Selma Ottiliya Lovisa Lagerlöf (isv. Selma Ottiliana Lovisa Lagerlöf; 20 noyabr 1858[…] – 16 mart 1940[…]) — İsveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın (1909)
Selma Lagerlöf | |
---|---|
isv. Selma Ottilia Lovisa Lagerlöf isv. Selma Lagerlöf | |
Doğum adı | Selma Ottilia Lovisa Lagerlöf |
Doğum tarixi | 20 noyabr 1858[…] |
Vəfat tarixi | 16 mart 1940[…](81 yaşında) |
Vəfat səbəbi | insult |
Fəaliyyəti | roman yazıçısı, uşaq ədəbiyyatı yazıçısı, bioqraf, müəllimə, şair, yazıçı, nasir, tərcüməçi, avtobioqraf[d], müəllif |
Fəaliyyət illəri | 1891-ci ildən |
Əsərlərinin dili | isveç dili |
Üzvlüyü | |
Mükafatları | |
selmalagerlof.org | |
Selma Lagerlöf Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İsveçli Selma Ottiliana Loviza Laqerlöf ədəbiyyat sahəsində Nobel mükafatı qazanan ilk qadın yazıçıdır. O, ölkənin cənubundakı Vermlan əyalətində, istefaya çıxmış zabit Erik Qustav Laqerlöfün ailəsində doğulan beş uşaqdan dördüncüsü idi. Üç yaşı olanda iflic keçirmişdi. Bir il yataqdan qalxa bilməmiş, sonra isə həyatı boyu şikəst qalmışdı. Nənəsindən dinlədiyi çoxsaylı nağıl və rəvayətlər Selmanı kiçik yaşlarından sözün sehrli aləminə gətirmişdi.
Müəllim olmaq istəyən Selma Laqerlöf 1885-ci ildə Stokholmdakı Kral Ali Qadın Pedaqoji Akademiyasını bitirmişdi. İki il sonra atasının vəfatı, ardınca ata-baba mülklərinin borca görə hərraca qoyulması ona sarsıdıcı zərbə olmuşdu. Selma ailəsinə kömək məqsədi ilə qız məktəbində işə düzəlmişdi. Tezliklə o, yüksək əqli və mənəvi keyfiyyətləri ilə şagirdlərinin sevimlisinə çevrilmişdi.
Vermlandın təkrarsız mənzərələri, eşitdiyi xalq rəvayətləri gənc qızı ilk romanını yazmağa ruhlandırmışdı. Hazır hissələr "İdun" jurnalının keçirdiyi müsabiqəyə göndərilmişdi. Jurnal onu sadəcə qalib kimi mükafatlandırmaqla kifayətlənməmişdi, əsəri kitab şəklində çap etməyə hazır olduğunu da bildirmişdi.
İsveç ədəbiyyatı üçün ənənəvi romantik üslubda qələmə alınan "Host Berlinq haqqında saqa" (1891) əvvəlcə oxucuların diqqətini o qədər də çəkməmişdi. Lakin məşhur Danimarka tənqidçisi Georq Brandes gənc xanımın uğurlu yaradıcılıq axtarışlarını təqdir edən məqalə çap etdirdikdən sonra həm müəllifə, həm də onun əsərinə maraq əhəmiyyətli dərəcədə artmışdı.
Təxminən on il müəllim işlədikdən sonra Selma Laqerlöf özünü bütünlüklə yaradıcılığa həsr etmək üçün pedaqoji sahədən uzaqlaşmışdı. İsveç kralı II Oskarın ayırdığı təqaüd və İsveç Akademiyasının yardımı ona arzusunu həyata keçirməyə imkan vermişdi. 1894-cü ildə Laqerlöfün "Görünməz zəncirlər" adlı novellalar kitabı çap olunmuşdu. 1895-1896-cı illərdə İtaliyaya, 1899-1900-cu illərdə isə Misir və Fələstinə səfər edən yazıçı biri-birinin ardınca "Dəccalın möcüzələri" (1898) və iki cildlik "Yerusəlim" (1901-1902) romanlarını nəşr etdirmişdi. Qazanc dalınca Fələstinə yollanan İsveç fermerlərinin həyatı, onların müqəddəs torpaqda mənəvi ideal axtarışları "Yerusəlim" dialogiyasında epik təsvirini tapmışdı.
