Nəcd əmirliyi və yaxud İkinci Səudiyyə dövləti — XIX əsrdə Ərəbistan yarımadasında mövcud olmuş dövlət. Nəcd əmirliyi Birinci Səudiyyə Dövləti süquta uğradıqdan sonra, 1824-cü ildə yenidən əvvəlki ərazilərdə, bu dəfə paytaxt Ər-Riyad olmaqla Səud sülaləsi tərəfindən yaradılmışdır. Əmirlik 1824-1891-ci illərdə mövcud olmuşdur. 1891-ci ildə əslən Haildən olan səudların əzəli düşmənləri Əl-Rəşidi qəbiləsi tərəfindən süquta uğradılmışdır.
Əmirlik | |||
Nəcd əmirliyi | |||
---|---|---|---|
| |||
| |||
| |||
Paytaxt | Ər-Riyad | ||
Rəsmi dilləri | Ərəb dili | ||
Dövlət dini | İslam | ||
Ərazisi | Ərəbistan yarımadasının mərkəzi və şərq hissəsi | ||
Əhalisi | ərəblər | ||
İdarəetmə forması | Monarxiya | ||
Sülalə | Səudlar | ||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Birinci Səudiyyə dövlətinin süqutu
XVIII əsrin ortalarında əsas ideologiyası Vəhhabilik olan yeni dövlət yarandı. 1744-cü ildə Məhəmməd ibn Səud Birinci Səudiyyə dövlətinin yaranmasını elan etdi. Dəriyyə şəhərinin əmiri Məhəmməd ibn Səud yerli əmirlərlə yaxın münasibətlər qurur, tərəfdarları ilə ətraf bölgələrə yürüşlər edirdi. Məhəmməd ibn Əbdülvahhab öz adına xütbələr oxutmağa başladı. Bu da, Osmanlı imperiyasına qarşı mübarizədə ərəb hərəkatının əsas ideoloji bazasını təşkil edirdi. 1765-ci ildə Məhəmməd ibn Səud öldü və yerinə oğlu Əbdüləziz keçdi. Əbdüləziz ibn Məhəmməd əl-Səud müsəlman-vəhhabilərin imamı kimi Dəriyyə əmirliyini güclü bir dövlətə çevirə bildi. 1773-cü ildə Ər-Riyadı işğal edən Səud sülaləsi, bütün Nəcdi özlərinə tabe etdilər. Vəhhabilər, tutduqları ərazilərdə bütün şiə ziyarətgahlarını dağıdırdılar. Buna görə də, Qərbi Ərəbistandakı Məkkə şərifliyi onlara qarşı mövqedə idi. Səud sülaləsinin hərbi uğurlarını görən Osmanlı hökuməti bölgəyə hərbi qüvvələr göndərdi. Ancaq, məğlub olan osmanlılar geri çəkilmək məcburiyyətində qaldılar. Osmanlı imperiyası o qədər zəifləmişdi ki, öz əyalətlərinə nəzarət edə bilmirdi və nəticədə Dəriyyə əmirliyi 1802-ci ildə İraqa hücum etdi və Kərbəla şəhərində şiə ziyarətgahlarını dağıtdı. Ardından Məkkə şəhərini ələ keçirsələr də, Ciddə və Mədinə şəhərlərini tuta bilmədilər. 1803-cü ildə Dəriyyə əmiri Əbdüləziz ibn Məhəmməd əl-Səud sui-qəsd nəticəsində öldürüldü və yerinə oğlu Səud ibn Əbdüləziz əl-Səud keçdi. O, 1805-ci ildə Mədinəni və demək olar ki, bütün Hicazı ələ keçirdi.
