Proqressivizm — sosial islahatların müdafiəsini dəstəkləyən fəlsəfə. Bu fəlsəfə tərəqqi ideyası üzərinə qurulmuşdur. Yəni bu fəlsəfəyə əsasən elmi, texnoloji, iqtisadi və sosial inkişaf bəşəriyyətin təkmilləşməsi üçün ən əhəmiyyətli amildir.
Mənası
Proqressivizmə mütəmadi olaraq fərqli perpsektivlər tərəfindən fərqli mənalar yüklənmişdir. Sözügedən fəlsəfə Avropanın maarifçilik dövründə çox böyük əhəmiyyət daşımışdır. Maarifçilik dövrünün başlamasının əsasında ictimaiyyətin təməl biliklərinin gücləndirilməsinin avropalıların sivil olmayan ictimaiyyətini sivilləşdirəcəyi inancı idi. Maarifçilər inanırdılar ki, tərəqqi təkcə Avropada deyil, dünyanın hər yerindəki sivilizasiyaların inkişafı üçün vacibdir.
Müasir dövrdə proqressiv hərəkatın tərifi budur: “siyasi dəyişiklik və hökumət tərəfindən edilən dəstək vasitəsilə sıravi insanların maraqlarını hədəfləyən sosial və ya siyasi hərəkat.” 21-ci əsrdə iqtisadi bərabərsizliyin pis təsirlərinə qarşı ictimai siyasət yürütmək, ətraf mühiti nəzərə alan (qoruyan) siyasət yürütmək, işçilərin haqlarını müdafiə edən siyasət yürütmək, monopoliyaya qarşı siyasət yürütmək və sair bunun kimi fəaliyyətlər proqressiv olaraq dəyərləndirilir. Bütün bu fəaliyyətlərin ortaq cəhəti hazırkı vəziyyətin mənfi təsirlərinə diqqət cəlb etmək, siyasi və ya sosial yolla müsbət bir dəyişiklik istiqamətində tərəqqiyə vəkillik etməkdir.
Çağdaş qərb dünyası mədəniyyətindəki proqressivizmə dair siyasi perspektiv 19-cu əsrdə geniş şəkildə keçirilmiş sənayeləşdirmə ilə bağlı islahatların nəticəsidir. 20-ci və 21-ci əsrin əvvəlindəki proqressivlər varlı və kasıb arasındakı böyük iqtisadi bərabərsizliyin tərəqqinin qarşısını aldığını düşünür. Monopolistik şirkətlərin ələ aldığı "laissez-faire" (buraxın etsinlər) kapitalizminə olan az nəzarət, işçi və kapitalistlər arasında gərgin və tez-tez baş verən münaqişələr həll edilməsi gərəkən məsələlərdəndir. 20-ci əsrin əvvəlində proqressivizm yevgenika və içkiyə qarşı hərəkatla da əlaqələndirilmişdi. Bunların hər ikisinin hədəfi insan sağlamlığının tərəqqisi idi. Bugünkü proqressivlər ictimai siyasətin sosial dəyişiklik yaradacağına inanır.
Fəlsəfə və siyasətdə proqressivizm
Maariflənmədən sənaye inqilabına
İmmanuel Kant tərəqqini barbarizmdən sivilizasiyaya doğru aparan hərəkat olaraq dəyərləndirib. 18-ci əsrin fəlsəfəçisi və siyasi elm xadimi Marquis de Kondorset təxmin edirdi ki, siyasi tərəqqi sayəsində köləlik sonlanacaq, savadlılıq artacaq, cinslər arasında bərabərsizlik azalacaq, sərt həbsxanalarda islahatlar yerinə yetiriləcək və kasıblıq azalacaqdır. 19-cu və 20-ci əsrlərin klassik liberalları “modernliyin” və ya “modernləşdirmənin” tərəqqinin ən əsas forması olduğu düşüncəsində idi. Sözügedən liberallar insanları iqtisadiyyatın sürətli şəkildə müasirləşdirməsinə və ictimaiyyətin azad bazar və hərəkatlara olan ənənəvi əngəllərinə qarşı çıxmağa dəvət edirdi.
