Qırılı — Azərbaycan Respublikasının Ağstafa rayonunun Qırılı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı qərarı ilə Ağstafa rayonunun Qırılı kəndi Kalininkənd qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qırılı kənd Soveti yaradılmışdır.
Qırılı kəndi | |
---|---|
Ölkə | |
Rayon | Ağstafa |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 358 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | (15 fevral 2024) 4702 nəfər |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 022 |
Poçt indeksi | AZ 0523 |
Nəqliyyat kodu | 05 |
Tarixi
Qırılı kəndi Ağstafa rayonunun ən qədim kəndlərindən biridir. Kənddə ilk insanlar Həsənsuçayının sol sahilində məskunlaşmışlar. Buna sübut olaraq köhnə qəbiristanlığın orada yerləşməsini göstərmək olar. Sonradan çayın sağ tərəfinə (indiki Tanrıverdilər məhəlləsinə) köçərək burada məskən salmışlar. Deyilənlərə görə bu kəndə gəlib ilk dəfə məskunlaşanlar Yuxarı Göycəli kəndindən köçüb gələnlər olub. Elə bu səbəbdən kəndin adı Qırılı (yəni Yuxarı Göycəli kəndindən qırılıb ayrılmışlar) adlandırılıb. Bir başqa deyimə görə kəndin adı Dədə Qorqud kitabında və bir neçə Oğuz türklərindən bəhs olunan əsərlərdə sözü gedən "qurulu" tayfasından götürüldüyü bildirilir.
Kənd ərazisi Birinci Qarabağ müharibəsi və İkinci Qarabağ müharibəsində şəhid olmuş kənd sakinlərinin əziz xatirəsinə verilmiş küçələrdən və bir çox məhəllələrdən ibarətdir: 1. Cağallı, 2. Cırdaxan, 3. Bozdağanlı, 4. Məmmədli, 5. Tut bağı, 6. Təpəbaşı, 7. Gödəklər, 8. Usublu, 9. Gödək oba, 10. Mahmudlu, 11. Təzə məhəllə, 12. Zəryərli, 13. Xallar, 14. Tanrıverdilər, 15. Allahverənli, 16. Mansırlı.
Tarixi abidələri
Kəndin ərazisində bir sıra qədim yaşayış məskənləri vardır. Buna Qarğalartəpəsini misal göstərmək olar. Abidə e.ə. V minilliyə (Neolit dövrü) aid edilir. Aparılmış arxeoloji araşdırmalardan da bəlli olur ki, bu ərazidə yaşayış olub və insanlar oturaq həyat tərzi keçirərək maldarlıqla, əkinçiliklə məşğul olmaqla yanaşı, misdən soyuq döymə üsulu ilə müxtəlif əşya və bəzəklərin düzəldilməsi ilə məşğul olublar. Təpənin hündürlüyü 10 metrdir. Araşdırılmalar nəticəsində həmçinin buradan gildən düzəldilmiş qadın fiquru və Qafqazda ən qədim metal əşya-mis muncuq tapılmışdır.
Coğrafiyası və iqlimi
Kənd rayon mərkəzindən 6 km məsafədə yerləşir. 2024-cü ilin fevral ayına olan məlumata görə kənddə əhalinin sayı 4702 nəfər, evlərin sayı isə 867 ədəddir. Həsənsu, Eynallı və Köçəsgər kəndləri həmçinin Həsənsu və Kür çayları ilə həmsərhətdir. Bir sıra mühüm neft və qaz kəmərləri kəndin ərazisindən keçərək dünya bazarına çıxır. Buraya Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum Boru Xəttini və Trans-Anadolu qaz boru kəmərini həmçinin Bakı-Qazax magistral yolunu misal göstərmək olar.
İqtisadiyyatı
Kənd əhalisi sənaye, elm və kənd təsərrüfatının, eləcə də səhiyyənin müxtəlif sahələrində çalışırlar. Əsas məşğuliyyətləri əkinçilik və maldarlıqdır.
1926-cı ildə el ağsaqqalı, öz dövrünün görkəmli şəxsiyyətlərindən olan Kərbalayı Alyar Qasımzadənin təşəbbüsü ilə əhalinin içməli suya olan təlabatını ödəmək üçün Eynallı kəndindən kəndin mərkəzinə kəhriz çəkilmişdir.
