Xilaskar kilsəsi (alm. Erlöserkirche) — 28 may küçəsində (keçmiş Telefonnaya) yerləşən lüteran kilsəsidir. Kilsə 1896-1899-cu illərdə Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilmişdir.
Xilaskar kilsəsi | |
---|---|
Erlöserkirche | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Nəsimi rayonu, 28 may küçəsi, 17 |
Aidiyyatı | Lüteranlıq |
Memar | Adolf Eyxler |
Tikilmə tarixi | 1896-1899 |
Üslubu | Neoqotika |
Vəziyyəti | Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalı kimi fəaliyyət göstərir |
İstinad nöm. | 112 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Kirxanın planında dartılmış düzbucaqlı formasında olan, dərin ajidonlu zal təqdim olunmuşdur. Təmiz divar fonunda qabarıq profillənmiş qotik tağ diqqətəlayiqdir. Ajido qübbə və yanlardakı tağşəkilli pəncərə yerləri ilə birgə zal interyerinin daxili fəzasının mərkəzi oxunu müəyyən edir.
Kirxanın birqülləli şaquli kompozisiyası həyətin dərinliyindədir. Mütənasib proporsiyalar, inşaat qurğusunun əsas hissələrinin səlis bölümləri və qotik elementlərin dekoratic artıqlığına yol vermədən əldə olunmuş həcmi plastika binanı çox ifadəli edir. Ciddi, bir qədər irəli çıxan səciyyəvi pilonlar mərkəzi portalı daha çox nəzərə çatdırır. Portal dekorativ, dinamik frontonla tamamlanır.Tarixi
Yevangelik-Lüteran İcması
Cənubi Qafqazda Lüteranlıq XIX əsrin 20-ci illərindən etibarən, Azərbaycanda Yelenendorf və Annenfeld alman koloniyalarının yaradılmasından sonra yayılmağa başlamışdır. Həmin dövrlərdə kolonistlər Yevangelik-Lüteran Ali Konsistoriyasına tabe olurdular. 1810-cu ildə Xarici İnamların Mərkəzi İdarəsi (rus. Главное управление иностранных исповеданий) yaradılmış və 1817-ci ildən həmin mərkəz Rusiya İmperiyasının Dini İşlər Nazirliyinin tərkibinə daxil olmuşdur. 1937-ci ildə fəaliyyətinə xitam verilənə kimi Azərbaycanın Yevangelik-Lüteran Cəmiyyəti birləşmiş Cənubi Qafqaz Yevangelik-Lüteran Cəmiyyətinin tərkibinə daxil olmuşdur.
1864-cü ildə Moskvadan Bakıya Eyxler, De Burr qardaşları, Otto Lend və başqaları köçürlər. Bakıda 1870-ci ildə qurulmuş Yevangelik-Lüteran İcmasının də təşkilatçıları alman-lüteranlar olurlar. 1873-cü ildə Bakıya, birlikdə lüteran inaclı isveçlilər də köçürlər. 1877-ci ildə Bakı quberniyasında 3430 alman yaşayırdı.
Yer seçilməsi
1877-ci ildə Bakı qubernatoru olan general-mayor Valerian Pozen lüteranlara təmsilçi və kilsə soveti üzvlərini seçməyə, həmçinin kirxa və ibtidai məktəb inşa etməyə icazə verir. Sovetə mühəndis Tol, mühəndis Ferdinand Lemkul, əczaçı Karl Eyxler, mekxanika zavodunun sahibi Otto Lend, Vilhelm Zorqe (kəşfiyyatçı Rixard Zorgenin atası), Qotlib Tsine və isveçrəli Sunqren daxil idi. 2 may 1878-ci ildə Bakı Yevangelik-Lüteran Sovetinin üzvləri Lemkul, Meyer, Eyxler, Lents, Tsinne və başqaları Şəhər İdarəsinə müraciət edərək, ibadət evi və ibtidami məktəb binalarının tikilməsi üçün yer ayırılmasını xahiş edirlər. Müraciətdə keçmiş Nikolayevskaya (indiki İstiqlaliyyət) küçəsində hazırda Bakı Şəhər İcra Hakimiyyətinin binası yerləşən yerin ayrılması xahiş edilirdi.
1879-cu ilin fevralında lüteran icmasının Kilsə Soveti Şəhər İdarəsinə yenidən müraciət edərək, əvvəl qeyd edimiş yerdə ərazi ayırılmasını, əgər mümkün deyilsə, Tatar qəbirsanlığının Şərq tərəfində, həbsxana ərazisi ilə üzbəüz ərrazinin (hazırda “Monolit” binasının yerləşdiyi ərazi) ayırılmasını xahiş edir.1859-cu ildən həmin qəbirsanlıqda ölülərin dəfn edilməsinə icazə verilməsə də, əhali hələ də oradakı məzarları ziyarət edirdi. Bakının 1878-ci ildə təşkil edilmiş baş planına əsasən bu ərazidə qala divarları boyunca sənətkarlıq sıralarının, həbsxana ilə üzbəüz yaradılacaq meydanda isə ticarət işləri üçün istifadə olunmalı idi. Buna görə də, Şəhər İdarəsi Kilsə Sovetinə başqa ərazi seçməyi təklif edir.
