Eduard Montqomeri Klift (ing. Edward Montgomery Clift; 17 oktyabr 1920, Nebraska, ABŞ — 23 iyul 1966, Nyu-York, ABŞ) — ABŞ aktyoru.
Montqomeri Klift | |
---|---|
ing. Montgomery Clift | |
Doğum adı | Eduard Montqomeri Klift |
Digər adı | Monti Klift |
Doğum tarixi | |
Doğum yeri | Omaha, Nebraska, ABŞ |
Vəfat tarixi | (45 yaşında) |
Vəfat yeri | Nyu-York, ABŞ |
Vəfat səbəbi | ürək tutması |
Vətəndaşlığı | |
Atası | Uilyam Bruks Klift |
Anası | Etel Anderson |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1933-1966 |
Təhsili |
|
IMDb | ID0001050 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Montqomeri Klift 17 oktyabr 1920-ci ildə ABŞ-nin Nebraska ştatının Omaha şəhərində anadan olmuşdur. Atası Uilyam Bruks Klift Omaha Milli İnam Şirkətinin vitse-prezidenti idi. Uşaqların qayğısına daha çox anaları Etel Anderson qalırdı. O, tez-tez balaca Montini, onun əkiz bacısı Robertanı və qardaşı Bruksu Avropaya səyahətə aparardı. Kliftlərin Bermud adalarında evi olduğu üçün ora da gedirdilər. Səfərlər zamanı uşaqların təhsili ilə bağlı məsələləri həll etmək üçün valideynlər şəxsi müəllim tutmuşdular. Lakin 1929-cu ildə Kliftlərin bu sistemli ailə həyatı pozuldu. Səbəb bu vaxt Böyük böhranın başlanması idi.
Montinin 13 yaşı tamam olanda onlar Florida ştatının Sarasota şəhərinə köçdülər. Gələcəyin məşhur aktyoru məhz bu şəhərdə yerli gənc dramatik klubunda iştirak etmiş və ilk dəfə teatr meydanında öz gücünü sınamışdı. Montqomeri bu sahəyə çox ciddi yanaşmağa başlamışdı. Onun səhnədə necə təbii çıxış etməsini görən anası Montqomeriyə peşəkar aktyorluq fəaliyyətinə başlamaq ideyasını verir. Tezliklə Kliftlər ailəsi yenidən yaşadıqları yerdən köçürlər. Bu dəfə onlar Massaçusets ştatının Şeron şəhərində məskunlaşırlar. Montqomeri "Evə uç" adlı brodvey quruluşunun sınaqlarından uğurlar keçir. Bu rolu düz iki mövsüm ifa edir. Montqomeri "Təbiət qadını" tamaşasında baş rolu alan zaman ailəsi Manhettenə köçür. Bu rol hələ 17 yaşında ona ulduz statusu vermişdi.
Yaradıcılığı
Klift Brodveydə 1942-ci ildə debüt etmişdi. Tornton Uaylderin pyesinin uğurundan sonra o, əsərin müəllifi ilə yaxından tanış olur. Müəllif ona Hollivuddan uzaq olmağı məsləhət görür.
Teatrda fəaliyyətindən 10 il sonra Kliftin çoxlu borcu var idi. 13 min dollar həcmində olan borcunu ödəmək üçün Klift "Qırmızı çay" filminə çəkilmək təklifini qəbul edir. Filmdə onun tərəf-müqabili Con Ueyn idi. Bu ekran əsəri bu gün də ən böyük vesternlərdən biri sayılır. Elə həmin ildə o, "Axtarışlar" filmindəki roluna görə "Oskar" mükafatına namizəd olur. Bu rol onu Hollivudun yeni seks-simvolu kimi məşhurlaşdırdı.
Bioqraflar Kliftin biseksual olması ilə bağlı fərziyyə irəli sürərək onun qadınlarla olduğu kimi kişilərlə də sevgi macəralarının olduğunu deyirlər. "Günəş altında yer" filmində Elizabet Teylorla olan sevgi səhnələri – ekranda kişi və qadın arasında olan romantik münasibətlərin yeni forması hesab olunur. Onun Teylorla dostluq münasibətləti ömrünün sonuna qədər qalmışdı.