Siyasi baxışlarda çağdaş cərəyan
19-cu əsrin sonlarında qərb aləmində tərəqqinin iqtisadi bərabərsizliklə, monopolistik şirkətlərin ələ aldığı laissez-faire (buraxın etsinlər) kapitalizminə olan az nəzarətlə, işçi və kapitalistlər arasında gərgin və tez-tez baş verən münaqişələrlə boğulmasına qarşı çıxan siyasi baxış meydana gəldi. Proqressivizmin bir çox siyasi hərəkata təsiri olmuşdur. Modern liberalizm liberal fəlsəfəsi Con Stüart Millin insanların “proqressiv varlıqlar” olması düşüncəsi əsasında qurulmuşdur. Britaniyalı Baş Nazir Benyamin Dirsaeli “tək dövlət” adı altında proqressiv mühafizəkarlıq anlayışını ərsəyə gətirdi. Fransada isə sosial inqilab ilə sosial olaraq mühafizəkar olan laissez-faire arasındakı boşluq radikalizmlə dolduruldu. Buna görə də sosial tərəqqi burada humanizm, respublikaçılıq, antiklerikalizm olaraq başa düşülürdü. Bənzər olaraq Almaniya İmperiyasında da kansler Otto von Bismark işçiləri sosialist hərəkətdan uzaqlaşdırmaq üçün mühafizəkar motivlərdən proqressiv sosial rifah islahatları həyata keçirdi. O zamanlar işçiləri sosialist hərəkatdan uzaqlaşdırmağın ən insani yolu sənaye inqilabına dəstək göstərmək idi. Sosial demokratiyanın tərəfdarları proqressiv məqsədi önə sürürlər. 1891-ci ildə Pope Leo XIII tərəfindən hazırlanmış Roman Katolik Kilsəsinə aid Rerum novarum əməyin ədalətsiz şəkildə istismarını tənqid etmiş və əmək birlikləri üçün dəstək tələb etmişdir. Bununla yanaşı sosial hüquqla maraqlanan bizneslərə şəxsi mülki qaydalara əməl etmək şərti ilə hökumət nəzarəti tələb etmişdir. Sosial incil olaraq da adlandırılan protestant proqressiv dünyagörüşü şimali amerikada meydana çıxmağa başladı. Bu dünyagörüşü iqtisadi ədalətsizliyi və kasıblığı tənqid edirdi. 1890-cı illərin ortalarından etibarən sosial incil ABŞ-nin protestant teoloji seminarlarında tez-tez yer alırdı.
ABŞ-də proqressivizm 1890-cı illərdə sosial hərəkat olaraq başladı və Proqressiv Era adlandırdığımız dövrdə artıq siyasi hərəkata çevrildi. “Amerikan proqressivləri” termini geniş və fərqli siyasi qrupları ifadə etsə də, bəzi amerikan proqressivlər sosial darvinizmi rədd etdi. Onlar inanırdılar ki, insanların üzləşdiyi problemləri (yoxsulluq, zorakılıq, irqçilik, acgözlük və təbəqələr arasında “müharibə”) yaxşı təhsil, təhlükəsiz mühit və verimli iş yerləri ilə həll etmək olar. Proqressivlər əsasən şəhərlərdə yaşayan ali təhsilli şəxslər olurdu. Onlar hökumətin dəyişiklik üçün yaxşı vasitə olduğuna inanırdılar. Amerikan prezident Teodor Ruzvelt qeyd edib: “Mən həmişə müdrik proqressivizm və müdrik mühafizəkarlığın bir olduğuna inanmışam.” Amerikanın bir digər prezidenti Vudro Vilson da həmçinin amerikan proqressiv hərəkatının üzvü idi.
