Töhfeyi-Sami - Şah İsmayılın oğlu Sam Mirzə Səfəvi tərəfindən qələmə alınan şairlərin həyat və yaradıclığından bəhs edən təzkirə. Bu təzkirə Azərbaycan ədəbiyyatında ilk təzkirə hesab edilir. Fars dilində qələmə alınmışdır. Türk şairlərə və onların yaradıcılığına ayrı bir fəsilin həsr edildiyi ilk təzkirədir. Sam Mirzədən sonra yaşayıb yaratmış Əli Qulu Xan və Rıza Qulu Xan Hidayət kimi təzkirəçilər “Töhfeyi-Sami”dən təsirləniblər.
Töhfeyi-Sami | |
---|---|
Janr | təzkirə |
Müəllif | Sam Mirzə Səfəvi |
Orijinal dili | Farsca |
Yazılma ili | 1550-1562-ci illərdə |
Müəllifi
Əbül Nəsir Sam Mirzə Səfəvi dövlətinin qurucusu I Şah İsmayılın oğludur. 1517-ci ilin sonlarında Şah İsmayıl qışlaq üçün Naxçıvana yollandı. Şah İsmayıl Naxçıvana doğru hərəkət edərkən bir həftənin ərzində üç oğlan övladı dünyaya gəldi və mənbələrdə olan məlumatlara görə, Şah İsmayıl bu övladlarının doğulmasını çox böyük sevinc və şadyanalıqla qarşıladı. Bu üç övladdan birincisi Şah İsmayıl Marağada olarkən, 1517-ci il sentyabr ayının 8-də dünyaya gəldi və onun adını Sam Mirzə qoydular. Şah İsmayıl, Sam Mirzənin anadan olmasına görə böyük miqdarda nəzir-niyaz payladı və Durmuş xan onun lələsi təyin edildi. 1521-ci ildə Şah İsmayıl qərara aldı ki, Təhmasib Mirzənin yerinə onun digər oğlu Sam Mirzə Xorasan vilayətinin hakimi təyin edilsin və Durmuş xan da onun lələsi olsun.Semnan sərhədindən başlayaraq Təxarestan sərhədinə qədər olan ərazilər Əbülnəsr Sam Mirzənin idarəçiliyi altına verilird Bu tarixdən etibarən Xorasanın idarəçiliyi ona həvalə olunmuşdu. I Şah Təhmasib hakimiyyətə gəldikdən sonra Sam Mirzənin Xorasanda hakimliyini tanıyan fərman imzaladı. 1524-cü ildə özbək qoşunları Xorasana daxil olaraq, Herat şəhərini ələ keçirdi. Bu zaman Durmuş xan ilə birlikdə özbəklərlə mübarizə aparıb onları Heratdan uzaqlaşdırmağa müvəffəq oldu.
1525-ci ildə Durmuş xanın vəfatı ilə qardaşı Hüseyn xan Şamlı Sam Mirzənin yeni lələsi təyin olundu. 1527-ci ildə Übeydulla xanın Herata hücumunu dəf etsə də, 1529-cu ildə baş verən hücum zamanı Hüseyn xan Şamlı ilə məsləhətləşib şəhəri tərk edərək Sistana doğru yola düşdü. Sistan hakimi onları mehribanlıqla qarşılayıb yola saldı. 1530-cu ildə Səfəvilərə qarşı itaətsizlik göstərən Kic və Məhran hakimi Məlik Dinarı və qüəvvələrini məğlub edib Farsa hərəkət etdilər və qış fəslini burada keçirdilər. 1531-ci ildə Sam Mirzə lələsi Hüseyn xan Şamlı ilə birlikdə Şah Təhmasibin hüzuruna gəlir. Şah Hüseyn xan Şamlını vəkil və əmir əl-üməra təyin edir. 1534-cü ildə Sam Mirzə yenidən Xorasan hakimi olur və bu dəfə Ağzıvar xan Şamlı onun lələsi vəzifəsinə gətirilir. Şah Təhmasib Heratda ikən Hüseyn xanın həmtayfası olan Başdan Qara adlı bir nəfər şahın piyaləsinə zəhər tökmək üçün cəhd göstərmişdi. Hüseyn xanın tərbiyəçisi (lələsi) olduğu qardaşı Sam Mirzənin xeyrinə I Şah Təhmasibi devirməyə yönəldilmiş fəaliyyətdə ittiham etmişdilər. Həmçinin Sam Mirzənin xəyanəti barədə xəbər verən “Şərəfnamə”yə görə, Sam Mirzə özünü I Sultan Süleymanın vassalı kimi tanımışdı. Nəticədə Hüseyn xan Şamlı edam edildi. Gizli planı ifşa olunan Sam Mirzə ilə birlikdə 1535-ci ildə Heratda şaha qarşı üsyan qaldırdı. Bu xəbəri eşidən Sultan Süleyman Sam Mirzəni Səfəvi hökmdarı kimi tanımağa qərar verdi. Qiyam uğursuluqla nəticələndi və Qənhadar şəhəri yaxınlığında Sam Mirzə və ordusu Mirzə Kamran tərəfindən məğlub edildi. Ağzıvar xan Şamlı öldürüldü. Sam Mirzənin məğlub edilməsi xəbərini eşidən Übeydulla xan yenidən Herata hücum çəkib şəhəri ələ keçirdi. 1549-cu ildə Sam Mirzə üsyankar fəaliyyətlərinə görə Qəhqəhə qalasına həbs edilsə də Şah Təhmasib çox keçmədən onu bağışladı. Lakin onu heç bir yerə hakim təyin etmədi.
