Əlincəçay xanəgahı – Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində yerləşən Orta əsrlərə aid tarixi memarlıq kompleksi. Kompleksdən dövrümüzə Nəimi türbəsi, məscid, naməlum abidənin sütunları və başqa bir tikilinin xarabalıqları qalmışdır.
Əlincəçay xanəgahı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Culfa |
Yerləşir | Xanəgah |
Aidiyyatı | Sufilik |
Memar | Cəmaləddin |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | Fəaliyyət göstərir |
İstinad nöm. | 410 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
Əlincəçay xanəgah kompleksinin əsasını əmir, isfəhsa, böyük alim Uluq Qutluq Lala bəyin tikdirdiyi kvadratşəkilli türbə təşkil edir. Türbənin kitabəsində memarın adı (Memar Cəmaləddin) qalmış, lakin inşa tarixini göstərən hissə dağıldığından, nə vaxt tikildiyini dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Üslub xüsusiyyətlətinə görə türbənin XII əsrin sonu — XIII əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur.
Türbənin yuxarı künclərindəki irihəcmli tromp (memarlıqda konus hissə, tağvari konstruksiya) qurşağı onun daxilinə arxaik görünüş verir. Tromplar səkkizbucaqlıdır. Onların stalaktit quruluşu isə onaltıbucaqlıya keçid təşkil edir ki, bu da çadırvari günbəzin oturacağını əmələ gətirir.
Xanəgahın giriş qapısının hər iki tərəfində şərti olaraq "mehrab" adlandırılan düzbucaqlı pannolar gəcdən oyulmuş qabarıq naxışlar və dini məzmunlu kitabələrlə bəzədilmişdir. Bunlar dünya memarlığı tarixində gəc üzərində plastik oymanın ən gözəl nümunələrindəndir. Türbənin giriş baştağının memarlıq elementləri Möminə Xatun türbəsinin ayrıntılarına oxşayır. Onun inşasında kərpiclə yanaşı, firuzəyi kaşıdan da istifadə olunmuşdur.
Türbənin baştağına bitişik tikilmiş məscid iki dayaqla altı hissəyə bölünmüş və hər hissə də günbəzlə örtülmüşdür. Məscidin kitabəsində onun hicri 901-ci ildə (miladi 1496) naməlum qadının sifarişi ilə tikildiyi göstərilir.
Tarixi
Abidənin kitabəsinin son hissəsi ovulub töküldüyü üçün onun inşa tarixini dəqiq təyin etmək mümkün olmamışdır. Ancaq memarlıq-konstruktiv quruluşuna görə onun XII–XIII əsrlərə aid olduğu ehtimal olunur. Türbənin içərisində bir qəbir vardır. Ancaq qəbrin üstündə kitabə olmadığı üçün orada kimin dəfn edildiyi məlum deyidir. Yerli əhalinin fikrincə, hürufilik təliminin banisi Fəzlullah Nəimi 1394-cü ildə Əlincə qalasında faciəli şəkildə edam edildikdən sonra müridləri onun cənazəsini gətirib burada dəfn etmişlər. Məhz buna görə də Xanəgah kompleksinə yerli əhali arasında verilən ad (Şeyx Xorasan türbəsi) tədqiqatçılar tərəfindən Nəiminin ləqəblərindən biri olan Şeyx Xurasa (Günəşə oxşar, nurani şeyx) və ya Nəiminin təhsil alıb kamilləşdiyi yerin Xorasan olması ilə əlaqədar ona verilən ləqəblərdən birinin Xorasanlı şeyx və ya Xorasan şeyxi olması ilə əlaqələndirilir.