Mədəniyyəti
Kənddə kitabxana, mədəniyyət evi, poçt, elektron tipli ATS fəaliyyət göstərir.
Təhsil
Kənddə müasir tipli tam orta məktəb və 2 ədəd körpələr evi fəaliyyət göstərir.
Səhiyyə
Kənddə tibb məntəqəsi mövcuddur.
Görkəmli şəxsləri
Şəhidləri
- (25.08.1973 - 27.03.1993) — Birinci Qarabağ müharibəsi şəhidi
2020-ci ildə başlanılan Vətən Müharibəsinədək Qırılı kəndinin cəmi 6 şəhidi var idı. Onlardan biri Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhramanımız Əliyev Sirac Şöhrət oğludur. O 1973-cü il avqustun 25-də Ağstafa rayonu Qırılı kəndində dünyaya gəlmişdir. 1992-ci ildə Qazax RHK tərəfindən həqiqi hərbi xidmətə çağrılan Sirac 27 mart 1993-cü il tarixində Ağdam rayonu Papravənd kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Qırılı kənd qəbiristanlığında dəfn edilib. Hal-hazırda Qırılı kənd tam orta məktəbi onun adını daşıyır.Həmçinin məktəb yerləşən küçəyə şəhidimizin adı verilmişdir.
- (20.02.1969 - 17.02.1994) — Birinci Qarabağ müharibəsi şəhidi
Həsənov Nəriman Məhəmməd oğlu 1969-cu il fevralın 20-də Ağstafa rayonu Qırılı kəndində dünyaya gəlib. Nəriman orta məktəbi bitirdikdən sonra 1987-ci ildə həqiqi hərbi xidmətini çəkmək üçün Sovet Ordu hissələrinə yollanır. Hərbi xidməti başa vurub öz yurduna qayıdaraq işləməyə başlayır lakin bu uzun sürmür. 1990-cı ildə könüllü hərbi komisarlığa gedərək xidmətini Qazax rayonu Alpout sərhəd məntəqəsində davam etdirir. Burda 3 il xidmət etdikdən sonra 1993-cü ilin fevralında Ağdərə istiqamətinə döyüş bölgəsinə yollanır. Sərsəng su anbarı ətrafında gedən döyüşlərdə 8 nəfərlə bir yerdə düşmənin mühasirəsinə düşürlər. 3 günlük mühasirədən sonra işlətdikləri hiylə nəticəsində mühasirədən azad olurlar. 1994-cü ildə Kəlbəcər rayonuna gələrək xidmətini orada davam etdirir. Elə həmin ilin 17 fevral tarixində Murovdağ istiqamətində Otaqlı(Omar) yüksəkliyinin azad olunması uğrunda gedən qızğın döyüşlərdə 4 nəfər döyüş yoldaşları ilə birlikdə şəhid olmuşdur. Qırılı kənd qəbiristanlığında dəfn edilib. Kəndin küçələrinin biri şəhidimizin adını daşıyır.
- (17.07.1975 - 16.02.1994) — Birinci Qarabağ müharibəsi şəhidi
Birinci Qarabağ müharibəsi şəhidimiz Rzayev Vüsal Nəsib oğlu. O 17 iyul 1975-ci ildə Ağstafa rayonu Qırılı kəndində dünyaya gəlmişdir. Orta məktəbi bitirdikdən sonra 1993-cü il tarixində Ağstafa RHK tərəfindən həqiqi hərbi xidmətə çağrılır. 16 fevral 1994-cü ildə Kəlbəcər rayonu Ömər aşırımı istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.Qırılı kənd mədəniyyət evi və kəntdəki küçələrdən biri şəhidimizin adını daşıyır.
