Nikolay İvanoviç Buxarin (rus. Никола́й Ива́нович Буха́рин; 9 oktyabr 1888, Moskva, Moskva quberniyası[d], Rusiya imperiyası – 15 mart 1938[…], Kommunarka poliqonu[d], Moskva vilayəti) — sovet partiya, dövlət xadimi, publisist, iqtisadçı, SSRİ Elmlər Akademiyası akademiki. (1929).
Nikolay Buxarin | |
---|---|
rus. Николай Иванович Бухарин | |
Doğum tarixi | 9 oktyabr 1888 |
Doğum yeri |
|
Vəfat tarixi | 15 mart 1938[…](49 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, iqtisadçı, filosof, jurnalist, yazıçı, redaktor |
Partiyası | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Nikolay İvanoviç Buxarin 27 sentyabr 1888-ci ildə anadan olmuşdu. Nikolay Buxarin 15 mart 1938-ci ildə vəfat edib.
1907–11-ci illərdə Moskva universitetinin hüquq fakültəsində oxumuşdur. 1906-cı ildən RSDFP üzvü, bolşevik idi. 1909–10-cu illərdə dəfələrlə həbs olunmuş, 1911-ci ildə Arxangelsk quberniyasına sürgünə göndərilmiş, tezliklə oradan qaçaraq mühacirət etmişdir. Yazıları Rusiya və Almaniyanın sosial-demokrat nəşrlərində dərc olunmuşdur.
Fevral inqilabından (1917) sonra Rusiyaya qayıdan Buxarin "Sosial-demokrat" qəzetinin və "Spartak" jurnalının redaktoru, RSDF(b)P Moskva vilayət bürosunun, fəhlə və əsgər deputatları Moskva sovetinin icraiyyə komitəsinin üzvü olmuşdur. RSDF(b)P-nin 6-cı qurultayında (1917) MK üzvü seçilmişdir. Moskvada bolşevik üsyanının (1917, oktyabr–noyabr) təşkilində iştirak etmişdir.
Yaradıcılığı
Partiya xadimi N. İ. Buxarin (1888–1938) qeyd edirdi ki, əgər belə getsə proletar ədəbiyyatı məhv olacaqdır.
1917-ci ilin dekabrından "Pravda" qəzetinin baş redaktoru, Müəssislər məclisinin üzvü olmuşdur. 1917-ci ilin sonu –1918-ci ilin əvvəllərində Almaniya ilə sülh bağlanmasının ələyhinə çıxan "sol kommunistlər" qrupunun lideri idi. RK(b)P-nin 8-ci qurultayında (1919) qəbul edilmiş partiyanın yeni proqramının müəlliflərindən biri olmuşdur Sosialist (1924-cü ildən Kommunist) akademiyasının təsisçilərindən və Rəyasət Heyəti üzvlərindən biri idi. 1924-cü ildən MK Siyasi Bürosunun, ÜRMİK və SSRİ MİK üzvü, 1926-cı ildən Kommunist internasionalının baş katibi olmuşdur.
"Keçid dövrünün iqtisadiyyatı" adlı kitabında (1920) "hərbi kommunizm" siyasətini müdafiə etmiş, lakin Vətəndaş müharibəsindən (1917–22) sonra "ideyalarımızın iflasa uğramasını" etiraf edərək V. İ. Leninin son ideyalarının fəal təbliğatçısına çevrilmişdir. Buxarin göstərirdi ki, SSRİ-də sosializmin qələbəsini bazar rəqabəti, fəhlə və kəndlilərin "ikisinifli cəmiyyətində" (proletariatın diktaturasının saxlanılması ilə) vətəndaş barışığı, həmçinin kənddə fərdi və kooperativ təsərrüfatların inkişafı təmin etməlidir.
V. İ. Leninin ölümündən sonra baş verən hakimiyyət uğrunda mübarizədə L. D. Trotskiyə qarşı çıxan Q. Y. Zinovyevi, L. B. Kamenevi və İ. V. Stalini, 1926–27-ci illərdə isə Zinovyev və Kamenevin "yeni müxalifətinə" qarşı çıxan İ. V. Stalini dəstəkləmişdi. 1928–29-cu illərdə Siyasi büroda A. İ. Rıkov və M. P. Tomski ilə birlikdə Stalinin yeni iqtisadi siyasətdən (YİS) imtina etmək kursuna qarşı çıxan "sağ müxalifəti" təşkil etmişdi. 1929-cu ildə tutduğu vəzifələrdən azad olunmuşdur.
