"Tiflis əxbarı" (qəzet) — 1832-ci ildə Azərbaycan dilində çıxan ilk qəzet.
"Tiflis əxbarı" | |
---|---|
Növ | Həftəlik ədəbi, ictimai, siyasi qəzet |
Baş redaktor | P.S.Sankovski |
Redaktor | |
Yazıçılar | Abbasqulu ağa Bakıxanov |
Yaranma tarixi | 1 yanvar 1832 |
Dil | Azərbaycan dili |
Nəşrini dayandırıb | 1833 |
Baş ofis | |
Ünvan | Tiflis |
Şimali Azərbaycanın Rusiyanın tərkibində olması nəticəsində çar hakimiyyəti öz müstəmləkəçilik siyasətini həyata keçirmək üçün təbliğat vasitəsinə ehtiyac duydu və Tiflisdə rus dilində ilk mətbu orqan olan "Tiflisskiye vedomosti" qəzetini 1828-ci ildə nəşr etdi. "Tiflisskiye vedomosti'nin bir neçə dildə əlavəsi nəşr olunurdu. Qəzet Azərbaycan dilində 1832-ci ildə nəşr olunmuşdur və qəzetin azərbaycanca adı "Tiflis əxbarı" idi. Qəzetin həm rus, həm də yerli dillərdə çıxan əlavələri ciddi senzura nəzarətində çap olunur, hərbi orqan onları daim diqqətdə saxlayırdı.
Qəzetin nəşrə başlaması
Tiflisdəki "Diplomatik dəftərxana"da "Tiflisdə tatar dilində qəzet nəşri haqqında" 142 nömrəli iş 29 mart 1831-ci ildə açılıb, 30 yanvar 1833-cü ildə bağlanmışdır. İş Təbrizdən Bezakın diplomatik dəftərxanaya məktubu ilə başlanır. O, xahiş edirdi ki, Azərbaycan dilindəki qəzet Təbrizdə Məhəmmədxan Əmir Nizama təqdim olunmaq üçün "ardıcıl çatdırılsın", çünki o, qəzetin məzmunu ilə şahı tanış edəcəkdir.
Arxiv materiallarından məlum olur ki, "Tiflis əxbarı"nın Azərbaycan dilində olan variantı farsca çıxan qəzet bağlandıqdan sonra çap olunub. Farsca çıxan qəzetin abunəçiləri az olduğundan çox davam edə bilməmişdir. Bu, Paskeviçdən sonra Qafqazın baş hakimi olan baron Rozenin 1831-ci ilin dekabr ayının 30-da maarif naziri K. A. Livenə yazdığı məktubdan bəlli olur. Rozen yazırdı ki, məndən əvvəl burada fars dilində "Tiflisskiye vedomosti" qəzeti nəşr olunmuşdur. Qəzeti saxlamaq üçün abunəçilərin sayı az olduğuna görə onun nəşri dayandırılmışdır.
Tatarlar (azərbaycanlılar) onlar üçün çıxan qəzeti (fars nüsxələri nəzərdə tutulur.) təbiətlərinə xas olan maraqla və məmnuniyyətlə qarşıladılar, lakin olduqca az abunə ilə kifayətləndilər... Çünki fars dili nəinki bizə mənsub olan və tatarlar (Azərbaycan türkləri) yaşayan Zaqafqaziya ölkəsində, hətta Azərbaycanın özündə də az yayılıbdır... Həmin nəşrdən gözlənilən fayda məni, onu bərpa etmək zərurətinə inandırdı, lakin fars dilində yox... tatar dilində. |
"Tiflis əxbarı" qəzetinin Azərbaycan dilində ilk nömrəsi 1832-ci ilin yanvarında çıxmışdır. Sənədlərin birində deyilir:
Bu il yanvarın 1-dən Tiflisdə aşağıdakı şərtlərlə tatar dilində qəzet buraxılacaqdır. 1. Qəzet həftədə bir dəfə çıxacaqdır. 2. Rusca nəşrində olduğu kimi, tatar qəzetinin də illik abunə haqqı gümüş pulla 8 manat, yarım illik isə 5 manatdır. 3. Nömrələrin vaxtında çıxmasına və abunəçilərə müntəzəm çatdırılmasına nəzarət qəzetin baş redaktoru, baş saray müşaviri Sankovskiyə tapşırılır. Qəzet almaq istəyənlər ona ya şəxsən, ya da ki, yerli hökumət vasitəsilə müraciət edə bilərlər. |
Bu sənəddən göründüyü kimi "Tiflis əxbarı" qəzeti "Tiflisskiye vedomosti"nin əlavəsi olduğu üçün onun redaktoru saray müşaviri Sankovski idi.
