Məhəmmədhəsən xan Sərdar İrəvani və ya Xan Babaxan Sərdar (d. İrəvan xanlığı - ö. 1855, Qacar dövləti) - Məhəmməd xan Ziyadlı-Qacarın oğlu, Məhəmməd şah Qacarın və Nəsrəddin şah Qacarın dövründə Yəzd və Kerman hakimi, sonuncu İrəvan xanının qardaşı.
Məhəmmədhəsən xan Sərdar İrəvani | |
---|---|
محمدحسن خان سردار ایروانی | |
Doğum yeri | İrəvan xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Qacar dövləti |
Vətəndaşlığı | İrəvan xanlığı Qacar dövləti |
Həyat yoldaşı | Mahruxsar xanım Fəxrəddövlə |
Atası | Məhəmməd xan Qacar Ziyadlı |
Dini | Şiə İslam |
Fəaliyyəti | Müxtəlif vilayətlərdə hakimlik |
Tanınır | Qacar dövlətində mühüm siyasi fəaliyyətinə görə |
Həyatı
Məhəmmədhəsən xan İrəvan xanı Məhəmməd xanın oğlu, sonuncu İrəvan xanı Hüseynqulu xan Sərdarın və Həsən xan Qacarın qardaşıdır. O, ailəsinin irsi hakimliyə malik olduğu İrəvan xanlığında vəliəhd xanzadə olaraq dünyaya gəlmişdir. Ailəsi Qacar tayfasının Ziyadlı tirəsinə mənsubdur. İrəvan ruslar tərəfindən işğal edildikdən sonra Məhəmmədhəsən xanın ailəsi Tehrana köçmüşdür. Burada siyasi fəaliyyətə başlayan Məhəmmədhəsən xan məşhur Qacar şahzadəsi Abbas Mirzənin qızı və Məhəmməd şah Qacarın bacısı olan Mahruxsar xanım Fəxrəddövlə ilə ailə həyatı qurmuşdur.
İraq hakimliyi
1839-cu ildə atasının ölümündən sonra onun xan titulu və vəzifələri Məhəmmədhəsənə verildi. Bu vəzifələrə İraqın idarə edilməsi də daxil idi. İraqı idarə etmək üçün oraya yollanan Məhəmmədhəsən oğlu Abdullah xanı da özü ilə apardı. Məhəmməd şahın ölümündən sonra Hacı Mirzə Ağasının baş vəzir təyin edilməsinə etiraz olaraq Böyük Britaniya səfirliyinə nümayəndəlik göndərildi. Buu nümayəndəliyə Məhəmmədhəsən xandan əlavə Mirzə Yusif xan Aştiyani, Mirzə Nəsrulla Ərdəbili, Abbasqulu xan Cavanşir, Mirzə Məhəmməd xan Sipəhsalar, Hüseynəli xan əl-Məmalek də daxil edilmişdir.
Eyni zamanda İraq əhalisi Əraq şəhərinin qurucusu və İraqın uzun müddət hakimi olmuş Yusif xan Gürcünün təlqinləri ilə üsyana başladı. Yusif xan Abdullah xanın İraq hakimliyi vəzifəsindən uzaqlaşdırılmasını tələb etməkdə idi. O, eyni zamanda Təbrizdən yola çıxıb Tehrana yollanan Nəsrəddin şahı şəhərə daxil olarkən qarşılamaq və bağlılıq andı içmək üçün oğlu Məhəmmədəli xanı İraq ordusu ilə birlikdə göndərdi.
İraqdan göndərilən ordunu öz hakimliyinin əmri və idarəsi altında olan vilayət ordusunun bir hissəsi kimi görən Məhəmmədhəsən xan bunun qarşısını almaq qərarına gəldi. Onun əmri ilə Marağa alayının komandanı Hüseyn Paşa xan gecə ilə hücum edərək Yusif xanın göndərdiyi tərksilah etməyi bacardı. O zaman Nasirəddin şah Qəzvində idi və bu hadisədən xəbər tutanda bunu Məhəmməd Həsənin özbaşınalığı kimi yozmuş və ona tənbeh məktubu yazmışdır ki, əgər yenə də həddi aşarsa, onun başını kəsəcək.