Həmin ilin sonunda "sağ müxalifətin" mövqeyinin səhv olduğunu etiraf etsə də, Siyasi Büronun üzvlüyündən çıxarılmışdır. Buxarin Xalq Təsərrüfatı Ali Şurası (XTAŞ) elmi-tədqiqat sektorunun müdiri və onun Rəyasət Heyətinin üzvü (1929–32), eyni zamanda 1931-ci ildən "Sosialist yenidənqurması və elm" jurnalının redaktoru olmuşdur. 1932-ci ildən Ağır Sənaye Xalq Komissarlığı kollegiyasının üzvü və istehsalat-texnika təbliğatı sektorunun müdiri idi. ÜİK(b)P-nin 17-ci qurultayındakı (1934) çıxışında Stalin ətrafında birləşmək təklifi ilə çıxış etmiş, nəticədə MK üzvlüyünə namizəd seçilmiş və "İzvestiya" qəzetinin baş redaktoru təyin olunmuşdu. 1935-ci ilin fevralından SSRİ-nin yeni Konstitusiya layihəsini işləyib hazırlayan komissiyanın üzvü idi. SSRİ Ali Sovetinə bitərəflər ittifaqından namizədlərin iştirakı ilə alternativ seçkilərin tətbiq edilməsi təklifini irəli sürmüşdü. 1936-cı ildə yenidən bütün vəzifələrindən kənarlaşdırılmış, 1938-ci ildə güllələnmişdir. 1988-ci ildə bəraət alaraq partiya sıralarına bərpa edilmişdir.
Həmçinin bax
İstinadlar
- Nikolai Iwanowitsch Bucharin // Brockhauz Ensiklopediyası (alm.).
- Bibliothèque nationale de France Nikolaj Ivanovič Buharin // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Nikolay Buxarin // Azərbaycan Milli Ensiklopediyası : [25 cilddə] / baş red. M. K. Kərimov. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 52–53. — 25 000 nüsx. — .
- Bax: Г.А. Бордюгов, В.А. Козлов. История и конъюнктура. – Москва, 1992, с.87–111.
Xarici keçidlər
- Nikolay Buxarin
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nikolay Ivanovic Buxarin rus Nikola j Iva novich Buha rin 9 oktyabr 1888 Moskva Moskva quberniyasi d Rusiya imperiyasi 15 mart 1938 Kommunarka poliqonu d Moskva vilayeti sovet partiya dovlet xadimi publisist iqtisadci SSRI Elmler Akademiyasi akademiki 1929 Nikolay Buxarinrus Nikolaj Ivanovich BuharinDogum tarixi 9 oktyabr 1888 1888 10 09 Dogum yeri Moskva Moskva quberniyasi d Rusiya imperiyasiVefat tarixi 15 mart 1938 1938 03 15 49 yasinda Vefat yeri Kommunarka poliqonu d Lenin rayonu d Moskva vilayeti RSFSR SSRIVefat sebebi gulle yarasi d Defn yeri Kommunarka poliqonu d Tehsili Birinci Moskva Gimnaziyasi d 1907 Fealiyyeti siyasetci iqtisadci filosof jurnalist yazici redaktorPartiyasi Sovet Ittifaqi Kommunist Partiyasi Rusiya Sosial Demokrat Fehle PartiyasiUzvluyu Rusiya Elmler Akademiyasi SSRI Elmler Akademiyasi Vikianbarda elaqeli mediafayllarHeyatiNikolay Ivanovic Buxarin 27 sentyabr 1888 ci ilde anadan olmusdu Nikolay Buxarin 15 mart 1938 ci ilde vefat edib 1907 11 ci illerde Moskva universitetinin huquq fakultesinde oxumusdur 1906 ci ilden RSDFP uzvu bolsevik idi 1909 10 cu illerde defelerle hebs olunmus 1911 ci ilde Arxangelsk quberniyasina surgune gonderilmis tezlikle oradan qacaraq muhaciret etmisdir Yazilari Rusiya ve Almaniyanin sosial demokrat nesrlerinde derc olunmusdur Fevral inqilabindan 1917 sonra Rusiyaya qayidan Buxarin Sosial demokrat qezetinin ve Spartak jurnalinin redaktoru RSDF b P Moskva vilayet burosunun fehle ve esger deputatlari Moskva sovetinin icraiyye komitesinin uzvu olmusdur RSDF b P nin 6 ci qurultayinda 1917 MK uzvu secilmisdir Moskvada bolsevik usyaninin 