Bu məqaləni lazımdır. |
I Orxan, Orxan Bəy və ya Orxan Qazi (osman. اورخان بك, türk. Orhan Gazi, I Orhan, Orhan Bey; 6 fevral 1281, Söğüt, Biləcik ili – mart 1362, Bursa) — Osmanlı İmperiyasının ikinci sultanı. Osmanlı İmperiyasının qurucusu I Osmanın oğlu. I Osmanın vəfat etməsindən sonra Orxan 1326-cı ildə bəyliyə sahib olmuşdur. I Orxan hakimiyyətə gələn zaman dövlətin əraziləri 16.000 km² təşkil edirdi. I Orxan hakimiyyəti ərzində imperiyanın ərazilərini 95.000 km² qədər genişləndirə bilmişdi.
Orxan Qazi | |
---|---|
Orhan Gazi | |
Osmanlı İmperiyasının 2-ci hökmdarı | |
1326 – 1362 (ləqəbi: Şücaəddin,Seyfəddin,İxtiyarəddin) | |
Əvvəlki | I Osman |
Sonrakı | I Murad |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 fevral 1281 |
Doğum yeri | |
Vəfat tarixi | mart 1362 (81 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | Bəy |
Atası | I Osman |
Anası | Malhun Xatun |
Həyat yoldaşları | Asporça Xatun Nilufər Xatun Əftandisə Xatun |
Uşaqları | Şahzadə Süleyman Qazi( 1316 – 1357 ) I Murad (1326-1389) Şahzadə İbrahim Şahzadə Qasım Şahzadə Eyyub Fatma Xatun |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Bəy olmadan öncəki həyatı və bəy olmağı
Doğum tarixi 1281-ci il olaraq göstərilsə də, bu tarixi 1274, 1279, 1287 olaraq da göstərən mənbələr də mövcuddur. Osmanoğullarının ən uzunömürlüsü hesab olunan Orxan bəyin uşaqlığı və gəncliyi haqqında məlumat yoxdur. Necə boya başa çatdığı, necə təhsil aldığı, hətta təhsili olub-olmaması bilinmir. Osmanlı tarixində adı ilk dəfə 1298-ci ildə Nilufər xatunla(Yarhisar hakiminin qızı Holofira) evlənməsi haqqında məlumatda keçib. 1300-cü ildə Körpühisarın fəthində iştirak etmişdir və Qaracahisar ona ucbəyliyi kimi verilmişdir. Osman bəy oğluna əmir-i kəbir(bəylərbəyi) rütbəsi verərək onu kiçik bəylik ordusunun komandanı etmişdir və bundan sonra Orxan bəy atasının yürüşlərində iştirak etmişdir.
Bəyliyə atasının sağlığında yoxsa ölümündən sonra rəhbərlik etməsi mübahisəlidir.
Bizans tarixçisi Laonikos Chalkokondyles mənbə göstərmədən Orxan bəyin atasının ölümündən sonra Uludağa çəkilərək ordu toplayıb qardaşlarını məğlub elədiyini yazmışdır.
İlk Osmanlı tarixçilərindən olan İbni Kamal Orxan bəyin əxi liderlərinin qərarı ilə bəy olduğunu qeyd edərək yazmışdır: "Ru'us-i hadem və vücuh, Uluğ oğlu Orxanı rəyasətə layiq gördülər".
Aşıkpaşazadə, Oruc bəy və Nəsri kimi ilk Osmanlı tarixçilərinin ənənəvi qəbul olunan deyişinə görə bəyliyin önəmli adamları, Osman bəyin övladları Osman bəyin ölümündən sonra yığıncaq təşkil eləmişdir. Bu yığıncaqda Orxan bəy qardaşı Əlaəddin bəyin rəhbərlik etməsini istəmişdir, lakin Əlaəddin bəy bunu qəbul etməmişdir və qardaşı Orxan bəyi taxta layiq gördüyünü ifadə etmişdir. Beləcə Orxan bəy taxta keçmişdir.
Osmanlıda ilk mülkiyyət sənədini(Sakaryadakı Akova bölgəsinin Çalıca və Şehlər kəndlərinin mülkiyyəti) Orxan Qazi 1301-ci ildə Şeyx İzzəddin İsmayıla vermişdir.
Adına kəsdirdiyi ilk Osmanlı axçası Rəbiüləvvəl 724(Fevral 1324) tarixini göstərir və Orxan bəyin ən geci bu tarixdə hakimiyyətə keçməsinə sübutdur.
Orxan Qazi bəy olduqdan sonra ona "Şücaəddin", "Seyfəddin", "İxtiyarəddin" təxəllüsləri verilmişdir. Orxan Qazi adına tuğra(imza) çəkilən ilk Osmanlı hökmdarıdır.
Anadoluda etdiyi fəthlər
Orxan Qazinin bəylik dönəminin ilk illəri Anadoluda etdiyi fəthlərlə keçmişdir. Bəyliyi dövründə digər Anadolu bəyləri kimi Elxanilər dövlətinə illik vergi ödəmişdir. Digər tərəfdən isə Bizans torpaqlarına etdiyi axınlar və fəthlər nəticəsində Osmanlı bəyliyi daha da güclənmişdir.
Orxan bəy 1321-ci ildə Mudaniyanı fəth edərək bəyliyin sərhədlərini Mərmərə dənizinə qədər genişləndirmişdir. 1323-cü ildə Gəbzədə öz adına məscid tikdirmişdir. 1321-ci ildən 1326-cı ilə qədər Orxan Qazinin sərkərdələri Qonur Alp Qara dənizin qərbinə, Ağca Qoca İzmit ətrafına, Əbdürrəhman Qazi Yalova ətrafına axınlar edərək Yalova, Ağyazı, Mudurnu, Bazaryeri, Sapanca, Kandıra və Samandranı fəth etmişlər.