28 iyun 1879-cu ildə F. Lemkul, həmçinin Kilsə Sovetinin üzvləri K. Eyxler və O. Lents yenidən Şəhər İdarəsinə müraciət edərək şəhər mərkəzindən çox uzaq olmayan başqa bir ərazinin ayırılmasını xahiş edirlər. 25 aprel 1885-ci ildə Bakı Yevangelik-Lüteran İcması Kilsə Sovetinin sədri Karl Lüdviq Limmerman Şəhər İdarəsinə edilmiş növbəti müraciətində onlar üçün Karantinnaya (hazırda Həzi Aslanov) küçəsində ayrılmış 6002 sajen ərazinin ibadət evi və məktəb binasının inşası üçün çox kiçik olduğunu bildirir, buna görə də, Telefonnaya (hazırda 28 may) küçəsindəki boş ərazinin ayırılmasını xahiş edir.30 noyabr 1885-ci ildə Bakı Şəhər Duması Telefonnaya küçəsində Masumovun zavodu və Vermişevin dəyirmanı yaxınlığındakı boş ərazinin ibadət evi və məktəb inşası üçün lüteran icmasına ayrılmasına qərar verir.2 yanvar 1886-cı ildə 14002 sajen ərazi ölçülür və icmaya təhvl verilir, beləcə, Yevangelist-Lüteran cəmiyyəti Bakıda ərazi alınmasına on dörd il sərf etmiş olur.
İnşası
1886-cı ildə Eyxlerin iştirakı ilə Suraxanskiy (hazırda Dilarə Əliyeva) küçəsində məktəb binası inşa edilir və müvəqqəti olaraq bu məktəb həm də ibadət evi kimi istifadə edilir. Elə həmin il memar İohann Edel tərəfindən ibadət evinin inşa planı hazırlanır, lakin, 13 fevral 1894-cü ildə ümumi yığıncaqda kilsə inşa edilməsi qərara alınır. Kilsənin inşası 24 yaşlı gənc memar, Karl Eyxlerin qardaşı oğlu Adolfa həvalə olunur. 6 mart 1894-cü ildə memar icma yığıncağının təsdiq etməsi üçün kirxa layihəsini təqdim edir, 14 mart 1896-cı ildə isə Rusiya İmperiyasının Daxili İşlər Nazirliyi layihəni təsdiqləyərək inşaata icazə verir.
21 mart 1896-cı ildə, bazar günü kilsənin təntənəli təməlqoyma mərasimi baş tutur. Təməlqoyma mərasimində Bakı qubernatoru Pavel Lileyev və bələdiyyə başçısı İretskiy də iştirak edirlər. Mərasimdə iştirak etmək üçün də Bakıya gəlir. Mərasimdə kilsənin adının Xilaskar kilsəsi olacağı elan edilir. Kilsə, Nobel qardaşları da daxil olmaqla dindarların ianələri əsasında inşa edilmiş və 70.000 rubla başa gəlmişdir.
Xeyir-duası
24 iyun 1898-ci ildə çoxlu əhalinin iştiarkı ilə kirxa qülləsinə qızıl suyuna çəkilmiş, 13 pud ağırlığa malik xaç qaldırılır. Hazırlanması 15.000 rubla başa gəlmiş xaçın xərcləri lüteran icmasının sədri Lev de Burun qardaşı Bruno de Bur tərəfindən ödənmişdi.1899-cu ildə kilsədə zınqırovlar və orqan quraşdırılmışdır. 4 fevral 1899-cu ildə kilsədə ilk orqan musiqisi eşidilmişdir. 14 mart 1899-cu ildə Alman-İsveç prixodunun Xilaskar Lüteran Kilsəsinin xeyir-dua mərasimi baş tutmuşdur. Mərasimdə mindən çox insan, o cümlədən, qubernator Vladimir Roqqe iştirak etmişdir.
23 aprel 1900-cü ildə kirxada ilk dini orqan konserti baş tutmuş, konsertdə İ.S.Baxın əsərləri səsləndirilmişdir. Sonradan bu cür konsertlər ənənəyə çevrilmiş və 1928-ci ilə kimi davam etdirilmişdir.
SSRİ dövründə
1934-cü ildə kilsənin sökülməsinə qərar verilir. Azərbaycanın Yevangelik-Lüteran icması 1937-ci ilə kimi fəaliyyətini davam etdirmişdir. 1934-cü ildə sonuncu pastor Paul Hamberq kilsəni tərk etmişdir. Kilsə və ziyarətçilərin sonrakı taleyi uğrunda mübarizəni Kilsə Soveti davam etdirmişdir. 1936-cı ildə sovet üzvü Rudolf Vaqnerin təşəbbüsü ilə kilsə ziyarətçilərindən toplanmış ianələr hesabına Amaliya Andreyevna Karpenko xüsusi məktubla Moskvaya göndərilmişdir. Sovet hökuməti və birbaşa Stalinin adına yazılmış məktubda Bakıdakı alman kilsəsinin saxlanması və kilsə ziyarətçilərinin ömürlərinin sonuna kimi yoldaş Stalin üçün dua etmələrinə icazə verilməsini xahiş edirdilər. Bakıdakı digər mühüm məbədlərdən (, Aleksandr Nevski kafedralı, Müqəddəs Varfolomey kilsəsi, Müqəddəs Faddey və Varfolomey kilsəsi, Bibiheybət məscidi və sair) fərqli olaraq Xilaskar kilsəsi dağıdılmır. Lakin, 1 noyabr 1937-ci ildə icma aktivistləri pastor Paul Leopoldoviç Hamberq, Rudolf Rudolfoviç Vaqner, Kristian Kasparoviç Ditçül, Con Kristianoviç Vinter, İda Bernqardovna Temnikova, Mariya Avqustovna Fridrixzon, Amaliya Andreyevna Karpenko və Ditrix Kornelyeviç Tissen güllələnərək qətlə yetirilir.