- (13.03.1963 - 17.02.1994) — Birinci Qarabağ müharibəsi şəhidi
Abbasov Xəyyad Sovet oğlu 1963-cü ilin 13 martında Ağstafa rayonu Qırılı kəndində dünyaya gəlib. Orta təhsilini Qırılı kənd tam orta məktəbində bitirdikdən sonra təhsilini davam etdirərək, Qazax peşə məktəbinə daxil olmuşdur. Xəyyad daha sonra peşə məktəbini bitirib, Sovet Ordu sıralarına qoşularaq həqiqi hərbi xidmətini Altay vilayətində davam etdirmişdir. Hərbidən sonra doğma kəndinə qayıdaraq Gəncə xalça sexinin Qırılı kənd fillialında motarist kimi işləməyə başlayır. 1994-cü ildə könüllü olaraq yenidən Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qatılır və 1 aylıq təlimdən sonra Kəlbəcərə yollanır. Elə həmin ilin 17 fevralında Murovdağ istiqamətində gedən qızğın döyüşlər zamanı 4 nəfər döyüş yoldaşları ilə birlikdə şəhid olmuşdur. Onların cəsədlərini digər şəhidimiz Nəriman Həsənovun qardaşı Nəsimi qar uçqununun altından taparaq Ağstafa rayonuna gətirir və Qırılı kənd qəbiristanlığında dəfn edilirlər. Kəntdəki küçələrdən biri şəhidimizin adını daşıyır.
- (03.03.1965 - 21.04.1994) — Birinci Qarabağ müharibəsi şəhidi
Abbasov Bakir Sovet oğlu 03 mart 1965- ci ildə Ağstafa rayonu Qırılı kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Sovet Ordusunun tərkibində Kuxet şəhərində həqiqi hərbi xidmət çəkmişdir. 1993-cü ildə yenidən könüllü olaraq ordu sıralarına qoşularaq, ilk öncə Seyfəli paliqonunda təlim keçmiş sonra isə Füzuli rayonuna yollanmışdır. 1994-cü ilin 21 aprelində Füzuli ətrafında gedən döyüşlərdə şəhid olmuşdur. Qırılı kənd qəbiristanlığında dəfn edilmişdir. Kəntdəki küçələrdən birinin adı şəhidimizin adını daşıyır.
- Elvin İmaməliyev (09.05.1989 - 09.11.2020) — müəllim, məktəb direktoru, İkinci Qarabağ müharibəsi şəhidi
- Əliheydər Hüseynli (14.04.1994 - 09.11.2020) — gənc ziyalı, İkinci Qarabağ müharibəsi şəhidi
- Emin Əmrahov (09.06.1989 - 27.10.2020) — hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi
- Təbriz Quliyev (05.08.1994 - 27.10.2020) — hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi
- Elgün Abdullayev (01.04.1994 - 09.11.2020) — hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi
- Samir Sadıqov (22.08.2000 - 20.09.2023) - Azərbaycan Daxili Qoşunlarının hərbi qulluqçusu, Antiterror əməliyyatı şəhidi
- (07.02.1997 - 14.08.2017) — hərbi qulluqçu, şəhid
Musayev Rəhman Elxan oğlu 1997-ci il 7 fevral tarixində Ağstafa rayonu Qırılı kəndində ziyalı ailəsində dünyaya gəlib. 2002 - 2013-cü illərdə Qırılı kəndi S. Əliyev adına tam orta məktəbdə təhsil almışdır. 2015-ci ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən imzalanmış sərəncama əsasən hərbi xidmətə yollanmış, 2016-cı ildə isə könüllü Azərbaycan Sülhməramlı Qüvvələrinin tərkibinə qatılaraq Əfqanıstanda xidmətini davam etdirmişdir. 2017-ci ilin fevral ayında yenidən Azərbaycan Silahlı Qüvvələri sıralarına qayıdaraq "Müddətdən Artıq Hərbi Qulluqçu" kimi top komandiri vəzifəsində çalışmağa başlamışdır. Elə həmin il avqustun 14-də iş vaxtı Murovdağ istiqamətində baş vermiş qəzada şəhid olmuşdur. Qırılı kənd qəbiristanlığında dəfn edilmişdir. Kəntdəki küçələrdən biri şəhidimizin adını daşıyır.
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində (PDF). İstifadə tarixi: 2024-04-05.