Bu məzmunda elanlar Ermənistan vilayətinə, Ahalsıx paşalığına, müsəlman əyalətləri idarəsinə, Şirvan, Şəki, Bakı, Quba, Dərbənd, Lənkəran, Qumri komendantlarına göndərilmişdi. Elanla yanaşı, qəzetə abunəçilər toplamaq haqqında göstəriş də verilmişdi. Alınan cavablardan bir neçəsi Gürcüstan dövlət arxivində saxlanılır. Məsələn, Quba komendantı podpolkovnik Gimbut yazırdı:
Tatar dilində çıxan “Tiflis əxbarı” qəzetini almaq istəyən 30 nəfər, rus dilində almaq istəyən iki nəfərdir. |
Bakı komendantı podpolkovnik Kolomiysev məktubunda deyirdi ki, Bakıda qəzetə yazılmaq istəyənlər tək-təkdir. Ümumiyyətlə, camaat qəzetə yazılmaq istəmir. Ona görə ki, keçən illər fars dilində çıxan qəzetin abunəçiləri nömrələrin birini də almamışlar. İndi də tamam etiraz edirlər.
"Tiflis əxbarı"qəzetinin bir nüsxəsi belə əldə yoxdur. Lakin qəzetin çıxması haqqında çoxlu arxiv sənədləri vardır. Bu sənədlər mətbuatda qismən işıqlandırılmışdır. Mətbuat tariximizin ilk mərhələsində nəşr olunan mətbu orqanlar kimi "Tiflis əxbarı"nın da abunəçilərinin sayı az idi. Quba komendantı Gimbut 1832-ci il 21 yanvar tarixli 119 nömrəli məktubunda qəzetin 30 nəfər abunəçisi olduğunu göstərdiyi halda, Bakı komendantı Kolomiysev abunəçi azlığından şikayətlənirdi.
"Tiflis əxbarı" təkcə Zaqafqaziyada deyil, İranda və Türkiyədə də oxuyurdular.
Redaktor
Qəzetin materiallarını Mirzə Əpriəm Yenikolopov redaktə edirdi. O, Şərq dillərini bilirdi.
Yazıçı
Vərəqə şəklində həftənin çərşənbə günləri çıxan bu qəzetdə Abbasqulu ağa Bakıxanov (1794 −1846) da fəaliyyət göstərdi. O, Sankovskinin "məişət, tarix, ədəbiyyat, mədəniyyət" məsələləri üzrə məsləhətçisi idi. Bakıxanov şərq xalqlarının tarixini, mədəniyyətini, fars, rus, ərəb dillərinin mükəmməl bilicisi kimi Qafqaz baş əmirliyinin diqqətində idi. Akademik Fuad Qasımzadənin yazdığı kimi, "Tiflis əxbarı"nın azərbaycanca nəşrinə, həmçinin Qubada əhali arasında yayılmasında o zaman canişinlik dəftərxanasında tərcüməçi işləyən məşhur Azərbaycan alimi və yazıçısı Bakıxanov (Qüdsi) yaxından kömək göstərmişdir.
Qəzetin başlıca mövzuları
Baron Rozen maarif nazirinin nəzərinə çatdırırdı ki, azərbaycanca çap olunacaq "Tiflis əxbarı" farsca çıxmış qəzetin məzmununa müvafiq materiallar verəcəkdir. Məqalələrin məzmunu isə bu şəkildə müəyyənləşdirilmişdir. 1. Dövlət tərəfindən Zaqafqaziya müsəlmanlarına verilən yüksək mükafatlar haqqında məlumatlar. 2. Asiyalılar üçün anlaşıqlı və maraqlı olan xarici və daxili yeniliklər. 3. Yerli əhali arasında Avropa təhsilinə, sənayesinə rəğbət oyadan müxtəlif materiallar. Baron Rozen məktubunda göstərirdi ki, qəzetin azərbaycanca çıxması ilə hökumətin "müvafiq xeyirxah niyyətlərinin" buradakılar arasında yayılması üçün "ən layiqli vasitə" əldə ediləcəkdir.
