Luitpold (alm. Luitpold Karl Joseph Wilhelm von Bayern) (12 mart 1821 - 12 dekabr 1912), qardaşı oğulları II Lüdviqin və Ottonun fəaliyyət göstərə bilməməsi səbəbindən 1886-1912-ci illərdə Bavariyanın faktiki hökmdarı idi. O, həmçinin son Bavariya kralı III Lüdviqin atasıdır.
Şahzadə Luitpold | |
---|---|
alm. Luitpold von Bayern | |
10 iyun 1886 – 12 dekabr 1912 | |
Monarx | II Lüdviq Otto |
Sonrakı | Şahzadə Lüdviq |
Şəxsi məlumatlar | |
Doğum adı | Luitpold Karl Joseph Wilhelm von Bayern |
Doğum tarixi | 12 mart 1821 |
Doğum yeri | |
Vəfat tarixi | 12 dekabr 1912(91 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | bronxit |
Dəfn yeri | |
Fəaliyyəti | Regent |
Atası | I Lüdviq |
Anası | |
Həyat yoldaşı |
|
Uşağı | III Lüdviq |
Ailəsi | Vittelsbax sülaləsi |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general-feldmarşal |
Vikianbarda əlaqəli mediafayllar |
İlk illəri
Luitpold 12 mart 1821-ci ildə Vürtsburqda, Bavariya kralı I Lüdviqin və onun həyat yoldaşı nın üçüncü oğlu kimi anadan olub. O, Bavariya kralı II Maksimilian və Yunanıstan kralı Ottonun kiçik qardaşı idi. Luitpold həm Bavariya krallığının və həm də qardaşı Ottonun övladı olmadığı üçün Yunanıstan krallığının varisi idi. Lakin Yunan konstitusiyası Ottonun varisinin nə mənsub olmasını tələb edirdi. Otto 1862-ci ildə taxtdan salındı və yerinə Danimarka şahzadəsi Villhelm I Georq adı ilə kral təyin edildi. Otto 1867-ci ildə vəfat etdi və Luitpold ilə onun nəslini Ottonun iddiasının davamçıları olaraq buraxdı. Lakin Luitpold heç vaxt bu iddianı irəli sürmədi.
Gəncliyi
On dörd yaşında Luitpold Bavariya Ordusuna qatıldı və 1835-ci ildə atilleriya kapitanı rütbəsinə yüksəldi. 1841-ci ildə polkovnik oldu. Həmin il həm də Bavariya Elmlər Akademiyasına üzv seçilmişdi. Luitpold xaricə tez-tez səfərlər edirdi və bu səfərlərindən birində gələcək həyat yoldaşı, nun qızı, Avstriya-Toskana arxhersoqinası Avqusta Ferdinanda ilə tanış oldu. Cütlük 15 aprel 1844-cü ildə Florensiyada evləndi.
1846-cı ilin sentyabrında Luitpold dörd ay çəkməli olan şərqə uzun bir səyahətə çıxdı. O, Dunay və Qara dəniz vasitəsilə oktyabrın 7-də Konstantinopola çatdı və buradakı Avstriya səfirliyində oktyabrın 27-dək üç həftə qaldı. Konstantinopolda işləyən avstriyalı tərcüməçi Teodor Ritter fon Şvarjuber Luitpoldun Osmanlı paytaxtında qalması haqqında 40 səhifəlik hesabat yazıb. Luitpoldu səfərdə baron Edmund fon Şpeidel, onun şəxsi həkimi Doktor Zint, rəssam Paul Veber (1823-1916) və iki oğlu, həmçinin Bavariyadakı Sardiniya səfiri Fabio Pallaviçini (1795-1872) müşayiət edirdi. Sultan I Əbdülməcidlə görüşən şahzadə əvvəlcə İzmirə, daha sonra isə Siros adasına yola düşdü. Noyabrın 8-də onlar Misirin İsgəndəriyyə şəhərinə gəldilər. Luitpold daha sonra Qahirəyə getdi və noyabrın 15-də Misir hökmdarı Kavalalı Mehmed Əli Paşa (1770-1849) ilə görüşdü. Lakin Yerusəlimə planlaşdırılan səfərin baş tutmadı.
