Mariya Salomea Küri (fr. Marie Curie; pol. Maria Salomea Skłodowska-Curie; 7 noyabr 1867[…], Varşava, Polşa çarlığı, Rusiya imperiyası[…] – 4 iyul 1934[…], Sanselmoz[d]) — polyak əsilli fransız kimyaçısı və fiziki. İki dəfə Nobel mükafatı laureatı (fizika (1903) və kimya (1911) sahəsində).
Mariya Küri | |
---|---|
fr. Marie Curie pol. Maria Skłodowska-Curie | |
Doğum adı | Marya Salomea Skłodowska |
Doğum tarixi | 7 noyabr 1867[…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 iyul 1934[…](66 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Həyat yoldaşı |
|
Uşaqları | |
Elm sahələri | Radioaktivlik, kimya, fizika |
Elmi dərəcələri |
|
İş yerləri | |
Təhsili |
|
Elmi rəhbəri | Qabriel Lipman |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Mariya Skladovska 1867-ci ildə Polşada dünyaya gəlmişdir, o, radioaktivlik sahəsində fəaliyyətinə görə məşhurdur və iki dəfə Nobel mükafatına layiq görülmüşdür. 1903-cü ildə Henri Bekkerel və həyat yoldaşı Pyer Küri ilə bərabər fizika üzrə Nobel Mükafatı qazanmış və daha sonra 1911-ci ildə kimya üzrə Nobel mükafatının tək laureatı olmuşdur. Radium elementini kəşf etmişdir. Mariya Küri yeganə alimdir ki, Nobel mükafatına iki ayrı-ayrı sahədə almağa nail olmuşdur. Həmçinin Nobel mükafatına ilk dəfə iki dəfə layiq görülmüş yeganə qadındır. Elementlərin öz-özünə şualanmasına radioaktivlik adını məhz Mariya və Pyer Küri vermişdir. Həyat yoldaşı Pyer Küri ilə birlikdə polonium və radium elementini kəşf etmişdir.
Həyatının ilk illəri
1867-ci ildə Polşanın paytaxtı Varşava şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Anasını və bacılarından birini çox erkən itirmişdir. Mariya uşaqlıqdan son dərəcə iti yaddaşı ilə fərqlənirdi və 16 yaşında orta məktəbi qızıl medalla bitirmişdi. Hələ məktəbdə oxuyarkən qohumunun kimya laboratoriyasında assistent işləmişdir. Onun atası yanlış yerə investisiya yatıraraq əlində olan pulları itirmişdi, buna görə də Mariya müəllimə kimi işləməli oldu. O, qazancı ilə bacısı Broniyanın Parisdə tibb təhsili almasına maddi yardım edə bildi, bunun müqabilində isə Broniya daha sonra ona təhsil almağa kömək edəcəkdi. O zamanlar Polşa Rusiya İmperiyasının tərkibində idi və qadının ali təhsil alması məhdud idi. Polşa həmin dövrdə Rusiya imperiyasının işğalı altında olduğundan Mariya Sklodovskaya vətəninin azadlığı uğrunda fəaliyyət göstərən polyak millətçilərinin təşkilatında iştirak etmişdir.
Mariya ali təhsil almaq istəyirdi, lakin ailənin buna maddi imkanı olmadığından bacısı ilə maraqlı şərt kəsmişdilər. Həmin şərtə əsasən o, beş il dayə işləyərək bacısının tibb təhsili almasına yardım edəcək, sonra isə bacısı Mariyanın universitetə qəbul olmasına köməklik göstərəcək. 1891-ci ildə bu vəd yerinə yetirildi, 24 yaşında olarkən böyük bacısının köməyi ilə Mariya Parisə getdi və Sorbonna Universitetində (Paris Universiteti) fizika və kimyadan təhsil almağa başladı. O, gec saatlara qədər işləyir və demək olar ki, çörək, kərə yağı və çayla qidalanırdı. Mariya 1893-cü ildə fizika elmləri imtahanında birinci oldu, 1894-cü ildə riyaziyyat elmləri imtahanında isə ikinci yeri tutdu. Məhz həmin ilin yazında o, Pyer Küri ilə tanış oldu.