Mənbə
Xarici keçidlər
- Ağstafa Rayon İcra Hakimiyyətinin rəsmi saytı
Həmçinin bax
Ağstafa rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qirili Azerbaycan Respublikasinin Agstafa rayonunun Qirili kend inzibati erazi dairesinde kend Azerbaycan Respublikasi Ali Sovetinin 25 may 1991 ci il tarixli 123 XII sayli qerari ile Agstafa rayonunun Qirili kendi Kalininkend qesebe Sovetinden ayrilaraq bu kend merkez olmaqla Qirili kend Soveti yaradilmisdir Qirili kendi41 05 31 sm e 45 30 42 s u Olke AzerbaycanRayon AgstafaTarixi ve cografiyasiMerkezin hundurluyu 358 mSaat qursagi UTC 04 00EhalisiEhalisi 15 fevral 2024 4702 neferReqemsal identifikatorlarTelefon kodu 994 022Poct indeksi AZ 0523Neqliyyat kodu 05QiriliTarixiQirili kendi Agstafa rayonunun en qedim kendlerinden biridir Kendde ilk insanlar Hesensucayinin sol sahilinde meskunlasmislar Buna subut olaraq kohne qebiristanligin orada yerlesmesini gostermek olar Sonradan cayin sag terefine indiki Tanriverdiler mehellesine kocerek burada mesken salmislar Deyilenlere gore bu kende gelib ilk defe meskunlasanlar Yuxari Goyceli kendinden kocub gelenler olub Ele bu sebebden kendin adi Qirili yeni Yuxari Goyceli kendinden qirilib ayrilmislar adlandirilib Bir basqa deyime gore kendin adi Dede Qorqud kitabinda ve bir nece Oguz turklerinden behs olunan eserlerde sozu geden qurulu tayfasindan goturulduyu bildirilir Kend erazisi Birinci Qarabag muharibesi ve Ikinci Qarabag muharibesinde sehid olmus kend sakinlerinin eziz xatiresine verilmis kucelerden ve bir cox mehellelerden ibaretdir 1 Cagalli 2 Cirdaxan 3 Bozdaganli 4 Memmedli 5 Tut bagi 6 Tepebasi 7 Godekler 8 Usublu 9 Godek oba 10 Mahmudlu 11 Teze mehelle 12 Zeryerli 13 Xallar 14 Tanriverdiler 15 Allahverenli 16 Mansirli Tarixi abideleri Kendin erazisinde bir sira qedim yasayis meskenleri vardir Buna Qargalartepesini misal gostermek olar Abide e e V minilliye Neolit dovru aid edilir Aparilmis arxeoloji arasdirmalardan da belli olur ki bu erazide yasayis olub ve insanlar oturaq heyat terzi kecirerek maldarliqla ekincilikle mesgul olmaqla yanasi misden soyuq doyme usulu ile muxtelif esya ve bezeklerin duzeldilmesi ile mesgul olublar Tepenin hundurluyu 10 metrdir Arasdirilmalar neticesinde hemcinin buradan gilden duzeldilmis qadin fiquru ve Qafqazda en qedim metal esya mis muncuq tapilmisdir Cografiyasi ve iqlimiKend rayon merkezinden 6 km mesafede yerlesir 2024 cu ilin fevral ayina olan melumata gore kendde ehalinin sayi 4702 nefer evlerin sayi ise 867 ededdir Hesensu Eynalli ve Kocesger kendleri hemcinin Hesensu ve Kur caylari ile hemserhetdir Bir sira muhum neft ve qaz kemerleri kendin erazisinden kecerek dunya bazarina cixir Buraya Baki Tbilisi Ceyhan neft kemerini Baki Tbilisi Erzurum Boru Xettini ve Trans Anadolu qaz boru kemerini hemcinin Baki Qazax magistral yolunu misal gostermek olar IqtisadiyyatiKend ehalisi senaye elm ve kend teserrufatinin elece de sehiyyenin muxtelif sahelerinde calisirlar Esas mesguliyyetleri ekincilik ve maldarliqdir 1926 ci ilde el agsaqqali oz dovrunun gorkemli sexsiyyetlerinden olan Kerbalayi