1326-cı ildən hədəf yenidən illərdir ki, mühasirə altında olan və bölgənin ən böyük şəhəri sayılan Bursaya çevrilmişdir. İlk öncə Orxaneli(o dövrdə Atarnos) qalası tutularaq dağıdılmışdır. Sonra Bursa qalasını mühasirəyə almaq məqsədi ilə Pınarbaşında qərərgah qurulmuşdur. Buna baxmayaraq İslamı qəbul edərək Osmanlı tərəfinə keçmiş Mihal Qazinin diplomatik siyasəti nəticəsində qala döyüşsüz alınmışdır. Bir mənbədə Bursa şəhərinin tutulması kimi 6 aprel 1326-cı il tarixi göstərilmişdir. Buna baxmayaraq bu dövrə aid Bursa şəhərində zərb olunan axçalar daha öncəki tarixləri göstərir. Əsasən Osmanlı tarixçiləri Bursa fəth olunandan sonra şəhərin dövlətin paytaxtı olduğunu qeyd edirlər.
Sonrakı illərdə Orxan Qazi sərkərdələri ilə Kocaelinə axınlar etmişdir, Qartal və Aydos qalaları fəth olunmuşdur.
1329-cu ilin may ayında Bizans İmperatoru III Andronik və yaxın adamı Yannis 2000 nəfər muzdlu əsgərlə dəstəklənmiş Bizans ordusu ilə Kocaeli istiqamətində hücuma keçmişdir. İzmiti mühasirəyə alan Orxan Qazi Darıca istiqamətindən irəliləyərək Bizans ordusu ilə qarşı-qarşıya gəlmişdir. 11 iyun 1329-cu ildə iki ordu Maltəpədə(Palekanon) döyüşmüşdür. Bizans ordusu bu döyüşdə ağır məğlubiyyətə uğramışdır və III Andronik yaralanaraq qaçmışdır. Beləliklə III Andronikin Anadolu torpaqlarını geri alma planı iflasa uğramışdır və ondan sonra buna cəhd olunmamışdır.
Orxan Qazi qazandığı bu zəfərdən sonra 2 mart 1331-ci ildə Bizansın önəmli şəhəri olan Nikeyanı müqavimətsiz fəth etmişdir. Şəhərin adı dəyişdirilərək İznik adlandırılmışdır. Orxan bəy və yaxın adamlarının fəaliyyəti nəticəsində İznik şəhəri Osmanlı mədəniyyətindən təsirlərənək bir İslam şəhərinə çevrilmişdir.
Eyni zamanda Qara Teymurdaş paşa Osmanlı sərhədlərini Mərmərə dənizinin Gəmlik və Armudlu sahillərinə qədər genişləndirmişdir. Daha sonra 6 ildir mühasirə altında olan Nikomediya şəhəri 1337-ci ildə müdafiəsiz hala gəlmişdir. Sonuncu Bizans hakiminin şəhəri tərk etməsindən sonra şəhər Osmanlı ordusu tərəfindən fəth edilərək İzmit olaraq adlandırılmışdır və idarəsi Süleyman paşaya verilmişdir.
Bundan sonra III Andronik 1333-cü ildə Orxan Qaziyə sülh təklif etmişdir. İldə 12000 Bizans qızılı qarşılığında Bizans sahib olduğu torpaqlara hücum olunmamasını istəmişdir. Bundan sonra Orxan Qazinin Anadoluda Bizansdan fəth edə biləcəyi önəmli bir ərazi qalmadı.
Bundan sonra Orxan Qazi 1340-cı illərdə Anadolu bəyliklərinin fəthinə başlamışdır.
İlk öncə Orxan bəy 1342-ci ildə Karəsi bəyliyində Ulubad, Qaracabəy, Mustafakamalpaşa(Kırmastı) qalalarını fəth etmişdir. Bundan sonra 1345-ci ildə Karəsiyə yürüş təşkil etmişdir. Beləliklə Karəsi bəyliyinə aid torpaqlar Orxan bəy tərəfindən ələ keçirilmişdir.
Daha sonra Mərkəzi Anadoluya axınlar başlamışdır. Bu axınlar 1354-cü ildə Gərənin və Osmanlılara ilk illərindən bəri dəstək verən əxilərin mərkəzi Ankara qalalarının Orxan bəy tərəfindən fəth olunması ilə yekunlaşdırılmışdır.
Rumelinə keçiş
Orxan Gazi hökmdarlığının son illərində yeni bir strategiya həyata keçirməyə başlamışdır. Belə ki, Osmanlı orduları Bizansa kömək etmək adı ilə mərhələ-mərhələ Rumelinə keçmişdir. Beləliklə Osmanlının Avropada irəliləməsinin əsası qoyulmuşdur.
