Tufan div — Azərbaycan nağılı "Tapdıq"ın qəhrəmanı. Fırtınalar tanrısı və Zülmət dünyasının padşahıdır, oğlu Tapdıq "İşıqlı dünyanın və Zülmət dünyasının padşahı" olaraq onu əvəz etmişdir.
Tufan div Fırtınalar tanrısı Zülmət dünyasının padşahı | |
---|---|
| |
Yaşadığı yer |
|
Həyat yoldaşı | Gülüstani-Baği-İrəmin sahibi Gün xanım |
Uşaqları | Tapdıq padşah (qeyri-qanuni oğlu) Şahzadə-sehrbaz Şəms (ögey qızı) |
Varisi | Tapdıq padşah (İşıqlı dünyanın və Zülmət dünyasının padşahı) |
Sehrli gücləri | Təbiətə təsir etmə, uçma və qeyri-insani sürət, güclü bədən, tilsimlər, sehrli güclərinin nəslindən gələnlərə ötürülməsi |
Məlumat | |
Ləqəb(lər)i | Qara Div |
Növü | Div Meymun (bir müddət) |
Əlaqələri | Ay (rəqibi) Cinlər padşahının oğlu Nurəddünya (qanlısı və kürəkəni) Evlilikdən sonra əmri altındakı Gülüstani-Baği-İrəm varlıqları: Şəmsin əmrindəki pərilər Gülüstani-Baği-İrəmin ağacları (xəbər ağacı, dirilik ağacı) |
Xarakteristikası
Zülmət dünyasının padşahı olan Tufan div bütün şər qüvvələrin və əməllərin himayəçisidir. O, nağılda tam mənfi obraz kimi təqdim edilməsə də, verilən bəzi məlumatlar (Tufan divin ölü tilsimini istifadə etməsi) onun mənfi obraz olduğunu təsdiqləyir.
Sehrli gücləri
- Təbiətə təsir etmə. Tufan div bir yerdə görünməzdən əvvəl bərk gurultu qopara və ildırım çaxdıra bilər. Div Gün xanımdan ayrıldığı zaman kədərlənir, göz yaşları havaya qalxıb, damla-damla yerə süzülürdü. Ustadlara görə, bulud, duman, yağış, qar, dolu Tufan divin göz yaşlarından əmələ gəlirdi. Tufan div Gün xanımı gördükdən sonra onun göz yaşlarından dəryalar, ümmanlar, göllər əmələ gəlir və ya göz yaşları od olub ətrafı yandırırdı.
- Uçma və qeyri-insani sürət. Tufana div Qəməri oğurlamağa gedərkən uçaraq yeddi illik yolu bir saata gedir.
- Güclü bədən. Tufan divin silahı başında qırx dəyirman daşı olan əmuddur. Onunla döyüşərkən gözləri və ürəyindən vurulmalıdır, ona qılınc, nizə batmır.
- Tilsimlər. Tapdıq nağılında Tufan Div bir sıra tilsimlərdən istifadə edir.
- Bihuş etmə. Tufan div lövh oxuyaraq insanı bihuş edə bilir. Bu tilsim ən azı yeddi gün çəkir.
- Ölü tilsimi. Bu tilsimə düşənlər həmişə ölü qalır, onları diriltməyin çarəsi yalnız Tufan divdədir.
- Canların birləşdirilməsi. Bu tilsimlə canları bir şişədə birləşdirilən iki şəxs ölsələr, birlikdə ölürlər, yaşasalar, birlikdə yaşayırlar.
- Sehrli güclərinin onun nəslindən gələnlərə ötürülməsi. Tufan divlə Gün xanımın övladı olan Tapdıq adı insanların edə bilməyəcəyi şeyləri edirdi. O, insan övladının gedə bilməyəcəyi Gülüstani-Baği-İrəmdə sərbəst gəzirdi. Həmçinin Tapdığın qeyri-adi səsi, yəni nərəsi ildırım tanrısının (atası Tufan div) göy gurultusu ilə simmetrikləşir: "Tapdıq qılıncı çəkib elə bir nərə çəkdi ki, tilsim tamam titrədi, ulduzlar hərəkətə gəldi. Onun bu nərəsi həmişə havada qaldı, ildırım, göy gurultusu oldu."
Bioqrafiyası
Zülmət padşahı olan Tufan div Gün xanımı sevirdi və onun qulluqçusu olması üçün Süleyman tacirin qızı, Tapdığın bacısı Qəmər xanımı oğurlayır. Div Qəmərə lövh oxuyaraq onu yeddi gün Qaf dağında bihuş saxlayır. Ancaq Gün xanım qulluqçu kimi istəmədiyi üçün Tufan div onun əmri ilə Qəməri zülmət dünyasına aparıb, ölü tilsiminə salır. Bundan sonra Tufan div Gün xanımla birlikdə Qaf dağında kef edir.