Qəzetin nəşrinin dayandırılması
Çar idarələri Azərbaycan dilində çıxan qəzetin nəşrinə icazə verməklə yanaşı, eyni zamanda bərk həyəcanlanırdılar. Çar məmurları qorxurdular ki, hökumətin xalq əleyhinə gördüyü tədbir hiss olunmadan qəzet səhifəsində çıxa bilər və camaatın bundan xəbəri olar. Odur ki, lazımi tədbirlər görürdülər. Bunu baron Rozenin 1831-ci il dekabrın 31-də Xarici İşlər Nazirliyi yanında Asiya departamentinin müdiri Rodofinikinə göndərdiyi məktubdan aydın hiss etmək olur. Məktubda deyilirdi ki, həmin qəzetdə hökumətin siyasi görüşləri əks olunacaqdır. Odur ki, bəzi şeyləri redaktora bildirmək lazım deyildir.
Qəzet 1833-cü ilin əvvəllərinə qədər çıxmışdır. Sankovski 1832-ci il oktyabrın 19-da vəfat etdikdən sonra əməkdaşlardan Zubaryov və Qordeyev hər üç qəzetin nəşrini davam etdirmək istəmişlər. Lakin üç qəzeti redaktə etmək onlar üçün çətinlik törətmişdir. Bir-birinin ardınca hər üç qəzet bağlanmışdır. Bundan sonra Tiflisdə bir neçə il Azərbaycan dilində qəzet çıxmamışdır.
Həmçinin bax
Ədəbiyyat siyahısı
- A. S. Puşkin. "Ərzurum səyahəti". Bakı. Azərnəşr, 1937, səh.31–32
- "Культура и писменность Востока", III kitab, Bakı, 1928, səh.142
- "Акты, собрание Кавказской археологической комиссией", VIII cild, səh.14; Иваненко В. Гражданское управление Закавказья, 1886, səh. 165; И.Ениколопов. Первая тюркская газета на Кавказе "Культура и письменность Востока", III kitab, Bakı, 1928, səh.140–146
- F. Qasımzadə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. 1974, səh.114.
Mənbə
- Axundov Nazim. Azərbaycanda dövri mətbuat. (1832–1920). Biblioqrafıya — Bakı. 1965
- "Azərbaycan dövri mətbuatı". (1832–1920). Biblioqrafiya. Bakı. 1987
- Zeynalov N. "Azərbaycan mətbuatı tarixi". I hissə. Bakı. 1973.
- Vəliyev Akif Abdüləzim oğlu (Aşırlı). "Azərbaycan mətbuatı tarixi" (1875–1920), Bakı "Elm və Təhsil", 2009 –5–6 səh.
İstinadlar
- "Nizami Məmmədzadə, Mahmud Kamaloğlu, "Gürcüstanın azərbaycanlı jurnalistləri", Tiflis, 2015, 124 səh" (PDF). 2020-05-25 tarixində (PDF). İstifadə tarixi: 2018-06-13.
- (PDF). 2020-05-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-06-13.
- "Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006 - 248 səh" (PDF). 2016-03-05 tarixində (PDF). İstifadə tarixi: 2018-07-02.
Xarici keçidlər
- Azərbaycan dilində çıxan ilk qəzet: "Tiflis əxbarı"
- Tiflisdə nəşr olunan azərbaycandilli qəzetlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Tiflis exbari qezet 1832 ci ilde Azerbaycan dilinde cixan ilk qezet Tiflis exbari Nov Heftelik edebi ictimai siyasi qezetBas redaktor P S SankovskiRedaktorYazicilar Abbasqulu aga BakixanovYaranma tarixi 1 yanvar 1832Dil Azerbaycan diliNesrini dayandirib 1833Bas ofis TbilisiUnvan Tiflis Simali Azerbaycanin Rusiyanin terkibinde olmasi neticesinde car hakimiyyeti oz mustemlekecilik siyasetini heyata kecirmek ucun tebligat vasitesine ehtiyac duydu ve Tiflisde rus dilinde ilk metbu orqan olan Tiflisskiye vedomosti qezetini 1828 ci ilde nesr etdi Tiflisskiye vedomosti nin bir nece dilde elavesi nesr olunurdu Qezet Azerbaycan dilinde 1832 ci ilde nesr olunmusdur ve qezetin azerbaycanca adi Tiflis exbari idi Qezetin hem rus hem de yerli dillerde cixan elaveleri ciddi senzura nezaretinde cap olunur herbi orqan onlari daim diqqetde saxlayirdi Qezetin nesre baslamasiTiflisdeki Diplomatik defterxana da Tiflisde tatar dilinde qezet nesri haqqinda 142 nomreli is 29 mart 1831 ci ilde acilib 30 yanvar 1833 