I Lüdviq və II Maksimilian dövrü
1848-ci il inqilabları zamanı Luitpold atası ilə narazı vətəndaşların arasında vasitəçilik edirdi. Lakin elə bir müddət sonra Lüdviq taxtdan imtina edərək yerini Maksimiliana verdi. Qardaşının hakimiyyəti dövründə Luitpold mühüm siyasi rol oynamadı.
II Lüdviq dövrü
Kral II Maksimilian 1864-cü ildə öldü və onun yerinə oğlu II Lüdviq Bavariya kralı oldu. Lüdviq uzun müddət iqamətgahından uzaq qaldığından və hakimiyyətlə maraqlanmadığından, Luitpold getdikcə daha çox idarəetmədə iştirak etməli oldu. Avstriya-Prussiya müharibəsi zamanı Luitpold 3-cü diviziyanın komandiri idi. 1866-cı ildə Prussiyaya məğlub olduqdan sonra Luitpold Bavariya ordusunu Prussiya modeli üzrə yenidən qurmağa başladı. Bu, orduda təşkilati islahatlarla yanaşı, Nürnberqdəki Kramer-Klett fabriki və ya Auqsburq maşın zavodu kimi Bavariya istehsalçıları silahlanma sifarişləri almadan əvvəl xaricdən, xüsusən də Amerikadan alınan yeni tüfəng və pulemyotların tətbiqini də əhatə edirdi. 1869-cu ildə Luitpold ordunun Baş Müfəttişi oldu və 1870/71-ci il Fransa-Prussiya Müharibəsi zamanı Prussiya Baş Qərargahında Bavariyanın nümayəndəsi kimi xidmət etdi. Bavariyanın nümayəndəsi kimi o, qardaşı oğlu Otto ilə birlikdə 1871-ci il yanvarın 18-də Versalda imperatorluğun elan mərasimində iştirak etdi. 1876-cı ildə II Lüdviq onu general-feldmarşal rütbəsinə yüksəltdi. Kral II Lüdviq 9 iyun 1886-cı ildə fəaliyyət qabiliyyətini itirdikdən sonra Luitpold 14 iyundan Qəyyum şahzadə kimi dövlət işlərinə rəhbərlik etdi.
Otto dövrü
Üç gün sonra II Lüdviq ndə boğuldu və kiçik qardaşı I Otto rəsmi olaraq onun yerinə Bavariya taxtına oturdu. Lakin Otto gəncliyindən ruhi xəstə olduğundan və 1878-ci ildən fəaliyyət qabiliyyətini itirdiyindən və buna görə də idarə edə bilmədiyi üçün Luitpold qəyyumluq vəzifəsinə davam etdi. Konstitusiyaya görə, Luitpold qəyyum olaraq yeni vəzifələr təqdim etmək hüququna malik deyildi. Bundan əlavə, saray sistemində olanlar istisna olmaqla, bütün vəzifələr müvəqqəti olaraq doldurulmalıydı. Eynilə, qəyyum krallıq mülklərini sata və ya titulları və ya digər imtiyazları yenidən təyin edə bilmirdi. Lakin hakimiyyətə gəldikdən cəmi bir il sonra Luitpold bu müddəaları öz xeyrinə yenidən şərh etdi. Maliyyə baxımından qəyyumun yalnız məhdud resursları var idi. Onun hər il sərəncamında 800000 mark var idi - bu, Bavariya kralınkından çox az idi. Buna baxmayaraq, 1902-ci ilə qədər Vittelsbax Palatası Kral Lüdviqin kreditor banklara olan tikinti işləri nəticəsində yaranan bütün borcları tam ödəmişdi.