Günün qızı Şəms Qaf dağına uçaraq anasını Tufan divlə birlikdə görür. O, anasına Tufan divlə görüşməməsini, istəyirsə, Ayla evlənə biləcəyini deyir. Tufan Div isə gizlicə Gündən qızı Şəmsi öldürməsini istəyir. Amma Şəms çox ehtiyatlı davrandığından Tufan div özünü qorumaq üçün canını Günlə bir şişəyə salır.
Şəms anasını qorumaq üçün Tufan divi öldürməkdən vaz keçir və Qaf dağını qırx yerə bölərək sevgilisi, Cin padşahının oğlu Nurəddünyanı qarovul qoyur. Ancaq Gün Nurəddünyanı aldadır və onu özü ilə Tufan divin görüşməsinə kömək etməyə razı salır. Şəms onların sirrini öyrənəndə Tufan divi meymuna çevirib, qaranlıq dünyaya salır.
Bu zaman Şəmslə sevgili olan Tapdıq bacısı Qəməri axtarmağa gedir. Tapdıq öyrənir ki, Tufan div bacısının tilsiminə görə günahkardır və ona qılınc, nizə işləmədiyi üçün yalnız Şəms tərəfindən öldürülə bilər. Tapdıq bacısı Qəmərin ölü kimi yatdığı bağçaya gəlir və buranı qoruyan meymunla qırx gün dava edir. Axırda meymunu ram edir.
Gülüstani-Baği-İrəmə qayıdan Tapdıq Şəmsi həqiqəti deməyə razı salır. Şəms Tufan divi meymuna çevirdiyini etiraf edir. Tufan divin Tapdığın bacısını tilsimdən azad etməsi qarşılığında Şəms onun anası Günlə evlənməsinə razılıq verir. Gün xanım isə Tapdığın özünün Tufan divdən olan oğlu olduğunu, Süleyman tacirin Tapdığı övladlığa götürdüyünü etiraf edir. Bundan sonra Gün xanım Tufan divlə, Qəmər xanım Tapdıqla, Şəms xanım Nurəddünya ilə evlənir.
Tədqiqi
Qədim yunan mifologiyasında tanrı və ya yarı-tanrı adlandırılanlar Tapdıq nağılında divdir. Farsca div sözünün tanrı mənasına gələn "divin" sözü ilə əlaqəli olduğu iddiaları nəzərə alınarsa, bu nağılda divin fərqli məna daşıdığı başa düşülür. Tufan div fırtına və tufanı təmsil etmir, fırtına və tufanın özüdür.
Tufan divin Qəməri qaçırarkən ildırım çaxması motivi divin İldırım tanrısının izlərini daşıdığını göstərir. Tapdıq Göy oğlu kimi göydən yerə atılır və tapıldığı üçün adına Tapdıq deyilir. Eynən İldırım tanrısının övladlarında da bu motiv görülür. Tapdıq türk və monqol əfsanələrində şeytani qüvvədən təmizlənməsi üçün göydən yerə göndərilən Tanrının övladları şəklindəki əfsanəvi qəhrəmanlar qrupuna aid olunur.
İstinadlar
İlkin mənbələr
- Azərbaycan Folkloru Külliyatı, II cild. səh 5–8.
- Azərbaycan Folkloru Külliyatı, II cild. səh 36–40.
- Azərbaycan Folkloru Külliyatı, II cild. səh 5–8.
- Azərbaycan Folkloru Külliyatı, II cild. səh 14–18.
- Azərbaycan Folkloru Külliyatı, II cild. səh 24–32.
- Azərbaycan Folkloru Külliyatı, II cild. səh 5–8.
- Azərbaycan Folkloru Külliyatı, II cild. səh 5–8.
- Azərbaycan Folkloru Külliyatı, II cild. səh 9–13.
- Azərbaycan Folkloru Külliyatı, II cild. səh 5–8.
- Azərbaycan Folkloru Külliyatı, II cild. səh 9–13.
- Azərbaycan Folkloru Külliyatı, II cild. səh 14–18.
- Azərbaycan Folkloru Külliyatı, II cild. səh 24–32.
- Azərbaycan Folkloru Külliyatı, II cild. səh 36–40.
İkinci dərəcəli mənbələr
- Türk mitolojisi ilə ilgili bir tabir Tapduk. Kemal Yüce. Kanyılmaz Matbaası, 2005.
- Sehrli nağıllarda mifoloji dünya modelinin elementləri. Nail Qurbanov. Sumqayıt Dövlət Universiteti, 2021.