1904-cü ildə yazıçı ailə mülkləri olan Morbakkanı yenidən satın ala bilmişdi. O, ömrünün sonuna qədər həmin mülkdə yaşamış və dünyanın müxtəlif ölkələrindən gələn çoxsaylı qonaqlarını burada qəbul etmişdi. 1904-cü ildə Selma Laqerlöf həm də İsveç Akademiyasının Böyük qızıl medalına layiq görülmüşdü.
Yazıçının məşhur əsərlərindən biri də "Nils Holqerssonun vəhşi qazlarla İsveçə möcüzəli səyahəti" (1906) adlı uşaq romanıdır. Xalq nağılları üslubunda yazılmış bu kitab ölkəni daha yaxşı tanımağa və tanıtmağa xidmət edir. 1994-cü ildə layiq görüldüyü Nobel mükafatını almaq üçün həyatında ilk dəfə İsveçə gələn yapon yazıçısı Kendzebure Oe ölkə ilə ilk tanışlığının Laqerlöfün kitabından başladığını, etiraf etmişdi. Uşaqlar üçün yazılan başqa bir əsər – "Bataqlıqdakı fermadan olan qız" (1907) romanı da İsveç folklorunun ən yaxşı ənənələrinə əsaslanmışdı.
1909-cu ildə Selma Laqerlöf "bütün əsərlərini fərqləndirən yüksək idealizmə, parlaq təxəyyülə və mənəvi təsir qüdrətinə görə" İsveç yazıçıları və dünya qadınları arasında ilk Nobel mükafatı laureatı olmuşdu. Təqdimat mərasimində İsveç Akademiyasının üzvü Klaus Annerstdet müəllifin əsərləri üçün səciyyəvi cəhətləri — dilin təmizliyini və sadəliyini, üslubun gözəlliyini, təxəyyül dərinliyini, etik təsir gücünü xüsusi vurğulamışdı. Xanım yazıçının Nobel mühazirəsi isə maraqlı və ibrətamiz formada — atası ilə xəyali söhbət şəklində qurulmuşdu.
Selma Laqerlöf 1914-cü ildə İsveç Akademiyasının üzvü seçilmiş, başqa sözlə desək, Nobel mükafatına namizədlər irəli sürmək və namizədlərlə bağlı müzakirələr aparmaq səlahiyyəti qazanmışdı.
Birinci Dünya müharibəsinin başlaması ilə sarsıntı keçirən yazıçı bir müddət işdən soyusa da təsəllini yenə ədəbiyyatda tapmışdı. 20-ci illərdə Laqerlöfün "Lyovenşyoldların üzüyü" (1925), "Şarlotta Lyovenşyold" (1925), "Anna Svyord" (1928) romanlarından ibarət trilogiyası çap olunmuşdu. Memuar janrında yazılmış "Morbakka" (1922), "Bir uşağın xatirələri" (1930), "Selma Laqerlöfün gündəliyi" (1932) kitablarında isə uşaqlıq və ilk gənclik xatirələri öz əksini tapmışdı.
Laqerlöfün bir sıra əsərləri vətənində və xaricidə uğurla ekranlaşdırılmışdır. Yeri gəlmişkən, 1955-ci ildə keçmiş SSRI-də "Nils Holqerssonun səyahəti" romanı əsasında indi də maraqla baxılan cizgi filmi çəkilmişdi.
Sovet-fin müharibəsi (1939) başlanan zaman Selma Laqerlöf öz mükafatlarını — İsveç Akademiyasının Böyük qızıl medalını və Nobel mükafatının qızıl medalını Finlandiya hökumətinə göndərmiş, onların əridilib ölkənin müdafiə ehtiyaclarına sərf olunmasını xahiş etmişdi. Lakin lazımi vəsait digər mənbələrdən tapıldığından mükafatlar böyük minnətdarlıq hissi ilə sahibinə qaytarılmışdı.