1917 oktyabr noyabr teskilinde istirak etmisdir YaradiciligiPartiya xadimi N I Buxarin 1888 1938 qeyd edirdi ki eger bele getse proletar edebiyyati mehv olacaqdir 1917 ci ilin dekabrindan Pravda qezetinin bas redaktoru Muessisler meclisinin uzvu olmusdur 1917 ci ilin sonu 1918 ci ilin evvellerinde Almaniya ile sulh baglanmasinin eleyhine cixan sol kommunistler qrupunun lideri idi RK b P nin 8 ci qurultayinda 1919 qebul edilmis partiyanin yeni proqraminin muelliflerinden biri olmusdur Sosialist 1924 cu ilden Kommunist akademiyasinin tesiscilerinden ve Reyaset Heyeti uzvlerinden biri idi 1924 cu ilden MK Siyasi Burosunun URMIK ve SSRI MIK uzvu 1926 ci ilden Kommunist internasionalinin bas katibi olmusdur Kecid dovrunun iqtisadiyyati adli kitabinda 1920 herbi kommunizm siyasetini mudafie etmis lakin Vetendas muharibesinden 1917 22 sonra ideyalarimizin iflasa ugramasini etiraf ederek V I Leninin son ideyalarinin feal tebligatcisina cevrilmisdir Buxarin gosterirdi ki SSRI de sosializmin qelebesini bazar reqabeti fehle ve kendlilerin ikisinifli cemiyyetinde proletariatin diktaturasinin saxlanilmasi ile vetendas barisigi hemcinin kendde ferdi ve kooperativ teserrufatlarin inkisafi temin etmelidir V I Leninin olumunden sonra bas veren hakimiyyet ugrunda mubarizede L D Trotskiye qarsi cixan Q Y Zinovyevi L B Kamenevi ve I V Stalini 1926 27 ci illerde ise Zinovyev ve Kamenevin yeni muxalifetine qarsi cixan I V Stalini desteklemisdi 1928 29 cu illerde Siyasi buroda A I Rikov ve M P Tomski ile birlikde Stalinin yeni iqtisadi siyasetden YIS imtina etmek kursuna qarsi cixan sag muxalifeti teskil etmisdi 1929 cu ilde tutdugu vezifelerden azad olunmusdur Hemin ilin sonunda sag muxalifetin movqeyinin sehv oldugunu etiraf etse de Siyasi Buronun uzvluyunden cixarilmisdir Buxarin Xalq Teserrufati Ali Surasi XTAS elmi tedqiqat sektorunun mudiri ve onun Reyaset Heyetinin uzvu 1929 32 eyni zamanda 1931 ci ilden Sosialist yenidenqurmasi ve elm jurnalinin redaktoru olmusdur 1932 ci ilden Agir Senaye Xalq Komissarligi kollegiyasinin uzvu ve istehsalat texnika tebligati sektorunun mudiri idi UIK b P nin 17 ci qurultayindaki 1934 cixisinda Stalin etrafinda birlesmek teklifi ile cixis etmis neticede MK uzvluyune namized secilmis ve Izvestiya qezetinin bas redaktoru teyin olunmusdu 1935 ci ilin fevralindan SSRI nin yeni Konstitusiya layihesini isleyib hazirlayan komissiyanin uzvu idi SSRI Ali Sovetine biterefler ittifaqindan namizedlerin istiraki ile alternativ seckilerin tetbiq edilmesi teklifini ireli surmusdu 1936 ci ilde yeniden butun vezifelerinden kenarlasdirilmis 1938 ci ilde gullelenmisdir 1988 ci ilde beraet alaraq partiya siralarina berpa edilmisdir Hemcinin baxVetendas muharibesiIstinadlarNikolai Iwanowitsch Bucharin Brockhauz Ensiklopediyasi alm Bibliotheque nationale de France Nikolaj Ivanovic Buharin BnF identifikatoru fr aciq melumat platformasi 2011 Nikolay Buxarin Azerbaycan Milli Ensiklopediyasi 25 cildde bas red M K Kerimov Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2014 V cild Sehifelerin sayi 592 Seh 52 53 25 000 nusx ISBN 978 9952 441 10 9 Bax G A Bordyugov V A Kozlov Istoriya i konyunktura Moskva 1992 s 87 111 Xarici kecidlerNikolay Buxarin