Qəndəhari Bəyim, Qəndəhari Bəyüm və ya Qəndəhari Mahal (Urduca:قندهاری بیگم; mənası "Qəndəharlı Bəyim"; 1593, Qəndəhar, Qəndəhar vilayəti – Aqra) — Səfəvi sülaləsinə mənsub şahzadə, Böyük Moğol imperatoru Şah Cahanın ilk arvadı və onun ilk övladı olan Şahzadə Parhez Banu Bəyimin anası.
Qəndəhari Bəyim | |
---|---|
Urduca:قندهاری بیگم | |
Digər adı | Qəndəhari Mahal |
Doğum tarixi | |
Doğum yeri | Qəndəhar, Səfəvi imperiyası |
Vəfat yeri | |
Dəfn yeri | Qəndəhari Bağ, Aqra |
Həyat yoldaşı |
|
Uşağı | |
Dini | Şiə İslam |
Tanınır | Böyük Moğol imperatoru Sultan Şahcahanın birinci arvadı və Səfəvi sülaləsinə mənsub şahzadə kimi |
Həyatının erkən dövrü
Qəndəhari Bəyim dövrünün ən böyük imperiya sülalərindən biri olan Səfəvi sülaləsinin üzvü kimi dünyaya gəlmişdir. O, Sultan Müzəffər Hüseyn Mirzə Səfəvinin qızı idi. Səfəvi sülaləsinə mənsub olan Sultan Müzəffər Hüseyn Mirzə Səfəvi sülaləsindən ilk şah olan I İsmayılın oğlu Bəhram Mirzənin oğlu Sultan Hüseyn Mirzənin oğlu idi. Beləliklə, Qəndəhari Bəyim əri ilə savaşmış və Qəndəharı onlardan almış həm I Abbasın, həm də II Abbasın qohumu olmaqla bərabər, həm də onlarla eyni şahlıq sülaləsinə mənsub idi.
Qəndəhari Bəyimin atası Müzəffər Mirzənin Səfəvi hakim dairələri ilə müəyyən problemləri var idi və Qəndəhara edilən özbək hücumları altında o, moğollara təslim olmaq qərarına gəldi. Uzun müddətdir Qəndəharı ələ keçirmək üçün uyğun zamanı gözləyən Əkbər şah dərhal Banqaş hakimi Şah bəy Xan Arqunu Qəndəharı təhvil almağa göndərdi. Son anda Müzəffər Mirzə fikrindən daşınıb, hiyləgərliyə əl almat istəsə də, Şah bəyin qəti və ağıllı addımları sayəsində şəhəri təhvil verməyə məcbur oldu. Bu zaman ardıq doğulmuş olan Qəndəhari Bəyim Qəndəharı tərk edərək atası ilə birlikdə Hindistana getməyə məcbur oldu. Onunla birlikdə Bəhram Mirzə, Heydər Mirzə, Əlqas Mirzə və Təhmasib Mirzə adlı qardaşları ilə birlikdə, minə qədər qızılbaş da Hindistana gəldi. Bu zaman 1595-ci il idi. Əkbər şah tərəfindən qəbul edilən Müzəffər Mirzə ondan Fərzənd (oğul) titulunu qəbul etdi və 5 min nəfərlik döyüşçünün komandanı təyin edildi. Eyni zamanda ona bütün "Qəndəhardan daha dəyərli hesab edilən" Sambhal cagir olaraq verildi.
Müzəffər Mirzə Qəndəharın hakimliyini Moğol imperiyasında yüksək rütbəli vəzifəyə və maaşa dəyişdi. Müzəffər Mirzənin gənc qardaşı Rüstəm Mirzə də Əkbər şahın hakimiyyəti altındakı torpaqlara köçmüşdü. O, Cahangir şahın hakimiyyəti dövründə daha yüksək vəzifələrə yüksəldi. Moğolların hakim sülaləsi hətta Səfəvi sülaləsinin yan tirəsi ilə belə olsa, öz qanlarını onlarınkı ilə qatmağı çox istəyirdilər. Müzəffər Mirzə Hindistandakı yeni həyatına vərdiş edə bilmədi və bəzən Səfəvi imperiyasına, bəzən də Məkkəyə getməyi qərara aldı. Kədər, məyusluq və aldığı fiziki xələl nəticəsində 1603-cü ildə vəfat etdi. Türbəsi (indi cənuba baxan qapısında nəstəliq xətti ilə yazılmış xəttatlıq kitabəsi olan yeraltı dəfn kamerası olan qübbəsiz, yıxılmış daş və kərpic konstruksiya) Dehlidəki Hümayun türbəsinin şimalında, hazırda Bharat Scouts & Guides Delhi Jamboree bölgəsi olan bağ kompleksindəki digər xarabalıqlar arasında yerləşir.
