Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Axund Məhəmmədəli Hüseynzadə (1760, Salyan – 1852, Tiflis) — Qafqaz müsəlmanlarının ilk şeyxülislamı. 1823-cü ildə Zaqafqaziya şiələrinə dini başçılıq etmək üçün Rusiya imperiyası tərəfindən təsis edilən ilk şeyxülislam rütbəsinə təyin edilib. O, Azərbaycan publisisti, rəssam və yazıçısı Əli bəy Hüseynzadənin ana tərəfdən babasıdır. Şeyxülislam 1852-ci ilə kimi Zaqafqaziya Ali Ruhani İdarəsinə rəhbərlik edib. Dini idarə o zaman Qafqazın iqtisadi və siyasi mərkəzi olan Tiflis şəhərində yerləşirdi.
Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə | |
---|---|
Qafqaz müsəlmanlarının I şeyxülislamı | |
1823 – 1846 | |
Əvvəlki | Qurum təsis olundu |
Sonrakı | Fazil İrəvani |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Salyan, Salyan sultanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası |
Uşağı | Əhməd Hüseynzadə |
Dini | islam, şiəlik |
Həyatı
Məhəmmədəli Hüseynzadə 1760-cı ildə Salyanda doğulmuşdur.Salyan və Gəncə şəhərində ibtidai dini təhsil almış, 1790-cı ildə İraqa getmiş, Bağdad Universitetinin ilahiyyat və tarix fakultələrini bitirmişdir. Təhsilini başa vurduqdan sonra 1802-ci ildə Tiflisə gəlir və Şah Abbas məscidinə axund təyin edilir. Uzun illər bu vəzifədə işləməklə təkcə Tifilisdə deyil, Şərqi və Qərbi Azərbaycan, Borçalı, Dağıstan əyalətlərində nüfuz sahibinə çevrilir. Məhz bu nüfuzun və hörmətin sayəsində 1823-cü ildə Qafqazın ilk Şeyxülislamı olur.
Fəaliyyəti
Müəyyən məsələlərdə hökumətə tabeçilikdən imtina etmiş axund və mollaları cəzalandırmaq onun üçün çox çətin və ağır idi. Rusiyanın Azərbaycanda həyata keçirdiyi siyasət isə xalq kütlələrinin narazılığını artırmışdı, din xadimləri daha bu narazılığı yatırmaqda imperiyaya yardımçı olmaq istəmirdilər. Nuxa , Şuşa qazısı itaətsizliyin əsas təşkilatçılarına çevrilmişdilər. Mollalar vergilərin yığılmasında çar məmurlarına maneçilik törədir, xütbələrində Rusiyanı dinsizlikdə günahlandırırdılar.
Şeyxülislamın üsyana və üsyançılara qarşı mübarizəsi Qafqaz Canişini qətiyyən təmin etmirdi. Hətta onunla Tiflisdə etdiyi söhbətlərdə verdiyi göstərişlər Şeyxülislamın etirazlarına səbəb olmuşdur. Bu etirazlar Peterburqa çatdıqda, qəribə də olsa, Şeyxin fikirləri əsas götürülərək 6 dekabr 1846-cı ildə çar I Nikolay fərmanla Azərbaycan bəylərinin torpaq üzərində irsi mülkiyyət hüququnu tanıdı və mülkiyyət bölgüsü məsələlərinin rus qanunları ilə yanaşı, şəriət əsasında da həll edilməsinə icazə verdi. Bununla da şəriət məhkəmələrinin rolu genişləndi və Şeyxülislamın təsir imkanları da artdı.
Onun dövründə 1834-cü ildə Yelizavetpol qəzasında yerləşən İmamzadə məscidinə məxsus torpaq sahəsi lazımi sənədlərin olmaması bəhanəsi ilə müsadirə edilmiş, yalnız Şeyxülislamın əks-reaksiyasından sonra 1844-cü ildə geri qaytarılmışdır.
Titulu
1828-ci il Türkmənçay müqaviləsinə qədər şeyxülislam vəzifəsi bir qayda olaraq axunduna həvalə olunurdu və məmurlar onu başqa-başqa adlarla çağırırdılar. Axund Şeyxülislam Məhəmmədəli Hüseynzadəyə həm "Tiflis tatar axundu", həm "Gürcüstanın Müsəlman ruhanilərinin rəhbəri", həm də "Qafqaz Şeyxülislamı" kimi müraciət edirdilər.
Sonrakı fəaliyyəti
1828-ci ildə Təbriz Ağa Mir Fəttah Təbatəbai Qafqazın şiə məzhəbindən olan ruhanilərə başçı təyin olunandan sonra Şeyxülislam daha ağır təzyiqlərə məruz qaldı. Şeyxülislam Məhəmmədəli Hüseynzadə Bağdadda təhsil alsa da, rus dilinə və ədəbiyyatına dərindən bələd idi. Peterburq və Moskva şəhərləində dəfələrlə səfər etmişdir. Hətta şeyx zamanında Moskvada Cümə məscidinin tikilməsi məsələsini də qaldırmişdı.
Şeyxülislam Məhəmmədəli Hüseynzadə 1846-cı ildə istefa verdi və onun yerinə neçə illər bir yerdə işləmiş, müavini Axund Fazil İravani keçdi.
Ölümü
Şeyxülislam Məhəmmədəli Hüseynzadə 1852-ci ildə vəfat etdi və dəfn edildi.
