Rapallo müqaviləsi, alman-sovet müqaviləsi — RSFSR ilə Veymar Respublikası arasında diplomatik münasibətlərin qurulması və bütün mübahisəli məsələlərin həlli haqqında 16 aprel 1922-ci ildə Genuya konfransı zamanı İtaliya Krallığının Rapallo şəhərində bağlanmış müqavilə.
Rapallo müqaviləsi | |
---|---|
İmzalanma tarixi | 16 aprel 1922 |
İmzalanma yeri | |
Tərəflər | Sovet Rusiyası[d], Veymar Respublikası |
Vikianbarda əlaqəli mediafayllar |
Razılığa gələn hər iki tərəf hərbi xərclərin, hərbi və qeyri-hərbi itkilərin, hərbi əsirlərin xərclərinin ödənilməsindən qarşılıqlı surətdə imtina etmiş, qarşılıqlı ticarət-iqtisadi əlaqələrin həyata keçirilməsində daha çox üstünlük verilən millət prinsipini tətbiq etmişlər; bundan əlavə, Veymar Almaniyası RSFSR-də alman şəxsi və dövlət mülkiyyətinin milliləşdirilməsini və Sovet hökuməti tərəfindən çar borclarının ləğv edilməsini tanıdı.
Rapallo müqaviləsinin özəlliklərinə hər iki dövlətin Versal müqaviləsini ümumi şəkildə rədd etməsi faktı daxildir. Qərbdə Rapallo müqaviləsi bəzən qeyri-rəsmi olaraq “pijama müqaviləsi” adlandırılır. Buna səbəb alman tərəfinin sovet şərtlərini qəbul etməsi ilə bağlı məşhur gecə “pijama görüşü”dür. Rapallo müqaviləsi Sovet Rusiyasının beynəlxalq diplomatik təcridinə son qoyulması demək idi. Eyni zamanda, Veymar Respublikası üçün bu, Versaldan sonra ilk bərabərhüquqlu müqavilə idi.
Zəmin
Rapallo müqaviləsinin imzalanması qaçılmaz idi. Çünki Birinci Dünya müharibəsinin qalibləri olan Qərb müttəfiqləri bu hadisəni “kiçik, qarşılıqlı düşmən dövlətlər qurşağı yaratmaqla, həm Almaniyanı, həm də Sovet İttifaqını parçalamaqla iki ən böyük Avropa dövlətini ostrakizmə məruz qoymağı ” əvvəlcədən müəyyən etmişdilər" .
Mövcud mübahisəli məsələlərin həlli ilə bağlı danışıqlar hələ Genuyadan əvvəl, o cümlədən 1922-ci ilin yanvar-fevral aylarında Berlində Georgi Çiçerinin kansler Karl Virt və xarici işlər naziri ilə Sovet nümayəndə heyətinin Berlindən Genuyaya gedən yolda dayanması zamanı başlanmışdır.
Rapallo müqaviləsi RSFSR-in beynəlxalq diplomatik təcridinə son qoyulması demək idi. Sovet Rusiyası üçün bu, ilk tammiqyaslı müqavilə və bir dövlət kimi de-yure tanınma, Veymar Almaniyası üçün isə Versaldan sonra ilk bərabərhüquqlu müqavilə idi.
Müqavilə sayəsində Qırmızı Ordu alman hərbi sənayesinin texniki nailiyyətlərindən istifadə etmək və Almaniya Baş Qərargahının müasir təşkilati üsullarını öyrənmək imkanı əldə etdi. Reyxsver SSRİ ərazisində gizli şəkildə pilotlar, tank ekipajları və kimyəvi silah mütəxəssisləri qrupları hazırlamaq, habelə Almaniyada istehsalı və saxlanması qadağan edilmiş yeni silahlarla işləmək üçün zabitlərini öyrətmək imkanı əldə etmişdi.
Əsas müddəalar və imzalanma
Müqavilə RSFSR ilə Almaniya arasında diplomatik münasibətlərin dərhal tam şəkildə bərpasını nəzərdə tuturdu. Tərəflər hərbi xərclərə və qeyri-hərbi itkilərə görə kompensasiya tələblərindən qarşılıqlı olaraq imtina etdilər və öz aralarında yaranmış fikir ayrılıqlarının həlli prosedurunu razılaşdırdılar. Almaniya RSFSR-dəki alman dövlət və xüsusi mülkiyyətinin milliləşdirilməsini tanıdı. Sovet Rusiyasında milliləşdirilmiş alman nizamnamə kapitalının ölçüsü Çiçerin tərəfindən 2 mart 1922-ci il tarixli memorandumda 378 milyon rubl olaraq qiymətləndirilmişdir.