1549-cu ildə şahın əmri ilə Ərdəbil hakimi təyin edilmiş 1562-ci ilə qədər bu vəzifəni icra etmişdir. 1562-ci ildə Sam Mirzənin yenidən itaətsizlik edəcəyi barədə xəbərlər Şah Təhmasibə yetişdirildikdə o yenidən Sam Mirzəni Qəhqəhə qalasına həbs etdirdi. Sam Mirzə ömrünün son illərini burada keçirmişdir.
Sam Mirzə şahzadə kimi görkəmli alim və şairlərdən dərs almışdı. Xəttat, təliq və şikəstə xətlərinin mahir ustası olan Sam Mirzə tarixə həm də şair kimi düşmüşdür. Şeirlərini Sami təxəllüsü ilə qələmə alan şahzadənin ən məşhur əsəri “Töhfeyi-Sami” təzkirəsidir.
Əsərin tədqiqi
Təzkirəni tədqiq edən ingilis alimi E.Broun əsərin çap olunmasının vacibliyini bildirmişdi. Türk ədəbiyyatşünas alim M.F.Körpülü Azərbaycan Yurd Bilgisi jurnalında çap olunan “Sam Mirzə və əsəri” adlı məqaləsində bu təzkirədən bəhs edərək yazır:
“XVI əsrdə yetişmiş türk və fars şairlər xüsusilə də Azərbaycan, yəni şərqi oğuz türk ədəbiyyatı haqqında məlumat almaq üçün müraciət ediləcək ən başlıca mənbələrdən biri şahzadə Sam Mirzənin Töhfeyi-Sami təzkirəsidir.”
Azərbaycanlı alim Əliyar Səfərli isə digərlərinin əksinə təzkirə haqqında öz tənqidlərini bildirib. Belə ki, Sam Mirzəsinin Şah İsmayıldan fərqli olaraq farspərəst olduğunu, fars dili və mədəniyyətinə pərəstiş etdiyi və atasının Azərbaycan dilində yaratdığı zəngin ədəbi irsə etinasız yanaşdığı, təzkirəsində mütəəsüb bir fars kimi hərəkət edərək, əsərlərinin mühüm qismini azərbaycanca yazmış olan Xətainin şeirlərindən nümunə üçün yalnız farsca beyt verdiyini qabardır. A. Topalova “Ədəbiyyat tarixinin öyrənilməsində təzkirələrin rolu və Ağa Məhəmməd Müctəhidzadənin Riyazül-aşiqin təzkirəsi” kitabında alimin bu fikirləri ilə razılaşır və fars dilində qələmə alınmış təzkirələri tənqid edərək yazır:
“Sam Mirzənin, Lütfəli bəy Azərin və Mir Möhsün Nəvvabın təzkirələrində isə Azərbaycan şairlərinin əsərlərindən , Azərbaycan ədəbiyyatından bu və ya digər dərəcədə bəhs olunsa da, biz türkcə təzkirələrdə olan vətən, millət, xalq təşəbbüskeşliyini bu əsərlərdə görmürük.”
Azərbaycan ədəbiyyatşünası Vüsalə Musalı məsələni digər bir tərəfdən dəyərləndirərək bildirir ki, Sam Mirzə Xətainin türkcə şeirlər yazdığını da qeyd etmiş, bəzi şairlərin yaradıcılığından bəhs edərlən onların türkcə şeirləri olduğunu xüsusi vurğulamış, Sultan Hüseyn Bayqara və Zahirəddin Babur şah kimi hökmdarların türkcə şeirlərindən nümunələr gətirmişdir. Sam Mirzə özündən əvvəlki təzkirəçilərdən fərqli olaraq ilk dəfə böyük türk şairlərinə xüsusi bir fəsil ayırmağı zəruri hesab etmiş və “Töhfeyi-Sami”nin VI fəslini türk şairlərinə həsr etmişdir.