Orxan bəyin Bizansa yardım etməyi üsyan nəticəsində taxta keçən VI Yannislə qurulan yaxın əlaqələrlə başlamışdır. 1344-cü ildə Bizans imperatoru çətin vəziyyətə düşdü. Belə ki, Selanik hakimi vəziyyətə nəzarəti itirmiş və Zealot olaraq bilinən bir qrup idarəni ələ keçirtmişdir. Serb kralı IV Stepan Bizansın əleyhinə getmiş və bütün Makedoniyanı zəbt etmək üçün Serez qalasını mühasirəyə almışdır. Onun Anadoluda müttəfiqi olan Aydınoğlu Umur bəyin qurduğu donanma Papanın müttəfiqlərinin donanmasına İzmirdə məğlub olmuşdur və İzmir Papanın müttəfiqləri tərəfindən işğal olunmuşdur. Saruhan bəyliyi kömək göndərə bilərdi, amma bu köməyin həm Selanik, həm də Serb kralı qarşısında yetərsiz olduğu məlum idi. Bu səbəbdən 1345-ci ildə VI Yannis Orxan bəylə yaxın münasibətlər qurmaq üçün danışıqlara başlamışdır. İmperator həm də tarixçi idi və bu danışıqlara o öz kitabında bir bölmə ayırmışdı. Onun yazdığına görə özü türkcə öyrənmişdi, iki hökmdar bir-biri ilə yaxın əlaqələr qurmuşdu. Orxan bəylə şəxsən görüşdükdə o, üç qızını da Orxan bəylə tanış etmişdir. İkinci qızı olan Feodora Orxan bəylə evlənmək üçün razılaşmışdır. 1346-cı ildə Orxan bəyi və adamlarını toyun keçirildiyi Silivriyə 30 gəmilik Bizans donanması gətirmişdir. Üç gün davam edən mərasimin ardından yenidən onları geriyə aparmışlar. Növbəti il Orxan bəy yeni həyat yoldaşı Feodora ilə Üsküdarda imperatorla görüşmüşdür.
1350-ci ildə Zeolotları məğlub etmək üçün hərəkətə keçən VI Yannis Orxan bəydən ordusuna dəstək olmaq üçün atlı birliklər istəmişdir. Osmanlıların atlı birlikləri ilə dəstək göstərdiyi sayı 20000-ə çatan ordu ilə Bizans ordusu VI Yannisin oğlunun komandanlığı ilə Selanikə hücuma başlamışdır. Yolda Orxan bəyin atlı birlikləri Anadoluya qayıtmağa məcbur olmuşdur. Osmanlı birliklərinin qayıtmağı ilə gücü azalan Matthaios(VI Yannisin oğlu) Selanik yaxınlarındakı türk əsilli dəniz quldurlarının muzdlu kimi ona kömək etməsindən sonra Selanikə daxil olmağı bacarmışdır.
1352-ci ildə VI Yannislə imperatorluğu bölüşdüyü V Yannis arasında qarşıdurma baş verdi. V Yannis Adrianopolun (Ədirnə) hakimi olan Matthaiosa serblərdən aldığı köməklə hücuma keçərək, şəhərin idarəsini ələ keçirtmişdi. Konstantinopolda olan VI Yannis kömək üçün Orxan bəyə müraciət etmişdir. Orxan bəy oğlu Süleyman paşanın komandanlığında böyük bir Osmanlı birliyini VI Yannisə köməyə göndərmişdir. Osmanlı dəstəyi ilə VI Yannis Adrianopol istiqamətində hərəkətə keçərək, şəhəri azad etmişdir. Eyni ordu bir neçə aydan sonra bulqar-serb birləşmiş ordusunu donmuş Meriç çayının sahilində məğlub edərək, məhv etmişdir.
Bəzi türk tarixçilərinin fikrincə bu uğurun nəticəsində 1353-cü ildə Çimpe qalası qərərgah kimi Süleyman paşaya verilmişdir. Süleyman paşa bura və ətraf ərazilərə əsgərlərinin ailələrini və köçəri türkmənləri köçürməyə başlamışdır. Bu qala Osmanlının Avropada ilk dayaq nöqtəsi olmuşdur. Bunun qarşısını almaq üçün VI Yannis 10000 qızıl pul təzminatı qarşılığında qalanı geri almaq istəmiş və bunu müzakirə etmək üçün Orxan bəylə şəxsən görüşmək istəmişdir. Qoca və xəstə olmasını bildirən Orxan bəy bu görüşmədən imtina etmişdir.
Başqa bir mənbəyə görə 2 mart 1354-cü ildə Trakiyada şiddətli zəlzələ olmuşdur, qar və fırtına vəziyyəti daha da çətinləşdirmişdir. Bu hadisədən sonra Gelibolu şəhəri darmadağın olmuş, əhali tərəfindən tərk edilmişdir. Süleyman paşa və ordusu Çanaqqala (Dardanel boğazı) boğazını keçərək özü ilə birlikdə gətirdiyi köçəri türkmənləri boş qalmış Gelibolunda məskunlaşdırmışdır. Bir müddət sonra Gelibolu bərpa olunaraq, yenidən inşa olunmuşdur və əhalisi tamamilə türklərdən ibarət olmuşdur. Bizans imperatoru rəsmən Süleyman paşadan Geliboluya yerləşdirdiyi türklərlə birlikdə oranı tərk etməsini istəmişdir, amma Süleyman paşa türklərin bura Allahın niyəti ilə gəldiyini, şəhərin tərk edilmiş olduğunu, heç kimin evinin zorla alınmadığını və şəhəri tərk etməyin Allahın niyətinə qarşı olduğunu bildirmişdir. İmperator şəhərin tərk edilmə xərclərini qarşılayacağını və təzminat ödəyəcəyini bildirsə də Süleyman paşa fikrini dəyişməmişdir. Bizans imperatoru Süleyman paşanı Orxan bəyə şikayət etmişdir. Orxan bəy bu mövzuda İzmitdə imperatorla görüşə biləcəyini bildirmişdir, lakin sonradan xəstə olduğunu bildirib görüşə getməmişdir. Bunun fəlakət olduğunu anlayan imperator ümidsizliyə qapılmışdır.
Bu problem öz həllini tapmadan VI Yannis imperatorluğu bölüşdüyü V Yannislə açıq mübarizəyə başlamışdır. O, V Yannisi məğlub edərək Tenedosa(Bozcaada) sürgünə yollamışdır, amma oradan venesiyalıların köməyi ilə qaçan V Yannis Konstantinopola gələrək hakimiyyəti yenidən ələ keçirmişdir. V Yannis VI Yannis ilə razılığa gələrək, yenidən imperatorluq vəzifəsini bölüşdürdülər. Bundan sonra ağır stresə düşən VI Yannis 4 dekabr 1354-cü ildə taxtdan öz istəyi ilə çəkilmişdir və bir monastrda keşiş olmuşdur.
