Sen-Jon Pers (fr. Saint-John Perse; 31 may 1887[…] – 20 sentyabr 1975[…]) — fransız şair və diplomatı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1960) Aleksis Lejenin (və ya Sen-Leje) (fr. Alexis Leger, fr. Alexis Saint-Leger Leger) ədəbi təxəllüsü.
Sen-Jon Pers | |
---|---|
fr. Saint-John Perse | |
Doğum adı | Marie René Auguste Alexis Léger |
Təxəllüsü | Saint-John Perse, Saint Leger Leger |
Doğum tarixi | 31 may 1887[…] |
Vəfat tarixi | 20 sentyabr 1975[…](88 yaşında) |
Təhsili |
|
Fəaliyyəti | şair, tərcüməçi, diplomat, yazıçı |
Əsərlərinin dili | fransız dili |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Tam adı Mari Rene Aleksi Sen Leje olan fransız şairi və diplomatı Sen-Jon Pers Qvadelupa yaxınlığında, ailələrinə məxsus kiçik adada doğulmuşdu. İlk təhsilini Qvadelupada almışdı. 1899-cu ildə valideynləri ilə birlikdə Fransaya qayıtmış, Po şəhərində yaşamışdılar. Bordo universitetini bitirdikdən sonra (1914) Sen-Jon diplomatik sahədə xidmətə başlamışdı.
Universitet illərində "Ekloq" adlı ilk şeirlər kitabı nəşr olunmuşdu. Bu şeirlər dövrün Andre Jid və Jak Rivyer kimi tanınmış şairlərinin diqqətini cəlb etmişdi. 20-ci illərdə Sen-Jon nisbətən az yazırdı. Şairin həmin dövr yaradıcılıq nümunələri içərisində sonralar Tomas Eliot tərəfindən ingilis dilinə tərcümə olunan "Anabasis" (1924) epik poeması xüsusi yer tuturdu. Əsər müəllifin diplomat kimi Çində işlədiyi dövrdə yazılmışdı. Dəfələrlə at belində Qobi səhrasına səyahətə çıxan şair poemanın süjetini də çox güman ki, belə səfərlər zamanı düşünmüşdü. Köçəri tayfa başçısının təkliyindən və insan qəlbinin sirlərindən bəhs edən "Anabasis" Sen-Jonun ilkin dövr yaradıcılığının poetikliyi və fəlsəfiliyi ilə diqqəti çəkən nümunələrindən idi.
20-ci illərdə şair Pol Valeri, Pol Klodel kimi qələm yoldaşları ilə birlikdə "Nuvel revyü fransez" jurnalı ətrafına toplanan ədəbi qüvvələrin sırasında təmsil olunmuşdu. Xüsusilə Klodelin ölümündən sonra bu müəllifin adı ilə bağlı mənsur poema ənənələrini uğurla davam etdirmişdi.
Çindən sonra Sen-Jon diplomatik xidmətini ABŞ-də davam etdirmiş, 1933-cü ildə isə Fransa xarici işlər nazirliyinin baş katibi vəzifəsinə gətirilmişdi. O, Hitlerlə dil tapmaq siyasəti yeridən qüvvələrə qarşı barışmaz mövqe tutduğundan Fransanın işğalından az əvvəl vəzifəsindən azad edilmişdi. 1940-cı ildə, faşist işğalı ərəfəsində İngiltərə və Kanada üzərindən keçərək ABŞ-də özünə sığınacaq tapmış və müharibənin sonuna qədər burada yaşamışdı. Faşistpərəst Vişi hökuməti Sen-Jon Persi Fransa vətəndaşlığından, diplomatik ranqdan və təltiflərdən məhrum etmişdi. Əlyazmalarının çoxu Parisdəki mənzilində axtarış aparan gestapo tərəfindən müsadirə olunaraq yandırılmışdı.
Mühacirət illərində Konqress kitabxanasının sıravi əməkdaşı olan keçmiş diplomatın yazmaq üçün yetərincə imkanı yaranmışdı. ABŞ-də onun "Sürgün" (1942), "Küləklər" (1946), "İstiqamətlər" (1957), "Xronika" (1959) adlı şeir kitabları çap olunmuşdu. Mahiyyət etibarı ilə Sen-Jon Pers az yazan müəlliflərdən idi. Bütün yaradıcılığı həcmcə çox da böyük olmayan yeddi cild təşkil edir.