Buna görə də, Məhəmmədhəsən xan Nəsrəddin şah Tehrana çatan zaman onu qarşılayan digər saray əyanları arasında olmur. Bu müddət ərzində öz evində oturan Məhəmmədhəsən xan öz evindən qırağa çıxmayaraq keçirir, yalnız Mirzə Tağı xan Əmir Kəbir baş vəzir olduqdan sonra onunla şahı barışdırır.
Yəzd hakimliyi
Şahla münasibətlərini yaxşılaşdırdıqdan sonra Məhəmmədhəsən xan 1849-cu ildə Yəzd hakimi təyin edildi. Lakin o, öz adətinə uyğun olaraq bu əyalətə heç getmədi belə və öz yerinə qardaşının oğlu Ağa xan İrəvanini göndərdi. Bu zaman Yəzd şəhərində artıq Babi hərəkatı üzvləri ortaya çıxmağa başlamış, əyalətdə nizam-intizam pozulmağa doğru getmişdi. Ağa xan İrəvani babilərlə bacara bilmədiyi üçün Məhəmmədhəsən xan digər qohumu Şeyxəli xan Makuyini oraya göndərdi. Şeyxəli xan bidətçilərlə məsələni böyük miqyasda həll etməyi bacardı.
1851-ci ildə Nəsrəddin şah İsfahana səfər edərkən onu müşayət edən Əmir Kəbir kimi saray əyanlarının yanında Məhəmmədhəsən xan da iştirak etmişdir. həmin ildə Əmir Kəbir baş vəzir vəzifəsindən uzaqlaşdırıldı. Şah ona qəzəbləndiyi üçün Əmir Kəbirin öldürülməsi düşünülürdü. Bunun baş verməməsi üçün ruslar onun evinə nümayəndələr göndərdilər və rus qoruması altında olduğunu elan etdilər. Məhəmmədhəsən xanın rus vətəndaşlığı olduğu üçün şah ondan rus səfiri ilə görüşmə təşkil etməsini istədi. Şah səfirdən niyə şahın anasının və bacısının yaşadığı əmirin evinə rus əsgərlərinin göndərildiyini soruşmaq istəyirdi.
Mirzə Ağa xan Nurinin baş vəzirliyi zamanı Məhəmmədhəsən xan öz mövqeyini gücləndirdi. Ona Hümayun titulunun verilməsi ilə birlikdə, Qacar ordusunun 7 alayının komandanlığı ona tapşırıldı. Bundan başqa, 5 alyın komandanlığı da onun oğlu Abdullaha həvalə edildi.
Məhəmmədhəsən xan öz hakimliyi altında olan torpaqlarda iqtisadiyyatı və sənətkarlığı dirçəltmək yolu ilə əhalinin sayını artırmağa çalışırdı. Onun hakimliyi dövründə Yəzddə Divari sarayı və Gəncəli xan sarayı bərpa edildi. Hər iki saray xaraba vəziyyətində idi. O, həmçinin Tehranda yerləşən Sərdar bağının da yaradıcısı hesab edilir.
Sərdar bağı
Məhəmmədhəsən xan Baharestan küçəsində tiktirmiş olduğu bağa görə çox məşhurlaşmışdı. Bu bağ Baharestan küçəsində yerləşməklə birlikdə, o zaman Tehran şəhərinin kənarında, Jalə küçəsinin şimal sərhədində idi. Bu bağı suvarmaq üçün Ab Sərdar adlı suvarma kanalı da çəkilmişdi. Bu kanal bağın şərq hissəsi boyunca axmaqda idi və hal-hazırda qurumuş vəziyyətdədir. Hacı Mirzə Ağasının ölümündən sonra Məhəmməd şahın dövründə bir çox dövlət vəzifələrini öz əllərində saxlayan irəvanlılar bu bağa sığındılar. Buraya sığınan şəxslərin bir çoxunun Hacı Mirzə Ağasının ölümündə günahları var idi. Onlar burada mərhum şahın arvadı tərəfindən onların bağışlandıqları elan edildikdən sonra dağılışdılar.