Faşist Almaniyası mətbuatında Selma Laqerlöfdən "nordik şairə" kimi ehtiramla söz açırdılar. O, nasist zülmündən qurtarmaq istəyən alman həmkarlarına kömək etməyə başlayanda isə münasibət dərhal köklü şəkildə dəyişmişdi.
Selma Laqerlöf 1912-ci ildə Nobel ailəsinin qonağı kimi Rusiyaya səfər etmişdi. Səfər zamanı onun Nobellərin mənzil-qərargahlarından birinin yerləşdiyi Bakıda olub-olmaması haqqında təəssüf ki, hər hansı məlumat mövcud deyildir. İsveçin mədəni-mənəvi simasını təmsil edən yaradıcı şəxsiyyət kimi Selma Laqerlöf bu gün də populyardır. İsveç hökumətinin qərarı ilə 1992-ci ildən etibarən onun portreti ölkə valyutasının — 20 kronluğun üzərini bəzəyir.
Əsərləri
- İyöst Byörlinq haqqında saqa (isv. Gösta Berlings saga, 1891)
- Yerusəlim (isv. Jerusalem, 1902)
- Nils Holgerssonun vəhşi qazlarla birgə İsveçboyu qəribə səyahəti (isv. Nils Holgerssons underbara resa genom Sverige, 1906—1907) — Bu əsərin əsasında Sehrlənmiş oğlan (cizgi filmi, 1955) çəkilib.
- Arabaçı (isv. Körkarlen, 1912)
- Portuqaliyanın imperatoru (isv. Kejsarn av Portugallien, 1914)
- Lyövenşyöldların üzüyü (isv. Löwensköldska ringen, 1925)
- Şarlotta Lyövenşyöld (isv. Charlotte Löwensköld, 1925)
Şəkillər
- Selma Lagerlöf 23 yaşında (1881)
- Selma Lagerlöf 48 yaşında (1906)
- Selma Lagerlöf 70 yaşında (1928)
İstinadlar
- http://www2.ub.gu.se/kvinndata/portaler/rostratt/pdf/rostrattsfragan.pdf.
- Lagerlöf, Selma (ing.). // The Enciclopædia Britannica 12 London, NYC: 1922. Vol. XXXI English History to Oyama, Iwao.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Лагерлёф Сельма // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
- Selma Lagerlöfun əsərləri (rusca)
- Selma Lagerlöfun bioqrafiyası, əsərləri (rusca), foto şəkilləri
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Selma Ottiliya Lovisa Lagerlof isv Selma Ottiliana Lovisa Lagerlof 20 noyabr 1858 16 mart 1940 Isvec yazicisi Edebiyyat uzre Nobel mukafati alan ilk qadin 1909 Selma Lagerlofisv Selma Ottilia Lovisa Lagerlof isv Selma LagerlofDogum adi Selma Ottilia Lovisa LagerlofDogum tarixi 20 noyabr 1858 1858 11 20 Vefat tarixi 16 mart 1940 1940 03 16 81 yasinda Vefat sebebi insultFealiyyeti roman yazicisi usaq edebiyyati yazicisi bioqraf muellime sair yazici nasir tercumeci avtobioqraf d muellifFealiyyet illeri 1891 ci ildenEserlerinin dili isvec diliUzvluyu Isvec AkademiyasiMukafatlariselmalagerlof orgSelma Lagerlof Vikimenbede Vikianbarda elaqeli mediafayllarHeyatiIsvecli Selma Ottiliana Loviza Laqerlof edebiyyat sahesinde Nobel mukafati qazanan ilk qadin yazicidir O olkenin cenubundaki Vermlan eyaletinde istefaya cixmis zabit Erik Qustav Laqerlofun ailesinde dogulan bes usaqdan dorduncusu idi Uc yasi olanda iflic kecirmisdi Bir il yataqdan qalxa bilmemis sonra ise heyati boyu sikest qalmisdi Nenesinden dinlediyi coxsayli nagil ve revayetler Selmani kicik yaslarindan sozun sehrli alemine getirmisdi Muellim olmaq isteyen Selma Laqerlof 1885 ci ilde Stokholmdaki Kral