Sultan Şahcahanla evlənməsi
Nişanlanması
1609-cu ilin sonunda Cahangir Səfəvi məsələsinə yenidən baxanda, həmişə olduğu kimi praqmatizm ön plana çıxdı. Belə bir qüdrətli şəxsiyyətə düşmənçilik etmək dəlilik olardı, ən azı ona görə ki, Aqra və İsfahan arasında açıq düşmənçilik elan edilməsi, ehtimal ki, I Şah Abbası Dəkkəndə yerləşən 3 şiə müttəfiq dövlətərə silah, döyüşçü və pul göndərməyə vadar edəcəkdi. Bu, onun ikinci oğlu Sultan Pərviz Mirzənin başçılıq etdiyi kampaniyanı məhv edə bilərdi. Səfəvilərin Qəndəharla bağlı ikitərəfliliyi bir kənara qoyulmalı və münasibətlər hamarlanmalı idi. Həmişə olduğu kimi, siyasi baxımdan məqsədəuyğun bir evlilik bu suala cavab verə bilərdi və bu zaman böyük oğlu Xosrov Mirzə zindanda, Pərviz artıq Bürhanpura və cənub cəbhəsinə getdiyi üçün üçüncü oğlu Sultan Xürrəm məntiqli seçim idi. Bu sırf strateji ittifaqı qurmaq qərarı gənc Xürrəm üçün qarışıq xəbər kimi gəldi. Bir tərəfdən, onun sonralar Mümtaz Mahal kimi tanınan Ərcümənd Banu Begümlə uzun müddət davam edən nişanlılığının başa çatması rədd edild. Buna qarşı qoyulan əsas məqam isə atasının diqqətində və siyasətində onun mərkəzi mövqeyinin yenilənməsi idi.
Beləliklə, on səkkiz yaşlı Xürrəm ilk evliliyini gənc Səfəvi qızla etməyə məcbur oldu. Moğol saray salnaməçi və bioqrafları ona sadəcə sultana hörmət əlaməti olaraq qeyd edilən və saraydakı daha aşağı nüfuzun bir nişanəsi kimi qəbul edilən Qəndəhari Bəyim ifadəsini işlədirlər. Bu ifadə digərləri ilə müqayisədə çox sadə müraciət forması hesab edilir. Evliliyin təşkili prosesi, görünür, bir qədər vaxt aparıb. Sultan Cahangir öz xatirələrində təxminən bir il fərqlə iki əlaqəli qeydi qeyd etmişdir. Birincisi, günlük saray əməliyyatları, regional vəzifə təyinatları, maaş yoxlamaları və digər müxtəlif imperatorluq saray işləri ilə bağlı adi hesabda işin yalnız bir maddəsi kimi yazılmışdır. 12 dekabr 1609-cu il bazar günü Cahangir Qəndəhari Bəyimin evinə toy girovu olaraq əlli min rupi göndərmişdir. Sultan Cahangir öz Tüzükündə yazır ki, "əvvəllər Qəndəhar hakimi olmuş Sultan Hüseyn Mirzənin oğlu Müzəffər Mirzənin qızını öz oğlum Sultan Xürrəmə nişanladım. Bunun üzərinə nikah məclisi quruldu, mən Baba Xürrəmin evinə getdim və gecəni orada keçirdim".
Evlilik
Qəndəhari Bəyim Şahzadə Xürrəm ilə 8 noyabr 1610-cu ildə Aqrada evləndi. Onların iki ailəsi arasında bir neçə ailə əlaqəsi var idi. Xürrəmin rəsmi tərcümeyi-halını yazan Məhəmməd Əmin Qəzvini nikahın təsvirində daha bəlağətli idi. Şənlik məclisi ənənəvi olaraq hakim imperatorun dul anasının istifadəsinə verilən, Dövlət Evinə bitişik Aqra qalasının qalın divarları arasında yerləşən, gözəl bəzədilmiş sarayda təşkil edilmişdir. Münəccimlər münasib bir saatda nikahın kəsilməsini təmin etdilər.
