Pir Mərdəkan xanəgahı – Azərbaycan respublikasının Şamaxı rayonundan 16 km cənub – qərbdə, Göylər kəndi ərazisində yerləşən tarixi memarlıq abidəsi. Kompleksə türbə, xanəgah binası və kiçik yardımçı binalar daxildir. Türbə XIII-XIV əsrlərdə tikilib. Bəzi məlumatlara görə oz dövrünün görkəmli üləma alimlərindən olan Seyid Mərdəkaninin qəbri burdadır.
Pir Mərdəkan xanəgahı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Şamaxı |
Yerləşir | Göylər kəndi |
Aidiyyatı | Şirvanşahlar dövləti |
Tikilmə tarixi | XIII-XV əsrlər |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
İstinad nöm. | 1705 |
Kateqoriya | xanəgah |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Tarixi
Məqbərənin içərisindəki qəbir daşında və divarda qalmış bəzi yazılar M. Nemətova tərəfindən oxunmuşdur. Bu yazılarda binanın tikildiyi tarix - hicri 583 – 600, miladi 1188 – 1203 – cü illər göstərilir. Üslub xüsusiyyətlərinə görə binanın tikilmə tarixi XIII əsrin əvvəllərin aid edilir.
Xanəgahın ətrafinda qədim qəbristan, karvansara kompleksi var. Abidənin fasadında ərəbcə kufi elementli süls xəttilə yazılmış kitabədə deyilir: "Rəhmli və Mərhəmətli Allahın adı ilə. Bu qəbir Şeyx, İmam, ən böyük alim, mömin Tair Tac Əl-Hüda Mədəkani İbn Əlinindir. Allah onlara rəhmət eləsin..."
Türbədə olan ikinci kitabəyə əsasən onun tarixini dəqiqləşdirmək mümkündür. Qapıdan girən yerdə sol divara nəsb edilmiş iki sətirlik bu kitabənin kiçik bir hissəsi salamat qalmışdır: "Ən böyük padşah, xaqan... Fərruxzad ibn Fəziləlmüvəhhid Mənuçöhr... Müəllif aydınlaşdırır ki, bu hökümdar Şirvanşah III Böyük Mənuçöhrün oğlu Şirvanşah I Fərruxzaddır. O da XIII əsrdə yaşamışdir. Alim qeyd edir ki, Cənubi Azərbaycanda Mədək adlı yer vardır. "-ani" şəkilçisi qəbrin sahibinin oralı olduğunu bildirir. "Mədəkani" sözü tarix ötdükcə dəyişmiş "Mərdəkan" şəklinə düşmüşdür.
Memarlıq xüsusiyyətləri
Kompleksə daxil olan türbə demək olar ki, ilkin görüşünü saxlayaraq dövrümüzə çatmışdır. Azərbaycan memarlığında başqa nümunləri də olan bu cür türbələr adətən ikigünbəzli sərdabə və qülləşəkilli türbənin kombinasiyasından ibarət olur. Azərbaycan memarlığında bu tipli türbələrə misal olaraq Naxçıvandakı Əlincəçay xanəgahına daxil olan türbəni və başqa türbələri göstərmək olar. Pir mərdəkan türbəsinin plan quruluşu günbəzli məqbərələrin çox təsadüf edilən variantını təkrar edir. Bu cür türbələr həcm etibarilə iki növün kombinasiyasından ibarətdir. Aşağı hissəsi günbəzli və qülləli – günbəzli sərdabəni xatırladır, yuxarı hissəsi isə günbəzlə örtülüdür. Adətən belə türbələrdə kubşəkilli və yuxarı qülləvari hissələr arasına tədrici keçid olmadığından yuxarı hissə kompozisiyasına görə xaricdən aşağı hissəsinin davamı kimi deyil, müstəqil görünür.
Günbəzli məqabərələr ibadətxana tipli tikili olduğuna görə bu növ abidələrdə dəfn edilən adamın ziyarətinə gəlir, bu cür məkanlarda dini mərasimlər keçirirdilər. Buna görə də bu tip məqabərələr həm də bir növ məscid kimi istifadə olunurdu.
