Məşəl savaşı və ya "'Niyazabad döyüşü (türk. Meşaleler Savaşı) — 1578–1590-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı, 7 – 11 may, 8 may və ya 11 – 13 may 1583-cü il tarixlərində baş vermiş döyüş. Döyüş Samurçayın sahilində baş vermiş və üç gün davam etmişdir. Döyüşün adı tərəflərin gecə vaxtı məşəl işığında döyüşü davam etdirməsinə görə belə adlanmaqdadır. Döyüşdə qələbə qazanan Osmanlı ordusu komandanı Özdəmiroğlu Osman paşa Şirvanda möhkəmlənmək imkanı qazandı.
Niyazabad döyüşü və ya Məşəllər savaşı | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibəsi (1578-1590) | |||
| |||
Tarix | May 1583 | ||
Yeri | Samurçay sahilində Beştəpə adlanan yer. | ||
Nəticəsi | Osmanlıların qələbəsi | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
İtkilər | |||
| |||
Arxa plan
Yürüş 1578-ci ilin yayında Osmanlı ordusunun Amasya sülh müqaviləsinin şərtlərini pozaraq Səfəvi sərhədinə doğru yürüşə başlaması ilə iki imperiya arasında yeni müharibənin əsası qoyuldu. Bir neçə qələbədən sonra Gürcüstan və Şirvan Osmanlı ordusu tərəfindən ələ keçirildi. Osmanlı imperiyasının Şirvan bəylərbəyisi Özdəmiroğlu Osman paşa Dərbəndə idi. 1582-ci ildə artıq bir il idi ki, sülhlə bağlı danışıqlar gedməkdə idi və Məhəmməd Xudabəndənin səfiri İstanbul şəhərində idi. Elə bu ərəfələrdə Özdəmiroğlu Osman paşa öz nümayəndələrindən birini sultanın yanına göndərərək qızılbaşların qurduğu tələ barədə məlumat verdi. Beləki qızılbaş dəstələrindən biri Osmanlı sancaqbəyini artıq sülhün imzalandığına inandıraraq qala qapılarını açdırmış və sonra da hər birini qətlə yetirmişdir. Buna cavab olaraq, sultan Səfəvi səfirinin həbs edilməsini əmr etdi. Şirvandakı Osmanlı ordusunu gücləndirmək üçün Silistriya valisi Yaqub bəyə Rumeli ordusu ilə birlikdə Krımdan keçməklə yardıma getmək əmr edildi.
1583-cü ilin yazında yeni qüvvələr alan qızılbaş sərkərdəsi və Qarabağ bəylərbəyi İmamqulu xan Kürü keçərək Şirvana daxil oldu. Şamaxıda olarkən, Niyazabad ərazisində Yaqub bəyin Osmanlı qoşunlarının cəmləşməsi xəbərini alan İmamqulu xan Rüstəm xanı qızılbaş dəstəsi ilə onlara qarşı göndərdi. Şiddətli vuruşmada Yaqub bəy və digər türk hərbi başçıları öldürüldülər. Osmanlılar tamamilə darmadağın edildilər. Dərbəndə doğru geri çəkilən Osmanlı ordusunu qızılbaş döyüşçüləri təqib edirdilər. Məğlub olub geri çəkilən orduya yardım etmək üçün Osman paşa qoşunla Dərbənddən çıxmağa məcbur oldu.
25 aprel 1583-cü ildə öldürülən Yaqub bəyin döyüşçüləri öz komandanlarının qısasını alaçaqları ilə bağlı and içdikdən sonra Osman paşa ordu ilə birlikdə Dərbənddən çıxdı. Samurçayı keçdikdən sonra Beştəpə deyilən yerdə ordu dayandı. Elə bu ərəfələrdə, gürcü dəstələri istisna olmaqla ümumilikdə 50 min nəfərdən ibarət qızılbaş ordusunun ön dəstələri meydana çıxdı.
Dağıstanda və Şirvanda Osmanlı imperiyasının güclənməsi ayrı-ayrı yerli hakimlərin narazılığına səbəb olduğundan onlar hətta qızılbaşlarla ittifaqa girirdilər. Məsələn, Dağıstandakı hakimlərdən biri olan Şamxal və Əbubəkr Mirzə (və ya ibn Bürhan) Osman paşaya qarşı birgə çıxış etmək təklifi ilə Gəncənin qızılbaş hakiminə — İmamqulu xana müraciət etmişdilər.