Birinci Dünya Müharibəsinə cavab olaraq proqressiv prezident Vudro Vilsonun 14 Nöqtə bəyanatında milli əzmkarlıq konseptini bərqərar etdi və imperialist rəqabəti tənqid etdi. Bu fikirlər imperiyaların təzyiqi altında olan ölkələrdəki anti-imperialistlər tərəfindən rəğbətlə qarşılandı. İqtisadi Keynsçiliyin qəbul olduğu dövrlərdə (1930-1970) bir çox ölkədə dövlətin iqtisadiyyata qarışması ilə bağlı demək olar ortaq razılıq var idi. Neoliberalizmin yüksəlişi ilə mərkəz sol proqressiv hərəkatlar market iqtisadiyyatının əsas rolunu işıqlandıran Üçüncü Yolu yaratmaqla qarşılıq verdilər. Siyasətçilər arasında sosial demokratik hərəkatı Üçüncü Yolu keçməyə səsləyən sosial demokratlar da var idi. Britan Mühafizəkar Partiyasının məşhur proqressiv mühafizəçi elementləri neoliberalizmi tənqid edirdi.
Həmçinin bax
İstinadlar
- "Definition of progressivism in English" 2019-03-21 at the Wayback Machine. oxforddictionaries.com. Oxford English Dictionary.
- Harold Mah. Enlightenment Phantasies: Cultural Identity in France and Germany, 1750–1914. Cornell University. (2003). səh. 157.
- Kembric İngilis Dili Lüğəti https://dictionary.cambridge.org/us/dictionary/english/progressivism 2021-12-23 at the Wayback Machine
- Nuqent, Valter. Progressivism: A Very Short Introduction. Oxford University Press. 2010. 2. ISBN .
- . Liberal Languages: Ideological Imaginations and Twentieth-Century Progressive Thought. : Princeton University Press. 2005. 144–165. ISBN . 2022-04-25 tarixində . İstifadə tarixi: 2020-02-02.
- Leonard, Tomas. (PDF). Journal of Economic Perspectives. 19 (4). 2005: 207–224. doi:10.1257/089533005775196642. Archived from the original on 20 Avqust 2017. İstifadə tarixi: 2017-10-22.
- Roll-Hansen, Nils. "Geneticists and the Eugenics Movement in Scandinavia". . 22 (3). 1989: 335–346. doi:10.1017/S0007087400026194. JSTOR 4026900.
- "Prohibition: A Case Study of Progressive Reform". Library of Congress. 2020-08-01 tarixində . İstifadə tarixi: 2017-10-04.
- Ceyms H. Timberleyk, Prohibition and the Progressive Movement, 1900–1920 (1970)
- Nisbet, Robert (1980). History of the Idea of Progress. New York: Basic Books. fəs. 5
- Coys Əplbay; Lin Hant, Marqaret Yaqub. Telling the Truth about History. 1995. səh. 78. ISBN .
- Nuqent, Valter. Progressivism: A Very Short Introduction. Oxford University Press. 2010. səh. 2. ISBN .
- Alan Rayn. The Making of Modern Liberalism. səh. 25.
- Patrik Dunlevi, Paul Yusif Kelli, Maykl Moran. British Political Science: Fifty Years of Political Studies. Oxford, England, UK; Malden, Massachusetts: Wiley-Blackwell, 2000. səh. 107–08.
- Robert Bleyk. Disraeli. Second Edition. London, England, UK: Eyre & Spottiswoode (Publishers) Ltd, 1967. p. 524.
- Union Contributions to Labor Welfare Policy and Practice: Past, Present, and Future. Routledge, 16, 2013. səh. 172.
- Henning Meyer, Jonathan Rutherford. The Future of European Social Democracy: Building the Good Society. Palgrave Macmillan, 2012. səh. 108.
- Feyt Ceysoks. The Progressive Era[ölü keçid]. New York, New York: Infobase Publishing, 2005. səh. 85.
- Çarlz Hovard Hopkins, The Rise of the Social Gospel in American Protestantism, 1865–1915 (1940).
- The Progressive Era (1890–1920) 2020-01-20 at the Wayback Machine, The Eleanor Roosevelt Papers Project (retrieved 31 September 2014).
- Conatan Luri. Uilyam Houard Taft: The Travails of a Progressive Conservative. New York, New York: Cambridge University Press, 2012. p. 196.