Müharibədən sonra Fransa hökuməti Sen-Jon Persin vətəndaşlığını bərpa etmiş və mükafatlarını özünə qaytarmışdı. 1957-ci ildə o, uzunmüddətli ayrılıqdan sonra vətəninə qayıtmışdı. Lakin bundan sonra da əsasən Vaşinqtonda yaşamış, ilin müəyyən aylarını isə amerikalı milyoner xanımı ilə Jyendəki malikanəsində keçirmişdi. Şair-diplomat Fransa və İngiltərənin ali mükafatları sayılan Fəxri Legion və Britaniya imperiyasının Böyük Xaçı ordenləri ilə təltif olunmuşdu.
1960-cı ildə isə Sen-Jen Persin yüksək mükafatları sırasına Nobel laureatı adı da əlavə edilmişdi. İsveç Akademiyası onu "zəmanəmizin dəyişkən şəraitini əks etdirən yüksək və obrazlı poeziyasına" görə fərqləndirmişdi.
Sen-Jon Pers Nobel mühazirəsində şairlik sənəti və sənətkar məsuliyyəti haqqındakı fikirlərini bölüşərək demişdi: "Poeziya sadəcə nəyi isə dərk etmək deyildir. O, bütün tamlığı, dolğunluğu ilə həyatın özüdür. Mağara insanının qəlbində şair yaşayırdı. Atom dövrü insanının qəlbində də şair yaşayacaq. Çünki poeziya — bəşəriyyət həyatının ayrılmaz bir hissəsidir". Fransız müəllifinin fikrincə, vəzifəsini yerinə yetirmək üçün şairə sadəcə "dövrünün ağrıyan vicdanı olmaq kifayətdir".
Məşhur sənətkarların çoxu kimi Sen-Jer Persin yaradıcılığına münasibət də fərqlidir. Lakin bu fərqli baxışların kəsişdiyi, üst-üstə düşdüyü bir məqam var. Şairin yaradıcılığı haqqında yazanların hamısı onun sözə hakim kəsilmək məharətini yekdilliklə təsdiq etmişlər.
İstinadlar
- Saint-John Perse // Brockhauz Ensiklopediyası (alm.).
- Saint-John Perse // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- Сен-Жон Перс // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- doğum haqqında şəhadətnamə. S. 35.
- https://www.nobelprize.org/prizes/facts/facts-on-the-nobel-prize-in-literature/.
- Fransa milli kitabxanası. 1537.
- Library of Congress Library of Congress Name Authority File (ing.).
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sen Jon Pers fr Saint John Perse 31 may 1887 20 sentyabr 1975 fransiz sair ve diplomati Edebiyyat uzre Nobel mukafati laureati 1960 Aleksis Lejenin ve ya Sen Leje fr Alexis Leger fr Alexis Saint Leger Leger edebi texellusu Sen Jon Persfr Saint John PerseDogum adi Marie Rene Auguste Alexis LegerTexellusu Saint John Perse Saint Leger LegerDogum tarixi 31 may 1887 1887 05 31 Vefat tarixi 20 sentyabr 1975 1975 09 20 88 yasinda Tehsili Bordo Universiteti d Fealiyyeti sair tercumeci diplomat yaziciEserlerinin dili fransiz diliUzvluyu Amerika Incesenet ve Elmler Akademiyasi Bavariya Incesenet Akademiyasi d Mukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiTam adi Mari Rene Aleksi Sen Leje olan fransiz sairi ve diplomati Sen Jon Pers Qvadelupa yaxinliginda ailelerine mexsus kicik adada dogulmusdu Ilk tehsilini Qvadelupada almisdi 1899 cu ilde valideynleri ile birlikde Fransaya qayitmis Po seherinde yasamisdilar Bordo universitetini bitirdikden sonra 1914 Sen Jon diplomatik sahede xidmete baslamisdi Universitet illerinde Ekloq adli ilk seirler kitabi nesr olunmusdu Bu seirler dovrun Andre Jid ve Jak Rivyer kimi taninmis sairlerinin diqqetini celb etmisdi 20 ci illerde Sen Jon nisbeten az yazirdi Sairin hemin dovr yaradiciliq numuneleri icerisinde sonralar Tomas Eliot terefinden ingilis diline tercume olunan Anabasis 1924 epik poemasi xususi yer tuturdu Eser muellifin diplomat kimi Cinde islediyi dovrde yazilmisdi Defelerle at belinde Qobi sehrasina seyahete cixan sair