Aktyorun "" və "Cənnətdən şərqə" filmlərinə dəvətdən imtina etməsinə baxmayaraq, o, heç vaxt rejissor dəvətlərindən azlıq hiss etmirdi. 1958-ci ildə Klift, onun rəqiblərindən biri hesab olunan aktyor Marlon Brando ilə birlikdə "Cavan şirlər" filmində çəkildi. Onlar eyni kino məktəbini bitirmiş, bir-birinə oxşar olan oyun tərzinə yiyələnmiş, eyni zamanda hər ikisi ağlasığmaz məşhurluq əldə etmişdilər.
12 may 1956-cı ildə bir əyləncə gecəsindən qayıdarkən Klift telefon dirəyi ilə toqquşmuşdu. Qəza nəticəsində onun burnu və çənəsi sınmışdı. Bu hadisədən sonra onun almacıq sümüklərindən biri iflic olmuşdu. Ağrılardan xilas olandan sonra aktyor ağrıkəsici dərmanlara və spirtli içkilərə aludə olur. Bütün bunlar onun sağlamlığını məhv edir.
Montqomeri Klift 1966-cı ildə ürək tutmasından 45 yaşında Nyu-Yorkdakı evində vəfat etmişdir. Mütəxəssislərin gəldiyi qənaətə görə, aktyorun belə erkən dünyasını dəyişməsinin səbəbi onun sağlamlığına təsir etmiş narkomaniya ola bilərdi.
Filmoqrafiya
- Vərəsə (film, 1949) / The Heiress
Mükafatlar və nominasiyalar
Nominasiyalar
- Oskar mükafatına namizəd ("Axtarış", 1949)
- Oskar mükafatına namizəd ("Günəş altında yer", 1952)
- Oskar mükafatına namizəd ("Bu gündən əbədiliyə qədər", 1954)
- Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatına namizəd ("Nürnberq mühakiməsi", 1962)
- Ən yaxşı kişi roluna görə BAFTA mükafatına namizəd ("Nürnberq mühakiməsi", 1961)
- Ən yaxşı ikinci plan kişi roluna görə Qızıl Qlobus Mükafatına namizəd ("Nürnberq mühakiməsi", 1962)
İstinadlar
- The gay & lesbian theatrical legacy: a biographical dictionary of major figures in American stage history in the pre-Stonewall era. University of Michigan Press, 2005. . Pages 99–101.
- Clarke, Gerald. "Books: Sunny Boy". Time Magazine Feb 20, 1978.
.
Xarici keçidlər
- Montqomeri Klift — IMDb səhifəsi
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Eduard Montqomeri Klift ing Edward Montgomery Clift 17 oktyabr 1920 Nebraska ABS 23 iyul 1966 Nyu York ABS ABS aktyoru Montqomeri Klifting Montgomery CliftDogum adi Eduard Montqomeri KliftDiger adi Monti KliftDogum tarixi 17 oktyabr 1920Dogum yeri Omaha Nebraska ABSVefat tarixi 23 iyul 1966 45 yasinda Vefat yeri Nyu York ABSVefat sebebi urek tutmasiVetendasligi ABSAtasi Uilyam Bruks KliftAnasi Etel AndersonFealiyyeti aktyorFealiyyet illeri 1933 1966Tehsili Aktyorlar studiyasi d IMDb ID0001050 Vikianbarda elaqeli mediafayllarHeyatiMontqomeri Klift 17 oktyabr 1920 ci ilde ABS nin Nebraska statinin Omaha seherinde anadan olmusdur Atasi Uilyam Bruks Klift Omaha Milli Inam Sirketinin vitse prezidenti idi Usaqlarin qaygisina daha cox analari Etel Anderson qalirdi O tez tez balaca Montini onun ekiz bacisi Robertani ve qardasi Bruksu Avropaya seyahete aparardi Kliftlerin Bermud adalarinda evi oldugu ucun ora da gedirdiler Seferler zamani usaqlarin tehsili ile bagli meseleleri hell etmek ucun valideynler sexsi muellim tutmusdular Lakin 1929 cu ilde Kliftlerin bu sistemli aile heyati pozuldu Sebeb bu vaxt Boyuk bohranin baslanmasi idi Montinin 13 yasi tamam olanda onlar Florida statinin Sarasota seherine kocduler Geleceyin meshur aktyoru mehz bu seherde yerli genc dramatik klubunda istirak etmis ve ilk defe teatr meydaninda oz gucunu sinamisdi Montqomeri bu saheye cox ciddi yanasmaga baslamisdi Onun sehnede nece