Mirələsgər (Mirəli) Mirəsədulla oğlu Mirqasımov (9 fevral 1924, Bakı – 9 noyabr 2003, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycan SSR xalq rəssamı (1982), Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar İncəsənət Xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımovun oğlu.
Mirələsgər Mirqasımov | |
---|---|
Mirələsgər (Mirəli) Mirəsədulla oğlu Mirqasımov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | heykəltaraş |
Təhsili | İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutu Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi |
Mükafatları | |
Mirələsgər Mirqasımov tam ixtisalaşdırılmış ali təhsil almış ilk azərbaycanlı heykəltəraşdır. 1944-cü ildə Azərbaycan Rəssamlıq Məktəbindən, 1951-ci ildə Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutundan fərqlənmə ilə məzun olmuşdur. Mirələsgər Mirqasımov Cəfər Cabbarlının (Bakı), Nəriman Nərimanovun (Sumqayıt), Cəlil Məmmədquluzadənin (Naxçıvan) abidələrinin müəllifidir. Mirqasımovun “Neftçinin portreti”, “Qız portreti”, “Qız göyərçin ilə” kimi əsərləri Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində sərgilənir.
Heykəltəraş 1967-ci ildə Monrealda keçirilən Ümumdünya Sərgisi də daxil olmaqla bir çox ölkələrin sərgilərində iştirak edib. Mirqasımovun əsərləri Rusiya , Polşa , Bolqarıstan , Almaniya , Misir və digər ölkələrin muzeylərində sərgilənib . Müxtəlif orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmişdir.
XX əsr Azərbaycan heykəltəraşlıq sənətinin tanınmış tədqiqatçısı, sənətşünaslıq doktoru, professor Cəmilə Novruzova heykəltəraşın yaradıcılığı barədə yazır: “M.Mirqasımovun yaradıcılığında bir-birilə bağlı olan iki istiqamət – hərarətli lirizm və plastikanın güclü forması aydın sezilir. Bu iki istiqamət bir-birilə qırılmaz vəhdətdədir”.
Hal-hazırda Mirələsgər Mirqasımovun 12 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır.
Həyatı
Mirələsgər Mirqasımov 1924-cü il fevralın 9-da Bakı şəhərində müasir Azərbaycan tibb elminin əsaslarını qoyanlardan biri Mirəsədulla Mirqasımov və Ceyran xanımın ailəsində dünyaya gəlmişdir. O ailənin ikinci övladı idi. Mirələsgər Mirqasımov 6 yaşında olarkən onurğa beyni iltihabı xəstəliyi nəticəsində eşitmə qabiliyyətini itirmişdi. Sonralar müalicə olunsa da eşitmə duyğusunu bərpa etmək mümkün olmayıb. Nitq qabiliyyətini itirmək risqi olduğu üçün anası onunla xüsusi olaraq məşğul olmuş və özü tərtib etdiyi əlifba ilə onun xüsusi karlar məktəbinə getməsinə ehtiyac qalmamışdır. Tezliklə Mirələsgər Mirqasımov oxumağı öyrənir, daha sonra loqoped Natalya Raunun köməkliyi ilə dodaq və mimika oxuma texnikasına yiyələnərək təhsilini davam etdirir. Anası oğluna həsr etdiyi "Bir ananın qeydləri" kitabında onun haqqında yazırdı:
"Onun hissləri və qavrayışı öz incəliyi ilə seçilirdi. O özünəməxsus duyğulara malik idi və hər şeyi çox tez başa düşürdü. İstənilən mühitdə çox cəsarətlə hərəkət edirdi. Heç vaxt rahatlığını itirmir, gündəlik çətinlikləri qəbul edirdi. Bu onun hüzurunu pozsa belə, hər zaman düşündüyü kimi hərəkət edərdi."
Təhsili
Mirələsgər Mirqasımov kiçik yaşlarında pilot, aqronom və ya bioloq olmaq arzusunda idi. O rəsm çəkməyi, hekəltəraşlığı çox sevirdi və gününün böyük bir hissəsini bu məşğuliyyətinə həsr edirdi. Buna görə anası qonşuluqda yaşayan məşhur heykəltəraş Pinhos (Pyotr) Sabsaydan uşağın yaradıcılıq qabiliyyətini sınamağı xahiş edir. Sabsayın rəhbərliyi altında o, oxuyub təsirləndiyi Valter Skottun romanının qəhrəmanı Kventin Dorvardın gildən hazırlanmış heykəlini yaradır. Heykəli görən Sabsay onun istedadını yüksək qiymətləndirir. Tezliklə Mirqasımov Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsilinə başlayır. 1944-cü ildə məktəbi fərqlənmə ilə bitirən Mirələsgər Mirqasımov təhsilini İ. Y. Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda davam etdirmişdir. O evə göndərdiyi məktublarında yazırdı:
"Ana, proqramımız çox gərgindir. Tezilklə tökmə gipsdən fiqur hazırlayacağıq. Bura çox soyuqdur. Bəzi emalatxanalarda tempratur 0-dan aşağıdır."