Geliboluda möhkəmlənəndən sonra Osmanlı Trakiyada yerləşən Bizans şəhərlərini bir-bir zəbt etməyə başlamışdır. 1354-cü ildə Bolayr, Keşar, Rodoscuq(Təkirdağ) fəth edilmişdir. Köçürmə siyasəti həyata keçirilərək, fəth edilən torpaqlara Anadoludan türklər köçürülmüşdür. 1356-cı ildə Osmanlı ordusu Çorluya qədər irəlilədi.
Rumelindəki Osmanlı torpaqlarının bəylərbəyi olan Süleyman paşa Çorlu ətrafında ov vaxtı atından yıxılaraq ölmüşdür(1357). Süleyman paşanın ölümündən sonra Orxan bəyin oğlu və taxtın vəliəhdi Murad bəy 1359–1362-ci illər arasında Rumelindəki orduya komandanlıq etməyə başlamışdır. Osmanlı ordusu 1361-ci ildə Dimotekanı zəbt edir. 1362-ci ildə Orxan bəy vəfat edəndə artıq Osmanlı orduları Adrianopola (Ədirnə) çatmışdı və həmin il şəhər ələ keçirildi.
Yenilikləri və islahatları
Dövlət idarəsində
Orxan bəy Osmanlı bəyliyini yeni qanunlar və islahatlar həyata keçirərək dövlətə çevirmişdir. Onun vaxtında ilk dəfə vəzirlik təşkilatı qurulmuşdur. İlk dəfə qazı və subaşı vəzifəsinə təyinetmələr onun vaxtında həyata keçirilmişdir. Sancaqlara (bölgə) qazılar təyin olunmuşdur. Divan təşkilatı, vəqf sistemi və ədliyyə təşkilatı qurulmuşdur.
Hərbi idarədə
Ordunu piyada və müsəlləm birliklərindən təşkil olunmaqla ilk dəfə nizami şəkildə yenidən qurmuşdur. Donanma yaradılmağa başlamışdır.
Şəxsiyyəti və fiziki xüsusiyyətləri
Orxan Qazi göygöz, sarışın, iri bədən quruluşuna sahibdi. Qulağında qara xal vardı. Xalq tərəfindən sevilən biri idi. Tez-tez insanların arasına qarışaraq onların dərdlərinə qulaq asardı. Davranışları tarazlı və qərarlı idi. Hər zaman ehtiyatlı olardı və əxlaqlı biri idi.
Son illəri və ölümü
Orxan Qazi son illərini hakimiyyəti oğlu Murada tapşıraraq Bursada keçirtmişdir. Ölüm səbəbi və ili mövzusu tarixçilər arasında mübahisəlidir. Dövrün tarixçisi olan Aşıkpaşazadə Orxan bəyin Süleyman bəylə eyni ildə vəfat etdiyini yazmışdır. Bəzi tarixçilər isə 1360-cı ildə 79 yaşında olarkən vəfat etdiyini yazmışdır. 1362-ci ildə vəfat etdiyini yazan tarixçilər də vardır.
Orxan bəy Bursada atasının dəfn olunduğu türbədə dəfn olunmuşdur.
Ailəsi
Həyat yoldaşları
- Asporça Xatun – Bizans İmperatoru qızı, Şahzadə İbrahim və Fatma Xatunun anası.
- Holofira (Nilufər Xatun) – Yarhisar hakiminin qızı, I Murad, Şahzadə Qasımın anası.
- Feodora Kantakouzene – Bizans İmperatoru qızı, Şahzadə Xəlilin anası.
- Eftandise Xatun – Mahmud Alpın qızı.
Oğlan uşaqları
- Süleyman Qazi
- Murad
- İbrahim
- Xəlil
- Qasım
- Eyyub
Qız uşaqları
- Fatma Xatun
Qalereya
- Orxan Qazi.
- Orxan Qazinin istifadə etdiyi ilk tuğra(imza)
- Orxan Qazinin hakimiyyəti illərində ölkənin torpaqlarının genişlənməsi.
- Orxan Qazinin Bursadakı türbəsi
İstinadlar
- Sakaoğlu, Necdet, "Orhan" (1999) Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul:Yapi Kredi Kültür Sanat Yayıncılık A. Ş. C.2 s.386–389
- Sakaoğlu, Necdet (1999), Bu Mülkün Sultanları;, İstanbul:Oğlak Yayınları . səhifə 33
- Uzunçarşılı, İsmail Hakkı (1945), "Gazi Orhan Beyin hükümdar olduğu tarih ve ilk sikkesi", Belleten C. VIII, səhifə 207–211
- Buna baxmayaraq dövrün tarixçisi Aşıkpaşazadə Bursanın Bəy sancağı olaraq təşkilatlanıb oğlu Murad bəyə verildiyini yazır. Derviş Ahmed Aşıki (haz. Cemil Çiftçi), (2008) Aşık Paşazade Tarihi, İstanbul:Mostar Yayinlari ISBN 978-605-101-018–2.