Döyüş
Qızılbaş ordusunun mərkəz cinahına şahın qvardiyası — qorçular yerləşdirilmişdi. Sağ cinaha Rüstəm xan Hüsamoğlu və keçmişdə Osmanlı imperiyasına xidmət etmiş Şirvan bəylərindən olan İbn Bürhan komandanlıq edirdi. Sol cinaha isə Qarabağ bəylərbəyi İmamqulu xan komandanlıq etməkdə idi. Osmanlı ordusunun mərkəz qüvvələrinə 30 illik qara atının üstündə oturan və bu atının döyüşdən əvvəl kişnəməsini qələbə nişanəsi kimi qiymətləndirən Osman paşa komandanlıq etməkdə idi. Onun qarşısında 30 topla birlikdə, yeniçərilər yerləşdirilmişdi. Sağ cinaha Sivas bəylərbəyisi Heydər paşa, sol cinaha isə Yaqub bəyin ölümündən sonra Rumeli ordusuna komandanlıq edən Kefe bəylərbəyisi Cəfər paşa komandanlıq edirdi.
Səfər hər iki tərəf bir-birinə hücum etdi və toqquşmalar bütün gün davam etdi. Normalda atışmalar və toqquşmalar gecə düşdüyü zaman dayandırılırdı, lakin bu döyüşdə belə olmadı. Hər iki tərəf məşəl işığı altında atışmaları davam etdirdilər və hadisələrin bu cür cərəyan etməsi döyüşün "Məşəl döyüşü" və ya "məşəl ilə döyüş" adlandırılmasına yol açdı. Gecə yarısından sonra hər iki tərəfin razılığı ilə toqquşmalar müvəqqəti dayandırıldı. Hər iki tərəf cinahlarını qorumaq üçün qaravul dəstələri yerləşdirdi.
Ertəsi gün səhər döyüş bir gün əvvəlki ilə müqayisədə daha az şiddətlə davam etdi.Qızılbaşlar çayın yüksək sahilini tutduqlarına və Osmanlı qoşunlarını hər tərəfdən mühasirəyə aldıqlarına görə özlərinin qalib gələcəklərinə inanmaqda idilər. Lakin ikinci gün heç bir tərəfə qələbə gətirmədi. Məşəllər yenidən yandırıldı və döyüş gecə yarısına qədər davam etdi. Nəhayət, yorğun rəqiblər gecə yarısı dağıldılar. Osmanlılar məğlub olsaydılar, onların yerləşmələri də nəzərə alındığında bu, onlar üçün fəlakət ola bilərdi. Osman paşa belə bir nəticənin mümkünlüyünü anladı, əsgərlərinə iman yolunda şəhid olmaqdan başqa məqsədlərinin olmadığını söylədi.
Üçüncü günün səhərində də döyüş davam edirdi. Döyüşün gedişatında Cəfər paşa geri çəkilməyə başlasa da, digər cinahda Rumeli qoşunları qızılbaşlara təzyiqi artırdılar. Xüsusən Osmanlı ordusunun sol cinahından başlayan hücum nəticəsində qızılbaşların cinahı dağıdıldı və geri çəkilməyə başladı.
İbrahim Peçevinin sözlərinə görə, qızılbaş ordusunun geri çəkildiyini görən İmamqulu xan Qacar "qışqıraraq ey qorxaqlar, hara qaçırsınız ? Şahın çörəyi gələcəyinizə getməsin" demiş, lakin dediklərinin bir xeyrinin olmadığını gördükdən sonra özü də döyüşdən geri çəkilməyə başlamışdır.