- Reconsidering Woodrow Wilson: Progressivism, Internationalism, War, and Peace. səh. 309.
- Ceyn Levis, Rebeka Surender. Welfare State Change: Towards a Third Way?. Oxford University Press, 2004. səh. 3–4, 16.
- After the Third Way: The Future of Social Democracy in Europe. I. B. Taurus, 2012. səh. 47.
- Huq Boçel. The Conservative Party and Social Policy. The Policy Press, 2011. səh. 108.
Xarici keçidlər
- Progressivism — entry at the Encyclopædia Britannica
- Vikianbarda Proqressivizm ilə əlaqəli mediafayllar var.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Proqressivizm sosial islahatlarin mudafiesini destekleyen felsefe Bu felsefe tereqqi ideyasi uzerine qurulmusdur Yeni bu felsefeye esasen elmi texnoloji iqtisadi ve sosial inkisaf beseriyyetin tekmillesmesi ucun en ehemiyyetli amildir MenasiProqressivizme mutemadi olaraq ferqli perpsektivler terefinden ferqli menalar yuklenmisdir Sozugeden felsefe Avropanin maarifcilik dovrunde cox boyuk ehemiyyet dasimisdir Maarifcilik dovrunun baslamasinin esasinda ictimaiyyetin temel biliklerinin guclendirilmesinin avropalilarin sivil olmayan ictimaiyyetini sivillesdireceyi inanci idi Maarifciler inanirdilar ki tereqqi tekce Avropada deyil dunyanin her yerindeki sivilizasiyalarin inkisafi ucun vacibdir Muasir dovrde proqressiv herekatin terifi budur siyasi deyisiklik ve hokumet terefinden edilen destek vasitesile siravi insanlarin maraqlarini hedefleyen sosial ve ya siyasi herekat 21 ci esrde iqtisadi berabersizliyin pis tesirlerine qarsi ictimai siyaset yurutmek etraf muhiti nezere alan qoruyan siyaset yurutmek iscilerin haqlarini mudafie eden siyaset yurutmek monopoliyaya qarsi siyaset yurutmek ve sair bunun kimi fealiyyetler proqressiv olaraq deyerlendirilir Butun bu fealiyyetlerin ortaq ceheti hazirki veziyyetin menfi tesirlerine diqqet celb etmek siyasi ve ya sosial yolla musbet bir deyisiklik istiqametinde tereqqiye vekillik etmekdir Cagdas qerb dunyasi medeniyyetindeki proqressivizme dair siyasi perspektiv 19 cu esrde genis sekilde kecirilmis senayelesdirme ile bagli islahatlarin neticesidir 20 ci ve 21 ci esrin evvelindeki proqressivler varli ve kasib arasindaki boyuk iqtisadi berabersizliyin tereqqinin qarsisini aldigini dusunur Monopolistik sirketlerin ele aldigi laissez faire buraxin etsinler kapitalizmine olan az nezaret isci ve kapitalistler arasinda gergin ve tez tez bas veren munaqiseler hell edilmesi gereken meselelerdendir 20 ci esrin evvelinde proqressivizm yevgenika ve ickiye qarsi herekatla da elaqelendirilmisdi Bunlarin her ikisinin hedefi insan saglamliginin tereqqisi idi Bugunku proqressivler ictimai siyasetin sosial deyisiklik yaradacagina inanir Felsefe ve siyasetde proqressivizmMaariflenmeden senaye inqilabina Immanuel Kant Immanuel Kant tereqqini barbarizmden sivilizasiyaya dogru aparan herekat olaraq deyerlendirib 18 ci esrin felsefecisi ve siyasi elm xadimi Marquis de Kondorset texmin edirdi ki siyasi tereqqi sayesinde kolelik sonlanacaq savadliliq artacaq cinsler arasinda berabersizlik azalacaq sert hebsxanalarda islahatlar yerine yetirilecek ve kasibliq azalacaqdir 19 cu ve 20 ci esrlerin klassik liberallari modernliyin ve ya modernlesdirmenin tereqqinin en esas formasi oldugu dusuncesinde idi Sozugeden liberallar insanlari iqtisadiyyatin suretli sekilde