Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Kompüter şəbəkəsi — Rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli kompüterlər və periferiya avadanlıqları sistemindən ibarətdir. İnformasiyanın əldə olunması, ötürülməsi və istifadəçilərin mövcud informasiyadan birgə istifadəsini təmin etmək üçün kompüter şəbəkələrinin olması vacib şərtdir. Məsafədən asılı olaraq, rabitə xətləri kimi kabeldən, telefon xətlərindən, radiorabitədən, peyk rabitəsindən və optik lifli xətlərdən istifadə olunur. Ən populyar kompüter şəbəkəsi internetdir.
Kompüter şəbəkələrinin əsas komponentləri aşağıdakılardır:
- kompüterlər;
- kommunikasiya avadanlıqları;
- şəbəkə əməliyyat sistemləri;
- şəbəkə tətbiqləri (network applications);
- əlaqə kanalları.
Kompüter şəbəkəsi: əsas anlayışları
Kompüter şəbəkələrinin əsas anlayışları aşagıdakılardır:
- Server — şəbəkənin işini mərkəzləşdirilmiş şəkildə idarə edən və yaxud şəbəkənin digər kompüterlərinə öz resurslarını (fayl, printer, kartic, və s.) istifadəyə verən, müvafiq proqram təminatı ilə təchiz olunmuş, xüsusi ayrılmış yüksək məhsuldarlığa malik olan kompüterdir.
- — (kliyent, işçi stansiyası) serverin resurslarına (serverə) giriş əldə edən şəbəkə istifadəçisinin kompüteridir.
- Proqram-server – verilmiş kompüterin resurslarına kompüterlərindən giriş sorğularina xidmət üçün təyin edilmiş proqramdır.
- uzaqda yerləşən resurslara giriş üçün sorğuların yaradılması və göndərilməsi, həmçinin sorğuya uyğun olaraq istifadəçinin kompüterində informasiyanın alınması və əks etdirilməsi üçün təyin edilmiş proqramdır (misal, vebbrauzer).
- — bir neçə əlaqə kanalını bir kanala kommutasiya edən qurğudur.
- Təkrarlayıcı — siqnalın verilmiş ötürücü fiziki mühitində nəzərdə tutulmuş məsafədən böyük məsafəyə ötürüldüyü zaman, onun formasının və amplitudasının saxlanmasını təmin edən qurğudur.
- Hab (hub) — kompüterləri şəbəkəyə birləşdirməyə imkan verən qurğudur.
- Modem — rəqəmsal siqnallarının telefon xətləri vasitəsilə ötürülməsi üçün onları analoq formasına və əksinə çevirən qurğudur. Bu zaman modemdə informasiya siqnallarının modulyasiyası və demodulyasiyası həyata keçirilir.
- — müxtəlif iş yerlərindən digər kompüterlərdə olan fayllara girişə imkan verir.
- Proqram vasitələrinin ümumi istifadəsi — istifadəçilərə digər kompüterlərdə qurulmuş proqramları istifadə etməyə imkan verir.
- Paket — kompüter şəbəkələrində informasiyanın əsas vahididir. Verilənlərin paketlərə bölünməsi zamanı şəbəkədəki hər bir kompüter praktiki olaraq verilənlərin digər kompüterlərlə eyni zamanda qəbulu və ötürülməsi imkanını əldə edir.
- Protokol – kompüter şəbəkəsində verilənlərin ötürülməsi üçün qaydalar və razılaşmalar toplusudur.
- – şəbəkədə məlumatların təqdimat formalarını və ötürülmə üsullarını, müxtəlif avadanlıqların birgə işləmə qaydalarını müəyyən edən standarlardır.
Şəbəkələrin arxitekturaları və təsnifatı
Kompüter şəbəkələri aşağıdakı təsnifat əlamətlərinə malikdirlər:
- Topologiya;
- Kompüterlərin qarşılıqlı əlaqəsinin təşkili;
- Ötürmə mühiti;
- İnformasiyanın ötürülmə sürəti;
- Ölçüsü.
Şəbəkənin topologiyaya görə təsnifatı
Şəbəkənin topologiyası kompüterlərin əlaqə kanalları vasitəsilə birləşdirilməsinin məntiqi sxemidir.
Tam əlaqəli və qeyri-tam əlaqəli topologiyalar mövcuddur.
Ən çox yayılmış şəbəkə topologiyaları:
Tam əlaqəli topologiya. Şəbəkənin hər bir kompüteri qalan digər kompüterlərlə bilavasitə birləşir. Sadəliyinə baxmayaraq, bu topologiya böyük və qeyri-effektivdir. Çünki hər bir kompüter şəbəkənin qalan digər kompüterləri ilə birləşmək üçün çoxlu sayda kommunukasiya portuna malik olmalıdır.
Halqavari topologiya. Bütün kompüterlər ardıcıl bir halqada birləşirlər və serverin funksiyaları şəbəkənin bütün kompüterləri arasında paylanır. Bilavasitə informasiya mübadiləsi ancaq iki qonşu kompüter arasında baş verir.