1805-ci ildən 1810-cu ilə qədər Dəriyyə əmirliyinin İraqa və Suriyaya hücumları davam etdi. Əmirlik Osmanlı dövlətinin nüfuzuna böyük zərbə vururdu. Bu səbəbdən Osmanlı sultanının əmri ilə Dəriyyə əmirliyinə qarşı, 1811-ci ildə Osmanlı sultanının vassalı olan Misir xədivi Kavalalı Mehmed Əli Paşa müharibəyə başladı. Misir hakimi Mehmet Əli Paşanın oğlu Tosun paşanın başçılıq etdiyi ordu 1813-cü ildə Hicaz bölgəsini səudiyyəlilərdən azad etdi. Omanda başlayan üsyan nəticəsində vəhhabi-səudiyyəlilər bu regiondan da çəkilmək məcburiyyətində qaldı.
1814-cü ildə Səud ibn Əbdüləziz öldü. Onun yerinə taxta oğlu Abdulla ibn Səud keçdi. Abdulla ibn Səudun dövründə vəhhabilər, Hicaz, Oman, Bəhreyn və Tihamə üzərində nəzarəti itirdilər.1817-ci ildə Abdulla ibn Səud mərkəzi Nəcd üzərində nəzarəti itirdi və bir il sonra Səudların son qalası olan Dəriyyə şəhəri də işğal edildi. Səud sülaləsinin bir çox üzvü həlak oldu. Misir ordusunun komandanı İbrahim Paşanın əmri ilə Dəriyyə şəhəri yerlə yeksan edildi. Səudilər ailəsinin bir çox üzvü əsir alınaraq Misirə aparıldı, vəhabi uləmə və tərəfdarları ağır repressiyalara uğradılar. Əmir Abdulla ibn Səud İstanbula göndərildi və orada sultanın əmri ilə edam edilərək başını Bosfor boğazının sularına atıldı.
Yeni Səudiyyə dövlətinin yaranması
Hakimiyyətsiz qalan ərazilərdə xaos baş alıb gedirdi. Nəzarətsiz qalan ərazilərə bədəvilərin qarətçi yürüşləri genişlənmişdi. Üstəlik, zadəgan ailələrin üzvləri hakimiyyət uğrunda mübarizəyə başlamışdılar. Siyasi böhran dərinləşdikcə sağ qalan Səudiyyələrin mövqeləri yenidən güclənməyə başladı. Nəticədə 1821-ci ildə Abdulla ibn Səudun sağ qalmış qohumlarından Türki ibn Abdulla əl-Səud, özünə Ər-Riyadı paytaxt seçərək Osmanlılara qarşı üsyan qaldırdı. Nəticədə 1824-cü ildə İkinci Səudiyyə Dövləti - Nəcd əmirliyi yarandı.
1834-cü ildə Turki öldü, onun yerinə Misir əsarətindən qaçan oğlu Feysal keçdi. Səudların hakimiyyəti altında əmirlik qəbilə üsyanlarını yatıraraq qonşu dövlətləri ona xərac verməyə məcbur edərək tədricən gücləndi.
Misir əsarəti dövrü
Nəcd əmirliyinin güclənməsindən narahat olan misirlilər 1838-cü ildə Ərəbistan yarımadasının Mərkəzinə və Şərqinə yeni hərbi ekspedisiya təşkil etdilər. İbrahim Paşanın amansız qırğınlarını hələ də xatırlayan əhali misirlilərə fəal müqavimət göstərmədi. Fəth olunmuş Ərəbistanın qısa müddətlik Misir hökmranlığından sonra Misir qoşunlarının komandanı Xurşid Paşa, misirlilərə sadiq olan səud sülaləsinin üzvü Əmir Xalidi əmirliyin taxtına oturtdu. 1840-1841-ci illər ərzində misirlilər Ərəbistanı tərk etdilər.
Feysalın hakimiyyətə ikinci dönüşü
1840-cı ildə misirlilər, ehtimal ki, Osmanlı imperiyasında qarışıqlıq törətmək niyyəti ilə, Feysal ibn Turkini həbsdən azad etdilər. Ağır və şiddətli mübarizədən sonra əmir Feysal ibn Turki 1843-cü ildə əmirliyin paytaxtında qərar tutdu. Özünü Osmanlı Sultanının vassalı elan edən əmir Orta və Şərqi Ərəbistanın növbəti fəthinə başladı. Cebel-Şammar daxili idarəetməni davam etdirərək və öz genişlənməsini Şimali Ərəbistan istiqamətinə yönəldərək, Feysala müttəfiqlik əlaqələri qurdu. Lakin Əl Qasim və Bəhreynin əmirləri səudlara asanlıqla təslim olmadılar.
