Malhun Xatun, Mal-xatun və ya Qəməriyyə xatun (оsmanlı türkcəsi: مال خاتون, türkcə: Malhun Hatun) (XIII əsr — 1324, Bursa, Osmanlı imperiyası) — Osmanlı imperatorluğunun qurucusu I Osmanın həyat yoldaşı, imperiyanın ikinci sultanı I Orxanın anası. "Osman Qazinin yuxusu" əfsanəsinin qəhrəmanı.
Malhun Xatun | |
---|---|
оsmanlı türkcəsi: مال خاتون türkcə: Malhun Hatun | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XIII əsr |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Bursa, Osmanlı imperiyası |
Dəfn yeri | Malhun Xatun türbəsi, Biləcik, Türkiyə |
Milliyyəti | türk |
Vətəndaşlığı | Osmanlı imperiyası |
Fəaliyyəti | əsilzadə |
Atası | Ömər bəy |
Həyat yoldaşı | I Osman |
Uşağı | Çoban bəy Məlik bəy Bazarlı bəy Həmid bəy Fatma xatun |
Ailəsi | Osmanlı xanədanı |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Osman bəylə 1280-ci ildə ailə həyatı quran və 40 il kimi uzun bir müddətdə onunla evli qalmış olan Malhun Xatun bu evlilikdən 1281-ci ildə Osman bəyin ilk oğlu olan və vəliəhd xəttində birinci sırada duran Orxan Qazini və ondan sonra anadan olan 4 bəyi və 1 xatunu dünyaya gətirmişdir. 1324-cü ildə Osman bəyin vəfatından sonra Orxan bəy Osmanlı bəyliyinin ikinci başçısı seçilmişdir. Beləliklə, Malhun Xatun Osman bəyin anası Həlimə Xatundan sonra Osmanlı imperiyasının ikinci validə sultanı olmuş, lakin Orxan bəy sultan olduğu zaman həyatda olmadığı üçün sağlığında bu adı qazana bilməmişdir. Haqqında məlumatın az olması Osmanlı mənbələrinin, sənədlərinin itməsi, azalması, 1402-ci ildə Osmanlı imperiyasına doğru yürüş edən Teymurilər dövlətinin başçısı Əmir Teymurun istilası zamanı Osmanlı mənbələrinin yandırılması və s. səbəblərlə əlaqələndirilir. Malhun Xatun Osmanlı xanədanında qədim və önəmli bir yerə sahibdir.
Həyatı
Malhun Xatunun həyatı və kimliyi haqqında heç bir məlumat yoxdur. İlk Osmanlı mənbələrində onun adı "Mal Xatun" və ya "Malhun Xatun" olaraq yazılmışdır və ondan tez-tez Osman bəyin həyat yoldaşı, Şeyx Ədəbalının qızı və Orxanın anası kimi bəhs edilir. Onun Orxan bəyin anası olma ehtimalı varsa da, Şeyx Ədəbalı ilə heç bir əlaqəsinin olmadığı dəqiqdir. Osmanlı tarixinin bu günə qədər gəlib çatan ilk sənədlərindən biri olan 8-18 mart 1324-cü il tarixli Məkəcə vəqf nizamnaməsinin şahidləri arasında göstərilən Malhun Xatunun adı "Mal Xatun Ömər bəy qızı" kimi qeyd edilmişdir. Bu, onun Osman bəylə bağının olduğunu açıq şəkildə göstərir. Çünki burada şahidlər qeyd edilərkən əvvəlcə Osman bəyin oğulları (Çoban, Məlik, Həmid, Bazarlı) və qızının (Fatma), daha sonra Ömər bəyin qızı Mal Xatunun, Məlikin qızı Mələk və Ağbaşlı qızı Əfəndirənin adları çəkilirdi. Bu son üç xanımın Osman bəy və Orxan bəyin həyat yoldaşları olma ehtimalı üzərində müzakirələr aparılmışdır. Malhun Xatunun adının ilk sırada qeyd olunmasının onun Osman bəyə uşaq verən və adı kağızda qeyd olunan zaman həyatda olan xanımı olmasına dəlalət etdiyi əsas gətirilir. Bu mənbəyə və Osmanlı tarix ənənələrinə istinad edən rəvayətlər də buna dəlalət etdiyi üçün Malhun Xatunun Orxan bəyin anası olduğu hamılıqla qəbul edilmişdir. Ancaq bu məlumat tam dəqiqlik qazanmamışdır. Sənəddə Malhun Xatunun atası olaraq qeyd olunan Ömər bəyin kimliyi tam bəlli olmasa da, onunla bağlı da bəzi təxminlər yürüdülmüşdür. Bu təxminlərə görə Ömər bəy Osman bəy ilə yaxından əlaqəsi olan Umurlu bəyliyinin qurucusu Ömər (və ya Umur) bəydir. Bununla bərabər Umur və Ömər adlarının yazılma şəkillərinin bir-birindən fərqli olması, onun Osman bəyə bağlı öndə gələn idarəçi və ya hərbçi qulluqçulardan və ya tayfa quruluşu içində Osman bəylə birgə hərəkət edən bəylərdən birinin ola biləcəyi ilə bağlı tarixçiləri düşündürmüşdür. Yəni Malhun Xatun cariyə kökənli yox, önəmli bir şəxsin qızıdır. Bundan əlavə, Malhun Xatun haqqındakı digər məlumatlar ilk Osmanlı mənbələrinin doğru olub olmadığı mövzusunda dərin şübhələr oyandıran rəvayətlərə söykənir.