Lakin, kilsənin sökülməsinin qarşısı alınır. Belə ki, 1934-cü ildə Sergey Kirovun qəfil öldürülməsindən sonra Sovet hökuməti təcili olaraq Bakıda ona heykəl ucaldılmasına qərar verir. Heykəlin ucaldılması işi Pinxos Sabsaya tapşırılır. Heykəltəraş əsər üzərində işin davam etdirilməsi üçün hündür tavanlı yerə ehtiyacı olduğunu bildirir və iş emelatxanası kimi ona kilsə binasının ayırılmasını xahiş edir. Buna görə də kilsənin sökülməsi təxirə salınır və bina iş emalatxanası kimi Sabsaya verilir. Sonrakı illərdə bina Nazirlər Kabinetinin qərarı ilə kamera və orqan musiqisi zalı adlandırılaraq Azərbaycan Dövlət Filarmoniyasının tabeliyinə verilir.
Müasir dövrdə
15 mart 2010-cu ildə “Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının tarixi-memarlıq abidəsi və mədəniyyət ocağı kimi əhəmiyyətini nəzərə al” an Azərbaycan Prezidenti İlham Əliyev binanın bərpası haqqında sərəncam imzalayır. Restavrasiya işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 1 milyon manat vəsait ayırılır. Bir il ərzində davam edən restavrasiya işlərindən sonra 30 dekabr 2010-cu ildə Azərbaycan Prezidenti və Azərbaycanın birinci xanımı kilsə binasının açılışında iştirak edirlər. Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçirilmiş əsaslı təmir və bərpa işləri binanın özünəməxsus orijinal üslubunu, qədim tarixi memarlığını qorumaqla həyata keçirmişdir. Ənənəvi alman qotik memarlığının ən gözəl nümunələrindən olan binanın akustikasına xüsusi diqqət yetirilmişdir. Bundan əlavə, binada ilk dəfə havalandırma sistemi qurulmuş, xaricdən dəvət olunan mütəxəssislər orqanı bərpa etmişlər.
2016-cı ildə Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Viktorovna Nesterevo kilsədə bazar günü ibadətlərinin keçirilməsi üçün 20 AZN icarə haqqı alınmasını və icmanın davamlı olaraq bu məbləği ödəyə bilmədiyini bildirmişdir. Məsələyə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə, bütün dini icmalar kimi, lüteran icmasına da dövlət büdcəsindən vəsait ayrıldığını bildirmişdir.
Memarlıq xüsusiyyətləri
Layihənin əsas sifarişçiləri olan Bakının alman mənşəli sakinləri memar A. Eyxlerin qarşısında belə bir tələb irəli sürmüşdülər ki, layihələndirilən kirxa Yelenendorf (indiki Göygöl) koloniyasındakı kirxanı xatırlatmalıdır. Yelenendorfdakı kirxanın memarı məlum olmasa da, tikili müəyyən qədər orta əsrlər Almaniyasının əyalətlərindəki dini tikililəri xatırladır.
Lakin, XIX-XX əsrlərin keçidində Zaqafqaziyanın və Rusiya İmperiyasının iri sənaye mərkəzlərindən birinə çevrilmiş Bakı üçün Yelenendorfdakı kirxa memarlıq göstəricisi ola bilməzdi. İstedadlı memar-rəssam olan Adolf Eyxler çox zərif memarlıq üslubuna malik idi. Dərin erudisiya və yüksək peşəkarlıq Eyxlerə kirxanın memarlığını alman qotikasının ən yaxşı ənənələrində işləyib hazırlamağa imkan vermişdi. İnşaat və bəzək işlərinin yüksək keyfiyyəti kirxa binasını yan tikililərlə birlikdə vahid kompleks halnda sıravi tikililərlə bir yerdə vahid kompleks halında sıravi tikililər arasından seçilib ayrılır.
Yerləşməsi
Memarlıq tədqiqatçısı Ş. Fətullayev-Fiqarov qeyd edir ki, 28 may (keçmiş Telefonnaya) küçəsinin qırmızı xəttindən xeyli geridə ucalan kirxanın yerləşmə mövqeyini uğurlu hesab etmək olar. Belə taktiki yanaşma binanın həcmi-fəza strukturunun tam gücü ilə açılmasına imkan vermişdir. Tədqiqatçının fikrincə, “binanın parlaq gözəlliyinin müşahidəsi üçün də seçilmiş mövqe çox əlverişlidir.”
Bakı şəhərinin ensiz küçələrinin qırmzı xətlərində yerləşən və kifayət qədər vizual memarlıq panoramı olmayan ictimai və mülki tikililərdən fərqli olaraq, kirxa miqyas və fəza atmosferi aydın duyulan dini mahiyyətli yeganə tikilidir. Burada ətraf tikililər bina üçün sıxıntı yaratmır, o, kompozisiya dominantı kimi öz memarlıq şərhində çıxış edir.
İnteryeri
Kirxanın planında dartılmış düzbucaqlı formasında olan, dərin ajidonlu zal təqdim olunmuşdur. Təmiz divar fonunda qabarıq profillənmiş qotik tağ diqqətəlayiqdir. Ajido qübbə və yanlardakı tağşəkilli pəncərə yerləri ilə birgə zal interyerinin daxili fəzasının mərkəzi oxunu müəyyən edir. İnteryer həlli ciddi və sadədir, ənənəvi şəkildə yanlardakı qotik formalı pəncərələrdən işıqlanır. Ağac memarlığının ən yaxşı ənənələrində işlənmiş plafon alman qotikası üçün səciyyəvidir.