muasirlesdirmesine ve ictimaiyyetin azad bazar ve herekatlara olan enenevi engellerine qarsi cixmaga devet edirdi Siyasi baxislarda cagdas cereyan Con Stuart Mill 19 cu esrin sonlarinda qerb aleminde tereqqinin iqtisadi berabersizlikle monopolistik sirketlerin ele aldigi laissez faire buraxin etsinler kapitalizmine olan az nezaretle isci ve kapitalistler arasinda gergin ve tez tez bas veren munaqiselerle bogulmasina qarsi cixan siyasi baxis meydana geldi Proqressivizmin bir cox siyasi herekata tesiri olmusdur Modern liberalizm liberal felsefesi Con Stuart Millin insanlarin proqressiv varliqlar olmasi dusuncesi esasinda qurulmusdur Britaniyali Bas Nazir Benyamin Dirsaeli tek dovlet adi altinda proqressiv muhafizekarliq anlayisini erseye getirdi Fransada ise sosial inqilab ile sosial olaraq muhafizekar olan laissez faire arasindaki bosluq radikalizmle dolduruldu Buna gore de sosial tereqqi burada humanizm respublikaciliq antiklerikalizm olaraq basa dusulurdu Benzer olaraq Almaniya Imperiyasinda da kansler Otto von Bismark iscileri sosialist hereketdan uzaqlasdirmaq ucun muhafizekar motivlerden proqressiv sosial rifah islahatlari heyata kecirdi O zamanlar iscileri sosialist herekatdan uzaqlasdirmagin en insani yolu senaye inqilabina destek gostermek idi Sosial demokratiyanin terefdarlari proqressiv meqsedi one sururler 1891 ci ilde Pope Leo XIII terefinden hazirlanmis Roman Katolik Kilsesine aid Rerum novarum emeyin edaletsiz sekilde istismarini tenqid etmis ve emek birlikleri ucun destek teleb etmisdir Bununla yanasi sosial huquqla maraqlanan bizneslere sexsi mulki qaydalara emel etmek serti ile hokumet nezareti teleb etmisdir Sosial incil olaraq da adlandirilan protestant proqressiv dunyagorusu simali amerikada meydana cixmaga basladi Bu dunyagorusu iqtisadi edaletsizliyi ve kasibligi tenqid edirdi 1890 ci illerin ortalarindan etibaren sosial incil ABS nin protestant teoloji seminarlarinda tez tez yer alirdi Teodor Ruzvelt ABS de proqressivizm 1890 ci illerde sosial herekat olaraq basladi ve Proqressiv Era adlandirdigimiz dovrde artiq siyasi herekata cevrildi Amerikan proqressivleri termini genis ve ferqli siyasi qruplari ifade etse de bezi amerikan proqressivler sosial darvinizmi redd etdi Onlar inanirdilar ki insanlarin uzlesdiyi problemleri yoxsulluq zorakiliq irqcilik acgozluk ve tebeqeler arasinda muharibe yaxsi tehsil tehlukesiz muhit ve verimli is yerleri ile hell etmek olar Proqressivler esasen seherlerde yasayan ali tehsilli sexsler olurdu Onlar hokumetin deyisiklik ucun yaxsi vasite olduguna inanirdilar Amerikan prezident Teodor Ruzvelt qeyd edib Men hemise mudrik proqressivizm ve mudrik muhafizekarligin bir olduguna inanmisam Amerikanin bir diger prezidenti Vudro Vilson da hemcinin amerikan proqressiv herekatinin uzvu idi Vudro Vilson Birinci Dunya Muharibesine cavab olaraq proqressiv prezident Vudro Vilsonun 14 Noqte beyanatinda milli ezmkarliq konseptini berqerar etdi ve imperialist reqabeti tenqid etdi Bu fikirler imperiyalarin tezyiqi altinda olan olkelerdeki anti imperialistler terefinden regbetle qarsilandi Iqtisadi Keynsciliyin qebul oldugu dovrlerde 1930 1970 bir cox olkede dovletin iqtisadiyyata qarismasi ile bagli demek olar ortaq raziliq var idi Neoliberalizmin yukselisi ile merkez sol proqressiv herekatlar market