Kitabları
- "Ağızdan-ağıza keçmiş hədislər"
- "İslamın möcüzələri"
- "Qiyamətdə ölülərin dirilməsi"
- "Qəlb qidası"
İstinadlar
- Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə — Qafqaz Müsəlmanları İdarəsi rəsmi saytı (Google Cache)
Mənbə
- . . Bakı, "Nurlar", 2014, səh. 39–41.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqale boyuk olcude ve ya tamamile tek menbeye esaslanir Movzu ile bagli muzakire sehifesindeki muzakirelere qosula ve fikirlerinizi bildire bilersiniz Meqaleye etibarli menbeler elave ederek tekmillesdire bilersiniz Axund Mehemmedeli Huseynzade 1760 Salyan 1852 Tiflis Qafqaz muselmanlarinin ilk seyxulislami 1823 cu ilde Zaqafqaziya sielerine dini basciliq etmek ucun Rusiya imperiyasi terefinden tesis edilen ilk seyxulislam rutbesine teyin edilib O Azerbaycan publisisti ressam ve yazicisi Eli bey Huseynzadenin ana terefden babasidir Seyxulislam 1852 ci ile kimi Zaqafqaziya Ali Ruhani Idaresine rehberlik edib Dini idare o zaman Qafqazin iqtisadi ve siyasi merkezi olan Tiflis seherinde yerlesirdi Seyxulislam Axund Mehemmedeli HuseynzadeQafqaz muselmanlarinin I seyxulislami1823 1846EvvelkiQurum tesis olunduSonrakiFazil IrevaniSexsi melumatlarDogum tarixi 1760Dogum yeri Salyan Salyan sultanligiVefat tarixi 1852Vefat yeri Tiflis Tiflis qezasi Tiflis quberniyasi Rusiya imperiyasiUsagi Ehmed HuseynzadeDini islam sielikHeyatiMehemmedeli Huseynzade 1760 ci ilde Salyanda dogulmusdur Salyan ve Gence seherinde ibtidai dini tehsil almis 1790 ci ilde Iraqa getmis Bagdad Universitetinin ilahiyyat ve tarix fakultelerini bitirmisdir Tehsilini basa vurduqdan sonra 1802 ci ilde Tiflise gelir ve Sah Abbas mescidine axund teyin edilir Uzun iller bu vezifede islemekle tekce Tifilisde deyil Serqi ve Qerbi Azerbaycan Borcali Dagistan eyaletlerinde nufuz sahibine cevrilir Mehz bu nufuzun ve hormetin sayesinde 1823 cu ilde Qafqazin ilk Seyxulislami olur Fealiyyeti Mueyyen meselelerde hokumete tabecilikden imtina etmis axund ve mollalari cezalandirmaq onun ucun cox cetin ve agir idi Rusiyanin Azerbaycanda heyata kecirdiyi siyaset ise xalq kutlelerinin naraziligini artirmisdi din xadimleri daha bu naraziligi yatirmaqda imperiyaya yardimci olmaq istemirdiler Nuxa Susa qazisi itaetsizliyin esas teskilatcilarina cevrilmisdiler Mollalar vergilerin yigilmasinda car memurlarina manecilik toredir xutbelerinde Rusiyani dinsizlikde gunahlandirirdilar Seyxulislamin usyana ve usyancilara qarsi mubarizesi Qafqaz Canisini qetiyyen temin etmirdi Hetta onunla Tiflisde etdiyi sohbetlerde verdiyi gosterisler Seyxulislamin etirazlarina sebeb olmusdur Bu etirazlar Peterburqa catdiqda qeribe de olsa Seyxin fikirleri esas goturulerek 6 dekabr 1846 ci ilde car I Nikolay fermanla Azerbaycan beylerinin torpaq uzerinde irsi mulkiyyet huququnu tanidi ve mulkiyyet bolgusu meselelerinin rus qanunlari ile yanasi seriet esasinda da hell edilmesine icaze verdi Bununla da seriet mehkemelerinin rolu genislendi ve Seyxulislamin tesir imkanlari da artdi Onun dovrunde 1834 cu ilde Yelizavetpol qezasinda yerlesen Imamzade mescidine mexsus torpaq sahesi lazimi senedlerin olmamasi behanesi ile musadire edilmis yalniz Seyxulislamin eks reaksiyasindan sonra 1844 cu ilde geri qaytarilmisdir Titulu1828 ci il Turkmencay muqavilesine qeder seyxulislam vezifesi bir qayda olaraq axunduna hevale olunurdu ve memurlar onu basqa basqa adlarla cagirirdilar Axund Seyxulislam Mehemmedeli Huseynzadeye hem Tiflis tatar axundu hem Gurcustanin Muselman ruhanilerinin rehberi hem de Qafqaz Seyxulislami kimi muraciet edirdiler Sonraki fealiyyeti1828 ci ilde Tebriz Aga Mir Fettah Tebatebai Qafqazin sie mezhebinden olan ruhanilere basci teyin olunandan sonra Seyxulislam daha agir tezyiqlere meruz qaldi Seyxulislam Mehemmedeli Huseynzade Bagdadda tehsil alsa da rus diline ve edebiyyatina derinden beled idi Peterburq ve Moskva seherleinde defelerle sefer etmisdir Hetta seyx zamaninda Moskvada Cume mescidinin tikilmesi meselesini de qaldirmisdi Seyxulislam Mehemmedeli Huseynzade 1846 ci ilde istefa verdi ve onun yerine nece iller bir yerde islemis muavini Axund Fazil Iravani kecdi OlumuSeyxulislam Mehemmedeli Huseynzade 1852 ci ilde vefat etdi ve defn edildi Kitablari Agizdan agiza kecmis hedisler Islamin mocuzeleri Qiyametde olulerin dirilmesi Qelb qidasi IstinadlarSeyxulislam Axund Mehemmedeli Huseynzade Qafqaz Muselmanlari Idaresi resmi sayti Google Cache Menbe Baki Nurlar 2014 seh 39 41 ISBN 978 9952 490 50 3