Dövlətin süqutu
Feysal ömrünün sonlarında əmirliyin idarəsini üç oğlu - Abdulla, Səud və Məhəmməd arasında böldü. Onun oğlanları isə öz növbəsində əmirlik torpaqlarında məskunlaşan qəbilələr arasında özlərinə dəstək axtarmağa başladılar. 1865-ci ildə Əmir Faysalın ölümü və Abdulla ibn Feysalın hakimiyyətə gəlişindən sonra Abdulla və Səud arasında daxili mübarizə başladı. Şərqi Ərəbistanda olan bütün dövlət qurumları - Osmanlı imperiyası və Britaniya imperiyası da bu mübarizəyə cəlb olundular. Abdullanın 1871-ci ildə Bağdad vəlisi Midhət Paşaya kömək üçün rəsmi müraciəti, osmanlıların Əl-Xasanı ələ keçirmək üçün bəhanə oldu.
1880-ci illərdə Cebel-Şammarda hökmdarlıq edən Rəşidilər fəal şəkildə Ərəbistanda hakimiyyət uğrunda mübarizəyə qoşuldular. 1891-ci ildə səudların əzəli düşmənləri Əl-Rəşidi qəbiləsi İkinci Səudiyyə dövlətini süquta uğratdılar. Bununla Rəşidilər 1890-cı illərdə Ərəbistan yarımadasının mərkəzində yeganə siyasi qüvvə oldular.
Hökmdarları
№ | adı | hakimiyyət illəri | qeydlər |
---|---|---|---|
1. | Turki ibn Abdulla | 1824—1834 | |
2. | Mişari ibn Abdürəhman | 1834 | Turkinin əmisi nəvəsi, Əl- Mişari şəcərəsinin nümayəndəsi. |
3. | Feysəl ibn Turki | 1834—1837 | Turkinin oğlu. |
4. | Xalid ibn Səud | 1837—1841 | Birinci Səudiyyə dövlətinin əmiri Abdulla ibn Saudun qardaşı və Turkinin əmisi oğlu. |
5. | Abdulla ibn Sünayən | 1841—1843 | Turki və Mişarinin əmisi nəvəsi, Əs-Sünayən şəcərəsinin nümayəndəsi. |
3. | Feysal ibn Turki | 1843—1865 | 2-ci dəfə |
6. | Abdulla ibn Feysal | 1865—1871 | Faysal ibn Turkinin oğlu. |
7. | Saud ibn Feysal | 1871 | Abdullah ibn Feysalın qardaşı. |
8. | Abdulla ibn Turki | 1871 | Turkinin oğlu. |
6. | Abdulla ibn Feysal | 1871—1873 | 2-ci dəfə |
7. | Səud ibn Feysal | 1873—1875 | 2-ci dəfə |
9. | Əbdürrəhman ibn Feysal | 1875—1876 | Feysalın oğlu. |
6. | Abdulla ibn Feysal | 1876—1889 | 3-cü dəfə |
? | Məhəmməd ibn Səud ibn Feysal | 1887 | Səud ibn Feysalın oğlu Bəzi mənbələrin məlumatına görə müəyyən müddət ərzində Nəcd əmiri olmuşdur.. |
9. | Əbdürrəhman ibn Feysal | 1889—1891 | 2-ci dəfə |
İstinadlar
- Front Cover George Walter Prothero, Great Britain. Foreign Office. Historical Section. Peace Handbooks: Turkey in Asia (II), no. 61–66. H. M. Stationery Office, 1920. Pp. 20
- ""Timeline Saudi Arabia"". 2015-12-22 tarixində . İstifadə tarixi: 2021-04-17.
