Rami kazarması (türk. Rami Kışlası) — İstanbulun Avropa hissəsindəki Əyyubsultan rayonunda yerləşən keçmiş Osmanlı ordusu və Türkiyə Silahlı Qüvvələri kazarmaları.Kazarma binaları 1770-ci illərdə tikilib və hazırda kitabxana kimi istifadə edilmək üçün yenidən bərpa olunub. 2023-cü ildə burada müasir Rami kitabxanası açılıb..
Rami kazarması | |
---|---|
![]() | |
![]() | |
Ölkə | |
Yerləşir | Əyyubsultan, İstanbul ili |
![]() |
Tarixi
Osmanlı dövrü
Rami kazarması 1757–1774-cü illər arasında Osmanlı sultanı III Mustafanın dövründə tikilib. Onlar sonradan 1828-ci və 1829-cu illərdə II Mahmudun hakimiyyəti dövründə Asakiri Mənsurəyi Məhəmmədiyyə ordu qüvvələrinin yerləşdirilməsi üçün təmir olunub və genişləndirilmişdir. Kazarma binaları Əyyubsultan səmtindəki Rami məhəlləsində yerləşirlər. O, vaxtlar bu ərazi İstanbulun kənarları sayılırdı.
Tarixən bu kompleks Rami məhəlləsində "Topçu Kışlası" (kazarması) kimi tanınırdı. Onlar Osmanlı hərbi islahatının bir hissəsi olaraq Yeni Nizam Ordusu (Nizami-Cədid ordusu, hərfi mənada "yeni nizam") əsgərləri üçün tikilmiş mühüm hərbi kazarma idi.
Rami kazarması Krım müharibəsi (1853–1856) zamanı Sultan I Əbdülməcidin (1839–1861-ci illərdə hökmranlıq edib) hərbi qərargahı kimi xidmət etmişdir. Kazarmalarlar son formasını Sultan II Əbdülhəmidin (1876–1909-cu illərdə hökmranlığı) dövründə alıb.Birinci Dünya müharibəsində müttəfiqlər tərəfindən İstanbulun işğalı zamanı (1918–1923) Fransa qoşunlarının Əlcəzair bölmələri Rami kazarmasında yerləşdirilmişdi.
Cümhuriyyət dövründə
1923-cü ildən sonra və 1960-cı illərə qədər Cümhuriyyət dövründə Rami kazarmaları Türkiyə Silahlı Qüvvələrinin istifadəsində olub. Hərbçilər kazarmanı tərk etdikdən sonra onlar bir müddət boş qalıblar. Bir müddət boş qalan kazarma binaları Əyyubsultan bələdiyyəsi tərəfindən ərzaq topdansatışçılarına icarəyə verilib. 1972-ci il oktyabrın 14-də Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi kazarmanı mədəni sərvət abidəsi kimi qeydiyyata alıb. Kazarma ərazisi Türkiyə Silahlı Qüvvələri tərəfindən istirahət zonası kimi istifadə olunmaq üçün İstanbul bələdiyyə orqanlarına verilib. 1986-cı ildə Rami kazarmaları yenidən müvəqqəti olaraq İstanbulun o vaxtkı bələdiyyə sədri Bedrettin Dalan (1984–1989-cu illərdə bu vəzifəni tutub) tərəfindən ərzaq mağazalarının Haliç sahilində yerləşdiyinə görə ərzaq topdansatışçılarına icarəyə verilib. Bu vəziyyət Unkapı və Eminönündə tıxaclara, ətraf mühitin çirklənməsinə və səs-küyə gətirib çıxarırdı. O vaxtdan kazarma binası qismən ərzaq topdansatışçiləri tərəfindən ticarət meydançası kimi istifadə olunurdu. Onun ərazisində ümumilikdə 1500-ə yaxın ərzaq mağazası fəaliyyət göstərirdi.
Memarlığı
Rami kazarma kompleksi 75.000 m² əraziyə malikdir. Bunun 33.000 m²-i binalardır. Rami kazarmasının ümumi faydalı sahəsi 220.000 m²-dir.
Rami kazarmaları ölçüsü 200x200 metr olan düzbucaqlı həyətlərlə əhatə olunub və səkkiz qanaddan və beş blokdan ibarətdir. Onlar bişmə kərpicdən tikilmiş və dəfələrlə təmir edilmişdir.