Nəticəsi
Döyüşdən sonra meydanda xeyli sayda qızılbaş cəsədi qalmışdı. Ölən qızılbaş döyüşçülərin başı Osman paşanın əmri ilə kəsildi və onlardan "qüllə" düzəldildi, bu zaman məlum oldu ki, 7500 qızılbaş həyatını itirmişdir. Həmçinin 3 min qızılbaş əsir olaraq ələ keçirilmişdi. İmamqulu xan Qacar gürcü şahzadələrinə yazaraq köməyə gəlmələrini əmr etmişdisə də, onlar döyüş meydanına vaxtında gəlib çıxa bilməmişdilər. Rəhimizadənin yazdığına görə, gürcü döyüşçüləri döyüş meydanına gəlməyə çalışarkən azmış və yerli sakinlər tərəfindən öldürülmüşdülər. 17 əsilzadə gürcü əsir götürülmüş, həmçinin ölənlərin də başı kəsilərək Osman paşaya təqdim edilmişdir. Osman paşa bu kəsilmiş başları "Zəyəm bəyi Levənt xanın oğlu"na göndərmişdir. Osman paşa gürcü çarından Osmanlıya tabe olacaqları barədə razılığa gəldikləri halda niyə verdikləri sözü tapdadıqlarını soruşmuşdu. Döyüşdən sonra Osmanlı ordusuna 3 gün istirahət verildi və istirahətdən sonra ordu Şamaxıya getdi. Şamaxıda 40 gün ərzində bir qala tikildi. Gürcü və Dağıstan hakimlərindən qələbə münasibətilə təbriklər və tabe olma sözü aldıqdan sonra Osman paşa Dərbəndə yollandı.
Osmanlı tarixçilərinə görə, Osman paşa bu döyüşdə özünün ən böyük qələbələrindən birini qazanmışdır. İsmayıl Haqqı Uzunçarşılı bu döyüşü "məşhur döyüş", İbrahim Peçevi "böyük döyüş" adlandırır. Bu qələbə sayəsində Osman paşa Şirvandakı mövqelərini daha da gücləndirdi, beləliklə döyüşün nəticəsi Cənubi Qafqazda Osmanlı hakimiyyəti üçün həlledici oldu.
Səfəvilər dövlətinin hərbi uğursuzluqları xeyli dərəcədə ölkənin ağır daxili vəziyyəti ilə izah olunmalıdır. 1580-ci illərin əvvəllərindən başlayaraq, qızılbaş əyanlarının daxilindəki, həmçinin türk qızılbaşlarla dövlətin fars kökənli əyanları arasında münasibətləri də kəskinləşdi. Məşəl savaşındakə məğlubiyyətdən sonra sarayda qalmış yeganə yüksək vəzifəli qeyri-türk olan Mirzə Salman da qızılbaşlar tərəfindən öldürüldü.
Qeydlər
- Döyüşün tarixi və təsviri barədə müxtəlif fikirlər vardır. İ.H. Uzunçarşılı döyüşün dəqiq günü göstərməyərək yalnız ilini göstərir:
- İbrahim Peçevi:"Ordu Dərbənddən çıxıb ayın 6-da (29.4.1583) adı çəkilən yerdə düşərgə saldı. Ayən 18-də (11.5.1583) Beştəpə adlanan yerdə düşərgə salındı. Elə bu vaxt düşmən dəstələri peydə oldu."
- İosif fon Hammer-Purgstall:"29 apreldə Osma paşa ordusunun başında qızılbaşlara qarşı çıxmaq üçün Dərbəndi tərk etdi və 3 gün şəhərin qarşısındakı düzənliklərə baxış keçirdi. 4 gün sonra o, çətinliklə keçəcəyi Samurçayın sahilinə gəlib çatdı. Növbəti gecə Beştəpədəki mühafizə dəstələri qızılbaşların yaxınlaşması barədə məlumat verdilər. Növbəti səhər iki ordu qarşı-qarşıya gəldi."
- Şimşirgil:"29 apreldə o, qızılbaşlarda döyüşə getmək üçün şəhəri tərk etdi. 3 gün boyunca şəhərdə parad təşkil edildi. 4 gün sonra onlar Samurçaya çatıb, oranı keçdilər. Növbəti gecə Beştəpədəki mühafizə dəstələri qızılbaşların yaxınlaşdığını bildirdilər." - Digər adıƏbubəkr Mirzə olan İbn Bürhan Şirvanşahlar nəslindən idi və əvvəlcə Osmanlı imperiyası ilə birlikdə qızılbaşlara qarşı savaşırdı. Sonradan qızılbaşlar tərəfinə keçmiş və buna görə də, İbrahim Peçevi onu “bu tərəfdən üz döndərmiş [yəni sultana xəyanət etmiş] İbn Bürhan” və “xain kafir” adlandırmışdır.