- Sauds's campaign for Hejaz and the two holy cities 2010-09-14 at the Wayback Machine Islam Life online magazine
- Abdullah bin Saud's capture 2015-09-24 at the Wayback Machine King Abdullah Ibn Saud Information Resource
- Мухаммед ибн Сауд ибн Фейсал 2017-11-12 at the Wayback Machine на сайте allmonarchs.net
Ədəbiyyat
- История Востока. В 6 тт. Т. IV. Восток в новое время (конец XVIII — начало XX вв.). Кн. 1. — М.: Восточная литература РАН, 2004. —
Xarici keçidlər
- Second State of Saudi Arabia
- in Saudi Aramco World, January/February 1999, pp 4–11
- Васильев А. История Саудовской Аравии. 1745—1973
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Necd emirliyi ve yaxud Ikinci Seudiyye dovleti XIX esrde Erebistan yarimadasinda movcud olmus dovlet Necd emirliyi Birinci Seudiyye Dovleti suquta ugradiqdan sonra 1824 cu ilde yeniden evvelki erazilerde bu defe paytaxt Er Riyad olmaqla Seud sulalesi terefinden yaradilmisdir Emirlik 1824 1891 ci illerde movcud olmusdur 1891 ci ilde eslen Hailden olan seudlarin ezeli dusmenleri El Residi qebilesi terefinden suquta ugradilmisdir EmirlikNecd emirliyiBayraqIkinci Seudiyye emirliyinin texmini serhedleri 1818 24 yanvar 1891Paytaxt Er RiyadResmi dilleri Ereb diliDovlet dini IslamErazisi Erebistan yarimadasinin merkezi ve serq hissesiEhalisi ereblerIdareetme formasi MonarxiyaSulale Seudlar Vikianbarda elaqeli mediafayllarTarixiBirinci Seudiyye dovletinin suqutu XVIII esrin ortalarinda esas ideologiyasi Vehhabilik olan yeni dovlet yarandi 1744 cu ilde Mehemmed ibn Seud Birinci Seudiyye dovletinin yaranmasini elan etdi Deriyye seherinin emiri Mehemmed ibn Seud yerli emirlerle yaxin munasibetler qurur terefdarlari ile etraf bolgelere yurusler edirdi Mehemmed ibn Ebdulvahhab oz adina xutbeler oxutmaga basladi Bu da Osmanli imperiyasina qarsi mubarizede ereb herekatinin esas ideoloji bazasini teskil edirdi 1765 ci ilde Mehemmed ibn Seud oldu ve yerine oglu Ebduleziz kecdi Ebduleziz ibn Mehemmed el Seud muselman vehhabilerin imami kimi Deriyye emirliyini guclu bir dovlete cevire bildi 1773 cu ilde Er Riyadi isgal eden Seud sulalesi butun Necdi ozlerine tabe etdiler Vehhabiler tutduqlari erazilerde butun sie ziyaretgahlarini dagidirdilar Buna gore de Qerbi Erebistandaki Mekke serifliyi onlara qarsi movqede idi Seud sulalesinin herbi ugurlarini goren Osmanli hokumeti bolgeye herbi quvveler gonderdi Ancaq meglub olan osmanlilar geri cekilmek mecburiyyetinde qaldilar Osmanli imperiyasi o qeder zeiflemisdi ki oz eyaletlerine nezaret ede bilmirdi ve neticede Deriyye emirliyi 1802 ci ilde Iraqa hucum etdi ve Kerbela seherinde sie ziyaretgahlarini dagitdi Ardindan Mekke seherini ele kecirseler de Cidde ve Medine seherlerini tuta bilmediler 1803 cu ilde Deriyye emiri Ebduleziz ibn Mehemmed el Seud sui qesd neticesinde olduruldu ve yerine oglu Seud ibn Ebduleziz el Seud kecdi O 1805 ci ilde Medineni ve demek olar ki butun Hicazi ele