Əsər haqqında
Şairlərin həyat hekayələri və qələmə aldığı əsərlər haqqında məlumatların yer aldığı “Təzkirələr”ə türk və İran ədəbiyyatında tez-tez rast gəlinir. İran coğrafiyasında türk mədəniyyəti və türkcə şeirlər yazan şairlər haqqında da məlumatların yer aldığı “Töhfeyi-Sami” təzkirəsi XVI əsr Səfəvi dövlətində yaşayan şairlər haqqında bioqrafiya kitabıdır. Kitab öz adını müəllifi Sam Mirzədən alıb.
Sam Mirzə əsərini yazarkən Əlişir Nəvainin "Məcalisün-nəfais" əsərindən təsirlənmişdir. O, şairlər haqqında məlumat toplayarkən bu şairləri tanıyan insanlarla görüşmüş, geniş araşdırmalar aparmışdır. Sam Mirzənin təzkirəsində Səfəvi dövlətinin ictimai quruluşu haqqında da məlumat əldə etmək mümkündür. Sam Mirzədən sonra təzkirələr yazan Əli Qulu Xan və Rıza Qulu Xan Hidayət kimi təzkirəçilər “Töhfeyi-Sami”dən təsirləniblər.
Sam Mirzənin yaradıcılığında Səfəvilərin “On iki imam şiəliyini” rəsmi məzhəb elan etməsinin təsiri hiss olunur. Məsələn, Səfəvi dövlətinin düşməni olan özbək hökmdarı Abdulla xan haqqında danışarkən onu qaniçən, qəddar, amansız bir insan kimi təqdim edirdi. O əsərində şişirdilmiş ifadələr işlədib, Abdulla xanın Xorasan və Səfəvi dövlətinin digər şəhərlərini viran etdiyini, 40 mindən çox insanın ölümünə səbəb olduğunu yazmışdır. Şübhəsiz ki, Sam Mirzə bu cür ifadələrdən istifadə edərək özbəklərlə Səfəvilər arasındakı düşmənçiliklə bağlı öz mövqeyini nümayiş etdirirdi.
Dövrün şairlərindən bəhs etdiyi əsərində həm də çox tanınmayan şairlərdən də bəhs edən müəllifin adını çəkdiyi bu şairlərə başqa təzkirələrdə rast gəlinmir. Əsərdə Səfəvi dövrünün şairlərindən xüsusən də XVI əsrdə yaşamış və yaratmış 714 şairdən qısa şəkildə danışılır.
Əsərin quruluşu
Əsərin nə zaman və harada yazıldığı haqda təzkirəçi hər hansı bir məlumat verməyib. Bəzi tədqiqatçılar əsərin 1550-1561-ci illər ərzində yazıldığı fikrini irəli sürüblər. Belə qənaətə gəlmək olar ki, Sam Mirzə əsərini Ərdəbil hakimi olduğu zamanlarda yazıb. Təzkirə müqəddimə və “səhifə” adlandırılan yeddi fəsildən həmçinin xatimədən ibarətdir.
Əsərin fəsilləri belədir:
- fəsil şah nəslindən olan şairlərə həsr edilib.
- fəsil seyid və alim nəslindən olan şairlərə
- fəsil peşəkar olmayan amma bəzən şeir deyən şairlərə
- fəsil vəzirlər və şeir yazan başqa qələm sahiblərinə
- fəsil əsl şairlər və yüksək qələm sahiblərinə
- fəsil türk təbəqəsi və onların böyük şairlərinə
- səil isə xalq təbəqəsindən olan digər şairlərə ayrılmışdır.
Əsərin müqəddiməsində müəllif əvvəlcə şeir haqqında məlumat verir və özündən əvvəlki təzkirəçiləri yada salır:
“Belə ki, “Baharıstan”, “Məcalisün-nəfais” və “Təzkirətüş-şüəra” bu təbəqədəndir. Bu yaradıcı tayfadan xəbərsiz olan əsər yoxdur. Onların əsərlərinin böyük bir dövlət kimi məcmuələnib divan halına salınması aləmlərə nur saçan bir günəşin doğuluşuna bənzəyir. Şöləsi bizim günlərə qədər yetişməkdədir. Sonralar bu ləyaqətli fəsahət bayrağı və bəlağətli ayinlərin məcmuələnməsi işini bütün diyarlarda bağışladılar.”