Elmi fəaliyyəti
Fayl:Marie-Curie-Nobel-portrait-600.jpg|left|200 px|Mariya Küri
Onların 1895-ci ildə baş tutan evliliyi tezliklə dünya əhəmiyyətli nəticələr əldə edən əməkdaşlığın təməlini qoydu. 1896-cı ildə Henri Bekkerel təsadüf nəticəsində xarici işıq mənbəyi (Günəş və ya süni işıq) olmadan uran duzlarının şüalanmasını kəşf etdi. Bu, fiziklər üçün əsl sürpriz idi. Sonralar Mariya, Bekkerelin bu kəşfini "radioaktivlik" adlandırmışdı. Fiziklər və kimyaçılar qarşısında əlavə sual meydana çıxdı: görəsən, bu xassə yalnız uran (element)|urana və onun duzlarınamı məxsusdur, yoxsa bu başqa elementlərdə də var? Mariya Küri məhz bu sual ətrafında əri Pyer Küri ilə birlikdə uranda aşkarlanan radioaktivliyin digər elementlərdə mövcud olmasını araşdırmağa qərar verdi və toriumda da radioaktivlik olmasını aşkarladı.
O, diqqətini yenidən minerallara yönəltdi və uran filizi onun marağını cəlb etdi. Uran filizi radioaktivliyi saf uran radioavtivliyindən yüksək olan bir mineraldır və bu yalnız filizin tərkibində kiçik miqdarda, lakin çox yüksək aktivliyi olan naməlum maddənin varlığı ilə izah edilə bilərdi. Pyer Küri Mariyanın bu problemi həll etmək üçün başlatdığı və yeni elementlər, polonium və radiumun kəşfi ilə nəticələnən araşdırmasına qoşuldu. Mariya Küri və Pyer Küri uran və torium olan filizlərin sistematik tədqiqi zamanı orada yeni iki element kəşf etdilər — radium və polonium. I element II-yə nisbətən daha güclü işıqlandığı üçün ona radium — "şüalanan" adı verildi. Digər elementə isə M. Küri öz vətəninin şərəfinə polonium adlandırdı. Sonrakı illərdə Pyer və Mariya Küri bu elementləri maddə halında almaq üçün təcrübələrini davam etdirmişlər. Nəticədə, 7 tonadək uran filizi işlətdikdən sonra 0,1 qram radium almaq mümkün olmuşdu. Polonium elementi isə radiumun parçalanmasından yarandığından onu almaq mümkün olmamışdı.
Pyer Kürinin özünü əsasən yeni radiyasiyanın fiziki cəhətdən öyrənilməsinə həsr etdiyi halda, Mariya Küri metal halında saf radium əldə etməyə çalışırdı. O, bu işə Pyer Kürinin şagirdlərindən biri olan kimyaçı Andre-Lui Debirin köməyi ilə nail oldu. Mariya bu tədqiqatın nəticələrinə əsasən elmlər doktoru adını qazanmışdı və 1903-cü ildə Mariya və Pyer Bekkerel ilə bərabər radioaktivliyin kəşfinə, "radiasiya hadisəsinin tədqiqindəki əvəzedilməz müştərək fəaliyyətlərinə görə" görə fizika üzrə Nobel mükafatına layiq görülmüşdülər.
1897 və 1904-cü illərdə qızları İren və İvin dünyaya gəlməsi Mariyanın elmi işlərini dayandıra bilmədi. O, 1900-cü ildə Fransanın Sevr şəhərində qızlar üçün olan Ali məktəbdə (École Normale Supérieure — Orta məktəb müəllimləri üçün ali təhsil məktəbi) fizika üzrə mühazirəçi təyin edildi və eksperimental nümayişlərə əsaslanan tədris metodu yaratdı. M. Küri uran filizlərində işləmək və analiz etmək üçün klassik üsul işləyib hazırlamışdır. Bütün bu təcrübələrin nəticəsi olaraq Mariya Küri 1903-cü ildə Sorbon Universitetində "Radioaktiv maddələrin tədqiqi" adlı doktorluq dissertasiyasını müdafiə etmişdi. O, 1904-cü ilin dekabrında Pyer Kürinin idarə etdiyi laboratoriyaya baş assistent təyin edildi.
