Fatma Naimə Sultan (3 sentyabr 1876, Konstantinopol – 1945, Tirana) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı.
Naimə Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 sentyabr 1876 |
Doğum yeri | Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 1945 |
Vəfat yeri | Tirana, Albaniya |
Atası | II Əbdülhəmid |
Anası | Bidar Qadınəfəndi |
Həyat yoldaşları | Mehmed Kəmaləddin Paşa İşkodralı Cəlaləddin Paşa |
Uşaqları | Sultanzadə Mehmed Cahid bəy Adilə xanım Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
Naimə Sultan 3 sentyabr 1876-cı ildə - atasının taxta çıxmasından 4 gün sonra Dolmabağça sarayında dünyaya gəldi. Bu səbəblə atası Sultan Əbdülhəmid onu Cülus qızım olaraq adlandırmışdı. Anası isə Sultan Əbdülhəmidin abxaz əsilli dördüncü xanımı Bidar Qadınəfəndidir. Bir il sonra 1877-ci ildə Sultan Əbdülhəmidin digər ailə üzvləriylə birlikdə Ulduz sarayına köçürülən Naimə Sultan mükəmməl saray təhsiliylə yanaşı bacısı Ayşə Sultanla birlikdə piano dərsləri də aldı. Hələ uşaqlıq illərində Misir xədivi Tofiq Paşa oğlu Abbas Hilmi bəyi onunla evləndirmək istəsə də, atası Sultan Əbdülhəmid siyasi səbəblərlə bu təklifi qəbul etmədi.
1898-ci ildə atasının istəyilə Qazi Osman Paşanın kiçik oğlu, eləcə də bacısı Zəkiyə Sultanın qaynı olan Mehmed Kəmaləddin Paşayla nişanlandı. Cütlüyün toy mərasimi 17 mart 1898-ci ildə Ulduz sarayında baş tutdu. Toy hədiyyəsi olaraq gəlininə dəyərli daşlarla bəzəli tac göndərən Qazi Osman Paşanın xanımı Zatigül xanım yla təltif edildi. Bu isə Osmanlı tarixində bir ilk idi. Saray ənənələrinə zidd olaraq, Naimə Sultan toy mərasimində ilk dəfə olaraq ağ gəlinlik geyindi. Yeni evli cütlüyə bacısı Zəkiyə Sultanın yaşadığı Tarlabaşı sarayının qarşısında yeni bir saray təsis edildi. Bu səbəblə 2 bacının qarşı-qarşıya baxan sarayları Əkiz köşklər adlanmağa başlandı. Bu evliliyindən 2 övladı dünyaya gələn Naimə Sultan hər iki övladını da Osmanlı sülaləsindən şəxslərlə evləndirdi. Belə ki, oğlu Mehmed Cahid bəyi 1920-ci ildə əmisi Sultan Rəşadın nəvəsi Dürriyə Sultanla, qızı Adilə xanım Sultanı isə 1922-ci ildə Sultan Əbdüləzizin nəvəsi Şövkət Əfəndiylə evləndirdi.
Naimə Sultan eşqbazlığı səbəbilə ərini tez-tez atasına şikayət edirdi. Bu eşq macərlarından biri də əmisi Sultan Muradın qonşu sarayda yaşayan qızı Xədicə Sultanla oldu. 1904-cü ildə Kəmaləddin Paşayla Xədicə Sultan arasındakı məhəbbəti aşkarlayan məktublar atası Sultan Əbdülhəmidə göndərildi və ifşa olundu. Bir çoxlarına görə, bu, Xədicə Sultanın intiqamı idi. Skandalın aşkara çıxmasının ardından Naimə Sultan dərhal ərindən boşandı və Kəmaləddin Paşa bütün rütbə və vəzifələrindən alınaraq Bursaya sürgün edildi.