Türbənin cənubunda ona bitişik inşa edilmiş türbə-məscid Xanəgahda fəaliyyət göstərən sufi təriqətinin rəhbərlərindən biri olan Şeyx Hacı Lələ Məliyin xatirəsinə hicri 901-ci ildə (miladi 1496) Xond Bikə xatın tərəfindən inşa edilmişdir. Orta əsrlərdə sufi şeyxləri ailələri ilə birlikdə xanəgahlarda yaşayır, vəfat etdikdən sonra xanəgahın yanında dəfn olunurdular. Şeyx Hacı Lələ Məlik də Xanəgaha rəhbərlik edərək orada yaşamış, vəfat etdikdən sonra öz xanəgahının yanında dəfn olunmuş və qəbrin üstündə Xond Bikə xatın (ehtimal ki, şeyxin arvadı olmuşdur) türbə-məscid inşa etdirmişdir. Xond Bikə xatın vəfat etdikdən sonra özü də xanəgahın yanında dəfn edilmişdir. Ona məxsus sənduqə tipli xatirə abidəsi hazırda Xanəgahın yanında qalmaqdadır. Xanəgahın ətrafında bərpa işləri aparılarkən torpağın altından 1444–1445, 1491–1492 və 1493-cü illərə aid məzar kitabələri aşkar olunmuşdur. Xanəgah uzun müddət orada fəaliyyət göstərən dərvişlərin yaşayış, ibadət və zikr yeri olmuşdur. Epiqrafik dəlillərdən aydın olur ki, Xanəgah XVIII əsrdə də fəaliyyət göstərmiş və onun üzvləri buradan öz ideyalarını ətraf bölgələrə yaymışlar.
Memarlıq xüsusiyyətləri
Xanəgah Əlincə qalasının yaxınlığında, kiçik bir meydanda yerləşir. Divarları açıq qəhvəyi rəngdə kərpicdən hörülmüşdür. Birinci məqbərənin yuxarı hissəsinin planı səkkizbucaqlıdır. Məqbərənin yuxarı hissəsi hündürlüyü boyunca iki hissəyə bölünür. Yuxarı hissə aşağı hissəyə nisbətən xeyli kiçik olub, bucaq altında yerləşir. Məqbərənin səkkiztilli örtüyü onun daxili günbəzinin üstündə qurulmuşdur.
Məqbərə quruluşuna görə kvadrata bənzəyir. Tərəflərin uzunluğu orta hesabla 5 metrə bərabərdir. Kvadrat formadan günbəzə keçid künclərdə düzəldilmiş üçcərgəli stalktitli tromplar vasitəsilə yerinə yetirilmişdir. Tromplar səkkizbucaqlıya keçid əmələ gətirir, sonra stalaktitlərin yuxarı cərgəsini təşkil edən dekorativ aşırımlar onaltıbucaqlıya keçməyə imkan verir və o da öz növbəsində günbəzin çevrəsinə keçir. Giriş qapısının hər iki tərəfindəki relyefli mehrab öz gözəlliyi ilə diqqəti cəlb edir. İşlənmə texnikasına görə sənət nümunələri ilə onu Orta Asiya və Cənubi Azərbaycanın gəc üzərində işlənmiş ən yaxşı sənət nümunələri ilə müqayisə edirlər.
İnteryerin sadə fonunda giriş qapısını çərçivəyə almış iki pannonun möhtəşəm relyef oymaları nəzərə çarpır. Onların kompozisiya həlli çox sadədir: dabanları ilə alçaq yarımsütunların kapitellərinə söykənən oxvari tağ onun mərkəzini təşkil edir. Tağ üzərində bitki rəsmləri olan bir neçə zolaqlarla çərçivəyə alınmışdır. Pannonun bütün elementlərini əhatə edən ornamental kompozisiya plastikası (yapağanlıq) memarlıq formalarının aydın cizgilərini bütünlüklə çalarlandırmaqdır.
Pannonun ornamentləri, eləcə də baştağın üstündə yerləşən kitabənin poliqrafiya xüsusiyyətləri türbəni XII əsrin sonu — XIII əsrin əvvəllərinə aid etməyə imkan verir. Üçsətirlik kitabənin dövrümüzə qalan hissəsində türbəni ucaltdıran əmirin adı və tutulu, həmçinin onu tikən ustanın adı qeyd olunmuşdur:
"Bu binanı tikən (memar) Xoca hörmətli və əziz Camal-əl-din" .