Sərdar sarayının varlığı 30-40 ildən çox davam etmədi. Məhəmmədhəsən xanın ölümündən sonra Mahruxsar xanım Fəxrəddövlə bağı hissələrə böldürdü və tədricən satdı. Bağın ən böyük hissəsi əsilzadə Hacı Əli xan Müqəddəmə satıldı. Hacı Əli xan Məhəmmədhəsən xan Müqəddəmin atası idi. Bağı satın alan Hacı Əli xan da bağı öz növbəsində Paşa xan Əmin əl-Mülkə satdı. Paşa xanı da bir müddət sonra bağı Mirzə Hüseyn xan Sipəhsalara satdı. Sipəhsəların (1871-1873) dövründə bağın ərazisində Baharestan bağı və torpaqlarda Sipəhsəlar məscidini tikdirdi.
Bağın qalan hissəsi evlərə, eləcə də bu gün ərazisini təşkil edən kiçik və böyük bağlara çevrildi.
Ailəsi və soyu
Soyu
Atası 1784-cü ildən 1805-ci ilə qədər İrəvan xanı olmuşdur. 1805-ci ildə İrəvan xanı Məhəmməd İrəvanın mühasirəsi zamanı və ondan sonra Rusiya ilə qarşılıqlı əlaqədə olduğuna görə şah tərəfindən Tehrana çağırılmış, onun yerinə Mehdiqulu xan Qacar xan təyin edilmişdir.
Məhəmmədhəsənin qardaşı Hüseyn xan Sərdar 1807-ci ildən 1827-ci ilə qədər İrəvanın son xanı olaraq xidmət etmişdir. Məhəmmədhəsənin bir bacısı Fətəli şah Qacar tərəfindən oğlu Mahmud Mirzəyə alınmış və onun əsas arvadı olmuşdur.
Ailəsi
Məhəmmədhəsən xan Məhəmməd şah Qacarın bacısı və Abbas Mirzə Qacarın qızlarından biri Mahruxsar xanım Fəxrəddövlə ilə evlənmişdir.
Oğlanları:
- Məhəmməd xan Mirpənc
- Briqada generalı Yusif xan
- Əbülfəth xan Sarm əl-Dövlə
- Əbdülhüseyn xan Fəxr ül-Mülk
Qızları:
- Fərruxə Laqa Xanım (şahzadə İsmayıl mirzə Qovanlı-Qacarın arvadı)
- Badi əl-Cəmal (özünün dayısının və Bəhmən Mirzənin oğlu Ənuşirəvan mirzə Qovanlı-Qacar ilə evlənmişdir)
- Fatimə Şəmxs əl-Sultanı (Mirzə Davud Nurinin arvadı)
- Huma Xanım (Mirzə Naib əl-Ayalənin arvadı)
Məhəmmədhəsən xanın bir digər arvadı Fəxr əl-Dövlə olmuşdur. Məhəmmədhəsən xanın bu qadınla olan evliliyindən bir oğlu və bir qızı olmuşdur:
- Abdullah xan
- Ağa Bəyim
Məhəmmədhəsən xanın Abbas Mirzənin qızı və Məhəmməd şahın bacısından olan evliliyindən formalaşan nəsil tirəsinin indiki rəhbəri Almaniyada yaşayan Əmir Əli Sərdari İrəvanidir. Əmir Əli Sərdari İrəvani İranda doğulsa da, hal-hazırda Almaniyada yaşamaqdadır. O, tez-tez Azərbaycan Respublikasına səfərlər etməklə birlikdə, müxtəlif diaspora layihələrində də iştirak etmişdir.
İstinadlar
- Çingizoğlu, 2008. səh. 334
- Hicazi, 2004. səh. 149
- "БАБИТЫ, бабиды". religiocivilis.ru. 5 avqust 2016. 28 dekabr 2022 tarixində . İstifadə tarixi: 12 fevral 2024.