iqtisadiyyatinin esas rolunu isiqlandiran Ucuncu Yolu yaratmaqla qarsiliq verdiler Siyasetciler arasinda sosial demokratik herekati Ucuncu Yolu kecmeye sesleyen sosial demokratlar da var idi Britan Muhafizekar Partiyasinin meshur proqressiv muhafizeci elementleri neoliberalizmi tenqid edirdi Hemcinin baxDemocracy Liberalism Socialism TranshumanizmIstinadlar Definition of progressivism in English 2019 03 21 at the Wayback Machine oxforddictionaries com Oxford English Dictionary Harold Mah Enlightenment Phantasies Cultural Identity in France and Germany 1750 1914 Cornell University 2003 seh 157 Kembric Ingilis Dili Lugeti https dictionary cambridge org us dictionary english progressivism 2021 12 23 at the Wayback Machine Nuqent Valter Progressivism A Very Short Introduction Oxford University Press 2010 2 ISBN 9780195311068 Liberal Languages Ideological Imaginations and Twentieth Century Progressive Thought Princeton University Press 2005 144 165 ISBN 978 0691116778 2022 04 25 tarixinde Istifade tarixi 2020 02 02 Leonard Tomas PDF Journal of Economic Perspectives 19 4 2005 207 224 doi 10 1257 089533005775196642 Archived from the original on 20 Avqust 2017 Istifade tarixi 2017 10 22 Roll Hansen Nils Geneticists and the Eugenics Movement in Scandinavia 22 3 1989 335 346 doi 10 1017 S0007087400026194 JSTOR 4026900 Prohibition A Case Study of Progressive Reform Library of Congress 2020 08 01 tarixinde Istifade tarixi 2017 10 04 Ceyms H Timberleyk Prohibition and the Progressive Movement 1900 1920 1970 Nisbet Robert 1980 History of the Idea of Progress New York Basic Books fes 5 Coys Eplbay Lin Hant Marqaret Yaqub Telling the Truth about History 1995 seh 78 ISBN 9780393078916 Nuqent Valter Progressivism A Very Short Introduction Oxford University Press 2010 seh 2 ISBN 9780195311068 Alan Rayn The Making of Modern Liberalism seh 25 Patrik Dunlevi Paul Yusif Kelli Maykl Moran British Political Science Fifty Years of Political Studies Oxford England UK Malden Massachusetts Wiley Blackwell 2000 seh 107 08 Robert Bleyk Disraeli Second Edition London England UK Eyre amp Spottiswoode Publishers Ltd 1967 p 524 Union Contributions to Labor Welfare Policy and Practice Past Present and Future Routledge 16 2013 seh 172 Henning Meyer Jonathan Rutherford The Future of European Social Democracy Building the Good Society Palgrave Macmillan 2012 seh 108 Feyt Ceysoks The Progressive Era olu kecid New York New York Infobase Publishing 2005 seh 85 Carlz Hovard Hopkins The Rise of the Social Gospel in American Protestantism 1865 1915 1940 The Progressive Era 1890 1920 2020 01 20 at the Wayback Machine The Eleanor Roosevelt Papers Project retrieved 31 September 2014 Conatan Luri Uilyam Houard Taft The Travails of a Progressive Conservative New York New York Cambridge University Press 2012 p 196 Reconsidering Woodrow Wilson Progressivism Internationalism War and Peace seh 309 Ceyn Levis Rebeka Surender Welfare State Change Towards a Third Way Oxford University Press 2004 seh 3 4 16 After the Third Way The Future of Social Democracy in Europe I B Taurus 2012 seh 47 Huq Bocel The Conservative Party and Social Policy The Policy Press 2011 seh 108 Xarici kecidlerProgressivism entry at the Encyclopaedia Britannica Vikianbarda Proqressivizm ile elaqeli mediafayllar var