Ali Qadin Pedaqoji Akademiyasini bitirmisdi Iki il sonra atasinin vefati ardinca ata baba mulklerinin borca gore herraca qoyulmasi ona sarsidici zerbe olmusdu Selma ailesine komek meqsedi ile qiz mektebinde ise duzelmisdi Tezlikle o yuksek eqli ve menevi keyfiyyetleri ile sagirdlerinin sevimlisine cevrilmisdi Vermlandin tekrarsiz menzereleri esitdiyi xalq revayetleri genc qizi ilk romanini yazmaga ruhlandirmisdi Hazir hisseler Idun jurnalinin kecirdiyi musabiqeye gonderilmisdi Jurnal onu sadece qalib kimi mukafatlandirmaqla kifayetlenmemisdi eseri kitab seklinde cap etmeye hazir oldugunu da bildirmisdi Isvec edebiyyati ucun enenevi romantik uslubda qeleme alinan Host Berlinq haqqinda saqa 1891 evvelce oxucularin diqqetini o qeder de cekmemisdi Lakin meshur Danimarka tenqidcisi Georq Brandes genc xanimin ugurlu yaradiciliq axtarislarini teqdir eden meqale cap etdirdikden sonra hem muellife hem de onun eserine maraq ehemiyyetli derecede artmisdi Texminen on il muellim isledikden sonra Selma Laqerlof ozunu butunlukle yaradiciliga hesr etmek ucun pedaqoji saheden uzaqlasmisdi Isvec krali II Oskarin ayirdigi teqaud ve Isvec Akademiyasinin yardimi ona arzusunu heyata kecirmeye imkan vermisdi 1894 cu ilde Laqerlofun Gorunmez zencirler adli novellalar kitabi cap olunmusdu 1895 1896 ci illerde Italiyaya 1899 1900 cu illerde ise Misir ve Felestine sefer eden yazici biri birinin ardinca Deccalin mocuzeleri 1898 ve iki cildlik Yeruselim 1901 1902 romanlarini nesr etdirmisdi Qazanc dalinca Felestine yollanan Isvec fermerlerinin heyati onlarin muqeddes torpaqda menevi ideal axtarislari Yeruselim dialogiyasinda epik tesvirini tapmisdi Selma Lagerlofun Karl Larssonun cekdiyi portreti 1908 1904 cu ilde yazici aile mulkleri olan Morbakkani yeniden satin ala bilmisdi O omrunun sonuna qeder hemin mulkde yasamis ve dunyanin muxtelif olkelerinden gelen coxsayli qonaqlarini burada qebul etmisdi 1904 cu ilde Selma Laqerlof hem de Isvec Akademiyasinin Boyuk qizil medalina layiq gorulmusdu Yazicinin meshur eserlerinden biri de Nils Holqerssonun vehsi qazlarla Isvece mocuzeli seyaheti 1906 adli usaq romanidir Xalq nagillari uslubunda yazilmis bu kitab olkeni daha yaxsi tanimaga ve tanitmaga xidmet edir 1994 cu ilde layiq gorulduyu Nobel mukafatini almaq ucun heyatinda ilk defe Isvece gelen yapon yazicisi Kendzebure Oe olke ile ilk tanisliginin Laqerlofun kitabindan basladigini etiraf etmisdi Usaqlar ucun yazilan basqa bir eser Bataqliqdaki fermadan olan qiz 1907 romani da Isvec folklorunun en yaxsi enenelerine esaslanmisdi 1909 cu ilde Selma Laqerlof butun eserlerini ferqlendiren yuksek idealizme parlaq texeyyule ve menevi tesir qudretine gore Isvec yazicilari ve dunya qadinlari arasinda ilk Nobel mukafati laureati olmusdu Teqdimat merasiminde Isvec Akademiyasinin uzvu Klaus Annerstdet muellifin eserleri ucun seciyyevi cehetleri dilin temizliyini ve sadeliyini uslubun gozelliyini texeyyul derinliyini etik tesir gucunu xususi vurgulamisdi