- "انوار، عبدالله. باغ سردار (از مباحث تهران شناسی)" (PDF). ensani.ir. 6 noyabr 2019. 25 Apr 2023 tarixində (PDF). İstifadə tarixi: 12 fevral 2024.
- "باغ سردار" (PDF). www.ensani.ir. 2023-04-25 tarixində (PDF). İstifadə tarixi: 12 fevral 2024.
- Bournoutian, 2021. səh. 115, 118, 286
- Bournoutian, 2004. səh. 519–520
- Bournoutian, 2021. səh. 282
- Brookshaw, 2006
- "سفرنامه رضا قلی میرزا نایب الایاله نوه فتحعلی شاه". fa.wikinoor.ir. 2022-12-28 tarixində . İstifadə tarixi: 12 fevral 2024.
- IRINA TSUKERMAN. "The Treasure Map to the Forgotten Epoch of the Iravan Khanate". moderndiplomacy.eu. 2 avqust 2020. 2022-03-07 tarixində . İstifadə tarixi: 12 fevral 2024.
- "İrəvan xanının varisi Naxçıvanda". qafqazinfo.az. 16 avqust2023. 2023-08-24 tarixində . İstifadə tarixi: 12 fevral 2024.
- "İrəvan xanının nəticəsi: "Qarabağda olduğuma görə çox xoşbəxtəm"". 525.az. 25 avqust 2022. 2022-08-31 tarixində . İstifadə tarixi: 12 fevral 2024.
Mənbə
- Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: Şuşa. 2008.
- Səadət Nuri, Hüseyn. Məhəmmədhəsən xan İrəvani və ya Xan Bababaxan Sərdar. Vəhid, 37-ci sayı. 1967.
- Bənəfşə Hicazi. — ب تذکره اندرونی: شرح احوال و شعر شاعران زن در عصر قاجار تا پهلوی اول. چاپ نشر قصیده سرا، ۱۳۸۲. ۱۴۹ [Əndəruni təzkərəsi: Qacar dövründən I Pəhləviyə qədər qadın şairlərin şeiri və bioqrafiyası]. Tehran: Qəsidəsara nəşri. 2004. ISBN .
- Bournoutian, George. Ḥosaynqoli Khan Sardār-e Iravāni. Encyclopædia Iranica, Volume XII/5. London and New York: Routledge & Kegan Paul. In Yarshater, Ehsan (ed.). 2004. ISBN .
- Bournoutian, George. From the Kur to the Aras: A Military History of Russia's Move into the South Caucasus and the First Russo-Iranian War, 1801–1813. Brill. 2021. ISBN .
- Brookshaw, Dominic Parviz. MAḤMUD MIRZĀ. Encyclopædia Iranica, Online Edition. Encyclopædia Iranica Foundation. In Yarshater, Ehsan (ed.). 2006.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediyada bu soyadli muxtelif adamlar haqqinda meqaleler var bax Irevani Mehemmedhesen xan Serdar Irevani ve ya Xan Babaxan Serdar d Irevan xanligi o 1855 Qacar dovleti Mehemmed xan Ziyadli Qacarin oglu Mehemmed sah Qacarin ve Nesreddin sah Qacarin dovrunde Yezd ve Kerman hakimi sonuncu Irevan xaninin qardasi Mehemmedhesen xan Serdar Irevaniمحمدحسن خان سردار ایروانیDogum yeri Irevan xanligiVefat tarixi 1855Vefat yeri Qacar dovletiVetendasligi Irevan xanligi Qacar dovletiHeyat yoldasi Mahruxsar xanim FexreddovleAtasi Mehemmed xan Qacar ZiyadliDini Sie IslamFealiyyeti Muxtelif vilayetlerde hakimlikTaninir Qacar dovletinde muhum siyasi fealiyyetine goreHeyatiMehemmedhesen xan Irevan xani Mehemmed xanin oglu sonuncu Irevan xani Huseynqulu xan Serdarin ve Hesen xan Qacarin qardasidir O ailesinin irsi hakimliye malik oldugu Irevan xanliginda veliehd xanzade olaraq dunyaya gelmisdir Ailesi Qacar tayfasinin Ziyadli tiresine