Talış mifologiyası (tal. Tolışə mifoloqiyə) — talışların mifoloji inancları toplusu. Talış mifoloji dünyagörüşü təbiət kultunun, Avestada öz əksini tapmış zərdüştilik dininin və İslamla gələn elementlərin sintezini daşıyır.
Öyrənilməsi
Talış folkloru barədə ilkin məlumatlar, müəllim Teymurbəy Bayraməlibəyovun 1894–1899-cu illərdə yazmış olduğu, Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu adlı əsərində öz əksini tapıb. Bayraməlibəyovun hazırladığı üç məqalə özundə talış nağıllarını, əfsanələrini və inanclarını əks etdirir.
1894-cü ildə dilçi və etnoqraf L. G Lopatinski talış dilində olan nağıl və mətnləri toplayır. Bu zaman Tiflisdə yaşayan talış əsilli general-mayor Mir Əsəd bəy, enoqrafa topladığı nağılların mətnlərinin yoxlanılmasında kömək edir. Talış dilində iki nağıl, rus dilinə tərcümə edilərək, "Qafqazın yaşayış məntəqələrini və tayfalarını təsvir etmək üçün materiallar toplusu"nda çap edilir. Bunlar "Sehirli alma" və "Qorxaq" adlı nağıllar olur.
1920–1930-cu illərdə talış folklorunun öyrənilməsinə yeni təkan verilmiş, yerliləşdirmə siyasətinin tərkib hissəsi kimi talış folkloru etnoqraflar, talış dilini dilçilər öyrənmiş, talış texnikumu fəaliyyət göstərmiş və talış dilində qəzet dərc edilmişdir.
1930-cu ildə tanınmış iranşünas Boris Vsevolodoviç Miller "Talış mətnləri" əsərində talış lətifələrini, hekayələrini, mahnılarını, nağıllarını, atalar sözlərini və kiçik bir talışca-rusca-fransızca lüğəti əks etdirmişdir.
1936–1938-ci illərin Böyuk təmizləmə terroru dövründə bir çox talış ziyalıları (Zülfuqar Əhmədxzadə, Böyukağa Mirsalayev, M Nəsirli, Şirəli Axundov və.s) repressiyaya məruz qalmış, talış məktəbləri, qəzetlər bağlanmış, xalqın adı yox olmuşdur. Bu dövrdən başlayaraq 1989-cu ilə qədər talışların azərbaycanlı adlandırılması əmri verilmiş, müvafiq olaraq bu talış folkloruna da təsir etmişdir.
SSRİ-nin dağılmasından sonra talışların mədəni fəaliyyəti daha da güclənmiş, talış nağıllarından nümunələr, mifoloji obrazlar, rəvayətlər kitablarda dərc edilmiş, "Tolışi Sədo" qəzeti kimi talış qəzetləri açılmışdır.
2010-cu ildə yaradılan Talış Milli Akademiyası talış folklorunun, mifologiyasının sistemli şəkildə tədqiqi ilə məşğul olur və tədqiq olunan sahələri akademiyanın bülleteninin nömrələrində əks etdirir.
2020-ci ildə, Talış nağıllarının ən dolğun toplularından biri olan "Tolışə xəlqi folklor. Nəğılon iyən əfsonon" (az.: "Talış folkloru. Nağıllar və əfsanələr") çap edilmişdir.
Talışların kosmoqonik təsvirləri
Talışların mifoloji təfəkkürü ondan irəli gəlir ki, hadisələrin təbii axarının pozulması xarici qüvvələrin müdaxiləsinin nəticəsidir. Talışların əcdadları, digər xalqlar kimi, etnik şüurun formalaşmasının ilkin mərhələsində, məsələn, Günəşin və ya Ayın tutulması kimi təbiət hadisələrində dünyanın yaxınlaşan məhvini görürdülər. Ayın tutulması zamanı mis qabları döyüb silahdan atəş açır, onu qorxutmaqla və səs-küylə işığı həbs edən şeytanların əlindən azad etmək istəyirdilər. Bu şeytanların ayı tutaraq "göyun üçuncu qatında" yerləşən böyük, dərin bir gölə batırdıqlarına inanılırdı. Mifə görə yalnız yüksək səs və ya insanların yandırdığı alov ayı sərbəst buraxa bilərdi.
