Qobustan Dövlət Tarixi-Bədii Qoruğu — Azərbaycan ərazisində, Bakı yaxınlığında arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruq. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 55 km (yol ilə 65 km) məsafədə yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Qobustan dövlət tarixi-bədii qoruğu 2007-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Qoruq Mədəniyyət və Turizm Nazirliyinin nəzdindədir. Burada eləcə də muzey fəaliyyət göstərir.
Qobustan Dövlət Tarixi-Bədii Qoruğu | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Qaradağ və Abşeron rayonları |
Əsas tarixlər | 1966 - Qoruq idarəsi yaradılıb |
Tikilmə tarixi | 1966 |
Üslubu | ibtidai incəsənət |
Sahəsi | 3096 ha |
Vəziyyəti | stabil, muzey kimi fəaliyyət göstərir |
Rəsmi adı: Gobustan Rock Art Cultural Landscape | |
Tipi | Mədəni |
Kriteriya | iii |
Təyin edilib | 2007 |
İstinad nöm. | 1076 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 26 |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Qobustan adının minimal Jegkeheen və anlamı barədə müxtəlif tedqiqatçılar ferqli fikirlər söyləmişlər. Lakin onlardan ən çox işlədilən fikir toponimin coğrafi şəraitlə bağlı yaranmasıdır. Həmin fikrə görə Qobustan qobular diyarı, ucsuz-bucaqsız düzənlik, saysız-hesabsız təpələr arasında torpaq uçuntulardan əmələ gəlmiş yarğanlar və dərələrdir. Heç bir həndəsi şəklə malik olmayan bu sistemsizliyin özündə suyun, havanın, küləyin, zəlzələ və palçıq püskürmələrinin yaratdığı böyük təbii hərc-mərclik aləmi müşahidə olunur. Bu, illərin, əsrlərin deyil, milyon illərin abaşırdıcıl olaraq yaratdığı dağıntılar və "quraşdırmaların" nəticəsidir. Qobustan adının da mənşəyi məhz bu təbii şəraitlə izah olunur.
Türk dillərində "qobu / kobu" sözü "yarğan, boşluq, yarısəhra" anlamına gəlir.
Digər bir verisyaya görə isə Qobustan sözünün ilkin forması Gavistan şəklində olmuşdur. "gav" farsca öküz, inək, "stan" isə diyar anlamında yer bildirən şəkliçidir. Bu halda söz "Öküzlər diyarı" şəklində şərh edilməkdədir. Bu versiyanın da irəli sürülməsi təsadüf olmamışdır. Çünki, vaxtilə Qobustan ərazisində çoxlu çöl öküzü yaşamışdır. Min illər keçdikcə onların bir hissəsi ölmüş, bir hissəsi isə əhliləşdirilmişdir.
Başqa bir versiyaya görə isə bu yerin adı Kəbristan olmuşdur. "Kəbr" oda sitayiş edən, "stan" isə diyar anlamında kimi qəbul edildikdə söz oda sitayiş edənlərin diyarı kimi anlaşılmaqdadır. Bu versiyaya görə, bu yerlərdə atəşpərəstlər yaşamış, ona görə də ərazi Kəbrstan adlandırılmışdır.
Flora və faunası
Hal-hazırda Qobustanın təbiəti Azərbaycanın Arran rayonlarına daha çox uyğundur. 20 – 25 min il əvvəl isə bu yerlərin təbii şəraiti tamamilə fərqli olmuşdur. 10-12 min il bundan əvvəl Qobustan qayalarına çəkilmiş heyvan və insan şəkillərindən görünür ki, o zaman bu yerlərdə davamlı isti iqlim hökm sürmüşdür. İnsanlar nazik paltarlarla keçinmiş, kişilər bellərinə kəmərçin bağlamış, qadınlar isə dəridən qısa don geymişlər.
Hava həmişə isti, yaşıllıq və su bol olduğundan bu yerlər ot yeyən heyvanların örüşü olmuşdur. Qobustanda saysız-hesabsız çöl heyvanı, öküz, at, keçi, gur, maral və başqa heyvanlar yaşamışlar. Qayaüstü təsvirlərdən və arxeoloji qazıntılar zamanı əldə edilən tapıntılardan görünür ki, qədim dövrdə bu ərazidə pələng, canavar, tülkü, çaqqal və başqa yırtıcı heyvanların da məskəni olmuşdur. Mütəxəssislər qayalarda təsvirlərinə rast gəlinməyən bir – heyvanın – filin də Qobustan ərazisində yaşadığını qeyd edirlər. Qayaüstü təsvirlərdə filin olmamasının səbəbi odur ki, bu yerlərdə bizə məlum insan həyatı 10–15 min illə ölçülür, fil isə milyon illər bundan əvvəl yaşamışdır.
Qobustanda fil sümüklərinin aşkarlanması tamamilə təsadüfi olmuşdur. 1968-ci ilin yaxınlığında burda Atbulax adlı yerin yaxınlığındakı daş karxanasında mişar təxminən 3 m dərinlikdəki daş qatını kəsərkən layla birlikdə naməlum heyvanın iri sümüklərini də kəsmişdir. Fəhlələr bunun nə sümüyü olduğunu bilməyərək Azərbaycan SSR-in Mədəniyyət Nazirliyinə xəbər vermişlər. Aşkarlanmış sümüklərin tədqiqindən sonra müəyyən edilmişdir ki, bu sümük vaxtilə Qobustanda yaşamış cənub filinin boyun fəqərəsinin VI sümüyüdür.