XV əsrdə birinci məqbərənin portalı yaxınlığında ikinci bir məqbərə tikilmişdir. Çaydaşından və kobud yonulmuş daşdan hörülmüş, ara-sıra kərpiclə möhkəmləndirilmiş bu tikinti tamamlanmış, bütöv bir bina təsəvvürü yaradır. Onun daxili hissəsi iki sütunla altı hissəyə bölünür. Hissələrin hər birinin üstü kərpic günbəzlərlə örtülmüşdür. Günbəzlərə keçid təşkil edən yelkən formalı hörgü də kərpicdəndir. Cənub tərəfin divarındakı mehrab düzgün olmayan yarımdairəvi formadadır. Alt hissəsindəki yazıda binanın inşa olunma tarixi 1495-ci il olaraq qeyd olunmuşdur.
Məqbərənin inşasında iki inşaat materialından istifadə olunmuşdur: binanın səthi daşdan, daxili isə kərpicdən hörülmüşdür. Sonradan dağılmaması üçün həmin hissəyə daşdan üzlük çəkilmişdir. Üzlük bişmiş, açıq rəngli kərpic plitələrdən istifadə olunaraq çəkilmişdir. Onun kubvari təməlində kiçik və böyük ölçülərdə səkkizvəchli baraban (boyun) yerləşir. Türbənin kiçik həcmini müəyyən bucaq altında döndərilmiş və kürəvi formada olan günbəz qapayır. Bu günbəz ikiqat örtüyün daxili qapanağıdır. Dövrümüzə qədər qalmayan xarici örtük, ehtimal ki, çadır formasında olmuşdur.
İstinadlar
- И. П.Щеблыкин. Архитектурно-строителные остатки Кабалы. AMEA-nın Tarix İnstitutunun elmi arxivi, Bakı, 1944, inv № 1505, səh 21
- Ə. V. Salamzadə — Əcəmi Əbubəkr oğlu və Naxçıvan memarlıq abidələri, Bakı, 1976
- А. А. Алескерзаде – Надписи архитектурных памятников эпохи Низами, в. кн. Архитектура Азербайджана. Эпоха Низами, Москва – Баку, 1947
- K. M. Məmmədzadə – Azərbaycanda inşaat texnikası, Bakı, Elm, 1978, səh 52 – 53
- С. М. Ваидов – Хаега на реке Алинджа-чай, в. кн. Архитектура Азербайджана. Эпоха Низами, Москва – Баку, 1947
- K. M. Məmmədzadə – Azərbaycanda inşaat texnikası, Bakı, Elm, 1978, səh 54
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Elincecay xanegahi Culfa rayonunun Xanegah kendinde Elincecayin sahilinde yerlesen Orta esrlere aid tarixi memarliq kompleksi Kompleksden dovrumuze Neimi turbesi mescid namelum abidenin sutunlari ve basqa bir tikilinin xarabaliqlari qalmisdir Elincecay xanegahi39 11 24 sm e 45 42 23 s u Olke AzerbaycanSeher CulfaYerlesir XanegahAidiyyati SufilikMemar CemaleddinUslubu Naxcivan memarliq mektebiVeziyyeti Fealiyyet gosterirAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 410EhemiyyetiOlke ehemiyyetliElincecay xanegahiTurbenin plani Vikianbarda elaqeli mediafayllarHaqqindaElincecay xanegah kompleksinin esasini emir isfehsa boyuk alim Uluq Qutluq Lala beyin tikdirdiyi kvadratsekilli turbe teskil edir Turbenin kitabesinde memarin adi Memar Cemaleddin qalmis lakin insa tarixini gosteren hisse dagildigindan ne vaxt tikildiyini deqiq mueyyenlesdirmek mumkun olmamisdir Uslub xususiyyetletine gore turbenin XII esrin sonu XIII esrin evvellerinde insa edildiyi ehtimal olunur Turbenin yuxari kunclerindeki irihecmli tromp memarliqda konus hisse tagvari konstruksiya qursagi onun daxiline arxaik gorunus verir Tromplar sekkizbucaqlidir Onlarin stalaktit qurulusu ise onaltibucaqliya kecid teskil edir ki bu da cadirvari gunbezin oturacagini emele getirir Xanegahin giris qapisinin her