kecirdi 1805 ci ilden 1810 cu ile qeder Deriyye emirliyinin Iraqa ve Suriyaya hucumlari davam etdi Emirlik Osmanli dovletinin nufuzuna boyuk zerbe vururdu Bu sebebden Osmanli sultaninin emri ile Deriyye emirliyine qarsi 1811 ci ilde Osmanli sultaninin vassali olan Misir xedivi Kavalali Mehmed Eli Pasa muharibeye basladi Misir hakimi Mehmet Eli Pasanin oglu Tosun pasanin basciliq etdiyi ordu 1813 cu ilde Hicaz bolgesini seudiyyelilerden azad etdi Omanda baslayan usyan neticesinde vehhabi seudiyyeliler bu regiondan da cekilmek mecburiyyetinde qaldi 1814 cu ilde Seud ibn Ebduleziz oldu Onun yerine taxta oglu Abdulla ibn Seud kecdi Abdulla ibn Seudun dovrunde vehhabiler Hicaz Oman Behreyn ve Tihame uzerinde nezareti itirdiler 1817 ci ilde Abdulla ibn Seud merkezi Necd uzerinde nezareti itirdi ve bir il sonra Seudlarin son qalasi olan Deriyye seheri de isgal edildi Seud sulalesinin bir cox uzvu helak oldu Misir ordusunun komandani Ibrahim Pasanin emri ile Deriyye seheri yerle yeksan edildi Seudiler ailesinin bir cox uzvu esir alinaraq Misire aparildi vehabi uleme ve terefdarlari agir repressiyalara ugradilar Emir Abdulla ibn Seud Istanbula gonderildi ve orada sultanin emri ile edam edilerek basini Bosfor bogazinin sularina atildi Yeni Seudiyye dovletinin yaranmasiHakimiyyetsiz qalan erazilerde xaos bas alib gedirdi Nezaretsiz qalan erazilere bedevilerin qaretci yurusleri genislenmisdi Ustelik zadegan ailelerin uzvleri hakimiyyet ugrunda mubarizeye baslamisdilar Siyasi bohran derinlesdikce sag qalan Seudiyyelerin movqeleri yeniden guclenmeye basladi Neticede 1821 ci ilde Abdulla ibn Seudun sag qalmis qohumlarindan Turki ibn Abdulla el Seud ozune Er Riyadi paytaxt secerek Osmanlilara qarsi usyan qaldirdi Neticede 1824 cu ilde Ikinci Seudiyye Dovleti Necd emirliyi yarandi 1834 cu ilde Turki oldu onun yerine Misir esaretinden qacan oglu Feysal kecdi Seudlarin hakimiyyeti altinda emirlik qebile usyanlarini yatiraraq qonsu dovletleri ona xerac vermeye mecbur ederek tedricen guclendi Misir esareti dovruNecd emirliyinin guclenmesinden narahat olan misirliler 1838 cu ilde Erebistan yarimadasinin Merkezine ve Serqine yeni herbi ekspedisiya teskil etdiler Ibrahim Pasanin amansiz qirginlarini hele de xatirlayan ehali misirlilere feal muqavimet gostermedi Feth olunmus Erebistanin qisa muddetlik Misir hokmranligindan sonra Misir qosunlarinin komandani Xursid Pasa misirlilere sadiq olan seud sulalesinin uzvu Emir Xalidi emirliyin taxtina oturtdu 1840 1841 ci iller erzinde misirliler Erebistani terk etdiler Feysalin hakimiyyete ikinci donusu1840 ci ilde misirliler ehtimal ki Osmanli imperiyasinda qarisiqliq toretmek niyyeti ile Feysal ibn Turkini hebsden azad etdiler Agir ve siddetli mubarizeden sonra emir Feysal ibn Turki 1843 cu ilde emirliyin paytaxtinda qerar tutdu Ozunu Osmanli Sultaninin vassali elan eden emir Orta ve Serqi Erebistanin novbeti fethine basladi Cebel Sammar