21 avqust 1611-ci ildə Qəndəhari Bəyim ilk övladını dünyaya gətirdi və uşağa babası Cahangir tərəfindən Parhez Banu bəyim adı verildi. Hər bir halda, Maasir-i-Alamgiri əsərində ondan Purhunar Banu Bəyim deyə bəhs edilməkdədir. O, atasının ən böyük övladı olmaqla birlikdə Qəndəhari Bəyimin yeganə övladı idi.
Məzarı
O, vəfat etdikdən sonra Aqrada özü tərəfindən salınmış və Qəndəhari Bağı adlandırılan yerdə dəfn edilmişdir. O, həmçinin bu bağın qərb hissəsində bir minarəli və üç tağlı məscid də inşa etdirmişdi. O, kompleksdə müasir binaların tikintisi üçün kərpic karxanası kimi istifadə edildi və artıq mövcud deyil. Onun məzarı üzərindəki bina 1707-ci ildə Övrəngzib ölümündən sonra baş verən anarxiya dövründə böyük ölçüdə dağıdıldı. Zaman keçdikcə türbədə olan bina yaşayış yerinə çevrildi. Onun məzarı artıq yoxdur, sadəcə onun yerləşdiyi məhəllə, giriş qapılarından biri, divarın bir hissəsi və divarın bir neçə künc günbəzi hələ də qalmaqdadır. İngilis Şərqi Hindistan Şirkəti onu Bharatpur racəsinə satmış və o da öz növbəsində orada bəzi müasir binalar tikmişdir. Kompleks müstəmləkə dövrünün böyük bir mərhələsində Bharatpur hökmdarlarının mülkiyyəti kimi xidmət etmiş və mərkəzi türbənin yerində bir malikanə tikilmişdir. Bura "Bharatpur Evi" kimi məşhurlaşmışdır. Orijinal bağın bir qapısı və bir neçə künc tikilisi günümüzə qədər salamat qalmışdır.
Populyar mədəniyyətdə
- Qəndəhari Bəyim tarixi romanı olan Trouble at the Taj-ın (2011) əsas qəhrəmanıdır.
- Qəndəhari Bəyim Ruçir Quptanın tarixi romanı olan Mistress of the Throne-ın (2014) əsas qəhrəmanlarından biridir.
- 2005-c ildə Bollivudda çəkilmiş film olan Taj Mahal: An Eternal Love Story-da Qəndəhari Bəyimi Nigar Xan canlandırmışdır.
Həmçinin bax
İstinadlar
- Nicoll, 2009. səh. 64
- Singh, 2001. səh. 427
- Thackston, 1999. səh. 114
- Nicoll, 2009. səh. 64-65
- Nicoll, 2009. səh. 75
- Sarker, 2007. səh. 187
- Findly, 1993. səh. 98
- Khan, Akbar. "Taj Mahal: An Eternal Love Story". IMDb. 1 May 2006. 25 October 2022 tarixində . İstifadə tarixi: 12 April 2017.
Mənbə
- Ellison Banks Findly. Nur Jahan, empress of Mughal India. New York: Oxford University Press. 1993. ISBN .
- Wheeler M. Thackston (tərc). The Jahangirnama: Memoirs of Jahangir, Emperor of India. Oxford University Press. 1999. ISBN .
- Kobita Sarker. Shah Jahan and his paradise on earth : the story of Shah Jahan's creations in Agra and Shahjahanabad in the golden days of the Mughals. Kolkata: K.P. Bagchi & Co. 2007. ISBN .
- Fergus Nicoll. Shah Jahan. New Delhi: Viking. 2009. ISBN .
- Nagendra Kr Singh. Encyclopaedia of Muslim Biography: Muh-R. 2001. ISBN .
Əlavə ədəbiyyat
- Beale, Thomas William. The Oriental Biographical Dictionary. Asiatic Society. 1881.
- Havell, Ernest Binfield. A Handbook to Agra and the Taj: Sikandra, Fatehpur-Sikri and the Neighbourhood. Longmans, Green, and Company. 1904.