Tədqiqi
Qobustan qışlaq kimi Azərbaycan maldarlarına çoxdan məlum olmuşdur. Lakin oradakı maddi-mədəniyyət qalıqları və qayaüstü təsvirləri ilk dəfə Azərbaycan arxeoloqlarından prof. İshaq Cəfərzadə 1939–1940-cı illərdə aşkara çıxarmışdır. 1941-ci ildə başlanan Böyük Vətən Müharibəsi ilə əlaqədar olaraq axtarışlar dayandırılmış və bir də 1947-ci ildə davam etdirilmişdir. İ. Cəfərzadə illər boyu apardığı çətin elmi axtarışların və tədqiqatların nəticəsi olaraq 750 qaya üzərndə döymə, qazma və sürtmə üsulla çəkilmiş 3500-dən artıq insan və heyvan rəsmi və müxtəlif işarə yazılar – petroqliflər qydə almış, 20 qayaaltı sığınacaq aşkarlamışdır.
Bunlardan sonra İ. Cəfərzadənin rəhbərliyi altında və F. Muradovanın apardıqları axtarışlar və arxeoloji qazıntılar nəticəsində çoxlu rəsmlər, yaşayış məskənləri və maddi-mədəniyyət qalıqları aşkara çıxarılmışdır. Böyükdaş dağındakı "Ana zağa" yaşayış məskənində aşkara çıxarılmış üç mədəni təbəqədən iki alt təbəqə bilavasitə daş dövrünə aiddir.
Qobustan abidəsi bir də onunla maraqlıdır ki, burda insan həyatı təxminən eramızdan əvvəl onuncu minilliklərdən başlayaraq ta XVIII əsrə qədər ardı-arası kəsilmədən davam etmişdir.
Qobustanda tapılan maddi mədəniyyət qalıqları kompleksinin tarix və mədəniyyət üçün müstəsna əhəmiyyətini nəzərə alan Azərbaycan SSR-in Nazrilər Soveti 1966-cı il 9 sentyabr tarixli qərarı ilə Qobustan dövlət tarixi-bədii qoruğu elan etmişdir. Qoruq əsasən üç dağın (Böyükdaş, Kiçikdaş və Cingirdağ) yerləşdiyi böyük bir ərazini əhatə edir.
Yaşayış yerləri
Qədim qobustanlılar əsasən açıq havada yaşamışlar. Lakin şiddətli yağış və küləkli günlərdə onlar mağaralara, qayaaltı sığınacaqlara və ya baş-başa dayanan iri qayaların altına çəkilmişlər. Hələlik məlum olan qayaaltı sığınacaqların ən yaxşı nümunələri Böyükdaş və Kiçikdaş dağlarının cənub-şərqində yerləşən iri düşərgədir. Arxeoloqlar bu yaşayış yerlərinin birini "Çardaq zağa", digərini isə "Feyruz – 1" adlandırmışlar.
Bu düşərgələrin hər ikisinin tavanını qərbdən torpağa oturmuş iri yastı qaya təşkil edir. Mütəxəssislər güman edirlər ki, bu sığınacaqlarda yaşayanlar ev işlərinin bir hissəsini düşərgələrin yastı tavanı üstündə edirlərmiş. Belə düşərgələrdən biri də Böyükdaş dağının cənub enəcəyindəki "Yeddi Gözəl" mağarasıdır.
Böyükdaş dağındakı "Ana zağa" və "Ovçular zağası" baş-başa dayanan hündür qayalar arasında dayanan sığınacaqlardır. Bu mağaraların adını onları kəşf edən arxeoloq prof. İshaq Cəfərzadə qoymuşdur. Cingirdağdakı Yazılıtəpə də vaxtilə bu cür yaşayış yerlərindən biri olmuşdur. Lakin o yerlərin torpağı çox narın olduğundan və həmişə axar sular vasitəsiylə yuyulduğundan qayalar yerə oturmuş və əvvəlki vəziyyətlərini itirmişlər.
Ana zağa düşərgəsi
Qobustanda Böyükdaş dağının yuxarı səki sahəsində, üzərində qədim qayaüstü təsvirlər qeydə alınmış 29, 30, 31, 32 nömrəli qayaların arasında əmələ gəlmiş kiçik və iriölçülü, iki gözdən ibarət qayaaltı boşluqda aşkar edilmişdir. Yarıaçıq mağaranı xatırladan bu boşluğun divarlarını təşkil edən qayalar üzərində tarixin müxtəlif dövrlərində çəkilmiş yüzlərlə qayaüstü təsvirlər məmulatının qədim nümunələri saxlandığı şəkilli qayaların yarıya qədərinin olduğu kişik sahədə mərkəzi yer tutmasına, divarlarında və onlara bitişik dağlarda çoxsaylı qədim təsvirlər saxlandığına görə Qobustan qayaüstü təsvirlərinin ilk tədqiqatçısı İ. M. Cəfərzadə tərəfindən bu yerə "Ana zağa" adı verilmiş və "Ana zağa"nın 100 kv.metr sahəyə malik iriölçülü qərb kamerası arxeolaji qazıntı işləri aparılmaqla tətqiq edilib öyrənilmişdir.
Bundan başqa "Kənizə", "Ovçular", "Öküzlər", "Öküzlər-2", "Daşaltı", "Maral", "Qayaarası", "Qayaarası-2", "Ceyranlar", "Firuz-1", "Firuz-2", "Şonqar" düşərgələri də mövcuddur. və orda insanlar çoxlu sekil çəkiblər
Qədim qobustanlılar
Etnik mənşə
1972-ci ildə Qobustanda aparılan arxeoloji qazıntılar nəticəsində on iki insan skleti aşkar olmuşdur. Firuz düşərgəsində açılmış son mezolit dövrü qəbrindəki insanların kəllə sümüklərinin antropoloji quruluşu, onların elmi tədqiqi zamanı müəyyən olunmuşdur ki, onlar müasir Türklərin əcdadlarıdır.
