Naxçıvan məhəlli hökuməti və ya Naxçıvan yerli hökuməti — Birinci Dünya müharibəsinin son dövründə, Rusiyada inqilablar nəticəsində mərkəzi hakimiyyət böhranının yarandığı və ermənilərin azərbaycanlılara kütləvi hücumlarının yaşandığı dövrdə Naxçıvan qəzasında yerli azərbaycanlılar tərəfindən formalaşdırılmış hökumət. Hökumət 1918-1919-cu illərdə mövcud olmuşdur.
Yerli idarəetmə orqanı | |
Naxçıvan məhəlli höküməti | |
---|---|
Naxçıvan məhəlli höküməti (rusca:Нахичеванское уездное правительство) və ya Naxçıvan yerli höküməti (rusca:Нахичеванское местное правительство) | |
| |
Din | Şiə İslam |
Tarixi
Osmanlı imperiyasının İrəvan quberniyasının cənubunda öz hakimiyyətini təsis etməsndən qısa müddət sonra Osmanlı zabiti Sürəyya bəy Naxçıvan qəzasının rəhbəri təyin edildi. Batum müqaviləsinə əsasən bu bölgələr Osmanlı imperiyasına birləşdirildikdən sonra Sürəyya bəy Xaliq Turqut bəy tərəfindən əvəz edildi. Turqut bəydən onu bu vəzifədə əvəz edən Əli Şəfiq bəy Mudros müqaviləsi ilə Osmanlı ordusunun bölgədən ayrılmasına qədər Naxçıvanın rəisi vəzifəsini iicra etdi.
1918-ci ilin noyabrında Osmanlı ordusunun bölgədən evakuasiyasının başladılmasından sonra Osmanlı ordusunun IX bölməsinin rəhbəri Şevki Paşa yerli azərbaycanlı elitlərdən biri olan Mirzə Nəsrulla bəy Əmirovu yerli hökumətin rəhbəri təyin etmək barədə qərar verdi.Dekabr hadisələrindən sonra Naxçıvan hökuməti Araz Türk Respublikası ilə üstüörtülü mübahisə içində olan Naxçıvan xanları ilə birlikdə tədricən bütün hakimiyyəti öz əllərinə cəmləşdirdi. Dekabr ayının sonlarında Mirzə Nəsrullah bəy Hacı Mehdi Bağırov ilə əvəz edildi.
4 yanvar 1919-cu ildə Naxçıvan hökuməti Naxçıvan Milli Şurasının formalaşdırılmasın a başladı. Şuraya Şərur-Naxçıvan bölgəsinin hər birindən 5 nümayəndə daxil idi. 17 yanvarda şuraya olan seçkilər sonlandırıldı. Milli Şuraya rəhbərliyi keçmiş Araz Türk Cümhuriyyətinə rəhbərlik etmiş Əmir bəy Zamanbəyzadə edirdi. Şuraya başqa şəxslər ilə birlikdə və Cəfərqulu xan Naxçıvanski, Araz Türk Cümhuriyyətinin maliyyə naziri, Əlincəçaydan Qənbərəli bəy Bənəniyarlı da daxil idi.
Lakin Milli Şuranın fəaliyyətini uzun müddət aparmaq mümkün olmadı. Köhnə Naxçıvan xanları ailəsinin intiriqaları nəticəsində şura fəaliyyətini şübhə altına düşdü. Naxçıvan silahlılarının komandanı, Naxçıvan və İrəvan xanları nəslindən gələn, Kəlbəli xan Naxçıvanskinin qohumu Kərim xan İrəvanski öz vəzifəsindən istefa verdi. Bu da silahlılar arasında etirazların və narahatlığın ortaya çıxmasına yol açdı. Bundan başqa, guya şərurluların naxçıvanlı silahlıları öz torpaqlarında görmək istəməməkləri və onlardan oradan ayrılmağı tələb etdikləri barədə şayiə yayılmağa başladı. Bu şayiə naxçıvanlı silahlılar arasında gərginliyin daha da artmasına yol açdı. Nəticədə Milli Şuranın baş katibi Əmir bəy və Şərur silahlılarının komandanı, nüfuzlu Məşədi Əliəsgər ağa Həmzəzadə həbs edildi. Beləliklə də, əslində bu vəziyyətdə Kərim xan və Kəlbəli xan real hakimiyyəti öz əllərinə götürmüş oldular. Bir müddətdən sonra Məşədi Əliəsgər ağa və Əmir bəy azad edildilər. 24 yanvarda Milli Şuranın iclasında Hacı Mehdi Bağırov qarışıqlıq salmaqda ittiham edildi və həbs edildi.