1906-cı ildə Pyer Küri nəqliyyat qəzasında həlak olmuşdu, lakin Mariya Küri ona təyin olunan pensiyadan imtina etmişdir. Həyat yoldaşının qəfil ölümü Mariya Küriyə ağır zərbə oldu, lakin həmçinin bu hadisə onun karyerasında dönüş nöqtəsi idi: bundan sonra o, bütün enerjisini Pyer Küri ilə başlatdıqları elmi işi təkbaşına tamamlamağa həsr etdi. O, 13 may 1906-cı ildə həyat yoldaşının ölümündən sonra vakant qalan professorluq vəzifəsinə təyin edildi və bununla da Sobon Universitetində dərs deyən il qadın professor oldu. Onun sonrakı təcrübələri radiumu metal şəklində almaqdan ibarət olmuşdur. Xanım fizik bu nəticəyə 1910-cu ildə Anri Debirnlə birgə nail olmuşdur. O, həmçinin Beynəlxalq Çəki və Ölçü vahidləri Bürosuna radioaktiv maddələrin ilk etalonunu hazırlayıb təqdim edən alim kimi də məşhurdur. Mariya Kürinin digər fundamental nailiyyəti kimya sahəsinə aiddir. O, 1911-ci ildə "kimyanın inkişafındakı əvəzedilməz fəaliyyətinə: radium və polonium elementlərinin kəşf edilməsi, saf halda radiumun ayrılması və bu möhtəşəm elementin təbiətinin öyrənilməsinə görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Bununla da o, Nobel mükafatını iki dəfə alan ilk şəxs kimi elm tarixinə düşmüşdür.
Birinci Dünya müharibəsi illərində Mariya Küri özünü qızı İrenin köməyi ilə "kiçik Kürilər" kimi tanınan səyyar qurğuların daxil olduğu və yaralı əsgərlərin müalicəsi üçün istifadə edilən Rentgen aparatının inkişafına həsr etmişdi. Müharibə zamanı o, həmçinin hərbi cərrahlara radiologiyadan istifadə etməyi tədris etmişdir. Bu tədqiqatların nəticəsini daha sonra yazdığı "Radiologiya və müharibə" adlı kitabında əks etdirmişdir.
1918-ci ildə heyətində İrenin də yer aldığı Radium İnstitutu fəaliyyətə başladı və nüvə fizikası və kimyasının mərkəzinə çevrildi. Mariya Küri isə bu institutun fundamental tədqiqatlar və radioaktivliyin tibbi istifadəsi şöbəsinə direktor təyin olumuşdu. Artıq şöhrətin zirvəsində olan Mariya Küri 1922-ci ildən etibarən Tibb Akademiyasının üzvü kimi radioaktiv maddələri və onların tibbi istifadəsini tədqiq etmişdi.
1921-ci ildə Mariya Küri qızları ilə bərabər radiumun tədqiqatına maliyyə ayrılması üçün Birləşmiş Ştatlara səfər etmişdi. Oradakı qadınlar kompaniyası münasibətilə ona bir qram radium hədiyyə etmişdilər. Mariya həmçinin Belçika, Braziliya, İspaniya və Çexslovakiyada (indiki Çexiya və Slovakiya) mühazirələr vermişdi. Bundan əlavə, Parisdə Küri Fondunun yaradılması və 1932-ci ildə Varşavada bacısı Broniyanın direktoru olduğu Radium İnstitutunun açılış mərasimini görmək ona nəsib olmuşdu.
1923-cü ildə o, Pyer Kürinin tərcümeyi-halını yazaraq kitab şəklində nəşr etdirmişdir. Həmçinin bu illərdə yenidən müstəqillik qazanmış vətəninə tez-tez səfər edərək, orada gənc mütəxəssislərə yardım göstərmişdir.