Məşğuliyyətləri
İbtidai insanların həyat mübarizəsinin əsasını, başlıca olaraq acından ölməmək üçün yemək əldə etmək təşkil edirdi. Bunun üçün qədim qobustanlılar cürbəcür meyvə və bitkiləri yığmağa, heyvan ovlamağa məcbur olmuşlar. Silah (adi daş və dəyənək) bəsit, ov isə asanlıqla təslim olmayan ot və ətyeyən heyvanlar olmuşdur. O zaman ovçuluq sürək yolu ilə həyata keçirilmişdir. Qobustanlılar böyük dəstələrlə ova gedib otlaqlardakı heyvan sürülərini qova-qova Böyükdaş, Kiçikdaş və Cingirdağın üstünə qaldırır, sonra da arxa tərəfi kəsərək onları uçuruma tərəf yönəldirdilər. Hürkmüş heyvanlar özlərini təhlükədən xilas etmək üçün dağdan atılır və ovçulara yem olurdular. Bu prosesin deyilişi asan olsa da, icrası olduqca qorxunc və çətin olmuşdur. Min illərlə sürək yolu ilə ov edən qobustanlılar sonralar ox ixtira etmiş, daha sonra çöl heyvanlarını əhliləşdirə bilmişlər.
Dənizə yaxın ərazidə yaşayan Qobustan qəbilələri balıq da ovlamışlar. İçməli sudan bir az kənarda yaşayanların əsas peşələrindən, qayğılarından biri də yaşayış yerlərini su ilə təmin etmək olmuşdur. Onun üçün qobustanlılar mağaraların yanında yerə batmış böyük və yastı qayalarıı daşla döyərək oyur, iri su hovuzları düzəldirdilər. Bu hovuzlar yağış suyu ilə dolur və növbəti yağışa qədər qəbilənin ehtiyacını ödəyirdi. Yağış suyunu hər tərəfdən hovuza axıtmaq üçün qayanın üstündə dərin şırımlar açılırdı. Belə hovuzlar Böyükdaşda "Ana zağa", "Ovçular zağası" yaşayış yerlərinin yanında vardır.
Qədim qobustanlıların ən əsas məşğuliyyətlərindən biri də daş alətlər hazırlamaq olmuşdur. Onlar çay daşından döyəclər, kəsərlər, çaxmaq daşı qəlpələrindən xırda bıçaqlar, ox icad edildikdən sonra isə oxların daş uclarını və s. düzəldirdilər. Çox vaxt onların əsas məşğuliyyətlərindən biri də bəzək əşyaları hazırlamaq idi. Bu cür əşyalar əsasən daşdan və sümükdən düzəldilirdi. Qobustanda açılaraq tədqiq edilmiş qəbirlərdən və yaşayış yerlərindən tapılan bəzək əşyaları içərisndə yaxadan asılan daş, qaban və başqa heyvanların dişləri, üstü naxışlanmış sümük asmalar, cürbəcür muncuqlar və s. vardır. Orta daş dövrünü təmsil edən bu alətlər və bəzək əşyaları bu gün üçün çox bəsit görünsələr də zamanına görə olduqca ağır olan və böyük bədii zövq tələb edən zəhmətin məhsulu idi. Sonrakı dövrlərdə qobustanlıların maldarlıq və əkinçilik təsərrüfatına keçməsi üçün qədimdən miras qalmış əmək vərdişləri və təcrübə çox əhəmiyyətli bir təməl idi.
Qayaüstü təsvirlər
Qədim qobustanlıların hansı dildə danışmaları və ya ümumiyyətlə danşıb-danışmamaları elmdə mübahisə doğuran məsələlərdəndir. Lakin onlar özlərindən miras qoyduqları təsvirlər vasitəsiylə bu gün də özləri, yaşamları haqqında məlumat verməkdədirlər.
Min illərlə bir-birinin dalınca gələn nəsillər tərəfindən 1000-ə qədər qayada dönə-dönə çəkilmiş, bir-birini təkrar edən və etməyən 4–5 mindən artıq heyvan, insan şəkilləri, həyati macəralar, ov və rəqs səhnələri çox qədim bir rəssamlıq məktəbinin yaradıcılığıdır.
Rəsmlərin xeyli hissəsi yaşayış yerlərinin divarlarını təşkil edən iri qayalarda, bəzən də köhnə şəkillərin üstündən çəkilmişdir. Qayalardakı təsvirlər ilk vaxtlarda təbii böyüklükdə çəkilən heyvan və insan rəsmləri ilə başlayaraq sonralar ara-sıra, gah sxematikləşdirilmiş, gah kiçildilmiş, gah da təsvir edilən heyvan və insanların öz ölçülərinə yaxınlaşdırılmışdır. Xətlərlə ifadə olunan rəsmlərdə heyvanların və insanların bədən quruluşundakı nisbətlər böyük məharətlə gözlənilmişdir. Qədim rəsm ustaları təsviri böyük bacarıq tələb edən maral kimi heyvanların şəkillərini çəkərək bu vəzifənin öhdəsindən məharətlə gələ bilmişlər. Heyvan və insanların duruş maneraları şəkillərdəki dinamizmdən aydın surətdə oxunur.
Qobustan rəsmlərində nəzərə çarpan xüsusiyyətlərdən biri də odur ki, ovçuluqla məşğul olan insanların qıç əzələləri qabarıq şəkildə təsvir olunmuş, onların başları nisbətən kiçildilmiş və surət cizgiləri – burun, ağız, göz, qulaq və s. verilməmişdir. Mütəxəssislər bunu rəsm çəkənlərin bu hissəni düzgün çəkməyi bacarmadıqları ilə izah etməyin mümkün olmadığını qeyd edirlər. Çünki rəsm sahəsində onlar bundan daha çətin və mürəkkəb vəzifələrin öhdəsindən gələ bilmişlər.