Mənbə
İstinadlar
- Çiçek, 2007
- Фарах, 2005. səh. 72
- Печеви, 1988. səh. 56
- Hammer, 1836. səh. 112
- Hammer, 1836. səh. 112-113
- Əfəndiyev, 2007. səh. 211
- Печеви, 1988. səh. 54
- Hammer, 1836. səh. 114-115
- Фарах, 2005. səh. 72?
- Печеви, 1988. səh. 55
- Şimşirgil, 2013
- Uzunçarşılı, 1988
- Хотко, 2016
- Печеви, 1988. səh. 58
- Фарах, 2005. səh. 73
- Mitchell, 2011
- Əfəndiyev, 2007. səh. 212
Ədəbiyyat
- İbrahim Peçevi. История. Bakı: Elm. Tərcüməçi:Ziya Bünyadov. 1988.
- İosif fon Hammer-Purgstall. Histoire de l'Empire ottoman, depuis son origine jusqu'à nos jours. VI. Paris: Bellizard Barthès, Dufour & Lowell,. 1836. 6–439.
- Ahmet Şimşirgil. Kayı: Kudret ve Azamet Yılları. V. Timaş Tarih. 2013. 275. ISBN .
- Mitchell Colin P. New Perspectives on Safavid Iran: Empire and Society. Taylor & Francis. 2011. səh. 68. ISBN .
- Хотко С.Х. Черкесия в османо-сефевидской войне 1578-1591 гг. Черкесия в османо-сефевидской войне 1578-1591 гг. № 4. Genesis: исторические исследования. 2016. səh. 1—11.
- Çiçek Kemal. Osman Paşa, Özdemiroğlu (PDF). 33. Islam ansiklopedisi. 2007. səh. 471—473.
- Фарах Гусейн, Ибрахим Рахимизаде. Османо-Сефевидская война 1578—1590 гг.: по материалам трудов османского летописца Ибрахима Рахимизаде. Osmano-sefevidskai︠a︡ voĭna 1578-1590 gg: po materialam trudov osmanskogo letopist︠s︡a Ibrakhima Rakhimizade. Nurlan. 2005. səh. 222.
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. 407. ISBN .
- İsmail Haqqı Uzunçarşılı Osmanlı Tarihi. — Ankara: Türk Tarih Kurumu, 1988. — P. 73, cild 3. — 3114 p. Архивная копия от 7 мая 2017 на Wayback Machine (тур.). Osmanlı Tarihi. 3. Ankara: Türk Tarih Kurumu. 1988. səh. 73.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mesel savasi ve ya Niyazabad doyusu turk Mesaleler Savasi 1578 1590 ci iller Sefevi Osmanli muharibesi zamani 7 11 may 8 may ve ya 11 13 may 1583 cu il tarixlerinde bas vermis doyus Doyus Samurcayin sahilinde bas vermis ve uc gun davam etmisdir Doyusun adi tereflerin gece vaxti mesel isiginda doyusu davam etdirmesine gore bele adlanmaqdadir Doyusde qelebe qazanan Osmanli ordusu komandani Ozdemiroglu Osman pasa Sirvanda mohkemlenmek imkani qazandi Niyazabad doyusu ve ya Meseller savasiSefevi Osmanli muharibesi 1578 1590 Arifinin Secaetname eserinde doyusun tesviri Tarix May 1583Yeri Samurcay sahilinde Bestepe adlanan yer Neticesi Osmanlilarin qelebesiMunaqise terefleriOsmanli Imperiyasi Sefeviler ImperiyasiKomandan lar Ozdemiroglu Osman pasa Heyder pasa Cefer pasa Imamqulu xan Qacar Rustem xan Husamoglu Ebubekr ibn BurhanItkilerBilinmir 7500 olu 3000 esirArxa planYurus 1578 ci ilin yayinda Osmanli ordusunun Amasya sulh muqavilesinin sertlerini pozaraq Sefevi serhedine dogru yuruse baslamasi ile iki imperiya arasinda yeni muharibenin esasi qoyuldu Bir nece qelebeden sonra Gurcustan ve Sirvan Osmanli ordusu terefinden ele kecirildi Osmanli imperiyasinin Sirvan beylerbeyisi Ozdemiroglu Osman pasa Derbende idi 1582 ci ilde artiq bir il idi ki sulhle bagli