Bir digər məktubunda isə heykəltəraşlıq fakültəsində ən yüksək qiymətləri özünün aldığını, özü də daxil olmaqla, yalnız iki nəfərin heykəltəraşlıq imtahanını "əla" qiyməti ilə başa vurduğunu yazır. Mirqasımovun dissertasiya mövzusu "qəhrəman neftçilər" adlanırdı. O, 1950-ci ildə dissertasiyasını müdafiə edib təhsilini uğurla başa çatdıraraq, ilk ali təhsilli peşəkar Azərbaycan heykəltaraşı olmuşdur.
Yaradıcılığı
1951-ci ildə təhsilini başa vuran heykəltəraş Azərbaycana qayıdır. Həmin il S.Quliyevlə birlikdə Xankəndi şəhərində V.Leninin abidəsini hazırlayırlar. Mirqasımov uzun illər Bakıda çalışır. Bu dövrdə mərmər üzərində həkk olunmuş "Qız portreti" adlı heykəltəraşlıq işi ilə məşhurlaşır. Bu əsər, “Nefçi” və “Göyərçinli qız” adlı digər əsərləri ilə birlikdə heykəltəraş respublika və Zaqafqaziya sərgilərində iştirak edir. Daha sonra heykəllərini həm ümumittifaq sərgisində, həm də 1955-ci ildə Varşavada keçirilən V Ümumdünya Gənclər Festivalında təqdim edərək, beynəlxalq müsabiqədə qalib gələn ilk azərbaycanlı heykəltəraş olur. Sonralar Mirqasımov mərmərlə bir neçə qadın porteti hazırlayır. "Göyərçinli qız" heykəli bunlardan biridir. Onun bürüncdən hazırlanmış “Neftçinin portreti” əsəri əvvəlcə 1961-ci ildə Ümumdünya İncəsənət Sərgisinin açılış zalında, sonra heykəltəraşın digər əsərləri ilə birlikdə 1967-ci ildə Monrealda keçirilən Ümumdünya Sərgisində nümayiş etdirilir. Mirqasımov bu əsəri özünün ən uğurlu əsəri hesab edirdi və bunun səbəbini sifariş əsasında deyil özü istədiyi üçün ərsəyə gətirməsini bildirirdi. Günümüzdə “Neftçinin portreti”, “Qız portreti”, “Göyərçinli qız”, “Nailə” heykəlləri ilə birlikdə Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində sərgilənir.
Qeyd etmək lazımdır ki, heykəltəraş yaradıcılığının ilk illərində animalistik janrda heykəllər yaratmağa üstünlük verib. Ümumiyyətlə, Azərbaycan heykəltəraşlıq sənətində animalistik janrda heykəltəraşlıq əsərləri az yaradılıb. Bu baxımdan M.Mirqasımovun bu sahədə olan yaradıcılıq fəaliyyəti təqdirəlayiq hesab edilir. Onun müəllifi olduğu dəzgah heykəltəraşlığı əsərlərinə nümunə olaraq “M.Ə.Sabirin büstü” (1948), “At” (1950, gips), “Şir” (1950, gips), “Qız portreti” (1955, mərmər), “Ana portreti” (1956, gips), “Göyərçinli qız” (1956, mərmər), “Şah yaylaq” (1957, gips), “C.Cabbarlı” (1958, mərmər), “Neftçi Qurban” (1959, bürünc), “Azadlıq” (1959, bürünc), “İkar” (1962, bürünc), “Xəzri” (1966, bürünc), “Akademik Mirəsədulla Mirqasımov” (1980, bürünc), “Hərəkət qüvvətdir” (1982, bürünc), “C.Cabbarlı” (1987, bürünc) və başqalarını göstərmək olar.
Heykəltəraş yunan mifiologiyasının ünsürlərindən olan uçan İkar obrazını yaratmaq üçün kosmosa uçan ilk insandan ilhamlanır. Heykəltəraşlar arasında bu hadisəyə ilk toxunan şəxs Mirələsgər Mirqasımov idi. Heykəl alminiumdan hazırlanmışdı. İlk əvvəl Bakı Hava Limanının qarşısına qoyulması nəzərdə tutulsa da bu ideya reallaşmır. Sonradan Mirqasımov bir neçə dəfə bu obraza müraciət edir. Belə ki, o, Azərbaycan Mülki Aviasiya İdarəsinin rəhbəri Nurəddin Əliyevin məzarı üzərində ucaldılan bürüncdən qanadını itirən İkar fiqurunu hazırlamışdır.
