Trastamar sülaləsi (ing. House of Trastamara) (isp. Casa de Trastámara) — İspaniyanın məşhur kral ailəsi. Araqon, Navarra və Neapol krallıqlarının birləşdirilməsindən öncə 1369-cu ildə Kastiliyada hakimiyyəti ələ alan Trastamarlar nin qeyri-məşru alt qoludur.
Tarixi
Hakimiyyətə gəlişi
Kastiliya kralı XI Alfonsonun 1350-ci ildə ölümündən sonra böyük oğlu Pyotr atasının taxtına əyləşdi. Pyotr mərhum kralın xanımı Portuqaliyalı Mariyadan dünyaya gəlmişdi və kralın yeganə məşru övladı idi. Ancaq XI Alfonsonun uzun müddətdir ki, adlı bir xanımla münasibəti və bu məşuqəsindən dünyaya gələn qeyri-məşru 10 övladı var idi. Trastamarlar ailəsinin ilk nümayəndələri olan kralın bu övladları taxta çıxan ögey qardaşları I Pyotra siyasi müxalifət apardılar. İki qrup arasındakı münasibətləri daha da kəskinləşdirən isə Portuqaliyalı Mariyanın ərinin məşuqəsini həbs etdirib daha sonra da edam etdirməsi oldu.
Pyotr ilk öncə 1356-cı ildə ögey qardaşı Henrinin rəhbərlik etdiyi çevrilişin qarşısını aldı. Daha sonra 1360-cı ildə Rioxa yaxınlığında digər üsyançı qrupunu məğlub etdi və ələ keçirilən ögey qardaşları Xuan və Pedronu edam etdirdi. Araqon krallığı tərəfindən qorunan Henri isə həmin il Fransayla Araqon arasında bağlanan sülhün ardından yeni müttəfiqlərinin yanına qaçdı.
Pyotrun apardığı yanlış daxili və hərbi siyasət nəticəsində Kastiliyada nüfuzu artan Henri Araqon və Fransayla 1365-ci ildə ittifaq qurdu və Kastiliya taxtı uğrunda hərbi mübarizəyə başladı. Bu mübarizədə Pyotrun dəstəkçisi isə İngiltərə kralı III Eduardın böyük oğlu və varisi Qara şahzadə idi. 13 aprel 1367-ci ildə tərəflər arasında baş verən toqquşma nəticəsində Plantagenetlərin dəstəyini arxasına alan Pyotr qalib gəldi. Ancaq Qara şahzadənin səhhətinin pisləşməsi və Pyotrun İngiltərəyə vəd etdiyi mülkləri verməməsi nəticəsində ingilis ordusu İspaniyadan geri çəkildi. 1369-cu ilin martında davam edən Fransa və Araqon dəstəyini də alan Henri yenidən hücuma keçdi və bu dəfə ögey qardaşını döyüşdən öncə hazırlanan sui-qəsdlə öz əlləriylə öldürdü.
II Henri dönəmi
Ögey qardaşını aradan qaldırdıqdan sonra Kastiliya taxtına əyləşən II Henri ilk öncə güclü zadəganların mülklərini əlindən alın xəzinəyə əlavə etdi. Bu zadəganlar Kastiliyada yeni bir təbəqə yaratdılar və bu təbəqədəki zadəgan qrupu II Henri hakimiyyətinə qarşı öz mülklərini müdafiə etməyə və krala qarşı müxalifət aparmağa başladı. Bütün bu etirazlara baxmayaraq II Henri bu dönəmdə Portuqaliya, Navarra və Qranadanın işğalçı siyasətinə qarşı mübarizə apardı.
II Henri övladlarını evləndirmək üçün Araqon kralı la razılığa gəldi. Belə ki, 18 iyun 1375-ci ildə oğlu və varisi Conu Araqon kralının qızı Eleonora ilə evləndirdi. Cütlüyün bu nigahdan 3 övladı dünyaya gəlsə də, bunlardan yalnız 2 oğlu - Henri və Ferdinand yetkinlik yaşına çatdı. Kiçik qızlarının doğumu əsnasında 1382-ci ildə Eleonora vəfat etdi.
I Con dönəmi
II Henrinin ölümünün ardından 1379-cu ildə oğlu Con Kastiliya taxtına keçdi. 1383-cü ildə I Con Portuqaliya taxtını ələ keçirmək məqsədilə I Ferdinandın yeganə varisi olan qızı Beatrislə evləndi. Nigahdan bir neçə ay sonra kral vəfat etdi və I Con taxt uğrunda mübarizəyə başladı. Ancaq bu cəhdi uğursuz oldu və Portuqaliya taxtına mərhum kralın qardaşı Xuan keçdi. Üstəlik Kastiliya kralı I Con 1390-cı ildə anidən vəfat etdi.