Kessonlaşdırılmış tutqun tavan irəli çıxan gözəl kornşteynləri ilə birgə zalın təmiz divarlarının üzərinə effektli şəkildə oturub. Divarların iri səth müstəviləri ilə təzadlı nisbətdə olan memarlıq elementləri maraqlı kompozisiya həllinə gətirilmişdir.
İbadət zalının baş girişi üstündə, apsida ilə üzbəüzdə ikinci mərtəbədə orqan musiqisi üçün eyvan yerləşir. Sadə həllinə baxmayaraq, sakit memarlıq kütlələrinin mütənasib bölümləri, dekorativ elementlərin zövqlə tətbiqi və interyerdə aparılmış işlərin yüksək keyfiyyəti sayəsində zal yüksək məziyyətlər əldə etmidir.
Eksteryeri
Kirxanın birqülləli şaquli kompozisiyası həyətin dərinliyindədir. Mütənasib proporsiyalar, inşaat qurğusunun əsas hissələrinin səlis bölümləri və qotik elementlərin dekoratic artıqlığına yol vermədən əldə olunmuş həcmi plastika binanı çox ifadəli edir. Ciddi, bir qədər irəli çıxan səciyyəvi pilonlar mərkəzi portalı daha çox nəzərə çatdırır. Portal dekorativ, dinamik frontonla tamamlanır. Onun enişləri krablar və xaççiçəklərlə bəzənib.
Şamil Fətullayev qeyd edir ki, Marburqdakı ilə müqayisədə Adolf Eyxlerin qarşısında duran vəzifələr istər binanın miqyası, istərsə də həcmi-fəza kompozisiyasının həlli baxımından daha sadə olsa da, memar bu tikilidən müəyyən mənada ilhama gəlməyə bilməzdi.
Portalın qabarıq profillənmiş şişbucaq tağı yumşaq profillər vasitəsilə qapı üzərindəki qızılgül naxışını diqqətə çəkərək, sevinc və rahatlıq atmosferi yaradır. Portal üzərində ardıcıl olaraq qotik memarlığın çatma formaları öz dinamik proporsiyaları ilə yerlərini tutur və səkkizüzlü plana malik qüllə ilə aksent şəklində bərkidilir. Bu maraqlı üsul alman qotikasının xüsusi məşəlinə çevrilərək, frontonları, krablar və xaççiçəklərlə bir yerdə enişləri təkrar edir. Burada memarlıq miqyaslı səmtləşdirilmiş dinamika təzahür edir. Bakılı sənətkar-ustaların məharətli işi, Abşeron karxanalarının əla keyfiyyətli daşı və memar A. Eyxlerin istedadı kirxanı Bakı şəhərində qotik memarlığın apofeozuna təvrilir.
Kirxanın şaquli binasının təsir gücü birmənalı deyildir. O, yan, lakin ona harmonik şəkildə qovuşan kütlələrlə bir yerdə dominant mövqeyini qoruyub saxlayır. Memarlıq elementləri ilə qapanan çatma tağ yerləri qabarıq ifadə olunur. Kirxanın şaquli binasının təsir gücü birmənalı deyildir. O, yan, lakin ona harmonik şəkildə qovuşan kütlələrlə bir yerdə dominant mövqeyini qoruyub saxlayır. Memarlıq elementləri ilə qapanan tağ yerləri qabarıq ifadə olunur.
Kirxanın ümumi həcmi-fəza və memarlıq kompozisiyası memar Adolf Eyxlerə qotikaya yeni nəzərə salmağa imkan vermişdir. Onun memarlığı Şərq mühitində formalaşmış və digər konstruktiv-karkas sistemində yüksələn qotik üslubi strukturu yaratmışdır.
İstinadlar
- Verdiyeva, 2009. səh. 13
- Verdiyeva, 2009. səh. 29
- Zeynalova, 2008. səh. 202-218
- Гумбатова, 2008. səh. 34
- Гумбатова, 2008. səh. 35
- Şəhərsalma, 2013. səh. 94-98
- Гумбатова, 2008. səh. 36
- Гумбатова, 2008. səh. 73
- Гумбатова, 2008. səh. 74
- ИБРАГИМОВА, Джейла. . IRS. 27 sentyabr 2007. Archived from the original on 2007-09-27. İstifadə tarixi: 2 noyabr 2017.
- Гумбатова, 2008. səh. 92
- Информационный портал о Германии. Церковь Спасителя в Баку: вторая жизнь 2016-09-14 at the Wayback Machine. 10 января 2011
- "Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının təmiri və bərpasıilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı". 2010 16 mart. 2022-04-01 tarixində . İstifadə tarixi: 2 noyabr 2017.
- "İlham Əliyev Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının açılışında iştirak etmişdir". president.az. 2017-11-13 tarixində . İstifadə tarixi: 2 noyabr 2017.
- "Azərbaycanda yaşayan lüteranlar - işıq da alman hesabı ilə yandırılır". report.az. 5 Noyabr, 2016. İstifadə tarixi: 2 noyabr 2017.
- "Dövlət Komitəsi Lüteranların Bakı dini icmasının ibadətlə bağlı probleminə münasibət bildirib". milletinsesi.info. İstifadə tarixi: 2 noyabr 2017.[ölü keçid]
- Fətullayev, 2013. səh. 149
- Fətullayev, 2013. səh. 148
- Fətullayev, 2013. səh. 150
Ədəbiyyat
- Зейналова, Судаба. (PDF). Bakı: Mütərcim. 2009. 2019-12-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.
- Вердиева, Хаджар. (PDF). Bakı: Elm. 2009. 2018-03-28 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.
- Гумбатова, Тамара Филипповна. Баку и немцы. Bakı. 2008. səh. 462.