Luitpold özündən əvvəlki krallardabn fərqli olaraq konstitusional idarəetmə tərzini qoruyub saxladı və siyasi qərarlara gəldikdə adətən çox təmkinli olurdu ki, hökumət və parlament güc qazansın. Luitpold idarəetməni əsasən Nazirlər Şurasının sədrləri İohann fon Lutz (1890-cı ilə qədər), Fridrix Krafft fon Kraylsheym (1903-cü ilə qədər) və (1912-ci ilə qədər) rəhbərliyindəki liberal və monarxiya tərəfdarı hökumətlərə buraxdı. Beləliklə, Luitpold, özü də katolik olsa da, Lutzın anti-katolik münasibətini və Bavariya hökumətinin kilsə və siyasi katolikliyə qarşı sərt mövqeyini dəstəkləmiş oldu. 1890-cı ildə Luitpold Münhendə planlaşdırılan Katolik Gününün qarşısını aldı, lakin buna baxmayaraq Kulturkampfın təmizlənməsi üçün kampaniya apardı. Bununla belə, o zamankı əyalət seçkilərində liberalların aldığı səslərin nisbəti getdikcə azaldı, onlar yalnız liberalların səs itkisindən faydalanan Mərkəzdən sonra ikinci ən böyük fraksiyanı təşkil etdilər. Bundan əlavə, Bavariya Fermerlər İttifaqı və Sosial Demokratlar kimi yeni partiyalar meydana çıxdı. 1893-cü ildə Sosial Demokrat Partiyası ilk dəfə Bavariya əyalət parlamentinə daxil oldu. Bütün bunlar Parlamentin hökumətə təzyiqini artırdı və 19-cu əsrin sonlarına doğru mərkəzin artıq liberalların anti-katolik münasibətini dəstəkləmədiyi zaman kulminasiya nöqtəsinə çatan gərginliyin artmasına səbəb oldu.
1902-ci ildə əyalət parlamenti qəyyumun sənət əsərlərinin alınması üçün planlaşdırdığı 100000 marka büdcə tələbini təsdiq etmədi. Bu parlament etirazı bütün imperiyada səs-küyə səbəb oldu. Kayzer II Vilhelm, teleqramında Luitpolda təsdiq olunmamış məbləği köçürməyi təklif etdi və Bavariya deputatlarının "qeyrətsiz nankorluğuna" qəzəbləndiyini qeyd etdi. Luitpold bu təklifi rədd etdi və Prussiya ilə əlaqələr sonra da nisbətən soyuq qaldı. Buna baxmayaraq, Luitpold Bavariyanın Almaniya imperiyasına artan inteqrasiyasını dəstəkləyirdi və əksər hallarda uğursuz olsa da təkcə hərbi sahədə mərkəzləşmə məsələlərinə müqavimət göstərdi.
1912-ci ildə, hakimiyyətinin son ilində, Piter fon Videnman, Hüqo fon Lerxenfeld və Adolf fon Auer kimi yaxın adamlarının məsləhəti ilə o, görkəmli mərkəzçi siyasətçi və beləliklə də çoxluq fraksiyasının ilk nümayəndəsi Georq fon Hertlinqi baş nazir postuna təyin etdi. Hertlinq federalizmi müdafiə edən mərkəzçi fraksiyasının sağ qanadına mənsub idi.