Qaya təsvirlərində qəbilə həyatının demək olar ki, bütün əsas cəhətləri öz real əksini tapmışdır. Sürək yolu ilə kollektiv ovçuluq ox icad edildikdən sonra formasını dəyişsə də, xeyli müddət kollektivliyini itirmir. Bu, Böyükdaşdakı 45 nömrəli qayada təsvir olunmuş oxla kollektiv ov səhnəsindən aydın görünür. "Yeddi Gözəl" mağarasında çəkilmiş şəkillərdən məlum olur ki, ovçuluqda qadınlar da iştirak edirlərmiş.
Böyükdaşda 126 nömrəli qayadakı şəkil də böyük maraq doğuran təsvirlərdəndir. Burada bir kişi, bir qadının əlindən tutaraq aparmaq istəyir, lakin qadın getmək istəmir. Şəkildəkilərin hər ikisi orta yaşlı insanlardır. Belə bir səhnə 128 nömrəli qayada da təsvir olunmuşdur. Bu təsvirdəki kişi ox və dəyənəklə silahlanmışdır.
Böyükdaşdakı 8 nömrəli və bir sıra başqa qayalarda çoxlu gəmi təsviri vardır. Bu gəmilərin burnunda şüalanmış günəş şəkli nəqş olunmuşdur. Buradan görünür ki, qobustanlılar gəmi vasitəsiylə dənizə çıxa bilirdilər. Bu gəmi təsvirləri , onların Ön Asiya və Yaxın Şərq ölkələri ilə ticarət əlaqələri saxladığını görsədir.
Böyükdaşdakı 258 nömrəli qayada sağ əlində uçmağa hazırlaşan şahin olan atlı şəkli çəkilmişdir. Buradakı 45 nömrəli qayada çəkilmiş inək şəklinin boynunda ip olması qobustanlıların çöl heyvanlarını əhliləşdirmələrindən xəbər verir. Bütün bu və digər rəsmlər elə bil ki, qobustanlıların həyatı haqqında səhifələrin daşlaşmış gözəl albomudur.
Qobustan Azərbaycan rəsm mədəniyyətinin ilk ocaqlarından biri olduğu kimi, həm də qədim rəqs və musiqi mədəniyyətinin formalaşdığı ərazilərdən biridir. Qobustandakı şəkillər içərisində rəqs mərasimi təsvirləri xüsusi yer tutur. Kollektiv ifa olunan bu rəqslər indiki Azərbaycan türklərinin oynadıqları Yallı rəqsini xatırladır. Bu rəqs, vaxtilə qəbilənin estetik zövqünü təmin etməklə yanaşı. Kfndlsp 56h istifadə edilib
Qavaldaş musiqi aləti
Böyükdaş və Cingirdağda olan və "Qavaldaş" adlanan daş musiqi qurğuları qədim qobustanlıların böyük ixtirası kimi dəyərləndirilir. Oxun icad olunması qəbilə adamlarının maddi güzəranı üçün nə qədər lazım idisə, zərb musiqi qurğusu – "Qavaldaş"ın yaradılması da musiqi zövqlərini təmin etmək, rəqs və mahnı mərasimləri düzəltmək üçün olduqca əhəmiyyətli idi. Qədim insanların boyu da 2 metr-ə çatırdı.
Cingirdağdakı "Qavaldaş"ın quruluşu belədir: təpənin döşündə yastıq kimi iki iri daşın üstündə üçüncü daş qoyulmuşdur. Bu daş altdakılar nisbətən xeyli yastıdır. Alt daşlarla üst daş arasında boşluq vardır və dərə ilə cərəyan edən hava axını bu boşluqdan keçir.
Böyükdaşdakı "Qavaldaş"ın quruluş forması bir qədər fərqli olsa da, prinsip etibarilə eynidir. Qurğu həmişə hava axını keçən dərədə quraşdırılmışdır. Qaya üstündəki iri yastı daşın altına bir tərəfdən daş dirsək qoyulmuşdur. Hər iki qavaldaş kiçik bir daşla döyəcləndikdə mis kimi cingiltili səs verir.
Bu möhtəşəm musiqi qurğuları bu gün də yerlərində durur və öz quruluşları, qeyri-adi səsləri ilə qoruğa gələnlərin böyük diqqətinə və heyrətinə səbəb olur. Bu alət cox qədim alətdir.
Latın yazılı daş kitabə
Böyükdaş dağının cənub-şərq ətəyində latın qrafikası ilə yazılmış daş kitabə var. Kitabə ilk dəfə 1948-ci ildə arxeoloq İshaq Cəfərzadə tərəfindən qeydə alınmışdır. Kitabə eramızın 84–96-cı illərində imperator Domisianın hakimiyyəti dövründə Roma legionunun və ya onun senturiyasının (80-dən 120 nəfərə qədər sayda qoşun bölməsi) Qobustan ərazisində olduğunu göstərir. Kitabə 6 sətirdən ibarətdir və oxunuşu belədir: "İmperator Domitsiano Sezar Avqust Germanicus. Lutsius Yulius Maksimus. XII İldırımsürətli Legion". Kitabə dünyadakı Roma mədəni irsinə aid latın qrafikalı abidələr arasında ən şərqdə mövcud olan nümunədir.
Filmoqrafiya
Şəkillər
İstinadlar
- . 2013-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-22.
- Azərbaycan Tarixi (yeddi cilddə), I cild, Bakı, 2007, səh 264
- Ə. Cəfərov – İnsanlığın səhəri, Bakı, 1994, səh 61
- R. Ə. Babaxanov – Qobustanı gəzərkən, Azərbaycan abidələri dərgisi, № 1, Bakı, 1984, səh 54
- R. Ə. Babaxanov – Qobustanı gəzərkən, Azərbaycan abidələri dərgisi, № 1, Bakı, 1984, səh 57
- "Qobustan Milli Tarix-Bədii Qoruğu - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti". irs.gov.az. 2023-10-02 tarixində . İstifadə tarixi: 2024-04-03.
