Aişə Həmidə Sultan (31 oktyabr 1886, Konstantinopol – 11 avqust 1960, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı.
Aişə Sultan | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 oktyabr 1886 |
Doğum yeri | Ulduz sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 11 avqust 1960 (73 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə |
Dəfn yeri | Yəhya Əfəndi məzarlığı, İstanbul |
Fəaliyyəti | yazıçı |
Atası | II Əbdülhəmid |
Anası | Müşfiqə Qadınəfəndi |
Həyat yoldaşları | Əhməd Nami bəy Mehmed Əli bəy |
Uşaqları | Sultanzadə Ömər Nami bəy Aliyə Namiyə xanım Sultan Sultanzadə Osman Nami bəy Sultanzadə Əbdülhəmid Rauf bəy |
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
Aişə Sultan 31 oktyabr 1886-cı ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun abxaz əsilli səkkizinci xanımı Müşfiqə Qadınəfəndidir. Onun doğum xəbərini eşidən atası Sultan Əbdülhəmid xəbəri verən Filurya kalfaya bahalı bir cəvahirat, doğuşda iştirak edən Əbəzadə Kamilə xanıma isə 300 lirə hədiyyə etdi. Özündən bir ay kiçik olan bacısı Şadiyə Sultanla birlikdə Ulduz sarayında mükəmməl təhsil aldı. Coğrafiya, tarix, din, Osmanlı türkcəsi ilə yanaşı, ərəbcə və farsca dərsləri də aldı. Hərəm xəzinədarlarından Dürrüyekta xanımdan (sonradan qardaşı Səlim Əfəndiylə evləndi) piano dərsləri aldı.
1908-ci ildə atasının istəyilə Fahri bəyin oğlu Əhməd Nami bəylə nişanlandı. Ancaq bir il sonra atası taxtdan endirilərək Salonikiyə sürgün edildi. Sürgündə anası Müşfiqə xanımla birlikdə atasının yanında yer alan Aişə Sultan bir il sonra atasının istəyilə bacıları Şadiyə Sultan və Rəfiyə Sultanla birlikdə İstanbula qayıtdı. 1910-cu ilin iyununda Dolmabağça sarayında keçirilən mərasimlə nişanlısı Əhməd Nami bəylə nikahlandı. Dövrün şeyxülislamı Musa Kazım Əfəndi tərəfindən nikahlanan cütlüyün toy mərasimi isə 9 avqust 1910-cu ildə baş tutdu.
Bu evlilikdən 3 övladı olan cütlük Sultan Əbdülhəmidin ölümündən qısa müddət öncə İsveçrəyə getdi və üçüncü övladı Osman Nami bəy burada dünyaya gəldi. Ancaq atasının ölüm xəbərini aldıqdan dərhal sonra İstanbula qayıdan Aişə Sultan çox keçmədən 1921-ci ildə ərindən boşandı. Elə həmin il — 3 aprel 1921-ci ildə Nişantaşı köşkündə Rauf Paşanın oğlu Mehmed Əli bəylə evləndi. İkinci evliliyindən bir oğlu daha dünyaya gələn Aişə Sultan 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi ailəsiylə birlikdə sürgünə göndərildi. Anası Müşfiqə xanım isə mərhum Osmanlı padşahının dul xanımı olması səbəbilə, bu sürgün qərarından kənarda qaldı və 1952-ci ildə çıxarılan əfv qanununa qədər yeganə övladı olan Aişə Sultanı bir daha görmədi.
Sürgündə Paris şəhərində məskunlaşan ailə burada ağır şəraitdə yaşadı. Böyük oğlu Ömər Nami bəy anasının, üzərinə İnnallahe maassâbirîn (Allah səbir edənlərlə bərabərdir) kəlamını naxışladığı məndilləri sataraq ailəni ayaqda saxlamağa çalışdı. 1937-ci ildə əri Mehmed Əli bəy Parisdə vəfat etdi və cənazəsi Paris yaxınlığındakı müsəlman Bobigny məzarlığına dəfn olundu. 1952-ci ildə çıxan və Osmanlı sülaləsinin yalnız xanım üzvlərinə aid edilən əfv qanunuyla Türkiyəyə qayıdan Aişə Sultan anasıyla birlikdə Sərəncəbəy yoxuşundakı köşkdə yaşamağa davam etdi. 1955-ci ildə atasının həyatı və uşaqlıq illəriylə bağlı xatirələrini "Babam Sultan Abdülhamid" (Atam Sultan Əbdülhəmid) başlığı ilə nəşr etdirdi.
