Bu məqaləni lazımdır. |
Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu Talışinski (11 iyul 1828, Lənkəran – 29 aprel 1894, Lənkəran, Lənkəran qəzası) — Azərbaycan hərbçisi, general-mayor.
Mir İbrahim bəy Talışinski | |
---|---|
Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu Talışinski | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Rusiya imperiyası |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Lənkəran, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Atası | Mir İsmayıl bəy Talışinski |
Həyat yoldaşı | Zəhrabəyim Hacı Mir Abbas xan qızı |
Uşaqları | qızlarıLeylabəyim xanım (1864-?), Fəxrəndəbəyim xanım (1866-?), Ruqiyyəbəyim xanım (1870-?), Gülsümbəyim xanım (1872-?) və Agabəyim xanım (1874-?) |
Dini | Şiə İslam |
Hərbi xidmət | |
Xidmət illəri | 1845-1894 |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | Süvari |
Rəhbərlik edib | Bakı Nizamsız At Alayı (1877-1879) |
Döyüşlər | |
Rütbəsi | General-mayor |
| |
Təltifləri |
Həyatı
Azərbaycan tarixinin görkəmli hərbi xadimlərindən biri də general-mayor Mir İbrahim bəy Talışinskidir. O, mədəniyyət və ictimai fikir tariximizdə daha çox xeyriyyəçi, dilçi, hərbçi və bacarıqlı təsərrüfatçı kimi tanınmışdır. 1828-ci ilin iyul ayının 11-də Lənkəran şəhərində anadan olan Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu, Talış xanı general-leytenant Mir Mustafa xanın nəvəsidir. Onun hərbi çini general-mayor olduğundan xalq arasında "Yaranal xan" və ya "Yaranal Miri bəy" adı ilə tanınmışdır.
Mir İbrahim bəy 1845-ci ildə Unter zabit rütbəsində xidmətə başlamışdır. Ona 1847-ci ilin fevralında Podpraporşik, mart ayında Portupey-praporşik, dekabr ayında isə praporşik rütbəsi verilmişdir. 1850-ci ildə Abşeron piyada polkuna göndərilmiş, ordakı nümunəvi xidmətə görə 1851-ci ildə podporuçik rütbəsinə yüksəlmişdir.
1849–1858-ci illərdə Turçidağ, Kutiş, Kumukda hərbi səfərlərdə, Kaytağ və Tabasaran üsyanına qarşı hərbi döyüşlərdə iştirak etmişdir. Hərbi səfərlərdə və döyüşlərdə göstərdiyi xidmətlərə və qəhrəmanlığa görə 4-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur.
1852-ci ildə Finlandiya polkunun leyb-qvardisi oldu. 1854-cü ildə poruçik rütbəsinə yüksəldi. 1857-ci ildə Qusar polkunun leyb-qvardisi oldu. 1858-ci ildə növbəti dəfə yaxşı xidmətə görə 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olundu.
1864-cü ildə polkovnik rütbəsinə yüksəldi. 1871-ci ildə isə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni ilə mükafatlandırılır. Nəhayət 1883-cü ilin may ayının 15-də general-mayor rütbəsinə yüksəlir. 1889-cu ildə isə müxtəlif medallarla təltif olunur.
Mir İbrahim bəy haqqında ilk Azərbaycan qəzeti olan "Əkinçi"nin 26 may 1877-ci il tarixli nömrəsində də məlumat verilmişdir. Qəzet "Təzə xəbərlər" bölməsində yazır: "Badikübə (Bakı) quberniyasından cəm olunan süvari əsgərlərə polkovnik Mir İbrahim bəy Talışxanov hakim, yəni polkovoy komandir təyin olunub" Bu faktdan aydın olur ki, Mir İbrahim bəy 1877-ci ildə Bakı süvari əsgər polkunun komandiri olmuşdur.