Ərindən ayrıldıqdan sonra 11 iyul 1907-ci ildə İşkodralı Rza Paşanın oğlu Mahmud Cəlaləddin Paşayla (d. 1874 - ö. 1940) nigahlandı. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Naimə Sultan da əri və oğluyla birlikdə sürgünə göndərildi. Fransanın Nitsa şəhərində məskunlaşan ailə ilk illərdə əllərindəki bütün pulu israfla xərclədilər. Bu səbəblə əslən alban əsilzadəsi olan ərinin Albaniyadakı mülklərindən istifadə edə bilmək adına 1938-ci ildə Tiranaya köçdülər. Ancaq çox keçmədən başlayan İkinci Dünya müharibəsinin ardından bütün mal-mülkləri hökumət tərəfindən əllərindən alındı. Bu səbəblə Nitsadakı digər qohumlarının yanına dönməyə məcbur qaldılar.
Ancaq bu illər ərzində əri Cəlaləddin Paşa vərəm xəstəliyinə tutulmuşdu və vəziyyəti ağırlaşmışdı. Bu səbəblə otellərdə qabyuyan işləyən Naimə Sultan qazandığı məvaciblə ərinə baxmağa məcbur oldu. Çox keçmədən Cəlaləddin Paşa vəfat etdi və Naimə Sultan mərhum ərinin mallarını geri alma ümidiylə yenidən Tirana döndü. Ancaq öncə italyan, ardından almanların bölgəni işğal etməsinin ardından Naimə Sultan və xidmətindəki 4 xidmətçisi əsir alınaraq nasistlərin hərbi düşərgəsinə aparıldı. Cəmi 1 il sonra - 1945-ci ildə Naimə Sultan düşərgədə ağır şərtlər altında vəfat etdi və cənazəsi, xidmətçilərinin köməyilə düşərgənin yaxınlığındakı bir qəsəbədə müsəlman adətləriylə dəfn olundu.
Övladları
- Sultanzadə Mehmed Cahid bəy (d. yanvar 1899 - ö. 30 mart 1977) — İlk evliliyi 1922-ci ilin yanvarında əmisi Sultan Rəşadın nəvəsi Dürriyə Sultanla baş tutdu ancaq 1 il sonra 6 noyabr 1921-ci ildə boşandılar. İkinci evliliyi isə ilk xanımının xalası olan Levrens Həcər Hüseynlə baş tutdu və bu nigahdan 1 oğlu oldu. İstanbulda baş verən avtomobil qəzasında vəfat etmişdir.
- Adilə xanım Sultan (d. 12 noyabr 1900 - ö. fevral 1979) — İlk evliliyi 4 may 1922-ci ildə Sultan Əbdüləzizin nəvəsi Şövkət Əfəndi ilə baş tutsa da, 1928-ci ildə ayrıldılar. Bu nigahdan 1 qızı oldu. İkinci evliliyi isə 1930-cu ildə Orxan Əl-Bəkri ilə baş tutdu və bu nigahdan 3 övladı oldu.
Mənbə
- Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32
- Oriental Gardens: An Illustrated History. Chronicle Books. 1992. pp. 21. ISBN 978-0-811-80132-4.
- Tezcan, Hülya (1992). 19. Yy Sonuna Ait Bir Terzi Defteri. Sadberk Hanım Müzesi. p. 41.
- Stanford Jay Shaw (2000). From Empire to Republic: The Turkish War of National Liberation, 1918-1923 : a Documentary Study. Turkish Historical Society. p. 1046.
- Suna Kili'ye armağan: cumhuriyete adanan bir yaşam. Boğaziçi Üniversitesi Yayınları. 1998. p. 333.
- Brookes, Douglas Scott (2010). The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press.
- Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık.