Təzkirənin xatiəsində müəllif təzkirəsini necə yazması haqqında məlumat və öz yaradıcılığından nümunələr verir. Sam Mirzə təzkirəsinə öz əsərlərindən 4 mətlə, rübai və qəsidə daxil etmişdir. Bunların sayı 32 beytdir.
Nüsxə və nəşrləri
Təzkirənin dünyanın müxtəlif kitabxana və kolleksiyalarında əlyazmaları var.
Azərbaycanda yerləşən nüsxələr
- AMEA Əlyazmalar İnstitutu B – 5119.
- AMEA Əlyazmalar İnstitutu B – 5778.
- AMEA Əlyazmalar İnstitutu B - 1118.
Türkiyədə yerləşən nüsxələr
- Kayseri Rəşid Əfəndi, Əski əsərlər Kitabxanası. № 922.
- Amasya Bayəzid İl Xalq Kitabxanası. 05 Ba 1073.
- Manisa İl Xalq Kitabxanası. 45 Hk 6381.
- İstanbul Millət Kitabxanası, Ali Əmiri Kolleksiyası 34 Ae 945.
- Milli Kitabxana, Çankırı İl Xalq Kitabxanası. 18 Hk 180.
- Vəqflər Genel Müdürlüyü, Safranbolu İzzət Məhəmməd Paşa Kolleksiyası 65 Saf 550.
- Ayasofya Kitabxanası № 1041
- Konya Bölgə Yazma Əsərlər Kitabxanası. 44 Dar 279.
Digər ölkələrdə yerləşən nüsxələr
- Çarls Şeffer kolleksiyası (Paris) P 182
- Çarls Şeffer kolleksiyası (Paris) 1144.
- Çarls Şeffer kolleksiyası (Paris) 1145.
- Çarls Şeffer kolleksiyası (Paris) P 151.
- Özbəkistan EAŞərqşünaslıq İnstitutu № 57.
- Rusiya EAŞərqşünaslıq İnstitutu B – 116.
- Rusiya EAŞərqşünaslıq İnstitutu B – 118
- Sankt-Peterburq Şərq Əlyazmaları İnstitutu 950 e, 101
- Ayətullah Mərəşi Ümumi Kitabxanası. № 3674, № 7531, № 12096.
- Tehran Universiteti Mərkəzi Kitabxanası. 49443.
- Tehran Universiteti Mərkəzi Kitabxanası. 169.
- Tehran Universiteti Mərkəzi Kitabxanası. 3007.
- Məlik Milli Kitabxanası. 3848.
- Müctəba Minui Kitabxanası. 67.
- İran İslami Şura Məclisi Kitabxanası. 615, 529, 15004, 14313, 5649
- İran Milli Kitabxanası. 251, 805, 896
- Şəhid Mütəhhəri Ali Mədrəsəsi Kitabxanası 2721.
- Şeyxülislam Arif Hikmətin kolleksiyası, Mədinə 544.
- Hümayun Sənətizadə Kolleksiyası.
- Ayətullah Məhəmməd Hüccət Kolleksiyası 81.
- Los-Ancels Kitabxanası. C – 103.
- İndia Ofis Kitabxanası. № 2570.
- İndia Ofis Kitabxanası. № 601.
- Britaniya Muzeyi Or. 490.
- Berlin Kitabxanası. (Königlichen) № 643, 643 a
- Vyana Kitabxanası. Mxt. 401.
- Bombey Universiteti Kitabxanası. № 42.
- Astani-Qüdsi-Rizəvi Kitabxanası.
- Britaniya Muzeyi Kitabxanası. Or. 3490, add 7670, add 2436.
- Vyana Dövlət Kitabxanası. № 1201.
- Gürcüstan Şərqşünaslıq İnstitutu 244,166.
- Leyden Kitabxanası. 831.
İstinadlar
- Süleymanov, 2018. səh. 544
- Cavanşir, 2007. səh. 372
- Əfəndiyev, 2007. səh. 54
- Rumlu, 2017. səh. 470
- Münşi, 2009. səh. 160
- Əfəndiyev, 2007. səh. 76
- Süleymanov, 2018. səh. 794
- Körpülü, 1934. səh. 32
- Səfərli, 1998. səh. 370
- Musalı, 2012. səh. 99
- Dağlar, 2019. səh. 80
- Dağlar, 2019. səh. 81
- Musalı, 2012. səh. 100
- Musalı, 2012. səh. 101
- Musalı, 2012. səh. 103
- Musalı, 2012. səh. 102
Mənbə
- İsgəndər bəy Münşi Türkman. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF). I. Bakı: Təhsil. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. 2009. səh. 792.
- Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Kastamonu: Uzanlar. Namiq Musalı, Oqtay Əfəndiyev. 2017. 661. ISBN .
- Köprülü, Mehmet Fuat. Sam Mirza Safevi ve eseri (türk). Azərbaycan Yurd Bilgisi. 1934.
- Səfərli, Əliyar. Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı (az.). Bakı. 1998. (#first_missing_last)
- Mehman Süleymanov. Şah İsmayıl Səfəvi. Bakı: Elm və təhsil. 2018. ISBN .
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. səh. 344. ISBN .
- Musalı, Vüsalə. Azərbaycan təzkirəçilik tarixi (az.). Bakı: Elm və Təhsil. 2012.
- Dağlar, Mehmet. Sam Mirza’nın Tuhfe-i Sami Adlı Tezkiresinde Geçen Şair Seyyidler ve Şii Âlimler (türk). Igd Univ Jour Soc Sci. 2019.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Tohfeyi Sami Sah Ismayilin oglu Sam Mirze Sefevi terefinden qeleme alinan sairlerin heyat ve yaradicligindan behs eden tezkire Bu tezkire Azerbaycan edebiyyatinda ilk tezkire hesab edilir Fars dilinde qeleme alinmisdir Turk sairlere ve onlarin yaradiciligina ayri bir fesilin hesr edildiyi ilk tezkiredir Sam Mirzeden sonra yasayib yaratmis Eli Qulu Xan ve Riza Qulu Xan Hidayet kimi tezkireciler Tohfeyi Sami den tesirlenibler Tohfeyi SamiJanr tezkireMuellif Sam Mirze SefeviOrijinal dili FarscaYazilma ili 1550 1562 ci illerdeMuellifiEbul Nesir Sam Mirze Sefevi dovletinin qurucusu I Sah Ismayilin ogludur 1517 ci ilin sonlarinda Sah Ismayil qislaq ucun Naxcivana yollandi Sah Ismayil Naxcivana dogru hereket ederken bir heftenin erzinde uc oglan ovladi dunyaya geldi ve menbelerde olan melumatlara gore Sah Ismayil bu ovladlarinin dogulmasini cox boyuk sevinc ve sadyanaliqla qarsiladi Bu uc ovladdan birincisi Sah Ismayil Maragada olarken 1517 ci il sentyabr ayinin 8 de dunyaya geldi ve onun adini Sam Mirze qoydular Sah Ismayil Sam Mirzenin anadan olmasina gore boyuk miqdarda nezir niyaz payladi ve Durmus xan onun lelesi teyin edildi 1521 ci ilde Sah Ismayil qerara aldi ki Tehmasib Mirzenin yerine onun diger oglu Sam Mirze Xorasan vilayetinin hakimi teyin edilsin ve Durmus xan da onun lelesi olsun Semnan serhedinden baslayaraq Texarestan serhedine qeder olan eraziler Ebulnesr Sam Mirzenin idareciliyi altina verilird Bu tarixden etibaren Xorasanin idareciliyi ona hevale olunmusdu I Sah Tehmasib hakimiyyete geldikden sonra Sam Mirzenin Xorasanda hakimliyini taniyan ferman imzaladi 1524 cu ilde ozbek qosunlari Xorasana daxil olaraq Herat seherini ele kecirdi Bu zaman Durmus xan ile birlikde ozbeklerle mubarize aparib onlari Heratdan uzaqlasdirmaga muveffeq oldu 1525 ci ilde Durmus xanin vefati ile qardasi Huseyn xan Samli Sam Mirzenin yeni lelesi teyin olundu 1527 ci ilde Ubeydulla xanin Herata hucumunu def etse de 1529 cu ilde bas veren hucum zamani Huseyn xan Samli ile meslehetlesib seheri terk ederek Sistana dogru yola dusdu Sistan hakimi onlari mehribanliqla qarsilayib yola saldi 1530 cu ilde Sefevilere qarsi itaetsizlik gosteren Kic ve Mehran hakimi Melik Dinari ve quevvelerini meglub edib Farsa hereket etdiler ve qis feslini burada kecirdiler 1531 ci ilde Sam Mirze lelesi Huseyn xan Samli ile birlikde Sah Tehmasibin huzuruna gelir Sah Huseyn xan Samlini vekil ve emir el umera teyin edir 1534 cu ilde Sam Mirze yeniden Xorasan hakimi olur ve bu defe Agzivar xan Samli onun lelesi