İstedadlı hərbçi, qorxmaz sərkərdə, gözəl topoqrafçı kimi özünü doğrultmuş, göstərdiyi xidmətlərə və cəsurluğa görə 1889-cu ildə 2-ci dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif olunmuş və üstündə "İgidliyə görə" yazılmış qızıl qılıncla mükafatlandırılmışdır.
1885-ci ildə Tiflisdə istefaya cıxıb, doğma Lənkəranına qayıtmış, ömrünün sonuna kimi burada yaşamışdır. 19-cu əsr tarixçisi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu Mir İbrahim bəyin general olduğunu "Əxbərnamə" əsərində göstərir. O, Mir İbrahim bəyi "məşhur general Miri bəy" kimi təqdim edir.
19-cu əsrin tanınmış şairi, Lənkəranda yaşayan Mirzə İsmayıl Qasirin (1806–1900) "Şeirler" kitabına "Adlar haqqında" şərh yazan filologiya elmləri namizədi, dosent Mustafa Mustafayev Mir İbrahim bəyin adının qabağında yazmışdır: "Yaranal xan adı ilə məşhur olmuşdur. Hərbi çini general-mayor idi. Talış xanı Mir Mustafa Xanın nəvələrindəndir".
Mirzə İsmayıl Qasirin nəvəsi İshaq Axundov "Xatirələrimdə yaşayan Lənkəran" adlı kitabında yazır: İbrahim bəy Talışinski Böyük Bazarda məscidin yanında təkyə tikdirmişdi. Öləndə vəsiyyətinə görə həmin təkyənin altında dəfn edilmişdir. Məscid bu yaxınlarda bərpa edilərkən həmin təkyə sökülmüş, altından İbrahim bəyin sümükləri, şaşkası, xəncəri və başqa əşyaları çıxmışdır".
Tanınmış etnoqraf, tarixçi, folklorşünas, məşhur Qori seminariyasının ilk məzunlarından biri olan Teymur bəy Bayraməlibəyov (1862–1937) 1885-ci ilin sentyabrında yazdığı "Talış xanlığının tarixi" adlı əsərində Mir İbrahim bəy Talışinskinin general olduğunu qeyd etmişdir. Bütün bulardan əlavə respublikanın əməkdar müəllimi, şair-tədqiqatçı Mirhəşim Talışli ilə dosent Böyükağa Hüseynbalaoğlu da birgə yazdıqları "Lənkəran" adlı kitablarında Mir İbrahim bəyi Lənkəran generalları sırasında göstərmişlər.
Mir İbrahim bəy zəmanəsinin tanınmış xeyriyyəçisi olmuşdur. Gürcüstan Mərkəzi Dövlət Arxivində saxlanılan 428-ci işdən aydın olur ki, Mir İbrahim bəy 1883-cü ildə Lənkəran məktəbinə mebel almaq üçün 203 manat məbləğində ianə vermişdir. Həmin sənəddə həm də qeyd olunur ki, Mir İbrahim bəyin Talışxanov soyadı, Talışinski soyadı ilə əvəzlənir.
Onun Lənkəran ziyalıları arasında çoxlu dostları var idi, əmisi oğlanları olan Xansuvar, Mir Əbülfət, Mir Tağıdan başqa onun ən yaxın dostlarından biri Lənkəranda fəaliyyət göstərən "Fövcül-fuseha" (Natiqlər yığıncağı) adlı şairlər məclisinin rəhbəri, 19-cu əsrin görkəmli maarifçi-şairi Mirzə İsmayil Qasir olmuşdur.
Mir İbrahim bəy Qasirə Lənkəranda məktəb açmaq üçün ilkin maddi yardım göstərmişdir. M.İ.Qasir də generala bir neçə şeir həsr etmiş və onu səmimi bir insan, vəfalı bir dost kimi tərifləmişdi.