- Oruc Əliyev. Azərbaycan nağılları: janr, süjet və obraz problemləri. Bakı, Elm və təhsil, 2019, 304 səh.
- Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, 2003, Yurt Yayınevi (türk.).
Mənbə
- Azərbaycan Folkloru Külliyatı, II cild, Nağıllar (II kitab), Bakı, "Səda" nəşriyyatı, 2006, 400 səh.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Tufan div Azerbaycan nagili Tapdiq in qehremani Firtinalar tanrisi ve Zulmet dunyasinin padsahidir oglu Tapdiq Isiqli dunyanin ve Zulmet dunyasinin padsahi olaraq onu evez etmisdir Tufan div Firtinalar tanrisi Zulmet dunyasinin padsahiIslam seytaninin div melek ve ya perini ele kecirmesiYasadigi yer Qaf dagi Zulmet dunyasi Gulustani Bagi Irem evlilikden sonra Heyat yoldasi Gulustani Bagi Iremin sahibi Gun xanimUsaqlari Tapdiq padsah qeyri qanuni oglu Sahzade sehrbaz Sems ogey qizi Varisi Tapdiq padsah Isiqli dunyanin ve Zulmet dunyasinin padsahi Sehrli gucleri Tebiete tesir etme ucma ve qeyri insani suret guclu beden tilsimler sehrli guclerinin neslinden gelenlere oturulmesiMelumatLeqeb ler i Qara DivNovu Div Meymun bir muddet Elaqeleri Ay reqibi Cinler padsahinin oglu Nureddunya qanlisi ve kurekeni Evlilikden sonra emri altindaki Gulustani Bagi Irem varliqlari Semsin emrindeki periler Gulustani Bagi Iremin agaclari xeber agaci dirilik agaci Tufan Divin oglu Tapdiga hesr edilmis resm Arif Huseynovun Azerbaycan nagillari seriyasindanXarakteristikasiZulmet dunyasinin padsahi olan Tufan div butun ser quvvelerin ve emellerin himayecisidir O nagilda tam menfi obraz kimi teqdim edilmese de verilen bezi melumatlar Tufan divin olu tilsimini istifade etmesi onun menfi obraz oldugunu tesdiqleyir Sehrli gucleri Tebiete tesir etme Tufan div bir yerde gorunmezden evvel berk gurultu qopara ve ildirim caxdira biler Div Gun xanimdan ayrildigi zaman kederlenir goz yaslari havaya qalxib damla damla yere suzulurdu Ustadlara gore bulud duman yagis qar dolu Tufan divin goz yaslarindan emele gelirdi Tufan div Gun xanimi gordukden sonra onun goz yaslarindan deryalar ummanlar goller emele gelir ve ya goz yaslari od olub etrafi yandirirdi Ucma ve qeyri insani suret Tufana div Qemeri ogurlamaga gederken ucaraq yeddi illik yolu bir saata gedir Guclu beden Tufan divin silahi basinda qirx deyirman dasi olan emuddur Onunla doyuserken gozleri ve ureyinden vurulmalidir ona qilinc nize batmir Tilsimler Tapdiq nagilinda Tufan Div bir sira tilsimlerden istifade edir Bihus etme Tufan div lovh oxuyaraq insani bihus ede bilir Bu tilsim en azi yeddi gun cekir Olu tilsimi Bu tilsime dusenler hemise olu qalir onlari diriltmeyin caresi yalniz Tufan divdedir Canlarin birlesdirilmesi Bu tilsimle canlari bir sisede birlesdirilen iki sexs olseler birlikde olurler yasasalar birlikde yasayirlar Sehrli guclerinin onun neslinden gelenlere oturulmesi Tufan divle Gun xanimin ovladi olan Tapdiq adi insanlarin ede bilmeyeceyi seyleri edirdi O insan ovladinin gede bilmeyeceyi Gulustani Bagi Iremde serbest gezirdi Hemcinin Tapdigin qeyri adi sesi yeni neresi ildirim tanrisinin atasi Tufan div goy gurultusu ile simmetriklesir Tapdiq qilinci cekib ele bir nere cekdi ki tilsim tamam titredi ulduzlar herekete geldi Onun bu neresi hemise havada qaldi ildirim goy gurultusu oldu BioqrafiyasiTufan divle Gun xanimin gorus yeri olan Qaf dagi Disk seklindeki dunya qirmizi rengde tesvir edilmis Qaf dagi ile ehate edilmisdir Zekeriyye el Qezvininin Yaradilis mocuzeleri kitabi Zulmet padsahi olan Tufan div Gun xanimi sevirdi ve onun qulluqcusu olmasi ucun Suleyman tacirin