mensubdur Irevan ruslar terefinden isgal edildikden sonra Mehemmedhesen xanin ailesi Tehrana kocmusdur Burada siyasi fealiyyete baslayan Mehemmedhesen xan meshur Qacar sahzadesi Abbas Mirzenin qizi ve Mehemmed sah Qacarin bacisi olan Mahruxsar xanim Fexreddovle ile aile heyati qurmusdur Iraq hakimliyi 1839 cu ilde atasinin olumunden sonra onun xan titulu ve vezifeleri Mehemmedhesene verildi Bu vezifelere Iraqin idare edilmesi de daxil idi Iraqi idare etmek ucun oraya yollanan Mehemmedhesen oglu Abdullah xani da ozu ile apardi Mehemmed sahin olumunden sonra Haci Mirze Agasinin bas vezir teyin edilmesine etiraz olaraq Boyuk Britaniya sefirliyine numayendelik gonderildi Buu numayendeliye Mehemmedhesen xandan elave Mirze Yusif xan Astiyani Mirze Nesrulla Erdebili Abbasqulu xan Cavansir Mirze Mehemmed xan Sipehsalar Huseyneli xan el Memalek de daxil edilmisdir Eyni zamanda Iraq ehalisi Eraq seherinin qurucusu ve Iraqin uzun muddet hakimi olmus Yusif xan Gurcunun telqinleri ile usyana basladi Yusif xan Abdullah xanin Iraq hakimliyi vezifesinden uzaqlasdirilmasini teleb etmekde idi O eyni zamanda Tebrizden yola cixib Tehrana yollanan Nesreddin sahi sehere daxil olarken qarsilamaq ve bagliliq andi icmek ucun oglu Mehemmedeli xani Iraq ordusu ile birlikde gonderdi Iraqdan gonderilen ordunu oz hakimliyinin emri ve idaresi altinda olan vilayet ordusunun bir hissesi kimi goren Mehemmedhesen xan bunun qarsisini almaq qerarina geldi Onun emri ile Maraga alayinin komandani Huseyn Pasa xan gece ile hucum ederek Yusif xanin gonderdiyi terksilah etmeyi bacardi O zaman Nasireddin sah Qezvinde idi ve bu hadiseden xeber tutanda bunu Mehemmed Hesenin ozbasinaligi kimi yozmus ve ona tenbeh mektubu yazmisdir ki eger yene de heddi asarsa onun basini kesecek Buna gore de Mehemmedhesen xan Nesreddin sah Tehrana catan zaman onu qarsilayan diger saray eyanlari arasinda olmur Bu muddet erzinde oz evinde oturan Mehemmedhesen xan oz evinden qiraga cixmayaraq kecirir yalniz Mirze Tagi xan Emir Kebir bas vezir olduqdan sonra onunla sahi barisdirir Yezd hakimliyi Sahla munasibetlerini yaxsilasdirdiqdan sonra Mehemmedhesen xan 1849 cu ilde Yezd hakimi teyin edildi Lakin o oz adetine uygun olaraq bu eyalete hec getmedi bele ve oz yerine qardasinin oglu Aga xan Irevanini gonderdi Bu zaman Yezd seherinde artiq Babi herekati uzvleri ortaya cixmaga baslamis eyaletde nizam intizam pozulmaga dogru getmisdi Aga xan Irevani babilerle bacara bilmediyi ucun Mehemmedhesen xan diger qohumu Seyxeli xan Makuyini oraya gonderdi Seyxeli xan bidetcilerle meseleni boyuk miqyasda hell etmeyi bacardi 1851 ci ilde Nesreddin sah Isfahana sefer ederken onu musayet eden Emir Kebir kimi saray eyanlarinin yaninda Mehemmedhesen xan da istirak etmisdir hemin ilde Emir Kebir bas vezir vezifesinden uzaqlasdirildi Sah ona qezeblendiyi ucun Emir Kebirin oldurulmesi dusunulurdu