vezifesine getirilir Sah Tehmasib Heratda iken Huseyn xanin hemtayfasi olan Basdan Qara adli bir nefer sahin piyalesine zeher tokmek ucun cehd gostermisdi Huseyn xanin terbiyecisi lelesi oldugu qardasi Sam Mirzenin xeyrine I Sah Tehmasibi devirmeye yoneldilmis fealiyyetde ittiham etmisdiler Hemcinin Sam Mirzenin xeyaneti barede xeber veren Serefname ye gore Sam Mirze ozunu I Sultan Suleymanin vassali kimi tanimisdi Neticede Huseyn xan Samli edam edildi Gizli plani ifsa olunan Sam Mirze ile birlikde 1535 ci ilde Heratda saha qarsi usyan qaldirdi Bu xeberi esiden Sultan Suleyman Sam Mirzeni Sefevi hokmdari kimi tanimaga qerar verdi Qiyam ugursuluqla neticelendi ve Qenhadar seheri yaxinliginda Sam Mirze ve ordusu Mirze Kamran terefinden meglub edildi Agzivar xan Samli olduruldu Sam Mirzenin meglub edilmesi xeberini esiden Ubeydulla xan yeniden Herata hucum cekib seheri ele kecirdi 1549 cu ilde Sam Mirze usyankar fealiyyetlerine gore Qehqehe qalasina hebs edilse de Sah Tehmasib cox kecmeden onu bagisladi Lakin onu hec bir yere hakim teyin etmedi 1549 cu ilde sahin emri ile Erdebil hakimi teyin edilmis 1562 ci ile qeder bu vezifeni icra etmisdir 1562 ci ilde Sam Mirzenin yeniden itaetsizlik edeceyi barede xeberler Sah Tehmasibe yetisdirildikde o yeniden Sam Mirzeni Qehqehe qalasina hebs etdirdi Sam Mirze omrunun son illerini burada kecirmisdir Sam Mirze sahzade kimi gorkemli alim ve sairlerden ders almisdi Xettat teliq ve sikeste xetlerinin mahir ustasi olan Sam Mirze tarixe hem de sair kimi dusmusdur Seirlerini Sami texellusu ile qeleme alan sahzadenin en meshur eseri Tohfeyi Sami tezkiresidir Eserin tedqiqiTezkireni tedqiq eden ingilis alimi E Broun eserin cap olunmasinin vacibliyini bildirmisdi Turk edebiyyatsunas alim M F Korpulu Azerbaycan Yurd Bilgisi jurnalinda cap olunan Sam Mirze ve eseri adli meqalesinde bu tezkireden behs ederek yazir XVI esrde yetismis turk ve fars sairler xususile de Azerbaycan yeni serqi oguz turk edebiyyati haqqinda melumat almaq ucun muraciet edilecek en baslica menbelerden biri sahzade Sam Mirzenin Tohfeyi Sami tezkiresidir Azerbaycanli alim Eliyar Seferli ise digerlerinin eksine tezkire haqqinda oz tenqidlerini bildirib Bele ki Sam Mirzesinin Sah Ismayildan ferqli olaraq farsperest oldugunu fars dili ve medeniyyetine perestis etdiyi ve atasinin Azerbaycan dilinde yaratdigi zengin edebi irse etinasiz yanasdigi tezkiresinde muteesub bir fars kimi hereket ederek eserlerinin muhum qismini azerbaycanca yazmis olan Xetainin seirlerinden numune ucun yalniz farsca beyt verdiyini qabardir A Topalova Edebiyyat tarixinin oyrenilmesinde tezkirelerin rolu ve Aga Mehemmed Muctehidzadenin Riyazul asiqin tezkiresi kitabinda alimin bu fikirleri ile razilasir ve fars dilinde qeleme alinmis tezkireleri tenqid ederek yazir Sam Mirzenin Lutfeli bey Azerin ve Mir Mohsun Nevvabin tezkirelerinde ise Azerbaycan sairlerinin eserlerinden Azerbaycan edebiyyatindan bu ve ya diger derecede behs olunsa da biz turkce tezkirelerde olan veten millet xalq tesebbuskesliyini bu eserlerde gormuruk Azerbaycan edebiyyatsunasi Vusale Musali meseleni diger bir terefden deyerlendirerek bildirir ki Sam Mirze Xetainin turkce seirler yazdigini da qeyd etmis bezi sairlerin yaradiciligindan behs ederlen onlarin