Ölümü
1911-ci il martın 12-də onun 90 illik yubileyi münasibətilə Amberqdəki dövlət dəmir fabrikinə “Luitpoldhütte” adı verildi, ilk dəfə Bavariya gerbi əvəzinə Luitpoldun portreti ilə sikkələr zərb edildi. Münhen şəhərinin rəhbərliyi onun üçün Milli Muzeydə xatirə abidəsinin qoyulmasını istəsə də, o, cavab olaraq onlardan ölümündən sonrasını gözləmələrini xahiş edərək cavab verdi. 1912-ci il dekabrın 10-da qəyyum İngilis bağında gəzintiyə çıxdı və tanınmış şəxsiyyətləri əl sıxaraq salamladı. Növbəti gün isə yüksək hərarətlə davam edən bronxitdən səhər saat 5:00 radələrində 91 yaşında vəfat etdi. Ölümündən sonra oğlu Şahzadə Lüdviq onun yerinə Bavariya qəyyumu oldu. Onun dəfn mərasimi üçün bütün Avropa zadəganları Münhenə toplaşdılar. Kayzer II Vilhelm öz mədhində onu “sonuncu cəngavər” adlandırırdı. Şahzadə qəyyum Luitpold Münhendəki Teatin kilsəsinin Vittelsbax ailə məzarlığında dəfn edildi.
Ailəsi
15 aprel 1844-cü ildə Florensiyada un qızı, Avstriya-Toskana arxhersoqinası Avqusta Ferdinanda ilə evlənişdir. Övladları:
- III Lüdviq (1845–1921)
- (1846–1930)
- Şahzadə Tereza (1850–1925)
- Şahzadə Arnulf (1852–1907)
Xatirəsi
Bavariya və Pfaltsda Luitpolda həsr edilmiş çoxsaylı "Prinzregenten" (Şahzadə-Qəyyum) və ya "Luitpoldstrassen" (Luitpold küçəsi), Münhendə Prinzregentenstrasse, Prinzregententheatre, Münhenin "Luitpoldpark", "Luitpoldhain", "Luitpoldhalle" və Nürnberqin "Luitpoldhalle", "Luitpoldhafen" və "Prinzregententorte" bölgələri onun adını daşıyır. Prinzregent Luitpold adlı buğda pivəsi də var.
Şahzadənin heykəlləri və abidələrinə, Münhendə, Auqsburqda (Yeni şəhər zalında, Ədalət Sarayında, Bavariya Milli Muzeyinin qarşısında), Pfalzda, Oberstdorf, Heilsbronn, Füssen və Landauda rast gəlmək olar.
Doğma şəhəri Vürzburqda keçmiş Luitpold körpüsü (indiki Sülh körpüsü), Luitpold muzeyi (indiki Frankoniya muzeyi), Luitpold xəstəxanası (indiki Universitet xəstəxanası) və Luitpold fəvvarəsi (sonradan Frankoniya fəvvarəsi adlandırıldı) onun adını daşıyır. 1899-cu ildə planlaşdırılan Luitpold abidəsi 1903-cü ildə stansiyanın ön həyətinin şərq tərəfində açıldı. 1943-cü ildə silah istehsalı abidəsinin bürünc fiqurları əridildi; 1964-cü ildə qalan abidə söküldü. Fraysinqdə başqa bir Luitpold körpüsü var.
Bir neçə məktəb də, o cümlədən 1887-ci ildə qurulan Münhen Luitpold Gimnaziyası, 1891-ci ildə Şahzadə Qəyyum tərəfindən açılan Münhendəki Luitpold Gimnaziyası da onun adını daşıyır.
Antarktidada Luitpold sahili onun şərəfinə adlandırılmışdır.
İstinadlar
- Luitpold // Encyclopædia Britannica (ing.).
- Luitpold // Brockhauz Ensiklopediyası (alm.).
- Deutsche Nationalbibliothek Record #118729683 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- 2013, Drei Wochen Istanbul: Das Tagebuch von Prinz Luitpolds Besuch im Jahre 1846 2022-10-04 at the Wayback Machine, Şehrâyîn: die Welt der Osmanen, die Osmanen in der Welt. Wahrnehmungen, Begegnungen und Abgrenzungen; Festschrift Hans Georg Majer, Wiesbaden 2013, səh. 337-349.