- Indica, Volume 40. Heras Institute of Indian History and Culture, St. Xavier's College. 2003.
- Latif, Syad Muhammad. Agra, Historical & Descriptive: With an Account of Akbar and His Court and of the Modern City of Agra. 1896.
- Mundy, Peter. The Travels of Peter Mundy, in Europe and Asia, 1608-1667 ... Hakluyt society. 1967.
- Mubārak, Abū al-Faz̤l ibn. The Ain i Akbari, Volume 1. Rouse. 1873.
- Nicoll, Fergus. Shah Jahan: The Rise and Fall of the Mughal Emperor. Penguin Books India. 2009. ISBN .
- Singh, Nagendra Kr. Encyclopaedia of Muslim Biography: Muh-R. A.P.H. Pub. Corp. 2001. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qendehari Beyim Qendehari Beyum ve ya Qendehari Mahal Urduca قندهاری بیگم menasi Qendeharli Beyim 1593 Qendehar Qendehar vilayeti Aqra Sefevi sulalesine mensub sahzade Boyuk Mogol imperatoru Sah Cahanin ilk arvadi ve onun ilk ovladi olan Sahzade Parhez Banu Beyimin anasi Qendehari BeyimUrduca قندهاری بیگم Diger adi Qendehari MahalDogum tarixi 1593Dogum yeri Qendehar Sefevi imperiyasiVefat yeri AqraDefn yeri Qendehari Bag AqraHeyat yoldasi Sultan Sahcahan 1609 bilinmir Usagi Parhez Banu BeyimDini Sie IslamTaninir Boyuk Mogol imperatoru Sultan Sahcahanin birinci arvadi ve Sefevi sulalesine mensub sahzade kimiHeyatinin erken dovruQendehari Beyim dovrunun en boyuk imperiya sulalerinden biri olan Sefevi sulalesinin uzvu kimi dunyaya gelmisdir O Sultan Muzeffer Huseyn Mirze Sefevinin qizi idi Sefevi sulalesine mensub olan Sultan Muzeffer Huseyn Mirze Sefevi sulalesinden ilk sah olan I Ismayilin oglu Behram Mirzenin oglu Sultan Huseyn Mirzenin oglu idi Belelikle Qendehari Beyim eri ile savasmis ve Qendehari onlardan almis hem I Abbasin hem de II Abbasin qohumu olmaqla beraber hem de onlarla eyni sahliq sulalesine mensub idi Qendehari Beyimin atasi Muzeffer Mirzenin Sefevi hakim daireleri ile mueyyen problemleri var idi ve Qendehara edilen ozbek hucumlari altinda o mogollara teslim olmaq qerarina geldi Uzun muddetdir Qendehari ele kecirmek ucun uygun zamani gozleyen Ekber sah derhal Banqas hakimi Sah bey Xan Arqunu Qendehari tehvil almaga gonderdi Son anda Muzeffer Mirze fikrinden dasinib hiylegerliye el almat istese de Sah beyin qeti ve agilli addimlari sayesinde seheri tehvil vermeye mecbur oldu Bu zaman ardiq dogulmus olan Qendehari Beyim Qendehari terk ederek atasi ile birlikde Hindistana getmeye mecbur oldu Onunla birlikde Behram Mirze Heyder Mirze Elqas Mirze ve Tehmasib Mirze adli qardaslari ile birlikde mine qeder qizilbas da Hindistana geldi Bu zaman 1595 ci il idi Ekber sah terefinden qebul edilen Muzeffer Mirze ondan Ferzend ogul titulunu qebul etdi ve 5 min neferlik doyuscunun komandani teyin edildi Eyni zamanda ona butun Qendehardan daha deyerli hesab edilen Sambhal cagir olaraq verildi Muzeffer Mirze Qendeharin hakimliyini Mogol imperiyasinda yuksek rutbeli vezifeye ve maasa deyisdi Muzeffer Mirzenin genc qardasi Rustem Mirze de Ekber sahin hakimiyyeti altindaki torpaqlara kocmusdu O Cahangir sahin hakimiyyeti dovrunde daha yuksek vezifelere yukseldi Mogollarin hakim sulalesi hetta Sefevi sulalesinin yan tiresi ile bele olsa oz qanlarini onlarinki ile qatmagi cox isteyirdiler Muzeffer Mirze Hindistandaki yeni heyatina verdis ede bilmedi ve bezen Sefevi