Astral mədəniyyətin qalığı olaraq günəş qadın ilə, ay isə kişi ilə xarakterizə olunur. Bu işıqlı səma cismlərinin Allah tərəfindən mələklər kimi gözəl yaradıldığına inanılır .
Qədim Talışlar inanırdılar ki, cinlər metal əşyaların səsindən çox qorxurlar və buna görə də cinləri qovmaq üçun hər bir insan, meşəyə və ya gecə harasa getməli olanda, özü ilə yola bıçaq və ya mis əşya götürməlidir.
Talış miflərində ildırım çaxması və tufan, səmada yaşayan, insanlarla düşmənçilik edən yaşlı qadınla əlaqələndirilir. Bu qadın hirslənib ata minir və göydə çapır. Atın ayağı göy qübbəsinə dəyəndə şimşək dediyimiz qığılcım, atın dırnaq səsindən isə ildırım yaranır.
Ağaclar ilə bağlı mifologiya
Qədimdə fıstıq, palıd, o cümlədən çinar talışlar arasında müqəddəs ağac sayılırdı. Erkən tədqiqatçılar, talışlar arasında xüsusi ehtiram obyekti olan xüsusi nümunələri də qeyd edirlər. Məsələn Maşhandakı müqəddəs palıd, Razi və Piada kəndləri yaxınlığında Vaxmaku təpəsində olan palıd, Ulya Şaveş yüksəkliyində fıstıq, Veravul kəndi yaxınlığında çinarlar. Hər bir ziyarətgah kimi müqəddəs ağaclar olan yerləridə talışlar ocaq adlandırırlar.
Talışlar bu ağacları müqəddəs hesab edirdilər və inanırdılar ki bu ağaclar müxtəlif xəstəlikləri sağaltmağa, onları bəlalardan qorumağa qadirdilər. Talışlar belə ağacların dibində şam yandırır, ən gizli arzularının gerçəkləşəcəyinə inanaraq pul qoyurdular. Ağacların özləri isə, müxtəlif parçalarla bəzədilirdi. Belə ağacların budaqlarını kəsmək isə qadağan idi. Bu inancı pozan, bunun əvəzini həyatı ilə ödəyə bilərdi.
Talış mifologiyasının personajları
- Əjdaha (Әждәһо) — əjdaha, ilan, mənfi qəhrəman, sonralar nəhəng obrazı;
- Alajen (Алажен) — doğuş zamanı qadınlara zərər verməyə çalışan cin, vəhşi qadın;
- Alamerd (Аламерд) — Böyük ayaqları olan vəhşi və insanlar üçün təhlükəli olan erkək meşə canlısı;
- Viavanqoli/Biaban-quli və ya Qol (Виәвәнғоли, Ғол) — Alamerdə bənzər varlıq;
- Qara (Ғәрә) — pis gecə məxluqu;
- Cin (Ҹын) — insana zərər verən cinlər;
- Div (Див) — bir tərəfdən dəhşətli, iblis məxluq, digər tərəfdən isə olduqca axmaq, yöndəmsiz;
- Duduk (Дудук) — tanrı, yağışın hamisi, lütf gətirir;
- Siyo Qolış (Сијо Голыш, Сијаһ Галеш) — mal-qaranın əsas sahibi və mühafizəçisi;
- Siyo Çiho (Сијо Чыхо) — qara xalatlı çoban obrazı, uğurlar gətirməyə və istəkləri yerinə yetirməyə qadirdir.