- Theodor Toeche-Mittler: Die Kaiserproklamation in Versailles am 18. Januar 1871 mit einem Verzeichniß der Festtheilnehmer. Ernst Siegfried Mittler und Sohn, Berlin 1896.
- : Der Prinzregent als „des Königreichs Bayern Verweser“ für König Ludwig II. und König Otto 2018-10-31 at the Wayback Machine
- "Prinzregent Luitpold". 2018-10-31 tarixində . İstifadə tarixi: 2022-10-04.
- : Die Innenpolitik unter Prinzregent Luitpold 2018-10-31 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Luitpold alm Luitpold Karl Joseph Wilhelm von Bayern 12 mart 1821 12 dekabr 1912 qardasi ogullari II Ludviqin ve Ottonun fealiyyet gostere bilmemesi sebebinden 1886 1912 ci illerde Bavariyanin faktiki hokmdari idi O hemcinin son Bavariya krali III Ludviqin atasidir Sahzade Luitpoldalm Luitpold von Bayern Bavariya qeyyumu10 iyun 1886 12 dekabr 1912MonarxII Ludviq OttoSonrakiSahzade LudviqSexsi melumatlarDogum adi Luitpold Karl Joseph Wilhelm von BayernDogum tarixi 12 mart 1821 1821 03 12 Dogum yeri Vurtsburq Asagi Frankoniya BavariyaVefat tarixi 12 dekabr 1912 1912 12 12 91 yasinda Vefat yeri Munxen Yuxari Bavariya Bavariya Almaniya imperiyasiVefat sebebi bronxitDefn yeri Teatin kilsesiFealiyyeti RegentAtasi I LudviqAnasiHeyat yoldasi Avqusta Ferdinanda 1844 Usagi III LudviqAilesi Vittelsbax sulalesiHerbi xidmetDoyusler Fransa Prussiya muharibesiRutbesi general feldmarsal Vikianbarda elaqeli mediafayllarIlk illeriLuitpold 12 mart 1821 ci ilde Vurtsburqda Bavariya krali I Ludviqin ve onun heyat yoldasi nin ucuncu oglu kimi anadan olub O Bavariya krali II Maksimilian ve Yunanistan krali Ottonun kicik qardasi idi Luitpold hem Bavariya kralliginin ve hem de qardasi Ottonun ovladi olmadigi ucun Yunanistan kralliginin varisi idi Lakin Yunan konstitusiyasi Ottonun varisinin ne mensub olmasini teleb edirdi Otto 1862 ci ilde taxtdan salindi ve yerine Danimarka sahzadesi Villhelm I Georq adi ile kral teyin edildi Otto 1867 ci ilde vefat etdi ve Luitpold ile onun neslini Ottonun iddiasinin davamcilari olaraq buraxdi Lakin Luitpold hec vaxt bu iddiani ireli surmedi GencliyiOn dord yasinda Luitpold Bavariya Ordusuna qatildi ve 1835 ci ilde atilleriya kapitani rutbesine yukseldi 1841 ci ilde polkovnik oldu Hemin il hem de Bavariya Elmler Akademiyasina uzv secilmisdi Luitpold xarice tez tez seferler edirdi ve bu seferlerinden birinde gelecek heyat yoldasi nun qizi Avstriya Toskana arxhersoqinasi Avqusta Ferdinanda ile tanis oldu Cutluk 15 aprel 1844 cu ilde Florensiyada evlendi 1846 ci ilin sentyabrinda Luitpold dord ay cekmeli olan serqe uzun bir seyahete cixdi O Dunay ve Qara deniz vasitesile oktyabrin 7 de Konstantinopola catdi ve buradaki Avstriya sefirliyinde oktyabrin 27 dek uc hefte qaldi Konstantinopolda isleyen avstriyali tercumeci Teodor Ritter fon Svarjuber Luitpoldun Osmanli paytaxtinda qalmasi haqqinda 40 sehifelik hesabat yazib Luitpoldu seferde baron Edmund fon