Hazırkı vəziyyəti, Kitabxana
Rami kazarmalarının kitabxanaya çevrilməsi ideyası İstanbul 2010 Avropa Mədəniyyət Paytaxtı araşdırmaları zamanı yaranıb.
Kazarma binalarının bərpasına 2014-cü ildə başlanılıb və 2023-cü ildə başa çatdırılıb. Bərpa zamanı kazarma ərazisində dağılmış məscid də təmir edilərək istifadəyə verilib. Kitabxana 30 dekabr 2022-ci ildə Qlobal Davamlı Turizm Şurası tərəfindən akkreditə olunmuş təşkilat tərəfindən Dayanıqlılıq Sertifikatı alıb.
Kitabxananın açılış mərasimi 13 yanvar 2023-cü ildə baş tutub. Rəsmi açılış mərasimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın iştirakı ilə olub.
Rami kitabxanası 2023-cü ildən İstanbulun ən böyük kitabxanası sayılır.
220 min kvadratmetr sahədə inşa edilən kitabxana 4200 nəfərlik istifadəçi yeri və 2,5 milyon kitaba malikdir. Kitabxanada şəhər muzeyi, kitab mağazaları, suvenir mağazaları, banklar, kafelər, restoranlar, kinoteatrlar və s. kimi 120-yə yaxın kommersiya müəssisəsi fəaliyyət göstərir, həmçinin 1200 avtomobilin yerləşə biləcəyi dayanacaq tikilib. Onun tərkibinə Bəyazid Dövlət Kitabxanası xidmət bölmələri, Tərtib Müdirliyinin xidmət sahələri, Atatürk Araşdırma İxtisas Kitabxanası və əlyazma təmiri şöbələri daxil edilib. Kitabxananın həyəti ictimai bağ kimi nəzərdə tutulub.
İstinadlar
- "Rami Kışlası dünyanın en büyük kitap ve kütüphane vadisi olacak". tr:TRT Haber (türk). 2018-06-16. 2021-07-09 tarixində . İstifadə tarixi: 2021-07-04.
- "250 yıllık Rami Kışlası'nın restorasyonu sürüyor". tr:Habertürk (türk). 2015-11-08. 2021-07-09 tarixində . İstifadə tarixi: 2021-07-04.
- "Rami Kışlası, "şehir müzesi" olacak". Dünya (türk). 2015-05-17. 2021-07-09 tarixində . İstifadə tarixi: 2021-07-04.
- "Ministry of Culture and Tourism to undertake restoration of centuries-old Rami Barracks". tr: Daily Sabah. 2014-09-05. 2021-07-09 tarixində . İstifadə tarixi: 2021-07-04.
- "Turkey's biggest library to open in former Istanbul artillery barracks". Sabah. 2018-06-14. 2021-07-09 tarixində . İstifadə tarixi: 2021-07-04.
- Uştuk, Hilal; Ahmet Esad Şani. "Rami Kütüphanesi açıldı". tr:Anadolu News Agency (türk). 13 January 2023. 13 January 2023 tarixində . İstifadə tarixi: 14 January 2023.
- Criss, N. B. Istanbul Under Allied Occupation, 1918-1923. 1999. ISBN . İstifadə tarixi: 4 июля 2021."Источник". 2021-07-09 tarixində . İstifadə tarixi: 2021-07-04.
- "Rami Kışlası kitap ve kütüphane vadisi olacak". Sabah (türk). 2018-06-16. 2021-07-09 tarixində . İstifadə tarixi: 2021-07-04.
- "Mining Istanbul: concentration for a more sustainable city". Delft University of Technology. 2021-07-09 tarixində . İstifadə tarixi: 2021-07-04.
- "Arxivlənmiş surət" (türk). 2023-01-14 tarixində . İstifadə tarixi: 2024-06-17.
- "Arxivlənmiş surət" (Türkçe). 2023-01-13 tarixində . İstifadə tarixi: 2024-06-17.
- "Restorasyon çalışmaları devam eden Rami Kışlası havadan görüntülendi". tr:CNN Türk (türk). 2018-10-02. 2021-07-09 tarixində . İstifadə tarixi: 2021-07-04.