Mənbələrin verdiyi məlumata görə Mir İbrahim bəy mahir atıcı olmuş, ova çıxmağı xoşlamışdır. Bunu bir fakt da təsdiq edir ki, Mir İbrahim bəy o vaxt gənc müəllim olan T. Bayraməlibəyovla indiki Cil, Şağlaser, Boladi və Camışavan tərəflərinə ova çıxarmışlar. T. Bayraməlibəyov yazır ki, Mir İbrahim bəy çox gözəl ovçu və quşu gözündən vuran mahir atıcı idi, ümumiyyətlə Talış xanlarının nəslindən olan hər kəs mahir atıcı idi. (Rəvayətlərə əsasən Mir Mustafa Xanın nəvəsi olan Xansuvar da mahir atıcı idi, Xansuvarla yanaşı Xansuvarın nəvələri olan Kamil bəy, Rəhim bəy, Razzaq bəy Yuxarı Nüvədi kəndinin mahir atıcı-ovçuları idilər. Bu bəylərə ovçuluq istedadı, çox güman ki, gendən gəlmişdir)
Mir İbrahim bəy talış, fars, türk, rus, ərəb dillərini mükəmməl bilmiş və elmi yaradıcılıqla da məşğul olmuşdur. O, görkəmli rus şərqşünası, akademik B. A. Dornun (1805–1881) sifarişi və köməyi ilə ilk dəfə olaraq "Rusca-talışca lüğət" (rus. Руский-Талышский словар) tərtib etmişdi. Müasirləri tərəfindən olduqca yüksək qiymətləndirilən bu lüğət o vaxt müəyyən çətinliklər üzündən çap olunmamış, Peterburq Elmlər Akademiyasının Asiya muzeyinə saxlanmaq üçün verilmişdir.
"Talış xanlığının tarixi" əsərinin müəllifi T. Bayraməlibəyovun qeyd etdiyinə görə bu əsərin hazırlanmasında, Talış xanlığının tarixinə dair faktların dəqiqləşdirilməsində general Mir İbrahim bəy ona yaxından köməklik etmişdir.
Buradan belə bir nəticə çıxartmaq olar ki, Mir İbrahim bəy nəinki hərb, dil, ədəbiyyat, eləcə də Azərbaycan tarixinə mükəmməl bələd olan əsl ziyalı şəxsiyyet olmuşdur.
Mir İbrahim bəy istefaya çıxdıqdan sonra Lənkəranda ona məxsus təsərrüfat sahəsinə rəhbərlik etmiş və yüksək növ keyfiyyətli çəltik yetişdirmişdir. 1887-ci ildə Xarkov sərgisinə Lənkəran qəzasından 9 növ çəltik nümunəsi göndərilmişdir. Yüksək keyfiyyətli çəltik növlərinə görə Mir İbrahim bəy Talışinski sərgidə üçüncü yeri tutub, bürünc medalla təltif olunmuşdu.
General-mayor Mir İbrahim bəy 29 aprel 1894-cü ildə Lənkəranda vəfat etmiş, Böyük Bazar məscidinin yanında tikdirdiyi "Yaranal xan təkyəsi"ndə dəfn olunmuşdur.
Ailəsi
Mir İbrahim bəy həm də gözəl ailə başçısı idi. Mir İbrahim bəyin həyat yoldaşı, əmisi Hacı Mir Abbas xanın qızı Zəhrabəyim xanım idi. Zəhrabəyim xanımdan 5 qızı olmuşdu: Leylabəyim xanım (1864-?), Fəxrəndəbəyim xanım (1866-?), Ruqiyyəbəyim xanım (1870-?), Gülsümbəyim xanım (1872-?) və Agabəyim xanım(1874-?).
Ədəbiyyat
- 1. "Əkinçi" qəzeti: 26 may 1877-ci il.
- 2. T. Bayraməlibəyov "Talış xanlığının tarixi"
- 3. İ. S. Axundov "Xatirələrimdə yaşayan Lənkəran"
- 4. Mirzə Əhməd "Əxbərnamə"
- 5. G. Məmmədzadə "Lənkəran mahalının sərkərdələri"
- 6. M. Talışlı, B. Hüseynbalaoğlu "Lənkəran"
- 7. Azərbaycan Mərkəzi Arxivi
- 8. Gürcüstan Mərkəzi Arxivi
- 9. Rusiya Mərkəzi Arxivi
- 10. E. İsmayılov "Geneologiya Talışinskix i Talışxanovıx"
İstinadlar
Xarici keçidlər
- ГЕНЕАЛОГИЯ ТАЛЫШИНСКИХ -ТАЛЫШХАНОВЫХ Arxivləşdirilib 2005-05-25 at Archive.today
- Mir İbrahim bəy
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Mir Ibrahim bey Mir Ismayil bey oglu Talisinski 11 iyul 1828 Lenkeran 29 aprel 1894 Lenkeran Lenkeran qezasi Azerbaycan herbcisi general mayor Mir Ibrahim bey TalisinskiMir Ibrahim bey Mir Ismayil bey oglu TalisinskiSexsi melumatlarDogum tarixi 11 iyul 1828Dogum yeri Lenkeran Rusiya imperiyasiVefat tarixi 29 aprel 1894 65 yasinda Vefat yeri Lenkeran Lenkeran qezasi Baki quberniyasi Rusiya imperiyasiAtasi Mir Ismayil bey TalisinskiHeyat yoldasi Zehrabeyim Haci Mir Abbas xan qizi Usaqlari qizlariLeylabeyim xanim 1864 Fexrendebeyim xanim 1866 Ruqiyyebeyim xanim 1870 Gulsumbeyim xanim 1872 ve Agabeyim xanim 1874 Dini Sie IslamHerbi xidmetXidmet illeri 1845 1894Mensubiyyeti Rusiya imperiyasiQosun novu SuvariRehberlik edib Baki Nizamsiz At Alayi 1877 1879 Doyusler Qafqaz muharibesiRutbesi General mayorTeltifleriHeyatiAzerbaycan tarixinin gorkemli herbi xadimlerinden biri de general mayor Mir Ibrahim bey Talisinskidir O medeniyyet ve ictimai fikir tariximizde daha cox xeyriyyeci dilci herbci ve bacariqli teserrufatci kimi taninmisdir 1828 ci ilin iyul ayinin 11 de Lenkeran seherinde anadan olan Mir Ibrahim bey Mir Ismayil bey oglu Talis xani general leytenant Mir Mustafa xanin nevesidir Onun herbi cini general mayor oldugundan xalq arasinda Yaranal xan ve ya Yaranal Miri bey adi ile taninmisdir Mir Ibrahim bey 1845 ci ilde Unter zabit rutbesinde xidmete baslamisdir Ona 1847 ci ilin fevralinda Podpraporsik mart ayinda Portupey praporsik dekabr ayinda ise praporsik rutbesi verilmisdir 1850 ci ilde Abseron piyada polkuna gonderilmis ordaki numunevi xidmete gore 1851 ci ilde podporucik rutbesine yukselmisdir 1849 1858 ci illerde Turcidag Kutis Kumukda herbi seferlerde Kaytag ve Tabasaran usyanina qarsi herbi doyuslerde istirak etmisdir Herbi seferlerde ve doyuslerde gosterdiyi xidmetlere ve qehremanliga gore 4 cu dereceli Muqeddes Anna ordeni ile teltif olunmusdur 1852 ci ilde Finlandiya polkunun leyb qvardisi oldu 1854 cu ilde porucik rutbesine yukseldi 1857 ci ilde Qusar polkunun leyb qvardisi oldu 1858 ci ilde novbeti defe yaxsi xidmete gore 3 cu dereceli Muqeddes Stanislav ordeni ile teltif olundu 1864 cu ilde polkovnik rutbesine yukseldi 1871 ci ilde ise 2 ci dereceli Muqeddes Stanislav ordeni ile mukafatlandirilir Nehayet 1883 cu ilin may ayinin 15 de general mayor rutbesine yukselir 1889 cu ilde ise muxtelif medallarla teltif olunur Mir Ibrahim bey haqqinda ilk Azerbaycan qezeti olan Ekinci nin 26 may 1877 ci il tarixli nomresinde de melumat verilmisdir Qezet Teze xeberler bolmesinde yazir Badikube Baki quberniyasindan cem olunan suvari esgerlere polkovnik Mir Ibrahim bey Talisxanov hakim yeni polkovoy komandir teyin olunub Bu faktdan aydin olur ki Mir Ibrahim bey 1877 ci ilde Baki suvari esger polkunun komandiri olmusdur Istedadli herbci qorxmaz serkerde gozel topoqrafci kimi ozunu dogrultmus gosterdiyi xidmetlere ve cesurluga gore 1889 cu ilde 2 ci dereceli Muqeddes Georgi ordeni ile teltif olunmus ve ustunde Igidliye gore yazilmis qizil qilincla mukafatlandirilmisdir 1885 ci ilde Tiflisde istefaya cixib dogma Lenkeranina qayitmis omrunun sonuna kimi burada yasamisdir 19 cu esr tarixcisi Mirze Ehmed Mirze Xudaverdi oglu Mir Ibrahim beyin general oldugunu Exbername eserinde gosterir O Mir Ibrahim beyi meshur general Miri bey kimi teqdim edir 19 cu esrin taninmis sairi Lenkeranda yasayan Mirze Ismayil Qasirin 1806 1900 Seirler kitabina Adlar haqqinda serh yazan filologiya elmleri namizedi dosent Mustafa Mustafayev Mir Ibrahim beyin adinin qabaginda yazmisdir Yaranal xan adi ile meshur olmusdur Herbi cini general mayor idi Talis xani Mir Mustafa Xanin nevelerindendir Mirze Ismayil Qasirin nevesi Ishaq Axundov Xatirelerimde yasayan Lenkeran adli kitabinda yazir Ibrahim bey Talisinski Boyuk Bazarda mescidin yaninda tekye tikdirmisdi Olende vesiyyetine gore hemin tekyenin altinda defn edilmisdir Mescid bu yaxinlarda berpa edilerken hemin tekye sokulmus altindan Ibrahim beyin sumukleri saskasi xenceri ve basqa esyalari cixmisdir Taninmis etnoqraf tarixci folklorsunas meshur Qori seminariyasinin ilk mezunlarindan biri olan Teymur bey Bayramelibeyov 1862 1937 1885 ci ilin sentyabrinda yazdigi Talis xanliginin tarixi adli eserinde Mir Ibrahim bey Talisinskinin general oldugunu qeyd etmisdir Butun bulardan elave respublikanin emekdar muellimi sair tedqiqatci Mirhesim Talisli ile dosent Boyukaga Huseynbalaoglu da birge yazdiqlari Lenkeran adli kitablarinda Mir Ibrahim beyi Lenkeran generallari sirasinda gostermisler Mir Ibrahim bey zemanesinin taninmis xeyriyyecisi olmusdur Gurcustan Merkezi Dovlet Arxivinde saxlanilan 428 ci isden aydin olur ki Mir Ibrahim bey 1883 cu ilde Lenkeran mektebine mebel almaq ucun 203 manat mebleginde iane vermisdir Hemin senedde hem de qeyd olunur ki Mir Ibrahim beyin Talisxanov soyadi Talisinski soyadi ile evezlenir Onun Lenkeran ziyalilari arasinda coxlu dostlari var idi emisi oglanlari olan Xansuvar Mir Ebulfet Mir Tagidan basqa onun en yaxin dostlarindan biri Lenkeranda fealiyyet gosteren Fovcul fuseha Natiqler yigincagi adli sairler meclisinin rehberi 19 cu esrin gorkemli maarifci sairi Mirze Ismayil Qasir olmusdur Mir Ibrahim bey Qasire Lenkeranda mekteb acmaq ucun ilkin maddi yardim gostermisdir M I Qasir de generala bir nece seir hesr etmis ve onu semimi bir insan vefali bir dost kimi teriflemisdi Menbelerin verdiyi melumata gore Mir Ibrahim bey mahir atici olmus ova cixmagi xoslamisdir Bunu bir fakt da tesdiq edir ki Mir Ibrahim bey o vaxt genc muellim olan T Bayramelibeyovla indiki Cil Saglaser Boladi ve Camisavan tereflerine ova cixarmislar T Bayramelibeyov yazir ki Mir Ibrahim bey cox gozel ovcu ve qusu gozunden vuran mahir atici idi umumiyyetle Talis xanlarinin neslinden olan her kes mahir atici idi Revayetlere esasen Mir Mustafa Xanin nevesi olan Xansuvar da mahir atici idi Xansuvarla yanasi Xansuvarin neveleri olan Kamil bey Rehim bey Razzaq bey Yuxari Nuvedi kendinin mahir atici ovculari idiler Bu beylere ovculuq istedadi cox guman ki genden gelmisdir Mir Ibrahim bey talis fars turk rus ereb dillerini mukemmel bilmis ve elmi yaradiciliqla da mesgul olmusdur O gorkemli rus serqsunasi akademik B A Dornun 1805 1881 sifarisi ve komeyi ile ilk defe olaraq Rusca talisca luget rus Ruskij Talyshskij slovar tertib etmisdi Muasirleri terefinden olduqca yuksek qiymetlendirilen bu luget o vaxt mueyyen cetinlikler uzunden cap olunmamis Peterburq Elmler Akademiyasinin Asiya muzeyine saxlanmaq ucun verilmisdir Talis xanliginin tarixi eserinin muellifi T Bayramelibeyovun qeyd etdiyine gore bu eserin hazirlanmasinda Talis xanliginin tarixine dair faktlarin deqiqlesdirilmesinde general Mir Ibrahim bey ona yaxindan komeklik etmisdir Buradan bele bir netice cixartmaq olar ki Mir Ibrahim bey neinki herb dil edebiyyat elece de Azerbaycan tarixine mukemmel beled olan esl ziyali sexsiyyet olmusdur Mir Ibrahim bey istefaya cixdiqdan sonra Lenkeranda ona mexsus teserrufat sahesine rehberlik etmis ve yuksek nov keyfiyyetli celtik yetisdirmisdir 1887 ci ilde Xarkov sergisine Lenkeran qezasindan 9 nov celtik numunesi gonderilmisdir Yuksek keyfiyyetli celtik novlerine gore Mir Ibrahim bey Talisinski sergide ucuncu yeri tutub burunc medalla teltif olunmusdu General mayor Mir Ibrahim bey 29 aprel 1894 cu ilde Lenkeranda vefat etmis Boyuk Bazar mescidinin yaninda tikdirdiyi Yaranal xan tekyesi nde defn olunmusdur AilesiMir Ibrahim bey hem de gozel aile bascisi idi Mir Ibrahim beyin heyat yoldasi emisi Haci Mir Abbas xanin qizi Zehrabeyim xanim idi Zehrabeyim xanimdan 5 qizi olmusdu Leylabeyim xanim 1864 Fexrendebeyim xanim 1866 Ruqiyyebeyim xanim 1870 Gulsumbeyim xanim 1872 ve Agabeyim xanim 1874 Edebiyyat1 Ekinci qezeti 26 may 1877 ci il 2 T Bayramelibeyov Talis xanliginin tarixi 3 I S Axundov Xatirelerimde yasayan Lenkeran 4 Mirze Ehmed Exbername 5 G Memmedzade Lenkeran mahalinin serkerdeleri 6 M Talisli B Huseynbalaoglu Lenkeran 7 Azerbaycan Merkezi Arxivi 8 Gurcustan Merkezi Arxivi 9 Rusiya Merkezi Arxivi 10 E Ismayilov Geneologiya Talisinskix i Talisxanovix IstinadlarXarici kecidlerGENEALOGIYa TALYShINSKIH TALYShHANOVYH Arxivlesdirilib 2005 05 25 at Archive today Mir Ibrahim bey