Mənbə
- Azərbaycan arxeologiyası. İ cild. Bakı,2008.
- Rüstəmov C. N. Qobustan dünyası. Bakı,1994.
- Rüstəmov C. N. Oobustan petroqlifləri. Bakı,2003.
- Rüstəmov C. N., Muradova F. M. Oobustan petroqlifləri. Bakı,2003.
- Azərbaycan tarixi 6-cı sinif dərsliyi.
Xarici keçidlər
- Qobustan qaya rəsmləri
- Səda — Qobustan Dövlət Tarixi Bədii Qoruğuna səyahət
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Qobustan deqiqlesdirme Qobustan Dovlet Tarixi Bedii Qorugu Azerbaycan erazisinde Baki yaxinliginda arxeoloji abideler kompleksinin muhafize edildiyi qoruq Qoruq Qaradag rayonunun Qobustan qesebesinde paytaxt Bakidan 55 km yol ile 65 km mesafede yerlesir Burada elece de muzey fealiyyet gosterir Qoruqda esasen Mezolit orta das dovru abideleri sergilenir Qobustan dovlet tarixi bedii qorugu 2007 ci ilde UNESCO nun Umumdunya irsi siyahisina daxil edilmisdir Qoruq Medeniyyet ve Turizm Nazirliyinin nezdindedir Burada elece de muzey fealiyyet gosterir Qobustan Dovlet Tarixi Bedii Qoruguo40 06 20 sm e 49 23 20 s u Olke AzerbaycanYerlesir Qaradag ve Abseron rayonlariEsas tarixler 1966 Qoruq idaresi yaradilibTikilme tarixi 1966Uslubu ibtidai incesenetSahesi 3096 haVeziyyeti stabil muzey kimi fealiyyet gosterirUNESCO Umumdunya IrsiResmi adi Gobustan Rock Art Cultural LandscapeTipiMedeniKriteriyaiiiTeyin edilib2007Istinad nom 1076DovletAzerbaycanRegionAvropaAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 26EhemiyyetiDunya ehemiyyetliQobustan rayonu Vikianbarda elaqeli mediafayllar Qobustan yasayis yerinin xeritesi Dag adlarinin qarsisinda yazilan reqemler hemin erazide olan qayaustu tesvirlerin sayini bildirir Qobustan adinin minimal Jegkeheen ve anlami barede muxtelif tedqiqatcilar ferqli fikirler soylemisler Lakin onlardan en cox isledilen fikir toponimin cografi seraitle bagli yaranmasidir Hemin fikre gore Qobustan qobular diyari ucsuz bucaqsiz duzenlik saysiz hesabsiz tepeler arasinda torpaq ucuntulardan emele gelmis yarganlar ve derelerdir Hec bir hendesi sekle malik olmayan bu sistemsizliyin ozunde suyun havanin kuleyin zelzele ve palciq puskurmelerinin yaratdigi boyuk tebii herc merclik alemi musahide olunur Bu illerin esrlerin deyil milyon illerin abasirdicil olaraq yaratdigi dagintilar ve qurasdirmalarin neticesidir Qobustan adinin da menseyi mehz bu tebii seraitle izah olunur Turk dillerinde qobu kobu sozu yargan bosluq yarisehra anlamina gelir Diger bir verisyaya gore ise Qobustan sozunun ilkin formasi Gavistan seklinde olmusdur gav farsca okuz inek stan ise diyar anlaminda yer bildiren seklicidir Bu halda soz Okuzler diyari seklinde serh edilmekdedir Bu versiyanin da ireli surulmesi tesaduf olmamisdir Cunki vaxtile Qobustan erazisinde coxlu col okuzu yasamisdir Min iller kecdikce onlarin bir hissesi olmus bir hissesi ise ehlilesdirilmisdir Basqa bir versiyaya gore ise bu yerin adi Kebristan olmusdur Kebr oda sitayis eden stan ise diyar anlaminda kimi qebul edildikde soz oda sitayis edenlerin diyari kimi anlasilmaqdadir Bu versiyaya gore bu yerlerde atesperestler yasamis ona gore de erazi Kebrstan adlandirilmisdir Flora ve faunasiHal hazirda Qobustanin tebieti Azerbaycanin Arran rayonlarina daha cox uygundur 20 25 min il evvel ise bu yerlerin tebii seraiti tamamile ferqli olmusdur 10 12 min il bundan evvel Qobustan qayalarina cekilmis heyvan ve insan sekillerinden gorunur ki o zaman bu yerlerde davamli isti iqlim hokm surmusdur Insanlar nazik paltarlarla kecinmis kisiler bellerine kemercin baglamis qadinlar ise deriden qisa don geymisler Hava hemise isti yasilliq ve su bol oldugundan bu yerler ot yeyen heyvanlarin orusu olmusdur Qobustanda saysiz hesabsiz col heyvani okuz at keci gur maral ve basqa heyvanlar yasamislar Qayaustu tesvirlerden ve arxeoloji qazintilar zamani elde edilen tapintilardan gorunur ki qedim dovrde bu erazide peleng canavar tulku caqqal ve basqa yirtici heyvanlarin da meskeni olmusdur Mutexessisler qayalarda tesvirlerine rast gelinmeyen bir heyvanin filin de Qobustan erazisinde yasadigini qeyd edirler Qayaustu tesvirlerde filin olmamasinin sebebi odur ki bu yerlerde bize melum insan heyati 10 15 min ille olculur fil ise milyon iller bundan evvel yasamisdir Qobustanda fil sumuklerinin askarlanmasi tamamile tesadufi olmusdur 1968 ci ilin yaxinliginda burda Atbulax adli yerin yaxinligindaki das karxanasinda misar texminen 3 m derinlikdeki das qatini keserken layla