turkce seirleri oldugunu xususi vurgulamis Sultan Huseyn Bayqara ve Zahireddin Babur sah kimi hokmdarlarin turkce seirlerinden numuneler getirmisdir Sam Mirze ozunden evvelki tezkirecilerden ferqli olaraq ilk defe boyuk turk sairlerine xususi bir fesil ayirmagi zeruri hesab etmis ve Tohfeyi Sami nin VI feslini turk sairlerine hesr etmisdir Eser haqqindaSairlerin heyat hekayeleri ve qeleme aldigi eserler haqqinda melumatlarin yer aldigi Tezkireler e turk ve Iran edebiyyatinda tez tez rast gelinir Iran cografiyasinda turk medeniyyeti ve turkce seirler yazan sairler haqqinda da melumatlarin yer aldigi Tohfeyi Sami tezkiresi XVI esr Sefevi dovletinde yasayan sairler haqqinda bioqrafiya kitabidir Kitab oz adini muellifi Sam Mirzeden alib Sam Mirze eserini yazarken Elisir Nevainin Mecalisun nefais eserinden tesirlenmisdir O sairler haqqinda melumat toplayarken bu sairleri taniyan insanlarla gorusmus genis arasdirmalar aparmisdir Sam Mirzenin tezkiresinde Sefevi dovletinin ictimai qurulusu haqqinda da melumat elde etmek mumkundur Sam Mirzeden sonra tezkireler yazan Eli Qulu Xan ve Riza Qulu Xan Hidayet kimi tezkireciler Tohfeyi Sami den tesirlenibler Sam Mirzenin yaradiciliginda Sefevilerin On iki imam sieliyini resmi mezheb elan etmesinin tesiri hiss olunur Meselen Sefevi dovletinin dusmeni olan ozbek hokmdari Abdulla xan haqqinda danisarken onu qanicen qeddar amansiz bir insan kimi teqdim edirdi O eserinde sisirdilmis ifadeler isledib Abdulla xanin Xorasan ve Sefevi dovletinin diger seherlerini viran etdiyini 40 minden cox insanin olumune sebeb oldugunu yazmisdir Subhesiz ki Sam Mirze bu cur ifadelerden istifade ederek ozbeklerle Sefeviler arasindaki dusmencilikle bagli oz movqeyini numayis etdirirdi Dovrun sairlerinden behs etdiyi eserinde hem de cox taninmayan sairlerden de behs eden muellifin adini cekdiyi bu sairlere basqa tezkirelerde rast gelinmir Eserde Sefevi dovrunun sairlerinden xususen de XVI esrde yasamis ve yaratmis 714 sairden qisa sekilde danisilir Eserin qurulusu Eserin ne zaman ve harada yazildigi haqda tezkireci her hansi bir melumat vermeyib Bezi tedqiqatcilar eserin 1550 1561 ci iller erzinde yazildigi fikrini ireli surubler Bele qenaete gelmek olar ki Sam Mirze eserini Erdebil hakimi oldugu zamanlarda yazib Tezkire muqeddime ve sehife adlandirilan yeddi fesilden hemcinin xatimeden ibaretdir Eserin fesilleri beledir fesil sah neslinden olan sairlere hesr edilib fesil seyid ve alim neslinden olan sairlere fesil pesekar olmayan amma bezen seir deyen sairlere fesil vezirler ve seir yazan basqa qelem sahiblerine fesil esl sairler ve yuksek qelem sahiblerine fesil turk tebeqesi ve onlarin boyuk sairlerine seil ise xalq tebeqesinden olan diger sairlere ayrilmisdir Eserin muqeddimesinde muellif evvelce seir haqqinda melumat verir ve ozunden evvelki tezkirecileri yada salir Bele ki Baharistan Mecalisun nefais ve Tezkiretus suera bu tebeqedendir Bu yaradici tayfadan xebersiz olan eser yoxdur Onlarin eserlerinin boyuk bir dovlet kimi mecmuelenib divan halina salinmasi alemlere nur sacan bir gunesin dogulusuna benzeyir Solesi bizim gunlere qeder yetismekdedir Sonralar bu leyaqetli fesahet bayragi ve belagetli ayinlerin mecmuelenmesi isini butun diyarlarda bagisladilar Tezkirenin xatiesinde