danisiqlar gedmekde idi ve Mehemmed Xudabendenin sefiri Istanbul seherinde idi Ele bu erefelerde Ozdemiroglu Osman pasa oz numayendelerinden birini sultanin yanina gondererek qizilbaslarin qurdugu tele barede melumat verdi Beleki qizilbas destelerinden biri Osmanli sancaqbeyini artiq sulhun imzalandigina inandiraraq qala qapilarini acdirmis ve sonra da her birini qetle yetirmisdir Buna cavab olaraq sultan Sefevi sefirinin hebs edilmesini emr etdi Sirvandaki Osmanli ordusunu guclendirmek ucun Silistriya valisi Yaqub beye Rumeli ordusu ile birlikde Krimdan kecmekle yardima getmek emr edildi 1583 cu ilin yazinda yeni quvveler alan qizilbas serkerdesi ve Qarabag beylerbeyi Imamqulu xan Kuru kecerek Sirvana daxil oldu Samaxida olarken Niyazabad erazisinde Yaqub beyin Osmanli qosunlarinin cemlesmesi xeberini alan Imamqulu xan Rustem xani qizilbas destesi ile onlara qarsi gonderdi Siddetli vurusmada Yaqub bey ve diger turk herbi bascilari oldurulduler Osmanlilar tamamile darmadagin edildiler Derbende dogru geri cekilen Osmanli ordusunu qizilbas doyusculeri teqib edirdiler Meglub olub geri cekilen orduya yardim etmek ucun Osman pasa qosunla Derbendden cixmaga mecbur oldu 25 aprel 1583 cu ilde oldurulen Yaqub beyin doyusculeri oz komandanlarinin qisasini alacaqlari ile bagli and icdikden sonra Osman pasa ordu ile birlikde Derbendden cixdi Samurcayi kecdikden sonra Bestepe deyilen yerde ordu dayandi Ele bu erefelerde gurcu desteleri istisna olmaqla umumilikde 50 min neferden ibaret qizilbas ordusunun on desteleri meydana cixdi Dagistanda ve Sirvanda Osmanli imperiyasinin guclenmesi ayri ayri yerli hakimlerin naraziligina sebeb oldugundan onlar hetta qizilbaslarla ittifaqa girirdiler Meselen Dagistandaki hakimlerden biri olan Samxal ve Ebubekr Mirze ve ya ibn Burhan Osman pasaya qarsi birge cixis etmek teklifi ile Gencenin qizilbas hakimine Imamqulu xana muraciet etmisdiler DoyusQizilbas ordusunun merkez cinahina sahin qvardiyasi qorcular yerlesdirilmisdi Sag cinaha Rustem xan Husamoglu ve kecmisde Osmanli imperiyasina xidmet etmis Sirvan beylerinden olan Ibn Burhan komandanliq edirdi Sol cinaha ise Qarabag beylerbeyi Imamqulu xan komandanliq etmekde idi Osmanli ordusunun merkez quvvelerine 30 illik qara atinin ustunde oturan ve bu atinin doyusden evvel kisnemesini qelebe nisanesi kimi qiymetlendiren Osman pasa komandanliq etmekde idi Onun qarsisinda 30 topla birlikde yeniceriler yerlesdirilmisdi Sag cinaha Sivas beylerbeyisi Heyder pasa sol cinaha ise Yaqub beyin olumunden sonra Rumeli ordusuna komandanliq eden Kefe beylerbeyisi Cefer pasa komandanliq edirdi Sefer her iki teref bir birine hucum etdi ve toqqusmalar butun gun davam etdi Normalda atismalar ve toqqusmalar gece dusduyu zaman dayandirilirdi lakin bu doyusde bele olmadi Her iki teref mesel isigi altinda atismalari davam etdirdiler ve hadiselerin bu cur cereyan etmesi doyusun Mesel doyusu ve ya mesel ile doyus adlandirilmasina yol acdi Gece yarisindan sonra her iki terefin raziligi ile toqqusmalar