Türbənin daxili sərdabə olan hissəsi quruluşuna görə kvadrat şəkillidir və künclərdəki tromplar vasitəsiylə səkkizbucaqlıya çevrilir. Səkkizbucaqlı üzərindəki səkitilli prizma piramidal çadırla örtülmüşdür. Türbəyə kənardan baxdıqda, onun aşağı kubformalı hissəsinin yerin relyefi örtdüyü üçün adi səkkizbucaqlı türbəyə oxşayır. Onun xarici divarlarının ölçüsü 4,6x5 m, daxili divarlarının ölçüsü isə 2,6x2,6 m – dir. Kvadrat hissənin hündürlüyü 3 m, piramidanın hündürlüyü isə 4,7 m – dir.
Şərq tərəfdən türbəyə üç otaqdan ibarət xanəgah binası birləşmişdir. Böyük otaq (4,4x7,3 m) ibadət üçündür. Dövrümüzə salamat gəlib çatan hissə yalnız bir otaqdır. Qalan iki otaq isə tamamilə uçub dağılmışdır.
Bu abidə bir çox xüsusiyyətlərinə görə qülləli – günbəzli Azərbaycan türbələri qrpuna da aid edilir. Quruluş və memarlıq xüsusiyyətlərinə görə Pir Mərdəkan xanəgahı ilə oxşarlıq təşkil edən abidələr digər türk ölkələrində də yayılmışdır. Məsələn Türkmənistan ərazisində bu türbənin memarlıq xüsusiyyətlərini təkrarlayan bir neçə maraqlı memarlıq abidəsi vardır. Kunya-Ürgəncdəki Fəxrəddin Razi və Şeyx Şərif türbələri buna misal ola bilər.
Şəkilləri
İstinadlar
- А. В. Салаьзаде – К датировке некоторых памятников Азербайджана, ИАНА, 1952, № 5 ст. 69
- M.Nemətova. "Azərbaycan pirləri". Bakı: 1992, səh. 20.
- M.Nemətova. "Azərbaycan pirləri". Bakı: 1992, səh. 21 - 23
- K. M. Məmmədzadə - Azərbaycanda inşaat sənəti, Bakı, Elm, 1978, səh 50 - 51
- Н. М. Бачинский – Архитектурные памятники Туркмении, вып 1, Ашкабад, 1939, ст 13
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Pir Merdekan xanegahi Azerbaycan respublikasinin Samaxi rayonundan 16 km cenub qerbde Goyler kendi erazisinde yerlesen tarixi memarliq abidesi Komplekse turbe xanegah binasi ve kicik yardimci binalar daxildir Turbe XIII XIV esrlerde tikilib Bezi melumatlara gore oz dovrunun gorkemli ulema alimlerinden olan Seyid Merdekaninin qebri burdadir Pir Merdekan xanegahi40 25 05 sm e 48 36 50 s u Olke AzerbaycanSeher SamaxiYerlesir Goyler kendiAidiyyati Sirvansahlar dovletiTikilme tarixi XIII XV esrlerUslubu Sirvan Abseron memarliq mektebiAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 1705KateqoriyaxanegahEhemiyyetiOlke ehemiyyetliPir Merdekan xanegahiTarixiMeqberenin icerisindeki qebir dasinda ve divarda qalmis bezi yazilar M Nemetova terefinden oxunmusdur Bu yazilarda binanin tikildiyi tarix hicri 583 600 miladi 1188 1203 cu iller gosterilir Uslub xususiyyetlerine gore binanin tikilme tarixi XIII esrin evvellerin aid edilir Xanegahin etrafinda qedim qebristan karvansara kompleksi var Abidenin fasadinda erebce kufi elementli suls xettile yazilmis kitabede deyilir Rehmli ve Merhemetli Allahin adi ile Bu qebir Seyx Imam en boyuk alim momin Tair Tac El Huda Medekani Ibn Elinindir Allah onlara rehmet elesin Turbede olan ikinci kitabeye esasen onun tarixini deqiqlesdirmek mumkundur Qapidan giren yerde sol divara nesb edilmis iki setirlik bu kitabenin kicik bir hissesi salamat