birlikde namelum heyvanin iri sumuklerini de kesmisdir Fehleler bunun ne sumuyu oldugunu bilmeyerek Azerbaycan SSR in Medeniyyet Nazirliyine xeber vermisler Askarlanmis sumuklerin tedqiqinden sonra mueyyen edilmisdir ki bu sumuk vaxtile Qobustanda yasamis cenub filinin boyun feqeresinin VI sumuyudur TedqiqiPoct markasi 1997 Qobustan qislaq kimi Azerbaycan maldarlarina coxdan melum olmusdur Lakin oradaki maddi medeniyyet qaliqlari ve qayaustu tesvirleri ilk defe Azerbaycan arxeoloqlarindan prof Ishaq Ceferzade 1939 1940 ci illerde askara cixarmisdir 1941 ci ilde baslanan Boyuk Veten Muharibesi ile elaqedar olaraq axtarislar dayandirilmis ve bir de 1947 ci ilde davam etdirilmisdir I Ceferzade iller boyu apardigi cetin elmi axtarislarin ve tedqiqatlarin neticesi olaraq 750 qaya uzernde doyme qazma ve surtme usulla cekilmis 3500 den artiq insan ve heyvan resmi ve muxtelif isare yazilar petroqlifler qyde almis 20 qayaalti siginacaq askarlamisdir Bunlardan sonra I Ceferzadenin rehberliyi altinda ve F Muradovanin apardiqlari axtarislar ve arxeoloji qazintilar neticesinde coxlu resmler yasayis meskenleri ve maddi medeniyyet qaliqlari askara cixarilmisdir Boyukdas dagindaki Ana zaga yasayis meskeninde askara cixarilmis uc medeni tebeqeden iki alt tebeqe bilavasite das dovrune aiddir Qobustan abidesi bir de onunla maraqlidir ki burda insan heyati texminen eramizdan evvel onuncu minilliklerden baslayaraq ta XVIII esre qeder ardi arasi kesilmeden davam etmisdir Qobustanda tapilan maddi medeniyyet qaliqlari kompleksinin tarix ve medeniyyet ucun mustesna ehemiyyetini nezere alan Azerbaycan SSR in Nazriler Soveti 1966 ci il 9 sentyabr tarixli qerari ile Qobustan dovlet tarixi bedii qorugu elan etmisdir Qoruq esasen uc dagin Boyukdas Kicikdas ve Cingirdag yerlesdiyi boyuk bir erazini ehate edir Yasayis yerleriQedim qobustanlilar esasen aciq havada yasamislar Lakin siddetli yagis ve kulekli gunlerde onlar magaralara qayaalti siginacaqlara ve ya bas basa dayanan iri qayalarin altina cekilmisler Helelik melum olan qayaalti siginacaqlarin en yaxsi numuneleri Boyukdas ve Kicikdas daglarinin cenub serqinde yerlesen iri dusergedir Arxeoloqlar bu yasayis yerlerinin birini Cardaq zaga digerini ise Feyruz 1 adlandirmislar Bu dusergelerin her ikisinin tavanini qerbden torpaga oturmus iri yasti qaya teskil edir Mutexessisler guman edirler ki bu siginacaqlarda yasayanlar ev islerinin bir hissesini dusergelerin yasti tavani ustunde edirlermis Bele dusergelerden biri de Boyukdas daginin cenub eneceyindeki Yeddi Gozel magarasidir Boyukdas dagindaki Ana zaga ve Ovcular zagasi bas basa dayanan hundur qayalar arasinda dayanan siginacaqlardir Bu magaralarin adini onlari kesf eden arxeoloq prof Ishaq Ceferzade qoymusdur Cingirdagdaki Yazilitepe de vaxtile bu cur yasayis yerlerinden biri olmusdur Lakin o yerlerin torpagi cox narin oldugundan ve hemise axar sular vasitesiyle yuyuldugundan qayalar yere oturmus ve evvelki veziyyetlerini itirmisler Ana zaga dusergesi Qobustanda Boyukdas daginin yuxari seki sahesinde uzerinde qedim qayaustu tesvirler qeyde alinmis 29 30 31 32 nomreli qayalarin arasinda emele gelmis kicik ve iriolculu iki gozden ibaret qayaalti bosluqda askar edilmisdir Yariaciq magarani xatirladan bu boslugun divarlarini teskil eden qayalar uzerinde tarixin muxtelif dovrlerinde cekilmis yuzlerle qayaustu tesvirler memulatinin qedim numuneleri saxlandigi sekilli qayalarin yariya qederinin oldugu kisik sahede merkezi yer tutmasina divarlarinda ve onlara bitisik daglarda coxsayli qedim tesvirler saxlandigina gore Qobustan qayaustu tesvirlerinin ilk tedqiqatcisi I M Ceferzade terefinden bu yere Ana zaga adi verilmis ve Ana zaga nin 100 kv metr saheye malik iriolculu qerb kamerasi arxeolaji qazinti isleri aparilmaqla tetqiq edilib oyrenilmisdir Bundan basqa Kenize Ovcular Okuzler Okuzler 2 Dasalti Maral Qayaarasi Qayaarasi 2 Ceyranlar Firuz 1 Firuz 2 Sonqar dusergeleri de movcuddur ve orda insanlar coxlu sekil cekiblerQedim qobustanlilarEtnik mense 1972 ci ilde Qobustanda aparilan arxeoloji qazintilar neticesinde on iki insan skleti askar olmusdur Firuz dusergesinde acilmis son mezolit dovru qebrindeki insanlarin kelle sumuklerinin antropoloji qurulusu onlarin elmi tedqiqi zamani mueyyen olunmusdur ki onlar muasir Turklerin ecdadlaridir Mesguliyyetleri Ibtidai insanlarin heyat mubarizesinin esasini baslica olaraq acindan