Mariya Küri Nobel mükafatından əlavə, Fransa Elmlər Akademiyasının "Bertelo", London Kral Cəmiyyətinin "Devi", Franklin İnstitutunun "Elliot Kresson" medalları ilə də təltif edilmişdir. O, 85 müxtəlif elmi cəmiyyətin üzvü olmuş, həmçinin 20 fəxri elmi adla mükafatlandırılmışdır. Paris Radium İnstitutundakı 1,5 qram radium ehtiyatı 1930-cu illərdə aparılan təcrübələrə mühüm töhfələr vermişdi. Bu iş Ser Ceyms Çaduik tərəfindən neytronun kəşfi və hər şeydən öncə 1934-cü ildə İren və Frederik Coliot-Kürinin süni radioaktivliyi kəşf etməsi üçün zəmin yaratmışdı.
Ölümü
Süni radioaktivliyin kəşfindən bir neçə ay sonra, 1934-cü ildə Mariya Küri şüalanmanın doğurduğu qan xərçəngindən (leykemiya) dünyasını dəyişmişdir. O, radioaktivliyin ziyanlı cəhətlərindən xəbərsiz olduğu üçün radium elementini üzərində talisman kimi gəzdirərmiş.
Həmçinin bax
İstinadlar
- Рожанский И. Д. Склодовская-Кюри Мария // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1976. Т. 23 : Сафлор — Соан. С. 512.
- Krugosvet (rus.). 2000.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Catalog of the German National Library (alm.).
- https://www.leopoldina.org/fileadmin/redaktion/Mitglieder/CV_Curie-Sklodowska_Marie_D.pdf.
- https://chemia.ug.edu.pl/sites/default/files/_nodes/strona-chemia/16702/files/fmr-mscurie.pdf.
- Marie Curie // Encyclopædia Britannica (ing.).
- NNDB (ing.). 2002.
- . 2018-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-19.
Xarici keçidlər
- 1911 Nobel Prize in Chemistry
- Marie and Pierre Curie and the Discovery of Polonium and Radium
- "Marie Curie and the Study of Radioactivity"
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mariya Salomea Kuri fr Marie Curie pol Maria Salomea Sklodowska Curie 7 noyabr 1867 Varsava Polsa carligi Rusiya imperiyasi 4 iyul 1934 Sanselmoz d polyak esilli fransiz kimyacisi ve fiziki Iki defe Nobel mukafati laureati fizika 1903 ve kimya 1911 sahesinde Mariya Kurifr Marie Curie pol Maria Sklodowska CurieDogum adi Marya Salomea SklodowskaDogum tarixi 7 noyabr 1867 1867 11 07 Dogum yeri Varsava Polsa carligi Rusiya imperiyasi Vefat tarixi 4 iyul 1934 1934 07 04 66 yasinda Vefat yeri Sanselmoz d Defn yeri Panteon d Heyat yoldasi Pyer Kuri 1895 1906 Usaqlari Iren Jolio KuriElm saheleri Radioaktivlik kimya fizikaElmi dereceleri doktorluq derecesi d 1903 Is yerleri Paris Universiteti SarbonnaTehsili Paris Elm fakultesi d Seyyar universitet Paris Universiteti 1891 1893 Paris Universiteti Paris Universiteti 1894 Elmi rehberi Qabriel LipmanUzvluyu Leopoldin Alman Milli Elmler Akademiyasi 1932 Peterburq Elmler Akademiyasi SSRI Elmler Akademiyasi Isvec Kral Elmler Akademiyasi 1910 Rusiya Elmler Akademiyasi Amerika Felsefe Cemiyyeti d 1910 Mukafatlari Vikianbarda elaqeli mediafayllar Mariya Skladovska 1867 ci ilde Polsada dunyaya gelmisdir o radioaktivlik sahesinde fealiyyetine gore meshurdur ve iki defe Nobel mukafatina layiq gorulmusdur 1903 cu ilde Henri Bekkerel ve heyat yoldasi Pyer Kuri ile beraber fizika uzre Nobel Mukafati qazanmis ve daha sonra 1911 ci ilde kimya uzre Nobel mukafatinin tek laureati olmusdur Radium elementini kesf etmisdir Mariya Kuri yegane alimdir ki Nobel mukafatina iki ayri ayri sahede almaga nail olmusdur Hemcinin Nobel mukafatina ilk defe iki defe layiq gorulmus yegane qadindir Elementlerin oz ozune sualanmasina radioaktivlik adini mehz Mariya ve Pyer Kuri vermisdir Heyat yoldasi Pyer Kuri ile birlikde polonium ve radium elementini kesf etmisdir Heyatinin ilk illeri1867 ci ilde Polsanin paytaxti Varsava seherinde ziyali ailesinde dunyaya goz acmisdir Anasini ve bacilarindan birini cox erken itirmisdir Mariya usaqliqdan son derece iti yaddasi ile ferqlenirdi ve 16 yasinda orta mektebi qizil medalla bitirmisdi Hele mektebde oxuyarken qohumunun kimya laboratoriyasinda assistent islemisdir Onun atasi yanlis yere investisiya yatiraraq elinde olan pullari itirmisdi buna gore de Mariya muellime kimi islemeli oldu O qazanci ile bacisi Broniyanin Parisde tibb tehsili almasina maddi yardim ede bildi bunun muqabilinde ise Broniya daha sonra ona tehsil almaga komek edecekdi O zamanlar Polsa Rusiya Imperiyasinin terkibinde idi ve qadinin ali tehsil almasi mehdud idi Polsa hemin dovrde Rusiya imperiyasinin isgali altinda oldugundan Mariya Sklodovskaya veteninin azadligi ugrunda fealiyyet gosteren polyak milletcilerinin teskilatinda istirak etmisdir Mariya ali tehsil almaq isteyirdi lakin ailenin buna maddi imkani olmadigindan bacisi ile maraqli sert kesmisdiler Hemin serte esasen o bes il daye isleyerek bacisinin tibb tehsili almasina yardim edecek sonra ise bacisi Mariyanin universitete qebul olmasina komeklik gosterecek 1891 ci ilde bu ved yerine yetirildi 24 yasinda olarken boyuk bacisinin komeyi ile Mariya Parise getdi ve Sorbonna Universitetinde Paris Universiteti fizika ve kimyadan tehsil almaga basladi O gec saatlara qeder isleyir ve demek olar ki corek kere yagi ve cayla qidalanirdi Mariya 1893 cu ilde fizika elmleri imtahaninda birinci oldu 1894 cu ilde riyaziyyat elmleri imtahaninda ise ikinci yeri tutdu Mehz hemin ilin yazinda o Pyer Kuri ile tanis oldu Elmi fealiyyetiFayl Marie Curie Nobel portrait 600 jpg left 200 px Mariya Kuri Onlarin 1895 ci ilde bas tutan evliliyi tezlikle dunya ehemiyyetli neticeler elde eden emekdasligin temelini qoydu 1896 ci ilde Henri Bekkerel tesaduf neticesinde xarici isiq menbeyi Gunes ve ya suni isiq olmadan uran duzlarinin sualanmasini kesf etdi Bu fizikler ucun esl surpriz idi Sonralar Mariya Bekkerelin bu kesfini radioaktivlik adlandirmisdi Fizikler ve kimyacilar qarsisinda elave sual meydana cixdi goresen bu xasse yalniz uran element urana ve onun duzlarinami mexsusdur yoxsa bu basqa elementlerde de var Mariya Kuri mehz bu sual etrafinda eri Pyer Kuri ile birlikde uranda askarlanan radioaktivliyin diger elementlerde movcud olmasini arasdirmaga qerar verdi ve toriumda da radioaktivlik olmasini askarladi O diqqetini yeniden minerallara yoneltdi ve uran filizi onun maragini celb etdi Uran filizi radioaktivliyi saf uran radioavtivliyinden yuksek olan bir mineraldir ve bu yalniz filizin terkibinde kicik miqdarda lakin cox yuksek aktivliyi olan namelum maddenin varligi ile izah edile bilerdi Pyer Kuri Mariyanin bu problemi hell etmek ucun baslatdigi ve yeni elementler polonium ve radiumun kesfi ile neticelenen arasdirmasina qosuldu Mariya Kuri ve Pyer Kuri uran ve torium olan filizlerin sistematik tedqiqi zamani orada yeni iki element kesf etdiler radium ve polonium I element II ye nisbeten daha guclu isiqlandigi ucun ona radium sualanan adi verildi Diger elemente ise M Kuri oz veteninin serefine polonium adlandirdi Sonraki illerde Pyer ve Mariya Kuri bu elementleri madde halinda almaq ucun tecrubelerini davam etdirmisler Neticede 7 tonadek uran filizi isletdikden sonra 0 1 qram radium almaq mumkun olmusdu Polonium elementi ise radiumun parcalanmasindan yarandigindan onu almaq mumkun olmamisdi Pyer Kurinin ozunu esasen yeni radiyasiyanin fiziki cehetden oyrenilmesine hesr etdiyi halda Mariya Kuri metal halinda saf radium elde etmeye calisirdi O bu ise Pyer Kurinin sagirdlerinden biri olan kimyaci Andre Lui Debirin komeyi ile nail oldu Mariya bu tedqiqatin neticelerine esasen elmler doktoru adini qazanmisdi ve 1903 cu ilde Mariya ve Pyer Bekkerel ile beraber radioaktivliyin kesfine radiasiya hadisesinin tedqiqindeki evezedilmez musterek fealiyyetlerine gore gore fizika uzre Nobel mukafatina layiq gorulmusduler 1897 ve 1904 cu illerde qizlari Iren ve Ivin dunyaya gelmesi Mariyanin elmi islerini dayandira bilmedi O 1900 cu ilde Fransanin Sevr seherinde qizlar ucun olan Ali mektebde Ecole Normale Superieure Orta mekteb muellimleri ucun ali tehsil mektebi fizika uzre muhazireci teyin edildi ve eksperimental numayislere esaslanan tedris metodu yaratdi M Kuri uran filizlerinde islemek ve analiz etmek ucun klassik usul isleyib hazirlamisdir Butun bu tecrubelerin neticesi olaraq Mariya Kuri 1903 cu ilde Sorbon Universitetinde Radioaktiv maddelerin tedqiqi adli doktorluq dissertasiyasini mudafie etmisdi O 1904 cu ilin dekabrinda Pyer Kurinin idare etdiyi laboratoriyaya bas assistent teyin edildi 1906 ci ilde Pyer Kuri neqliyyat qezasinda helak olmusdu lakin Mariya Kuri ona teyin olunan pensiyadan imtina etmisdir Heyat yoldasinin qefil olumu Mariya Kuriye agir zerbe oldu lakin hemcinin bu hadise onun karyerasinda donus noqtesi idi bundan sonra o butun enerjisini Pyer Kuri ile baslatdiqlari elmi isi tekbasina tamamlamaga hesr etdi O 13 may 1906 ci ilde heyat yoldasinin olumunden sonra vakant qalan professorluq vezifesine teyin edildi ve bununla da Sobon Universitetinde ders deyen il qadin professor oldu Onun sonraki tecrubeleri radiumu metal seklinde almaqdan ibaret olmusdur Xanim fizik bu neticeye 1910 cu ilde Anri Debirnle birge nail olmusdur O hemcinin Beynelxalq Ceki ve Olcu vahidleri Burosuna radioaktiv maddelerin ilk etalonunu hazirlayib teqdim eden alim kimi de meshurdur Mariya Kurinin diger fundamental nailiyyeti kimya sahesine aiddir O 1911 ci ilde kimyanin inkisafindaki evezedilmez fealiyyetine radium ve polonium elementlerinin kesf edilmesi saf halda radiumun ayrilmasi ve bu mohtesem elementin tebietinin oyrenilmesine gore kimya uzre Nobel mukafatina layiq gorulmusdur Bununla da o Nobel mukafatini iki defe alan ilk sexs kimi elm tarixine dusmusdur Birinci Dunya muharibesi illerinde Mariya Kuri ozunu qizi Irenin komeyi ile kicik Kuriler kimi taninan seyyar qurgularin daxil oldugu ve yarali esgerlerin mualicesi ucun istifade edilen Rentgen aparatinin inkisafina hesr etmisdi Muharibe zamani o hemcinin herbi cerrahlara radiologiyadan istifade etmeyi tedris etmisdir Bu tedqiqatlarin neticesini daha sonra yazdigi Radiologiya ve muharibe adli kitabinda eks etdirmisdir 1918 ci ilde heyetinde Irenin de yer aldigi Radium Institutu fealiyyete basladi ve nuve fizikasi ve kimyasinin merkezine cevrildi Mariya Kuri ise bu institutun fundamental tedqiqatlar ve radioaktivliyin tibbi istifadesi sobesine direktor teyin olumusdu Artiq sohretin zirvesinde olan Mariya Kuri 1922 ci ilden etibaren Tibb Akademiyasinin uzvu kimi radioaktiv maddeleri ve onlarin tibbi istifadesini tedqiq etmisdi 1921 ci ilde Mariya Kuri qizlari ile beraber radiumun tedqiqatina maliyye ayrilmasi ucun Birlesmis Statlara sefer etmisdi Oradaki qadinlar kompaniyasi munasibetile ona bir qram radium hediyye etmisdiler Mariya hemcinin Belcika Braziliya Ispaniya ve Cexslovakiyada indiki Cexiya ve Slovakiya muhazireler vermisdi Bundan elave Parisde Kuri Fondunun yaradilmasi ve 1932 ci ilde Varsavada bacisi Broniyanin direktoru oldugu Radium Institutunun acilis merasimini gormek ona nesib olmusdu 1923 cu ilde o Pyer Kurinin tercumeyi halini yazaraq kitab seklinde nesr etdirmisdir Hemcinin bu illerde yeniden musteqillik qazanmis vetenine tez tez sefer ederek orada genc mutexessislere yardim gostermisdir Mariya Kuri Nobel mukafatindan elave Fransa Elmler Akademiyasinin Bertelo London Kral Cemiyyetinin Devi Franklin Institutunun Elliot Kresson medallari ile de teltif edilmisdir O 85 muxtelif elmi cemiyyetin uzvu olmus hemcinin 20 fexri elmi adla mukafatlandirilmisdir Paris Radium Institutundaki 1 5 qram radium ehtiyati 1930 cu illerde aparilan tecrubelere muhum tohfeler vermisdi Bu is Ser Ceyms Caduik terefinden neytronun kesfi ve her seyden once 1934 cu ilde Iren ve Frederik Coliot Kurinin suni radioaktivliyi kesf etmesi ucun zemin yaratmisdi OlumuSuni radioaktivliyin kesfinden bir nece ay sonra 1934 cu ilde Mariya Kuri sualanmanin dogurdugu qan xercenginden leykemiya dunyasini deyismisdir O radioaktivliyin ziyanli cehetlerinden xebersiz oldugu ucun radium elementini uzerinde talisman kimi gezdirermis Hemcinin baxKuriler ailesi Polsali Nobel mukafati laureatlarinin siyahisiIstinadlarRozhanskij I D Sklodovskaya Kyuri Mariya Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1976 T 23 Saflor Soan S 512 Krugosvet rus 2000 Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Catalog of the German National Library alm https www leopoldina org fileadmin redaktion Mitglieder CV Curie Sklodowska Marie D pdf https chemia ug edu pl sites default files nodes strona chemia 16702 files fmr mscurie pdf Marie Curie Encyclopaedia Britannica ing NNDB ing 2002 2018 12 14 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2019 03 19 Xarici kecidlerDiger layihelerdeVikisitatda elaqeli sitatlarVikimenbede elaqeli metnlerVikianbarda elaqeli media fayllar 1911 Nobel Prize in Chemistry Marie and Pierre Curie and the Discovery of Polonium and Radium Marie Curie and the Study of Radioactivity