Mirələsgər Mirqasımovun rəhbərliyi ilə hazırlanan “Molla Nəsrəddin” jurnalının naşiri və redaktoru Mirzə Cəlilin heykəli Naxçıvan şəhərində ucaldılmış ilk monumental abidələrdən biridir. Yazıçının adını daşıyan Naxçıvan Dövlət Musiqili Dram Teatrının qarşısında ucaldılan heykəlin ümumi hündürlüyü 5 metrdir, postamenti qranit üzlüklə üzlənib. Sağ ayağı bir az yığılı, sol ayağı bir qədər irəli, sağ qolu sağ qıçı üzərində uzalı, sol əli sol qıçına söykəli (sanki yazıçı irəliyə doğru əyilmiş bədəninin müvazinətini saxlayır), başı bir qədər yana yönəlmiş, düşüncəli vəziyyətdə yazıçının son dərəcə poetik bədii obrazı təsvir edilib. Yazıçının üst geyimi – paltosunun sol çiyninə aşırılmış vəziyyətdə təsvir edilməsi obrazın bədii-estetik məzmununu qüvvətləndirməyə hesablanıb və kompozisiyanın bitkinliyini təşkil edir. Abidə monumental heykəltəraşlıq sənətimizdə xüsusi yer tutur.
M.Mirqasımov həmçinin atası, AMEA-nın ilk prezidenti, ilk azərbaycanlı həkim-cərrah Mirəsədulla Mirqasımovun Fəxri xiyabandakı qəbirüstü memorial abidəsinin müəllifidir.
1964-cü ildə heykəltaraşlar M. Mirqasımov, Ə. İsmayılov və F. Leontyeva tərəfindən Nəriman Nərimanovun abidəsi işlənilir. Heykəl Sumqayıt şəhərində ən yaşlı monumental abidələrdən sayılır. Abidə 1964-cü ildə açılmışdır. Abidə Sumqayıt şəhəri, 15-məhəllə, Heydər Əliyev prospektində yerləşir. Büstün postamentində naşir, dramaturq və dövlət xadimi olan Nəriman Nərimanovun adı kiril əlifbası ilə yazılsa da 2000-ci illərdə yazı latınca ilə əvəzlənmişdir. Postament mərmər üzlüklə üzlənmişdir.
Cəfər Cabbarlının heykəli
1959-cu ildə Bakı Dəmir Yolu Vağzalının qarşısında meydanda dramaturqa abidə qoyulması barədə qərar qəbul olunur. Eyni ildə burada heykəlin bu ərazidə ucaldılması haqqında məlumatı ehtiva edən daş yerləşdirir. Daha sonra keçirilən ən yaxşı layihə müsabiqəsini qazandığı üçün bu iş Mirələsgər Mirqasımova tapşırılır. Heykəltəraş dərhal işə başlasa da, Nikita Xruşşovun rəhbərliyi dövründə vüsət almış minimalizm arzusu və "həddən artıq olanlara" qarşı mübarizə uzun müddət bu işi dayandırır. 1970-ci illərin sonlarında layihə yenidən davam etdirilsə də, bir müddət sonra yenidən dondurulur. Çox keçmədən Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev özü bu layihəni öhdəliyinə götürür və 1979-cu ildlə Mirqasımovun emalatxanasına gələrək əsərin eskizləri ilə şəxsən tanış olur. Mirqasımov layihə üzərində işləyərkən son dərəcə stresli və gərgin olduğu üçün heykəli başa çatdırarkən öz emalatxanasında ürək infarktı keçirir. Bu zaman Heydər Əliyevin sərəncamı ilə onun sağlamlığına baş katibin şəxsi həkimi özü nəzarət edir. Tezliklə Mirqasımov yaradıcılığının bəlkə də ən vacib işlərindən biri olan heykəl tamamlanır. Abidə 1982-ci il martın 23-də təmtəraqlı mərasimlə Heydər Əliyevin özü tərəfindən açılmışdır. Həmin il Azərbaycan SSR Ali Sovetinin 1 dekabr tarixli fərmanı ilə Mirqasımov Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülmüşdür.
Hündürlüyü 5,5 metrə çatan abidə son dərəcə dəqiq kompozisiya və bədii işlənilmə xüsusiyyətlərinə malikdir. Hündür qranit postamentin üzərində yazıçının ayaq üstə, başını sola çevirmiş, əlləri sinəsində qoşalanmış vəziyyətdə və gərgin fikirlər keçirdiyi məqamda, orijinal formada monumental bədii obrazı yaradılıb. Dramaturqun bədii obrazında ekspressiv, üsyankar və barışmaz “mən”i daha çox surətin zahiri quruluşu ilə üzə çıxarılıb. Dramatizm və dinamizm, yazıçının daxili gərginliyi abidənin ümumi plastik həlli yolu ilə açılıb. Heykəltəraş bu əsərində də paltodan obrazın ümumi bədii həllində vahid element kimi istifadə edib. Yazıçının çiyinlərindən sallanan palto sanki teatrın pərdələrini xatırladır və obrazın monolitliyini və monumentallığını artırır. Postamentdə teatr maskalarının əks etdirilməsi abidənin vahid kompozisiya biçimində həllinə xidmət edir və surətin bədii ifadəliyinə əlavə estetik zövq gətirir. C.Cabbarlının heykəli Azərbaycan heykəltəraşlıq sənətində bədii və texniki işlənilmə, həmçinin qranitdən yonulmuş ən monumental heykəltəraşlıq abidəsi kimi daxil olub.
Mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 12 aprel 1963
- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 1 dekabr 1982
- — 7 oktyabr 1996
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
Ailəsi
- Azərbaycanlı cərrah, Azərbaycan SSR EA-nın ilk prezidenti Mirəsədulla Mirqasımovun oğludur.
- Kinorejissor Oqtay Mirqasımovun qardaşıdır.
- Aktrisa Ayan Mirqasımovanın əmisidir.
İstinadlar
- G., İsrafilbeyova. "Nəhəng daş nəhəng inad". Xalq qəzeti. Baku. 6 July 2008. 6. 2017-02-11 tarixində .
- Elizavetta, Gasimova. "Он мечтал изваять море..." (PDF). Азербайджанские известия. Baku. 8 October 2005. 3. 2018-07-09 tarixində (PDF).
- Səməd, 2011. səh. 54
- Mədəniyyət TV. "Vernisaj. Xalq rəssamı Mirələsgər Mirqasımov" (az.). Youtube.com. 10.02.2021. 2023-07-29 tarixində . İstifadə tarixi: 2021-02-11.
- Həbibov, 1960. səh. 144
- "Mirələsgər Mirəsədulla oğlu Mirqasımov" (az.). Azerbaijan State News Agency. November 10, 2003. August 21, 2017 tarixində . İstifadə tarixi: January 27, 2022.
- Mədəniyyət TV. "Özündən sonra 1 əsrlik tarix qoyan Mirələsgər Mirqasımov" (az.). Youtube.com. 10.02.2024. İstifadə tarixi: 2024-02-10.
- "Mirəli Mirqasımovun yaradıcılıq dünyası". Mədəniyyət.az.
- "Mirqasımov Mirələsgər Mirəsədulla oğlu" (az.). calilbook.musigi-dunya.az. June 3, 2016 tarixində . İstifadə tarixi: February 18, 2022.
- Asad Guliyev. "Xalq rəssamı Mirəli Mirqasımovun yaradıcılıq dünyası" (az.). 525-ci qəzet. July 13, 2021. July 13, 2021 tarixində . İstifadə tarixi: February 18, 2022.
- Respublika təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- M. M. Mirqasımovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan Respublikası Prezidentinin Fərmanları və Sərəncamları.- Bakı, 1996.- № 4.- S.5.
- "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində . İstifadə tarixi: 05.10.2023.
Mənbə
- Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh. 194.
- Юбилейный справочник выпускников Санкт-Петербургского Государственного академического института живописи, скульптуры и архитектуры имени И.Е. Репина Российской Академии художеств, 1915-2005. Saint Petersburg: Санкт-Петербургский гос. академический ин-т живописи, скульптуры и архитектуры имени И.Е. Репина. 2007. səh. 204. ISBN .
- Habibov Nuraddin, Najafov Mursal. Искусство Советского Азербайджана: очерки : живопись, скульптура, графика. Moscow: Искусство. 1960. səh. 144.
- Taghizade İsmail. Взаимодействие искусств в советской азербайджанской художественной культуре. Bakı: Azərnəşr. 1986. səh. 108.
Xarici keçidlər
- "MİRƏLƏSGƏR MİRƏSƏDULLA OĞLU MİRQASIMOV" ( (az.)). azertag.az. 2003-10-11. 2017-08-21 tarixində . İstifadə tarixi: 2017-08-21.
- Ziyadxan Əliyev, "Cəfər Cabbarlı dühasına layiq abidə", "Mədəniyyət" qəzeti / Ziyadxan Əliyev. "Həzi Aslanovun əsgəri olmuş general Azərbaycana necə yaxşılıq etdi?" ( (az.)). . 2017-04-22. 2017-06-27 tarixində . İstifadə tarixi: 2017-08-21.
- Elmin Nuri. "7 tankın, iki infarktın hesabına başa gələn Cəfər Cabbarlı heykəli - LAYİHƏ" ( (az.)). modern.az. 2013-09-23. 2017-08-21 tarixində . İstifadə tarixi: 2017-08-21.