iki terefinde serti olaraq mehrab adlandirilan duzbucaqli pannolar gecden oyulmus qabariq naxislar ve dini mezmunlu kitabelerle bezedilmisdir Bunlar dunya memarligi tarixinde gec uzerinde plastik oymanin en gozel numunelerindendir Turbenin giris bastaginin memarliq elementleri Momine Xatun turbesinin ayrintilarina oxsayir Onun insasinda kerpicle yanasi firuzeyi kasidan da istifade olunmusdur Turbenin bastagina bitisik tikilmis mescid iki dayaqla alti hisseye bolunmus ve her hisse de gunbezle ortulmusdur Mescidin kitabesinde onun hicri 901 ci ilde miladi 1496 namelum qadinin sifarisi ile tikildiyi gosterilir TarixiAbidenin kitabesinin son hissesi ovulub tokulduyu ucun onun insa tarixini deqiq teyin etmek mumkun olmamisdir Ancaq memarliq konstruktiv qurulusuna gore onun XII XIII esrlere aid oldugu ehtimal olunur Turbenin icerisinde bir qebir vardir Ancaq qebrin ustunde kitabe olmadigi ucun orada kimin defn edildiyi melum deyidir Yerli ehalinin fikrince hurufilik teliminin banisi Fezlullah Neimi 1394 cu ilde Elince qalasinda facieli sekilde edam edildikden sonra muridleri onun cenazesini getirib burada defn etmisler Mehz buna gore de Xanegah kompleksine yerli ehali arasinda verilen ad Seyx Xorasan turbesi tedqiqatcilar terefinden Neiminin leqeblerinden biri olan Seyx Xurasa Gunese oxsar nurani seyx ve ya Neiminin tehsil alib kamillesdiyi yerin Xorasan olmasi ile elaqedar ona verilen leqeblerden birinin Xorasanli seyx ve ya Xorasan seyxi olmasi ile elaqelendirilir Turbenin cenubunda ona bitisik insa edilmis turbe mescid Xanegahda fealiyyet gosteren sufi teriqetinin rehberlerinden biri olan Seyx Haci Lele Meliyin xatiresine hicri 901 ci ilde miladi 1496 Xond Bike xatin terefinden insa edilmisdir Orta esrlerde sufi seyxleri aileleri ile birlikde xanegahlarda yasayir vefat etdikden sonra xanegahin yaninda defn olunurdular Seyx Haci Lele Melik de Xanegaha rehberlik ederek orada yasamis vefat etdikden sonra oz xanegahinin yaninda defn olunmus ve qebrin ustunde Xond Bike xatin ehtimal ki seyxin arvadi olmusdur turbe mescid insa etdirmisdir Xond Bike xatin vefat etdikden sonra ozu de xanegahin yaninda defn edilmisdir Ona mexsus senduqe tipli xatire abidesi hazirda Xanegahin yaninda qalmaqdadir Xanegahin etrafinda berpa isleri aparilarken torpagin altindan 1444 1445 1491 1492 ve 1493 cu illere aid mezar kitabeleri askar olunmusdur Xanegah uzun muddet orada fealiyyet gosteren dervislerin yasayis ibadet ve zikr yeri olmusdur Epiqrafik delillerden aydin olur ki Xanegah XVIII esrde de fealiyyet gostermis ve onun uzvleri buradan oz ideyalarini etraf bolgelere yaymislar Memarliq xususiyyetleriElincecay xanegahinda gec islemeli mehrab Xanegah Elince qalasinin yaxinliginda kicik bir meydanda yerlesir Divarlari aciq qehveyi rengde kerpicden horulmusdur Birinci meqberenin yuxari hissesinin plani sekkizbucaqlidir Meqberenin yuxari hissesi hundurluyu boyunca iki hisseye bolunur Yuxari hisse asagi hisseye nisbeten xeyli kicik olub bucaq altinda yerlesir Meqberenin sekkiztilli ortuyu onun daxili gunbezinin ustunde qurulmusdur Meqbere qurulusuna gore kvadrata benzeyir Tereflerin