imperiyasina bezen de Mekkeye getmeyi qerara aldi Keder meyusluq ve aldigi fiziki xelel neticesinde 1603 cu ilde vefat etdi Turbesi indi cenuba baxan qapisinda nesteliq xetti ile yazilmis xettatliq kitabesi olan yeralti defn kamerasi olan qubbesiz yixilmis das ve kerpic konstruksiya Dehlideki Humayun turbesinin simalinda hazirda Bharat Scouts amp Guides Delhi Jamboree bolgesi olan bag kompleksindeki diger xarabaliqlar arasinda yerlesir Sultan Sahcahanla evlenmesiNisanlanmasi 1609 cu ilin sonunda Cahangir Sefevi meselesine yeniden baxanda hemise oldugu kimi praqmatizm on plana cixdi Bele bir qudretli sexsiyyete dusmencilik etmek delilik olardi en azi ona gore ki Aqra ve Isfahan arasinda aciq dusmencilik elan edilmesi ehtimal ki I Sah Abbasi Dekkende yerlesen 3 sie muttefiq dovletere silah doyuscu ve pul gondermeye vadar edecekdi Bu onun ikinci oglu Sultan Perviz Mirzenin basciliq etdiyi kampaniyani mehv ede bilerdi Sefevilerin Qendeharla bagli ikiterefliliyi bir kenara qoyulmali ve munasibetler hamarlanmali idi Hemise oldugu kimi siyasi baximdan meqsedeuygun bir evlilik bu suala cavab vere bilerdi ve bu zaman boyuk oglu Xosrov Mirze zindanda Perviz artiq Burhanpura ve cenub cebhesine getdiyi ucun ucuncu oglu Sultan Xurrem mentiqli secim idi Bu sirf strateji ittifaqi qurmaq qerari genc Xurrem ucun qarisiq xeber kimi geldi Bir terefden onun sonralar Mumtaz Mahal kimi taninan Ercumend Banu Begumle uzun muddet davam eden nisanliliginin basa catmasi redd edild Buna qarsi qoyulan esas meqam ise atasinin diqqetinde ve siyasetinde onun merkezi movqeyinin yenilenmesi idi Belelikle on sekkiz yasli Xurrem ilk evliliyini genc Sefevi qizla etmeye mecbur oldu Mogol saray salnameci ve bioqraflari ona sadece sultana hormet elameti olaraq qeyd edilen ve saraydaki daha asagi nufuzun bir nisanesi kimi qebul edilen Qendehari Beyim ifadesini isledirler Bu ifade digerleri ile muqayisede cox sade muraciet formasi hesab edilir Evliliyin teskili prosesi gorunur bir qeder vaxt aparib Sultan Cahangir oz xatirelerinde texminen bir il ferqle iki elaqeli qeydi qeyd etmisdir Birincisi gunluk saray emeliyyatlari regional vezife teyinatlari maas yoxlamalari ve diger muxtelif imperatorluq saray isleri ile bagli adi hesabda isin yalniz bir maddesi kimi yazilmisdir 12 dekabr 1609 cu il bazar gunu Cahangir Qendehari Beyimin evine toy girovu olaraq elli min rupi gondermisdir Sultan Cahangir oz Tuzukunde yazir ki evveller Qendehar hakimi olmus Sultan Huseyn Mirzenin oglu Muzeffer Mirzenin qizini oz oglum Sultan Xurreme nisanladim Bunun uzerine nikah meclisi quruldu men Baba Xurremin evine getdim ve geceni orada kecirdim EvlilikQendehari Beyim Sahzade Xurrem ile 8 noyabr 1610 cu ilde Aqrada evlendi Onlarin iki ailesi arasinda bir nece aile elaqesi var idi Xurremin resmi tercumeyi halini yazan Mehemmed Emin Qezvini nikahin tesvirinde daha belagetli idi Senlik meclisi enenevi olaraq hakim imperatorun dul anasinin istifadesine verilen Dovlet Evine bitisik Aqra qalasinin qalin divarlari arasinda yerlesen gozel bezedilmis sarayda teskil edilmisdir Muneccimler munasib bir saatda nikahin kesilmesini temin etdiler 21 avqust 1611 ci ilde Qendehari Beyim ilk ovladini dunyaya getirdi ve usaga babasi Cahangir terefinden Parhez Banu beyim adi verildi