İlk Osmanlı tarixçilərindən Aşiqpaşazadə Malhun Xatunu Şeyx Ədəbalının qızı olaraq qeyd edir və Osmanın gördüyü yuxunu böyük bir dövlətin yaranışının müjdəçisi olaraq yozan Şeyx Ədəbalının Osman bəyə qızını verdiyini yazır. Orxan bəyin də onun oğlu olduğunu bildirir. Bundan əlavə, Şeyx Ədəbalı ilə Malhun Xatunun bir-iki ay ara ilə vəfat etdiklərini və onlardan 3 ay sonra vəfat edəcək olan Osman bəyin hər ikisini Biləcikdə öz əlləri ilə dəfn etdiyini də əlavə edir. Bu məlumat doğrudursa, Orxan bəyin anasının 1324-cü ildə vəfat etməsi də təsdiqlənir. Lakin bu rəvayət eyni tarixdə yazılan Məkəcə vəqf nizamnaməsində təkzib olunur. Çünki burada Malhun Xatunun adının yer alması onun Osman bəydən sonra öldüyünü açıq şəkildə göstərir. Bununla bərabər, Şeyx Ədəbalının qızının adını Rəbiə və Bala Xatun olaraq fərqli şəkildə qeyd edən tarixçilər də vardır. Ancaq Bala Xatun adının yazılışının Malhun Xatunun adının yazılması zamanı buraxılan bir səhv ilə əlaqələndirirlər. Oruc bəy təkidlə Aşiqpaşazadənin "Tarix" kitabını oxumuş olmasına baxmayaraq Şeyx Ədəbalının qızı olan Orxanın anasının adını Rəbiə Xatun olaraq yazmışdır. Bir çox rəvayətlərə yer verən ilk Osmanlı tarixçilərindən olan Nəşri isə Malhun Xatun haqqında heç bir mənbədə təsadüf olunmayan bir hekayədən bəhs etdiyi hissədə onun kimin qızı olduğunu bildirmir. Ancaq, sonrakı yazılarında Aşıqpaşazadənin Şeyx Ədəbalı və Malhun Xatunla əlaqədar məlumatlarını eyni ilə təkrarlayır. Bu vəziyyət onun iki rəvayəti bir-biri ilə uzlaşdıran mənbələrdəki mətnlərdən olduğu kimi istifadə etdiyini göstərir. Nəşri ilk rəvayətində hələ gənc yaşda olan Osman bəyin Malhun Xatunu Əskihisara (Əskişəhər) gedərkən gecələdiyi İtburnu kəndində (indiki Söğüt və Söğütönü arasındakı yol üzərində yerləşən Uludərə kəndi) gördüyünü və ona aşiq olduğunu, sonra isə atası Ərtoğrulu vəziyyətdən xəbərdar edərək qıza elçi düşməsini tələb etdiyini, ancaq Malhun Xatunun özü ilə Osman bəy arasında olan qeyri-bərabər mövqeyə görə bu təklifi qəbul etmədiyini, gerçək səbəbin isə daha sonra məlum olduğunu, çünki Malhun Xatuna Osman bəyin məqsədinin onu aldatmaq və onunla əylənmək olduğunun deyildiyini bildirir. Həmçinin, Osman bəyin qonaq olaraq qaldığı Əskihisarın bəyinə bir əyləncə məclisi zamanı bu vəziyyətdən söhbət açdığını, bəyin də qızı sevdiyi üçün Malhun Xatunu qaçırıb qohumlarından birinin yanında gizlədiyini də əlavə edir. Bu hekayədə adı keçən İtburnu kəndinə aid qeydlərdə buranın səhmdar statuslu kənd olduğu bildirilir. Əgər sonradan kəndlə bağlı bir yerdəyişmə hadisəsi baş verməmişsə, bu da kənd xalqının kimliklərinin Osmanlı dövlətindən əvvələ gedib çıxdığını göstərir. Bəzi araşdırmaçılar hekayədə adı qeyd olunan Osman bəyin xanımının Malhun Xatun ilə səhv salınan və daha aşağı mövqedə olan başqa bir qadın olma ehtimalını da vurğulayır. Bütün bu müxtəlif rəvayətlər xaricində Malhun Xatunla bağlı bir məlumat yoxdur. XVI əsrin 2-ci yarısına aid Osmanlı rəsmi mənbələrində Şeyx Ədəbalının qızının Orxan bəyin anası olduğu məlumatı qəbul edilmişdir. Qəti şəkildə təsdiq olunan məlumat odur ki, Malhun Xatun Şeyx Ədəbalının qızı olmamışdır. Onun Orxan bəyin anası olub-olmadığı ilə bağlı da müəyyənləşdirilmiş bir məlumat yoxdur.
Mənşəsi ilə bağlı olan versiyalar
Həmidoğulları bəyliyinin banisi, Osman Qazinin müasiri, Səlcuqlu vəziri Əbdülqasım əl-Tusinin oğlu Seyfəddin Həmid bəy idi. Molla Xəttab Əbdülqasım oğlu Şeyx Ədəbalının məqbərəsində dəfn edilmişdir. Türk tarixçisi Turqut Vedat Molla Xəttabla Həmid bəyin qardaş olduğunu irəli sürdü. Bu ehtimala görə, əsl adı Ömər bəy olan Molla Xəttab və Şeyx Ədəbalı - yəni, Osman bəyin hər iki həyat yoldaşının ataları da eyni yerdə dəfn olunmuşdur. Ola bilsin ki, Əbülqasımın qardaşı Baba İlyas olub və Həmid bəy oğlunun adını məhz əmisinin şərəfini İlyas qoyub. Bu halda Malhun Xatunun atası həm də Baba İlyasın qardaşı oğlu sayılır.
Malhun Xatun və "Osman Qazinin yuxusu"
Malhun Xatun uzun müddət tarixçilər tərəfindən Şeyx Ədəbalının qızı hesab olunmuşdur. Osmanlı tarixçiləri Şeyx Ədəbalının qızını öz yazılarında başqa cür qeyd etmişlər, məsələn, Oruc bəy "Rəbiə Ədəbalı qızı", Nəşri "Mal Xatun", Aşıqpaşazadə isə "Malhun" adlandırmışdır. Osmanın şeyxin qızına olan böyük məhəbbətindən və öz sevgisi uğrunda uzun sürən mübarizəsindən bəhs edən “Osmanın yuxusu” əfsanəsinin mərkəzi personajı Malhundur. Gözəl Malhun xatunla görüşmək və onun qəlbini fəth etmək hekayəsi öz imperiyasının qurucusunun əfsanəsinə böyük əhəmiyyət verən Osmanlı müəlliflərinin sevimli mövzusudur. “Osmanın yuxusu”nda Malhun obrazı iki tarixi şəxsiyyətin tərcümeyi-halı üzərində qurulub: gələcək Sultan Orxanın əsl anası və Şeyx Ədəbalının qızı. Bu birləşmə sayəsində Osmanlı hökmdarları Şeyx Ədəbalının nəsli və mənəvi varisləri oldular.
“Osmanın yuxusu” əfsanəsi ilk dəfə Aşıkpaşazadə tərəfindən Osmanın ölümündən 150 il sonra qeyd edilmişdir. O, “Osmanlı sülaləsinin İldırım Bəyaziddən əvvəlki igidliklərinin təsviri” də adlanan "Yaxşı Fəqih" salnaməsindən istifadə etmişdir. Bu salnamənin əsli qorunub saxlanmamışdır, lakin sonrakı türk salnaməçilərinin əsərlərində demək olar ki, hərfi mənada daxil edilmişdir. Yaxşı Fəqih özü XIV əsrin sonlarında yaşamış, sultan Orxanın dövründə axund olmuşdur, yəni Fəqih özü Osmanın gəncliyinin nə şahidi, nə də Osmanın müasiri olmuşdur.
Rəvayətə görə, Osman bəy Şeyx Ədəbalının qızı olaraq qeyd olunan gözəl Malhun Xatunla evlənmək istəyir və ona elçi düşür. Lakin şeyx bu evliliyə razılıq vermir. Bir dəfə Osman bir saleh adamın evində gecələyəndə yuxu görür. Onun yuxusu belə təsvir olunur: “O, ayın bir övliyanın sinəsindən çıxıb öz sinəsinə batdığını gördü. Sonra onun göbəyindən ağac çıxdı, kölgəsi bütün dünyanı bürüdü. Bu kölgənin altında dağlar var idi və hər dağın ətəyindən çaylar axırdı. Kimisi bu axar sulardan içir, kimisi suvarılan bağçaları, kimisi də kanalları yönləndirirdi. Yuxudan ayılan Osman şeyxə gördüyü yuxunu danışdı və şeyx yuxunu yozaraq dedi: "Osman, oğlum, təbrik edirəm, Allah sənə və nəslinə ali qüdrət nəsib edib. Qızım Malhun sənin halalındır."
Ölümü və xatirəsi
Malhun Xatunun bəzi mənbələrdə 1324-cü ildə vəfat etdiyi təsdiqlənmişdir. Nəşi "Bal Xatun" adı ilə Biləcikdə yerləşən Şeyx Ədəbalı türbəsində anası ilə birlikdə dəfn edilmişdir və türbənin içində dəfn olunduğu qisminə "Malhun Xatun türbəsi" adı verilmişdir.
- Yoxannes Tralovun Osmanlı dövlətinin quruluşu ilə bağlı alman dilində yazdığı "Malxatun" romanı da Malhun Xatunun adını daşıyır.
- 1988-ci ildə Türkiyə istehsalı olan və TRT 1-də yayımlanan "Quruluş: 1299" serialında Səma Çələbi tərəfindən canlandırılmışdır.
- 2019-cu ildə Türkiyə istehsalı olan və ATV-də yayımlanan "Quruluş: Osman" serialında Yıldız Çağrı Atiksoy tərəfindən canlandırılmışdır.
Həmçinin bax
İstinadlar
- Sakaoğlu, 2007, səh. 29 (türk).
- . www.4dw.net (ingilis). 2002-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.03.2023.
- "Malhun Xatun kimdir?". milliyyet.com.tr (türk). 2023-03-08 tarixində . İstifadə tarixi: 2023-03-08.
- "Orxan bəy". www.islamansiklopedisi.org.tr (türk). 2022-05-13 tarixində . İstifadə tarixi: 2023-03-08.
- Akyıldız, 2012, səh. 494. (türk).
- Uluçay, 2001, səh. 17 (türk).
- Pirs, 2003, səh. 33 (ingilis).
- Alderson, 1956, 12-ci sütun. (ingilis).
- Alderson, 1956, səh. 83 (ingilis).
- H. V. Louri, səh. 81-84. (türk).
- Sakaoğlu, 2007, səh. 13 (türk).
- Aşıqpaşazadə, səh. 95, 115. (türk).
- Uluçay, səh. 3 (türk).
- “Qazi Orxan Bəy Vəqfiyyəsi, mart 1324-cü il", TTK Bülleten (1941) səh. 277-288. (türk).
- "Tarix" (kitab). Oruc bəy, 2007, səh. 8-9. (türk).
- Nəşri, səh. 38 (türk).
- Çayırdağ, 2010. (türk).
- Vedat, 2016. (türk).
- Kofoğlu, 1997. (türk).
- Vedat, 2019, səh. 69—71. (türk).
- Vedat, 2016, səh. 405. (türk).
- Pirs, 1993, səh. 295. (ingilis).
- "Sakaoğlu, 2007, səh. 13" (türk).
- İmber, 1987. (ingilis).
- Şahin, 2013. (türk).
- Sürəyya. (türk).
- Pirs, 1993, səh. 16. (ingilis).
- "Malhun Xatun türbəsi". kulturenvanteri.com (türk). 2023-03-08 tarixində . İstifadə tarixi: 2023-03-08.
- "Osmanlı Quruluş romanı: "Malxatun" və yazının tarixlə əlaqəsi ilə bağlı", Cemal Sakallı, "Littera: Ədəbiyyat yazıları", Ankara, 2011 (türk).
- "Quruluş "Osmancıq". trtizle.com (türk). 2023-03-08 tarixində . İstifadə tarixi: 2023-03-08.
- "Quruluş: Osman serialında Malhun Xatun ilə bağlı qısa məlumat". www.atv.com.tr (türk). 2023-03-08 tarixində . İstifadə tarixi: 2023-03-08.
Ədəbiyyat
- Sakaoğlu N. "Məşhur Osmanlı qadınları". — İstanbul: Avea, 2007. — 320 səh. — ISBN 9757104779. — ISBN 9789757104773. (ingilis dilində)
- Akyıldız Ali. "Validə Sultan". // İslam Ensiklopediyası. — İslam Araşdırmaları Mərkəzi, 2012. — bölmə 42. — səh. 494—499.
- Uluçay M. C. "Padşahın Qadınları və Qızları". — 2001. — ISBN 978-975-437-840-5. (türk dilində)
- Pirs, Lesli P. "İmperial Hərəm: Osmanlı imperiyasında Qadınlar və Hökmranlıq. — Oksford: "Oxford University Press", 1993. — ISBN 0195086775, 9780195086775. (ingilis dilində)
- Alderson, Entoni Dolfin. "Osmanlı sülaləsinin strukturu". — Oksford: "Klarendon Press", 1956.
- Louri, H. V. "Erkən dövr Osmanlı dövlətinin quruluşu" (tərc. Kıvanç Tanrıyar), İstanbul 2010, səh. 81-84.
- Aşıqpaşazadə. "Tarix". (Atsızın redaktəsiylə) səh. 95, 115.
- Nəşri. "Cahannüma" (haz. Necdet Öztürk), İstanbul 2008, səh. 38, 40-41, 69.
- Çayırdağ M. "Əbülqasım ibn Əli ət-Tusi" // Kayseri ensiklopediyası. — Kayseri: Kayseri Böyükşəhər Bələdiyyəsi, 2010. — bölmə 2. — səh. 65—66. — ISBN 978-975-8046-76-8.
- Vedat, T. "Həmidoğulları və Təkəoğullarının mənşəyinə və vəqflərinə dair". // "Journal of Turkish Studies". — 2016. — nömrə 46. — səh. 403—432. (türk dilində)
- Kofoğlu, S. "Həmidoğulları". // İslam Ensiklopediyası. — 1997. — Vol. 15. — səh. 307—309. (türk dilində)
- İmber, C. "Osmanlı xanədanının mifi: Türk". — 1987. — № XIX. — С. 7—27. (ingilis dilində)
- Vedat, T. "Osman Qazinin xanımları və uşaqları". (türk dilində) // "Vakanüvis - Beynəlxalq Tarix Araşdırmaları Jurnalı". — 2019. — nömrə 4. — səh. 67–80. — ISSN 2149-9535.
- Şahin, H. "Yaxşı Fəqih". : İslam Ensiklopediyası. — 2013. — bölmə 43. — səh. 180—182. (türk dilində)
- Süreyya, Mehmed. "Sicill-i Osmani" (türk dilində).
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Malhun Xatun Mal xatun ve ya Qemeriyye xatun osmanli turkcesi مال خاتون turkce Malhun Hatun XIII esr 1324 Bursa Osmanli imperiyasi Osmanli imperatorlugunun qurucusu I Osmanin heyat yoldasi imperiyanin ikinci sultani I Orxanin anasi Osman Qazinin yuxusu efsanesinin qehremani Malhun Xatunosmanli turkcesi مال خاتون turkce Malhun HatunSexsi melumatlarDogum tarixi XIII esrDogum yeri Osmanli imperiyasiVefat tarixi 1324Vefat yeri Bursa Osmanli imperiyasiDefn yeri Malhun Xatun turbesi Bilecik TurkiyeMilliyyeti turkVetendasligi Osmanli imperiyasiFealiyyeti esilzadeAtasi Omer beyHeyat yoldasi I OsmanUsagi I Orxan Coban bey Melik bey Bazarli bey Hemid bey Fatma xatunAilesi Osmanli xanedaniDini islam Vikianbarda elaqeli mediafayllar Osman beyle 1280 ci ilde aile heyati quran ve 40 il kimi uzun bir muddetde onunla evli qalmis olan Malhun Xatun bu evlilikden 1281 ci ilde Osman beyin ilk oglu olan ve veliehd xettinde birinci sirada duran Orxan Qazini ve ondan sonra anadan olan 4 beyi ve 1 xatunu dunyaya getirmisdir 1324 cu ilde Osman beyin vefatindan sonra Orxan bey Osmanli beyliyinin ikinci bascisi secilmisdir Belelikle Malhun Xatun Osman beyin anasi Helime Xatundan sonra Osmanli imperiyasinin ikinci valide sultani olmus lakin Orxan bey sultan oldugu zaman heyatda olmadigi ucun sagliginda bu adi qazana bilmemisdir Haqqinda melumatin az olmasi Osmanli menbelerinin senedlerinin itmesi azalmasi 1402 ci ilde Osmanli imperiyasina dogru yurus eden Teymuriler dovletinin bascisi Emir Teymurun istilasi zamani Osmanli menbelerinin yandirilmasi ve s sebeblerle elaqelendirilir Malhun Xatun Osmanli xanedaninda qedim ve onemli bir yere sahibdir HeyatiMalhun Xatunun heyati ve kimliyi haqqinda hec bir melumat yoxdur Ilk Osmanli menbelerinde onun adi Mal Xatun ve ya Malhun Xatun olaraq yazilmisdir ve ondan tez tez Osman beyin heyat yoldasi Seyx Edebalinin qizi ve Orxanin anasi kimi behs edilir Onun Orxan beyin anasi olma ehtimali varsa da Seyx Edebali ile hec bir elaqesinin olmadigi deqiqdir Osmanli tarixinin bu gune qeder gelib catan ilk senedlerinden biri olan 8 18 mart 1324 cu il tarixli Mekece veqf nizamnamesinin sahidleri arasinda gosterilen Malhun Xatunun adi Mal Xatun Omer bey qizi kimi qeyd edilmisdir Bu onun Osman beyle baginin oldugunu aciq sekilde gosterir Cunki burada sahidler qeyd edilerken evvelce Osman beyin ogullari Coban Melik Hemid Bazarli ve qizinin Fatma daha sonra Omer beyin qizi Mal Xatunun Melikin qizi Melek ve Agbasli qizi Efendirenin adlari cekilirdi Bu son uc xanimin Osman bey ve Orxan beyin heyat yoldaslari olma ehtimali uzerinde muzakireler aparilmisdir Malhun Xatunun adinin ilk sirada qeyd olunmasinin onun Osman beye usaq veren ve adi kagizda qeyd olunan zaman heyatda olan xanimi olmasina delalet etdiyi esas getirilir Bu menbeye ve Osmanli tarix enenelerine istinad eden revayetler de buna delalet etdiyi ucun Malhun Xatunun Orxan beyin anasi oldugu hamiliqla qebul edilmisdir Ancaq bu melumat tam deqiqlik qazanmamisdir Senedde Malhun Xatunun atasi olaraq qeyd olunan Omer beyin kimliyi tam belli olmasa da onunla bagli da bezi texminler yurudulmusdur Bu texminlere gore Omer bey Osman bey ile yaxindan elaqesi olan Umurlu beyliyinin qurucusu Omer ve ya Umur beydir Bununla beraber Umur ve Omer adlarinin yazilma sekillerinin bir birinden ferqli olmasi onun Osman beye bagli onde gelen idareci ve ya herbci qulluqculardan ve ya tayfa qurulusu icinde Osman beyle birge hereket eden beylerden birinin ola bileceyi ile bagli tarixcileri dusundurmusdur Yeni Malhun Xatun cariye kokenli yox onemli bir sexsin qizidir Bundan elave Malhun Xatun haqqindaki diger melumatlar ilk Osmanli menbelerinin dogru olub olmadigi movzusunda derin subheler oyandiran revayetlere soykenir 40 ilden cox muddetde Malhun Xatunla evli olan Osmanli imperiyasinin qurucusu I Osman Ilk Osmanli tarixcilerinden Asiqpasazade Malhun Xatunu Seyx Edebalinin qizi olaraq qeyd edir ve Osmanin gorduyu yuxunu boyuk bir dovletin yaranisinin mujdecisi olaraq yozan Seyx Edebalinin Osman beye qizini verdiyini yazir Orxan beyin de onun oglu oldugunu bildirir Bundan elave Seyx Edebali ile Malhun Xatunun bir iki ay ara ile vefat etdiklerini ve onlardan 3 ay sonra vefat edecek olan Osman beyin her ikisini Bilecikde oz elleri ile defn etdiyini de elave edir Bu melumat dogrudursa Orxan beyin anasinin 1324 cu ilde vefat etmesi de tesdiqlenir Lakin bu revayet eyni tarixde yazilan Mekece veqf nizamnamesinde tekzib olunur Cunki burada Malhun Xatunun adinin yer almasi onun Osman beyden sonra olduyunu aciq sekilde gosterir Bununla beraber Seyx Edebalinin qizinin adini Rebie ve Bala Xatun olaraq ferqli sekilde qeyd eden tarixciler de vardir Ancaq Bala Xatun adinin yazilisinin Malhun Xatunun adinin yazilmasi zamani buraxilan bir sehv ile elaqelendirirler Oruc bey tekidle Asiqpasazadenin Tarix kitabini oxumus olmasina baxmayaraq Seyx Edebalinin qizi olan Orxanin anasinin adini Rebie Xatun olaraq yazmisdir Bir cox revayetlere yer veren ilk Osmanli tarixcilerinden olan Nesri ise Malhun Xatun haqqinda hec bir menbede tesaduf olunmayan bir hekayeden behs etdiyi hissede onun kimin qizi oldugunu bildirmir Ancaq sonraki yazilarinda Asiqpasazadenin Seyx Edebali ve Malhun Xatunla elaqedar melumatlarini eyni ile tekrarlayir Bu veziyyet onun iki revayeti bir biri ile uzlasdiran menbelerdeki metnlerden oldugu kimi istifade etdiyini gosterir Nesri ilk revayetinde hele genc yasda olan Osman beyin Malhun Xatunu Eskihisara Eskiseher gederken gecelediyi Itburnu kendinde indiki Sogut ve Sogutonu arasindaki yol uzerinde yerlesen Uludere kendi gorduyunu ve ona asiq oldugunu sonra ise atasi Ertogrulu veziyyetden xeberdar ederek qiza elci dusmesini teleb etdiyini ancaq Malhun Xatunun ozu ile Osman bey arasinda olan qeyri beraber movqeye gore bu teklifi qebul etmediyini gercek sebebin ise daha sonra melum oldugunu cunki Malhun Xatuna Osman beyin meqsedinin onu aldatmaq ve onunla eylenmek oldugunun deyildiyini bildirir Hemcinin Osman beyin qonaq olaraq qaldigi Eskihisarin beyine bir eylence meclisi zamani bu veziyyetden sohbet acdigini beyin de qizi sevdiyi ucun Malhun Xatunu qacirib qohumlarindan birinin yaninda gizlediyini de elave edir Bu hekayede adi kecen Itburnu kendine aid qeydlerde buranin sehmdar statuslu kend oldugu bildirilir Eger sonradan kendle bagli bir yerdeyisme hadisesi bas vermemisse bu da kend xalqinin kimliklerinin Osmanli dovletinden evvele gedib cixdigini gosterir Bezi arasdirmacilar hekayede adi qeyd olunan Osman beyin xaniminin Malhun Xatun ile sehv salinan ve daha asagi movqede olan basqa bir qadin olma ehtimalini da vurgulayir Butun bu muxtelif revayetler xaricinde Malhun Xatunla bagli bir melumat yoxdur XVI esrin 2 ci yarisina aid Osmanli resmi menbelerinde Seyx Edebalinin qizinin Orxan beyin anasi oldugu melumati qebul edilmisdir Qeti sekilde tesdiq olunan melumat odur ki Malhun Xatun Seyx Edebalinin qizi olmamisdir Onun Orxan beyin anasi olub olmadigi ile bagli da mueyyenlesdirilmis bir melumat yoxdur Mensesi ile bagli olan versiyalarHemidogullari beyliyinin banisi Osman Qazinin muasiri Selcuqlu veziri Ebdulqasim el Tusinin oglu Seyfeddin Hemid bey idi Molla Xettab Ebdulqasim oglu Seyx Edebalinin meqberesinde defn edilmisdir Turk tarixcisi Turqut Vedat Molla Xettabla Hemid beyin qardas oldugunu ireli surdu Bu ehtimala gore esl adi Omer bey olan Molla Xettab ve Seyx Edebali yeni Osman beyin her iki heyat yoldasinin atalari da eyni yerde defn olunmusdur Ola bilsin ki Ebulqasimin qardasi Baba Ilyas olub ve Hemid bey oglunun adini mehz emisinin serefini Ilyas qoyub Bu halda Malhun Xatunun atasi hem de Baba Ilyasin qardasi oglu sayilir Malhun Xatunun oglu Osmanli imperiyasinin 2 ci sultani I OrxanMalhun Xatun ve Osman Qazinin yuxusu Malhun Xatun uzun muddet tarixciler terefinden Seyx Edebalinin qizi hesab olunmusdur Osmanli tarixcileri Seyx Edebalinin qizini oz yazilarinda basqa cur qeyd etmisler meselen Oruc bey Rebie Edebali qizi Nesri Mal Xatun Asiqpasazade ise Malhun adlandirmisdir Osmanin seyxin qizina olan boyuk mehebbetinden ve oz sevgisi ugrunda uzun suren mubarizesinden behs eden Osmanin yuxusu efsanesinin merkezi personaji Malhundur Gozel Malhun xatunla gorusmek ve onun qelbini feth etmek hekayesi oz imperiyasinin qurucusunun efsanesine boyuk ehemiyyet veren Osmanli muelliflerinin sevimli movzusudur Osmanin yuxusu nda Malhun obrazi iki tarixi sexsiyyetin tercumeyi hali uzerinde qurulub gelecek Sultan Orxanin esl anasi ve Seyx Edebalinin qizi Bu birlesme sayesinde Osmanli hokmdarlari Seyx Edebalinin nesli ve menevi varisleri oldular Osmanin yuxusu efsanesi ilk defe Asikpasazade terefinden Osmanin olumunden 150 il sonra qeyd edilmisdir O Osmanli sulalesinin Ildirim Beyazidden evvelki igidliklerinin tesviri de adlanan Yaxsi Feqih salnamesinden istifade etmisdir Bu salnamenin esli qorunub saxlanmamisdir lakin sonraki turk salnamecilerinin eserlerinde demek olar ki herfi menada daxil edilmisdir Yaxsi Feqih ozu XIV esrin sonlarinda yasamis sultan Orxanin dovrunde axund olmusdur yeni Feqih ozu Osmanin gencliyinin ne sahidi ne de Osmanin muasiri olmusdur Revayete gore Osman bey Seyx Edebalinin qizi olaraq qeyd olunan gozel Malhun Xatunla evlenmek isteyir ve ona elci dusur Lakin seyx bu evliliye raziliq vermir Bir defe Osman bir saleh adamin evinde geceleyende yuxu gorur Onun yuxusu bele tesvir olunur O ayin bir ovliyanin sinesinden cixib oz sinesine batdigini gordu Sonra onun gobeyinden agac cixdi kolgesi butun dunyani burudu Bu kolgenin altinda daglar var idi ve her dagin eteyinden caylar axirdi Kimisi bu axar sulardan icir kimisi suvarilan bagcalari kimisi de kanallari yonlendirirdi Yuxudan ayilan Osman seyxe gorduyu yuxunu danisdi ve seyx yuxunu yozaraq dedi Osman oglum tebrik edirem Allah sene ve nesline ali qudret nesib edib Qizim Malhun senin halalindir Olumu ve xatiresiMalhun Xatunun bezi menbelerde 1324 cu ilde vefat etdiyi tesdiqlenmisdir Nesi Bal Xatun adi ile Bilecikde yerlesen Seyx Edebali turbesinde anasi ile birlikde defn edilmisdir ve turbenin icinde defn olundugu qismine Malhun Xatun turbesi adi verilmisdir Yoxannes Tralovun Osmanli dovletinin qurulusu ile bagli alman dilinde yazdigi Malxatun romani da Malhun Xatunun adini dasiyir 1988 ci ilde Turkiye istehsali olan ve TRT 1 de yayimlanan Qurulus 1299 serialinda Sema Celebi terefinden canlandirilmisdir 2019 cu ilde Turkiye istehsali olan ve ATV de yayimlanan Qurulus Osman serialinda Yildiz Cagri Atiksoy terefinden canlandirilmisdir Hemcinin baxI Osman I Orxan Valide sultanlarIstinadlarSakaoglu 2007 seh 29 turk www 4dw net ingilis 2002 06 16 tarixinde arxivlesdirilib Istifade tarixi 08 03 2023 Malhun Xatun kimdir milliyyet com tr turk 2023 03 08 tarixinde Istifade tarixi 2023 03 08 Orxan bey www islamansiklopedisi org tr turk 2022 05 13 tarixinde Istifade tarixi 2023 03 08 Akyildiz 2012 seh 494 turk Ulucay 2001 seh 17 turk Pirs 2003 seh 33 ingilis Alderson 1956 12 ci sutun ingilis Alderson 1956 seh 83 ingilis H V Louri seh 81 84 turk Sakaoglu 2007 seh 13 turk Asiqpasazade seh 95 115 turk Ulucay seh 3 turk Qazi Orxan Bey Veqfiyyesi mart 1324 cu il TTK Bulleten 1941 seh 277 288 turk Tarix kitab Oruc bey 2007 seh 8 9 turk Nesri seh 38 turk Cayirdag 2010 turk Vedat 2016 turk Kofoglu 1997 turk Vedat 2019 seh 69 71 turk Vedat 2016 seh 405 turk Pirs 1993 seh 295 ingilis Sakaoglu 2007 seh 13 turk Imber 1987 ingilis Sahin 2013 turk Sureyya turk Pirs 1993 seh 16 ingilis Malhun Xatun turbesi kulturenvanteri com turk 2023 03 08 tarixinde Istifade tarixi 2023 03 08 Osmanli Qurulus romani Malxatun ve yazinin tarixle elaqesi ile bagli Cemal Sakalli Littera Edebiyyat yazilari Ankara 2011 turk Qurulus Osmanciq trtizle com turk 2023 03 08 tarixinde Istifade tarixi 2023 03 08 Qurulus Osman serialinda Malhun Xatun ile bagli qisa melumat www atv com tr turk 2023 03 08 tarixinde Istifade tarixi 2023 03 08 EdebiyyatSakaoglu N Meshur Osmanli qadinlari Istanbul Avea 2007 320 seh ISBN 9757104779 ISBN 9789757104773 ingilis dilinde Akyildiz Ali Valide Sultan Islam Ensiklopediyasi Islam Arasdirmalari Merkezi 2012 bolme 42 seh 494 499 Ulucay M C Padsahin Qadinlari ve Qizlari 2001 ISBN 978 975 437 840 5 turk dilinde Pirs Lesli P Imperial Herem Osmanli imperiyasinda Qadinlar ve Hokmranliq Oksford Oxford University Press 1993 ISBN 0195086775 9780195086775 ingilis dilinde Alderson Entoni Dolfin Osmanli sulalesinin strukturu Oksford Klarendon Press 1956 Louri H V Erken dovr Osmanli dovletinin qurulusu terc Kivanc Tanriyar Istanbul 2010 seh 81 84 Asiqpasazade Tarix Atsizin redaktesiyle seh 95 115 Nesri Cahannuma haz Necdet Ozturk Istanbul 2008 seh 38 40 41 69 Cayirdag M Ebulqasim ibn Eli et Tusi Kayseri ensiklopediyasi Kayseri Kayseri Boyukseher Belediyyesi 2010 bolme 2 seh 65 66 ISBN 978 975 8046 76 8 Vedat T Hemidogullari ve Tekeogullarinin menseyine ve veqflerine dair Journal of Turkish Studies 2016 nomre 46 seh 403 432 turk dilinde Kofoglu S Hemidogullari Islam Ensiklopediyasi 1997 Vol 15 seh 307 309 turk dilinde Imber C Osmanli xanedaninin mifi Turk 1987 XIX S 7 27 ingilis dilinde Vedat T Osman Qazinin xanimlari ve usaqlari turk dilinde Vakanuvis Beynelxalq Tarix Arasdirmalari Jurnali 2019 nomre 4 seh 67 80 ISSN 2149 9535 Sahin H Yaxsi Feqih Islam Ensiklopediyasi 2013 bolme 43 seh 180 182 turk dilinde Sureyya Mehmed Sicill i Osmani turk dilinde