Speidel onun sexsi hekimi Doktor Zint ressam Paul Veber 1823 1916 ve iki oglu hemcinin Bavariyadaki Sardiniya sefiri Fabio Pallavicini 1795 1872 musayiet edirdi Sultan I Ebdulmecidle gorusen sahzade evvelce Izmire daha sonra ise Siros adasina yola dusdu Noyabrin 8 de onlar Misirin Isgenderiyye seherine geldiler Luitpold daha sonra Qahireye getdi ve noyabrin 15 de Misir hokmdari Kavalali Mehmed Eli Pasa 1770 1849 ile gorusdu Lakin Yeruselime planlasdirilan seferin bas tutmadi I Ludviq ve II Maksimilian dovru1848 ci il inqilablari zamani Luitpold atasi ile narazi vetendaslarin arasinda vasitecilik edirdi Lakin ele bir muddet sonra Ludviq taxtdan imtina ederek yerini Maksimiliana verdi Qardasinin hakimiyyeti dovrunde Luitpold muhum siyasi rol oynamadi II Ludviq dovruKral II Maksimilian 1864 cu ilde oldu ve onun yerine oglu II Ludviq Bavariya krali oldu Ludviq uzun muddet iqametgahindan uzaq qaldigindan ve hakimiyyetle maraqlanmadigindan Luitpold getdikce daha cox idareetmede istirak etmeli oldu Avstriya Prussiya muharibesi zamani Luitpold 3 cu diviziyanin komandiri idi 1866 ci ilde Prussiyaya meglub olduqdan sonra Luitpold Bavariya ordusunu Prussiya modeli uzre yeniden qurmaga basladi Bu orduda teskilati islahatlarla yanasi Nurnberqdeki Kramer Klett fabriki ve ya Auqsburq masin zavodu kimi Bavariya istehsalcilari silahlanma sifarisleri almadan evvel xaricden xususen de Amerikadan alinan yeni tufeng ve pulemyotlarin tetbiqini de ehate edirdi 1869 cu ilde Luitpold ordunun Bas Mufettisi oldu ve 1870 71 ci il Fransa Prussiya Muharibesi zamani Prussiya Bas Qerargahinda Bavariyanin numayendesi kimi xidmet etdi Bavariyanin numayendesi kimi o qardasi oglu Otto ile birlikde 1871 ci il yanvarin 18 de Versalda imperatorlugun elan merasiminde istirak etdi 1876 ci ilde II Ludviq onu general feldmarsal rutbesine yukseltdi Kral II Ludviq 9 iyun 1886 ci ilde fealiyyet qabiliyyetini itirdikden sonra Luitpold 14 iyundan Qeyyum sahzade kimi dovlet islerine rehberlik etdi Otto dovruSahzade Qeyyum gencliyinde Uc gun sonra II Ludviq nde boguldu ve kicik qardasi I Otto resmi olaraq onun yerine Bavariya taxtina oturdu Lakin Otto gencliyinden ruhi xeste oldugundan ve 1878 ci ilden fealiyyet qabiliyyetini itirdiyinden ve buna gore de idare ede bilmediyi ucun Luitpold qeyyumluq vezifesine davam etdi Konstitusiyaya gore Luitpold qeyyum olaraq yeni vezifeler teqdim etmek huququna malik deyildi Bundan elave saray sisteminde olanlar istisna olmaqla butun vezifeler muveqqeti olaraq doldurulmaliydi Eynile qeyyum kralliq mulklerini sata ve ya titullari ve ya diger imtiyazlari yeniden teyin ede bilmirdi Lakin hakimiyyete geldikden cemi bir il sonra Luitpold bu muddealari oz xeyrine yeniden serh etdi Maliyye baximindan qeyyumun yalniz mehdud resurslari var idi Onun her il serencaminda 800000 mark var idi bu Bavariya kralinkindan cox az idi Buna baxmayaraq 1902 ci ile qeder