Zəkiyə Sultan (12 yanvar 1871, Konstantinopol – 13 iyul 1950, Po[d]) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı.
Zəkiyə Sultan | |
---|---|
osman. زکیه سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 yanvar 1871 |
Doğum yeri | Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 13 iyul 1950 (79 yaşında) |
Vəfat yeri | Pau, Yeni Akvitaniya, Fransa |
Fəaliyyəti | əsilzadə |
Atası | II Əbdülhəmid |
Anası | Bədrifələk Qadınəfəndi |
Həyat yoldaşı | Əli Nurəddin Paşa |
Uşaqları | Ülviyə Şükriyə xanım Sultan Fatma Aliyə xanım Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
Zəkiyə Sultan 12 yanvar 1871-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Əbdülhəmid Əfəndi, anası isə onun üçüncü xanımı Bədrifələk Qadınəfəndidir. Atasının taxta çıxmasından bir il sonra 1877-ci ildə Sultan Əbdülhəmidin digər ailə üzvləriylə birlikdə Ulduz sarayına köçürülən Zəkiyə Sultan ilk təhsilini qardaşı Səlim Əfəndi, Sultan Əbdüləzizin övladları Şövkət Əfəndi, Seyfəddin Əfəndi və Əsma Sultanla birlikdə İhlamur sarayında almağa başladı. Burada coğrafiya, din, musiqi və Osmanlı türkcəsi dərsləri alan Zəkiyə Sultan eyni zamanda ingilis və fransız dillərini də öyrəndi.
1889-cu ildə atasının istəyilə Qazi Osman Paşanın böyük oğlu Əli Nurəddin Paşayla nişanlandı. Cütlüyün toy mərasimi 20 aprel 1889-cu ildə Ulduz sarayında baş tutdu. Eyni mərasimlə Sultan Əbdüləzizin qızları Saliha Sultan, Nazimə Sultan və Əsma Sultan da evləndirildilər. Nikah mərasimində bəyin vəkili olaraq dövrün sədrəzəmi Mehmed Kamil Paşa iştirak etdi. Ənənəyə sadiq qalaraq, yeni evli cütlüyə Ortaköydəki Tarlabaşı sarayı təsis edildi və mərasimdən bir gün sonra Zəkiyə Sultan yeni sarayına gəlin köçdü. Cütlüyün bu nikahdan 2 qız övladı dünyaya gəlsə də, böyük qızları Ülviyə Şükriyə xanım Sultan 3 yaşında ikən vəfat etdi. 1898-ci ildə isə ögey bacısı Naimə Sultan qaynı Mehmed Kəmaləddin Paşayla nikahlandı və onun sarayının qarşısındakı sahilsarayında yaşamağa başladı. Bu səbəblə 2 bacının qarşı-qarşıya baxan sarayları Əkiz köşklər adlanmağa başlandı.
Yaşadıqları Tarlabaşı sarayında əriylə birlikdə tez-tez ziyafətlər verən Zəkiyə Sultan musiqiyə və incəsənətə olan marağıyla yanaşı, xeyriyyəçiliyi ilə də tanınırdı. Ramazan ayı boyunca İstanbulun kasıb məhəllərinə ərzaq yardımları göndərən Zəkiyə Sultan iftara dəvət etdiyi qonaqlarına qiymətli hədiyyələr təqdim edirdi. bundan başqa digər Osmanlı sultanlarının rəhbərlik etdiyi xeyriyyəçilik aksiyalarına da iştirak edir, bu aksiyalara külli miqdarda maddi yardım göstərirdi. Ancaq 1909-cu ildə atası taxtdan endirilərək bəzi ailə üzvləriylə birlikdə Salonikiyə sürgün edildi. O əsnada anası Bədrifələk xanım, qardaşları Səlim Əfəndi və Nuri Əfəndi, eləcə də onların ailə üzvləri bir müddət onun sarayında məskunlaşdılar.