Bunun bas vermemesi ucun ruslar onun evine numayendeler gonderdiler ve rus qorumasi altinda oldugunu elan etdiler Mehemmedhesen xanin rus vetendasligi oldugu ucun sah ondan rus sefiri ile gorusme teskil etmesini istedi Sah sefirden niye sahin anasinin ve bacisinin yasadigi emirin evine rus esgerlerinin gonderildiyini sorusmaq isteyirdi Mirze Aga xan Nurinin bas vezirliyi zamani Mehemmedhesen xan oz movqeyini guclendirdi Ona Humayun titulunun verilmesi ile birlikde Qacar ordusunun 7 alayinin komandanligi ona tapsirildi Bundan basqa 5 alyin komandanligi da onun oglu Abdullaha hevale edildi Mehemmedhesen xan oz hakimliyi altinda olan torpaqlarda iqtisadiyyati ve senetkarligi dirceltmek yolu ile ehalinin sayini artirmaga calisirdi Onun hakimliyi dovrunde Yezdde Divari sarayi ve Genceli xan sarayi berpa edildi Her iki saray xaraba veziyyetinde idi O hemcinin Tehranda yerlesen Serdar baginin da yaradicisi hesab edilir Serdar bagi Mehemmedhesen xan Baharestan kucesinde tiktirmis oldugu baga gore cox meshurlasmisdi Bu bag Baharestan kucesinde yerlesmekle birlikde o zaman Tehran seherinin kenarinda Jale kucesinin simal serhedinde idi Bu bagi suvarmaq ucun Ab Serdar adli suvarma kanali da cekilmisdi Bu kanal bagin serq hissesi boyunca axmaqda idi ve hal hazirda qurumus veziyyetdedir Haci Mirze Agasinin olumunden sonra Mehemmed sahin dovrunde bir cox dovlet vezifelerini oz ellerinde saxlayan irevanlilar bu baga sigindilar Buraya siginan sexslerin bir coxunun Haci Mirze Agasinin olumunde gunahlari var idi Onlar burada merhum sahin arvadi terefinden onlarin bagislandiqlari elan edildikden sonra dagilisdilar Serdar sarayinin varligi 30 40 ilden cox davam etmedi Mehemmedhesen xanin olumunden sonra Mahruxsar xanim Fexreddovle bagi hisselere boldurdu ve tedricen satdi Bagin en boyuk hissesi esilzade Haci Eli xan Muqeddeme satildi Haci Eli xan Mehemmedhesen xan Muqeddemin atasi idi Bagi satin alan Haci Eli xan da bagi oz novbesinde Pasa xan Emin el Mulke satdi Pasa xani da bir muddet sonra bagi Mirze Huseyn xan Sipehsalara satdi Sipehselarin 1871 1873 dovrunde bagin erazisinde Baharestan bagi ve torpaqlarda Sipehselar mescidini tikdirdi Bagin qalan hissesi evlere elece de bu gun erazisini teskil eden kicik ve boyuk baglara cevrildi Ailesi ve soyuSoyu Atasi 1784 cu ilden 1805 ci ile qeder Irevan xani olmusdur 1805 ci ilde Irevan xani Mehemmed Irevanin muhasiresi zamani ve ondan sonra Rusiya ile qarsiliqli elaqede olduguna gore sah terefinden Tehrana cagirilmis onun yerine Mehdiqulu xan Qacar xan teyin edilmisdir Mehemmedhesenin qardasi Huseyn xan Serdar 1807 ci ilden 1827 ci ile qeder Irevanin son xani olaraq xidmet etmisdir Mehemmedhesenin bir bacisi Feteli sah Qacar terefinden oglu Mahmud Mirzeye alinmis ve onun esas arvadi olmusdur Ailesi Mehemmedhesen xan Mehemmed sah Qacarin bacisi ve Abbas Mirze Qacarin qizlarindan