muellif tezkiresini nece yazmasi haqqinda melumat ve oz yaradiciligindan numuneler verir Sam Mirze tezkiresine oz eserlerinden 4 metle rubai ve qeside daxil etmisdir Bunlarin sayi 32 beytdir Nusxe ve nesrleriTezkirenin dunyanin muxtelif kitabxana ve kolleksiyalarinda elyazmalari var Azerbaycanda yerlesen nusxeler AMEA Elyazmalar Institutu B 5119 AMEA Elyazmalar Institutu B 5778 AMEA Elyazmalar Institutu B 1118 Turkiyede yerlesen nusxeler Kayseri Resid Efendi Eski eserler Kitabxanasi 922 Amasya Bayezid Il Xalq Kitabxanasi 05 Ba 1073 Manisa Il Xalq Kitabxanasi 45 Hk 6381 Istanbul Millet Kitabxanasi Ali Emiri Kolleksiyasi 34 Ae 945 Milli Kitabxana Cankiri Il Xalq Kitabxanasi 18 Hk 180 Veqfler Genel Mudurluyu Safranbolu Izzet Mehemmed Pasa Kolleksiyasi 65 Saf 550 Ayasofya Kitabxanasi 1041 Konya Bolge Yazma Eserler Kitabxanasi 44 Dar 279 Diger olkelerde yerlesen nusxeler Carls Seffer kolleksiyasi Paris P 182 Carls Seffer kolleksiyasi Paris 1144 Carls Seffer kolleksiyasi Paris 1145 Carls Seffer kolleksiyasi Paris P 151 Ozbekistan EASerqsunasliq Institutu 57 Rusiya EASerqsunasliq Institutu B 116 Rusiya EASerqsunasliq Institutu B 118 Sankt Peterburq Serq Elyazmalari Institutu 950 e 101 Ayetullah Meresi Umumi Kitabxanasi 3674 7531 12096 Tehran Universiteti Merkezi Kitabxanasi 49443 Tehran Universiteti Merkezi Kitabxanasi 169 Tehran Universiteti Merkezi Kitabxanasi 3007 Melik Milli Kitabxanasi 3848 Mucteba Minui Kitabxanasi 67 Iran Islami Sura Meclisi Kitabxanasi 615 529 15004 14313 5649 Iran Milli Kitabxanasi 251 805 896 Sehid Mutehheri Ali Medresesi Kitabxanasi 2721 Seyxulislam Arif Hikmetin kolleksiyasi Medine 544 Humayun Senetizade Kolleksiyasi Ayetullah Mehemmed Huccet Kolleksiyasi 81 Los Ancels Kitabxanasi C 103 India Ofis Kitabxanasi 2570 India Ofis Kitabxanasi 601 Britaniya Muzeyi Or 490 Berlin Kitabxanasi Koniglichen 643 643 a Vyana Kitabxanasi Mxt 401 Bombey Universiteti Kitabxanasi 42 Astani Qudsi Rizevi Kitabxanasi Britaniya Muzeyi Kitabxanasi Or 3490 add 7670 add 2436 Vyana Dovlet Kitabxanasi 1201 Gurcustan Serqsunasliq Institutu 244 166 Leyden Kitabxanasi 831 IstinadlarSuleymanov 2018 seh 544 Cavansir 2007 seh 372 Efendiyev 2007 seh 54 Rumlu 2017 seh 470 Munsi 2009 seh 160 Efendiyev 2007 seh 76 Suleymanov 2018 seh 794 Korpulu 1934 seh 32 Seferli 1998 seh 370 Musali 2012 seh 99 Daglar 2019 seh 80 Daglar 2019 seh 81 Musali 2012 seh 100 Musali 2012 seh 101 Musali 2012 seh 103 Musali 2012 seh 102MenbeIsgender bey Munsi Turkman Tarix i Alemara yi Abbasi Abbasin dunyani bezeyen tarixi PDF I Baki Tehsil AMEA A A Bakixanov adina Tarix Institutu 2009 seh 792 Hesen bey Rumlu Ehsenut tevarix Kastamonu Uzanlar Namiq Musali Oqtay Efendiyev 2017 661 ISBN 978 605 030 641 5 Koprulu Mehmet Fuat Sam Mirza Safevi ve eseri turk Azerbaycan Yurd Bilgisi 1934 Seferli Eliyar Qedim ve Orta esrler Azerbaycan edebiyyati az Baki 1998 first missing last Mehman Suleymanov Sah Ismayil Sefevi Baki Elm ve tehsil 2018 ISBN 978 9952 8176 9 0 Oqtay Efendiyev Azerbaycan Sefeviler dovleti Baki Serq Qerb 2007 seh 344 ISBN 978 9952 34 101 0 Musali Vusale Azerbaycan tezkirecilik tarixi az Baki Elm ve Tehsil 2012 Daglar Mehmet Sam Mirza nin Tuhfe i Sami Adli Tezkiresinde Gecen Sair Seyyidler ve Sii Alimler turk Igd Univ Jour Soc Sci 2019