Beləliklə, bundan sonra Naxçıvanda Milli Şuranın 25 yanvarda buraxılmasından sonra xan hakimiyyəti formalaşmış oldu. Hökumətin rəhbəri Cəfərqulu xan Naxçıvanski oldu. Onun müavini isə idi. Silahlıların komandanı Kərim xan İrəvanski, onun müavini Kəlbəli xan Naxçıvanski, xarici işlər naziri Bəhram xan Naxçıvanski oldu. Mənbələrdə Naxçıvan Türk Hökuməti kimi xatırlanan hökumətin ilk iclası 1919-cu il yanvarın 25-də oldu.
Ermənilər ilə münasibətlər
Ermənilərin irəliləməsinin qarşısını ala bilməməsi və hökumətinin bir çox nazirlərinin qaçması Araz Cümhuriyyətinin nüfuzunun azalmasına səbəb oldu. Müharibə naziri İbrahim bəy Cahangiroğlunun Qarsa getməsi Araz Cümhuriyyəti faktiki olaraq mövcudluğuna son qoydu. Bundan sonra Naxçıvan qəza hökuməti hərbi yardım xahişi ilə İrana üz tutdu və Ermənistan hakimiyyəti ilə danışıqların hazırlığına başladı.
İran iki erməni və iki müsəlmandan ibarət nümayəndə heyətini Naxçıvana göndərərək azərbaycanlılar və ermənilər arasında vasitəçilik etməyə çalışdı. Nümayəndələr 23 dekabrda Naxçıvana gəldilər və Osmanlı zabitləri Xəlil bəy ilə Veysəl bəyin xatirələrinə görə 25 dekabrda İrəvana getdilər. Eyni zamanda Naxçıvan qəza hökuməti Cəfərqulu xan Naxçıvanskinin rəhbərliyi altında Dəmirçi-Quşçuya nümayəndə heyəti göndərərək polkovnik Doluxanova atəşkəs təklifi etdi. Lakin heyət həbs edildi və Doluxanov Noraşen ilə Yengicə kəndlərinə yeni erməni hücumu başladıldı. Lakin bu dəfə ermənilər yaxşı təlim görmüş və təşkil edilmiş azərbaycanlı silahlı dəstə ilə qarşılaşdılar. Bu dəstəyə polkovnik Kəlbəli xan Naxçıvanski və Məşədi Əliəsgər ağa komandanlıq edirdi. İki gün davam edən döyüşlərdən sonra ermənilər məğlub olub geri çəkilməyə məcbur oldular. Ermənilər eyni zamanda əvvəlcə ələ keçirdikləri Şərurun kəndlərindən və Qurd Qapısı keçidindən də çıxarıldılar. Erməni dəstələri Dəvəlidə, azərbaycanlı dəstə isə Arazdəyən də yerləşdi. Dekabrın 28-də Kəlbəli xan öz dəstəsi ilə Naxçıvana qayıtdı. Şərurdakı uğursuzluqdan sonra Doluxanov Vedibasar üzərində nəzarəti bərqərar etmək üçün növbəti cəhd etdi, lakin bu dəfə vedililər hücumu dəf edə bildilər.
Daha sonralar bölgədə Antanta qüvvələrinin yardımı ilə erməni hakimiyyətinin yaradılması üçün edilən cəhdlər naxçıvanlıların üsyanına yol açdı. Erməni qüvvələr ilə toqquşmada naxçıvanlı qüvvələr qalib gəldilər. Eyni zamanda amerikalıların Şərur-Naxçıvanda neytral bölgə yaratmaq cəhdləri də uğursuz oldu və naxçıvanlılar bu layihəni də qəbul etmədilər.