- Mirmiroglu, V. (1949), "Orhan Bey ile Bizans İmparatoru III. Andrinikos arasindaki Pelekanon Muharebesi", Belleten C.13 say.309–320
- İnalcık, Halil (2009) "Osmanlı Sultanı Orhan (1324–1362) Avrupa'da Yerleşme" TTK Belleten Cilt LXXIII Sayı 226. aprel 2009, səhifə.77
- Norwich, John Julius (1995) Byzantium: the Decline and Fall (Bizans: Gerileme ve Çöküş), Penguin:Londra. (İngiliscə). səhifə 302
- Aktepe, M. Münir (1950) "Osmanlıların Rumelide ilk fetihleri: Çimpe kalesi", Tarix jurnalı, C.2 səhifə 283–307
- "T.C. Kültür ve Turizm Bakanlığı Sitesi/E-kitap". 2007-09-03 tarixində . İstifadə tarixi: 2014-07-11.
- Derviş Ahmed Aşıki (haz. Cemil Çiftçi), (2008) Aşık Paşazade Tarihi, İstanbul:Mostar Yayinlari ISBN 978-605-101-018–2.
- Sakaoğlu, Necdet (1999), Bu mülkün sultanları, İstanbul: Oğlak yayınları , səhifə 52–62
Xarici keçidlər
- Orhan Gazi hakkında geniş bilgi [ölü keçid] (türk.)
I Orxan Doğum: 1281 Vəfat: 1362 | ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri I Osman | Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı 1324-1362 | Xələfləri I Murad |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Vikipediyada bu adli diger sexsler haqqinda da meqaleler var bax Orxan I Orxan Orxan Bey ve ya Orxan Qazi osman اورخان بك turk Orhan Gazi I Orhan Orhan Bey 6 fevral 1281 Sogut Bilecik ili mart 1362 Bursa Osmanli Imperiyasinin ikinci sultani Osmanli Imperiyasinin qurucusu I Osmanin oglu I Osmanin vefat etmesinden sonra Orxan 1326 ci ilde beyliye sahib olmusdur I Orxan hakimiyyete gelen zaman dovletin erazileri 16 000 km teskil edirdi I Orxan hakimiyyeti erzinde imperiyanin erazilerini 95 000 km qeder genislendire bilmisdi Orxan QaziOrhan GaziOsmanli Imperiyasinin 2 ci hokmdari1326 1362 leqebi Sucaeddin Seyfeddin Ixtiyareddin EvvelkiI OsmanSonrakiI MuradSexsi melumatlarDogum tarixi 6 fevral 1281Dogum yeri Sogut Bilecik ili TurkiyeVefat tarixi mart 1362 81 yasinda Vefat yeri Bursa Osmanli imperiyasiDefn yeri BursaFealiyyeti BeyAtasi I OsmanAnasi Malhun XatunHeyat yoldaslari Asporca Xatun Nilufer Xatun Eftandise XatunUsaqlari Sahzade Suleyman Qazi 1316 1357 I Murad 1326 1389 Sahzade Ibrahim Sahzade Qasim Sahzade Eyyub Fatma XatunAilesi Osmanli xanedaniDini Sunni Islam Vikianbarda elaqeli mediafayllarBey olmadan onceki heyati ve bey olmagiDogum tarixi 1281 ci il olaraq gosterilse de bu tarixi 1274 1279 1287 olaraq da gosteren menbeler de movcuddur Osmanogullarinin en uzunomurlusu hesab olunan Orxan beyin usaqligi ve gencliyi haqqinda melumat yoxdur Nece boya basa catdigi nece tehsil aldigi hetta tehsili olub olmamasi bilinmir Osmanli tarixinde adi ilk defe 1298 ci ilde Nilufer xatunla Yarhisar hakiminin qizi Holofira evlenmesi haqqinda melumatda kecib 1300 cu ilde Korpuhisarin fethinde istirak etmisdir ve Qaracahisar ona ucbeyliyi kimi verilmisdir Osman bey ogluna emir i kebir beylerbeyi rutbesi vererek onu kicik beylik ordusunun komandani etmisdir ve bundan sonra Orxan bey atasinin yuruslerinde istirak etmisdir Beyliye atasinin sagliginda yoxsa olumunden sonra rehberlik etmesi mubahiselidir Bizans tarixcisi Laonikos Chalkokondyles menbe gostermeden Orxan beyin atasinin olumunden sonra Uludaga cekilerek ordu toplayib qardaslarini meglub elediyini yazmisdir Ilk Osmanli tarixcilerinden olan Ibni Kamal Orxan beyin exi liderlerinin qerari ile bey oldugunu qeyd ederek yazmisdir Ru us i hadem ve vucuh Ulug oglu Orxani reyasete layiq gorduler Asikpasazade Oruc bey ve Nesri kimi ilk Osmanli tarixcilerinin enenevi qebul olunan deyisine gore beyliyin onemli adamlari Osman beyin ovladlari Osman beyin olumunden sonra yigincaq teskil elemisdir Bu yigincaqda Orxan bey qardasi Elaeddin beyin rehberlik etmesini istemisdir lakin Elaeddin bey bunu qebul etmemisdir ve qardasi Orxan beyi taxta layiq gorduyunu ifade etmisdir Belece Orxan bey taxta kecmisdir Osmanlida ilk mulkiyyet senedini Sakaryadaki Akova bolgesinin Calica ve Sehler kendlerinin mulkiyyeti Orxan Qazi 1301 ci ilde Seyx Izzeddin Ismayila vermisdir Adina kesdirdiyi ilk Osmanli axcasi Rebiulevvel 724 Fevral 1324 tarixini gosterir ve Orxan beyin en geci bu tarixde hakimiyyete kecmesine subutdur Orxan Qazi bey olduqdan sonra ona Sucaeddin Seyfeddin Ixtiyareddin texellusleri verilmisdir Orxan Qazi adina tugra imza cekilen ilk