qizi Tapdigin bacisi Qemer xanimi ogurlayir Div Qemere lovh oxuyaraq onu yeddi gun Qaf daginda bihus saxlayir Ancaq Gun xanim qulluqcu kimi istemediyi ucun Tufan div onun emri ile Qemeri zulmet dunyasina aparib olu tilsimine salir Bundan sonra Tufan div Gun xanimla birlikde Qaf daginda kef edir Gunun qizi Sems Qaf dagina ucaraq anasini Tufan divle birlikde gorur O anasina Tufan divle gorusmemesini isteyirse Ayla evlene bileceyini deyir Tufan Div ise gizlice Gunden qizi Semsi oldurmesini isteyir Amma Sems cox ehtiyatli davrandigindan Tufan div ozunu qorumaq ucun canini Gunle bir siseye salir Sems anasini qorumaq ucun Tufan divi oldurmekden vaz kecir ve Qaf dagini qirx yere bolerek sevgilisi Cin padsahinin oglu Nureddunyani qarovul qoyur Ancaq Gun Nureddunyani aldadir ve onu ozu ile Tufan divin gorusmesine komek etmeye razi salir Sems onlarin sirrini oyrenende Tufan divi meymuna cevirib qaranliq dunyaya salir Bu zaman Semsle sevgili olan Tapdiq bacisi Qemeri axtarmaga gedir Tapdiq oyrenir ki Tufan div bacisinin tilsimine gore gunahkardir ve ona qilinc nize islemediyi ucun yalniz Sems terefinden oldurule biler Tapdiq bacisi Qemerin olu kimi yatdigi bagcaya gelir ve burani qoruyan meymunla qirx gun dava edir Axirda meymunu ram edir Gulustani Bagi Ireme qayidan Tapdiq Semsi heqiqeti demeye razi salir Sems Tufan divi meymuna cevirdiyini etiraf edir Tufan divin Tapdigin bacisini tilsimden azad etmesi qarsiliginda Sems onun anasi Gunle evlenmesine raziliq verir Gun xanim ise Tapdigin ozunun Tufan divden olan oglu oldugunu Suleyman tacirin Tapdigi ovladliga goturduyunu etiraf edir Bundan sonra Gun xanim Tufan divle Qemer xanim Tapdiqla Sems xanim Nureddunya ile evlenir TedqiqiQedim yunan mifologiyasinda tanri ve ya yari tanri adlandirilanlar Tapdiq nagilinda divdir Farsca div sozunun tanri menasina gelen divin sozu ile elaqeli oldugu iddialari nezere alinarsa bu nagilda divin ferqli mena dasidigi basa dusulur Tufan div firtina ve tufani temsil etmir firtina ve tufanin ozudur Tufan divin Qemeri qacirarken ildirim caxmasi motivi divin Ildirim tanrisinin izlerini dasidigini gosterir Tapdiq Goy oglu kimi goyden yere atilir ve tapildigi ucun adina Tapdiq deyilir Eynen Ildirim tanrisinin ovladlarinda da bu motiv gorulur Tapdiq turk ve monqol efsanelerinde seytani quvveden temizlenmesi ucun goyden yere gonderilen Tanrinin ovladlari seklindeki efsanevi qehremanlar qrupuna aid olunur IstinadlarIlkin menbeler Azerbaycan Folkloru Kulliyati II cild seh 5 8 Azerbaycan Folkloru Kulliyati II cild seh 36 40 Azerbaycan Folkloru Kulliyati II cild seh 5 8 Azerbaycan Folkloru Kulliyati II cild seh 14 18 Azerbaycan Folkloru Kulliyati II cild seh 24 32 Azerbaycan Folkloru Kulliyati II cild seh 5 8 Azerbaycan Folkloru Kulliyati II cild seh 5 8 Azerbaycan Folkloru Kulliyati II cild seh 9 13 Azerbaycan Folkloru Kulliyati II cild seh 5 8 Azerbaycan Folkloru Kulliyati II cild seh 9 13 Azerbaycan Folkloru Kulliyati II cild seh 14 18 Azerbaycan Folkloru Kulliyati II cild seh 24 32 Azerbaycan Folkloru Kulliyati II cild seh 36 40 Ikinci dereceli menbeler Turk mitolojisi ile ilgili bir tabir Tapduk Kemal Yuce Kanyilmaz Matbaasi 2005 Sehrli nagillarda mifoloji dunya modelinin elementleri Nail Qurbanov Sumqayit Dovlet Universiteti 2021 Oruc Eliyev Azerbaycan nagillari janr sujet ve obraz problemleri Baki Elm ve tehsil 2019 304 seh Turk Mitolojisi Ansiklopedik Sozluk Celal Beydili 2003 Yurt Yayinevi turk MenbeAzerbaycan Folkloru Kulliyati II cild Nagillar II kitab Baki Seda nesriyyati 2006 400 seh