- Fətullayev-Fiqarov, Şamil. Bakının memarlıq ensiklopediyası. Bakı: Şərq-Qərb, Azərbaycan Respubliksı Memarlar İttifaqı. 2013.
- Fətullayev-Fiqarov, Şamil. Bakı memarları - XIX əsrin sonu XX əsrin əvvəllərində. Bakı: Şərq-Qərb, Azərbaycan Respubliksı Memarlar İttifaqı. 2013.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xilaskar kilsesi alm Erloserkirche 28 may kucesinde kecmis Telefonnaya yerlesen luteran kilsesidir Kilse 1896 1899 cu illerde Adolf Eyxlerin layihesi esasinda neoqotika uslubunda insa edilmisdir Xilaskar kilsesiErloserkirche40 22 37 sm e 49 50 52 s u Olke AzerbaycanSeher Baki BakiYerlesir Nesimi rayonu 28 may kucesi 17Aidiyyati LuteranliqMemar Adolf EyxlerTikilme tarixi 1896 1899Uslubu NeoqotikaVeziyyeti Azerbaycan Dovlet Filarmoniyasinin Kamera ve Orqan Musiqisi zali kimi fealiyyet gosterirAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 112EhemiyyetiOlke ehemiyyetliXilaskar kilsesi Vikianbarda elaqeli mediafayllar Kirxanin planinda dartilmis duzbucaqli formasinda olan derin ajidonlu zal teqdim olunmusdur Temiz divar fonunda qabariq profillenmis qotik tag diqqetelayiqdir Ajido qubbe ve yanlardaki tagsekilli pencere yerleri ile birge zal interyerinin daxili fezasinin merkezi oxunu mueyyen edir Kirxanin birqulleli saquli kompozisiyasi heyetin derinliyindedir Mutenasib proporsiyalar insaat qurgusunun esas hisselerinin selis bolumleri ve qotik elementlerin dekoratic artiqligina yol vermeden elde olunmus hecmi plastika binani cox ifadeli edir Ciddi bir qeder ireli cixan seciyyevi pilonlar merkezi portali daha cox nezere catdirir Portal dekorativ dinamik frontonla tamamlanir TarixiYevangelik Luteran Icmasi Muqeddes Xilaskar kilsesinde konfirmasiya 1931 Cenubi Qafqazda Luteranliq XIX esrin 20 ci illerinden etibaren Azerbaycanda Yelenendorf ve Annenfeld alman koloniyalarinin yaradilmasindan sonra yayilmaga baslamisdir Hemin dovrlerde kolonistler Yevangelik Luteran Ali Konsistoriyasina tabe olurdular 1810 cu ilde Xarici Inamlarin Merkezi Idaresi rus Glavnoe upravlenie inostrannyh ispovedanij yaradilmis ve 1817 ci ilden hemin merkez Rusiya Imperiyasinin Dini Isler Nazirliyinin terkibine daxil olmusdur 1937 ci ilde fealiyyetine xitam verilene kimi Azerbaycanin Yevangelik Luteran Cemiyyeti birlesmis Cenubi Qafqaz Yevangelik Luteran Cemiyyetinin terkibine daxil olmusdur 1864 cu ilde Moskvadan Bakiya Eyxler De Burr qardaslari Otto Lend ve basqalari kocurler Bakida 1870 ci ilde qurulmus Yevangelik Luteran Icmasinin de teskilatcilari alman luteranlar olurlar 1873 cu ilde Bakiya birlikde luteran inacli isvecliler de kocurler 1877 ci ilde Baki quberniyasinda 3430 alman yasayirdi Yer secilmesi 1877 ci ilde Baki qubernatoru olan general mayor Valerian Pozen luteranlara temsilci ve kilse soveti uzvlerini secmeye hemcinin kirxa ve ibtidai mekteb insa etmeye icaze verir Sovete muhendis Tol muhendis Ferdinand Lemkul eczaci Karl Eyxler mekxanika zavodunun sahibi Otto Lend Vilhelm Zorqe kesfiyyatci Rixard Zorgenin atasi Qotlib Tsine ve isvecreli Sunqren daxil idi 2 may 1878 ci ilde Baki Yevangelik Luteran Sovetinin uzvleri Lemkul Meyer Eyxler Lents Tsinne ve basqalari Seher Idaresine muraciet ederek ibadet evi ve ibtidami mekteb binalarinin tikilmesi ucun yer ayirilmasini xahis edirler Muracietde kecmis Nikolayevskaya indiki Istiqlaliyyet kucesinde hazirda Baki Seher Icra Hakimiyyetinin binasi yerlesen yerin ayrilmasi xahis edilirdi 1879 cu ilin fevralinda luteran icmasinin Kilse Soveti Seher Idaresine yeniden muraciet ederek evvel qeyd edimis yerde erazi ayirilmasini eger mumkun deyilse Tatar qebirsanliginin Serq terefinde hebsxana erazisi ile uzbeuz errazinin hazirda Monolit binasinin yerlesdiyi erazi ayirilmasini xahis edir 1859 cu ilden hemin qebirsanliqda olulerin defn edilmesine icaze verilmese de ehali hele de oradaki mezarlari ziyaret edirdi Bakinin 1878 ci ilde teskil edilmis bas planina esasen bu erazide qala divarlari boyunca senetkarliq siralarinin hebsxana ile uzbeuz yaradilacaq meydanda ise ticaret isleri ucun istifade olunmali idi Buna gore de Seher Idaresi Kilse Sovetine basqa erazi secmeyi teklif edir 28 iyun 1879 cu ilde F Lemkul hemcinin Kilse Sovetinin uzvleri K Eyxler ve O Lents yeniden Seher Idaresine muraciet