Her bir halda Maasir i Alamgiri eserinde ondan Purhunar Banu Beyim deye behs edilmekdedir O atasinin en boyuk ovladi olmaqla birlikde Qendehari Beyimin yegane ovladi idi MezariO vefat etdikden sonra Aqrada ozu terefinden salinmis ve Qendehari Bagi adlandirilan yerde defn edilmisdir O hemcinin bu bagin qerb hissesinde bir minareli ve uc tagli mescid de insa etdirmisdi O kompleksde muasir binalarin tikintisi ucun kerpic karxanasi kimi istifade edildi ve artiq movcud deyil Onun mezari uzerindeki bina 1707 ci ilde Ovrengzib olumunden sonra bas veren anarxiya dovrunde boyuk olcude dagidildi Zaman kecdikce turbede olan bina yasayis yerine cevrildi Onun mezari artiq yoxdur sadece onun yerlesdiyi mehelle giris qapilarindan biri divarin bir hissesi ve divarin bir nece kunc gunbezi hele de qalmaqdadir Ingilis Serqi Hindistan Sirketi onu Bharatpur racesine satmis ve o da oz novbesinde orada bezi muasir binalar tikmisdir Kompleks mustemleke dovrunun boyuk bir merhelesinde Bharatpur hokmdarlarinin mulkiyyeti kimi xidmet etmis ve merkezi turbenin yerinde bir malikane tikilmisdir Bura Bharatpur Evi kimi meshurlasmisdir Orijinal bagin bir qapisi ve bir nece kunc tikilisi gunumuze qeder salamat qalmisdir Populyar medeniyyetdeQendehari Beyim tarixi romani olan Trouble at the Taj in 2011 esas qehremanidir Qendehari Beyim Rucir Quptanin tarixi romani olan Mistress of the Throne in 2014 esas qehremanlarindan biridir 2005 c ilde Bollivudda cekilmis film olan Taj Mahal An Eternal Love Story da Qendehari Beyimi Nigar Xan canlandirmisdir Hemcinin baxDilras Banu Beyim Parhez Banu BeyimIstinadlarNicoll 2009 seh 64 Singh 2001 seh 427 Thackston 1999 seh 114 Nicoll 2009 seh 64 65 Nicoll 2009 seh 75 Sarker 2007 seh 187 Findly 1993 seh 98 Khan Akbar Taj Mahal An Eternal Love Story IMDb 1 May 2006 25 October 2022 tarixinde Istifade tarixi 12 April 2017 MenbeEllison Banks Findly Nur Jahan empress of Mughal India New York Oxford University Press 1993 ISBN 9780195360608 Wheeler M Thackston terc The Jahangirnama Memoirs of Jahangir Emperor of India Oxford University Press 1999 ISBN 978 0 19 512718 8 Kobita Sarker Shah Jahan and his paradise on earth the story of Shah Jahan s creations in Agra and Shahjahanabad in the golden days of the Mughals Kolkata K P Bagchi amp Co 2007 ISBN 9788170743002 Fergus Nicoll Shah Jahan New Delhi Viking 2009 ISBN 9780670083039 Nagendra Kr Singh Encyclopaedia of Muslim Biography Muh R 2001 ISBN 9780670083039 Elave edebiyyatBeale Thomas William The Oriental Biographical Dictionary Asiatic Society 1881 Havell Ernest Binfield A Handbook to Agra and the Taj Sikandra Fatehpur Sikri and the Neighbourhood Longmans Green and Company 1904 Indica Volume 40 Heras Institute of Indian History and Culture St Xavier s College 2003 Latif Syad Muhammad Agra Historical amp Descriptive With an Account of Akbar and His Court and of the Modern City of Agra 1896 Mundy Peter The Travels of Peter Mundy in Europe and Asia 1608 1667 Hakluyt society 1967 Mubarak Abu al Faz l ibn The Ain i Akbari Volume 1 Rouse 1873 Nicoll Fergus Shah Jahan The Rise and Fall of the Mughal Emperor Penguin Books India 2009 ISBN 978 0 670 08303 9 Singh Nagendra Kr Encyclopaedia of Muslim Biography Muh R A P H Pub Corp 2001 ISBN 978 8 176 48234 9