3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Zəkiyə Sultan da əri, qızı və nəvələriylə birlikdə sürgünə göndərildi. Sürgün illərini bir çox ailə üzvləri kimi Fransada keçirən Zəkiyə Sultan Pau şəhərində məskunlaşdı. Anası Bədrifələk xanım isə sabiq Osmanlı sultanının dul xanımı olaraq bu sürgün qərarında göz ardı edildi və 1930-cu ildə ölümünədək İstanbul Sərəncəbəy yoxuşundakı köşkündə yaşamağa davam etdi. Sürgündə olduqca çətin günlər keçirən Zəkiyə Sultan Pauda bir erməniyə məxsus otelin kiçik bir otaında illərcə pul vermədən yaşadı. Nəhayət, 13 iyul 1950-ci ildə burada vəfat etdi. Cənazəsi müsəlman bir ölkədə dəfn olunmaq üzrə dərmanlanaraq yaxınlıqdakı kilsənin zirzəmisində 2 il gözlədildi. Ancaq 2 ilin ardından kimsəsizlər məzarlığına dəfn olundu. Hal-hazırda məzar yeri bilinmir.
Övladları
- Ülviyə Şükriyə xanım Sultan (d. 1890 - ö. 23 fevral 1893)
- Fatma Aliyə xanım Sultan (d. 1891 - ö. 14 yanvar 1972) — 1911-ci ildə Misirli Mehmed Muhsin Yeğen ilə evləndi və 2 oğlu oldu.
- Osman Yeğen (d. 1913 - ö. 1988) — Yvonne Rosenberg ilə evləndi.
- Salih Yeğen (d. 4 sentyabr 1921 - ö. 5 noyabr 1994) — Ülkü Becanla evləndi.
- Fatma Yasəmən Yeğen (d. 18 sentyabr 1973) — Hakan Bari ilə evləndi.
- Muhsin Osman Yeğen (d. 14 dekabr 1977)
Mənbə
- Akyıldız, Ali (2018). Son Dönem Osmanlı Padişahlarının Nikâh Meselesi. p. 697
- Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32
- Oriental Gardens: An Illustrated History. Chronicle Books. 1992. pp. 21.
- Bardakçı, Murat (2017). Neslishah: The Last Ottoman Princess. Oxford University Press. p. 100.
- Brookes, Douglas Scott (2010). The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press.
- Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık.
- Uluçay, Mustafa Çağatay (2011). Padişahların kadınları ve kızları. Ankara: Ötüken.
- Uru, Cevriye (2010). Sultan II. Abdülhamid'in kızı Zekiye Sultan'in Hayatı (1872-1950) (Master Thesis) (in Turkish)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Zekiye Sultan 12 yanvar 1871 Konstantinopol 13 iyul 1950 Po d 34 Osmanli sultani II Ebdulhemidin qizi Zekiye Sultanosman زکیه سلطان Sexsi melumatlarDogum tarixi 12 yanvar 1871 1871 01 12 Dogum yeri Dolmabagca sarayi Istanbul Osmanli imperiyasiVefat tarixi 13 iyul 1950 1950 07 13 79 yasinda Vefat yeri Pau Yeni Akvitaniya FransaFealiyyeti esilzadeAtasi II EbdulhemidAnasi Bedrifelek QadinefendiHeyat yoldasi Eli Nureddin PasaUsaqlari Ulviye Sukriye xanim Sultan Fatma Aliye xanim SultanAilesi Osmanli xanedaniHeyatiZekiye Sultan 12 yanvar 1871 ci ilde Dolmabagca sarayinda dunyaya geldi Atasi Sultan Ebdulmecidin oglu Ebdulhemid Efendi anasi ise onun ucuncu xanimi Bedrifelek Qadinefendidir Atasinin taxta cixmasindan bir il sonra 1877 ci ilde Sultan Ebdulhemidin diger aile uzvleriyle birlikde Ulduz sarayina kocurulen Zekiye Sultan ilk tehsilini qardasi Selim Efendi Sultan Ebdulezizin ovladlari Sovket Efendi Seyfeddin Efendi ve Esma Sultanla birlikde Ihlamur sarayinda almaga basladi Burada cografiya din musiqi ve Osmanli turkcesi dersleri alan Zekiye Sultan eyni zamanda ingilis ve fransiz dillerini de oyrendi 1889 cu ilde atasinin isteyile Qazi Osman Pasanin boyuk oglu Eli Nureddin Pasayla nisanlandi Cutluyun toy merasimi 20 aprel 1889 cu ilde Ulduz sarayinda bas tutdu Eyni merasimle Sultan Ebdulezizin qizlari Saliha Sultan Nazime Sultan ve Esma Sultan da evlendirildiler