Gədi xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar.
Xalça | |
Gədi | |
---|---|
| |
Xalça haqqında məlumatlar | |
Tam adı | Gədi xalçaları |
Digər adları | "Dağlı" və ya "Qədi" xalçası |
Məktəbi | Abşeron xalçaçılıq məktəbi |
Növü | Xovlu xalça |
Ölkə | Azərbaycan |
Ümumi məlumat
"Gədi xalçaları" öz adını Xızı rayonunun ərazisində yerləşən Gədi kəndinin adından götürmüşdür. Bu xalçaları bəzi xalçaçılar "Qədi xalçaları" və ya "Gədi xalçaları" kimi adlandırsalar da Bakı xalçaçıları onu "Dağlı" adlandırırlar. Buna səbəb isə Gədi kəndinin əhalisinin tatlardan ibarət olmasıdır. Gədi sözünün mənası isə "çəmənli kənd" deməkdir.
Bədii analiz
"Gədi xalçaları"nın orta sahəsi qırmızı yerlikli, mərkəzi şaquli oxda yerləşmiş bir neçə kiçik göldən ibarətdir. Həndəsi formada olmayan, daha çox alovun şölələrini xatırladan göllərin təsviri aydın ifadə olunmuş və yalnız "Gədi xalçaları" üçün xarakterik olan göllərin rəngi bir və bəzən də iki göldən bir dəyişir. Göllər arasındakı boş sahələr müxtəlif formalı həndəsi və nəbati naxışlarla bəzədilmiş və bu naxışlar hər iki tərəfdə simmetrik olaraq təkrarlanırlar.
Bakının, Xızı və Siyəzən rayonlarının xalça ustaları bu gölləri sini, mərkəzdə olan səkkiz ləçəkli dairəvi elementli damğanı isə "alma" və ya "qoğal" adlandırırlar.
Bu elementlərin arasında bir neçə heyvan təsviri, o cümlədən xalqın təsərrüfatını və məişətini xatırladan pişik silueti də mövcuddur.
"Gədi xalçaları"nın kənarlarını üç haşiyə tamamlayır. Bakının "Novxanı" xalçasında olan ara haşiyənin cüt xətlərini xatırladan sürməyi yerlikli, "qarmaqlı qızıl gül" adlanan kiçik haşiyələr orta haşiyənin sol və sağ tərəflərində yerləşdirilmişdir. "Zülflü aləm" elementlərindən təşkil olunmuş ağ yerlikli orta haşiyə xalçaya xüsusi görkəm verir.
Texniki xüsusiyyətlər
"Gədi xalçaları"nın ölçüləri 110x180 sm-dən 110x250 sm-ə qədər ölçülər arasında dəyişir.
"Gədi xalçaları"nda bir kvadrat desimetrdə ilmələrin sıxlığı 38x38 ilmədən 42x42 ilməyə qədər yerləşir. Bir kvadrat metrdə isə 145 min ilmədən 176 min ilməyə qədər təsadüf edilir.
"Gədi xalçaları"nda xovun hündürlüyü 6–7 mm-ə qədərdir.
Mənbə
- Gədi xalçaları 2011-08-06 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Gedi xalcalari Abseron xalcaciliq mektebinin Baki qrupuna daxil olan xovlu xalcalar XalcaGediGedi xalcalariXalca haqqinda melumatlarTam adi Gedi xalcalariDiger adlari Dagli ve ya Qedi xalcasiMektebi Abseron xalcaciliq mektebiNovu Xovlu xalcaOlke AzerbaycanUmumi melumat Gedi xalcalari oz adini Xizi rayonunun erazisinde yerlesen Gedi kendinin adindan goturmusdur Bu xalcalari bezi xalcacilar Qedi xalcalari ve ya Gedi xalcalari kimi adlandirsalar da Baki xalcacilari onu Dagli adlandirirlar Buna sebeb ise Gedi kendinin ehalisinin tatlardan ibaret olmasidir Gedi sozunun menasi ise cemenli kend demekdir Bedii analiz Gedi xalcalari nin orta sahesi qirmizi yerlikli merkezi saquli oxda yerlesmis bir nece kicik golden ibaretdir Hendesi formada olmayan daha cox alovun solelerini xatirladan gollerin tesviri aydin ifade olunmus ve yalniz Gedi xalcalari ucun xarakterik olan gollerin rengi bir ve bezen de iki golden bir deyisir Goller arasindaki bos saheler muxtelif formali hendesi ve nebati naxislarla bezedilmis ve bu naxislar her iki terefde simmetrik olaraq tekrarlanirlar Bakinin Xizi ve Siyezen rayonlarinin xalca ustalari bu golleri sini merkezde olan sekkiz lecekli dairevi elementli damgani ise alma ve ya qogal adlandirirlar Bu elementlerin arasinda bir nece heyvan tesviri o cumleden xalqin teserrufatini ve meisetini xatirladan pisik silueti de movcuddur Gedi xalcalari nin kenarlarini uc hasiye tamamlayir Bakinin Novxani xalcasinda olan ara hasiyenin cut xetlerini xatirladan surmeyi yerlikli qarmaqli qizil gul adlanan kicik hasiyeler orta hasiyenin sol ve sag tereflerinde yerlesdirilmisdir Zulflu alem elementlerinden teskil olunmus ag yerlikli orta hasiye xalcaya xususi gorkem verir Texniki xususiyyetler Gedi xalcalari nin olculeri 110x180 sm den 110x250 sm e qeder olculer arasinda deyisir Gedi xalcalari nda bir kvadrat desimetrde ilmelerin sixligi 38x38 ilmeden 42x42 ilmeye qeder yerlesir Bir kvadrat metrde ise 145 min ilmeden 176 min ilmeye qeder tesaduf edilir Gedi xalcalari nda xovun hundurluyu 6 7 mm e qederdir MenbeGedi xalcalari 2011 08 06 at the Wayback Machine