III Henri dönəmi
Onun ani ölümünün ardından Kastiliya taxtına 12 yaşlı oğlu Henri keçdi. Yarımadanın hər yerində yəhudilərə qarşı başlanan qətliamların və iğtişaşların ortasında taxta çıxan III Henri hakimiyyəti yalnız 2 il sonra əlinə ala bildi. Onun səltənətində Kastiliya donanması ingilislərə qarşı bir neçə dəfə qələbə qazandı. 1400-cü ildə göndərilən bir donanma ilə İngiltərənin şimali Afrikadakı quldur mərkəzi olan Tetuan qalası darmadağın edildi. 1402-ci ildə onun əmriylə göndərilən fransız səyyah Jan de Betenkur tərəfindən Kanar adaları müstəmləkəyə çevrildi. 1396-cı ildə III Henrinin rəhbərliyi ilə Estremaduraya edilən hərbi səfərlə portuqalların işğal siyasətinin önü kəsildi və qaynı olan Portuqaliya kralı I Conla 15 avqust 1402-ci ildə sülh bağlandı. 1403-cü ildə Əmir Teymurla Osmanlıya qarşı bir ittifaq qurmaq məqsədilə bir neçə səfir göndərildi.
II Con dönəmi
III Henrinin pisləşən səhhəti səbəbilə səltənətinin son dönəmində dövlət idarəsi qardaşı Ferdinand tərəfindən aparıldı. Kral isə 25 dekabr 1406-cı ildə Qranadaya qarşı yeni bir yürüşə hazırlaşarkən Toledo şəhərində anidən vəfat etdi. Ancaq ölümünün ardından qardaşı Ferdinand Kastiliya taxtından imtina etdi və bunun mərhum qardaşının oğlu olan Conun haqqı olduğunu dedi. Beləcə, oğlu Con taxta çıxarıldı və anası Lankasterli Ketrin və əmisi Ferdinand onun naibləri olaraq ölkəni uzun müddət idarə etdi. Üstəlik Ferdinand 1412-ci ildə Araqon kralı seçildi və beləcə Trastamarlar yarımadanın yarıdan çoxunu ələ aldılar.
Mənbə
- Reilly, Bernard (1993). The Medieval Spain. Cambridge: Cambridge University Press. ISBN 0-521-39436-8.
- Ruiz, Teofilo (2007). Spain's Centuries of Crisis: 1300-1474. Malden, MA: Blackwell Publishing. ISBN 978-1-4051-2789-9.
- Prescott, William (1842). History of Ferdinand and Isabella. London: Richard Bentley. pp. 22–23.
- Jaen, Didier (1978). John II of Castile and the Grand Master Alvaro de Luna: A Biography. Madrid: Castalia Publishing.
- Elliot, J.H. (1963). Imperial Spain: 1469–1716. New York: Penguin Books. p. 15. ISBN 978-0-14-100703-8.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Trastamar sulalesi ing House of Trastamara isp Casa de Trastamara Ispaniyanin meshur kral ailesi Araqon Navarra ve Neapol kralliqlarinin birlesdirilmesinden once 1369 cu ilde Kastiliyada hakimiyyeti ele alan Trastamarlar nin qeyri mesru alt qoludur TarixiHakimiyyete gelisi Kastiliya krali XI Alfonsonun 1350 ci ilde olumunden sonra boyuk oglu Pyotr atasinin taxtina eylesdi Pyotr merhum kralin xanimi Portuqaliyali Mariyadan dunyaya gelmisdi ve kralin yegane mesru ovladi idi Ancaq XI Alfonsonun uzun muddetdir ki adli bir xanimla munasibeti ve bu mesuqesinden dunyaya gelen qeyri mesru 10 ovladi var idi Trastamarlar ailesinin ilk numayendeleri olan kralin bu ovladlari taxta cixan ogey qardaslari I Pyotra siyasi muxalifet apardilar Iki qrup arasindaki munasibetleri daha da keskinlesdiren ise Portuqaliyali Mariyanin erinin mesuqesini hebs etdirib daha sonra da edam etdirmesi oldu Pyotr ilk once 1356 ci ilde ogey qardasi Henrinin rehberlik etdiyi cevrilisin qarsisini aldi Daha sonra 1360 ci ilde Rioxa yaxinliginda diger usyanci qrupunu meglub etdi ve ele kecirilen ogey qardaslari Xuan ve Pedronu edam etdirdi Araqon kralligi terefinden qorunan Henri ise hemin il Fransayla Araqon arasinda baglanan sulhun ardindan yeni muttefiqlerinin yanina qacdi Pyotrun apardigi yanlis daxili ve herbi siyaset neticesinde Kastiliyada nufuzu artan Henri Araqon ve Fransayla 1365 ci ilde ittifaq qurdu ve Kastiliya taxti ugrunda herbi mubarizeye basladi Bu mubarizede Pyotrun destekcisi ise Ingiltere krali III Eduardin boyuk oglu ve varisi Qara sahzade idi 13 aprel 1367 ci