- Uluçay, Mustafa Çağatay (2011). Padişahların kadınları ve kızları. Ankara: Ötüken.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Fatma Naime Sultan 3 sentyabr 1876 Konstantinopol 1945 Tirana 34 Osmanli sultani II Ebdulhemidin qizi Naime SultanSexsi melumatlarDogum tarixi 3 sentyabr 1876 1876 09 03 Dogum yeri Dolmabagca sarayi Istanbul Osmanli imperiyasiVefat tarixi 1945Vefat yeri Tirana AlbaniyaAtasi II EbdulhemidAnasi Bidar QadinefendiHeyat yoldaslari Mehmed Kemaleddin Pasa Iskodrali Celaleddin PasaUsaqlari Sultanzade Mehmed Cahid bey Adile xanim SultanAilesi Osmanli xanedaniHeyatiNaime Sultan 3 sentyabr 1876 ci ilde atasinin taxta cixmasindan 4 gun sonra Dolmabagca sarayinda dunyaya geldi Bu sebeble atasi Sultan Ebdulhemid onu Culus qizim olaraq adlandirmisdi Anasi ise Sultan Ebdulhemidin abxaz esilli dorduncu xanimi Bidar Qadinefendidir Bir il sonra 1877 ci ilde Sultan Ebdulhemidin diger aile uzvleriyle birlikde Ulduz sarayina kocurulen Naime Sultan mukemmel saray tehsiliyle yanasi bacisi Ayse Sultanla birlikde piano dersleri de aldi Hele usaqliq illerinde Misir xedivi Tofiq Pasa oglu Abbas Hilmi beyi onunla evlendirmek istese de atasi Sultan Ebdulhemid siyasi sebeblerle bu teklifi qebul etmedi 1898 ci ilde atasinin isteyile Qazi Osman Pasanin kicik oglu elece de bacisi Zekiye Sultanin qayni olan Mehmed Kemaleddin Pasayla nisanlandi Cutluyun toy merasimi 17 mart 1898 ci ilde Ulduz sarayinda bas tutdu Toy hediyyesi olaraq gelinine deyerli daslarla bezeli tac gonderen Qazi Osman Pasanin xanimi Zatigul xanim Mecidiye nisaniyla teltif edildi Bu ise Osmanli tarixinde bir ilk idi Saray enenelerine zidd olaraq Naime Sultan toy merasiminde ilk defe olaraq ag gelinlik geyindi Yeni evli cutluye bacisi Zekiye Sultanin yasadigi Tarlabasi sarayinin qarsisinda yeni bir saray tesis edildi Bu sebeble 2 bacinin qarsi qarsiya baxan saraylari Ekiz koskler adlanmaga baslandi Bu evliliyinden 2 ovladi dunyaya gelen Naime Sultan her iki ovladini da Osmanli sulalesinden sexslerle evlendirdi Bele ki oglu Mehmed Cahid beyi 1920 ci ilde emisi Sultan Resadin nevesi Durriye Sultanla qizi Adile xanim Sultani ise 1922 ci ilde Sultan Ebdulezizin nevesi Sovket Efendiyle evlendirdi Surgun illeri 1931 Naime Sultan esqbazligi sebebile erini tez tez atasina sikayet edirdi Bu esq macerlarindan biri de emisi Sultan Muradin qonsu sarayda yasayan qizi Xedice Sultanla oldu 1904 cu ilde Kemaleddin Pasayla Xedice Sultan arasindaki mehebbeti askarlayan mektublar atasi Sultan Ebdulhemide gonderildi ve ifsa olundu Bir coxlarina gore bu Xedice Sultanin intiqami idi Skandalin askara cixmasinin ardindan Naime Sultan derhal erinden bosandi ve Kemaleddin Pasa butun rutbe ve vezifelerinden alinaraq Bursaya surgun edildi Erinden ayrildiqdan sonra 11 iyul 1907 ci ilde Iskodrali Rza Pasanin oglu Mahmud Celaleddin Pasayla d 1874 o 1940 nigahlandi 3 mart 1924 tarixli TBMM qerari ile diger Osmanli sulalesi uzvleri kimi Naime Sultan da eri ve ogluyla birlikde surgune gonderildi Fransanin Nitsa seherinde meskunlasan aile