tebii cixis etmesini goren anasi Montqomeriye pesekar aktyorluq fealiyyetine baslamaq ideyasini verir Tezlikle Kliftler ailesi yeniden yasadiqlari yerden kocurler Bu defe onlar Massacusets statinin Seron seherinde meskunlasirlar Montqomeri Eve uc adli brodvey qurulusunun sinaqlarindan ugurlar kecir Bu rolu duz iki movsum ifa edir Montqomeri Tebiet qadini tamasasinda bas rolu alan zaman ailesi Manhettene kocur Bu rol hele 17 yasinda ona ulduz statusu vermisdi YaradiciligiKlift Brodveyde 1942 ci ilde debut etmisdi Tornton Uaylderin pyesinin ugurundan sonra o eserin muellifi ile yaxindan tanis olur Muellif ona Hollivuddan uzaq olmagi meslehet gorur Teatrda fealiyyetinden 10 il sonra Kliftin coxlu borcu var idi 13 min dollar hecminde olan borcunu odemek ucun Klift Qirmizi cay filmine cekilmek teklifini qebul edir Filmde onun teref muqabili Con Ueyn idi Bu ekran eseri bu gun de en boyuk vesternlerden biri sayilir Ele hemin ilde o Axtarislar filmindeki roluna gore Oskar mukafatina namized olur Bu rol onu Hollivudun yeni seks simvolu kimi meshurlasdirdi Bioqraflar Kliftin biseksual olmasi ile bagli ferziyye ireli surerek onun qadinlarla oldugu kimi kisilerle de sevgi maceralarinin oldugunu deyirler Gunes altinda yer filminde Elizabet Teylorla olan sevgi sehneleri ekranda kisi ve qadin arasinda olan romantik munasibetlerin yeni formasi hesab olunur Onun Teylorla dostluq munasibetleti omrunun sonuna qeder qalmisdi Aktyorun ve Cennetden serqe filmlerine devetden imtina etmesine baxmayaraq o hec vaxt rejissor devetlerinden azliq hiss etmirdi 1958 ci ilde Klift onun reqiblerinden biri hesab olunan aktyor Marlon Brando ile birlikde Cavan sirler filminde cekildi Onlar eyni kino mektebini bitirmis bir birine oxsar olan oyun terzine yiyelenmis eyni zamanda her ikisi aglasigmaz meshurluq elde etmisdiler 12 may 1956 ci ilde bir eylence gecesinden qayidarken Klift telefon direyi ile toqqusmusdu Qeza neticesinde onun burnu ve cenesi sinmisdi Bu hadiseden sonra onun almaciq sumuklerinden biri iflic olmusdu Agrilardan xilas olandan sonra aktyor agrikesici dermanlara ve spirtli ickilere alude olur Butun bunlar onun saglamligini mehv edir Montqomeri Klift 1966 ci ilde urek tutmasindan 45 yasinda Nyu Yorkdaki evinde vefat etmisdir Mutexessislerin geldiyi qenaete gore aktyorun bele erken dunyasini deyismesinin sebebi onun saglamligina tesir etmis narkomaniya ola bilerdi FilmoqrafiyaVerese film 1949 The HeiressMukafatlar ve nominasiyalarNominasiyalar En yaxsi kisi roluna gore Oskar mukafatina namized Axtaris 1949 En yaxsi kisi roluna gore Oskar mukafatina namized Gunes altinda yer 1952 En yaxsi kisi roluna gore Oskar mukafatina namized Bu gunden ebediliye qeder 1954 En yaxsi ikinci plan kisi roluna gore Oskar mukafatina namized Nurnberq muhakimesi 1962 En yaxsi kisi roluna gore BAFTA mukafatina namized Nurnberq muhakimesi 1961 En yaxsi ikinci plan kisi roluna gore Qizil Qlobus Mukafatina namized Nurnberq muhakimesi 1962 IstinadlarThe gay amp lesbian theatrical legacy a biographical dictionary of major figures in American stage history in the pre Stonewall era University of Michigan Press 2005 ISBN 9780472098583 Pages 99 101 Clarke Gerald Books Sunny Boy Time Magazine Feb 20 1978 Xarici kecidlerMontqomeri Klift IMDb sehifesiVikianbarda Montqomeri Klift ile elaqeli mediafayllar var