daxili idareetmeni davam etdirerek ve oz genislenmesini Simali Erebistan istiqametine yonelderek Feysala muttefiqlik elaqeleri qurdu Lakin El Qasim ve Behreynin emirleri seudlara asanliqla teslim olmadilar Dovletin suqutuFeysal omrunun sonlarinda emirliyin idaresini uc oglu Abdulla Seud ve Mehemmed arasinda boldu Onun oglanlari ise oz novbesinde emirlik torpaqlarinda meskunlasan qebileler arasinda ozlerine destek axtarmaga basladilar 1865 ci ilde Emir Faysalin olumu ve Abdulla ibn Feysalin hakimiyyete gelisinden sonra Abdulla ve Seud arasinda daxili mubarize basladi Serqi Erebistanda olan butun dovlet qurumlari Osmanli imperiyasi ve Britaniya imperiyasi da bu mubarizeye celb olundular Abdullanin 1871 ci ilde Bagdad velisi Midhet Pasaya komek ucun resmi muracieti osmanlilarin El Xasani ele kecirmek ucun behane oldu 1880 ci illerde Cebel Sammarda hokmdarliq eden Residiler feal sekilde Erebistanda hakimiyyet ugrunda mubarizeye qosuldular 1891 ci ilde seudlarin ezeli dusmenleri El Residi qebilesi Ikinci Seudiyye dovletini suquta ugratdilar Bununla Residiler 1890 ci illerde Erebistan yarimadasinin merkezinde yegane siyasi quvve oldular Hokmdarlari adi hakimiyyet illeri qeydler1 Turki ibn Abdulla 1824 18342 Misari ibn Abdurehman 1834 Turkinin emisi nevesi El Misari seceresinin numayendesi 3 Feysel ibn Turki 1834 1837 Turkinin oglu 4 Xalid ibn Seud 1837 1841 Birinci Seudiyye dovletinin emiri Abdulla ibn Saudun qardasi ve Turkinin emisi oglu 5 Abdulla ibn Sunayen 1841 1843 Turki ve Misarinin emisi nevesi Es Sunayen seceresinin numayendesi 3 Feysal ibn Turki 1843 1865 2 ci defe6 Abdulla ibn Feysal 1865 1871 Faysal ibn Turkinin oglu 7 Saud ibn Feysal 1871 Abdullah ibn Feysalin qardasi 8 Abdulla ibn Turki 1871 Turkinin oglu 6 Abdulla ibn Feysal 1871 1873 2 ci defe7 Seud ibn Feysal 1873 1875 2 ci defe9 Ebdurrehman ibn Feysal 1875 1876 Feysalin oglu 6 Abdulla ibn Feysal 1876 1889 3 cu defe Mehemmed ibn Seud ibn Feysal 1887 Seud ibn Feysalin oglu Bezi menbelerin melumatina gore mueyyen muddet erzinde Necd emiri olmusdur 9 Ebdurrehman ibn Feysal 1889 1891 2 ci defeIstinadlarFront Cover George Walter Prothero Great Britain Foreign Office Historical Section Peace Handbooks Turkey in Asia II no 61 66 H M Stationery Office 1920 Pp 20 Timeline Saudi Arabia 2015 12 22 tarixinde Istifade tarixi 2021 04 17 Sauds s campaign for Hejaz and the two holy cities 2010 09 14 at the Wayback Machine Islam Life online magazine Abdullah bin Saud s capture 2015 09 24 at the Wayback Machine King Abdullah Ibn Saud Information Resource Muhammed ibn Saud ibn Fejsal 2017 11 12 at the Wayback Machine na sajte allmonarchs netEdebiyyatIstoriya Vostoka V 6 tt T IV Vostok v novoe vremya konec XVIII nachalo XX vv Kn 1 M Vostochnaya literatura RAN 2004 ISBN 5 02 018387 3Xarici kecidlerSecond State of Saudi Arabia in Saudi Aramco World January February 1999 pp 4 11 Vasilev A Istoriya Saudovskoj Aravii 1745 1973