Yaşadığı Sərəncəbəy köşkündə 10 avqust 1960-cı ildə vəfat edən Aişə Sultan Yəhya Əfəndi məzarlığına dəfn olundu. Anası Müşfiqə xanım isə ondan bir il sonra — 16 iyul 1961-ci ildə 93 yaşında ikən vəfat etdi və qızının yanına dəfn olundu.
Şəcərəsi
- Sultanzadə Ömər Nami bəy (d. 4 noyabr 1911 — ö. 17 mart 1993, Lozanna) — Səadət Səid Kamillə (d. 21 sentyabr 1907 — ö. 13 avqust 1974, Beyrut) evləndi və bir qızı dünyaya gəldi. 10 noyabr 1975-ci ildə İstanbulda Yolanda Saadla evləndi.
- Ayşə Rabiyə Nami (d. 3 avqust 1945, Beyrut)
- Aliyə Namiyə xanım Sultan (d. 7 fevral 1913 — ö. 9 aprel 1913) — Cənazəsi Yəhya Əfəndi məzarlığına dəfn edilmişdir.
- Sultanzadə Osman Nami bəy (d. 13 yanvar 1918, Cenevrə — ö. 15 iyul 2010, İstanbul) — 18 yanvar 1946-cı ildə Adilə Tanyeriylə (ö. 8 avqust 1958, Tunis) evləndi və 3 qızı dünyaya gəldi. 18 iyul 1959-cu ildə Rotraud Qranzou (d. 9 aprel 1934, Almaniya) ilə evləndi və 2 övladı dünyaya gəldi.
- Mədiha Şükriyə Nami Osmanoğlu (d. 24 may 1947, Fransa) — 12 may 1969-cu ildə Almaniyada Aquino İke Conopio ilə evləndi və bir qızı dünyaya gəldi. 29 oktyabr 1989-cu ildə Almaniyada Jose Luis Martinez-Hernandez (d. 4 may 1945, Meksika) ilə evləndi.
- Fəthiyə Nemət Nami Osmanoğlu (d. 21 mart 1953, Tunis) — 16 yanvar 1998-ci ildə Fransada Alain Bory (d. 13 iyun 1946, Fransa) ilə evləndi.
- Ayşə Adilə Nami Osmanoğlu (d. 6 avqust 1958, Tunis) — Sadri Ariba ilə evləndi.
- Gülnur Doroteya Nami Osmanoğlu (d. 10 yanvar 1960, Paris) — 5 sentyabr 1987-ci ildə Fransada Didier Ragot ilə evləndi və 3 övladı dünyaya gəldi.
- Xanzadə Audrey Nami-Ragot (d. 4 fevral 1988)
- Ayzadə Maylis Nami-Ragot (d. 16 iyun 1991)
- Cem Alexis Nami-Ragot (d. 11 mart 1993)
- Aytən Sofiya Nami Osmanoğlu (d. 24 mart 1961, Puatye) — 10 oktyabr 1980-ci ildə İstanbulda Erman Kunterlə evləndi və bir qızı dünyaya gəldi.
- Rəfiyə Roksan Kunter (d. 10 avqust 1984, İstanbul)
- Sultanzadə Əbdülhəmid Rauf bəy (d. oktyabr 1921 — ö. 11 mart 1981) — Cənazəsi Yəhya Əfəndi məzarlığına dəfn edilmişdir.
Mənbə
- Brookes, Douglas Scott (2010). The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press.
- Uluçay, Mustafa Çağatay (2011). Padişahların kadınları ve kızları. Ankara: Ötüken.
- Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık.
- Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. pp. 27
- Baydar, Evren Kutlay (2010). Osmanlı'nın "Avrupalı" müzisyenleri. Araştırma-İnceleme. Kapı Yayınları. p. 59.
