Manaf Abbas oğlu Xəlilov (1899, Qala, Bakı qəzası – 14 iyul 1944) — Azərbaycan SSR yüngül sənayesi komissarının səlahiyyətlərinin icraçısı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədrin birinci müavini, SSRİ Ali Sovetinin (millətlər palatasının) birinci çağırış deputatı, siyasi repressiyalara uğramış şəxs.
Manaf Xəlilov | |
---|---|
Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin birinci müavini | |
13 noyabr 1937 – 29 iyun 1938 | |
Sədr | Teymur Quliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1899 |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyul 1944 |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Manaf Abas oğlu Xəlilov 1899-cu ildə Bakı qəzasının Qala kəndində neft işçisi ailəsində anadan olmuşdur. Çox gənc yaşlarından müstəqil əmək həyatı sürməyə başlamışdır. Bir neçə il kənd məktəbində oxuyandan sonra dərsi buraxmağa və çörək pulu qazanmağa məcbur olmuşdur. 1917-ci ildə Balaxanıda kapitalist Mirzoyevin 9- cu mədənində qarovulçu olmuşdur. Burada , neftçi- proletarlar arasında gənc işçi Xəlilovun siyasi şüuru formalaşmağa başlayır. Həmin ildə həmkarlar ittifaqının üzvü olmuş və 1919-cu ilin fevral ayında bolşeviklər partiyasına daxil olmuşdur. Mədəndə işlərkən podpolljedə çalışan bolşevik təşkilatının rəhbərliyi ilə bəy və xanların təmsilçisi Müsavat hökumətinə qarşı mübarizə aparmışdır. Partiya təşkilatının tapşırıqlarını yerinə yetirmiş, kazarmalarda və mədənlərdə agitasiya aparmışdır. O zaman bolşevik Həştərxanının neftə ehtiyacı var idi. Neft işçiləri bolşeviklər üçün yanacaq göndərilməsini tələb edirdilər. Müsavat hökuməti buna hər vəchlə müqavimət göstərirdi. Budur ki, mədən və zavodlarda işçi tətilləri baş verirdi.9-cu mədəndə də belə tətilləri aktiv təşkilatçılarından biri Manaf Xəlilov idi. Vətəndaş müharibəsi cəbhələrində Qızıl Ordunun qəhrəmancasına qələbəsindən və Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Bakı partiya təşkilatı Xəlilovu Qızıl Orduya göndərir. 1922-ci ildən Xəlilov rota siyasi rəhbəri kimi işləyir. Orduda olarkən var-qüvvəsini Qızıl Ordunun möhkəmlətməyə və döyüşçülərin siyasi tərbiyəsinə verir. Ordudan buraxılandan sonra 1924-cü ildə Xəlilov mədən qayıdır. Artan sosializm sənayesi getdikcə daha artıq yanacaq tələb edirdi. Bu zaman Manaf Xəlilov 7-ci Sabunçu mədənində həmkarlar komitəsinin sədri seçilir. Həmkarlar təşkilatına rəhbərlik edərkən sosializm yarışını genişləndirir, neftçilər kollektivini neft planını vaxtından əvvəl yerinə yetirmək üçün səfərbərliyə alır. 1926-cı ildə rəhbər təsərrüfat işinə irəli çəkilir. Lenin rayonunun 12-ci,18-ci və başqa mədənlərində dörd il müdir köməkçisi işləyir, istismar təsərrüfatında intizam yaradır. Qabaqcıl texnikanı cəsarətlə tətbiq edir və az bir zamanda neft hasilatının kəskin surətdə yüksəlməsinə müvəffəq olur. Mədənlərdə bir neçə il işləmək nəticəsində böyük, təşəbbüsçü neft komandirinə çevrilir. 1929-cu ilin axırında partiya təşkilatı onu S.M.Kirov adına Sənaye Akademiyasına oxumağa göndərir.Akademiyanın ictimai həyatında fəal iştirak edir, inadla elmə yiyələnir. 1931-ci ildə Sənaye Akademiyasını bitirdikdən sonra Lenin rayonu mədənlərinin direktor müavini təyin edilir, sonra isə mütəxəssisləri aparatdan istehsalata keçirmək haqqında xalq ağır sənaye komissarı, Serqo Orconikidzenin əmrindən sonra könüllü surətdə mədənə gedən birincilərdən olur. Lenin rayonunun 4-cü mədənində rəhbərlik etdiyi üç il ərzində işi yaxşı bildiyinə və kadrlara həssaslıqla, diqqətlə yanaşdığına görə neftçilər arasında böyük nüfuz qazanır.4-cü mədənin işçi və mütəxəssisləri kollektivi, bolşevik-təşkilatçı Xəlilovun rəhbərliyi ilə hər il dövlət planını artıqlığı ilə yerinə yetirir. Eyni zamanda Xəlilov böyük partiya-ictimai iş görür. Azərbaycan K(b)P raykomu Plenumunun və bürosunun üzvü seçilir, 22-ci Bakı partiya konferensiyasında isə Azərbaycan K(b)P Bakı Komitəsinin üzvü seçilir.12-ci çağırış Bakı Sovetinin üzvü olaraq sovetin neft seksiyası işində aktiv iştirak edir. 1937-ci ilin sentyabr ayında Əzizbəyovneft trestinin müdiri vəzifəsi kimi məsul işə irəli çəkilir.Ümumazərbaycan Mərkəzi İcra Komitəsinin Prezidiumunun 1937-ci il 13noyabr tarixli qərarı ilə Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin birinci müavini təsdiq edilmişdir.