ilde terefler arasinda bas veren toqqusma neticesinde Plantagenetlerin desteyini arxasina alan Pyotr qalib geldi Ancaq Qara sahzadenin sehhetinin pislesmesi ve Pyotrun Ingiltereye ved etdiyi mulkleri vermemesi neticesinde ingilis ordusu Ispaniyadan geri cekildi 1369 cu ilin martinda davam eden Fransa ve Araqon desteyini de alan Henri yeniden hucuma kecdi ve bu defe ogey qardasini doyusden once hazirlanan sui qesdle oz elleriyle oldurdu II Henri donemi Ogey qardasini aradan qaldirdiqdan sonra Kastiliya taxtina eylesen II Henri ilk once guclu zadeganlarin mulklerini elinden alin xezineye elave etdi Bu zadeganlar Kastiliyada yeni bir tebeqe yaratdilar ve bu tebeqedeki zadegan qrupu II Henri hakimiyyetine qarsi oz mulklerini mudafie etmeye ve krala qarsi muxalifet aparmaga basladi Butun bu etirazlara baxmayaraq II Henri bu donemde Portuqaliya Navarra ve Qranadanin isgalci siyasetine qarsi mubarize apardi II Henri ovladlarini evlendirmek ucun Araqon krali la raziliga geldi Bele ki 18 iyun 1375 ci ilde oglu ve varisi Conu Araqon kralinin qizi Eleonora ile evlendirdi Cutluyun bu nigahdan 3 ovladi dunyaya gelse de bunlardan yalniz 2 oglu Henri ve Ferdinand yetkinlik yasina catdi Kicik qizlarinin dogumu esnasinda 1382 ci ilde Eleonora vefat etdi I Con donemi II Henrinin olumunun ardindan 1379 cu ilde oglu Con Kastiliya taxtina kecdi 1383 cu ilde I Con Portuqaliya taxtini ele kecirmek meqsedile I Ferdinandin yegane varisi olan qizi Beatrisle evlendi Nigahdan bir nece ay sonra kral vefat etdi ve I Con taxt ugrunda mubarizeye basladi Ancaq bu cehdi ugursuz oldu ve Portuqaliya taxtina merhum kralin qardasi Xuan kecdi Ustelik Kastiliya krali I Con 1390 ci ilde aniden vefat etdi III Henri donemi Onun ani olumunun ardindan Kastiliya taxtina 12 yasli oglu Henri kecdi Yarimadanin her yerinde yehudilere qarsi baslanan qetliamlarin ve igtisaslarin ortasinda taxta cixan III Henri hakimiyyeti yalniz 2 il sonra eline ala bildi Onun seltenetinde Kastiliya donanmasi ingilislere qarsi bir nece defe qelebe qazandi 1400 cu ilde gonderilen bir donanma ile Ingilterenin simali Afrikadaki quldur merkezi olan Tetuan qalasi darmadagin edildi 1402 ci ilde onun emriyle gonderilen fransiz seyyah Jan de Betenkur terefinden Kanar adalari mustemlekeye cevrildi 1396 ci ilde III Henrinin rehberliyi ile Estremaduraya edilen herbi seferle portuqallarin isgal siyasetinin onu kesildi ve qayni olan Portuqaliya krali I Conla 15 avqust 1402 ci ilde sulh baglandi 1403 cu ilde Emir Teymurla Osmanliya qarsi bir ittifaq qurmaq meqsedile bir nece sefir gonderildi II Con donemi III Henrinin pislesen sehheti sebebile seltenetinin son doneminde dovlet idaresi qardasi Ferdinand terefinden aparildi Kral ise 25 dekabr 1406 ci ilde Qranadaya qarsi yeni bir yuruse hazirlasarken Toledo seherinde aniden vefat etdi Ancaq olumunun ardindan qardasi Ferdinand Kastiliya taxtindan imtina etdi ve bunun merhum qardasinin oglu olan Conun haqqi oldugunu dedi Belece oglu Con taxta cixarildi ve anasi Lankasterli Ketrin ve emisi Ferdinand onun naibleri olaraq olkeni uzun muddet idare etdi Ustelik Ferdinand 1412 ci ilde Araqon krali secildi ve belece Trastamarlar yarimadanin yaridan coxunu ele aldilar MenbeReilly Bernard 1993 The Medieval Spain Cambridge Cambridge University Press ISBN 0 521 39436 8 Ruiz Teofilo 2007 Spain s Centuries of Crisis 1300 1474 Malden MA Blackwell Publishing ISBN 978 1 4051 2789 9 Prescott William 1842 History of Ferdinand and Isabella London Richard Bentley pp 22 23 Jaen Didier 1978 John II of Castile and the Grand Master Alvaro de Luna A Biography Madrid Castalia Publishing Elliot J H 1963 Imperial Spain 1469 1716 New York Penguin Books p 15 ISBN 978 0 14 100703 8