- Osmanoğlu, Ayşe (2000). Babam Sultan Abdülhamid. Mona Kitap Yayinlari. p. 104.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Aise Hemide Sultan 31 oktyabr 1886 Konstantinopol 11 avqust 1960 Istanbul 34 Osmanli sultani II Ebdulhemidin qizi Aise SultanAise Sultan ve ilk eri Ehmed Nami beySexsi melumatlarDogum tarixi 31 oktyabr 1886 1886 10 31 Dogum yeri Ulduz sarayi Istanbul Osmanli imperiyasiVefat tarixi 11 avqust 1960 1960 08 11 73 yasinda Vefat yeri Istanbul TurkiyeDefn yeri Yehya Efendi mezarligi IstanbulFealiyyeti yaziciAtasi II EbdulhemidAnasi Musfiqe QadinefendiHeyat yoldaslari Ehmed Nami bey Mehmed Eli beyUsaqlari Sultanzade Omer Nami bey Aliye Namiye xanim Sultan Sultanzade Osman Nami bey Sultanzade Ebdulhemid Rauf beyAilesi Osmanli xanedaniHeyatiUsaqliq illeri 1899 Aise Sultan 31 oktyabr 1886 ci ilde Ulduz sarayinda dunyaya geldi Atasi Sultan Ebdulhemid anasi ise onun abxaz esilli sekkizinci xanimi Musfiqe Qadinefendidir Onun dogum xeberini esiden atasi Sultan Ebdulhemid xeberi veren Filurya kalfaya bahali bir cevahirat dogusda istirak eden Ebezade Kamile xanima ise 300 lire hediyye etdi Ozunden bir ay kicik olan bacisi Sadiye Sultanla birlikde Ulduz sarayinda mukemmel tehsil aldi Cografiya tarix din Osmanli turkcesi ile yanasi erebce ve farsca dersleri de aldi Herem xezinedarlarindan Durruyekta xanimdan sonradan qardasi Selim Efendiyle evlendi piano dersleri aldi 1908 ci ilde atasinin isteyile Fahri beyin oglu Ehmed Nami beyle nisanlandi Ancaq bir il sonra atasi taxtdan endirilerek Salonikiye surgun edildi Surgunde anasi Musfiqe xanimla birlikde atasinin yaninda yer alan Aise Sultan bir il sonra atasinin isteyile bacilari Sadiye Sultan ve Refiye Sultanla birlikde Istanbula qayitdi 1910 cu ilin iyununda Dolmabagca sarayinda kecirilen merasimle nisanlisi Ehmed Nami beyle nikahlandi Dovrun seyxulislami Musa Kazim Efendi terefinden nikahlanan cutluyun toy merasimi ise 9 avqust 1910 cu ilde bas tutdu Bu evlilikden 3 ovladi olan cutluk Sultan Ebdulhemidin olumunden qisa muddet once Isvecreye getdi ve ucuncu ovladi Osman Nami bey burada dunyaya geldi Ancaq atasinin olum xeberini aldiqdan derhal sonra Istanbula qayidan Aise Sultan cox kecmeden 1921 ci ilde erinden bosandi Ele hemin il 3 aprel 1921 ci ilde Nisantasi koskunde Rauf Pasanin oglu Mehmed Eli beyle evlendi Ikinci evliliyinden bir oglu daha dunyaya gelen Aise Sultan 3 mart 1924 tarixli TBMM qerari ile diger Osmanli sulalesi uzvleri kimi ailesiyle birlikde surgune gonderildi Anasi Musfiqe xanim ise merhum Osmanli padsahinin dul xanimi olmasi sebebile bu surgun qerarindan kenarda qaldi ve 1952 ci ilde cixarilan efv qanununa qeder yegane ovladi olan Aise Sultani bir daha gormedi Surgunde Paris seherinde meskunlasan aile burada agir seraitde yasadi Boyuk oglu Omer Nami bey anasinin uzerine Innallahe maassabirin Allah sebir edenlerle beraberdir kelamini naxisladigi mendilleri sataraq aileni ayaqda saxlamaga calisdi 1937 ci ilde eri Mehmed Eli bey Parisde vefat etdi ve cenazesi Paris yaxinligindaki muselman Bobigny mezarligina defn olundu 1952 ci ilde cixan