ederek seher merkezinden cox uzaq olmayan basqa bir erazinin ayirilmasini xahis edirler 25 aprel 1885 ci ilde Baki Yevangelik Luteran Icmasi Kilse Sovetinin sedri Karl Ludviq Limmerman Seher Idaresine edilmis novbeti muracietinde onlar ucun Karantinnaya hazirda Hezi Aslanov kucesinde ayrilmis 6002 sajen erazinin ibadet evi ve mekteb binasinin insasi ucun cox kicik oldugunu bildirir buna gore de Telefonnaya hazirda 28 may kucesindeki bos erazinin ayirilmasini xahis edir 30 noyabr 1885 ci ilde Baki Seher Dumasi Telefonnaya kucesinde Masumovun zavodu ve Vermisevin deyirmani yaxinligindaki bos erazinin ibadet evi ve mekteb insasi ucun luteran icmasina ayrilmasina qerar verir 2 yanvar 1886 ci ilde 14002 sajen erazi olculur ve icmaya tehvl verilir belece Yevangelist Luteran cemiyyeti Bakida erazi alinmasina on dord il serf etmis olur Insasi 1886 ci ilde Eyxlerin istiraki ile Suraxanskiy hazirda Dilare Eliyeva kucesinde mekteb binasi insa edilir ve muveqqeti olaraq bu mekteb hem de ibadet evi kimi istifade edilir Ele hemin il memar Iohann Edel terefinden ibadet evinin insa plani hazirlanir lakin 13 fevral 1894 cu ilde umumi yigincaqda kilse insa edilmesi qerara alinir Kilsenin insasi 24 yasli genc memar Karl Eyxlerin qardasi oglu Adolfa hevale olunur 6 mart 1894 cu ilde memar icma yigincaginin tesdiq etmesi ucun kirxa layihesini teqdim edir 14 mart 1896 ci ilde ise Rusiya Imperiyasinin Daxili Isler Nazirliyi layiheni tesdiqleyerek insaata icaze verir 21 mart 1896 ci ilde bazar gunu kilsenin tenteneli temelqoyma merasimi bas tutur Temelqoyma merasiminde Baki qubernatoru Pavel Lileyev ve belediyye bascisi Iretskiy de istirak edirler Merasimde istirak etmek ucun de Bakiya gelir Merasimde kilsenin adinin Xilaskar kilsesi olacagi elan edilir Kilse Nobel qardaslari da daxil olmaqla dindarlarin ianeleri esasinda insa edilmis ve 70 000 rubla basa gelmisdir Xeyir duasi Xilaskar kilsesi Rusiya imperiyasinin aciqcasinda 24 iyun 1898 ci ilde coxlu ehalinin istiarki ile kirxa qullesine qizil suyuna cekilmis 13 pud agirliga malik xac qaldirilir Hazirlanmasi 15 000 rubla basa gelmis xacin xercleri luteran icmasinin sedri Lev de Burun qardasi Bruno de Bur terefinden odenmisdi 1899 cu ilde kilsede zinqirovlar ve orqan qurasdirilmisdir 4 fevral 1899 cu ilde kilsede ilk orqan musiqisi esidilmisdir 14 mart 1899 cu ilde Alman Isvec prixodunun Xilaskar Luteran Kilsesinin xeyir dua merasimi bas tutmusdur Merasimde minden cox insan o cumleden qubernator Vladimir Roqqe istirak etmisdir 23 aprel 1900 cu ilde kirxada ilk dini orqan konserti bas tutmus konsertde I S Baxin eserleri seslendirilmisdir Sonradan bu cur konsertler eneneye cevrilmis ve 1928 ci ile kimi davam etdirilmisdir SSRI dovrunde 1934 cu ilde kilsenin sokulmesine qerar verilir Azerbaycanin Yevangelik Luteran icmasi 1937 ci ile kimi fealiyyetini davam etdirmisdir 1934 cu ilde sonuncu pastor Paul Hamberq kilseni terk etmisdir Kilse ve ziyaretcilerin sonraki taleyi ugrunda mubarizeni Kilse Soveti davam etdirmisdir 1936 ci ilde sovet uzvu Rudolf Vaqnerin tesebbusu ile kilse ziyaretcilerinden toplanmis ianeler hesabina Amaliya Andreyevna Karpenko xususi mektubla Moskvaya gonderilmisdir Sovet hokumeti ve birbasa Stalinin adina yazilmis mektubda Bakidaki alman kilsesinin saxlanmasi ve kilse ziyaretcilerinin omurlerinin sonuna kimi yoldas Stalin ucun dua etmelerine icaze verilmesini xahis edirdiler Bakidaki diger muhum mebedlerden Aleksandr Nevski kafedrali Muqeddes Varfolomey kilsesi Muqeddes Faddey ve Varfolomey kilsesi Bibiheybet mescidi ve sair ferqli olaraq Xilaskar kilsesi dagidilmir Lakin 1 noyabr 1937 ci ilde icma aktivistleri pastor Paul Leopoldovic Hamberq Rudolf Rudolfovic Vaqner Kristian Kasparovic Ditcul Con Kristianovic Vinter Ida Bernqardovna Temnikova Mariya Avqustovna Fridrixzon Amaliya Andreyevna Karpenko ve Ditrix Kornelyevic Tissen gullelenerek qetle yetirilir Lakin kilsenin sokulmesinin qarsisi alinir Bele ki 1934 cu ilde Sergey Kirovun qefil oldurulmesinden sonra Sovet hokumeti tecili olaraq Bakida ona heykel ucaldilmasina qerar verir Heykelin ucaldilmasi isi Pinxos Sabsaya tapsirilir Heykelteras eser uzerinde isin davam etdirilmesi ucun hundur tavanli yere ehtiyaci oldugunu bildirir