poemanin sujetini de cox guman ki bele seferler zamani dusunmusdu Koceri tayfa bascisinin tekliyinden ve insan qelbinin sirlerinden behs eden Anabasis Sen Jonun ilkin dovr yaradiciliginin poetikliyi ve felsefiliyi ile diqqeti ceken numunelerinden idi 20 ci illerde sair Pol Valeri Pol Klodel kimi qelem yoldaslari ile birlikde Nuvel revyu fransez jurnali etrafina toplanan edebi quvvelerin sirasinda temsil olunmusdu Xususile Klodelin olumunden sonra bu muellifin adi ile bagli mensur poema enenelerini ugurla davam etdirmisdi Cinden sonra Sen Jon diplomatik xidmetini ABS de davam etdirmis 1933 cu ilde ise Fransa xarici isler nazirliyinin bas katibi vezifesine getirilmisdi O Hitlerle dil tapmaq siyaseti yeriden quvvelere qarsi barismaz movqe tutdugundan Fransanin isgalindan az evvel vezifesinden azad edilmisdi 1940 ci ilde fasist isgali erefesinde Ingiltere ve Kanada uzerinden kecerek ABS de ozune siginacaq tapmis ve muharibenin sonuna qeder burada yasamisdi Fasistperest Visi hokumeti Sen Jon Persi Fransa vetendasligindan diplomatik ranqdan ve teltiflerden mehrum etmisdi Elyazmalarinin coxu Parisdeki menzilinde axtaris aparan gestapo terefinden musadire olunaraq yandirilmisdi Muhaciret illerinde Konqress kitabxanasinin siravi emekdasi olan kecmis diplomatin yazmaq ucun yeterince imkani yaranmisdi ABS de onun Surgun 1942 Kulekler 1946 Istiqametler 1957 Xronika 1959 adli seir kitablari cap olunmusdu Mahiyyet etibari ile Sen Jon Pers az yazan muelliflerden idi Butun yaradiciligi hecmce cox da boyuk olmayan yeddi cild teskil edir Muharibeden sonra Fransa hokumeti Sen Jon Persin vetendasligini berpa etmis ve mukafatlarini ozune qaytarmisdi 1957 ci ilde o uzunmuddetli ayriliqdan sonra vetenine qayitmisdi Lakin bundan sonra da esasen Vasinqtonda yasamis ilin mueyyen aylarini ise amerikali milyoner xanimi ile Jyendeki malikanesinde kecirmisdi Sair diplomat Fransa ve Ingilterenin ali mukafatlari sayilan Fexri Legion ve Britaniya imperiyasinin Boyuk Xaci ordenleri ile teltif olunmusdu 1960 ci ilde ise Sen Jen Persin yuksek mukafatlari sirasina Nobel laureati adi da elave edilmisdi Isvec Akademiyasi onu zemanemizin deyisken seraitini eks etdiren yuksek ve obrazli poeziyasina gore ferqlendirmisdi Sen Jon Pers Nobel muhaziresinde sairlik seneti ve senetkar mesuliyyeti haqqindaki fikirlerini boluserek demisdi Poeziya sadece neyi ise derk etmek deyildir O butun tamligi dolgunlugu ile heyatin ozudur Magara insaninin qelbinde sair yasayirdi Atom dovru insaninin qelbinde de sair yasayacaq Cunki poeziya beseriyyet heyatinin ayrilmaz bir hissesidir Fransiz muellifinin fikrince vezifesini yerine yetirmek ucun saire sadece dovrunun agriyan vicdani olmaq kifayetdir Meshur senetkarlarin coxu kimi Sen Jer Persin yaradiciligina munasibet de ferqlidir Lakin bu ferqli baxislarin kesisdiyi ust uste dusduyu bir meqam var Sairin yaradiciligi haqqinda yazanlarin hamisi onun soze hakim kesilmek meharetini yekdillikle tesdiq etmisler IstinadlarSaint John Perse Brockhauz Ensiklopediyasi alm Saint John Perse Gran Enciclopedia Catalana kat Grup Enciclopedia 1968 Sen Zhon Pers Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 dogum haqqinda sehadetname S 35 https www nobelprize org prizes facts facts on the nobel prize in literature Fransa milli kitabxanasi 1537 Library of Congress Library of Congress Name Authority File ing MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerHemcinin bax