- Pəri (Пәри) — sehrli qabiliyyətə malik pəri obrazı;
- Xoxan (Хохән, Хохо) — bataqlıq canavarı;
- Xıdır Nəbi (Хыдыр Нәби, Хызыр) və ya Qırdı zoa (Кырди зоә) — su məkanının və yaşıllığın təcəssümü, mal-qaranın himayədarı;
- Çoşamba xatun (Чошәмбә Хатун) — dənizdə yaşayan məxluq;
- Şəşə (Шәшә) — pişik boyda cin uşağa pislik etməyə çalışır.
İstinadlar
- Алиев Д. Талышский фольклор = Tolışə xəlqi folklor. 1-nə cild Nəğılon iyən əfsonon. Tolışə nəğılon iyən əfsonon qırdə karde tarıxiku. (Из истории фиксирования талышских сказок и легенд) — Баку, 2020. C-10. — 532 с.
- Талышинские тексты. — Сборник материалов для описания местностей и племен Кавказа. — Тифлис, 1894. — С. 24.
- "80 yaşlı "Astara" qəzetinin yubileyi və milli mətbuatın bayramı qeyd olundu".
- Абилов И. Из истории фиксирования талышских сказок и легенд // Талышский фольклор = Tolışə xəlqi folklor. 1-nə cild Nəğılon iyən əfsonon. 2020.
- Оришев А.Б, Мамедов А.А. Талыши: Мифологическая картина мира этноса. Вестник МГУКИ. — 2015. mart.
- Введение в историю и культуру талышского народа / Под ред. Г. С. Асатряна. — Ереван: Кавказский центр иранистики, 2011. — С. 85–86. — 200 с. — ISBN 978-99930-69-69-0
- Талышские народные предания и сказки / Асатрян Г. С.. — Ереван: Кавказский центр иранистики, 2005. — С. 64.
- Мамедов А.А. Религиозно-мифологические элементы талышского этнического сознания // Вестник МГУКИ. № 5 (43). — 2011. noyabr.
- Мамедов А.А. Формирование зороастрийско-шиитской картины мира как предмет филосовского анализа. 2017. 145.
- Абилов И. Мирзализаде И. Очерки по истории и этнографии талышей, Минск. — 2011. — С. 201
- Абилов И.Ш. Некоторые магические практики в культуре талышей // Лавровский сборник. 2013.
- Аракелова В. Религия и народные верования // Введение в историю и культуру талышского народа. 2011.
- Мамедов А. А. Формирование талышского народного поэтического творчества // Социально-гуманитарные знания. № 3. 2015.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Talis mifologiyasi tal Tolise mifoloqiye talislarin mifoloji inanclari toplusu Talis mifoloji dunyagorusu tebiet kultunun Avestada oz eksini tapmis zerdustilik dininin ve Islamla gelen elementlerin sintezini dasiyir OyrenilmesiTalis folkloru barede ilkin melumatlar muellim Teymurbey Bayramelibeyovun 1894 1899 cu illerde yazmis oldugu Qafqaz erazileri ve xalqlarinin tesvirine dair materiallar toplusu adli eserinde oz eksini tapib Bayramelibeyovun hazirladigi uc meqale ozunde talis nagillarini efsanelerini ve inanclarini eks etdirir 1894 cu ilde dilci ve etnoqraf L G Lopatinski talis dilinde olan nagil ve metnleri toplayir Bu zaman Tiflisde yasayan talis esilli general mayor Mir Esed bey enoqrafa topladigi nagillarin metnlerinin yoxlanilmasinda komek edir Talis dilinde iki nagil rus diline tercume edilerek Qafqazin yasayis menteqelerini ve tayfalarini tesvir etmek ucun materiallar toplusu nda cap edilir Bunlar Sehirli alma ve Qorxaq adli nagillar olur 1920 1930 cu illerde talis folklorunun oyrenilmesine yeni tekan verilmis