Həmçinin bax
İstinadlar
- Hacıyev, 2010. səh. 294—297
- Hacıyev, 2010. səh. 314—315
- Hacıyev, 2010. səh. 334
- Hacıyev, 2010. səh. 333
- Hacıyev, 2010. səh. 346—347
- Hacıyev, 2010. səh. 348
- Hacıyev, 2010. səh. 348—349
- Atnur, 1999
- Hovannisian, 1982
Mənbə
- Hacıyev, İsmayıl, Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan, Naxçıvan: Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyi, 2010 (#invalid_param_val)
- Atnur, İbrahim Ether, Muxtariyyat ərəfəsində Naxçıvan, NDU - Naxçıvan: «Qeyrət» nəşriyyatı, 1999 (#invalid_param_val)
- Hovannisian, Richard, The Republic of Armenia V 2 – From Versailles to London, 1919–1920, University of California Press, 1982 (#invalid_param_val)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Naxcivan mehelli hokumeti ve ya Naxcivan yerli hokumeti Birinci Dunya muharibesinin son dovrunde Rusiyada inqilablar neticesinde merkezi hakimiyyet bohraninin yarandigi ve ermenilerin azerbaycanlilara kutlevi hucumlarinin yasandigi dovrde Naxcivan qezasinda yerli azerbaycanlilar terefinden formalasdirilmis hokumet Hokumet 1918 1919 cu illerde movcud olmusdur Yerli idareetme orqaniNaxcivan mehelli hokumetiNaxcivan mehelli hokumeti rusca Nahichevanskoe uezdnoe pravitelstvo ve ya Naxcivan yerli hokumeti rusca Nahichevanskoe mestnoe pravitelstvo Din Sie IslamTarixiOsmanli imperiyasinin Irevan quberniyasinin cenubunda oz hakimiyyetini tesis etmesnden qisa muddet sonra Osmanli zabiti Sureyya bey Naxcivan qezasinin rehberi teyin edildi Batum muqavilesine esasen bu bolgeler Osmanli imperiyasina birlesdirildikden sonra Sureyya bey Xaliq Turqut bey terefinden evez edildi Turqut beyden onu bu vezifede evez eden Eli Sefiq bey Mudros muqavilesi ile Osmanli ordusunun bolgeden ayrilmasina qeder Naxcivanin reisi vezifesini iicra etdi 1918 ci ilin noyabrinda Osmanli ordusunun bolgeden evakuasiyasinin basladilmasindan sonra Osmanli ordusunun IX bolmesinin rehberi Sevki Pasa yerli azerbaycanli elitlerden biri olan Mirze Nesrulla bey Emirovu yerli hokumetin rehberi teyin etmek barede qerar verdi Dekabr hadiselerinden sonra Naxcivan hokumeti Araz Turk Respublikasi ile ustuortulu mubahise icinde olan Naxcivan xanlari ile birlikde tedricen butun hakimiyyeti oz ellerine cemlesdirdi Dekabr ayinin sonlarinda Mirze Nesrullah bey Haci Mehdi Bagirov ile evez edildi 4 yanvar 1919 cu ilde Naxcivan hokumeti Naxcivan Milli Surasinin formalasdirilmasin a basladi Suraya Serur Naxcivan bolgesinin her birinden 5 numayende daxil idi 17 yanvarda suraya olan seckiler sonlandirildi Milli Suraya rehberliyi kecmis Araz Turk Cumhuriyyetine rehberlik etmis Emir bey Zamanbeyzade edirdi Suraya basqa sexsler ile birlikde ve Ceferqulu xan Naxcivanski Araz Turk Cumhuriyyetinin maliyye naziri Elincecaydan Qenbereli bey Beneniyarli da daxil idi Lakin Milli Suranin fealiyyetini uzun muddet aparmaq mumkun olmadi Kohne Naxcivan xanlari ailesinin intiriqalari neticesinde sura fealiyyetini subhe altina dusdu Naxcivan silahlilarinin komandani Naxcivan ve Irevan xanlari neslinden gelen Kelbeli xan Naxcivanskinin qohumu Kerim xan Irevanski oz vezifesinden istefa verdi Bu da silahlilar arasinda etirazlarin ve narahatligin ortaya cixmasina yol acdi Bundan basqa guya serurlularin naxcivanli silahlilari oz torpaqlarinda gormek istememekleri ve onlardan oradan ayrilmagi teleb etdikleri barede sayie yayilmaga basladi Bu sayie naxcivanli silahlilar arasinda gerginliyin daha da artmasina yol acdi Neticede Milli Suranin