Repressiyalara uğraması
Stalin və Bağırov repressiyalarının qurbanı olmuşdur. 1938-ci ilin iyul ayında "Ehtiyatda olan sağ-troskiçi mərkəzinin əksinqilabi milliyətçi təşkilatının" rəhbəri olduğu ittihamı ilə həbs olunmuşdur. İttiham əvvəldən axıra kimi Mir Cəfər Bağırovun başçılıq etdiyi Azərbaycanın o zamanki ali hakimiyyəti və onların əlaltıları tərəfindən saxtalaşdırılmışdır. Bu iş üzrə keçən başqa məhbuslar kimi işgəncələrə məruz qalaraq ittihamı etiraf etməyə məcbur edilmişdir. Ancaq başqa məhbuslarla birlikdə 1939-cu ildə öncəki ifadələrindən imtina etmişdi. Bundan sonra işi üzrə bir neçə dəfə istintaq aparılmışdır. Nəhayət 1941-ci ildə məhkəmənin hökmü ilə əmlakının müsadirə edilməsi ilə15 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1944-cü ildə həbs düşərgəsində dünyasını dəyişmişdir. 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kolleqiyasının qərardadı ilə bəraət edilmişdi. Keçdiyi istintaq işi və adı Bağırov və onunla əlbir olanların məhkəmə hökmünün mətnində xatırlanmışdır.
Ədəbiyyat
- Aydın Əlizadə. Azərbaycanda dövlət terroru: əksinqilabçı milliyətçi təşkilatın işi (1938-56). 2018-02-17 at the Wayback Machine
- Смирнов Н. Рапава, Багиров и другие. Антисталинские процессы 1950-х гг.. — АИРО-XXI, 2014. — С. 123-124. — 380 с. — ISBN 978-5-91022-274-2.
Həmçinin bax
İstinadlar
- Aydın Əlizadə. Azərbaycanda dövlət terroru: əksinqilabçı milliyətçi təşkilatın işi (1938-56). 2018-02-17 at the Wayback Machine
- "Smirnov N. Rapava, Bağırov və başqaları. 1950-çi illərin Stalin əleyhinə prosesləri. M.: AİPO-XXI, 2014, s. 123-124". 2020-11-22 tarixində . İstifadə tarixi: 2018-02-16.
- "17 sentyabr 1939-cu il tarixli istintaqın yekun Qərarı // İstintaq işi № 25910, c. 1-6, əsli, maşın yazısı, arxiv materialları". 2018-02-02 tarixində . İstifadə tarixi: 2018-02-16.
- "00497 №-li Məhkəmə hökmü // İstintaq işi № 25910, c. 1-6, əsli, maşın yazısı, arxiv materialları". 2018-02-02 tarixində . İstifadə tarixi: 2018-02-16.
- "Bağırov və başqalarının işi üzrə SSRİ Ali Məhməməsinin Hərbi Kollegiyasının 26 aprel 1956 il tarixli məhkəmə Hökmü // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu. M.: Kuçkovo pole, 2012, s. 881-892". 2018-02-10 tarixində . İstifadə tarixi: 2018-02-16.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Manaf Abbas oglu Xelilov 1899 Qala Baki qezasi 14 iyul 1944 Azerbaycan SSR yungul senayesi komissarinin selahiyyetlerinin icracisi Azerbaycan SSR Xalq Komissarlari Sovetinin sedrin birinci muavini SSRI Ali Sovetinin milletler palatasinin birinci cagiris deputati siyasi repressiyalara ugramis sexs Manaf XelilovAzerbaycan SSR Xalq Komissarlari Soveti sedrinin birinci muavini13 noyabr 1937 29 iyun 1938SedrTeymur QuliyevSexsi melumatlarDogum tarixi 1899Dogum yeri Qala Baki qezasi Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 14 iyul 1944 1944 07 14 Partiya Rusiya Kommunist bolsevikler Partiyasi 1919 Fealiyyeti siyasetci Vikianbarda elaqeli mediafayllarHeyatiManaf Abas oglu Xelilov 1899 cu ilde Baki qezasinin Qala kendinde neft iscisi ailesinde anadan olmusdur Cox genc yaslarindan musteqil emek heyati surmeye baslamisdir Bir nece il kend mektebinde oxuyandan sonra dersi buraxmaga ve corek pulu qazanmaga mecbur olmusdur 1917 ci ilde Balaxanida kapitalist Mirzoyevin 9 cu medeninde qarovulcu olmusdur Burada neftci proletarlar arasinda genc isci Xelilovun siyasi suuru formalasmaga baslayir Hemin ilde hemkarlar ittifaqinin uzvu olmus ve 1919 cu ilin fevral ayinda bolsevikler partiyasina daxil olmusdur Medende islerken podpolljede calisan bolsevik teskilatinin rehberliyi ile bey ve xanlarin temsilcisi Musavat hokumetine qarsi mubarize aparmisdir Partiya teskilatinin tapsiriqlarini yerine yetirmis kazarmalarda ve medenlerde agitasiya aparmisdir O zaman bolsevik Hesterxaninin nefte ehtiyaci var idi Neft iscileri bolsevikler ucun yanacaq gonderilmesini teleb edirdiler Musavat hokumeti buna her vechle muqavimet gosterirdi Budur ki meden ve zavodlarda isci tetilleri bas verirdi 9 cu medende de bele tetilleri aktiv teskilatcilarindan biri Manaf Xelilov idi Vetendas muharibesi cebhelerinde Qizil Ordunun qehremancasina qelebesinden ve Azerbaycanda sovet hakimiyyeti qurulandan sonra Baki partiya teskilati Xelilovu Qizil Orduya gonderir 1922 ci ilden Xelilov rota siyasi rehberi kimi isleyir Orduda olarken var quvvesini Qizil Ordunun mohkemletmeye ve doyusculerin siyasi terbiyesine verir Ordudan buraxilandan sonra 1924 cu ilde Xelilov meden qayidir Artan sosializm senayesi getdikce daha artiq yanacaq teleb edirdi Bu zaman Manaf Xelilov 7 ci Sabuncu medeninde hemkarlar komitesinin sedri secilir Hemkarlar teskilatina rehberlik ederken sosializm yarisini genislendirir neftciler kollektivini neft planini vaxtindan evvel yerine yetirmek ucun seferberliye alir 1926 ci ilde rehber teserrufat isine ireli cekilir Lenin rayonunun 12 ci 18 ci ve basqa medenlerinde dord il mudir komekcisi isleyir istismar teserrufatinda intizam yaradir Qabaqcil texnikani cesaretle tetbiq edir ve az bir zamanda neft hasilatinin keskin suretde yukselmesine muveffeq olur Medenlerde bir nece il islemek neticesinde boyuk tesebbuscu neft komandirine cevrilir 1929 cu ilin axirinda partiya teskilati onu S M Kirov adina Senaye Akademiyasina oxumaga gonderir Akademiyanin ictimai heyatinda feal istirak edir inadla elme yiyelenir 1931 ci ilde Senaye Akademiyasini bitirdikden sonra Lenin rayonu medenlerinin direktor muavini teyin edilir sonra ise mutexessisleri aparatdan istehsalata kecirmek haqqinda xalq agir senaye komissari Serqo Orconikidzenin emrinden sonra konullu suretde medene geden birincilerden olur Lenin rayonunun 4 cu medeninde rehberlik etdiyi uc il erzinde isi yaxsi bildiyine ve kadrlara hessasliqla diqqetle yanasdigina gore neftciler arasinda boyuk nufuz qazanir 4 cu medenin isci ve mutexessisleri kollektivi bolsevik teskilatci Xelilovun rehberliyi ile her il dovlet planini artiqligi ile yerine yetirir Eyni zamanda Xelilov boyuk partiya ictimai is gorur Azerbaycan K b P raykomu Plenumunun ve burosunun uzvu secilir 22 ci Baki partiya konferensiyasinda ise Azerbaycan K b P Baki Komitesinin uzvu secilir 12 ci cagiris Baki Sovetinin uzvu olaraq sovetin neft seksiyasi isinde aktiv istirak edir 1937 ci ilin sentyabr ayinda Ezizbeyovneft trestinin mudiri vezifesi kimi mesul ise ireli cekilir Umumazerbaycan Merkezi Icra Komitesinin Prezidiumunun 1937 ci il 13noyabr tarixli qerari ile Azerbaycan SSR Xalq Komissarlari Soveti sedrinin birinci muavini tesdiq edilmisdir Repressiyalara ugramasi Stalin ve Bagirov repressiyalarinin qurbani olmusdur 1938 ci ilin iyul ayinda Ehtiyatda olan sag troskici merkezinin eksinqilabi milliyetci teskilatinin rehberi oldugu ittihami ile hebs olunmusdur Ittiham evvelden axira kimi Mir Cefer Bagirovun basciliq etdiyi Azerbaycanin o zamanki ali hakimiyyeti ve onlarin elaltilari terefinden saxtalasdirilmisdir Bu is uzre kecen basqa mehbuslar kimi isgencelere meruz qalaraq ittihami etiraf etmeye mecbur edilmisdir Ancaq basqa mehbuslarla birlikde 1939 cu ilde onceki ifadelerinden imtina etmisdi Bundan sonra isi uzre bir nece defe istintaq aparilmisdir Nehayet 1941 ci ilde mehkemenin hokmu ile emlakinin musadire edilmesi ile15 il muddetine azadliqdan mehrum edilmisdir 1944 cu ilde hebs dusergesinde dunyasini deyismisdir 1955 ci ilde SSRI Ali Mehkemesinin Herbi Kolleqiyasinin qerardadi ile beraet edilmisdi Kecdiyi istintaq isi ve adi Bagirov ve onunla elbir olanlarin mehkeme hokmunun metninde xatirlanmisdir EdebiyyatAydin Elizade Azerbaycanda dovlet terroru eksinqilabci milliyetci teskilatin isi 1938 56 2018 02 17 at the Wayback Machine Smirnov N Rapava Bagirov i drugie Antistalinskie processy 1950 h gg AIRO XXI 2014 S 123 124 380 s ISBN 978 5 91022 274 2 Hemcinin bax Ehtiyatda olan sag trotskici merkezinin eksinqilabi milliyetci teskilati rehberlerinin isiIstinadlarAydin Elizade Azerbaycanda dovlet terroru eksinqilabci milliyetci teskilatin isi 1938 56 2018 02 17 at the Wayback Machine Smirnov N Rapava Bagirov ve basqalari 1950 ci illerin Stalin eleyhine prosesleri M AIPO XXI 2014 s 123 124 2020 11 22 tarixinde Istifade tarixi 2018 02 16 17 sentyabr 1939 cu il tarixli istintaqin yekun Qerari Istintaq isi 25910 c 1 6 esli masin yazisi arxiv materiallari 2018 02 02 tarixinde Istifade tarixi 2018 02 16 00497 li Mehkeme hokmu Istintaq isi 25910 c 1 6 esli masin yazisi arxiv materiallari 2018 02 02 tarixinde Istifade tarixi 2018 02 16 Bagirov ve basqalarinin isi uzre SSRI Ali Mehmemesinin Herbi Kollegiyasinin 26 aprel 1956 il tarixli mehkeme Hokmu Siyasi buro ve Beriyanin isi Senedler toplusu M Kuckovo pole 2012 s 881 892 2018 02 10 tarixinde Istifade tarixi 2018 02 16