Vittelsbax Palatasi Kral Ludviqin kreditor banklara olan tikinti isleri neticesinde yaranan butun borclari tam odemisdi Luitpold ozunden evvelki krallardabn ferqli olaraq konstitusional idareetme terzini qoruyub saxladi ve siyasi qerarlara geldikde adeten cox temkinli olurdu ki hokumet ve parlament guc qazansin Luitpold idareetmeni esasen Nazirler Surasinin sedrleri Iohann fon Lutz 1890 ci ile qeder Fridrix Krafft fon Kraylsheym 1903 cu ile qeder ve 1912 ci ile qeder rehberliyindeki liberal ve monarxiya terefdari hokumetlere buraxdi Belelikle Luitpold ozu de katolik olsa da Lutzin anti katolik munasibetini ve Bavariya hokumetinin kilse ve siyasi katolikliye qarsi sert movqeyini desteklemis oldu 1890 ci ilde Luitpold Munhende planlasdirilan Katolik Gununun qarsisini aldi lakin buna baxmayaraq Kulturkampfin temizlenmesi ucun kampaniya apardi Bununla bele o zamanki eyalet seckilerinde liberallarin aldigi seslerin nisbeti getdikce azaldi onlar yalniz liberallarin ses itkisinden faydalanan Merkezden sonra ikinci en boyuk fraksiyani teskil etdiler Bundan elave Bavariya Fermerler Ittifaqi ve Sosial Demokratlar kimi yeni partiyalar meydana cixdi 1893 cu ilde Sosial Demokrat Partiyasi ilk defe Bavariya eyalet parlamentine daxil oldu Butun bunlar Parlamentin hokumete tezyiqini artirdi ve 19 cu esrin sonlarina dogru merkezin artiq liberallarin anti katolik munasibetini desteklemediyi zaman kulminasiya noqtesine catan gerginliyin artmasina sebeb oldu 1902 ci ilde eyalet parlamenti qeyyumun senet eserlerinin alinmasi ucun planlasdirdigi 100000 marka budce telebini tesdiq etmedi Bu parlament etirazi butun imperiyada ses kuye sebeb oldu Kayzer II Vilhelm teleqraminda Luitpolda tesdiq olunmamis meblegi kocurmeyi teklif etdi ve Bavariya deputatlarinin qeyretsiz nankorluguna qezeblendiyini qeyd etdi Luitpold bu teklifi redd etdi ve Prussiya ile elaqeler sonra da nisbeten soyuq qaldi Buna baxmayaraq Luitpold Bavariyanin Almaniya imperiyasina artan inteqrasiyasini destekleyirdi ve ekser hallarda ugursuz olsa da tekce herbi sahede merkezlesme meselelerine muqavimet gosterdi 1912 ci ilde hakimiyyetinin son ilinde Piter fon Videnman Huqo fon Lerxenfeld ve Adolf fon Auer kimi yaxin adamlarinin mesleheti ile o gorkemli merkezci siyasetci ve belelikle de coxluq fraksiyasinin ilk numayendesi Georq fon Hertlinqi bas nazir postuna teyin etdi Hertlinq federalizmi mudafie eden merkezci fraksiyasinin sag qanadina mensub idi Olumu1911 ci il martin 12 de onun 90 illik yubileyi munasibetile Amberqdeki dovlet demir fabrikine Luitpoldhutte adi verildi ilk defe Bavariya gerbi evezine Luitpoldun portreti ile sikkeler zerb edildi Munhen seherinin rehberliyi onun ucun Milli Muzeyde xatire abidesinin qoyulmasini istese de o cavab olaraq onlardan olumunden sonrasini gozlemelerini xahis ederek cavab verdi 1912 ci il dekabrin 10 da qeyyum Ingilis baginda gezintiye cixdi ve taninmis sexsiyyetleri