bas katibi Emir bey ve Serur silahlilarinin komandani nufuzlu Mesedi Eliesger aga Hemzezade hebs edildi Belelikle de eslinde bu veziyyetde Kerim xan ve Kelbeli xan real hakimiyyeti oz ellerine goturmus oldular Bir muddetden sonra Mesedi Eliesger aga ve Emir bey azad edildiler 24 yanvarda Milli Suranin iclasinda Haci Mehdi Bagirov qarisiqliq salmaqda ittiham edildi ve hebs edildi Belelikle bundan sonra Naxcivanda Milli Suranin 25 yanvarda buraxilmasindan sonra xan hakimiyyeti formalasmis oldu Hokumetin rehberi Ceferqulu xan Naxcivanski oldu Onun muavini ise idi Silahlilarin komandani Kerim xan Irevanski onun muavini Kelbeli xan Naxcivanski xarici isler naziri Behram xan Naxcivanski oldu Menbelerde Naxcivan Turk Hokumeti kimi xatirlanan hokumetin ilk iclasi 1919 cu il yanvarin 25 de oldu Ermeniler ile munasibetler Ermenilerin irelilemesinin qarsisini ala bilmemesi ve hokumetinin bir cox nazirlerinin qacmasi Araz Cumhuriyyetinin nufuzunun azalmasina sebeb oldu Muharibe naziri Ibrahim bey Cahangiroglunun Qarsa getmesi Araz Cumhuriyyeti faktiki olaraq movcudluguna son qoydu Bundan sonra Naxcivan qeza hokumeti herbi yardim xahisi ile Irana uz tutdu ve Ermenistan hakimiyyeti ile danisiqlarin hazirligina basladi Iran iki ermeni ve iki muselmandan ibaret numayende heyetini Naxcivana gondererek azerbaycanlilar ve ermeniler arasinda vasitecilik etmeye calisdi Numayendeler 23 dekabrda Naxcivana geldiler ve Osmanli zabitleri Xelil bey ile Veysel beyin xatirelerine gore 25 dekabrda Irevana getdiler Eyni zamanda Naxcivan qeza hokumeti Ceferqulu xan Naxcivanskinin rehberliyi altinda Demirci Quscuya numayende heyeti gondererek polkovnik Doluxanova ateskes teklifi etdi Lakin heyet hebs edildi ve Doluxanov Norasen ile Yengice kendlerine yeni ermeni hucumu basladildi Lakin bu defe ermeniler yaxsi telim gormus ve teskil edilmis azerbaycanli silahli deste ile qarsilasdilar Bu desteye polkovnik Kelbeli xan Naxcivanski ve Mesedi Eliesger aga komandanliq edirdi Iki gun davam eden doyuslerden sonra ermeniler meglub olub geri cekilmeye mecbur oldular Ermeniler eyni zamanda evvelce ele kecirdikleri Serurun kendlerinden ve Qurd Qapisi kecidinden de cixarildilar Ermeni desteleri Develide azerbaycanli deste ise Arazdeyen de yerlesdi Dekabrin 28 de Kelbeli xan oz destesi ile Naxcivana qayitdi Serurdaki ugursuzluqdan sonra Doluxanov Vedibasar uzerinde nezareti berqerar etmek ucun novbeti cehd etdi lakin bu defe vedililer hucumu def ede bildiler Daha sonralar bolgede Antanta quvvelerinin yardimi ile ermeni hakimiyyetinin yaradilmasi ucun edilen cehdler naxcivanlilarin usyanina yol acdi Ermeni quvveler ile toqqusmada naxcivanli quvveler qalib geldiler Eyni zamanda amerikalilarin Serur Naxcivanda neytral bolge yaratmaq cehdleri de ugursuz oldu ve naxcivanlilar bu layiheni de qebul etmediler Hemcinin baxAzerbaycan Ermenistan muharibesi 1918 1920 Araz Turk CumhuriyyetiIstinadlarHaciyev 2010 seh 294 297 Haciyev 2010 seh 314 315 Haciyev 2010 seh 334 Haciyev 2010 seh 333 Haciyev 2010 seh 346 347 Haciyev 2010 seh 348 Haciyev 2010 seh 348 349 Atnur 1999 Hovannisian 1982MenbeHaciyev Ismayil Azerbaycan Xalq Cumhuriyyeti ve Naxcivan Naxcivan Ecemi Nesriyyat Poliqrafiya Birliyi 2010 invalid param val Atnur Ibrahim Ether Muxtariyyat erefesinde Naxcivan NDU Naxcivan Qeyret nesriyyati 1999 invalid param val Hovannisian Richard The Republic of Armenia V 2 From Versailles to London 1919 1920 University of California Press 1982 invalid param val