ve is emelatxanasi kimi ona kilse binasinin ayirilmasini xahis edir Buna gore de kilsenin sokulmesi texire salinir ve bina is emalatxanasi kimi Sabsaya verilir Sonraki illerde bina Nazirler Kabinetinin qerari ile kamera ve orqan musiqisi zali adlandirilaraq Azerbaycan Dovlet Filarmoniyasinin tabeliyine verilir Muasir dovrde 15 mart 2010 cu ilde Azerbaycan Dovlet Filarmoniyasinin kamera ve orqan musiqisi zali binasinin tarixi memarliq abidesi ve medeniyyet ocagi kimi ehemiyyetini nezere al an Azerbaycan Prezidenti Ilham Eliyev binanin berpasi haqqinda serencam imzalayir Restavrasiya islerinin heyata kecirilmesi ucun Azerbaycan Respublikasi Prezidentinin Ehtiyat Fondundan 1 milyon manat vesait ayirilir Bir il erzinde davam eden restavrasiya islerinden sonra 30 dekabr 2010 cu ilde Azerbaycan Prezidenti ve Azerbaycanin birinci xanimi kilse binasinin acilisinda istirak edirler Azerbaycan mutexessisleri terefinden heyata kecirilmis esasli temir ve berpa isleri binanin ozunemexsus orijinal uslubunu qedim tarixi memarligini qorumaqla heyata kecirmisdir Enenevi alman qotik memarliginin en gozel numunelerinden olan binanin akustikasina xususi diqqet yetirilmisdir Bundan elave binada ilk defe havalandirma sistemi qurulmus xaricden devet olunan mutexessisler orqani berpa etmisler 2016 ci ilde Xilaskar Yevangelik Luteranlarin Baki dini icmasinin sedri Vera Viktorovna Nesterevo kilsede bazar gunu ibadetlerinin kecirilmesi ucun 20 AZN icare haqqi alinmasini ve icmanin davamli olaraq bu meblegi odeye bilmediyini bildirmisdir Meseleye munasibet bildiren Dini Qurumlarla Is uzre Dovlet Komitesi ise butun dini icmalar kimi luteran icmasina da dovlet budcesinden vesait ayrildigini bildirmisdir Memarliq xususiyyetleriGoygol seherindeki Muqeddes Iohann kilsesiMarburq seherindeki Layihenin esas sifariscileri olan Bakinin alman menseli sakinleri memar A Eyxlerin qarsisinda bele bir teleb ireli surmusduler ki layihelendirilen kirxa Yelenendorf indiki Goygol koloniyasindaki kirxani xatirlatmalidir Yelenendorfdaki kirxanin memari melum olmasa da tikili mueyyen qeder orta esrler Almaniyasinin eyaletlerindeki dini tikilileri xatirladir Lakin XIX XX esrlerin kecidinde Zaqafqaziyanin ve Rusiya Imperiyasinin iri senaye merkezlerinden birine cevrilmis Baki ucun Yelenendorfdaki kirxa memarliq gostericisi ola bilmezdi Istedadli memar ressam olan Adolf Eyxler cox zerif memarliq uslubuna malik idi Derin erudisiya ve yuksek pesekarliq Eyxlere kirxanin memarligini alman qotikasinin en yaxsi enenelerinde isleyib hazirlamaga imkan vermisdi Insaat ve bezek islerinin yuksek keyfiyyeti kirxa binasini yan tikililerle birlikde vahid kompleks halnda siravi tikililerle bir yerde vahid kompleks halinda siravi tikililer arasindan secilib ayrilir Yerlesmesi Memarliq tedqiqatcisi S Fetullayev Fiqarov qeyd edir ki 28 may kecmis Telefonnaya kucesinin qirmizi xettinden xeyli geride ucalan kirxanin yerlesme movqeyini ugurlu hesab etmek olar Bele taktiki yanasma binanin hecmi feza strukturunun tam gucu ile acilmasina imkan vermisdir Tedqiqatcinin fikrince binanin parlaq gozelliyinin musahidesi ucun de secilmis movqe cox elverislidir Baki seherinin ensiz kucelerinin qirmzi xetlerinde yerlesen ve kifayet qeder vizual memarliq panorami olmayan ictimai ve mulki tikililerden ferqli olaraq kirxa miqyas ve feza atmosferi aydin duyulan dini mahiyyetli yegane tikilidir Burada etraf tikililer bina ucun sixinti yaratmir o kompozisiya dominanti kimi oz memarliq serhinde cixis edir Interyeri Kilsenin interyeri Kirxanin planinda dartilmis duzbucaqli formasinda olan derin ajidonlu zal teqdim olunmusdur Temiz divar fonunda qabariq profillenmis qotik tag diqqetelayiqdir Ajido qubbe ve yanlardaki tagsekilli pencere yerleri ile birge zal interyerinin daxili fezasinin merkezi oxunu mueyyen edir Interyer helli ciddi ve sadedir enenevi sekilde yanlardaki qotik formali pencerelerden isiqlanir Agac memarliginin en yaxsi enenelerinde islenmis plafon alman qotikasi ucun seciyyevidir Kessonlasdirilmis tutqun tavan ireli cixan gozel kornsteynleri ile birge zalin temiz divarlarinin uzerine effektli sekilde oturub Divarlarin iri seth mustevileri ile tezadli nisbetde olan memarliq elementleri maraqli kompozisiya helline