yerlilesdirme siyasetinin terkib hissesi kimi talis folkloru etnoqraflar talis dilini dilciler oyrenmis talis texnikumu fealiyyet gostermis ve talis dilinde qezet derc edilmisdir 1930 cu ilde taninmis iransunas Boris Vsevolodovic Miller Talis metnleri eserinde talis letifelerini hekayelerini mahnilarini nagillarini atalar sozlerini ve kicik bir talisca rusca fransizca lugeti eks etdirmisdir 1936 1938 ci illerin Boyuk temizleme terroru dovrunde bir cox talis ziyalilari Zulfuqar Ehmedxzade Boyukaga Mirsalayev M Nesirli Sireli Axundov ve s repressiyaya meruz qalmis talis mektebleri qezetler baglanmis xalqin adi yox olmusdur Bu dovrden baslayaraq 1989 cu ile qeder talislarin azerbaycanli adlandirilmasi emri verilmis muvafiq olaraq bu talis folkloruna da tesir etmisdir SSRI nin dagilmasindan sonra talislarin medeni fealiyyeti daha da guclenmis talis nagillarindan numuneler mifoloji obrazlar revayetler kitablarda derc edilmis Tolisi Sedo qezeti kimi talis qezetleri acilmisdir 2010 cu ilde yaradilan Talis Milli Akademiyasi talis folklorunun mifologiyasinin sistemli sekilde tedqiqi ile mesgul olur ve tedqiq olunan saheleri akademiyanin bulleteninin nomrelerinde eks etdirir 2020 ci ilde Talis nagillarinin en dolgun toplularindan biri olan Tolise xelqi folklor Negilon iyen efsonon az Talis folkloru Nagillar ve efsaneler cap edilmisdir Talislarin kosmoqonik tesvirleriTalislarin mifoloji tefekkuru ondan ireli gelir ki hadiselerin tebii axarinin pozulmasi xarici quvvelerin mudaxilesinin neticesidir Talislarin ecdadlari diger xalqlar kimi etnik suurun formalasmasinin ilkin merhelesinde meselen Gunesin ve ya Ayin tutulmasi kimi tebiet hadiselerinde dunyanin yaxinlasan mehvini gorurduler Ayin tutulmasi zamani mis qablari doyub silahdan ates acir onu qorxutmaqla ve ses kuyle isigi hebs eden seytanlarin elinden azad etmek isteyirdiler Bu seytanlarin ayi tutaraq goyun ucuncu qatinda yerlesen boyuk derin bir gole batirdiqlarina inanilirdi Mife gore yalniz yuksek ses ve ya insanlarin yandirdigi alov ayi serbest buraxa bilerdi Astral medeniyyetin qaligi olaraq gunes qadin ile ay ise kisi ile xarakterize olunur Bu isiqli sema cismlerinin Allah terefinden melekler kimi gozel yaradildigina inanilir Qedim Talislar inanirdilar ki cinler metal esyalarin sesinden cox qorxurlar ve buna gore de cinleri qovmaq ucun her bir insan meseye ve ya gece harasa getmeli olanda ozu ile yola bicaq ve ya mis esya goturmelidir Talis miflerinde ildirim caxmasi ve tufan semada yasayan insanlarla dusmencilik eden yasli qadinla elaqelendirilir Bu qadin hirslenib ata minir ve goyde capir Atin ayagi goy qubbesine deyende simsek dediyimiz qigilcim atin dirnaq sesinden ise ildirim yaranir Agaclar ile bagli mifologiyaQedimde fistiq palid o cumleden cinar talislar arasinda muqeddes agac sayilirdi Erken tedqiqatcilar talislar arasinda xususi ehtiram obyekti olan xususi numuneleri de qeyd edirler Meselen Mashandaki muqeddes palid Razi ve Piada kendleri yaxinliginda Vaxmaku tepesinde olan palid Ulya Saves yuksekliyinde