olmemek ucun yemek elde etmek teskil edirdi Bunun ucun qedim qobustanlilar curbecur meyve ve bitkileri yigmaga heyvan ovlamaga mecbur olmuslar Silah adi das ve deyenek besit ov ise asanliqla teslim olmayan ot ve etyeyen heyvanlar olmusdur O zaman ovculuq surek yolu ile heyata kecirilmisdir Qobustanlilar boyuk destelerle ova gedib otlaqlardaki heyvan surulerini qova qova Boyukdas Kicikdas ve Cingirdagin ustune qaldirir sonra da arxa terefi keserek onlari ucuruma teref yoneldirdiler Hurkmus heyvanlar ozlerini tehlukeden xilas etmek ucun dagdan atilir ve ovculara yem olurdular Bu prosesin deyilisi asan olsa da icrasi olduqca qorxunc ve cetin olmusdur Min illerle surek yolu ile ov eden qobustanlilar sonralar ox ixtira etmis daha sonra col heyvanlarini ehlilesdire bilmisler Denize yaxin erazide yasayan Qobustan qebileleri baliq da ovlamislar Icmeli sudan bir az kenarda yasayanlarin esas peselerinden qaygilarindan biri de yasayis yerlerini su ile temin etmek olmusdur Onun ucun qobustanlilar magaralarin yaninda yere batmis boyuk ve yasti qayalarii dasla doyerek oyur iri su hovuzlari duzeldirdiler Bu hovuzlar yagis suyu ile dolur ve novbeti yagisa qeder qebilenin ehtiyacini odeyirdi Yagis suyunu her terefden hovuza axitmaq ucun qayanin ustunde derin sirimlar acilirdi Bele hovuzlar Boyukdasda Ana zaga Ovcular zagasi yasayis yerlerinin yaninda vardir Qedim qobustanlilarin en esas mesguliyyetlerinden biri de das aletler hazirlamaq olmusdur Onlar cay dasindan doyecler keserler caxmaq dasi qelpelerinden xirda bicaqlar ox icad edildikden sonra ise oxlarin das uclarini ve s duzeldirdiler Cox vaxt onlarin esas mesguliyyetlerinden biri de bezek esyalari hazirlamaq idi Bu cur esyalar esasen dasdan ve sumukden duzeldilirdi Qobustanda acilaraq tedqiq edilmis qebirlerden ve yasayis yerlerinden tapilan bezek esyalari icerisnde yaxadan asilan das qaban ve basqa heyvanlarin disleri ustu naxislanmis sumuk asmalar curbecur muncuqlar ve s vardir Orta das dovrunu temsil eden bu aletler ve bezek esyalari bu gun ucun cox besit gorunseler de zamanina gore olduqca agir olan ve boyuk bedii zovq teleb eden zehmetin mehsulu idi Sonraki dovrlerde qobustanlilarin maldarliq ve ekincilik teserrufatina kecmesi ucun qedimden miras qalmis emek verdisleri ve tecrube cox ehemiyyetli bir temel idi Qayaustu tesvirlerBoyukdas daginda 8 nomreli qayda gemi tesviri Qedim qobustanlilarin hansi dilde danismalari ve ya umumiyyetle dansib danismamalari elmde mubahise doguran meselelerdendir Lakin onlar ozlerinden miras qoyduqlari tesvirler vasitesiyle bu gun de ozleri yasamlari haqqinda melumat vermekdedirler Min illerle bir birinin dalinca gelen nesiller terefinden 1000 e qeder qayada done done cekilmis bir birini tekrar eden ve etmeyen 4 5 minden artiq heyvan insan sekilleri heyati maceralar ov ve reqs sehneleri cox qedim bir ressamliq mektebinin yaradiciligidir Resmlerin xeyli hissesi yasayis yerlerinin divarlarini teskil eden iri qayalarda bezen de kohne sekillerin ustunden cekilmisdir Qayalardaki tesvirler ilk vaxtlarda tebii boyuklukde cekilen heyvan ve insan resmleri ile baslayaraq sonralar ara sira gah sxematiklesdirilmis gah kicildilmis gah da tesvir edilen heyvan ve insanlarin oz olculerine yaxinlasdirilmisdir Xetlerle ifade olunan resmlerde heyvanlarin ve insanlarin beden qurulusundaki nisbetler boyuk meharetle gozlenilmisdir Qedim resm ustalari tesviri boyuk bacariq teleb eden maral kimi heyvanlarin sekillerini cekerek bu vezifenin ohdesinden meharetle gele bilmisler Heyvan ve insanlarin durus maneralari sekillerdeki dinamizmden aydin suretde oxunur Qobustan resmlerinde nezere carpan xususiyyetlerden biri de odur ki ovculuqla mesgul olan insanlarin qic ezeleleri qabariq sekilde tesvir olunmus onlarin baslari nisbeten kicildilmis ve suret cizgileri burun agiz goz qulaq ve s verilmemisdir Mutexessisler bunu resm cekenlerin bu hisseni duzgun cekmeyi bacarmadiqlari ile izah etmeyin mumkun olmadigini qeyd edirler Cunki resm sahesinde onlar bundan daha cetin ve murekkeb vezifelerin ohdesinden gele bilmisler Qayalarda tesvir edilmis okuz tesvirleri Qaya tesvirlerinde qebile heyatinin demek olar ki butun esas cehetleri oz real eksini tapmisdir Surek yolu ile kollektiv ovculuq ox icad edildikden sonra formasini deyisse de xeyli muddet kollektivliyini itirmir Bu Boyukdasdaki 45 nomreli qayada tesvir olunmus oxla kollektiv ov sehnesinden aydin