- "Rami Kışlası 14 Nisan 2019'da müze". tr:Hürriyet (türk). 2018-01-19. 2021-07-12 tarixində . İstifadə tarixi: 2021-07-04.
Xarici keçidlər

- Rami Kütüphanesi internet sitesi
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Rami kazarmasi turk Rami Kislasi Istanbulun Avropa hissesindeki Eyyubsultan rayonunda yerlesen kecmis Osmanli ordusu ve Turkiye Silahli Quvveleri kazarmalari Kazarma binalari 1770 ci illerde tikilib ve hazirda kitabxana kimi istifade edilmek ucun yeniden berpa olunub 2023 cu ilde burada muasir Rami kitabxanasi acilib Rami kazarmasi41 02 52 sm e 28 54 35 s u Olke TurkiyeYerlesir Eyyubsultan Istanbul ili Vikianbarda elaqeli mediafayllarTarixiOsmanli dovru Rami kazarmasi 1757 1774 cu iller arasinda Osmanli sultani III Mustafanin dovrunde tikilib Onlar sonradan 1828 ci ve 1829 cu illerde II Mahmudun hakimiyyeti dovrunde Asakiri Mensureyi Mehemmediyye ordu quvvelerinin yerlesdirilmesi ucun temir olunub ve genislendirilmisdir Kazarma binalari Eyyubsultan semtindeki Rami mehellesinde yerlesirler O vaxtlar bu erazi Istanbulun kenarlari sayilirdi Tarixen bu kompleks Rami mehellesinde Topcu Kislasi kazarmasi kimi taninirdi Onlar Osmanli herbi islahatinin bir hissesi olaraq Yeni Nizam Ordusu Nizami Cedid ordusu herfi menada yeni nizam esgerleri ucun tikilmis muhum herbi kazarma idi Rami kazarmasi Krim muharibesi 1853 1856 zamani Sultan I Ebdulmecidin 1839 1861 ci illerde hokmranliq edib herbi qerargahi kimi xidmet etmisdir Kazarmalarlar son formasini Sultan II Ebdulhemidin 1876 1909 cu illerde hokmranligi dovrunde alib Birinci Dunya muharibesinde muttefiqler terefinden Istanbulun isgali zamani 1918 1923 Fransa qosunlarinin Elcezair bolmeleri Rami kazarmasinda yerlesdirilmisdi Cumhuriyyet dovrunde 1923 cu ilden sonra ve 1960 ci illere qeder Cumhuriyyet dovrunde Rami kazarmalari Turkiye Silahli Quvvelerinin istifadesinde olub Herbciler kazarmani terk etdikden sonra onlar bir muddet bos qaliblar Bir muddet bos qalan kazarma binalari Eyyubsultan belediyyesi terefinden erzaq topdansatiscilarina icareye verilib 1972 ci il oktyabrin 14 de Turkiye Cumhuriyyeti Medeniyyet ve Turizm Nazirliyi kazarmani medeni servet abidesi kimi qeydiyyata alib Kazarma erazisi Turkiye Silahli Quvveleri terefinden istirahet zonasi kimi istifade olunmaq ucun Istanbul belediyye orqanlarina verilib 1986 ci ilde Rami kazarmalari yeniden muveqqeti olaraq Istanbulun o vaxtki belediyye sedri Bedrettin Dalan 1984 1989 cu illerde bu vezifeni tutub terefinden erzaq magazalarinin Halic sahilinde yerlesdiyine gore erzaq topdansatiscilarina icareye verilib Bu veziyyet Unkapi ve Eminonunde tixaclara etraf muhitin cirklenmesine ve ses kuye getirib cixarirdi O vaxtdan kazarma binasi qismen erzaq topdansatiscileri terefinden ticaret meydancasi kimi istifade olunurdu Onun erazisinde umumilikde 1500 e yaxin erzaq magazasi fealiyyet gosterirdi MemarligiRami kazarma kompleksi 75 000 m eraziye malikdir Bunun 33 000 m i binalardir Rami kazarmasinin umumi faydali sahesi 220 000 m dir Rami kazarmalari olcusu 200x200 metr olan duzbucaqli heyetlerle ehate olunub ve sekkiz qanaddan