Alyar Qasimzadenin tesebbusu ile ehalinin icmeli suya olan telabatini odemek ucun Eynalli kendinden kendin merkezine kehriz cekilmisdir MedeniyyetiKendde kitabxana medeniyyet evi poct elektron tipli ATS fealiyyet gosterir TehsilKendde muasir tipli tam orta mekteb ve 2 eded korpeler evi fealiyyet gosterir SehiyyeKendde tibb menteqesi movcuddur Gorkemli sexsleriSehidleri 25 08 1973 27 03 1993 Birinci Qarabag muharibesi sehidi2020 ci ilde baslanilan Veten Muharibesinedek Qirili kendinin cemi 6 sehidi var idi Onlardan biri Birinci Qarabag muharibesi zamani torpaqlarimizin isgaldan azad olunmasi ugrunda geden doyuslerde sehidlik zirvesine ucalmis qehramanimiz Eliyev Sirac Sohret ogludur O 1973 cu il avqustun 25 de Agstafa rayonu Qirili kendinde dunyaya gelmisdir 1992 ci ilde Qazax RHK terefinden heqiqi herbi xidmete cagrilan Sirac 27 mart 1993 cu il tarixinde Agdam rayonu Papravend kendi ugrunda geden doyuslerde sehid olmusdur Qirili kend qebiristanliginda defn edilib Hal hazirda Qirili kend tam orta mektebi onun adini dasiyir Hemcinin mekteb yerlesen kuceye sehidimizin adi verilmisdir 20 02 1969 17 02 1994 Birinci Qarabag muharibesi sehidiHesenov Neriman Mehemmed oglu 1969 cu il fevralin 20 de Agstafa rayonu Qirili kendinde dunyaya gelib Neriman orta mektebi bitirdikden sonra 1987 ci ilde heqiqi herbi xidmetini cekmek ucun Sovet Ordu hisselerine yollanir Herbi xidmeti basa vurub oz yurduna qayidaraq islemeye baslayir lakin bu uzun surmur 1990 ci ilde konullu herbi komisarliga gederek xidmetini Qazax rayonu Alpout serhed menteqesinde davam etdirir Burda 3 il xidmet etdikden sonra 1993 cu ilin fevralinda Agdere istiqametine doyus bolgesine yollanir Serseng su anbari etrafinda geden doyuslerde 8 neferle bir yerde dusmenin muhasiresine dusurler 3 gunluk muhasireden sonra isletdikleri hiyle neticesinde muhasireden azad olurlar 1994 cu ilde Kelbecer rayonuna gelerek xidmetini orada davam etdirir Ele hemin ilin 17 fevral tarixinde Murovdag istiqametinde Otaqli Omar yuksekliyinin azad olunmasi ugrunda geden qizgin doyuslerde 4 nefer doyus yoldaslari ile birlikde sehid olmusdur Qirili kend qebiristanliginda defn edilib Kendin kucelerinin biri sehidimizin adini dasiyir 17 07 1975 16 02 1994 Birinci Qarabag muharibesi sehidiBirinci Qarabag muharibesi sehidimiz Rzayev Vusal Nesib oglu O 17 iyul 1975 ci ilde Agstafa rayonu Qirili kendinde dunyaya gelmisdir Orta mektebi bitirdikden sonra 1993 cu il tarixinde Agstafa RHK terefinden heqiqi herbi xidmete cagrilir 16 fevral 1994 cu ilde Kelbecer rayonu Omer asirimi istiqametinde geden doyuslerde sehid olmusdur Qirili kend medeniyyet evi ve kentdeki kucelerden biri sehidimizin adini dasiyir 13 03 1963 17 02 1994 Birinci Qarabag muharibesi sehidiAbbasov Xeyyad Sovet oglu 1963 cu ilin 13 martinda Agstafa rayonu Qirili kendinde dunyaya gelib Orta tehsilini Qirili kend tam orta mektebinde bitirdikden sonra tehsilini davam etdirerek Qazax pese mektebine daxil olmusdur Xeyyad daha sonra pese mektebini bitirib Sovet Ordu siralarina qosularaq heqiqi herbi xidmetini Altay vilayetinde davam etdirmisdir