biri Mahruxsar xanim Fexreddovle ile evlenmisdir Oglanlari Mehemmed xan Mirpenc Briqada generali Yusif xan Ebulfeth xan Sarm el Dovle Ebdulhuseyn xan Fexr ul Mulk Qizlari Ferruxe Laqa Xanim sahzade Ismayil mirze Qovanli Qacarin arvadi Badi el Cemal ozunun dayisinin ve Behmen Mirzenin oglu Enusirevan mirze Qovanli Qacar ile evlenmisdir Fatime Semxs el Sultani Mirze Davud Nurinin arvadi Huma Xanim Mirze Naib el Ayalenin arvadi Mehemmedhesen xanin bir diger arvadi Fexr el Dovle olmusdur Mehemmedhesen xanin bu qadinla olan evliliyinden bir oglu ve bir qizi olmusdur Abdullah xan Aga Beyim Mehemmedhesen xanin Abbas Mirzenin qizi ve Mehemmed sahin bacisindan olan evliliyinden formalasan nesil tiresinin indiki rehberi Almaniyada yasayan Emir Eli Serdari Irevanidir Emir Eli Serdari Irevani Iranda dogulsa da hal hazirda Almaniyada yasamaqdadir O tez tez Azerbaycan Respublikasina seferler etmekle birlikde muxtelif diaspora layihelerinde de istirak etmisdir IstinadlarCingizoglu 2008 seh 334 Hicazi 2004 seh 149 BABITY babidy religiocivilis ru 5 avqust 2016 28 dekabr 2022 tarixinde Istifade tarixi 12 fevral 2024 انوار عبدالله باغ سردار از مباحث تهران شناسی PDF ensani ir 6 noyabr 2019 25 Apr 2023 tarixinde PDF Istifade tarixi 12 fevral 2024 باغ سردار PDF www ensani ir 2023 04 25 tarixinde PDF Istifade tarixi 12 fevral 2024 Bournoutian 2021 seh 115 118 286 Bournoutian 2004 seh 519 520 Bournoutian 2021 seh 282 Brookshaw 2006 سفرنامه رضا قلی میرزا نایب الایاله نوه فتحعلی شاه fa wikinoor ir 2022 12 28 tarixinde Istifade tarixi 12 fevral 2024 IRINA TSUKERMAN The Treasure Map to the Forgotten Epoch of the Iravan Khanate moderndiplomacy eu 2 avqust 2020 2022 03 07 tarixinde Istifade tarixi 12 fevral 2024 Irevan xaninin varisi Naxcivanda qafqazinfo az 16 avqust2023 2023 08 24 tarixinde Istifade tarixi 12 fevral 2024 Irevan xaninin neticesi Qarabagda olduguma gore cox xosbextem 525 az 25 avqust 2022 2022 08 31 tarixinde Istifade tarixi 12 fevral 2024 MenbeEnver Cingizoglu Qacarlar ve Qacar kendi Baki Susa 2008 Seadet Nuri Huseyn Mehemmedhesen xan Irevani ve ya Xan Bababaxan Serdar Vehid 37 ci sayi 1967 Benefse Hicazi ب تذکره اندرونی شرح احوال و شعر شاعران زن در عصر قاجار تا پهلوی اول چاپ نشر قصیده سرا ۱۳۸۲ ۱۴۹ Enderuni tezkeresi Qacar dovrunden I Pehleviye qeder qadin sairlerin seiri ve bioqrafiyasi Tehran Qesidesara nesri 2004 ISBN 9647675763 Bournoutian George Ḥosaynqoli Khan Sardar e Iravani Encyclopaedia Iranica Volume XII 5 London and New York Routledge amp Kegan Paul In Yarshater Ehsan ed 2004 ISBN 978 0 933273 79 5 Bournoutian George From the Kur to the Aras A Military History of Russia s Move into the South Caucasus and the First Russo Iranian War 1801 1813 Brill 2021 ISBN 978 9004445154 Brookshaw Dominic Parviz MAḤMUD MIRZA Encyclopaedia Iranica Online Edition Encyclopaedia Iranica Foundation In Yarshater Ehsan ed 2006