Psixeya qədim yunan mifologiyasında məhəbbət və seks ilahı Erosla münasibətdə olan gözəl, lakin ölümlü olan bir qızdır. Onun sevgilisi Eros məhəbbət və gözəllik ilahəsi Afrodita ilə müharibə və dağıntı ilahı Aresin oğludur.
Psixeya | |
---|---|
Mifologiya | Qədim Roma mifologiyası |
Cinsi | qadın[d] |
Əri | |
Vikianbarda əlaqəli mediafayllar |
"Psixologiya", "psixoloq" kimi sözlər Psixeyanın adından götürülərək yaradılmışdır. Psixeya həm də ruh deməkdir. Psixeya Eros tərəfindən ruh ilahəsinə çevrilmişdir.
Psixeya və Erosun məhəbbət hekayəsi
Psixeya Milet padşahının üç gözəl qızından biridir. O, bu üç bacının ən gənci və ən gözəlidir. Psixeya heç vaxt evlənə bilməz. Çünki heç kim belə gözəl qızla evlənməyə cürət edə bilməzdi. İnsanlar Psixeyanın gözəlliyinə o qədər aludə olurlar ki, hətta ilahələri Afroditaya sitayiş etməyi də unudurlar. Bundan sonra Afrodita böyük qısqanclıqla bunun qisasını almaq üçün oğlu Erosu yanına çağırır. Ondan Psixeyanı sevgi oxları ilə insanların ən çirkin və ən çox xor gördüklərindən birinə aşiq etməyi xahiş edir. Qızının vəziyyətinə üzülən və onun insanlar tərəfindən Afrodita kimi sevilməsinə və hörmət edilməsinə görə ilahların qəzəbinə məruz qalmasından şübhələnən kral Miletə gedərək Apollon məbədinin kahinləri ilə məsləhətləşir. Kahinlər krala bildirirlər ki, onun qızı heç bir insanın gəlini olmayacaq. Qızına yas paltarı geyindirməyi və onu dağın başına aparmağı, bu dağın başında onu qüvvəsinə heç kimin müqavimət göstərə bilməyəcəyi bir canavarın gözlədiyini və bu canavarın onun əri gələnə qədər onu insanlardan mühafizə edəcəyi bildirilir.
Saray və şəhər yasa boğulsa da, əmr böyük yerdən gəldiyi üçün verilən əmrə tabe olmaqdan başqa əllərindən bir şey gəlmir. Psixeyaya qara paltarlar geyindirib, onu dağın zirvəsinə aparırlar. Eros oxunu və yayını götürüb qızın yanına uçur. Psixeyanı görən kimi onun gözəlliyinə heyran olur və anası Afroditanın əmrlərini yerinə yetirə bilmir. Erosun oxu bu dəfə özünə dəyir və o, Psixeyaya aşiq olur. Külək ilahəsinin köməyi ilə qızı özünün sarayına aparır. Eros kim olduğunu Psixeyadan gizlədir və heç vaxt üzünü ona göstərmir. Ona görə də bir-birlərini ancaq gecələr görürlər. Gündüzlər möhtəşəm sarayında yaşayan Psixeya həyat yoldaşının xahişi ilə tanımadığı, kim olduğunu bilmədiyi ərini olduqca çox sevir. Lakin o, ailəsi üçün darıxır və onları görmək istəyir. Eros qızın bu istəyini qəbul edir və qızın bacılarını öz sarayına gətizdirir. Qızın bacıları saraya çox heyran qalırlar və bacılarına həsəd aparırlar. Bacılar gedərkən Psixeyaya deyirlər ki, həyat yoldaşı canavar ola bilər, buna görə də, o bunu mütləq şəkildə öyrənməlidir. Bu xəbərdən çox pis olan Psixeya verdiyi vədi unudur və gecə vaxtı bunu öyrənmək qərarına gəlir. Gecə əlində şam tutaraq ərinə baxır və çox yaraşıqlı bir gənclə qarşılaşır. Elə bu zaman əlində tutmuş olduğu şam lampasının ərintisindən bir damla Erosun çiyninə düşür. Eros yuxudan oyanır və sevgilisinin onun sözündən çıxmasından böyük məyusluq hissi keçirdərək Psixeyadan ayrılır.
Psixeya Erosu axtarmaq üçün dünyanı gəzir. Lakin heç yerdə tapa bilməyəndə Afroditadan kömək istəyir. Afrodita onu sınamaq üçün ona çox çətin tapşırıqlar verir. Afrodita birinci tapşırıq olaraq ona taxıl zəmisində taxılı buğdadan ayırmağı tapşırır və bu işdə qarışqalar ona kömək edir. Daha sonra Afrodita bu dəfə ondan qızıl qoyunların yunlarını qırxmasını istəyir. Bu işdə qıza bir çoban köməklik edir. Daha sonra Afrodita qızdan Hadesin arvadı Perseponanın makiyaj güzgüsünü almasını xahiş edir, lakin qız həmin güzgünün qapağını açmamalıdır. Psixeya yenə də öz marağına qalib gələ bilmir və güzgünün qapağını açır və bundan sonra qız huşunu itirir. Güzgünü Afroditaya göndərirlər və Psixeyanı da kömək etməsi üçün Zevsin yanına aparırlar. Zevs isə Psixeyaya ölümsüzlük bəxş edir. Eros və Psixeya əbədi olaraq şən və xoşbəxt ömür yaşayırlar.
