"Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı" (SEMƏMT) rəhbərlərinin işi – 1938–1956-cı illərdə bir neçə azərbaycanlı xalq təsərrüfatı rəhbəri, o cümlədən SSRİ Ali Soveti deputatının məhkum olunduğu və Azərbaycan SSR ali rəhbərliyi tərəfindən saxtalaşdırılmış siyasi istintaq işi. Bu iş üzrə "32 rayon partiya komitəsi katibi, 28 rayon icraiyyə komitəsi sədri, 15 xalq komissarı və onların müavinləri, 66 mühəndis, 88 Sovet ordusu və Hərbi-dəniz donanması komandiri, 8 professor və başqa səlahiyyətli şəxslər həbs edilərək güllələnmiş, ya da uzun müddətə azadlıqdan məhrum edilmişlər".
Zəmin
Bu iş SSRİ-də "Sovetlər əleyhinə sağ-trotskiçi bloku"nun başçıları elan olunmuş Buxarin və Rıkovun üzərində aparılmış prosesin regional davamı idi. İstintaqın iddiasına görə SEMƏMT Azərbaycan milliyətçilərinin əsasən başqa millətlərin nümayəndələrindən olan sağ-trotskiçilərlə birliyini təmin etmişdi.
Bu təşkilat ona görə "ehtiyatda olan" adlandırılmışdır ki, guya ondan qabaq 1936–1937-ci illərdə XDİK tərəfindən darmadağın edilmiş "əsas" təşkilatın əvəzində yaradılmışdı; bu yeni təşkilatın üzvləri o zaman ehtiyatda idilər və əsas təşkilat məhv ediləndən sonra onun işini bərpa etməyə çalışmışlar.
SEMƏMT-in rəhbərləri
İstintaq işində aşağıda sadalanan təşkilatın rəhbərləri kimi bir neçə nəfər yüksək vəzifəli şəxs göstərilmişdir. Onlardan beşi Azərbaycan SSR xalq təsərrüfatı rəhbəri və SSRİ Ali Sovetinin 1-ci çağırışının deputatları idi:
- Manaf Xəlilov (Az. SSR Xalq Komissarları Sovetinin 1-ci müavini);
- İbrahim Əsədullayev (Az. SSR Xalq Daxili Ticarət komissarı);
- Əbülfət Məmmədov Az. SSR Xalq Əkinçilik komissarı;
- İskəndər Əliyev (Az. SSR Xalq Yüngül Sənaye komissarı);
- Yefim Rodionov (Az. SSR Xalq Rabitə Komissarlığının məsul işçisi);
- Lyuborski-Novikov (Xalq Komissarları Sovetinin məsul işçisi, yeganə deputat olmayan rəhbər).
Bundan başqa, təşkilatın rəhbərliyinə daxil edilməyən daha bir "sağ-trotskiçi" SSRİ Ali Sovetinin deputatı Nikolay Kulkov (Az. SSR K(b)P Lenin Rayon Komitəsinin katibi) məhkum edilmişdir. Beləliklə, bu iş üzrə cəmi altı SSRİ Ali Sovetinin deputatı məhkum edilmişdir.
Həbslər və istintaqın gedişi
1937-ci ildə Az. SSR K(b)P katibi Mir Cəfər Bağırovun göstərişi ilə SSRİ Ali Sovetinin azərbaycanlı deputatlarına qarşı ifşaedici materiallar toplanmağa başlamışdı. 1938-ci ilin iyun-iyul aylarında SEMƏMT rəhbərləri bir neçə şəxsin onlara qarşı verdikləri ifadələrin əsasında həbs edilmişdirlər. Əliyevin, Məmmədovun və Əsədullayevin adları 25 sentyabr 1938-ci il tarixli "Stalinin siyahılarının" 1-ci kateqoriyasına salınmışdır. Bu da o demək idi ki, onlar güllələnməli idilər. Ancaq həmin ilin oktyabr ayından repressiyaların şiddəti bir qədər yumşalmışdır. Siyası məhbusların çoxusunu artıq güllələmirdilər, uzun müddətə azadlıqdan məhrum edirdilər. Bəlkə də buna görə onları edam etmədilər.
Onlara qarşı aşağıdakı ittihamlar irəli sürmüşdür:
- Azərbaycanın SSRİ tərkibindən çıxması üçün silahlı üsyanın hazırlanması;
- Azərbaycan K(b)P rəhbərliyinə qarşı terror əməliyyatlarının keçirilməsi;
- SSRİ ilə düşmənçilik edən ölkələrlə əlaqələrin qurulması;
- Dünya faşizminin SSRİ-yə qarşı hücumunun dəstəklənməsi;
- SSRİ-nin dağılmasından sonra hakimiyyətə gəlmək üçün paralel hökumətin yaradılması;
- Əhalinin mərkəzi hakimiyyətə qarşı inamsızlığının yaradılması üçün Azərbaycanda iqtisadi sabotaj və ziyanvericiliyin həyata keçirilməsi;
- Sovet hökumətinə qarşı əhali arasında təbliğatın aparılması;
- Sovetlər əleyhinə hərəkata yeni üzvlərin cəlb edilməsi.
Məhbuslara ittihamları boyunlarına alması və istintaq tərəfindən əvvəlcədən hazırlanmış siyahılar üzrə başqa şəxslərin adlarını verməsi məqsədilə işgəncələr verilmişdir. Buna görə də onlara qarşı irəli sürülən ittihamları boyunlarına almışdırlar.
Məhbusların öz ifadələrindən imtina etməsi
1939-cu ildə, istintaqın nisbətən mülayimləşməsindən sonra məhbusların hamısı öncə işgəncələr altında verdikləri ifadələrdən imtina etmişdirlər. Buna görə də onların işlərinə Xalq Daxili İşlər Komissarlığı (XDİK) yanında Xüsusi Müşavirə baxmışdı. Buna baxmayaraq, istintaq iddia etmişdir ki, "məhbusların öncə verdiyi ifadələrindən imtina etmələri əsassızdır və onlar tərəfindən cinayət işləri üzrə istintaq orqanlarını çaşdırmaq və aldatmaq məqsədini güdür". Bundan sonra SEMƏMT rəhbərlərinin işi məhkəməyə verilmişdir.
Ancaq SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası onlara qarşı irəli sürülən ittihamların kifayət qədər əsassız saymış və işi yenidən Az. SSR XDİK-ə qaytardı.
Xalq təsərrüfatına ziyanvermə ittihamları
Məhbuslar öz etirafedici ifadələrindən imtina edəndən və işin məhkəmə tərəfindən geri qaytarılmasından sonra istintaqın mövqeyi xeyli zəifləmişdir. Vəziyyəti düzəltmək üçün SEMƏMT rəhbərlərinə qarşı bundan sonrakı ittihamlar əsasən xalq təsərrüfatında əksinqilabçılıq məqsədilə "ziyanvericilik" və "düşünülmüş sabotaj" adı altında davam etdirilmişdir.
Məhbusların hamısı Az. SSR xalq təsərrüfatı sistemində yüksək vəzifələrdə işlədikləri üçün işi bu ittihamlar üzərində quraraq ona siyasi don geydirmək daha asan idi. Bu məqsədlə onların öncə rəhbərlik etdikləri sahələrə xüsusi komissiyalar göndərilmiş və aparılan yoxlamalar əsasında istintaqın mövqelərini təsdiq edən Aktlar tərtib edilmişdir. Bu Aktların əsasında məhbuslara yeni ittiham irəli sürülmüşdür.
SEMƏMT rəhbərlərinə qarşı məhkəmə hökmü
7 avqust 1940-cı ilin Qərarına əsasən M. Xəlilovun, İ. Əsədullayevin, Ə. Məmmədovun və İ. Əliyevin pərakəndə işləri vahid bir cinayət işinə billəşdirilərək həmin ilin 31 avqustunda SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasına göndərilmişdir. Bundan sonra bir neçə məhbus Moskvanın "Butırka" adlanan siyasi həbsxanasına göndərilmiş və yarım ilə qədər orada həbsdə qalmış, ancaq sonra yenidən Bakıya qaytarılmışdır.
Nəhayət 1941-ci ilin 30 avqust tarixində SEMƏMT rəhbərlərinin işi ilə bağlı Bakıda Zaqafqasiya Hərbi Dairəsinin Hərbi Tribunalının səyyar iclası tərəfindən bağlı qapılar arxasında məhkəmə prosesi keçirilmişdir. Məhkəmənin 00497 №-li Hökmününə görə, müttəhimlərin hamısı onlara qarşı irəli sürülən ittihamlarda təqsirli bilinmişdirlər; praktiki cəhətdən isə onların fəaliyyəti təşkilata yeni üzvlərin cəlb edilməsi və təsərrüfatda ziyanvericilikdən ibarət olmuşdur. Xəlilov 15 il, Məmmədov, Əsədullayev, Əliyev və Rodionov 10 il, Lyubarski-Novikov 8 il müddətinə əmlakı müsadirə edilməklə azadlıqdan məhrum edilərək, islah əmək düşərgələrində cəzaçəkməyə məhkum olunmuşdurlar.
Məhkum olunmuşlar müxtəlif cəzaçəkmə düşərgələrində, o cümlədən Qazaxstanın Karaqanda düşərgəsində (Karlaq) cəza çəkmişdirlər. M. Xəlilov (1944-cü ildə), İ. Əsədullayev (1946-cı ildə) və Y. Rodionov (1942-ci ildə) həmin düşərgələrdə dünyalarını dəyişdilər. Təkcə B. Lyuborsi-Novikov barəsində 1943 ildə cinayət işi bağlanmışdır.
Bəraət
Stalinin ölümündən sonra, 5 mart 1953 ildə Mir Cəfər Bağırov K(b)P MK katibi vəzifəsindən azad edilmişdir. 1954 ilin may ayında isə SSRİ baş prokuroru R. A. Rudenkonun rəhbərliyi ilə "əksinqilabçıların" işlərinə yenidən baxmaq üçün Mərkəzi komissiya yaradılmışdır. Bu komissiyanın işinin əsas istiqamətlərindən biri də Azərbaycanda siyasi repressiyalar qurbanlarına bəraət (reabilitasiya) qazandırmaq idi.
SEMƏMT rəhbərlərinin işinə də bu komissiya tərəfindən Karlaqda 18 il sürgün həyatını yaşamış İskəndər Əliyevin verdiyi 11.11.1954 il tarixli ərizənin əsasında baxılmış və bu iş üzrə bütün məhkum edilmişlər bəraət almışdırlar.
23 aprel 1955-ci il tarixli SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 18146/41№-li Qərardadının surətində bildirilmişdir ki, SEMƏMT rəhbərlərinin "ittiham edilməsinin əsasında onların ilkin istintaq zamanı ziddiyətli ifadələri və öncə digər işlər üzrə məhkum olunan başqa adamların ifadələri durur. İlkin istintaq tərəfindən məhkum olunmuşlara qarşı ittiham materialları onlara qarşı qeyri-qanuni üsulların tətbiq edilməsi ilə saxtalaşdırılmışdır".
SEMƏMT işi M. C. Bağırov və onunla əlbir olanların məhkəmə prosesində
Bakıya qayıdandan dərhal sonra İskəndər Əliyev 1956-cı ilin aprel ayında o zaman təşkil olunan keçmiş Az. SSR K(B)P MK katibi M. C. Bağırov və onunla əlbir olanlar üzərində keçirilmiş məhkəmə prosesinə cəlb edilmişdir. Həmin məhkəmə onların hamısı onlara qarşı irəli sürülən ittihamlarda təqsirli bilərək ağır cəzalara məhküm edilmişdirlər. Məhkəmədə İ. Əliyev Bağırovun repressiyalarından zərərçəkmiş və şahid qismində SSRİ baş Prokuroru R. A. Rudenko tərəfindən dindirilmişdir və ittihamın əsas şahidlərindən biri idi. SEMƏMT rəhbərlərininə qarşı cinayət işinin saxtalaşdırılması və onlara işgəncələr verilməsi faktı həmin məhkəmədə sübuta yetirilərək M. C. Bağırov və onunla əlbir olanlara qarşı irəli sürülən əsas ittihamlardan biri kimi məhkəmə Hökmünun mətnində xatırlanmışdır.
Bəraət alandan az sonra, 1957-ci ildə Ə. Məmmədov Bakıda vəfat etmişdir. İ. Əliyev isə partiyada bərpa olunaraq Az. SSR xalq təsərrüfatında rəhbər vəzifələrdə çalışmış, sonra ümumittifaq təqaüdçüsü olmuş, 1972 ildə isə vəfat etmişdir.
Mənbə
- Əlizadə A. A. Azərbaycanda qırmızı terror:"sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyyətçi təşkilatı"nın işi (1938–1956) // Elmi əsərlər. Beynəlxalq elmi-nəzəri jurnal № 1 (30), Bakı, 2018, s. 142–153.
Ədəbiyyat
- Alizade, A. (2021). Red Terror in Azerbaijan: The Case of the "Reserve Rightwing Trotskyite Center of the Counterrevolutionary Nationalist Organization" (1938–1956). Journal of Universal History Studies, 4 (1), 54–66. DOI: 10.38000/juhis.908368.
- Айдын Али-заде. Красный террор в Азербайджане // Журнал "Уроки истории". Международный Мемориал, 2018.
- Aydin Əlizadə. Azərbaycanda siyasi repressiyalar tarixindən (1938–1956) // Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr. Beynalxalq konfransın məruzələr toplusu, Bakı, 2018. Bakı, 2019, s. 90–96.
- Политбюро и дело Берия. Сборник документов — М.:, 2012. С. 881–892.
- Смирнов Н. Рапава, Багиров и другие. Антисталинские процессы 1950-х гг.. — АИРО-XXI, 2014. — С. 123–124. — 380 с. — ISBN 978-5-91022-274-2.
- Теюб Гурбан (составитель). На имя Багирова, за подписью Багирова. Сборник архивных материалов / / Редактор А. Балаев.. — Баку: "Ol"npkt, 2016. — С. 59–60. — 392 с. — ISBN 978-9952-494-86-0.
İstinadlar
- . 2018-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
- . 2018-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
- "8 avqust 1940-c; il tarixli Qərar // İstintaq işi № 25910, c. 1–6, əsli, maşın yazısı, arxiv materialları". 2018-02-02 tarixində . İstifadə tarixi: 2018-02-07.
- "Bağırovun adına, Bağırovun imzası ilə. Arxiv materiallarının toplusu / Tərtib edən Teyyub Qurban. Redaktor A. Balayev. Bakı, 2016, s. 85, 59–60". 2020-11-22 tarixində . İstifadə tarixi: 2018-02-07.
- . 2018-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-12.
- "Smirnov N. Rapava, Bağırov və başqaları. 1950-çi illərin Stalin əleyhinə prosesləri. M.: AİPO-XXI, 2014, s. 123–124". 2020-11-22 tarixində . İstifadə tarixi: 2018-02-07.
- "17 sentyabr 1939-cu il tarixli istintaqın yekun Qərarı // İstintaq işi № 25910, c. 1–6, əsli, maşın yazısı, arxiv materialları". 2018-02-02 tarixində . İstifadə tarixi: 2018-02-07.
- "11 may 1941 il tatixli iqtisadi cinayət üzrə ekspertizanın Qərarı // İstintaq işi № 25910, c. 1–6, əsli, maşın yazısı, arxiv materialları". 8 February 2018 tarixində . İstifadə tarixi: 7 February 2018.
- "Məhkəmə hökmü // İstintaq işi № 25910, c. 1–6, əsli, maşın yazısı, arxiv materialları". 2018-02-02 tarixində . İstifadə tarixi: 2018-02-07.
- Qərardadın surəti // İstintaq işi № 25910, c. 1–6, əsli, maşın yazısı, arxiv materialları.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sag trotskici ehtiyat merkezinin eksinqilabi milliyetci teskilati SEMEMT rehberlerinin isi 1938 1956 ci illerde bir nece azerbaycanli xalq teserrufati rehberi o cumleden SSRI Ali Soveti deputatinin mehkum olundugu ve Azerbaycan SSR ali rehberliyi terefinden saxtalasdirilmis siyasi istintaq isi Bu is uzre 32 rayon partiya komitesi katibi 28 rayon icraiyye komitesi sedri 15 xalq komissari ve onlarin muavinleri 66 muhendis 88 Sovet ordusu ve Herbi deniz donanmasi komandiri 8 professor ve basqa selahiyyetli sexsler hebs edilerek gullelenmis ya da uzun muddete azadliqdan mehrum edilmisler ZeminBu is SSRI de Sovetler eleyhine sag trotskici bloku nun bascilari elan olunmus Buxarin ve Rikovun uzerinde aparilmis prosesin regional davami idi Istintaqin iddiasina gore SEMEMT Azerbaycan milliyetcilerinin esasen basqa milletlerin numayendelerinden olan sag trotskicilerle birliyini temin etmisdi Bu teskilat ona gore ehtiyatda olan adlandirilmisdir ki guya ondan qabaq 1936 1937 ci illerde XDIK terefinden darmadagin edilmis esas teskilatin evezinde yaradilmisdi bu yeni teskilatin uzvleri o zaman ehtiyatda idiler ve esas teskilat mehv edilenden sonra onun isini berpa etmeye calismislar SEMEMT in rehberleriIstintaq isinde asagida sadalanan teskilatin rehberleri kimi bir nece nefer yuksek vezifeli sexs gosterilmisdir Onlardan besi Azerbaycan SSR xalq teserrufati rehberi ve SSRI Ali Sovetinin 1 ci cagirisinin deputatlari idi Manaf Xelilov Az SSR Xalq Komissarlari Sovetinin 1 ci muavini Ibrahim Esedullayev Az SSR Xalq Daxili Ticaret komissari Ebulfet Memmedov Az SSR Xalq Ekincilik komissari Iskender Eliyev Az SSR Xalq Yungul Senaye komissari Yefim Rodionov Az SSR Xalq Rabite Komissarliginin mesul iscisi Lyuborski Novikov Xalq Komissarlari Sovetinin mesul iscisi yegane deputat olmayan rehber Xelilova Esedullayeva Memmedova ve Eliyeve Sovet rehberliyine qarsi terror aktlarinin hazirlanmasi ittihaminin ireli surulmesi qerari 8 avqust 1940 ci il Bundan basqa teskilatin rehberliyine daxil edilmeyen daha bir sag trotskici SSRI Ali Sovetinin deputati Nikolay Kulkov Az SSR K b P Lenin Rayon Komitesinin katibi mehkum edilmisdir Belelikle bu is uzre cemi alti SSRI Ali Sovetinin deputati mehkum edilmisdir Hebsler ve istintaqin gedisi1937 ci ilde Az SSR K b P katibi Mir Cefer Bagirovun gosterisi ile SSRI Ali Sovetinin azerbaycanli deputatlarina qarsi ifsaedici materiallar toplanmaga baslamisdi 1938 ci ilin iyun iyul aylarinda SEMEMT rehberleri bir nece sexsin onlara qarsi verdikleri ifadelerin esasinda hebs edilmisdirler Eliyevin Memmedovun ve Esedullayevin adlari 25 sentyabr 1938 ci il tarixli Stalinin siyahilarinin 1 ci kateqoriyasina salinmisdir Bu da o demek idi ki onlar gullelenmeli idiler Ancaq hemin ilin oktyabr ayindan repressiyalarin siddeti bir qeder yumsalmisdir Siyasi mehbuslarin coxusunu artiq gullelemirdiler uzun muddete azadliqdan mehrum edirdiler Belke de buna gore onlari edam etmediler Onlara qarsi asagidaki ittihamlar ireli surmusdur Azerbaycanin SSRI terkibinden cixmasi ucun silahli usyanin hazirlanmasi Azerbaycan K b P rehberliyine qarsi terror emeliyyatlarinin kecirilmesi SSRI ile dusmencilik eden olkelerle elaqelerin qurulmasi Dunya fasizminin SSRI ye qarsi hucumunun desteklenmesi SSRI nin dagilmasindan sonra hakimiyyete gelmek ucun paralel hokumetin yaradilmasi Ehalinin merkezi hakimiyyete qarsi inamsizliginin yaradilmasi ucun Azerbaycanda iqtisadi sabotaj ve ziyanvericiliyin heyata kecirilmesi Sovet hokumetine qarsi ehali arasinda tebligatin aparilmasi Sovetler eleyhine herekata yeni uzvlerin celb edilmesi Mehbuslara ittihamlari boyunlarina almasi ve istintaq terefinden evvelceden hazirlanmis siyahilar uzre basqa sexslerin adlarini vermesi meqsedile isgenceler verilmisdir Buna gore de onlara qarsi ireli surulen ittihamlari boyunlarina almisdirlar Mehbuslarin oz ifadelerinden imtina etmesi 1939 cu ilde istintaqin nisbeten mulayimlesmesinden sonra mehbuslarin hamisi once isgenceler altinda verdikleri ifadelerden imtina etmisdirler Buna gore de onlarin islerine Xalq Daxili Isler Komissarligi XDIK yaninda Xususi Musavire baxmisdi Buna baxmayaraq istintaq iddia etmisdir ki mehbuslarin once verdiyi ifadelerinden imtina etmeleri esassizdir ve onlar terefinden cinayet isleri uzre istintaq orqanlarini casdirmaq ve aldatmaq meqsedini gudur Bundan sonra SEMEMT rehberlerinin isi mehkemeye verilmisdir Ancaq SSRI Ali Mehkemesinin Herbi Kollegiyasi onlara qarsi ireli surulen ittihamlarin kifayet qeder esassiz saymis ve isi yeniden Az SSR XDIK e qaytardi Xalq teserrufatina ziyanverme ittihamlari Mehbuslar oz etirafedici ifadelerinden imtina edenden ve isin mehkeme terefinden geri qaytarilmasindan sonra istintaqin movqeyi xeyli zeiflemisdir Veziyyeti duzeltmek ucun SEMEMT rehberlerine qarsi bundan sonraki ittihamlar esasen xalq teserrufatinda eksinqilabciliq meqsedile ziyanvericilik ve dusunulmus sabotaj adi altinda davam etdirilmisdir Mehbuslarin hamisi Az SSR xalq teserrufati sisteminde yuksek vezifelerde isledikleri ucun isi bu ittihamlar uzerinde quraraq ona siyasi don geydirmek daha asan idi Bu meqsedle onlarin once rehberlik etdikleri sahelere xususi komissiyalar gonderilmis ve aparilan yoxlamalar esasinda istintaqin movqelerini tesdiq eden Aktlar tertib edilmisdir Bu Aktlarin esasinda mehbuslara yeni ittiham ireli surulmusdur SEMEMT rehberlerine qarsi mehkeme hokmu 7 avqust 1940 ci ilin Qerarina esasen M Xelilovun I Esedullayevin E Memmedovun ve I Eliyevin perakende isleri vahid bir cinayet isine billesdirilerek hemin ilin 31 avqustunda SSRI Ali Mehkemesinin Herbi Kollegiyasina gonderilmisdir Bundan sonra bir nece mehbus Moskvanin Butirka adlanan siyasi hebsxanasina gonderilmis ve yarim ile qeder orada hebsde qalmis ancaq sonra yeniden Bakiya qaytarilmisdir Nehayet 1941 ci ilin 30 avqust tarixinde SEMEMT rehberlerinin isi ile bagli Bakida Zaqafqasiya Herbi Dairesinin Herbi Tribunalinin seyyar iclasi terefinden bagli qapilar arxasinda mehkeme prosesi kecirilmisdir Mehkemenin 00497 li Hokmunune gore muttehimlerin hamisi onlara qarsi ireli surulen ittihamlarda teqsirli bilinmisdirler praktiki cehetden ise onlarin fealiyyeti teskilata yeni uzvlerin celb edilmesi ve teserrufatda ziyanvericilikden ibaret olmusdur Xelilov 15 il Memmedov Esedullayev Eliyev ve Rodionov 10 il Lyubarski Novikov 8 il muddetine emlaki musadire edilmekle azadliqdan mehrum edilerek islah emek dusergelerinde cezacekmeye mehkum olunmusdurlar Mehkum olunmuslar muxtelif cezacekme dusergelerinde o cumleden Qazaxstanin Karaqanda dusergesinde Karlaq ceza cekmisdirler M Xelilov 1944 cu ilde I Esedullayev 1946 ci ilde ve Y Rodionov 1942 ci ilde hemin dusergelerde dunyalarini deyisdiler Tekce B Lyuborsi Novikov baresinde 1943 ilde cinayet isi baglanmisdir Beraet Stalinin olumunden sonra 5 mart 1953 ilde Mir Cefer Bagirov K b P MK katibi vezifesinden azad edilmisdir 1954 ilin may ayinda ise SSRI bas prokuroru R A Rudenkonun rehberliyi ile eksinqilabcilarin islerine yeniden baxmaq ucun Merkezi komissiya yaradilmisdir Bu komissiyanin isinin esas istiqametlerinden biri de Azerbaycanda siyasi repressiyalar qurbanlarina beraet reabilitasiya qazandirmaq idi SEMEMT rehberlerinin isine de bu komissiya terefinden Karlaqda 18 il surgun heyatini yasamis Iskender Eliyevin verdiyi 11 11 1954 il tarixli erizenin esasinda baxilmis ve bu is uzre butun mehkum edilmisler beraet almisdirlar 23 aprel 1955 ci il tarixli SSRI Ali Mehkemesinin Herbi Kollegiyasinin 18146 41 li Qerardadinin suretinde bildirilmisdir ki SEMEMT rehberlerinin ittiham edilmesinin esasinda onlarin ilkin istintaq zamani ziddiyetli ifadeleri ve once diger isler uzre mehkum olunan basqa adamlarin ifadeleri durur Ilkin istintaq terefinden mehkum olunmuslara qarsi ittiham materiallari onlara qarsi qeyri qanuni usullarin tetbiq edilmesi ile saxtalasdirilmisdir SEMEMT isi M C Bagirov ve onunla elbir olanlarin mehkeme prosesindeBakiya qayidandan derhal sonra Iskender Eliyev 1956 ci ilin aprel ayinda o zaman teskil olunan kecmis Az SSR K B P MK katibi M C Bagirov ve onunla elbir olanlar uzerinde kecirilmis mehkeme prosesine celb edilmisdir Hemin mehkeme onlarin hamisi onlara qarsi ireli surulen ittihamlarda teqsirli bilerek agir cezalara mehkum edilmisdirler Mehkemede I Eliyev Bagirovun repressiyalarindan zerercekmis ve sahid qisminde SSRI bas Prokuroru R A Rudenko terefinden dindirilmisdir ve ittihamin esas sahidlerinden biri idi SEMEMT rehberlerinine qarsi cinayet isinin saxtalasdirilmasi ve onlara isgenceler verilmesi fakti hemin mehkemede subuta yetirilerek M C Bagirov ve onunla elbir olanlara qarsi ireli surulen esas ittihamlardan biri kimi mehkeme Hokmunun metninde xatirlanmisdir Beraet alandan az sonra 1957 ci ilde E Memmedov Bakida vefat etmisdir I Eliyev ise partiyada berpa olunaraq Az SSR xalq teserrufatinda rehber vezifelerde calismis sonra umumittifaq teqaudcusu olmus 1972 ilde ise vefat etmisdir MenbeElizade A A Azerbaycanda qirmizi terror sag trotskici ehtiyat merkezinin eksinqilabi milliyyetci teskilati nin isi 1938 1956 Elmi eserler Beynelxalq elmi nezeri jurnal 1 30 Baki 2018 s 142 153 EdebiyyatAlizade A 2021 Red Terror in Azerbaijan The Case of the Reserve Rightwing Trotskyite Center of the Counterrevolutionary Nationalist Organization 1938 1956 Journal of Universal History Studies 4 1 54 66 DOI 10 38000 juhis 908368 Ajdyn Ali zade Krasnyj terror v Azerbajdzhane Zhurnal Uroki istorii Mezhdunarodnyj Memorial 2018 Aydin Elizade Azerbaycanda siyasi repressiyalar tarixinden 1938 1956 Qafqazda dovletlerarasi munasibetler 100 il evvel ve muasir dovr Beynalxalq konfransin meruzeler toplusu Baki 2018 Baki 2019 s 90 96 Politbyuro i delo Beriya Sbornik dokumentov M 2012 S 881 892 Smirnov N Rapava Bagirov i drugie Antistalinskie processy 1950 h gg AIRO XXI 2014 S 123 124 380 s ISBN 978 5 91022 274 2 Teyub Gurban sostavitel Na imya Bagirova za podpisyu Bagirova Sbornik arhivnyh materialov Redaktor A Balaev Baku Ol npkt 2016 S 59 60 392 s ISBN 978 9952 494 86 0 Istinadlar 2018 02 10 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2018 02 07 2018 02 17 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2018 02 07 8 avqust 1940 c il tarixli Qerar Istintaq isi 25910 c 1 6 esli masin yazisi arxiv materiallari 2018 02 02 tarixinde Istifade tarixi 2018 02 07 Bagirovun adina Bagirovun imzasi ile Arxiv materiallarinin toplusu Tertib eden Teyyub Qurban Redaktor A Balayev Baki 2016 s 85 59 60 2020 11 22 tarixinde Istifade tarixi 2018 02 07 2018 02 12 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2018 02 12 Smirnov N Rapava Bagirov ve basqalari 1950 ci illerin Stalin eleyhine prosesleri M AIPO XXI 2014 s 123 124 2020 11 22 tarixinde Istifade tarixi 2018 02 07 17 sentyabr 1939 cu il tarixli istintaqin yekun Qerari Istintaq isi 25910 c 1 6 esli masin yazisi arxiv materiallari 2018 02 02 tarixinde Istifade tarixi 2018 02 07 11 may 1941 il tatixli iqtisadi cinayet uzre ekspertizanin Qerari Istintaq isi 25910 c 1 6 esli masin yazisi arxiv materiallari 8 February 2018 tarixinde Istifade tarixi 7 February 2018 Mehkeme hokmu Istintaq isi 25910 c 1 6 esli masin yazisi arxiv materiallari 2018 02 02 tarixinde Istifade tarixi 2018 02 07 Qerardadin sureti Istintaq isi 25910 c 1 6 esli masin yazisi arxiv materiallari