cu ilde baglanmisdir Is Tebrizden Bezakin diplomatik defterxanaya mektubu ile baslanir O xahis edirdi ki Azerbaycan dilindeki qezet Tebrizde Mehemmedxan Emir Nizama teqdim olunmaq ucun ardicil catdirilsin cunki o qezetin mezmunu ile sahi tanis edecekdir Arxiv materiallarindan melum olur ki Tiflis exbari nin Azerbaycan dilinde olan varianti farsca cixan qezet baglandiqdan sonra cap olunub Farsca cixan qezetin abunecileri az oldugundan cox davam ede bilmemisdir Bu Paskevicden sonra Qafqazin bas hakimi olan baron Rozenin 1831 ci ilin dekabr ayinin 30 da maarif naziri K A Livene yazdigi mektubdan belli olur Rozen yazirdi ki menden evvel burada fars dilinde Tiflisskiye vedomosti qezeti nesr olunmusdur Qezeti saxlamaq ucun abunecilerin sayi az olduguna gore onun nesri dayandirilmisdir Tatarlar azerbaycanlilar onlar ucun cixan qezeti fars nusxeleri nezerde tutulur tebietlerine xas olan maraqla ve memnuniyyetle qarsiladilar lakin olduqca az abune ile kifayetlendiler Cunki fars dili neinki bize mensub olan ve tatarlar Azerbaycan turkleri yasayan Zaqafqaziya olkesinde hetta Azerbaycanin ozunde de az yayilibdir Hemin nesrden gozlenilen fayda meni onu berpa etmek zeruretine inandirdi lakin fars dilinde yox tatar dilinde Tiflis exbari qezetinin Azerbaycan dilinde ilk nomresi 1832 ci ilin yanvarinda cixmisdir Senedlerin birinde deyilir Bu il yanvarin 1 den Tiflisde asagidaki sertlerle tatar dilinde qezet buraxilacaqdir 1 Qezet heftede bir defe cixacaqdir 2 Rusca nesrinde oldugu kimi tatar qezetinin de illik abune haqqi gumus pulla 8 manat yarim illik ise 5 manatdir 3 Nomrelerin vaxtinda cixmasina ve abunecilere muntezem catdirilmasina nezaret qezetin bas redaktoru bas saray musaviri Sankovskiye tapsirilir Qezet almaq isteyenler ona ya sexsen ya da ki yerli hokumet vasitesile muraciet ede bilerler Bu senedden gorunduyu kimi Tiflis exbari qezeti Tiflisskiye vedomosti nin elavesi oldugu ucun onun redaktoru saray musaviri Sankovski idi Bu mezmunda elanlar Ermenistan vilayetine Ahalsix pasaligina muselman eyaletleri idaresine Sirvan Seki Baki Quba Derbend Lenkeran Qumri komendantlarina gonderilmisdi Elanla yanasi qezete abuneciler toplamaq haqqinda gosteris de verilmisdi Alinan cavablardan bir necesi Gurcustan dovlet arxivinde saxlanilir Meselen Quba komendanti podpolkovnik Gimbut yazirdi Tatar dilinde cixan Tiflis exbari qezetini almaq isteyen 30 nefer rus dilinde almaq isteyen iki neferdir Baki komendanti podpolkovnik Kolomiysev mektubunda deyirdi ki Bakida qezete yazilmaq isteyenler tek tekdir Umumiyyetle camaat qezete yazilmaq istemir Ona gore ki kecen iller fars dilinde cixan qezetin abunecileri nomrelerin birini de almamislar Indi de tamam etiraz edirler Tiflis exbari qezetinin bir nusxesi bele elde yoxdur Lakin qezetin cixmasi haqqinda coxlu arxiv senedleri vardir Bu senedler metbuatda qismen isiqlandirilmisdir Metbuat tariximizin ilk merhelesinde nesr olunan metbu orqanlar kimi Tiflis exbari nin da abunecilerinin sayi az idi Quba komendanti Gimbut 1832 ci il 21 yanvar tarixli 119 nomreli mektubunda qezetin 30 nefer abunecisi oldugunu gosterdiyi halda Baki komendanti Kolomiysev abuneci azligindan sikayetlenirdi Tiflis exbari tekce Zaqafqaziyada deyil Iranda ve Turkiyede de oxuyurdular Redaktor Qezetin materiallarini Mirze Epriem Yenikolopov redakte edirdi O Serq dillerini bilirdi Yazici Vereqe seklinde heftenin cersenbe gunleri cixan bu qezetde Abbasqulu aga Bakixanov 1794 