Osmanli hokmdaridir Anadoluda etdiyi fethlerOrxan Qazinin beylik doneminin ilk illeri Anadoluda etdiyi fethlerle kecmisdir Beyliyi dovrunde diger Anadolu beyleri kimi Elxaniler dovletine illik vergi odemisdir Diger terefden ise Bizans torpaqlarina etdiyi axinlar ve fethler neticesinde Osmanli beyliyi daha da guclenmisdir Orxan bey 1321 ci ilde Mudaniyani feth ederek beyliyin serhedlerini Mermere denizine qeder genislendirmisdir 1323 cu ilde Gebzede oz adina mescid tikdirmisdir 1321 ci ilden 1326 ci ile qeder Orxan Qazinin serkerdeleri Qonur Alp Qara denizin qerbine Agca Qoca Izmit etrafina Ebdurrehman Qazi Yalova etrafina axinlar ederek Yalova Agyazi Mudurnu Bazaryeri Sapanca Kandira ve Samandrani feth etmisler 1326 ci ilden hedef yeniden illerdir ki muhasire altinda olan ve bolgenin en boyuk seheri sayilan Bursaya cevrilmisdir Ilk once Orxaneli o dovrde Atarnos qalasi tutularaq dagidilmisdir Sonra Bursa qalasini muhasireye almaq meqsedi ile Pinarbasinda qerergah qurulmusdur Buna baxmayaraq Islami qebul ederek Osmanli terefine kecmis Mihal Qazinin diplomatik siyaseti neticesinde qala doyussuz alinmisdir Bir menbede Bursa seherinin tutulmasi kimi 6 aprel 1326 ci il tarixi gosterilmisdir Buna baxmayaraq bu dovre aid Bursa seherinde zerb olunan axcalar daha onceki tarixleri gosterir Esasen Osmanli tarixcileri Bursa feth olunandan sonra seherin dovletin paytaxti oldugunu qeyd edirler Sonraki illerde Orxan Qazi serkerdeleri ile Kocaeline axinlar etmisdir Qartal ve Aydos qalalari feth olunmusdur 1329 cu ilin may ayinda Bizans Imperatoru III Andronik ve yaxin adami Yannis 2000 nefer muzdlu esgerle desteklenmis Bizans ordusu ile Kocaeli istiqametinde hucuma kecmisdir Izmiti muhasireye alan Orxan Qazi Darica istiqametinden irelileyerek Bizans ordusu ile qarsi qarsiya gelmisdir 11 iyun 1329 cu ilde iki ordu Maltepede Palekanon doyusmusdur Bizans ordusu bu doyusde agir meglubiyyete ugramisdir ve III Andronik yaralanaraq qacmisdir Belelikle III Andronikin Anadolu torpaqlarini geri alma plani iflasa ugramisdir ve ondan sonra buna cehd olunmamisdir Orxan Qazi qazandigi bu zeferden sonra 2 mart 1331 ci ilde Bizansin onemli seheri olan Nikeyani muqavimetsiz feth etmisdir Seherin adi deyisdirilerek Iznik adlandirilmisdir Orxan bey ve yaxin adamlarinin fealiyyeti neticesinde Iznik seheri Osmanli medeniyyetinden tesirlerenek bir Islam seherine cevrilmisdir Eyni zamanda Qara Teymurdas pasa Osmanli serhedlerini Mermere denizinin Gemlik ve Armudlu sahillerine qeder genislendirmisdir Daha sonra 6 ildir muhasire altinda olan Nikomediya seheri 1337 ci ilde mudafiesiz hala gelmisdir Sonuncu Bizans hakiminin seheri terk etmesinden sonra seher Osmanli ordusu terefinden feth edilerek Izmit olaraq adlandirilmisdir ve idaresi Suleyman pasaya verilmisdir Bundan sonra III Andronik 1333 cu ilde Orxan Qaziye sulh teklif etmisdir Ilde 12000 Bizans qizili qarsiliginda Bizans sahib oldugu torpaqlara hucum olunmamasini istemisdir Bundan sonra Orxan Qazinin Anadoluda Bizansdan feth ede bileceyi onemli bir erazi qalmadi Bundan sonra Orxan Qazi 1340 ci illerde Anadolu beyliklerinin fethine baslamisdir Ilk once Orxan bey 1342 ci ilde Karesi beyliyinde Ulubad Qaracabey Mustafakamalpasa Kirmasti qalalarini feth etmisdir Bundan sonra 1345 ci ilde Karesiye yurus teskil etmisdir Belelikle Karesi beyliyine aid torpaqlar Orxan bey terefinden ele kecirilmisdir Daha sonra Merkezi Anadoluya axinlar baslamisdir Bu axinlar 1354 cu ilde Gerenin ve Osmanlilara ilk illerinden beri destek veren exilerin merkezi Ankara qalalarinin Orxan bey terefinden feth olunmasi ile yekunlasdirilmisdir Rumeline kecisOrxan Gazi hokmdarliginin son illerinde yeni bir strategiya heyata kecirmeye baslamisdir Bele ki Osmanli ordulari Bizansa komek etmek adi ile merhele merhele Rumeline kecmisdir Belelikle Osmanlinin Avropada irelilemesinin esasi qoyulmusdur Orxan beyin Bizansa yardim etmeyi usyan neticesinde taxta kecen VI Yannisle qurulan yaxin elaqelerle baslamisdir 1344 cu ilde Bizans imperatoru cetin veziyyete dusdu Bele ki Selanik hakimi veziyyete nezareti itirmis ve Zealot olaraq bilinen bir qrup idareni ele kecirtmisdir Serb krali IV Stepan Bizansin eleyhine getmis ve butun Makedoniyani zebt etmek ucun Serez qalasini muhasireye almisdir Onun Anadoluda