Hər iki tərəf hüquqi və iqtisadi münasibətlərinin əsası kimi ən çox üstünlük verilən millət prinsipini tanıyaraq, ticari-iqtisadi əlaqələrin inkişafına kömək göstərməyə söz verdilər. Almaniya hökuməti sovet təşkilatları ilə işgüzar əlaqələrin inkişafında alman şirkətlərinə yardım göstərməyə hazır olduğunu bəyan etdi.
Müqavilənin mətnində gizli hərbi müqavilələr yox idi, lakin 5-ci maddədə deyilir ki, Almaniya hökuməti Sovet İttifaqında özəl şirkətlərin fəaliyyətini dəstəkləməyə hazır olduğunu bəyan edir. Xərclər birbaşa Müharibə Nazirliyi tərəfindən ödənilsə də, bu təcrübə Almaniya hökumətinə güzəştə getmədi.
Rusiya tərəfdən Georgi Çiçerin, Almaniya tərəfdən (Veymar Respublikası) Valter Ratenau müqaviləni imzaladı.
Müqavilə müddətsiz olaraq bağlanır, müqavilənin müddəaları dərhal qüvvəyə minirdi.16 may 1922-ci ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Rapallo müqaviləsi ratifikasiya olundu. 29 may 1922-ci ildə Almaniya hökuməti müqaviləni Reyxstaqda müzakirəyə təqdim etdi və 4 iyul 1922-ci ildə ratifikasiya olundu. Ratifikasiya sənədlərinin mübadiləsi 31 yanvar 1923-cü ildə Berlində baş tutdu.
1922-ci il noyabrın 5-də Berlində imzalanmış müqaviləyə əsasən, Rapallo müqaviləsi digər sovet respublikalarına da şamil edildi: Ukrayna SSR, Belarus SSR, Gürcüstan SSR, Azərbaycan SSR, Ermənistan SSR, Uzaq Şərq Respublikası. Müqaviləni onların səlahiyyətli nümayəndələri: Vladimir Ausem (Ukrayna SSR üzrə), Nikolay Krestinski (digər respublikalar üçün) və Almaniya Xarici İşlər Nazirliyinin direktoru baron Aqo fon Malzan imzaladılar.
İstinadlar
- Рапалльский договор (1922) // Военная энциклопедия. 6. М.: . . 2002. 182. ISBN .
- Рапалльский договор (1922) // Гражданская война и военная интервенция в СССР: энциклопедия. М.: . Гл. ред. С. С. Хромов. 1983.
- Швецов А. А. Луис Фишер и советско-американские отношения первой половины XX века: диссертация на соискание учёной степени кандидата исторических наук. — СПб., 2015. — С. 32—33.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Rapallo muqavilesi alman sovet muqavilesi RSFSR ile Veymar Respublikasi arasinda diplomatik munasibetlerin qurulmasi ve butun mubahiseli meselelerin helli haqqinda 16 aprel 1922 ci ilde Genuya konfransi zamani Italiya Kralliginin Rapallo seherinde baglanmis muqavile Rapallo muqavilesiImzalanma tarixi 16 aprel 1922Imzalanma yeri RapalloTerefler Sovet Rusiyasi d Veymar Respublikasi Vikianbarda elaqeli mediafayllar Raziliga gelen her iki teref herbi xerclerin herbi ve qeyri herbi itkilerin herbi esirlerin xerclerinin odenilmesinden qarsiliqli suretde imtina etmis qarsiliqli ticaret iqtisadi elaqelerin heyata kecirilmesinde daha cox ustunluk verilen millet prinsipini tetbiq etmisler bundan elave Veymar Almaniyasi RSFSR de alman sexsi ve dovlet mulkiyyetinin millilesdirilmesini ve Sovet hokumeti terefinden car borclarinin legv edilmesini tanidi Rapallo muqavilesinin ozelliklerine her iki dovletin Versal muqavilesini umumi sekilde redd etmesi fakti daxildir Qerbde Rapallo muqavilesi bezen qeyri resmi olaraq pijama muqavilesi adlandirilir Buna sebeb alman terefinin sovet sertlerini qebul etmesi ile bagli meshur gece pijama gorusu dur Rapallo muqavilesi Sovet Rusiyasinin beynelxalq diplomatik tecridine son qoyulmasi demek idi Eyni zamanda Veymar Respublikasi ucun bu Versaldan sonra ilk beraberhuquqlu muqavile idi ZeminRapallo muqavilesinin imzalanmasi qacilmaz idi Cunki Birinci Dunya muharibesinin qalibleri olan Qerb muttefiqleri bu hadiseni kicik qarsiliqli dusmen dovletler qursagi yaratmaqla hem Almaniyani hem de Sovet