- Heydər Əliyev, Müstəqilliyimiz əbədidir, doqquzuncu kitab, mart, 1997 — may, 1997 Bakı, "Azərnəşr", 2000, səh. 159–160
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mirelesger Mireli Miresedulla oglu Mirqasimov 9 fevral 1924 Baki 9 noyabr 2003 Baki Azerbaycan heykeltarasi Azerbaycan SSR xalq ressami 1982 Azerbaycan Ressamlar Ittifaqinin uzvu Azerbaycan SSR emekdar Incesenet Xadimi Azerbaycan Milli Elmler Akademiyasinin ilk prezidenti Miresedulla Mirqasimovun oglu Mirelesger MirqasimovMirelesger Mireli Miresedulla oglu MirqasimovDogum tarixi 9 fevral 1924Dogum yeri Baki Baki qezasi Azerbaycan SSR ZSFSR SSRIVefat tarixi 9 noyabr 2003 79 yasinda Vefat yeri Baki AzerbaycanMilliyyeti azerbaycanliVetendasligi SSRI AzerbaycanFealiyyeti heykeltarasTehsili I Y Repin adina Leninqrad Boyakarliq Heykeltarasliq ve Memarliq Institutu E Ezimzade adina Azerbaycan Dovlet Ressamliq MektebiMukafatlari 1982 1996 Mirelesger Mirqasimov tam ixtisalasdirilmis ali tehsil almis ilk azerbaycanli heykelterasdir 1944 cu ilde Azerbaycan Ressamliq Mektebinden 1951 ci ilde Repin adina Leninqrad Boyakarliq Heykeltarasliq ve Memarliq Institutundan ferqlenme ile mezun olmusdur Mirelesger Mirqasimov Cefer Cabbarlinin Baki Neriman Nerimanovun Sumqayit Celil Memmedquluzadenin Naxcivan abidelerinin muellifidir Mirqasimovun Neftcinin portreti Qiz portreti Qiz goyercin ile kimi eserleri Bakida Azerbaycan Milli Incesenet Muzeyinde sergilenir Heykelteras 1967 ci ilde Monrealda kecirilen Umumdunya Sergisi de daxil olmaqla bir cox olkelerin sergilerinde istirak edib Mirqasimovun eserleri Rusiya Polsa Bolqaristan Almaniya Misir ve diger olkelerin muzeylerinde sergilenib Muxtelif orden ve medallarla o cumleden Azerbaycan Respublikasinin Sohret ordeni ile teltif edilmisdir XX esr Azerbaycan heykelterasliq senetinin taninmis tedqiqatcisi senetsunasliq doktoru professor Cemile Novruzova heykelterasin yaradiciligi barede yazir M Mirqasimovun yaradiciliginda bir birile bagli olan iki istiqamet heraretli lirizm ve plastikanin guclu formasi aydin sezilir Bu iki istiqamet bir birile qirilmaz vehdetdedir Hal hazirda Mirelesger Mirqasimovun 12 eseri Azerbaycan Dovlet Resm Qalereyasinin fondunda qorunub saxlanmaqdadir HeyatiMirelesger Mirqasimov 1924 cu il fevralin 9 da Baki seherinde muasir Azerbaycan tibb elminin esaslarini qoyanlardan biri Miresedulla Mirqasimov ve Ceyran xanimin ailesinde dunyaya gelmisdir O ailenin ikinci ovladi idi Mirelesger Mirqasimov 6 yasinda olarken onurga beyni iltihabi xesteliyi neticesinde esitme qabiliyyetini itirmisdi Sonralar mualice olunsa da esitme duygusunu berpa etmek mumkun olmayib Nitq qabiliyyetini itirmek risqi oldugu ucun anasi onunla xususi olaraq mesgul olmus ve ozu tertib etdiyi elifba ile onun xususi karlar mektebine getmesine ehtiyac qalmamisdir Tezlikle Mirelesger Mirqasimov oxumagi oyrenir daha sonra loqoped Natalya Raunun komekliyi ile dodaq ve mimika oxuma texnikasina yiyelenerek tehsilini davam etdirir Anasi ogluna hesr etdiyi Bir ananin qeydleri kitabinda onun haqqinda yazirdi Onun hissleri ve qavrayisi oz inceliyi ile secilirdi O ozunemexsus duygulara malik idi ve her seyi cox tez basa dusurdu Istenilen muhitde cox cesaretle hereket edirdi Hec vaxt rahatligini itirmir gundelik cetinlikleri qebul edirdi Bu onun huzurunu pozsa bele her zaman dusunduyu kimi hereket ederdi Tehsili Mirelesger Mirqasimov kicik yaslarinda pilot aqronom ve ya bioloq olmaq arzusunda idi O resm cekmeyi hekelterasligi cox sevirdi ve gununun boyuk bir hissesini bu mesguliyyetine hesr edirdi Buna gore anasi qonsuluqda yasayan meshur heykelteras Pinhos Pyotr Sabsaydan usagin