Nikah merasiminde beyin vekili olaraq dovrun sedrezemi Mehmed Kamil Pasa istirak etdi Eneneye sadiq qalaraq yeni evli cutluye Ortakoydeki Tarlabasi sarayi tesis edildi ve merasimden bir gun sonra Zekiye Sultan yeni sarayina gelin kocdu Cutluyun bu nikahdan 2 qiz ovladi dunyaya gelse de boyuk qizlari Ulviye Sukriye xanim Sultan 3 yasinda iken vefat etdi 1898 ci ilde ise ogey bacisi Naime Sultan qayni Mehmed Kemaleddin Pasayla nikahlandi ve onun sarayinin qarsisindaki sahilsarayinda yasamaga basladi Bu sebeble 2 bacinin qarsi qarsiya baxan saraylari Ekiz koskler adlanmaga baslandi Yasadiqlari Tarlabasi sarayinda eriyle birlikde tez tez ziyafetler veren Zekiye Sultan musiqiye ve incesenete olan maragiyla yanasi xeyriyyeciliyi ile de taninirdi Ramazan ayi boyunca Istanbulun kasib mehellerine erzaq yardimlari gonderen Zekiye Sultan iftara devet etdiyi qonaqlarina qiymetli hediyyeler teqdim edirdi bundan basqa diger Osmanli sultanlarinin rehberlik etdiyi xeyriyyecilik aksiyalarina da istirak edir bu aksiyalara kulli miqdarda maddi yardim gosterirdi Ancaq 1909 cu ilde atasi taxtdan endirilerek bezi aile uzvleriyle birlikde Salonikiye surgun edildi O esnada anasi Bedrifelek xanim qardaslari Selim Efendi ve Nuri Efendi elece de onlarin aile uzvleri bir muddet onun sarayinda meskunlasdilar 3 mart 1924 tarixli TBMM qerari ile diger Osmanli sulalesi uzvleri kimi Zekiye Sultan da eri qizi ve neveleriyle birlikde surgune gonderildi Surgun illerini bir cox aile uzvleri kimi Fransada keciren Zekiye Sultan Pau seherinde meskunlasdi Anasi Bedrifelek xanim ise sabiq Osmanli sultaninin dul xanimi olaraq bu surgun qerarinda goz ardi edildi ve 1930 cu ilde olumunedek Istanbul Serencebey yoxusundaki koskunde yasamaga davam etdi Surgunde olduqca cetin gunler keciren Zekiye Sultan Pauda bir ermeniye mexsus otelin kicik bir otainda illerce pul vermeden yasadi Nehayet 13 iyul 1950 ci ilde burada vefat etdi Cenazesi muselman bir olkede defn olunmaq uzre dermanlanaraq yaxinliqdaki kilsenin zirzemisinde 2 il gozledildi Ancaq 2 ilin ardindan kimsesizler mezarligina defn olundu Hal hazirda mezar yeri bilinmir OvladlariUlviye Sukriye xanim Sultan d 1890 o 23 fevral 1893 Fatma Aliye xanim Sultan d 1891 o 14 yanvar 1972 1911 ci ilde Misirli Mehmed Muhsin Yegen ile evlendi ve 2 oglu oldu Osman Yegen d 1913 o 1988 Yvonne Rosenberg ile evlendi Salih Yegen d 4 sentyabr 1921 o 5 noyabr 1994 Ulku Becanla evlendi Fatma Yasemen Yegen d 18 sentyabr 1973 Hakan Bari ile evlendi Muhsin Osman Yegen d 14 dekabr 1977 MenbeAkyildiz Ali 2018 Son Donem Osmanli Padisahlarinin Nikah Meselesi p 697 Adra Jamil 2005 Genealogy of the Imperial Ottoman Family 2005 p 32 Oriental Gardens An Illustrated History Chronicle Books 1992 pp 21 ISBN 978 0 811 80132 4 Bardakci Murat 2017 Neslishah The Last Ottoman Princess Oxford University Press p 100 ISBN 978 9 774 16837 6 Brookes Douglas Scott 2010 The Concubine the Princess and the Teacher Voices from the Ottoman Harem University of Texas Press ISBN 978 0 292 78335 5 Sakaoglu Necdet 2008 Bu mulkun kadin sultanlari Valide sultanlar hatunlar hasekiler kadinefendiler sultanefendiler Oglak Yayincilik ISBN 978 9 753 29623 6 Ulucay Mustafa Cagatay 2011 Padisahlarin kadinlari ve kizlari Ankara Otuken ISBN 978 9 754 37840 5 Uru Cevriye 2010 Sultan II Abdulhamid in kizi Zekiye Sultan in Hayati 1872 1950 Master Thesis in Turkish