İstinadlar
- Apuleius L. Metamorphoseon, Asinus aureus (lat.). 0101.
Mifologiya ilə əlaqədar olan bu məqalə halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Psixeya qedim yunan mifologiyasinda mehebbet ve seks ilahi Erosla munasibetde olan gozel lakin olumlu olan bir qizdir Onun sevgilisi Eros mehebbet ve gozellik ilahesi Afrodita ile muharibe ve daginti ilahi Aresin ogludur PsixeyaMifologiya Qedim Roma mifologiyasiCinsi qadin d Eri Erot Vikianbarda elaqeli mediafayllar Psixologiya psixoloq kimi sozler Psixeyanin adindan goturulerek yaradilmisdir Psixeya hem de ruh demekdir Psixeya Eros terefinden ruh ilahesine cevrilmisdir Psixeya ve Erosun mehebbet hekayesiPsixeya Milet padsahinin uc gozel qizindan biridir O bu uc bacinin en genci ve en gozelidir Psixeya hec vaxt evlene bilmez Cunki hec kim bele gozel qizla evlenmeye curet ede bilmezdi Insanlar Psixeyanin gozelliyine o qeder alude olurlar ki hetta ilaheleri Afroditaya sitayis etmeyi de unudurlar Bundan sonra Afrodita boyuk qisqancliqla bunun qisasini almaq ucun oglu Erosu yanina cagirir Ondan Psixeyani sevgi oxlari ile insanlarin en cirkin ve en cox xor gorduklerinden birine asiq etmeyi xahis edir Qizinin veziyyetine uzulen ve onun insanlar terefinden Afrodita kimi sevilmesine ve hormet edilmesine gore ilahlarin qezebine meruz qalmasindan subhelenen kral Milete gederek Apollon mebedinin kahinleri ile meslehetlesir Kahinler krala bildirirler ki onun qizi hec bir insanin gelini olmayacaq Qizina yas paltari geyindirmeyi ve onu dagin basina aparmagi bu dagin basinda onu quvvesine hec kimin muqavimet gostere bilmeyeceyi bir canavarin gozlediyini ve bu canavarin onun eri gelene qeder onu insanlardan muhafize edeceyi bildirilir Saray ve seher yasa bogulsa da emr boyuk yerden geldiyi ucun verilen emre tabe olmaqdan basqa ellerinden bir sey gelmir Psixeyaya qara paltarlar geyindirib onu dagin zirvesine aparirlar Eros oxunu ve yayini goturub qizin yanina ucur Psixeyani goren kimi onun gozelliyine heyran olur ve anasi Afroditanin emrlerini yerine yetire bilmir Erosun oxu bu defe ozune deyir ve o Psixeyaya asiq olur Kulek ilahesinin komeyi ile qizi ozunun sarayina aparir Eros kim oldugunu Psixeyadan gizledir ve hec vaxt uzunu ona gostermir Ona gore de bir birlerini ancaq geceler gorurler Gunduzler mohtesem sarayinda yasayan Psixeya heyat yoldasinin xahisi ile tanimadigi kim oldugunu bilmediyi erini olduqca cox sevir Lakin o ailesi ucun darixir ve onlari gormek isteyir Eros qizin bu isteyini qebul edir ve qizin bacilarini oz sarayina getizdirir Qizin bacilari saraya cox heyran qalirlar ve bacilarina hesed aparirlar Bacilar gederken Psixeyaya deyirler ki heyat yoldasi canavar ola biler buna gore de o bunu mutleq sekilde oyrenmelidir Bu xeberden cox pis olan Psixeya verdiyi vedi unudur ve gece vaxti bunu oyrenmek qerarina gelir Gece elinde sam tutaraq erine baxir ve cox yarasiqli bir gencle qarsilasir Ele bu zaman elinde tutmus oldugu sam lampasinin erintisinden bir damla Erosun ciynine dusur Eros yuxudan oyanir ve sevgilisinin onun sozunden cixmasindan boyuk meyusluq hissi kecirderek Psixeyadan ayrilir Psixeya Erosu axtarmaq ucun dunyani gezir Lakin hec yerde tapa bilmeyende Afroditadan komek isteyir Afrodita onu sinamaq ucun ona cox cetin tapsiriqlar verir Afrodita birinci tapsiriq olaraq ona taxil zemisinde taxili bugdadan ayirmagi tapsirir ve bu isde qarisqalar ona komek edir Daha sonra Afrodita bu defe ondan qizil qoyunlarin yunlarini qirxmasini isteyir Bu isde qiza bir coban komeklik edir Daha sonra Afrodita qizdan Hadesin arvadi Perseponanin makiyaj guzgusunu almasini xahis edir lakin qiz hemin guzgunun qapagini acmamalidir Psixeya yene de oz maragina qalib gele bilmir ve guzgunun qapagini acir ve bundan sonra qiz husunu itirir Guzgunu Afroditaya gonderirler ve Psixeyani da komek etmesi ucun Zevsin yanina aparirlar Zevs ise Psixeyaya olumsuzluk bexs edir Eros ve Psixeya ebedi olaraq sen ve xosbext omur yasayirlar IstinadlarApuleius L Metamorphoseon Asinus aureus lat 0101 Mifologiya ile elaqedar olan bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin