Nəzzam (775, Bəsrə[…] – 845[…], Bağdad və ya Bəsrə) – Müsəlman filosofu, mötəzilə məzhəbinin nümayəndəsi
Hani Nəzzam | |
---|---|
Əbu İshaq İbrahim ibn Səyyar ibn Hani Nəzzamdır | |
Doğum adı | إبراهيم بن سيار بن هانئ البصري |
Doğum tarixi | 775 |
Doğum yeri |
|
Vəfat tarixi | 845[…] |
Vəfat yeri |
|
Elm sahəsi | Fəlsəfə |
İş yeri | |
Tanınmış yetirməsi | Əl-Cahiz |
Tanınır |
Həyatı
Dünya elm və mədəniyyətinə İslam dünyasının bəxş etdiyi mütəfəkkirlərdən biri də mötəzilə məzhəbinin məşhur simalarından olan Əbu İshaq İbrahim ibn Səyyar ibn Hani Nəzzamdır.
Onun doğum tarixi haqqında müxtəlif fərziyyələr mövcuddur. Tədqiqatçıların bəzisinə görə, o, 760-cı ildə, bəzilərinə görə isə 811-ci ildə Bəsrə şəhərində dünyaya gəlmişdir. Mənbələrdə ulu babalarının Bəlx şəhərindən olduğu bildirilmişdir. Ləqəbi "Nəzzam" haqqında da bir-birindən fərqli fikirlər dolaşır. Bu ləqəbin ona muncuq düzəltdiyi və yaxud çox gözəl şeirlər, mənzum əsərlər yazdığı üçün verildiyi rəvayət olunur. Gənclik illərini Bəsrədə keçirən Nəzzamın ilk müəllimi dayısı Əbul Hüzeyl əl-Əllaf olmuşdur. Daha sonra xəlifə Məmunun dəvəti ilə Bağdada gələrək, orada mötəzilə məzhəbinin məşhur alimləri ilə tanış olmuş, bir çox fiqh, kəlam və hədis alimləri ilə elmi disputlarda iştirak etmişdir. Şöhrəti artdıqca maddi vəziyyəti də mütənasib olaraq yüksəlmişdir. Hənəfi məzhəbinin nümayəndələri ilə gərgin elmi mübahisələri olmuşdur. Nəzzam bir çox şəhərlərə səfər etmiş, həcc ziyarətində olmuşdur. Onun ölümünə dair fərziyyələr də bir-birindən xeyli fərqlənir. Bəziləri sərxoş olub, özünü yaşadığı evin damından atdığını, bəziləri isə alimin öz ömrünü dindar kimi tamamladığını qeyd edirlər.
Yaradıcılığı
Nəzzam İslam dünyasının elm və mədəniyyət həyatının qızğın inkişafda olduğu bir dövrdə yaşamışdır. Dövrün tələbinə uyğunlaşaraq, ədəbiyyatı, şeiri, öyrənmiş, habelə fiqh, kəlam, təfsir kimi İslam elmlərinə dərindən bələd olmuşdur. O, həmçinin hind, fars və başqa dillərə yiyələnmişdir. Nəzzamın İudaizm, Xristianlıq və dair ən incə biliklərə malik olduğu rəvayət edilir. Əsas ixtisası isə fəlsəfə və kəlam elmi ilə bağlı olmuşdur. O, Aristotelin kitablarını diqqətlə öyrənmiş, hətta onlara tənqid də yazmışdır. Son dərəcə sərbəst düşüncəsi müasirləri tərəfindən kəskin tənqidlərə məruz qalmışdır.
Tənqidi
Nəzzamın əliaçıq, geniş təfəkkürlü, hazırcavab olması ilə yanaşı, tərifdə və tənqiddə ifrata yol verdiyi də tədqiqatçılar tərəfindən qeyd edilmişdir. Buna görə də dostları kimi, düşmənləri də az olmamışdır. Onun ən məşhur tələbəsi müəllimi haqqında demişdir: "Keçmiş insanlar "hər min ildə bir dəfə bənzəri olmayan bir insan gələr" söyləmişlər. Əgər bu söz düzdürsə, şübhə yoxdur ki, bu insan Nəzzamdır". Əbdülqadir əl-Bağdadi və İsfərayini kimi kəlam alimləri isə, onun həyatını günahlar içərisində keçirən insan olduğunu, hətta bir sıra məşhur alim tərəfindən küfrdə ittiham edildiyini rəvayət etmişlər.
Əqidəsi
Nəzzam mötəzilə məzhəbinin "üsuli xəmsə" (beşlik üsulu) sistemini qəbul etmişdir. Onun fikrincə, ancaq insana məxsus olan elmilik hissetmə və ağıl yolu ilə əldə edilir. O, insanda əsl idrak obyektinin ruh olduğunu və bunu duyğu orqanlarının əşyalara təması ilə həyata keçirdiyini bildirmişdir. Duyğuların köməyi ilə xeyir və şər əməllərin qavranılmasının mümkünlüyünü isbat etməyə çalışmışdır. O, kainatın məhdud və sonlu olduğu fikrinin tərəfdarı idi. Əşyaların təbiətcə özünəməxsusluğunu qeyd edən Nəzzam, onların ilk baxışda idarəolunmaz görünmələrinə baxmayaraq, Allahın hökmünə tabe olduqlarını bildirmişdir. O, insanın iki ayrı substansiya kimi bədən və ruhdan ibarət olduğu fikrini rədd edərək, bədəni ruhun qəlibi və daşıyıcısı adlandırmış, insanın yalnız ruhdan ibarət olduğunu iddia etmişdir. Onun fikrincə, lətif cisim olan ruh, bölünməyən və zidd hissəciklərə parçalanmayan cövhərdir.
Nəzzam bildirmişdir ki, Allah varlıqları bir dəfəyə və gördüyümüz şəkildə yaratmışdır. O qeyd etmişdir ki, ağlı olan hər şəxs, təbiəti müşahidə etməklə Allahın varlığını təsdiq edə bilər. Pis şeyləri insan özü edir, Allah şəri yaratmamışdır. Beləliklə, Allah ədalətinə əsasən, Cəhənnəmdəkilərin əzabını, Cənnətdəkilərin isə mükafatını nə artırar, nə də azaldar. Çünki bunlar zülm hesab olunur, o da ehtiyac və ya cahillikdən doğar. Allah bunların ikisindən də uzaqdır. Nəzzam nübuvvəti insan üçün vacib hesab etmişdir. O, Qurani-Kərimdə Həzrət Məhəmmədin (s) peyğəmbərliyinə dair qəti dəlillərin olduğunu vurğulamışdır. Həzrət Məhəmmədin (s) özündən sonra işarə ilə Həzrət Əlini (ə) imam təyin etdiyini nəzərə çatdırmışdır. Bütün bunlara əsasən Həzrət Əliyə (ə) qarşı savaşanların xəta etdiklərini bildirmişdir. O, habelə bir sıra səhabələri yalançılıqda və əhli-beytin Peyğəmbər (s) mirasını almasındakı rollarına görə, tənqid atəşinə tutmuşdur. Bəzi tədqiqatçılar onun İmamət mövzusunda Hişam ibn Hakimdən təsirləndiyini qeyd etmişlər.
Dini hökmlərin qəti dəlillərə istinad etməsinin vacibliyini vurğulayan Nəzzam, xilasın imanla yanaşı, böyük günahlardan uzaqlaşmaqla mümkünlüyünü bildirmişdir. Onun fikrincə, böyük günahlar yalnız vəhy yolu ilə qadağan edilənlərdir. Nəzzamın bunlardan əlavə, ərəblərlə qeyri-ərəblərin evlənməsinin haram olduğunu, 200 dirhəmə qədər oğurluğun günah sayılmadığını, qəsdən tərk edilən namazın qəzasının olmadığını bildirən fiqhi düşüncələri də mövcuddur.
Nəzzamın qırxadək əsəri olduğu qeyd edilmişdir. Lakin bunların heç biri dövrümüzədək gəlib çatmamışdır. Yalnız tələbəsi Cahiz öz kitablarında onlardan sitatlar gətirmişdir. Nəzzam İslam fəlsəfəsi və kəlam sahəsinə bir sıra yeniliklər gətirmiş, bu elmlərin inkişafında özünəməxsus rol oynamaqla yanaşı, ziddiyyətli şəxsiyyəti və düşüncə tərzinin təkrarolunmazlığı ilə İslam tarixində iz qoyan şəxsiyyətlərdən olmuşdur.
İstinadlar
- Ibrāhīm al-Naẓẓām // Encyclopædia Britannica (ing.).
- الزركلي خ. ا. الأعلام (ərəb.): قاموس تراجم لأشهر الرجال والنساء من العرب والمستعربين والمستشرقين. 15 بيروت: دار العلم للملايين, 2002. C. 1. S. 43.
- https://books.google.fr/books?id=I0ANAAAAIAAJ&newbks=0&printsec=frontcover&hl=fr&redir_esc=y#v=onepage&q&f=false.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nezzam 775 Besre 845 Bagdad ve ya Besre Muselman filosofu motezile mezhebinin numayendesiHani NezzamEbu Ishaq Ibrahim ibn Seyyar ibn Hani NezzamdirDogum adi إبراهيم بن سيار بن هانئ البصريDogum tarixi 775Dogum yeri Besre Besre muhafezesi Iraq Vefat tarixi 845 Vefat yeri Bagdad ve yaBesre Besre muhafezesi IraqElm sahesi FelsefeIs yeri BagdadTaninmis yetirmesi El CahizTaninir Heyati Dunya elm ve medeniyyetine Islam dunyasinin bexs etdiyi mutefekkirlerden biri de motezile mezhebinin meshur simalarindan olan Ebu Ishaq Ibrahim ibn Seyyar ibn Hani Nezzamdir Onun dogum tarixi haqqinda muxtelif ferziyyeler movcuddur Tedqiqatcilarin bezisine gore o 760 ci ilde bezilerine gore ise 811 ci ilde Besre seherinde dunyaya gelmisdir Menbelerde ulu babalarinin Belx seherinden oldugu bildirilmisdir Leqebi Nezzam haqqinda da bir birinden ferqli fikirler dolasir Bu leqebin ona muncuq duzeltdiyi ve yaxud cox gozel seirler menzum eserler yazdigi ucun verildiyi revayet olunur Genclik illerini Besrede keciren Nezzamin ilk muellimi dayisi Ebul Huzeyl el Ellaf olmusdur Daha sonra xelife Memunun deveti ile Bagdada gelerek orada motezile mezhebinin meshur alimleri ile tanis olmus bir cox fiqh kelam ve hedis alimleri ile elmi disputlarda istirak etmisdir Sohreti artdiqca maddi veziyyeti de mutenasib olaraq yukselmisdir Henefi mezhebinin numayendeleri ile gergin elmi mubahiseleri olmusdur Nezzam bir cox seherlere sefer etmis hecc ziyaretinde olmusdur Onun olumune dair ferziyyeler de bir birinden xeyli ferqlenir Bezileri serxos olub ozunu yasadigi evin damindan atdigini bezileri ise alimin oz omrunu dindar kimi tamamladigini qeyd edirler Yaradiciligi Nezzam Islam dunyasinin elm ve medeniyyet heyatinin qizgin inkisafda oldugu bir dovrde yasamisdir Dovrun telebine uygunlasaraq edebiyyati seiri oyrenmis habele fiqh kelam tefsir kimi Islam elmlerine derinden beled olmusdur O hemcinin hind fars ve basqa dillere yiyelenmisdir Nezzamin Iudaizm Xristianliq ve dair en ince biliklere malik oldugu revayet edilir Esas ixtisasi ise felsefe ve kelam elmi ile bagli olmusdur O Aristotelin kitablarini diqqetle oyrenmis hetta onlara tenqid de yazmisdir Son derece serbest dusuncesi muasirleri terefinden keskin tenqidlere meruz qalmisdir Tenqidi Nezzamin eliaciq genis tefekkurlu hazircavab olmasi ile yanasi terifde ve tenqidde ifrata yol verdiyi de tedqiqatcilar terefinden qeyd edilmisdir Buna gore de dostlari kimi dusmenleri de az olmamisdir Onun en meshur telebesi muellimi haqqinda demisdir Kecmis insanlar her min ilde bir defe benzeri olmayan bir insan geler soylemisler Eger bu soz duzdurse subhe yoxdur ki bu insan Nezzamdir Ebdulqadir el Bagdadi ve Isferayini kimi kelam alimleri ise onun heyatini gunahlar icerisinde keciren insan oldugunu hetta bir sira meshur alim terefinden kufrde ittiham edildiyini revayet etmisler Eqidesi Nezzam motezile mezhebinin usuli xemse beslik usulu sistemini qebul etmisdir Onun fikrince ancaq insana mexsus olan elmilik hissetme ve agil yolu ile elde edilir O insanda esl idrak obyektinin ruh oldugunu ve bunu duygu orqanlarinin esyalara temasi ile heyata kecirdiyini bildirmisdir Duygularin komeyi ile xeyir ve ser emellerin qavranilmasinin mumkunluyunu isbat etmeye calismisdir O kainatin mehdud ve sonlu oldugu fikrinin terefdari idi Esyalarin tebietce ozunemexsuslugunu qeyd eden Nezzam onlarin ilk baxisda idareolunmaz gorunmelerine baxmayaraq Allahin hokmune tabe olduqlarini bildirmisdir O insanin iki ayri substansiya kimi beden ve ruhdan ibaret oldugu fikrini redd ederek bedeni ruhun qelibi ve dasiyicisi adlandirmis insanin yalniz ruhdan ibaret oldugunu iddia etmisdir Onun fikrince letif cisim olan ruh bolunmeyen ve zidd hisseciklere parcalanmayan covherdir Nezzam bildirmisdir ki Allah varliqlari bir defeye ve gorduyumuz sekilde yaratmisdir O qeyd etmisdir ki agli olan her sexs tebieti musahide etmekle Allahin varligini tesdiq ede biler Pis seyleri insan ozu edir Allah seri yaratmamisdir Belelikle Allah edaletine esasen Cehennemdekilerin ezabini Cennetdekilerin ise mukafatini ne artirar ne de azaldar Cunki bunlar zulm hesab olunur o da ehtiyac ve ya cahillikden dogar Allah bunlarin ikisinden de uzaqdir Nezzam nubuvveti insan ucun vacib hesab etmisdir O Qurani Kerimde Hezret Mehemmedin s peygemberliyine dair qeti delillerin oldugunu vurgulamisdir Hezret Mehemmedin s ozunden sonra isare ile Hezret Elini e imam teyin etdiyini nezere catdirmisdir Butun bunlara esasen Hezret Eliye e qarsi savasanlarin xeta etdiklerini bildirmisdir O habele bir sira sehabeleri yalanciliqda ve ehli beytin Peygember s mirasini almasindaki rollarina gore tenqid atesine tutmusdur Bezi tedqiqatcilar onun Imamet movzusunda Hisam ibn Hakimden tesirlendiyini qeyd etmisler Dini hokmlerin qeti delillere istinad etmesinin vacibliyini vurgulayan Nezzam xilasin imanla yanasi boyuk gunahlardan uzaqlasmaqla mumkunluyunu bildirmisdir Onun fikrince boyuk gunahlar yalniz vehy yolu ile qadagan edilenlerdir Nezzamin bunlardan elave ereblerle qeyri ereblerin evlenmesinin haram oldugunu 200 dirheme qeder ogurlugun gunah sayilmadigini qesden terk edilen namazin qezasinin olmadigini bildiren fiqhi dusunceleri de movcuddur Nezzamin qirxadek eseri oldugu qeyd edilmisdir Lakin bunlarin hec biri dovrumuzedek gelib catmamisdir Yalniz telebesi Cahiz oz kitablarinda onlardan sitatlar getirmisdir Nezzam Islam felsefesi ve kelam sahesine bir sira yenilikler getirmis bu elmlerin inkisafinda ozunemexsus rol oynamaqla yanasi ziddiyyetli sexsiyyeti ve dusunce terzinin tekrarolunmazligi ile Islam tarixinde iz qoyan sexsiyyetlerden olmusdur IstinadlarIbrahim al Naẓẓam Encyclopaedia Britannica ing الزركلي خ ا الأعلام ereb قاموس تراجم لأشهر الرجال والنساء من العرب والمستعربين والمستشرقين 15 بيروت دار العلم للملايين 2002 C 1 S 43 https books google fr books id I0ANAAAAIAAJ amp newbks 0 amp printsec frontcover amp hl fr amp redir esc y v onepage amp q amp f false Xarici kecidler