fistiq Veravul kendi yaxinliginda cinarlar Her bir ziyaretgah kimi muqeddes agaclar olan yerleride talislar ocaq adlandirirlar Talislar bu agaclari muqeddes hesab edirdiler ve inanirdilar ki bu agaclar muxtelif xestelikleri sagaltmaga onlari belalardan qorumaga qadirdiler Talislar bele agaclarin dibinde sam yandirir en gizli arzularinin gercekleseceyine inanaraq pul qoyurdular Agaclarin ozleri ise muxtelif parcalarla bezedilirdi Bele agaclarin budaqlarini kesmek ise qadagan idi Bu inanci pozan bunun evezini heyati ile odeye bilerdi Talis mifologiyasinin personajlariEjdaha Әzhdәһo ejdaha ilan menfi qehreman sonralar neheng obrazi Alajen Alazhen dogus zamani qadinlara zerer vermeye calisan cin vehsi qadin Alamerd Alamerd Boyuk ayaqlari olan vehsi ve insanlar ucun tehlukeli olan erkek mese canlisi Viavanqoli Biaban quli ve ya Qol Viәvәngoli Ғol Alamerde benzer varliq Qara Ғәrә pis gece mexluqu Cin Ҹyn insana zerer veren cinler Div Div bir terefden dehsetli iblis mexluq diger terefden ise olduqca axmaq yondemsiz Duduk Duduk tanri yagisin hamisi lutf getirir Siyo Qolis Siјo Golysh Siјaһ Galesh mal qaranin esas sahibi ve muhafizecisi Siyo Ciho Siјo Chyho qara xalatli coban obrazi ugurlar getirmeye ve istekleri yerine yetirmeye qadirdir Peri Pәri sehrli qabiliyyete malik peri obrazi Xoxan Hohәn Hoho bataqliq canavari Xidir Nebi Hydyr Nәbi Hyzyr ve ya Qirdi zoa Kyrdi zoә su mekaninin ve yasilligin tecessumu mal qaranin himayedari Cosamba xatun Choshәmbә Hatun denizde yasayan mexluq Sese Shәshә pisik boyda cin usaga pislik etmeye calisir IstinadlarAliev D Talyshskij folklor Tolise xelqi folklor 1 ne cild Negilon iyen efsonon Tolise negilon iyen efsonon qirde karde tarixiku Iz istorii fiksirovaniya talyshskih skazok i legend Baku 2020 C 10 532 s Talyshinskie teksty Sbornik materialov dlya opisaniya mestnostej i plemen Kavkaza Tiflis 1894 S 24 80 yasli Astara qezetinin yubileyi ve milli metbuatin bayrami qeyd olundu Abilov I Iz istorii fiksirovaniya talyshskih skazok i legend Talyshskij folklor Tolise xelqi folklor 1 ne cild Negilon iyen efsonon 2020 Orishev A B Mamedov A A Talyshi Mifologicheskaya kartina mira etnosa Vestnik MGUKI 2015 mart Vvedenie v istoriyu i kulturu talyshskogo naroda Pod red G S Asatryana Erevan Kavkazskij centr iranistiki 2011 S 85 86 200 s ISBN 978 99930 69 69 0 Talyshskie narodnye predaniya i skazki Asatryan G S Erevan Kavkazskij centr iranistiki 2005 S 64 Mamedov A A Religiozno mifologicheskie elementy talyshskogo etnicheskogo soznaniya Vestnik MGUKI 5 43 2011 noyabr Mamedov A A Formirovanie zoroastrijsko shiitskoj kartiny mira kak predmet filosovskogo analiza 2017 145 Abilov I Mirzalizade I Ocherki po istorii i etnografii talyshej Minsk 2011 S 201 Abilov I Sh Nekotorye magicheskie praktiki v kulture talyshej Lavrovskij sbornik 2013 Arakelova V Religiya i narodnye verovaniya Vvedenie v istoriyu i kulturu talyshskogo naroda 2011 Mamedov A A Formirovanie talyshskogo narodnogo poeticheskogo tvorchestva Socialno gumanitarnye znaniya 3 2015