muveqqeti dayandirildi Her iki teref cinahlarini qorumaq ucun qaravul desteleri yerlesdirdi Ertesi gun seher doyus bir gun evvelki ile muqayisede daha az siddetle davam etdi Qizilbaslar cayin yuksek sahilini tutduqlarina ve Osmanli qosunlarini her terefden muhasireye aldiqlarina gore ozlerinin qalib geleceklerine inanmaqda idiler Lakin ikinci gun hec bir terefe qelebe getirmedi Meseller yeniden yandirildi ve doyus gece yarisina qeder davam etdi Nehayet yorgun reqibler gece yarisi dagildilar Osmanlilar meglub olsaydilar onlarin yerlesmeleri de nezere alindiginda bu onlar ucun felaket ola bilerdi Osman pasa bele bir neticenin mumkunluyunu anladi esgerlerine iman yolunda sehid olmaqdan basqa meqsedlerinin olmadigini soyledi Ucuncu gunun seherinde de doyus davam edirdi Doyusun gedisatinda Cefer pasa geri cekilmeye baslasa da diger cinahda Rumeli qosunlari qizilbaslara tezyiqi artirdilar Xususen Osmanli ordusunun sol cinahindan baslayan hucum neticesinde qizilbaslarin cinahi dagidildi ve geri cekilmeye basladi Ibrahim Pecevinin sozlerine gore qizilbas ordusunun geri cekildiyini goren Imamqulu xan Qacar qisqiraraq ey qorxaqlar hara qacirsiniz Sahin coreyi geleceyinize getmesin demis lakin dediklerinin bir xeyrinin olmadigini gordukden sonra ozu de doyusden geri cekilmeye baslamisdir NeticesiDoyusden sonra meydanda xeyli sayda qizilbas cesedi qalmisdi Olen qizilbas doyusculerin basi Osman pasanin emri ile kesildi ve onlardan qulle duzeldildi bu zaman melum oldu ki 7500 qizilbas heyatini itirmisdir Hemcinin 3 min qizilbas esir olaraq ele kecirilmisdi Imamqulu xan Qacar gurcu sahzadelerine yazaraq komeye gelmelerini emr etmisdise de onlar doyus meydanina vaxtinda gelib cixa bilmemisdiler Rehimizadenin yazdigina gore gurcu doyusculeri doyus meydanina gelmeye calisarken azmis ve yerli sakinler terefinden oldurulmusduler 17 esilzade gurcu esir goturulmus hemcinin olenlerin de basi kesilerek Osman pasaya teqdim edilmisdir Osman pasa bu kesilmis baslari Zeyem beyi Levent xanin oglu na gondermisdir Osman pasa gurcu carindan Osmanliya tabe olacaqlari barede raziliga geldikleri halda niye verdikleri sozu tapdadiqlarini sorusmusdu Doyusden sonra Osmanli ordusuna 3 gun istirahet verildi ve istirahetden sonra ordu Samaxiya getdi Samaxida 40 gun erzinde bir qala tikildi Gurcu ve Dagistan hakimlerinden qelebe munasibetile tebrikler ve tabe olma sozu aldiqdan sonra Osman pasa Derbende yollandi Osmanli tarixcilerine gore Osman pasa bu doyusde ozunun en boyuk qelebelerinden birini qazanmisdir Ismayil Haqqi Uzuncarsili bu doyusu meshur doyus Ibrahim Pecevi boyuk doyus adlandirir Bu qelebe sayesinde Osman pasa Sirvandaki movqelerini daha da guclendirdi belelikle doyusun neticesi Cenubi Qafqazda Osmanli hakimiyyeti ucun helledici oldu Sefeviler dovletinin herbi ugursuzluqlari xeyli derecede olkenin agir daxili veziyyeti ile izah olunmalidir 1580 ci illerin evvellerinden baslayaraq qizilbas eyanlarinin daxilindeki hemcinin turk qizilbaslarla dovletin fars kokenli