el sixaraq salamladi Novbeti gun ise yuksek heraretle davam eden bronxitden seher saat 5 00 radelerinde 91 yasinda vefat etdi Olumunden sonra oglu Sahzade Ludviq onun yerine Bavariya qeyyumu oldu Onun defn merasimi ucun butun Avropa zadeganlari Munhene toplasdilar Kayzer II Vilhelm oz medhinde onu sonuncu cengaver adlandirirdi Sahzade qeyyum Luitpold Munhendeki Teatin kilsesinin Vittelsbax aile mezarliginda defn edildi Ailesi15 aprel 1844 cu ilde Florensiyada un qizi Avstriya Toskana arxhersoqinasi Avqusta Ferdinanda ile evlenisdir Ovladlari III Ludviq 1845 1921 1846 1930 Sahzade Tereza 1850 1925 Sahzade Arnulf 1852 1907 XatiresiMunhende 1913 cu ilde Adolf von Hildebrand terefinden ucaldilmis Sahzade Qeyyum abidesi Bavariya ve Pfaltsda Luitpolda hesr edilmis coxsayli Prinzregenten Sahzade Qeyyum ve ya Luitpoldstrassen Luitpold kucesi Munhende Prinzregentenstrasse Prinzregententheatre Munhenin Luitpoldpark Luitpoldhain Luitpoldhalle ve Nurnberqin Luitpoldhalle Luitpoldhafen ve Prinzregententorte bolgeleri onun adini dasiyir Prinzregent Luitpold adli bugda pivesi de var Sahzadenin heykelleri ve abidelerine Munhende Auqsburqda Yeni seher zalinda Edalet Sarayinda Bavariya Milli Muzeyinin qarsisinda Pfalzda Oberstdorf Heilsbronn Fussen ve Landauda rast gelmek olar Dogma seheri Vurzburqda kecmis Luitpold korpusu indiki Sulh korpusu Luitpold muzeyi indiki Frankoniya muzeyi Luitpold xestexanasi indiki Universitet xestexanasi ve Luitpold fevvaresi sonradan Frankoniya fevvaresi adlandirildi onun adini dasiyir 1899 cu ilde planlasdirilan Luitpold abidesi 1903 cu ilde stansiyanin on heyetinin serq terefinde acildi 1943 cu ilde silah istehsali abidesinin burunc fiqurlari eridildi 1964 cu ilde qalan abide sokuldu Fraysinqde basqa bir Luitpold korpusu var Bir nece mekteb de o cumleden 1887 ci ilde qurulan Munhen Luitpold Gimnaziyasi 1891 ci ilde Sahzade Qeyyum terefinden acilan Munhendeki Luitpold Gimnaziyasi da onun adini dasiyir Antarktidada Luitpold sahili onun serefine adlandirilmisdir IstinadlarLuitpold Encyclopaedia Britannica ing Luitpold Brockhauz Ensiklopediyasi alm Deutsche Nationalbibliothek Record 118729683 Umumi tenzimleme nezareti GND alm 2012 2016 2013 Drei Wochen Istanbul Das Tagebuch von Prinz Luitpolds Besuch im Jahre 1846 2022 10 04 at the Wayback Machine Sehrayin die Welt der Osmanen die Osmanen in der Welt Wahrnehmungen Begegnungen und Abgrenzungen Festschrift Hans Georg Majer Wiesbaden 2013 seh 337 349 Theodor Toeche Mittler Die Kaiserproklamation in Versailles am 18 Januar 1871 mit einem Verzeichniss der Festtheilnehmer Ernst Siegfried Mittler und Sohn Berlin 1896 Der Prinzregent als des Konigreichs Bayern Verweser fur Konig Ludwig II und Konig Otto 2018 10 31 at the Wayback Machine Prinzregent Luitpold 2018 10 31 tarixinde Istifade tarixi 2022 10 04 Die Innenpolitik unter Prinzregent Luitpold 2018 10 31 at the Wayback Machine