ve bes blokdan ibaretdir Onlar bisme kerpicden tikilmis ve defelerle temir edilmisdir Hazirki veziyyeti KitabxanaRami kazarmalarinin kitabxanaya cevrilmesi ideyasi Istanbul 2010 Avropa Medeniyyet Paytaxti arasdirmalari zamani yaranib Kazarma binalarinin berpasina 2014 cu ilde baslanilib ve 2023 cu ilde basa catdirilib Berpa zamani kazarma erazisinde dagilmis mescid de temir edilerek istifadeye verilib Kitabxana 30 dekabr 2022 ci ilde Qlobal Davamli Turizm Surasi terefinden akkredite olunmus teskilat terefinden Dayaniqliliq Sertifikati alib Kitabxananin acilis merasimi 13 yanvar 2023 cu ilde bas tutub Resmi acilis merasimi Turkiye prezidenti Receb Tayyib Erdogan ve xanimi Emine Erdoganin istiraki ile olub Rami kitabxanasi 2023 cu ilden Istanbulun en boyuk kitabxanasi sayilir 220 min kvadratmetr sahede insa edilen kitabxana 4200 neferlik istifadeci yeri ve 2 5 milyon kitaba malikdir Kitabxanada seher muzeyi kitab magazalari suvenir magazalari banklar kafeler restoranlar kinoteatrlar ve s kimi 120 ye yaxin kommersiya muessisesi fealiyyet gosterir hemcinin 1200 avtomobilin yerlese bileceyi dayanacaq tikilib Onun terkibine Beyazid Dovlet Kitabxanasi xidmet bolmeleri Tertib Mudirliyinin xidmet saheleri Ataturk Arasdirma Ixtisas Kitabxanasi ve elyazma temiri sobeleri daxil edilib Kitabxananin heyeti ictimai bag kimi nezerde tutulub Istinadlar Rami Kislasi dunyanin en buyuk kitap ve kutuphane vadisi olacak tr TRT Haber turk 2018 06 16 2021 07 09 tarixinde Istifade tarixi 2021 07 04 250 yillik Rami Kislasi nin restorasyonu suruyor tr Haberturk turk 2015 11 08 2021 07 09 tarixinde Istifade tarixi 2021 07 04 Rami Kislasi sehir muzesi olacak Dunya turk 2015 05 17 2021 07 09 tarixinde Istifade tarixi 2021 07 04 Ministry of Culture and Tourism to undertake restoration of centuries old Rami Barracks tr Daily Sabah 2014 09 05 2021 07 09 tarixinde Istifade tarixi 2021 07 04 Turkey s biggest library to open in former Istanbul artillery barracks Sabah 2018 06 14 2021 07 09 tarixinde Istifade tarixi 2021 07 04 Ustuk Hilal Ahmet Esad Sani Rami Kutuphanesi acildi tr Anadolu News Agency turk 13 January 2023 13 January 2023 tarixinde Istifade tarixi 14 January 2023 Criss N B Istanbul Under Allied Occupation 1918 1923 1999 ISBN 9004112596 Istifade tarixi 4 iyulya 2021 Istochnik 2021 07 09 tarixinde Istifade tarixi 2021 07 04 Rami Kislasi kitap ve kutuphane vadisi olacak Sabah turk 2018 06 16 2021 07 09 tarixinde Istifade tarixi 2021 07 04 Mining Istanbul concentration for a more sustainable city Delft University of Technology 2021 07 09 tarixinde Istifade tarixi 2021 07 04 Arxivlenmis suret turk 2023 01 14 tarixinde Istifade tarixi 2024 06 17 Arxivlenmis suret Turkce 2023 01 13 tarixinde Istifade tarixi 2024 06 17 Restorasyon calismalari devam eden Rami Kislasi havadan goruntulendi tr CNN Turk turk 2018 10 02 2021 07 09 tarixinde Istifade tarixi 2021 07 04 Rami Kislasi 14 Nisan 2019 da muze tr Hurriyet turk 2018 01 19 2021 07 12 tarixinde Istifade tarixi 2021 07 04 Xarici kecidlerVikianbarda Rami kazarmasi ile elaqeli mediafayllar var Rami Kutuphanesi internet sitesi