Ittifaqini parcalamaqla iki en boyuk Avropa dovletini ostrakizme meruz qoymagi evvelceden mueyyen etmisdiler Movcud mubahiseli meselelerin helli ile bagli danisiqlar hele Genuyadan evvel o cumleden 1922 ci ilin yanvar fevral aylarinda Berlinde Georgi Cicerinin kansler Karl Virt ve xarici isler naziri ile Sovet numayende heyetinin Berlinden Genuyaya geden yolda dayanmasi zamani baslanmisdir Rapallo muqavilesi RSFSR in beynelxalq diplomatik tecridine son qoyulmasi demek idi Sovet Rusiyasi ucun bu ilk tammiqyasli muqavile ve bir dovlet kimi de yure taninma Veymar Almaniyasi ucun ise Versaldan sonra ilk beraberhuquqlu muqavile idi Muqavile sayesinde Qirmizi Ordu alman herbi senayesinin texniki nailiyyetlerinden istifade etmek ve Almaniya Bas Qerargahinin muasir teskilati usullarini oyrenmek imkani elde etdi Reyxsver SSRI erazisinde gizli sekilde pilotlar tank ekipajlari ve kimyevi silah mutexessisleri qruplari hazirlamaq habele Almaniyada istehsali ve saxlanmasi qadagan edilmis yeni silahlarla islemek ucun zabitlerini oyretmek imkani elde etmisdi Esas muddealar ve imzalanmaMuqavile RSFSR ile Almaniya arasinda diplomatik munasibetlerin derhal tam sekilde berpasini nezerde tuturdu Terefler herbi xerclere ve qeyri herbi itkilere gore kompensasiya teleblerinden qarsiliqli olaraq imtina etdiler ve oz aralarinda yaranmis fikir ayriliqlarinin helli prosedurunu razilasdirdilar Almaniya RSFSR deki alman dovlet ve xususi mulkiyyetinin millilesdirilmesini tanidi Sovet Rusiyasinda millilesdirilmis alman nizamname kapitalinin olcusu Cicerin terefinden 2 mart 1922 ci il tarixli memorandumda 378 milyon rubl olaraq qiymetlendirilmisdir Her iki teref huquqi ve iqtisadi munasibetlerinin esasi kimi en cox ustunluk verilen millet prinsipini taniyaraq ticari iqtisadi elaqelerin inkisafina komek gostermeye soz verdiler Almaniya hokumeti sovet teskilatlari ile isguzar elaqelerin inkisafinda alman sirketlerine yardim gostermeye hazir oldugunu beyan etdi Muqavilenin metninde gizli herbi muqavileler yox idi lakin 5 ci maddede deyilir ki Almaniya hokumeti Sovet Ittifaqinda ozel sirketlerin fealiyyetini desteklemeye hazir oldugunu beyan edir Xercler birbasa Muharibe Nazirliyi terefinden odenilse de bu tecrube Almaniya hokumetine guzeste getmedi Rusiya terefden Georgi Cicerin Almaniya terefden Veymar Respublikasi Valter Ratenau muqavileni imzaladi Muqavile muddetsiz olaraq baglanir muqavilenin muddealari derhal quvveye minirdi 16 may 1922 ci ilde Umumrusiya Merkezi Icraiyye Komitesinin qerari ile Rapallo muqavilesi ratifikasiya olundu 29 may 1922 ci ilde Almaniya hokumeti muqavileni Reyxstaqda muzakireye teqdim etdi ve 4 iyul 1922 ci ilde ratifikasiya olundu Ratifikasiya senedlerinin mubadilesi 31 yanvar 1923 cu ilde Berlinde bas tutdu 1922 ci il noyabrin 5 de Berlinde imzalanmis muqavileye esasen Rapallo muqavilesi diger sovet respublikalarina da samil edildi Ukrayna SSR Belarus SSR Gurcustan SSR Azerbaycan SSR Ermenistan SSR Uzaq Serq Respublikasi Muqavileni onlarin selahiyyetli numayendeleri Vladimir Ausem Ukrayna SSR uzre Nikolay Krestinski diger respublikalar ucun ve Almaniya Xarici Isler Nazirliyinin direktoru baron Aqo fon Malzan imzaladilar IstinadlarRapallskij dogovor 1922 Voennaya enciklopediya 6 M 2002 182 ISBN 5 203 01873 1 Rapallskij dogovor 1922 Grazhdanskaya vojna i voennaya intervenciya v SSSR enciklopediya M Gl red S S Hromov 1983 Shvecov A A Luis Fisher i sovetsko amerikanskie otnosheniya pervoj poloviny XX veka dissertaciya na soiskanie uchyonoj stepeni kandidata istoricheskih nauk SPb 2015 S 32 33