eyanlari arasinda munasibetleri de keskinlesdi Mesel savasindake meglubiyyetden sonra sarayda qalmis yegane yuksek vezifeli qeyri turk olan Mirze Salman da qizilbaslar terefinden olduruldu QeydlerDoyusun tarixi ve tesviri barede muxtelif fikirler vardir I H Uzuncarsili doyusun deqiq gunu gostermeyerek yalniz ilini gosterir Ibrahim Pecevi Ordu Derbendden cixib ayin 6 da 29 4 1583 adi cekilen yerde duserge saldi Ayen 18 de 11 5 1583 Bestepe adlanan yerde duserge salindi Ele bu vaxt dusmen desteleri peyde oldu Iosif fon Hammer Purgstall 29 aprelde Osma pasa ordusunun basinda qizilbaslara qarsi cixmaq ucun Derbendi terk etdi ve 3 gun seherin qarsisindaki duzenliklere baxis kecirdi 4 gun sonra o cetinlikle kececeyi Samurcayin sahiline gelib catdi Novbeti gece Bestepedeki muhafize desteleri qizilbaslarin yaxinlasmasi barede melumat verdiler Novbeti seher iki ordu qarsi qarsiya geldi Simsirgil 29 aprelde o qizilbaslarda doyuse getmek ucun seheri terk etdi 3 gun boyunca seherde parad teskil edildi 4 gun sonra onlar Samurcaya catib orani kecdiler Novbeti gece Bestepedeki muhafize desteleri qizilbaslarin yaxinlasdigini bildirdiler Diger adiEbubekr Mirze olan Ibn Burhan Sirvansahlar neslinden idi ve evvelce Osmanli imperiyasi ile birlikde qizilbaslara qarsi savasirdi Sonradan qizilbaslar terefine kecmis ve buna gore de Ibrahim Pecevi onu bu terefden uz dondermis yeni sultana xeyanet etmis Ibn Burhan ve xain kafir adlandirmisdir MenbeIstinadlar Cicek 2007 Farah 2005 seh 72 Pechevi 1988 seh 56 Hammer 1836 seh 112 Hammer 1836 seh 112 113 Efendiyev 2007 seh 211 Pechevi 1988 seh 54 Hammer 1836 seh 114 115 Farah 2005 seh 72 Pechevi 1988 seh 55 Simsirgil 2013 Uzuncarsili 1988 Hotko 2016 Pechevi 1988 seh 58 Farah 2005 seh 73 Mitchell 2011 Efendiyev 2007 seh 212 Edebiyyat Ibrahim Pecevi Istoriya Baki Elm Tercumeci Ziya Bunyadov 1988 Iosif fon Hammer Purgstall Histoire de l Empire ottoman depuis son origine jusqu a nos jours VI Paris Bellizard Barthes Dufour amp Lowell 1836 6 439 Ahmet Simsirgil Kayi Kudret ve Azamet Yillari V Timas Tarih 2013 275 ISBN 9786050813005 Mitchell Colin P New Perspectives on Safavid Iran Empire and Society Taylor amp Francis 2011 seh 68 ISBN 9781136991943 Hotko S H Cherkesiya v osmano sefevidskoj vojne 1578 1591 gg Cherkesiya v osmano sefevidskoj vojne 1578 1591 gg 4 Genesis istoricheskie issledovaniya 2016 seh 1 11 Cicek Kemal Osman Pasa Ozdemiroglu PDF 33 Islam ansiklopedisi 2007 seh 471 473 Farah Gusejn Ibrahim Rahimizade Osmano Sefevidskaya vojna 1578 1590 gg po materialam trudov osmanskogo letopisca Ibrahima Rahimizade Osmano sefevidskai a voĭna 1578 1590 gg po materialam trudov osmanskogo letopist s a Ibrakhima Rakhimizade Nurlan 2005 seh 222 Oqtay Efendiyev Azerbaycan Sefeviler dovleti Baki Serq Qerb 2007 407 ISBN 978 9952 34 101 0 Ismail Haqqi Uzuncarsili Osmanli Tarihi Ankara Turk Tarih Kurumu 1988 P 73 cild 3 3114 p Arhivnaya kopiya ot 7 maya 2017 na Wayback Machine tur Osmanli Tarihi 3 Ankara Turk Tarih Kurumu 1988 seh 73