qalmisdir En boyuk padsah xaqan Ferruxzad ibn Fezilelmuvehhid Menucohr Muellif aydinlasdirir ki bu hokumdar Sirvansah III Boyuk Menucohrun oglu Sirvansah I Ferruxzaddir O da XIII esrde yasamisdir Alim qeyd edir ki Cenubi Azerbaycanda Medek adli yer vardir ani sekilcisi qebrin sahibinin orali oldugunu bildirir Medekani sozu tarix otdukce deyismis Merdekan sekline dusmusdur Memarliq xususiyyetleriKomplekse daxil olan turbe demek olar ki ilkin gorusunu saxlayaraq dovrumuze catmisdir Azerbaycan memarliginda basqa numunleri de olan bu cur turbeler adeten ikigunbezli serdabe ve qullesekilli turbenin kombinasiyasindan ibaret olur Azerbaycan memarliginda bu tipli turbelere misal olaraq Naxcivandaki Elincecay xanegahina daxil olan turbeni ve basqa turbeleri gostermek olar Pir merdekan turbesinin plan qurulusu gunbezli meqberelerin cox tesaduf edilen variantini tekrar edir Bu cur turbeler hecm etibarile iki novun kombinasiyasindan ibaretdir Asagi hissesi gunbezli ve qulleli gunbezli serdabeni xatirladir yuxari hissesi ise gunbezle ortuludur Adeten bele turbelerde kubsekilli ve yuxari qullevari hisseler arasina tedrici kecid olmadigindan yuxari hisse kompozisiyasina gore xaricden asagi hissesinin davami kimi deyil musteqil gorunur Gunbezli meqabereler ibadetxana tipli tikili olduguna gore bu nov abidelerde defn edilen adamin ziyaretine gelir bu cur mekanlarda dini merasimler kecirirdiler Buna gore de bu tip meqabereler hem de bir nov mescid kimi istifade olunurdu Turbenin daxili serdabe olan hissesi qurulusuna gore kvadrat sekillidir ve kunclerdeki tromplar vasitesiyle sekkizbucaqliya cevrilir Sekkizbucaqli uzerindeki sekitilli prizma piramidal cadirla ortulmusdur Turbeye kenardan baxdiqda onun asagi kubformali hissesinin yerin relyefi ortduyu ucun adi sekkizbucaqli turbeye oxsayir Onun xarici divarlarinin olcusu 4 6x5 m daxili divarlarinin olcusu ise 2 6x2 6 m dir Kvadrat hissenin hundurluyu 3 m piramidanin hundurluyu ise 4 7 m dir Serq terefden turbeye uc otaqdan ibaret xanegah binasi birlesmisdir Boyuk otaq 4 4x7 3 m ibadet ucundur Dovrumuze salamat gelib catan hisse yalniz bir otaqdir Qalan iki otaq ise tamamile ucub dagilmisdir Bu abide bir cox xususiyyetlerine gore qulleli gunbezli Azerbaycan turbeleri qrpuna da aid edilir Qurulus ve memarliq xususiyyetlerine gore Pir Merdekan xanegahi ile oxsarliq teskil eden abideler diger turk olkelerinde de yayilmisdir Meselen Turkmenistan erazisinde bu turbenin memarliq xususiyyetlerini tekrarlayan bir nece maraqli memarliq abidesi vardir Kunya Urgencdeki Fexreddin Razi ve Seyx Serif turbeleri buna misal ola biler SekilleriIstinadlarA V Salazade K datirovke nekotoryh pamyatnikov Azerbajdzhana IANA 1952 5 st 69 M Nemetova Azerbaycan pirleri Baki 1992 seh 20 M Nemetova Azerbaycan pirleri Baki 1992 seh 21 23 K M Memmedzade Azerbaycanda insaat seneti Baki Elm 1978 seh 50 51 N M Bachinskij Arhitekturnye pamyatniki Turkmenii vyp 1 Ashkabad 1939 st 13Hemcinin baxAzerbaycan memarligi Azerbaycanda tesevvuf