Herbiden sonra dogma kendine qayidaraq Gence xalca sexinin Qirili kend fillialinda motarist kimi islemeye baslayir 1994 cu ilde konullu olaraq yeniden Azerbaycan Silahli Quvvelerinin siralarina qatilir ve 1 ayliq telimden sonra Kelbecere yollanir Ele hemin ilin 17 fevralinda Murovdag istiqametinde geden qizgin doyusler zamani 4 nefer doyus yoldaslari ile birlikde sehid olmusdur Onlarin cesedlerini diger sehidimiz Neriman Hesenovun qardasi Nesimi qar ucqununun altindan taparaq Agstafa rayonuna getirir ve Qirili kend qebiristanliginda defn edilirler Kentdeki kucelerden biri sehidimizin adini dasiyir 03 03 1965 21 04 1994 Birinci Qarabag muharibesi sehidiAbbasov Bakir Sovet oglu 03 mart 1965 ci ilde Agstafa rayonu Qirili kendinde dunyaya gelib Orta mektebi bitirdikden sonra Sovet Ordusunun terkibinde Kuxet seherinde heqiqi herbi xidmet cekmisdir 1993 cu ilde yeniden konullu olaraq ordu siralarina qosularaq ilk once Seyfeli paliqonunda telim kecmis sonra ise Fuzuli rayonuna yollanmisdir 1994 cu ilin 21 aprelinde Fuzuli etrafinda geden doyuslerde sehid olmusdur Qirili kend qebiristanliginda defn edilmisdir Kentdeki kucelerden birinin adi sehidimizin adini dasiyir Elvin Imameliyev 09 05 1989 09 11 2020 muellim mekteb direktoru Ikinci Qarabag muharibesi sehidi Eliheyder Huseynli 14 04 1994 09 11 2020 genc ziyali Ikinci Qarabag muharibesi sehidi Emin Emrahov 09 06 1989 27 10 2020 herbi qulluqcu Ikinci Qarabag muharibesi sehidi Tebriz Quliyev 05 08 1994 27 10 2020 herbi qulluqcu Ikinci Qarabag muharibesi sehidi Elgun Abdullayev 01 04 1994 09 11 2020 herbi qulluqcu Ikinci Qarabag muharibesi sehidi Samir Sadiqov 22 08 2000 20 09 2023 Azerbaycan Daxili Qosunlarinin herbi qulluqcusu Antiterror emeliyyati sehidi 07 02 1997 14 08 2017 herbi qulluqcu sehidMusayev Rehman Elxan oglu 1997 ci il 7 fevral tarixinde Agstafa rayonu Qirili kendinde ziyali ailesinde dunyaya gelib 2002 2013 cu illerde Qirili kendi S Eliyev adina tam orta mektebde tehsil almisdir 2015 ci ilin yanvar ayinda Seferberlik ve Herbi Xidmete Cagiris uzre Dovlet Xidmeti terefinden imzalanmis serencama esasen herbi xidmete yollanmis 2016 ci ilde ise konullu Azerbaycan Sulhmeramli Quvvelerinin terkibine qatilaraq Efqanistanda xidmetini davam etdirmisdir 2017 ci ilin fevral ayinda yeniden Azerbaycan Silahli Quvveleri siralarina qayidaraq Muddetden Artiq Herbi Qulluqcu kimi top komandiri vezifesinde calismaga baslamisdir Ele hemin il avqustun 14 de is vaxti Murovdag istiqametinde bas vermis qezada sehid olmusdur Qirili kend qebiristanliginda defn edilmisdir Kentdeki kucelerden biri sehidimizin adini dasiyir IstinadlarAzerbaycan Respublikasinin Dovlet Statistika Komitesi Inzibati erazi bolgusu tesnifati 2024 PDF az stat gov az 2024 02 28 2024 03 14 tarixinde PDF Istifade tarixi 2024 04 05 Agstafa belediyyeleriMenbehttps agstafaliseyi ucoz ru news 2009 11 22 6 http azhistorymuseum gov az az exhibit 32 https e qanun az framework 6524Xarici kecidlerAgstafa Rayon Icra Hakimiyyetinin resmi saytiHemcinin bax Agstafa rayonu ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin