Bu məqalə Qala qəsəbəsi haqqındadır. Digər mənalar üçün Qala (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Qala — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati-ərazi vahidində qəsəbə.
Qala | |
---|---|
Ölkə | Azərbaycan |
Region | Abşeron |
Rayon | Xəzər rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 7 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 4.716 nəfər (2018) |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 |
Vikianbarda əlaqəli mediafayllar |
Ad
Qala kəndinin adı bilavasitə «qala» ilə əlaqədardır. Toponimin ilk baxışda belə sadə izahı bir tərəfdən tarixi-arxeoloji faktlara, digər tərəfdən isə xalq etimalogiyasına əsaslanır. Yerli yaşlı sakinlərin bəzisi kəndin adını «mühafizə olunan yer» kimi mənalandırır, başqa sözlə alınmaz, məğlubedilməz yer, kənd. Digər qism isə sözün məhz birbaşa mənası ilə, yəni «qala» ilə əlaqələndirir.
Tarixi dəlillər ikinci gümanı daha çox təsdiqləyir. Belə ki, burada XIV və XVII əsrin birinci yarısında inşa olunmuş qala istehkam və müşahidə qalaça tikililəri həmin ehtimalı həqiqət kimi qəbul etməyə üstünlük verir. Qeyd edək ki, XIV əsrə məxsus bu qala kəndin ən hündür yerində qaya üzərində inşa edilib. Paralel elmi tutuşdurmalar göstərir ki, bu qala konstruktiv memarlıq, həmçinin inşaat xüsusiyyətlərinə görə Mərdəkan, Şağan, Ramana və s. kəndlərdəki dördkünc qalalar tipinə aiddir. Yaşlı sakinlərin dediyinə görə, qalanın dibində zirzəmiyə oxşar yer olubmuş; guya burada təhlükə vaxtı 1000-1500 yaxın adam mühafizə oluna bilib. Bu dəqiq olmasa da Qalanın qalası əzəmətli olub. Sonradan qala dağıldığı üçün XVII əsrdə qala daşlarından bürclərdən birinin yerində məscid tikilib. Həyətində yeraltı yollar, kommunikasiya sistemləri aşkarlanıb. Kənd əhalisi ətrafdan XIV-XV əsrlərə məxsus mis pullar tapıb. Nadir şahın ruslarla müharibə apardığı dövrdə kənddə tikilmiş müşahidə qalasının yeri indi məlum deyil. Çox güman ki, o dairəvi formada olub. Yeri gəlmişkən, XVII əsrin ikinci yarısına kimi mənbələrdə kənd Nadiri-Qala adlanıb.
Tarixi
Qalada ən qədim yaşayış məskəni tunc dövrünə aiddir. İlk tapıntılar kəndin cənub hissəsində əldə edilib. Burada müxtəlif daş tikili qalıqları, saxsı qırıntıları və üzərində rəsmlər olan daşlarla zəngin qədim yaşayış məskəni aşkar edilib. Ümumiyyətlə Qala kəndində və ona bitişik olan ərazidə 215 memarlıq və arxeoloji abidə mövcuddur. Burada e.ə. III minilliyə aid tarixi mühit qorunub saxlanılır. Qala kəndinin ərazisində e.ə III minillikdən XX əsrə qədər tarixi əhəmiyyət daşıyan memarlıq abidələri — 5 məscid, 3 hamam, 4 ovdan, yaşayış evləri, kənd təsərrüfatı təyinatlı binalar, sərdabələr, məqbərələr, kurqanlar, qəsrin qalıqları və s. mövcuddur. Beş min illik tarixə malik olan Qala kəndində bir neçə məhəllə olub. Bunlardan Tərəkəmə, Balaverdi, Hacı Ramazan, Çəmbərəkənd bu günədək qalıb.
Tarixi abidələri
Maraq doğuran qədim abidələrdən biri də qavaldaşdır. Quru yüngül bir daşla qaya üzərinə toxunan kimi maraqlı səslər, qəribə bir zümzümə ətrafa yayılır. Maraqlıdır ki, Qobustan qayalıqlarında eradan əvvəlki dövrə təsadüf edilən qayaüstü təsvirlər, yeni daş Tunc dövrünə aid mağaralar Abşeronun şərqində Qala kəndi yaxınlığında Ağdaş düzü, Xaşaxuna və Dübəndi ərazisindəki arxeoloji qazıntılar zamanı da üzə çıxıb. Ən qədim yaşayış formalarından biri də «samanlıq»lar idi. Onlardan 2500-3000 il bundan əvvəl qədim yaşayış məskəni kimi istifadə edilib. Abşeronda meşə olmadığından bu cür yaşayış məskənləri əhəng daşından tikilib. Sonradan cəmiyyət inkişaf etdikcə samanlıqlardan tövlə, bəzən də taxıl anbarı kimi istifadə olunmağa başlayıb. Əslində, bu cür samanlıqların bir hissəsi yerin altında olmaqla ikihissəli inşa edilərdi. Aşağı enmək üçün pilləkənlər qoyulurdu. Dam örtüyü daşların səliqə ilə yığılmasından ibarət idi. Daşların arasına isə gil çəkilirdi.
Qala kəndində üç hamam mövcud olub: «Şor hamamı», «Qum hamamı» və «Bayraməli hamamı». «Şor hamamı» kəndin cənub hissəsində, Duz gölünün yaxınlığında yerləşib. Göldən ora su da çəkilib. Bu hamamın suyu duzlu olduğundan daha çox müalicəvi əhəmiyyət daşıyıb. Hamam dağılsa da, özülü bu günədək qalıb. Digər hamamlardan biri də «Qum hamamı»dır. Uzun müddət torpaq altında qalsa da, bərpa edilib. XII-XIV əsrlər memarlıq quruluşuna malik olan bu hamamda istirahət otaqları da olub. İstiliyin saxlanması üçün hamamın yer səthindən iki metr aşağıda yerləşib. Hamamın arxasında qazanxanası yerləşir. Divarların içi və döşəmənin altı ilə saxsı borular vasitəsilə keçən isti su hamamı qızdırıb. Səkkiz otaqdan ibarət olan hamamda xüsusi taxçalar da quraşdırılıb. Buradan təkcə yuyunmaq üçün yox, dincəlmək üçün də istifadə edilibmiş. Hətta müxtəlif görüşlər keçirilib, ticarət məsələləri araşdırılıb və s. Otaqların biri isə namaz qılmaq üçün istifadə edilib. Hətta deyirlər ki, türk səyyahı Cəlal Əsəd XIX əsrdə bu barədə belə yazırmış: «Hamamlar müsəlmanlar üçün məscidlər kimi lazımdır». Qala kəndində olan hamamlardan yalnız biri bu günədək fəaliyyət göstərir. «Bayraməli hamamı» adlanan bu tarixi abidənin giriş hissəsindəki epiqrofik yazıda tikilinin 1881-ci ildə Bayraməli adlı şəxs tərəfindən təmir edildiyi göstərilir. Kompleksin darvazalarından tutmuş ən son nöqtəsinə, eləcə də hasarına qədər hər bir elementdə, eksponatda diqqətçəkən əşyalarda bir qədimlik əks olunur. Müxtəlif mis qablar, dəridən hazırlanmış məişət əşyaları, evlərin döşənməsi, pilləkənlərin forması, eyvanlar, faytonlar, küplər, saxsı qablar, keramik əşyalar, araba, araba təkərləri, su quyuları, bir sözlə, burada nə varsa, hamısı qədim dünyanın bəxşişləridir. Muzeyi gəzərkən diqqəti həm də qayaüstü təsvirlərdə nöqtəli, həndəsi, xonça görünüşlü nişanlar çəkir. Bundan əlavə eramızdan əvvəl III minilliyin II yarısı — II minilliyin I yarısına qədərki dövrü əhatə edən qədim kurqanlar, qəbir daşları, yaşayış məskənləri, ibadət yerləri və bir sıra digər maddi-mədəniyyət nümunələrini görmək olar.
Abşeron yarımadasında tapılmış, e.ə. III-II minilliklərdən başlayaraq eramızın orta əsrlərinə qədərki tarixi əhatə edən qayaüstü rəsmlər öz mövzu və süjetlərinə görə çox rəngarəngdir. Burada ov, insanı qurban vermə, müqəddəs nikah və s. səhnələr təsvir olunmuşdur. Ayrı-ayrı təsvirlərdə əsas yer qadın ilahəsinə verilib. O daha əhatəli — ayaq üstə, əlləri göyə qalxmış vəziyyətdə göstərilib. Yarımadanın şərq hissəsinə aid olan ibadət mərkəzlərindən biri olmuş Bəndüstü abidəsində müqəddəs nikah əfsanəsi, heyvanların qurban verilməsi təsvirləri vardır. Qayaüstü təsvirlərdə nöqtəli, həndəsi, xonça görünüşlü nişanlar mühüm yer tutur. Abşeron ərazisində e.ə. III-II minilliyə aid bir sıra kurqanlar vardır. Kompleksin ərazisində onların bir neçəsı nümayiş edilir. Bu kurqanlardan biri «Dübəndi kurqanı» adlanır. Həmin kurqanın əsasını kromlex adlanan halqaşəkilli daş hörgü təşkil edir. Dəfn kamerası kurqanın mərkəzindədir. O cənub-qərb-şimal-şərq xətti üzrə istiqamətlənib, dörd həcmli daş piltədən təşkil olunub.
Kurqanlardan biri də «Türkan kurqanı»dır. Kurqanın hündürlüyü 60 sm, diametri 9 metrdir. Təpə qumlu və daşlıdır, əsas konstruksiya bir cərgədə halqaşəkilli daş hörmədən ibarətdir. Mərkəzdə dörd daş piltədən ibarət və tində quraşdırılmış kamera yerləşir (şaquli). Antropomorf heykəlin hündürlüyü 240 sm, əsası düzbucaqlıdır, eni 80 sm, üz tərəfi qərbə istiqamətlənib. Başı, boynu və sinəsi seçilir. Həmçinin bel nahiyəsində dördkünc formalı deşik vardır. Kurqan e.ə. III minilliyə aid edilir.
Qədim yaşayış məskəni Zirə daş piltələrdən tikilmiş dairəvi planlı tikilidir. Bu məskənin sakinləri heyvandarlıq, balıqçılıq və ovçuluqla məşğul olmuşlar. Ərazinin divarları güclü şimal küləklərindən qorunmaq üçün əhali tərəfindən irihəcmli daş və qayalarla möhkəmləndirilirdi. Bu məskəndə çoxlu sayda saxsı, sümük və daşdan hazırlanmış alətlər aşkar olunmuşdur. Bu məskənin sakinlərinin ideologiyası və dini baxışları daş tikililərin üzərində çoxlu sayda insan, heyvan təsvirləri və astral həndəsi işarələrdə öz əksini tapmışdır. Məskən e.ə. III minilliyin sonu — II minilliyin əvvəllərinə aid edilir. Abşeronun ayrı-ayrı qəbiristanlıqlarında islamaqədərki türk təfəkkürünə xas olan qoç heykəllərə rast gəlinir. Memorial abidələr üzərində Qurandan surələr, qafiyəli sətirlər, yaxud mərhum haqqında şeirlər verilirdi. Abidənin bəzədilməsi üçün daş üzərində oyma, cızma üsulu ilə bəzək açılır və ya heyvan fiquru həkk edilirdi. XIV-XVIII əsrlərə aid olan məzar daşlarının möhtəşəm nümunələrinə hazırda Abşeron kənd qəbiristanlıqlarında rast gəlmək olar.
Mədəniyyəti
Bütün ərazisi qoruq olan Qalada 2008-ci ildən açıq səma altında Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi yaradılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Qala arxeoloji və etnoqrafik muzey” kompleksinin layihəsində memarlıq-planlaşdırma və dizayn işlərinin müəllifi və icraçısı Hacıəmi Atakişiyev olmuşdur. Kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilən arxeoloji, memarlıq abidələri toplanılıb və bərpa olunub. Ərazisi 1,2 hektar olan muzey kompleksində Azərbaycanın tarixi incilərini seyr etmək və daha yaxşı anlamaq üçün əlverişli şərait var.
Sənətkarlıq
Qədimdə bu kənddə bir sıra sənət sahələri inkişaf edib. Onlardan biri dulusçuluq olub. Dulusçuluqla bağlı Qalada arxeoloji qazıntılar zamanı aşkar edilmiş saxsı məmulatlar da bədii cəhətdən çox maraqlıdır. Azərbaycanda dulusçuluq ənənələrində iki növ dulusçu çarxı vardı — əl çarxı və ayaq çarxı. Dulusçunun əsas aləti daraq, dulusçu bıçağı, sim, bel və s. idi. Həmin emalatxananın biri məhz kompleksdə yaradılıb. Eləcə də ağacdan asılmış nehrə, nalbəndin «iş otağı», qədim hanalar, xalça toxunuşu zamanı istifadə olunan alətlər — həvə, kirgit, qayçı, qarmaqlı bıçaq diqqət çəkir. Burada aşkarlanmış qədim evlərin hamısının yanında at-dəvə bağlamağa halqalı daş var. Eləcə də Şor gölün ətrafında tapılmış müxtəlif ölçülü dəyirman daşları da kompleksin dəyərli eksponatlarındandır.
Qala kəndinin əhalisi üçün ənənəvi təsərrüfat sahələrindən biri həmişə heyvandarlıq, xüsusilə də qoyunçuluq olub. Xüsusi bəslənmiş cins qala qoyunları çox məşhur olub. Əhali at və dəvə saxlayıb. Burada keçirilən at yarışlarına tamaşa etmək üçün tamaşaçılar uzaq məsafələr qət edirmiş.
Coğrafiya
Qala Abşeron yarımadasının şimal-şərqində yerləşir. Türkan, Şüvəlan və Qala gölü ilə əhatələnib. Sahil yaşayış məntəqələrinə nisbətən yayda havası isti və quru təsir bağışlayır, qəsəbənin ərazisi gilli-qara-sərt torpaqla örtülüb. Ərazinin yaşıllığı və bitki örtüyü çox zəifdir. Bir sıra Abşeron kəndləri kimi Qala da duz gölü ilə məşhur olub. Qala duzu öz ağlığına və tamına görə ən keyfiyyətlilərdən sayılıb. Camaat duzu çuvallara dolduraraq satmaq üçün Azərbaycanın müxtəlif bölgələrinə aparıb. Duz ilə əlaqədar camaat arasında belə bir əfsanə də yayılıb. Guya yerli xan qazanc məqsədilə şoru icarəyə vermək niyyətinə düşür. Lakin bu zaman şorun üstünü qan ləkəsi örtür. Bunu görən xan niyyətindən əl çəkir. Ona görə də əhali əvvəlki kimi heç bir ödəniş vermədən həmin duzdan istifadə edir.
Əhalisi
1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Bakı qəzasının Qala kəndində 424 evdə 1066 nəfəri kişilər, 1014 nəfəri qadınlar olmaqla 2080 nəfər isə Azərbaycan tatarı yaşayırdı.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2018-ci il tarixinə olan rəsmi məlumatına əsasən Qala qəsəbəsinin 4716 nəfər əhalisi vardır.
Tanınmışları
- Almas İldırım - Azərbaycanın mühacir şairi
- Arif Hüseynov - Azərbaycanın xalq rəssamı
- - Memar və "Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin fəxri sədri
- Muxtar Maniyev - Azərbaycanın xalq artisti, görkəmli aktyor
İqtisadiyyatı
Əsasən maldarlıq və əkinçilik.
İstinadlar
- Lider TV. "Qala qəsri necə fəth olundu?" (az.). Youtube.com. 28.09.2016. İstifadə tarixi: 2016-09-28.
- "Arxivlənmiş surət". 2021-09-25 tarixində . İstifadə tarixi: 2014-09-20.
- Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 3[ölü keçid]
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 2.5. 2012-ci ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı 2012-06-26 at the Wayback Machine (min nəfər)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqale Qala qesebesi haqqindadir Diger menalar ucun Qala deqiqlesdirme sehifesine baxin Qala Azerbaycan Respublikasinin Xezer rayonunun inzibati erazi vahidinde qesebe Qala40 26 21 sm e 50 10 03 s u Olke AzerbaycanRegion AbseronRayon Xezer rayonuTarixi ve cografiyasiMerkezin hundurluyu 7 mSaat qursagi UTC 04 00EhalisiEhalisi 4 716 nefer 2018 Resmi dili Azerbaycan diliReqemsal identifikatorlarTelefon kodu 994Qala Vikianbarda elaqeli mediafayllarAdQala kendinin adi bilavasite qala ile elaqedardir Toponimin ilk baxisda bele sade izahi bir terefden tarixi arxeoloji faktlara diger terefden ise xalq etimalogiyasina esaslanir Yerli yasli sakinlerin bezisi kendin adini muhafize olunan yer kimi menalandirir basqa sozle alinmaz meglubedilmez yer kend Diger qism ise sozun mehz birbasa menasi ile yeni qala ile elaqelendirir Tarixi deliller ikinci gumani daha cox tesdiqleyir Bele ki burada XIV ve XVII esrin birinci yarisinda insa olunmus qala istehkam ve musahide qalaca tikilileri hemin ehtimali heqiqet kimi qebul etmeye ustunluk verir Qeyd edek ki XIV esre mexsus bu qala kendin en hundur yerinde qaya uzerinde insa edilib Paralel elmi tutusdurmalar gosterir ki bu qala konstruktiv memarliq hemcinin insaat xususiyyetlerine gore Merdekan Sagan Ramana ve s kendlerdeki dordkunc qalalar tipine aiddir Yasli sakinlerin dediyine gore qalanin dibinde zirzemiye oxsar yer olubmus guya burada tehluke vaxti 1000 1500 yaxin adam muhafize oluna bilib Bu deqiq olmasa da Qalanin qalasi ezemetli olub Sonradan qala dagildigi ucun XVII esrde qala daslarindan burclerden birinin yerinde mescid tikilib Heyetinde yeralti yollar kommunikasiya sistemleri askarlanib Kend ehalisi etrafdan XIV XV esrlere mexsus mis pullar tapib Nadir sahin ruslarla muharibe apardigi dovrde kendde tikilmis musahide qalasinin yeri indi melum deyil Cox guman ki o dairevi formada olub Yeri gelmisken XVII esrin ikinci yarisina kimi menbelerde kend Nadiri Qala adlanib TarixiQalada en qedim yasayis meskeni tunc dovrune aiddir Ilk tapintilar kendin cenub hissesinde elde edilib Burada muxtelif das tikili qaliqlari saxsi qirintilari ve uzerinde resmler olan daslarla zengin qedim yasayis meskeni askar edilib Umumiyyetle Qala kendinde ve ona bitisik olan erazide 215 memarliq ve arxeoloji abide movcuddur Burada e e III minilliye aid tarixi muhit qorunub saxlanilir Qala kendinin erazisinde e e III minillikden XX esre qeder tarixi ehemiyyet dasiyan memarliq abideleri 5 mescid 3 hamam 4 ovdan yasayis evleri kend teserrufati teyinatli binalar serdabeler meqbereler kurqanlar qesrin qaliqlari ve s movcuddur Bes min illik tarixe malik olan Qala kendinde bir nece mehelle olub Bunlardan Terekeme Balaverdi Haci Ramazan Cemberekend bu gunedek qalib Tarixi abideleriQala qesri Maraq doguran qedim abidelerden biri de qavaldasdir Quru yungul bir dasla qaya uzerine toxunan kimi maraqli sesler qeribe bir zumzume etrafa yayilir Maraqlidir ki Qobustan qayaliqlarinda eradan evvelki dovre tesaduf edilen qayaustu tesvirler yeni das Tunc dovrune aid magaralar Abseronun serqinde Qala kendi yaxinliginda Agdas duzu Xasaxuna ve Dubendi erazisindeki arxeoloji qazintilar zamani da uze cixib En qedim yasayis formalarindan biri de samanliq lar idi Onlardan 2500 3000 il bundan evvel qedim yasayis meskeni kimi istifade edilib Abseronda mese olmadigindan bu cur yasayis meskenleri eheng dasindan tikilib Sonradan cemiyyet inkisaf etdikce samanliqlardan tovle bezen de taxil anbari kimi istifade olunmaga baslayib Eslinde bu cur samanliqlarin bir hissesi yerin altinda olmaqla ikihisseli insa edilerdi Asagi enmek ucun pillekenler qoyulurdu Dam ortuyu daslarin seliqe ile yigilmasindan ibaret idi Daslarin arasina ise gil cekilirdi Kendin cume mescidi Qala kendinde uc hamam movcud olub Sor hamami Qum hamami ve Bayrameli hamami Sor hamami kendin cenub hissesinde Duz golunun yaxinliginda yerlesib Golden ora su da cekilib Bu hamamin suyu duzlu oldugundan daha cox mualicevi ehemiyyet dasiyib Hamam dagilsa da ozulu bu gunedek qalib Diger hamamlardan biri de Qum hamami dir Uzun muddet torpaq altinda qalsa da berpa edilib XII XIV esrler memarliq qurulusuna malik olan bu hamamda istirahet otaqlari da olub Istiliyin saxlanmasi ucun hamamin yer sethinden iki metr asagida yerlesib Hamamin arxasinda qazanxanasi yerlesir Divarlarin ici ve dosemenin alti ile saxsi borular vasitesile kecen isti su hamami qizdirib Sekkiz otaqdan ibaret olan hamamda xususi taxcalar da qurasdirilib Buradan tekce yuyunmaq ucun yox dincelmek ucun de istifade edilibmis Hetta muxtelif gorusler kecirilib ticaret meseleleri arasdirilib ve s Otaqlarin biri ise namaz qilmaq ucun istifade edilib Hetta deyirler ki turk seyyahi Celal Esed XIX esrde bu barede bele yazirmis Hamamlar muselmanlar ucun mescidler kimi lazimdir Qala kendinde olan hamamlardan yalniz biri bu gunedek fealiyyet gosterir Bayrameli hamami adlanan bu tarixi abidenin giris hissesindeki epiqrofik yazida tikilinin 1881 ci ilde Bayrameli adli sexs terefinden temir edildiyi gosterilir Kompleksin darvazalarindan tutmus en son noqtesine elece de hasarina qeder her bir elementde eksponatda diqqetceken esyalarda bir qedimlik eks olunur Muxtelif mis qablar deriden hazirlanmis meiset esyalari evlerin dosenmesi pillekenlerin formasi eyvanlar faytonlar kupler saxsi qablar keramik esyalar araba araba tekerleri su quyulari bir sozle burada ne varsa hamisi qedim dunyanin bexsisleridir Muzeyi gezerken diqqeti hem de qayaustu tesvirlerde noqteli hendesi xonca gorunuslu nisanlar cekir Bundan elave eramizdan evvel III minilliyin II yarisi II minilliyin I yarisina qederki dovru ehate eden qedim kurqanlar qebir daslari yasayis meskenleri ibadet yerleri ve bir sira diger maddi medeniyyet numunelerini gormek olar Abseron yarimadasinda tapilmis e e III II minilliklerden baslayaraq eramizin orta esrlerine qederki tarixi ehate eden qayaustu resmler oz movzu ve sujetlerine gore cox rengarengdir Burada ov insani qurban verme muqeddes nikah ve s sehneler tesvir olunmusdur Ayri ayri tesvirlerde esas yer qadin ilahesine verilib O daha ehateli ayaq uste elleri goye qalxmis veziyyetde gosterilib Yarimadanin serq hissesine aid olan ibadet merkezlerinden biri olmus Bendustu abidesinde muqeddes nikah efsanesi heyvanlarin qurban verilmesi tesvirleri vardir Qayaustu tesvirlerde noqteli hendesi xonca gorunuslu nisanlar muhum yer tutur Abseron erazisinde e e III II minilliye aid bir sira kurqanlar vardir Kompleksin erazisinde onlarin bir necesi numayis edilir Bu kurqanlardan biri Dubendi kurqani adlanir Hemin kurqanin esasini kromlex adlanan halqasekilli das horgu teskil edir Defn kamerasi kurqanin merkezindedir O cenub qerb simal serq xetti uzre istiqametlenib dord hecmli das pilteden teskil olunub Kurqanlardan biri de Turkan kurqani dir Kurqanin hundurluyu 60 sm diametri 9 metrdir Tepe qumlu ve daslidir esas konstruksiya bir cergede halqasekilli das hormeden ibaretdir Merkezde dord das pilteden ibaret ve tinde qurasdirilmis kamera yerlesir saquli Antropomorf heykelin hundurluyu 240 sm esasi duzbucaqlidir eni 80 sm uz terefi qerbe istiqametlenib Basi boynu ve sinesi secilir Hemcinin bel nahiyesinde dordkunc formali desik vardir Kurqan e e III minilliye aid edilir Qedim yasayis meskeni Zire das piltelerden tikilmis dairevi planli tikilidir Bu meskenin sakinleri heyvandarliq baliqciliq ve ovculuqla mesgul olmuslar Erazinin divarlari guclu simal kuleklerinden qorunmaq ucun ehali terefinden irihecmli das ve qayalarla mohkemlendirilirdi Bu meskende coxlu sayda saxsi sumuk ve dasdan hazirlanmis aletler askar olunmusdur Bu meskenin sakinlerinin ideologiyasi ve dini baxislari das tikililerin uzerinde coxlu sayda insan heyvan tesvirleri ve astral hendesi isarelerde oz eksini tapmisdir Mesken e e III minilliyin sonu II minilliyin evvellerine aid edilir Abseronun ayri ayri qebiristanliqlarinda islamaqederki turk tefekkurune xas olan qoc heykellere rast gelinir Memorial abideler uzerinde Qurandan sureler qafiyeli setirler yaxud merhum haqqinda seirler verilirdi Abidenin bezedilmesi ucun das uzerinde oyma cizma usulu ile bezek acilir ve ya heyvan fiquru hekk edilirdi XIV XVIII esrlere aid olan mezar daslarinin mohtesem numunelerine hazirda Abseron kend qebiristanliqlarinda rast gelmek olar MedeniyyetiButun erazisi qoruq olan Qalada 2008 ci ilden aciq sema altinda Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi yaradilib Heyder Eliyev Fondunun tesebbusu ile yaradilan Qala arxeoloji ve etnoqrafik muzey kompleksinin layihesinde memarliq planlasdirma ve dizayn islerinin muellifi ve icracisi Haciemi Atakisiyev olmusdur Kompleksin erazisinde Abseron yarimadasinda askar edilen arxeoloji memarliq abideleri toplanilib ve berpa olunub Erazisi 1 2 hektar olan muzey kompleksinde Azerbaycanin tarixi incilerini seyr etmek ve daha yaxsi anlamaq ucun elverisli serait var SenetkarliqQedimde bu kendde bir sira senet saheleri inkisaf edib Onlardan biri dulusculuq olub Dulusculuqla bagli Qalada arxeoloji qazintilar zamani askar edilmis saxsi memulatlar da bedii cehetden cox maraqlidir Azerbaycanda dulusculuq enenelerinde iki nov duluscu carxi vardi el carxi ve ayaq carxi Duluscunun esas aleti daraq duluscu bicagi sim bel ve s idi Hemin emalatxananin biri mehz kompleksde yaradilib Elece de agacdan asilmis nehre nalbendin is otagi qedim hanalar xalca toxunusu zamani istifade olunan aletler heve kirgit qayci qarmaqli bicaq diqqet cekir Burada askarlanmis qedim evlerin hamisinin yaninda at deve baglamaga halqali das var Elece de Sor golun etrafinda tapilmis muxtelif olculu deyirman daslari da kompleksin deyerli eksponatlarindandir Qala kendinin ehalisi ucun enenevi teserrufat sahelerinden biri hemise heyvandarliq xususile de qoyunculuq olub Xususi beslenmis cins qala qoyunlari cox meshur olub Ehali at ve deve saxlayib Burada kecirilen at yarislarina tamasa etmek ucun tamasacilar uzaq mesafeler qet edirmis CografiyaQala Abseron yarimadasinin simal serqinde yerlesir Turkan Suvelan ve Qala golu ile ehatelenib Sahil yasayis menteqelerine nisbeten yayda havasi isti ve quru tesir bagislayir qesebenin erazisi gilli qara sert torpaqla ortulub Erazinin yasilligi ve bitki ortuyu cox zeifdir Bir sira Abseron kendleri kimi Qala da duz golu ile meshur olub Qala duzu oz agligina ve tamina gore en keyfiyyetlilerden sayilib Camaat duzu cuvallara dolduraraq satmaq ucun Azerbaycanin muxtelif bolgelerine aparib Duz ile elaqedar camaat arasinda bele bir efsane de yayilib Guya yerli xan qazanc meqsedile soru icareye vermek niyyetine dusur Lakin bu zaman sorun ustunu qan lekesi ortur Bunu goren xan niyyetinden el cekir Ona gore de ehali evvelki kimi hec bir odenis vermeden hemin duzdan istifade edir Ehalisi1859 1864 cu ile olan melumata esasen Baki quberniyasinin Baki qezasinin Qala kendinde 424 evde 1066 neferi kisiler 1014 neferi qadinlar olmaqla 2080 nefer ise Azerbaycan tatari yasayirdi Azerbaycan Respublikasinin Dovlet Statistika Komitesinin 1 yanvar 2018 ci il tarixine olan resmi melumatina esasen Qala qesebesinin 4716 nefer ehalisi vardir Taninmislari Almas Ildirim Azerbaycanin muhacir sairi Arif Huseynov Azerbaycanin xalq ressami Memar ve Azerbaycan Reklamcilar Ittifaqi Ictimai Birliyinin fexri sedri Muxtar Maniyev Azerbaycanin xalq artisti gorkemli aktyorIqtisadiyyatiEsasen maldarliq ve ekincilik IstinadlarLider TV Qala qesri nece feth olundu az Youtube com 28 09 2016 Istifade tarixi 2016 09 28 Arxivlenmis suret 2021 09 25 tarixinde Istifade tarixi 2014 09 20 Spiski naselennyh mest Rossijskoj Imperii Po Kavkazskomu krayu sostavlennye i izdavaemye Kavkazskim statisticheskim komitetom pri Glavnom upravlenii Namestnika Kavkazskogo LXV Bakinskaya guberniya Spisok naselennyh mest po svedeniyam 1859 po 1864 god Kavkazskim statatisticheskim komitetom pri Glavnom upravlenii namestnika kavkazskogo Sostavlen glavnym redaktorom Komiteta N Zejdlicem Tiflis V Tipografii glavnogo upravleniya namestnika kavkazskogo 26 noyabrya 1870 g Soderzhanie Spiskok naselyonnyh mest Bakinskoj gubernii str 3 olu kecid Azerbaycan Respublikasinin Dovlet Statistika Komitesi 2 5 2012 ci ilin evveline iqtisadi ve inzibati rayonlar elece de seher yasayis menteqeleri uzre ehalinin cins bolgusunde sayi 2012 06 26 at the Wayback Machine min nefer