Xanim yazicinin Nobel muhaziresi ise maraqli ve ibretamiz formada atasi ile xeyali sohbet seklinde qurulmusdu Selma Laqerlof 1914 cu ilde Isvec Akademiyasinin uzvu secilmis basqa sozle desek Nobel mukafatina namizedler ireli surmek ve namizedlerle bagli muzakireler aparmaq selahiyyeti qazanmisdi Birinci Dunya muharibesinin baslamasi ile sarsinti keciren yazici bir muddet isden soyusa da tesellini yene edebiyyatda tapmisdi 20 ci illerde Laqerlofun Lyovensyoldlarin uzuyu 1925 Sarlotta Lyovensyold 1925 Anna Svyord 1928 romanlarindan ibaret trilogiyasi cap olunmusdu Memuar janrinda yazilmis Morbakka 1922 Bir usagin xatireleri 1930 Selma Laqerlofun gundeliyi 1932 kitablarinda ise usaqliq ve ilk genclik xatireleri oz eksini tapmisdi Laqerlofun bir sira eserleri veteninde ve xaricide ugurla ekranlasdirilmisdir Yeri gelmisken 1955 ci ilde kecmis SSRI de Nils Holqerssonun seyaheti romani esasinda indi de maraqla baxilan cizgi filmi cekilmisdi Sovet fin muharibesi 1939 baslanan zaman Selma Laqerlof oz mukafatlarini Isvec Akademiyasinin Boyuk qizil medalini ve Nobel mukafatinin qizil medalini Finlandiya hokumetine gondermis onlarin eridilib olkenin mudafie ehtiyaclarina serf olunmasini xahis etmisdi Lakin lazimi vesait diger menbelerden tapildigindan mukafatlar boyuk minnetdarliq hissi ile sahibine qaytarilmisdi Fasist Almaniyasi metbuatinda Selma Laqerlofden nordik saire kimi ehtiramla soz acirdilar O nasist zulmunden qurtarmaq isteyen alman hemkarlarina komek etmeye baslayanda ise munasibet derhal koklu sekilde deyismisdi Selma Laqerlof 1912 ci ilde Nobel ailesinin qonagi kimi Rusiyaya sefer etmisdi Sefer zamani onun Nobellerin menzil qerargahlarindan birinin yerlesdiyi Bakida olub olmamasi haqqinda teessuf ki her hansi melumat movcud deyildir Isvecin medeni menevi simasini temsil eden yaradici sexsiyyet kimi Selma Laqerlof bu gun de populyardir Isvec hokumetinin qerari ile 1992 ci ilden etibaren onun portreti olke valyutasinin 20 kronlugun uzerini bezeyir EserleriIyost Byorlinq haqqinda saqa isv Gosta Berlings saga 1891 Yeruselim isv Jerusalem 1902 Nils Holgerssonun vehsi qazlarla birge Isvecboyu qeribe seyaheti isv Nils Holgerssons underbara resa genom Sverige 1906 1907 Bu eserin esasinda Sehrlenmis oglan cizgi filmi 1955 cekilib Arabaci isv Korkarlen 1912 Portuqaliyanin imperatoru isv Kejsarn av Portugallien 1914 Lyovensyoldlarin uzuyu isv Lowenskoldska ringen 1925 Sarlotta Lyovensyold isv Charlotte Lowenskold 1925 SekillerSelma Lagerlof 23 yasinda 1881 Selma Lagerlof 48 yasinda 1906 Selma Lagerlof 70 yasinda 1928 Istinadlarhttp www2 ub gu se kvinndata portaler rostratt pdf rostrattsfragan pdf Lagerlof Selma ing The Enciclopaedia Britannica12 London NYC 1922 Vol XXXI English History to Oyama Iwao Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Lagerlyof Selma Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerSelma Lagerlofun eserleri rusca Selma Lagerlofun bioqrafiyasi eserleri rusca foto sekilleriHemcinin bax