1846 da fealiyyet gosterdi O Sankovskinin meiset tarix edebiyyat medeniyyet meseleleri uzre meslehetcisi idi Bakixanov serq xalqlarinin tarixini medeniyyetini fars rus ereb dillerinin mukemmel bilicisi kimi Qafqaz bas emirliyinin diqqetinde idi Akademik Fuad Qasimzadenin yazdigi kimi Tiflis exbari nin azerbaycanca nesrine hemcinin Qubada ehali arasinda yayilmasinda o zaman canisinlik defterxanasinda tercumeci isleyen meshur Azerbaycan alimi ve yazicisi Bakixanov Qudsi yaxindan komek gostermisdir Qezetin baslica movzulariBaron Rozen maarif nazirinin nezerine catdirirdi ki azerbaycanca cap olunacaq Tiflis exbari farsca cixmis qezetin mezmununa muvafiq materiallar verecekdir Meqalelerin mezmunu ise bu sekilde mueyyenlesdirilmisdir 1 Dovlet terefinden Zaqafqaziya muselmanlarina verilen yuksek mukafatlar haqqinda melumatlar 2 Asiyalilar ucun anlasiqli ve maraqli olan xarici ve daxili yenilikler 3 Yerli ehali arasinda Avropa tehsiline senayesine regbet oyadan muxtelif materiallar Baron Rozen mektubunda gosterirdi ki qezetin azerbaycanca cixmasi ile hokumetin muvafiq xeyirxah niyyetlerinin buradakilar arasinda yayilmasi ucun en layiqli vasite elde edilecekdir Qezetin nesrinin dayandirilmasiCar idareleri Azerbaycan dilinde cixan qezetin nesrine icaze vermekle yanasi eyni zamanda berk heyecanlanirdilar Car memurlari qorxurdular ki hokumetin xalq eleyhine gorduyu tedbir hiss olunmadan qezet sehifesinde cixa biler ve camaatin bundan xeberi olar Odur ki lazimi tedbirler gorurduler Bunu baron Rozenin 1831 ci il dekabrin 31 de Xarici Isler Nazirliyi yaninda Asiya departamentinin mudiri Rodofinikine gonderdiyi mektubdan aydin hiss etmek olur Mektubda deyilirdi ki hemin qezetde hokumetin siyasi gorusleri eks olunacaqdir Odur ki bezi seyleri redaktora bildirmek lazim deyildir Qezet 1833 cu ilin evvellerine qeder cixmisdir Sankovski 1832 ci il oktyabrin 19 da vefat etdikden sonra emekdaslardan Zubaryov ve Qordeyev her uc qezetin nesrini davam etdirmek istemisler Lakin uc qezeti redakte etmek onlar ucun cetinlik toretmisdir Bir birinin ardinca her uc qezet baglanmisdir Bundan sonra Tiflisde bir nece il Azerbaycan dilinde qezet cixmamisdir Hemcinin baxEkinci qezet Tiflisskiye vedomosti qezetiEdebiyyat siyahisiA S Puskin Erzurum seyaheti Baki Azernesr 1937 seh 31 32 Kultura i pismennost Vostoka III kitab Baki 1928 seh 142 Akty sobranie Kavkazskoj arheologicheskoj komissiej VIII cild seh 14 Ivanenko V Grazhdanskoe upravlenie Zakavkazya 1886 seh 165 I Enikolopov Pervaya tyurkskaya gazeta na Kavkaze Kultura i pismennost Vostoka III kitab Baki 1928 seh 140 146 F Qasimzade XIX esr Azerbaycan edebiyyati tarixi 1974 seh 114 MenbeAxundov Nazim Azerbaycanda dovri metbuat 1832 1920 Biblioqrafiya Baki 1965 Azerbaycan dovri metbuati 1832 1920 Biblioqrafiya Baki 1987 Zeynalov N Azerbaycan metbuati tarixi I hisse Baki 1973 Veliyev Akif Abdulezim oglu Asirli Azerbaycan metbuati tarixi 1875 1920 Baki Elm ve Tehsil 2009 5 6 seh Istinadlar Nizami Memmedzade Mahmud Kamaloglu Gurcustanin azerbaycanli jurnalistleri Tiflis 2015 124 seh PDF 2020 05 25 tarixinde PDF Istifade tarixi 2018 06 13 PDF 2020 05 26 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2018 06 13 Sahverdiyev A B Azerbaycan metbuati tarixi Tehsil nesriyyati 2006 248 seh PDF 2016 03 05 tarixinde PDF Istifade tarixi 2018 07 02 Xarici kecidlerAzerbaycan dilinde cixan ilk qezet Tiflis exbari Tiflisde nesr olunan azerbaycandilli qezetler