yaradiciliq qabiliyyetini sinamagi xahis edir Sabsayin rehberliyi altinda o oxuyub tesirlendiyi Valter Skottun romaninin qehremani Kventin Dorvardin gilden hazirlanmis heykelini yaradir Heykeli goren Sabsay onun istedadini yuksek qiymetlendirir Tezlikle Mirqasimov Ezim Ezimzade adina Azerbaycan Dovlet Ressamliq Mektebinde tehsiline baslayir 1944 cu ilde mektebi ferqlenme ile bitiren Mirelesger Mirqasimov tehsilini I Y Repin adina Leninqrad Boyakarliq Heykeltarasliq ve Memarliq Institutunda davam etdirmisdir O eve gonderdiyi mektublarinda yazirdi Ana proqramimiz cox gergindir Tezilkle tokme gipsden fiqur hazirlayacagiq Bura cox soyuqdur Bezi emalatxanalarda tempratur 0 dan asagidir Bir diger mektubunda ise heykelterasliq fakultesinde en yuksek qiymetleri ozunun aldigini ozu de daxil olmaqla yalniz iki neferin heykelterasliq imtahanini ela qiymeti ile basa vurdugunu yazir Mirqasimovun dissertasiya movzusu qehreman neftciler adlanirdi O 1950 ci ilde dissertasiyasini mudafie edib tehsilini ugurla basa catdiraraq ilk ali tehsilli pesekar Azerbaycan heykeltarasi olmusdur Yaradiciligi1951 ci ilde tehsilini basa vuran heykelteras Azerbaycana qayidir Hemin il S Quliyevle birlikde Xankendi seherinde V Leninin abidesini hazirlayirlar Mirqasimov uzun iller Bakida calisir Bu dovrde mermer uzerinde hekk olunmus Qiz portreti adli heykelterasliq isi ile meshurlasir Bu eser Nefci ve Goyercinli qiz adli diger eserleri ile birlikde heykelteras respublika ve Zaqafqaziya sergilerinde istirak edir Daha sonra heykellerini hem umumittifaq sergisinde hem de 1955 ci ilde Varsavada kecirilen V Umumdunya Gencler Festivalinda teqdim ederek beynelxalq musabiqede qalib gelen ilk azerbaycanli heykelteras olur Sonralar Mirqasimov mermerle bir nece qadin porteti hazirlayir Goyercinli qiz heykeli bunlardan biridir Onun buruncden hazirlanmis Neftcinin portreti eseri evvelce 1961 ci ilde Umumdunya Incesenet Sergisinin acilis zalinda sonra heykelterasin diger eserleri ile birlikde 1967 ci ilde Monrealda kecirilen Umumdunya Sergisinde numayis etdirilir Mirqasimov bu eseri ozunun en ugurlu eseri hesab edirdi ve bunun sebebini sifaris esasinda deyil ozu istediyi ucun erseye getirmesini bildirirdi Gunumuzde Neftcinin portreti Qiz portreti Goyercinli qiz Naile heykelleri ile birlikde Bakida Azerbaycan Milli Incesenet Muzeyinde sergilenir Qeyd etmek lazimdir ki heykelteras yaradiciliginin ilk illerinde animalistik janrda heykeller yaratmaga ustunluk verib Umumiyyetle Azerbaycan heykelterasliq senetinde animalistik janrda heykelterasliq eserleri az yaradilib Bu baximdan M Mirqasimovun bu sahede olan yaradiciliq fealiyyeti teqdirelayiq hesab edilir Onun muellifi oldugu dezgah heykelterasligi eserlerine numune olaraq M E Sabirin bustu 1948 At 1950 gips Sir 1950 gips Qiz portreti 1955 mermer Ana portreti 1956 gips Goyercinli qiz 1956 mermer Sah yaylaq 1957 gips C Cabbarli 1958 mermer Neftci Qurban 1959 burunc Azadliq 1959 burunc Ikar 1962 burunc Xezri 1966 burunc Akademik Miresedulla Mirqasimov 1980 burunc Hereket quvvetdir 1982 burunc C Cabbarli 1987 burunc ve basqalarini gostermek olar Heykelteras yunan mifiologiyasinin unsurlerinden olan ucan Ikar obrazini yaratmaq ucun kosmosa ucan ilk insandan ilhamlanir Heykelteraslar arasinda bu hadiseye ilk toxunan sexs Mirelesger Mirqasimov idi Heykel alminiumdan hazirlanmisdi Ilk evvel Baki Hava Limaninin qarsisina qoyulmasi nezerde tutulsa da bu ideya reallasmir Sonradan Mirqasimov bir nece defe bu obraza muraciet edir Bele ki o Azerbaycan Mulki Aviasiya Idaresinin rehberi Nureddin Eliyevin mezari uzerinde ucaldilan buruncden qanadini itiren Ikar fiqurunu hazirlamisdir Mirelesger Mirqasimovun rehberliyi ile hazirlanan Molla Nesreddin jurnalinin nasiri ve redaktoru Mirze Celilin heykeli Naxcivan seherinde ucaldilmis ilk monumental abidelerden biridir Yazicinin adini dasiyan Naxcivan Dovlet Musiqili Dram Teatrinin qarsisinda ucaldilan heykelin umumi hundurluyu 5 metrdir postamenti qranit uzlukle uzlenib Sag ayagi bir az yigili sol ayagi bir qeder ireli sag qolu sag qici uzerinde uzali sol eli sol qicina soykeli sanki yazici ireliye dogru eyilmis bedeninin muvazinetini saxlayir basi bir qeder yana yonelmis dusunceli veziyyetde yazicinin son derece poetik bedii obrazi tesvir edilib Yazicinin ust geyimi paltosunun sol ciynine asirilmis veziyyetde tesvir edilmesi obrazin bedii estetik mezmununu quvvetlendirmeye hesablanib ve kompozisiyanin bitkinliyini teskil edir Abide monumental heykelterasliq senetimizde xususi yer tutur M Mirqasimov hemcinin atasi AMEA nin ilk prezidenti ilk azerbaycanli hekim cerrah Miresedulla Mirqasimovun Fexri xiyabandaki qebirustu memorial abidesinin muellifidir 1964 cu ilde heykeltaraslar M Mirqasimov E Ismayilov ve F Leontyeva terefinden Neriman Nerimanovun abidesi islenilir Heykel Sumqayit seherinde en yasli monumental abidelerden sayilir Abide 1964 cu ilde acilmisdir Abide Sumqayit seheri 15 mehelle Heyder Eliyev prospektinde yerlesir Bustun postamentinde nasir dramaturq ve dovlet xadimi olan Neriman Nerimanovun adi kiril elifbasi ile yazilsa da 2000 ci illerde yazi latinca ile evezlenmisdir Postament mermer uzlukle uzlenmisdir Cefer Cabbarlinin heykeli Cefer Cabbarli abidesi 1959 cu ilde Baki Demir Yolu Vagzalinin qarsisinda meydanda dramaturqa abide qoyulmasi barede qerar qebul olunur Eyni ilde burada heykelin bu erazide ucaldilmasi haqqinda melumati ehtiva eden das yerlesdirir Daha sonra kecirilen en yaxsi layihe musabiqesini qazandigi ucun bu is Mirelesger Mirqasimova tapsirilir Heykelteras derhal ise baslasa da Nikita Xrussovun rehberliyi dovrunde vuset almis minimalizm arzusu ve hedden artiq olanlara qarsi mubarize uzun muddet bu isi dayandirir 1970 ci illerin sonlarinda layihe yeniden davam etdirilse de bir muddet sonra yeniden dondurulur Cox kecmeden Azerbaycan KP MK nin birinci katibi Heyder Eliyev ozu bu layiheni ohdeliyine goturur ve 1979 cu ildle Mirqasimovun emalatxanasina gelerek eserin eskizleri ile sexsen tanis olur Mirqasimov layihe uzerinde isleyerken son derece stresli ve gergin oldugu ucun heykeli basa catdirarken oz emalatxanasinda urek infarkti kecirir Bu zaman Heyder Eliyevin serencami ile onun saglamligina bas katibin sexsi hekimi ozu nezaret edir Tezlikle Mirqasimov yaradiciliginin belke de en vacib islerinden biri olan heykel tamamlanir Abide 1982 ci il martin 23 de temteraqli merasimle Heyder Eliyevin ozu terefinden acilmisdir Hemin il Azerbaycan SSR Ali Sovetinin 1 dekabr tarixli fermani ile Mirqasimov Azerbaycan SSR xalq artisti fexri adina layiq gorulmusdur Hundurluyu 5 5 metre catan abide son derece deqiq kompozisiya ve bedii islenilme xususiyyetlerine malikdir Hundur qranit postamentin uzerinde yazicinin ayaq uste basini sola cevirmis elleri sinesinde qosalanmis veziyyetde ve gergin fikirler kecirdiyi meqamda orijinal formada monumental bedii obrazi yaradilib Dramaturqun bedii obrazinda ekspressiv usyankar ve barismaz men i daha cox suretin zahiri qurulusu ile uze cixarilib Dramatizm ve dinamizm yazicinin daxili gerginliyi abidenin umumi plastik helli yolu ile acilib Heykelteras bu eserinde de paltodan obrazin umumi bedii hellinde vahid element kimi istifade edib Yazicinin ciyinlerinden sallanan palto sanki teatrin perdelerini xatirladir ve obrazin monolitliyini ve monumentalligini artirir Postamentde teatr maskalarinin eks etdirilmesi abidenin vahid kompozisiya biciminde helline xidmet edir ve suretin bedii ifadeliyine elave estetik zovq getirir C Cabbarlinin heykeli Azerbaycan heykelterasliq senetinde bedii ve texniki islenilme hemcinin qranitden yonulmus en monumental heykelterasliq abidesi kimi daxil olub Mukafatlari Azerbaycan SSR emekdar incesenet xadimi fexri adi 12 aprel 1963 Azerbaycan SSR xalq ressami fexri adi 1 dekabr 1982 Sohret ordeni 7 oktyabr 1996 Azerbaycan Respublikasi Prezidentinin ferdi teqaudu 11 iyun 2002AilesiAzerbaycanli cerrah Azerbaycan SSR EA nin ilk prezidenti Miresedulla Mirqasimovun ogludur Kinorejissor Oqtay Mirqasimovun qardasidir Aktrisa Ayan Mirqasimovanin emisidir IstinadlarG Israfilbeyova Neheng das neheng inad Xalq qezeti Baku 6 July 2008 6 2017 02 11 tarixinde Elizavetta Gasimova On mechtal izvayat more PDF Azerbajdzhanskie izvestiya Baku 8 October 2005 3 2018 07 09 tarixinde PDF Semed 2011 seh 54 Medeniyyet TV Vernisaj Xalq ressami Mirelesger Mirqasimov az Youtube com 10 02 2021 2023 07 29 tarixinde Istifade tarixi 2021 02 11 Hebibov 1960 seh 144 Mirelesger Miresedulla oglu Mirqasimov az Azerbaijan State News Agency November 10 2003 August 21 2017 tarixinde Istifade tarixi January 27 2022 Medeniyyet TV Ozunden sonra 1 esrlik tarix qoyan Mirelesger Mirqasimov az Youtube com 10 02 2024 Istifade tarixi 2024 02 10 Mireli Mirqasimovun yaradiciliq dunyasi Medeniyyet az Mirqasimov Mirelesger Miresedulla oglu az calilbook musigi dunya az June 3 2016 tarixinde Istifade tarixi February 18 2022 Asad Guliyev Xalq ressami Mireli Mirqasimovun yaradiciliq dunyasi az 525 ci qezet July 13 2021 July 13 2021 tarixinde Istifade tarixi February 18 2022 Respublika tesviri senet xadimlerine Azerbaycan SSR fexri adlari verilmesi haqqinda Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin 1 dekabr 1982 ci il tarixli Fermani 2020 01 16 at the Wayback Machine anl az sayti M M Mirqasimovun Sohret ordeni ile teltif edilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Fermani Azerbaycan Respublikasi Prezidentinin Fermanlari ve Serencamlari Baki 1996 4 S 5 Azerbaycan Respublikasi Prezidentinin ferdi teqaudlerinin verilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami az e qanun az 07 09 2022 tarixinde Istifade tarixi 05 10 2023 MenbeCelil Memmedquluzade Ensiklopediyasi Baki 2008 seh 194 Yubilejnyj spravochnik vypusknikov Sankt Peterburgskogo Gosudarstvennogo akademicheskogo instituta zhivopisi skulptury i arhitektury imeni I E Repina Rossijskoj Akademii hudozhestv 1915 2005 Saint Petersburg Sankt Peterburgskij gos akademicheskij in t zhivopisi skulptury i arhitektury imeni I E Repina 2007 seh 204 ISBN 9785903677016 Habibov Nuraddin Najafov Mursal Iskusstvo Sovetskogo Azerbajdzhana ocherki zhivopis skulptura grafika Moscow Iskusstvo 1960 seh 144 Taghizade Ismail Vzaimodejstvie iskusstv v sovetskoj azerbajdzhanskoj hudozhestvennoj kulture Baki Azernesr 1986 seh 108 Xarici kecidler MIRELESGER MIRESEDULLA OGLU MIRQASIMOV az azertag az 2003 10 11 2017 08 21 tarixinde Istifade tarixi 2017 08 21 Ziyadxan Eliyev Cefer Cabbarli duhasina layiq abide Medeniyyet qezeti Ziyadxan Eliyev Hezi Aslanovun esgeri olmus general Azerbaycana nece yaxsiliq etdi az 2017 04 22 2017 06 27 tarixinde Istifade tarixi 2017 08 21 Elmin Nuri 7 tankin iki infarktin hesabina basa gelen Cefer Cabbarli heykeli LAYIHE az modern az 2013 09 23 2017 08 21 tarixinde Istifade tarixi 2017 08 21 Heyder Eliyev Musteqilliyimiz ebedidir doqquzuncu kitab mart 1997 may 1997 Baki Azernesr 2000 seh 159 160