gorunur Yeddi Gozel magarasinda cekilmis sekillerden melum olur ki ovculuqda qadinlar da istirak edirlermis Boyukdasda 126 nomreli qayadaki sekil de boyuk maraq doguran tesvirlerdendir Burada bir kisi bir qadinin elinden tutaraq aparmaq isteyir lakin qadin getmek istemir Sekildekilerin her ikisi orta yasli insanlardir Bele bir sehne 128 nomreli qayada da tesvir olunmusdur Bu tesvirdeki kisi ox ve deyenekle silahlanmisdir Boyukdasdaki 8 nomreli ve bir sira basqa qayalarda coxlu gemi tesviri vardir Bu gemilerin burnunda sualanmis gunes sekli neqs olunmusdur Buradan gorunur ki qobustanlilar gemi vasitesiyle denize cixa bilirdiler Bu gemi tesvirleri onlarin On Asiya ve Yaxin Serq olkeleri ile ticaret elaqeleri saxladigini gorsedir Boyukdasdaki 258 nomreli qayada sag elinde ucmaga hazirlasan sahin olan atli sekli cekilmisdir Buradaki 45 nomreli qayada cekilmis inek seklinin boynunda ip olmasi qobustanlilarin col heyvanlarini ehlilesdirmelerinden xeber verir Butun bu ve diger resmler ele bil ki qobustanlilarin heyati haqqinda sehifelerin daslasmis gozel albomudur Qobustan Azerbaycan resm medeniyyetinin ilk ocaqlarindan biri oldugu kimi hem de qedim reqs ve musiqi medeniyyetinin formalasdigi erazilerden biridir Qobustandaki sekiller icerisinde reqs merasimi tesvirleri xususi yer tutur Kollektiv ifa olunan bu reqsler indiki Azerbaycan turklerinin oynadiqlari Yalli reqsini xatirladir Bu reqs vaxtile qebilenin estetik zovqunu temin etmekle yanasi Kfndlsp 56h istifade edilibQavaldas musiqi aletiBoyukdas ve Cingirdagda olan ve Qavaldas adlanan das musiqi qurgulari qedim qobustanlilarin boyuk ixtirasi kimi deyerlendirilir Oxun icad olunmasi qebile adamlarinin maddi guzerani ucun ne qeder lazim idise zerb musiqi qurgusu Qavaldas in yaradilmasi da musiqi zovqlerini temin etmek reqs ve mahni merasimleri duzeltmek ucun olduqca ehemiyyetli idi Qedim insanlarin boyu da 2 metr e catirdi Cingirdagdaki Qavaldas in qurulusu beledir tepenin dosunde yastiq kimi iki iri dasin ustunde ucuncu das qoyulmusdur Bu das altdakilar nisbeten xeyli yastidir Alt daslarla ust das arasinda bosluq vardir ve dere ile cereyan eden hava axini bu bosluqdan kecir Boyukdasdaki Qavaldas in qurulus formasi bir qeder ferqli olsa da prinsip etibarile eynidir Qurgu hemise hava axini kecen derede qurasdirilmisdir Qaya ustundeki iri yasti dasin altina bir terefden das dirsek qoyulmusdur Her iki qavaldas kicik bir dasla doyeclendikde mis kimi cingiltili ses verir Bu mohtesem musiqi qurgulari bu gun de yerlerinde durur ve oz quruluslari qeyri adi sesleri ile qoruga gelenlerin boyuk diqqetine ve heyretine sebeb olur Bu alet cox qedim aletdir Yazili kitabeLatin yazili das kitabeBoyukdas daginin cenub serq eteyinde latin qrafikasi ile yazilmis das kitabe var Kitabe ilk defe 1948 ci ilde arxeoloq Ishaq Ceferzade terefinden qeyde alinmisdir Kitabe eramizin 84 96 ci illerinde imperator Domisianin hakimiyyeti dovrunde Roma legionunun ve ya onun senturiyasinin 80 den 120 nefere qeder sayda qosun bolmesi Qobustan erazisinde oldugunu gosterir Kitabe 6 setirden ibaretdir ve oxunusu beledir Imperator Domitsiano Sezar Avqust Germanicus Lutsius Yulius Maksimus XII Ildirimsuretli Legion Kitabe dunyadaki Roma medeni irsine aid latin qrafikali abideler arasinda en serqde movcud olan numunedir FilmoqrafiyaQobustan film 1967 Daslar danisanda film 1976 i Haqqin dergahi film 1991 Qobustan film 1991 Qobustan film SekillerIstinadlar 2013 09 20 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 02 22 Azerbaycan Tarixi yeddi cildde I cild Baki 2007 seh 264 E Ceferov Insanligin seheri Baki 1994 seh 61 R E Babaxanov Qobustani gezerken Azerbaycan abideleri dergisi 1 Baki 1984 seh 54 R E Babaxanov Qobustani gezerken Azerbaycan abideleri dergisi 1 Baki 1984 seh 57 Qobustan Milli Tarix Bedii Qorugu Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi yaninda Medeni Irsin Qorunmasi Inkisafi ve Berpasi uzre Dovlet Xidmeti irs gov az 2023 10 02 tarixinde Istifade tarixi 2024 04 03 MenbeAzerbaycan arxeologiyasi I cild Baki 2008 Rustemov C N Qobustan dunyasi Baki 1994 Rustemov C N Oobustan petroqlifleri Baki 2003 Rustemov C N Muradova F M Oobustan petroqlifleri Baki 2003 Azerbaycan tarixi 6 ci sinif dersliyi Xarici kecidlerQobustan qaya resmleri Seda Qobustan Dovlet Tarixi Bedii Qoruguna seyahetHemcinin baxQobustan kurqanlari Qobustan rayonu Qobustan kolgeleri Qobustan jurnali