman Nerimanovun adina ehateli hesabat teqdim etdi Bu hesabat esasinda Neriman Nerimanovun sexsi gosterisi ile xaricde oxuyan telebelere tehsillerini muveffeqiyyetle davam etdirmeleri ucun lazimi serait yaradilmasi tapsirildi 1922 ci ilin sonlarinda Neriman Nerimanov Moskvaya ise kecirildikden sonra xaricde oxuyan telebelere munasibet yeniden deyisdi Xaricde oxuyan telebeler sedaqetli ve sedaqetsiz adi ile iki qisme bolundu Onlara munasibet de bu yonde quruldu Neticede tehsil haqqini odeye bilmeyen telebelerden gundelik coreye mohtac olaraq en agir seraitde islemek mecburiyyetinde qalanlar hebsxanalara dusenler hetta bohranli veziyyetden cixis yolu tapmayaraq intihar edenler de olmusdur Cox cetinlikle tehsilini basa catdirib yuksek ixtisasli mutexessisler kimi vetene qayidan telebelerin ekseriyyeti ise sonralar qirmizi terror un qurbani oldular Hemcinin baxCumhuriyyet telebeleri Neriman Nerimanov Azerbaycan Xalq CumhuriyyetiMenbeAzerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi Xaricde tehsil almali gonderilen azerbaycanli telebeler haqqinda qerar maddesi IstinadlarAzerbaycan tarixi 7 cikide c 5 B 2001 Azerbaycan Xalq Cumhuriyyeti 1918 1920 Parlament stenoqrafik hesabatlar B 1998 Pasayev A Acilmamis sehifelerin izi ile B 2001 Azerbaidzhanskya Demokraticheskaya Respublika 1918 1920 Zakonadatelnye akty sbornik dakumentov B 1998 A6ytalybov R Fzerbaidzhanskie studenty v Zapadnoj Evrope gaz Panorama 1996 15 e mapta