muttefiqi olan Aydinoglu Umur beyin qurdugu donanma Papanin muttefiqlerinin donanmasina Izmirde meglub olmusdur ve Izmir Papanin muttefiqleri terefinden isgal olunmusdur Saruhan beyliyi komek gondere bilerdi amma bu komeyin hem Selanik hem de Serb krali qarsisinda yetersiz oldugu melum idi Bu sebebden 1345 ci ilde VI Yannis Orxan beyle yaxin munasibetler qurmaq ucun danisiqlara baslamisdir Imperator hem de tarixci idi ve bu danisiqlara o oz kitabinda bir bolme ayirmisdi Onun yazdigina gore ozu turkce oyrenmisdi iki hokmdar bir biri ile yaxin elaqeler qurmusdu Orxan beyle sexsen gorusdukde o uc qizini da Orxan beyle tanis etmisdir Ikinci qizi olan Feodora Orxan beyle evlenmek ucun razilasmisdir 1346 ci ilde Orxan beyi ve adamlarini toyun kecirildiyi Silivriye 30 gemilik Bizans donanmasi getirmisdir Uc gun davam eden merasimin ardindan yeniden onlari geriye aparmislar Novbeti il Orxan bey yeni heyat yoldasi Feodora ile Uskudarda imperatorla gorusmusdur 1350 ci ilde Zeolotlari meglub etmek ucun herekete kecen VI Yannis Orxan beyden ordusuna destek olmaq ucun atli birlikler istemisdir Osmanlilarin atli birlikleri ile destek gosterdiyi sayi 20000 e catan ordu ile Bizans ordusu VI Yannisin oglunun komandanligi ile Selanike hucuma baslamisdir Yolda Orxan beyin atli birlikleri Anadoluya qayitmaga mecbur olmusdur Osmanli birliklerinin qayitmagi ile gucu azalan Matthaios VI Yannisin oglu Selanik yaxinlarindaki turk esilli deniz quldurlarinin muzdlu kimi ona komek etmesinden sonra Selanike daxil olmagi bacarmisdir 1352 ci ilde VI Yannisle imperatorlugu bolusduyu V Yannis arasinda qarsidurma bas verdi V Yannis Adrianopolun Edirne hakimi olan Matthaiosa serblerden aldigi komekle hucuma kecerek seherin idaresini ele kecirtmisdi Konstantinopolda olan VI Yannis komek ucun Orxan beye muraciet etmisdir Orxan bey oglu Suleyman pasanin komandanliginda boyuk bir Osmanli birliyini VI Yannise komeye gondermisdir Osmanli desteyi ile VI Yannis Adrianopol istiqametinde herekete kecerek seheri azad etmisdir Eyni ordu bir nece aydan sonra bulqar serb birlesmis ordusunu donmus Meric cayinin sahilinde meglub ederek mehv etmisdir Bezi turk tarixcilerinin fikrince bu ugurun neticesinde 1353 cu ilde Cimpe qalasi qerergah kimi Suleyman pasaya verilmisdir Suleyman pasa bura ve etraf erazilere esgerlerinin ailelerini ve koceri turkmenleri kocurmeye baslamisdir Bu qala Osmanlinin Avropada ilk dayaq noqtesi olmusdur Bunun qarsisini almaq ucun VI Yannis 10000 qizil pul tezminati qarsiliginda qalani geri almaq istemis ve bunu muzakire etmek ucun Orxan beyle sexsen gorusmek istemisdir Qoca ve xeste olmasini bildiren Orxan bey bu gorusmeden imtina etmisdir Basqa bir menbeye gore 2 mart 1354 cu ilde Trakiyada siddetli zelzele olmusdur qar ve firtina veziyyeti daha da cetinlesdirmisdir Bu hadiseden sonra Gelibolu seheri darmadagin olmus ehali terefinden terk edilmisdir Suleyman pasa ve ordusu Canaqqala Dardanel bogazi bogazini kecerek ozu ile birlikde getirdiyi koceri turkmenleri bos qalmis Gelibolunda meskunlasdirmisdir Bir muddet sonra Gelibolu berpa olunaraq yeniden insa olunmusdur ve ehalisi tamamile turklerden ibaret olmusdur Bizans imperatoru resmen Suleyman pasadan Geliboluya yerlesdirdiyi turklerle birlikde orani terk etmesini istemisdir amma Suleyman pasa turklerin bura Allahin niyeti ile geldiyini seherin terk edilmis oldugunu hec kimin evinin zorla alinmadigini ve seheri terk etmeyin Allahin niyetine qarsi oldugunu bildirmisdir Imperator seherin terk edilme xerclerini qarsilayacagini ve tezminat odeyeceyini bildirse de Suleyman pasa fikrini deyismemisdir Bizans imperatoru Suleyman pasani Orxan beye sikayet etmisdir Orxan bey bu movzuda Izmitde imperatorla goruse bileceyini bildirmisdir lakin sonradan xeste oldugunu bildirib goruse getmemisdir Bunun felaket oldugunu anlayan imperator umidsizliye qapilmisdir Bu problem oz hellini tapmadan VI Yannis imperatorlugu bolusduyu V Yannisle aciq mubarizeye baslamisdir O V Yannisi meglub ederek Tenedosa Bozcaada surgune yollamisdir amma oradan venesiyalilarin komeyi ile qacan V Yannis Konstantinopola gelerek hakimiyyeti yeniden ele kecirmisdir V Yannis VI Yannis ile raziliga gelerek yeniden imperatorluq vezifesini bolusdurduler Bundan sonra agir strese dusen VI Yannis 4 dekabr 