getirilmisdir Ibadet zalinin bas girisi ustunde apsida ile uzbeuzde ikinci mertebede orqan musiqisi ucun eyvan yerlesir Sade helline baxmayaraq sakit memarliq kutlelerinin mutenasib bolumleri dekorativ elementlerin zovqle tetbiqi ve interyerde aparilmis islerin yuksek keyfiyyeti sayesinde zal yuksek meziyyetler elde etmidir Eksteryeri Kilse 2016 ci ilde Kirxanin birqulleli saquli kompozisiyasi heyetin derinliyindedir Mutenasib proporsiyalar insaat qurgusunun esas hisselerinin selis bolumleri ve qotik elementlerin dekoratic artiqligina yol vermeden elde olunmus hecmi plastika binani cox ifadeli edir Ciddi bir qeder ireli cixan seciyyevi pilonlar merkezi portali daha cox nezere catdirir Portal dekorativ dinamik frontonla tamamlanir Onun enisleri krablar ve xacciceklerle bezenib Samil Fetullayev qeyd edir ki Marburqdaki ile muqayisede Adolf Eyxlerin qarsisinda duran vezifeler ister binanin miqyasi isterse de hecmi feza kompozisiyasinin helli baximindan daha sade olsa da memar bu tikiliden mueyyen menada ilhama gelmeye bilmezdi Portalin qabariq profillenmis sisbucaq tagi yumsaq profiller vasitesile qapi uzerindeki qizilgul naxisini diqqete cekerek sevinc ve rahatliq atmosferi yaradir Portal uzerinde ardicil olaraq qotik memarligin catma formalari oz dinamik proporsiyalari ile yerlerini tutur ve sekkizuzlu plana malik qulle ile aksent seklinde berkidilir Bu maraqli usul alman qotikasinin xususi meseline cevrilerek frontonlari krablar ve xacciceklerle bir yerde enisleri tekrar edir Burada memarliq miqyasli semtlesdirilmis dinamika tezahur edir Bakili senetkar ustalarin meharetli isi Abseron karxanalarinin ela keyfiyyetli dasi ve memar A Eyxlerin istedadi kirxani Baki seherinde qotik memarligin apofeozuna tevrilir Kirxanin saquli binasinin tesir gucu birmenali deyildir O yan lakin ona harmonik sekilde qovusan kutlelerle bir yerde dominant movqeyini qoruyub saxlayir Memarliq elementleri ile qapanan catma tag yerleri qabariq ifade olunur Kirxanin saquli binasinin tesir gucu birmenali deyildir O yan lakin ona harmonik sekilde qovusan kutlelerle bir yerde dominant movqeyini qoruyub saxlayir Memarliq elementleri ile qapanan tag yerleri qabariq ifade olunur Kirxanin umumi hecmi feza ve memarliq kompozisiyasi memar Adolf Eyxlere qotikaya yeni nezere salmaga imkan vermisdir Onun memarligi Serq muhitinde formalasmis ve diger konstruktiv karkas sisteminde yukselen qotik uslubi strukturu yaratmisdir IstinadlarVerdiyeva 2009 seh 13 Verdiyeva 2009 seh 29 Zeynalova 2008 seh 202 218 Gumbatova 2008 seh 34 Gumbatova 2008 seh 35 Sehersalma 2013 seh 94 98 Gumbatova 2008 seh 36 Gumbatova 2008 seh 73 Gumbatova 2008 seh 74 IBRAGIMOVA Dzhejla IRS 27 sentyabr 2007 Archived from the original on 2007 09 27 Istifade tarixi 2 noyabr 2017 Gumbatova 2008 seh 92 Informacionnyj portal o Germanii Cerkov Spasitelya v Baku vtoraya zhizn 2016 09 14 at the Wayback Machine 10 yanvarya 2011 Azerbaycan Dovlet Filarmoniyasinin kamera ve orqan musiqisi zali binasinin temiri ve berpasiile elaqedar tedbirler haqqinda Azerbaycan Respublikasi Prezidentinin serencami 2010 16 mart 2022 04 01 tarixinde Istifade tarixi 2 noyabr 2017 Ilham Eliyev Azerbaycan Dovlet Filarmoniyasinin kamera ve orqan musiqisi zali binasinin acilisinda istirak etmisdir president az 2017 11 13 tarixinde Istifade tarixi 2 noyabr 2017 Azerbaycanda yasayan luteranlar isiq da alman hesabi ile yandirilir report az 5 Noyabr 2016 Istifade tarixi 2 noyabr 2017 Dovlet Komitesi Luteranlarin Baki dini icmasinin ibadetle bagli problemine munasibet bildirib milletinsesi info Istifade tarixi 2 noyabr 2017 olu kecid Fetullayev 2013 seh 149 Fetullayev 2013 seh 148 Fetullayev 2013 seh 150EdebiyyatZejnalova Sudaba PDF Baki Mutercim 2009 2019 12 25 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2017 11 02 Verdieva Hadzhar PDF Baki Elm 2009 2018 03 28 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2017 11 02 Gumbatova Tamara Filippovna Baku i nemcy Baki 2008 seh 462 Fetullayev Fiqarov Samil Bakinin memarliq ensiklopediyasi Baki Serq Qerb Azerbaycan Respubliksi Memarlar Ittifaqi 2013 Fetullayev Fiqarov Samil Baki memarlari XIX esrin sonu XX esrin evvellerinde Baki Serq Qerb Azerbaycan Respubliksi Memarlar Ittifaqi 2013