ilk illerde ellerindeki butun pulu israfla xerclediler Bu sebeble eslen alban esilzadesi olan erinin Albaniyadaki mulklerinden istifade ede bilmek adina 1938 ci ilde Tiranaya kocduler Ancaq cox kecmeden baslayan Ikinci Dunya muharibesinin ardindan butun mal mulkleri hokumet terefinden ellerinden alindi Bu sebeble Nitsadaki diger qohumlarinin yanina donmeye mecbur qaldilar Ancaq bu iller erzinde eri Celaleddin Pasa verem xesteliyine tutulmusdu ve veziyyeti agirlasmisdi Bu sebeble otellerde qabyuyan isleyen Naime Sultan qazandigi mevacible erine baxmaga mecbur oldu Cox kecmeden Celaleddin Pasa vefat etdi ve Naime Sultan merhum erinin mallarini geri alma umidiyle yeniden Tirana dondu Ancaq once italyan ardindan almanlarin bolgeni isgal etmesinin ardindan Naime Sultan ve xidmetindeki 4 xidmetcisi esir alinaraq nasistlerin herbi dusergesine aparildi Cemi 1 il sonra 1945 ci ilde Naime Sultan dusergede agir sertler altinda vefat etdi ve cenazesi xidmetcilerinin komeyile dusergenin yaxinligindaki bir qesebede muselman adetleriyle defn olundu OvladlariSultanzade Mehmed Cahid bey d yanvar 1899 o 30 mart 1977 Ilk evliliyi 1922 ci ilin yanvarinda emisi Sultan Resadin nevesi Durriye Sultanla bas tutdu ancaq 1 il sonra 6 noyabr 1921 ci ilde bosandilar Ikinci evliliyi ise ilk xaniminin xalasi olan Levrens Hecer Huseynle bas tutdu ve bu nigahdan 1 oglu oldu Istanbulda bas veren avtomobil qezasinda vefat etmisdir Bulent Osman d 2 may 1930 8 noyabr 1962 ci ilde Jeannine Crete ile evlendi ve 1 oglu oldu Remy Cingiz Osman d 16 noyabr 1963 26 avqust 1989 cu ilde Florence Chavanne ile evlendi ve 1 oglu oldu Selim Osman d 14 dekabr 1992 Adile xanim Sultan d 12 noyabr 1900 o fevral 1979 Ilk evliliyi 4 may 1922 ci ilde Sultan Ebdulezizin nevesi Sovket Efendi ile bas tutsa da 1928 ci ilde ayrildilar Bu nigahdan 1 qizi oldu Ikinci evliliyi ise 1930 cu ilde Orxan El Bekri ile bas tutdu ve bu nigahdan 3 ovladi oldu Hemide Nermin Nezahat d 27 yanvar 1923 o 7 noyabr 1998 Ayten El Bekri Kubilay El Bekri d 1937 Sahnaz d 1970 Inci d 1972 Orxan d 1975 Sermin El BekriMenbeAdra Jamil 2005 Genealogy of the Imperial Ottoman Family 2005 p 32 Oriental Gardens An Illustrated History Chronicle Books 1992 pp 21 ISBN 978 0 811 80132 4 Tezcan Hulya 1992 19 Yy Sonuna Ait Bir Terzi Defteri Sadberk Hanim Muzesi p 41 ISBN 978 9 759 54573 4 Stanford Jay Shaw 2000 From Empire to Republic The Turkish War of National Liberation 1918 1923 a Documentary Study Turkish Historical Society p 1046 ISBN 978 975 16 1228 1 Suna Kili ye armagan cumhuriyete adanan bir yasam Bogazici Universitesi Yayinlari 1998 p 333 ISBN 978 9 755 18124 0 Brookes Douglas Scott 2010 The Concubine the Princess and the Teacher Voices from the Ottoman Harem University of Texas Press ISBN 978 0 292 78335 5 Sakaoglu Necdet 2008 Bu mulkun kadin sultanlari Valide sultanlar hatunlar hasekiler kadinefendiler sultanefendiler Oglak Yayincilik ISBN 978 9 753 29623 6 Ulucay Mustafa Cagatay 2011 Padisahlarin kadinlari ve kizlari Ankara Otuken ISBN 978 9 754 37840 5