ve Osmanli sulalesinin yalniz xanim uzvlerine aid edilen efv qanunuyla Turkiyeye qayidan Aise Sultan anasiyla birlikde Serencebey yoxusundaki koskde yasamaga davam etdi 1955 ci ilde atasinin heyati ve usaqliq illeriyle bagli xatirelerini Babam Sultan Abdulhamid Atam Sultan Ebdulhemid basligi ile nesr etdirdi Yasadigi Serencebey koskunde 10 avqust 1960 ci ilde vefat eden Aise Sultan Yehya Efendi mezarligina defn olundu Anasi Musfiqe xanim ise ondan bir il sonra 16 iyul 1961 ci ilde 93 yasinda iken vefat etdi ve qizinin yanina defn olundu SeceresiSultanzade Omer Nami bey d 4 noyabr 1911 o 17 mart 1993 Lozanna Seadet Seid Kamille d 21 sentyabr 1907 o 13 avqust 1974 Beyrut evlendi ve bir qizi dunyaya geldi 10 noyabr 1975 ci ilde Istanbulda Yolanda Saadla evlendi Ayse Rabiye Nami d 3 avqust 1945 Beyrut Aliye Namiye xanim Sultan d 7 fevral 1913 o 9 aprel 1913 Cenazesi Yehya Efendi mezarligina defn edilmisdir Sultanzade Osman Nami bey d 13 yanvar 1918 Cenevre o 15 iyul 2010 Istanbul 18 yanvar 1946 ci ilde Adile Tanyeriyle o 8 avqust 1958 Tunis evlendi ve 3 qizi dunyaya geldi 18 iyul 1959 cu ilde Rotraud Qranzou d 9 aprel 1934 Almaniya ile evlendi ve 2 ovladi dunyaya geldi Mediha Sukriye Nami Osmanoglu d 24 may 1947 Fransa 12 may 1969 cu ilde Almaniyada Aquino Ike Conopio ile evlendi ve bir qizi dunyaya geldi 29 oktyabr 1989 cu ilde Almaniyada Jose Luis Martinez Hernandez d 4 may 1945 Meksika ile evlendi Ayse Mariya Kristina Nami Conopio d 16 iyul 1969 Almaniya 20 iyun 2003 cu ilde Isvecrede Patrik Jean Dreyfus ile evlendi Fethiye Nemet Nami Osmanoglu d 21 mart 1953 Tunis 16 yanvar 1998 ci ilde Fransada Alain Bory d 13 iyun 1946 Fransa ile evlendi Ayse Adile Nami Osmanoglu d 6 avqust 1958 Tunis Sadri Ariba ile evlendi Osman Necati Ferhad Ariba d 31 yanvar 1980 Istanbul Ayse Feyzan Ariba d 9 sentyabr 1983 Izmir Gulnur Doroteya Nami Osmanoglu d 10 yanvar 1960 Paris 5 sentyabr 1987 ci ilde Fransada Didier Ragot ile evlendi ve 3 ovladi dunyaya geldi Xanzade Audrey Nami Ragot d 4 fevral 1988 Ayzade Maylis Nami Ragot d 16 iyun 1991 Cem Alexis Nami Ragot d 11 mart 1993 Ayten Sofiya Nami Osmanoglu d 24 mart 1961 Puatye 10 oktyabr 1980 ci ilde Istanbulda Erman Kunterle evlendi ve bir qizi dunyaya geldi Refiye Roksan Kunter d 10 avqust 1984 Istanbul Sultanzade Ebdulhemid Rauf bey d oktyabr 1921 o 11 mart 1981 Cenazesi Yehya Efendi mezarligina defn edilmisdir MenbeBrookes Douglas Scott 2010 The Concubine the Princess and the Teacher Voices from the Ottoman Harem University of Texas Press ISBN 978 0 292 78335 5 Ulucay Mustafa Cagatay 2011 Padisahlarin kadinlari ve kizlari Ankara Otuken ISBN 978 9 754 37840 5 Sakaoglu Necdet 2008 Bu mulkun kadin sultanlari Valide sultanlar hatunlar hasekiler kadinefendiler sultanefendiler Oglak Yayincilik ISBN 978 9 753 29623 6 Adra Jamil 2005 Genealogy of the Imperial Ottoman Family 2005 pp 27 Baydar Evren Kutlay 2010 Osmanli nin Avrupali muzisyenleri Arastirma Inceleme Kapi Yayinlari p 59 ISBN 978 605 4322 14 5 Osmanoglu Ayse 2000 Babam Sultan Abdulhamid Mona Kitap Yayinlari p 104 ISBN 978 6 050 81202 2