1354 cu ilde taxtdan oz isteyi ile cekilmisdir ve bir monastrda kesis olmusdur Geliboluda mohkemlenenden sonra Osmanli Trakiyada yerlesen Bizans seherlerini bir bir zebt etmeye baslamisdir 1354 cu ilde Bolayr Kesar Rodoscuq Tekirdag feth edilmisdir Kocurme siyaseti heyata kecirilerek feth edilen torpaqlara Anadoludan turkler kocurulmusdur 1356 ci ilde Osmanli ordusu Corluya qeder ireliledi Rumelindeki Osmanli torpaqlarinin beylerbeyi olan Suleyman pasa Corlu etrafinda ov vaxti atindan yixilaraq olmusdur 1357 Suleyman pasanin olumunden sonra Orxan beyin oglu ve taxtin veliehdi Murad bey 1359 1362 ci iller arasinda Rumelindeki orduya komandanliq etmeye baslamisdir Osmanli ordusu 1361 ci ilde Dimotekani zebt edir 1362 ci ilde Orxan bey vefat edende artiq Osmanli ordulari Adrianopola Edirne catmisdi ve hemin il seher ele kecirildi Yenilikleri ve islahatlariDovlet idaresinde Orxan bey Osmanli beyliyini yeni qanunlar ve islahatlar heyata kecirerek dovlete cevirmisdir Onun vaxtinda ilk defe vezirlik teskilati qurulmusdur Ilk defe qazi ve subasi vezifesine teyinetmeler onun vaxtinda heyata kecirilmisdir Sancaqlara bolge qazilar teyin olunmusdur Divan teskilati veqf sistemi ve edliyye teskilati qurulmusdur Herbi idarede Ordunu piyada ve musellem birliklerinden teskil olunmaqla ilk defe nizami sekilde yeniden qurmusdur Donanma yaradilmaga baslamisdir Sexsiyyeti ve fiziki xususiyyetleriOrxan Qazi goygoz sarisin iri beden qurulusuna sahibdi Qulaginda qara xal vardi Xalq terefinden sevilen biri idi Tez tez insanlarin arasina qarisaraq onlarin derdlerine qulaq asardi Davranislari tarazli ve qerarli idi Her zaman ehtiyatli olardi ve exlaqli biri idi Son illeri ve olumuOrxan Qazi son illerini hakimiyyeti oglu Murada tapsiraraq Bursada kecirtmisdir Olum sebebi ve ili movzusu tarixciler arasinda mubahiselidir Dovrun tarixcisi olan Asikpasazade Orxan beyin Suleyman beyle eyni ilde vefat etdiyini yazmisdir Bezi tarixciler ise 1360 ci ilde 79 yasinda olarken vefat etdiyini yazmisdir 1362 ci ilde vefat etdiyini yazan tarixciler de vardir Orxan bey Bursada atasinin defn olundugu turbede defn olunmusdur AilesiHeyat yoldaslari Asporca Xatun Bizans Imperatoru qizi Sahzade Ibrahim ve Fatma Xatunun anasi Holofira Nilufer Xatun Yarhisar hakiminin qizi I Murad Sahzade Qasimin anasi Feodora Kantakouzene Bizans Imperatoru qizi Sahzade Xelilin anasi Eftandise Xatun Mahmud Alpin qizi Oglan usaqlari Suleyman Qazi Murad Ibrahim Xelil Qasim EyyubQiz usaqlari Fatma XatunQalereyaOrxan Qazi Orxan Qazinin istifade etdiyi ilk tugra imza Orxan Qazinin hakimiyyeti illerinde olkenin torpaqlarinin genislenmesi Orxan Qazinin Bursadaki turbesiIstinadlarSakaoglu Necdet Orhan 1999 Yasamlari ve Yapitlariyla Osmanlilar Ansiklopedisi Istanbul Yapi Kredi Kultur Sanat Yayincilik A S C 2 s 386 389 ISBN 975 08 00710 Sakaoglu Necdet 1999 Bu Mulkun Sultanlari Istanbul Oglak Yayinlari ISBN 975 329 2996 sehife 33 Uzuncarsili Ismail Hakki 1945 Gazi Orhan Beyin hukumdar oldugu tarih ve ilk sikkesi Belleten C VIII sehife 207 211 Buna baxmayaraq dovrun tarixcisi Asikpasazade Bursanin Bey sancagi olaraq teskilatlanib oglu Murad beye verildiyini yazir Dervis Ahmed Asiki haz Cemil Ciftci 2008 Asik Pasazade Tarihi Istanbul Mostar Yayinlari ISBN 978 605 101 018 2 Mirmiroglu V 1949 Orhan Bey ile Bizans Imparatoru III Andrinikos arasindaki Pelekanon Muharebesi Belleten C 13 say 309 320 Inalcik Halil 2009 Osmanli Sultani Orhan 1324 1362 Avrupa da Yerlesme TTK Belleten Cilt LXXIII Sayi 226 aprel 2009 sehife 77 Norwich John Julius 1995 Byzantium the Decline and Fall Bizans Gerileme ve Cokus Penguin Londra ISBN 0 679 41650 1 Ingilisce sehife 302 Aktepe M Munir 1950 Osmanlilarin Rumelide ilk fetihleri Cimpe kalesi Tarix jurnali C 2 sehife 283 307 T C Kultur ve Turizm Bakanligi Sitesi E kitap 2007 09 03 tarixinde Istifade tarixi 2014 07 11 Dervis Ahmed Asiki haz Cemil Ciftci 2008 Asik Pasazade Tarihi Istanbul Mostar Yayinlari ISBN 978 605 101 018 2 Sakaoglu Necdet 1999 Bu mulkun sultanlari Istanbul Oglak yayinlari ISBN 975 329 299 6 sehife 52 62Xarici kecidlerOrhan Gazi hakkinda genis bilgi olu kecid turk I OrxanOsmanli sulalesiDogum 1281 Vefat 1362Hakimiyyet titullariSelefleri I Osman Osmanli Imperiyasi دولت عالیه عثمانی Sultani 1324 1362 Xelefleri I Murad