uzunlugu orta hesabla 5 metre beraberdir Kvadrat formadan gunbeze kecid kunclerde duzeldilmis uccergeli stalktitli tromplar vasitesile yerine yetirilmisdir Tromplar sekkizbucaqliya kecid emele getirir sonra stalaktitlerin yuxari cergesini teskil eden dekorativ asirimlar onaltibucaqliya kecmeye imkan verir ve o da oz novbesinde gunbezin cevresine kecir Giris qapisinin her iki terefindeki relyefli mehrab oz gozelliyi ile diqqeti celb edir Islenme texnikasina gore senet numuneleri ile onu Orta Asiya ve Cenubi Azerbaycanin gec uzerinde islenmis en yaxsi senet numuneleri ile muqayise edirler Interyerin sade fonunda giris qapisini cerciveye almis iki pannonun mohtesem relyef oymalari nezere carpir Onlarin kompozisiya helli cox sadedir dabanlari ile alcaq yarimsutunlarin kapitellerine soykenen oxvari tag onun merkezini teskil edir Tag uzerinde bitki resmleri olan bir nece zolaqlarla cerciveye alinmisdir Pannonun butun elementlerini ehate eden ornamental kompozisiya plastikasi yapaganliq memarliq formalarinin aydin cizgilerini butunlukle calarlandirmaqdir Pannonun ornamentleri elece de bastagin ustunde yerlesen kitabenin poliqrafiya xususiyyetleri turbeni XII esrin sonu XIII esrin evvellerine aid etmeye imkan verir Ucsetirlik kitabenin dovrumuze qalan hissesinde turbeni ucaltdiran emirin adi ve tutulu hemcinin onu tiken ustanin adi qeyd olunmusdur Bu binani tiken memar Xoca hormetli ve eziz Camal el din XV esrde birinci meqberenin portali yaxinliginda ikinci bir meqbere tikilmisdir Caydasindan ve kobud yonulmus dasdan horulmus ara sira kerpicle mohkemlendirilmis bu tikinti tamamlanmis butov bir bina tesevvuru yaradir Onun daxili hissesi iki sutunla alti hisseye bolunur Hisselerin her birinin ustu kerpic gunbezlerle ortulmusdur Gunbezlere kecid teskil eden yelken formali horgu de kerpicdendir Cenub terefin divarindaki mehrab duzgun olmayan yarimdairevi formadadir Alt hissesindeki yazida binanin insa olunma tarixi 1495 ci il olaraq qeyd olunmusdur Meqberenin insasinda iki insaat materialindan istifade olunmusdur binanin sethi dasdan daxili ise kerpicden horulmusdur Sonradan dagilmamasi ucun hemin hisseye dasdan uzluk cekilmisdir Uzluk bismis aciq rengli kerpic plitelerden istifade olunaraq cekilmisdir Onun kubvari temelinde kicik ve boyuk olculerde sekkizvechli baraban boyun yerlesir Turbenin kicik hecmini mueyyen bucaq altinda donderilmis ve kurevi formada olan gunbez qapayir Bu gunbez ikiqat ortuyun daxili qapanagidir Dovrumuze qeder qalmayan xarici ortuk ehtimal ki cadir formasinda olmusdur IstinadlarI P Sheblykin Arhitekturno stroitelnye ostatki Kabaly AMEA nin Tarix Institutunun elmi arxivi Baki 1944 inv 1505 seh 21 E V Salamzade Ecemi Ebubekr oglu ve Naxcivan memarliq abideleri Baki 1976 A A Aleskerzade Nadpisi arhitekturnyh pamyatnikov epohi Nizami v kn Arhitektura Azerbajdzhana Epoha Nizami Moskva Baku 1947 K M Memmedzade Azerbaycanda insaat texnikasi Baki Elm 1978 seh 52 53 S M Vaidov Haega na reke Alindzha chaj v kn Arhitektura Azerbajdzhana Epoha Nizami Moskva Baku 1947 K M Memmedzade Azerbaycanda insaat texnikasi Baki Elm 1978 seh 54Hemcinin bax