Halqavari topologiyanın üstülükləri aşağıdakılardır:
- Məlumatın ötürülməsi çox effektivdir, çünki bir birinin ardınca bir neçə məlumat göndərmək olar. Yəni kompüter birinci məlumatı göndərdikdən sonra onun ünvana çatmasını gözləmədən növbəti məlumatı göndərə bilər.
- Şəbəkənin ölçüsü böyük ola bilər, yəni siqnalın gücləndirilməsi üçün xüsusi qurğu istifadə etmədən kompüterlər bir-birilə böyük məsafədə qoşula bilərlər.
Bu topologiyanın çatışmazlıqları:
- Şəbəkənin aşağı etibarlı olması, çünki hər hansı bir kompüterin dayanması bütün şəbəkənin dayanmasına gətirib çıxarır
- Yeni kliyentin (kompüterin) qoşulması üçün şəbəkənin işini dayandırmaq lazımdır.
- Kliyentlərin (kompüterlərin) sayı artdıqca şəbəkənin sürəti aşağı düşür, çünki bütün informasiya hər bir kompüterdən keçir və onların imkanları məhduddur.
- Şəbəkənin ümumi məhsuldarlığı ən yavaş işləyən kompüterin məhsuldarlığı ilə müəyyən edilir.
Ulduzvari topologiya hər bir kompüterin ayrı xətlə bilavasitə ümumi mərkəzi qovşağın (konsentratorun, təkrarlayıcının və ya habın) ayrı-ayrı portuna qoşulan zaman yaranır. Bu qovşağın funksiyasına hər hansı bir kompüter tərəfindən göndərilən informasiyanın bir və ya digər bütün kompüterlərə ötürülməsi daxildir. Həmçinin mərkəzi qovşaq qismində mərkəzi kompüter (server) istifadə oluna bilər. Server məlumatların ötürülmə marşrutunu təmin edir, periferiya qurğularını qoşur və bütün şəbəkə üçün verilənlərin mərkəzləşdirilmiş saxlancı rolunu oynayır. Bu topologiyanın üstünlükləri:
- Şəbəkə yüsəksürətlidir, çünki şəbəkənin ümumi məhsuldarlığı ancaq mərkəzi qovşağın məhsuldarlığından asılıdır
- Şəbəkədə ötürülən verilənlər "toqquşmur", çünki verilənlər kompüterlər və server arasında ayrı-ayrı kanallar vasitəsi ötürülür.
Çatışmazlıqları:
- Aşağı etibarlılıq, çünki bütün şəbəkənin etibarlılığı mərkəzi qovşağın etibarlılığı ilə müəyyən edilir. Əgər mərkəzi kompüter sıradan çıxarsa, onda bütün şəbəkənin işi dayanar.
- Kompüterlərin şəbəkəyə qoşulması baha başa gəlir, çünki mərkəzi qovşaqdan kompüterə ayrı xətt çəkmək lazımdır.
Ağacvari topologiya. Şəbəkədə bir neçə konsentrator istifadə olunur və kompüterlər bir biri ilə iyerarxiya üzrə ulduzvari şəkildə birləşir (şək. 6). Bu şəbəkəyə qoşulmiş istənilən kompüter server ola bilər. Hal-hazırda həm lokal, həm də qlobal şəbəkələrdə ən geniş yayılmış şəbəkə topologiyasıdır.
Ümumi şin topologiyası. Mərkəzi element qismində passiv koaksial kabel iştrak edir və kompüterlər bu kabelə qoşulur (şək. 7). Onun sonlarında terminator qoşulmalıdır. Ötürülən informasiya kabel vasitəsilə yayılır və bu kabelə qoşulmuş bütün kompüterlər üçün əlçatandır. Ümumi şin topologiyalı şəbəkənin ən geniş yayılmış növü Ethernet şəbəkəsidir (informasiyanı ötürmə sürəti 10–100 Mbit/san). Ümumi şin topologiyasının üstünlükləri:
- İşçi stansiyalarını bir-birindən asılı olmayaraq qoşmaq olar, yəni, yeni kompüterin qoşulması zamanı informasiyanın ötürülməsini dayandırmağa ehtiyac yoxdur.
- Belə topologiyalı şəbəkələrin qurulması ucuz başa gəlir, çünki yeni kompüterlərin qoşulması zamanı yeni xətlərin çəkilməsinə ehtiyac yoxdur.
- Şəbəkə yüksək etibarlılığa malikdir, çünki şəbəkənin iş qabiliyyəti ayrı-ayrı kompüterlərin iş qabiliyyətindən asılı deyil.
Ümumi şin topologiyasının çatışmazlıqları:
- Verilənlərin ötürülməsi sürətinin aşağı olması, çünki bütün informasiya bir kanal (şin) vasitəsilə ötürülür.
- Şəbəkənin sürəti qoşulmuş kompüterlərin sayından asılıdır, Şəbəkəyə qoşulmuş kompüterlərin sayı nə qədər çox olarsa, informasiyanın bir kompüterdən digər kompüterə ötürülməsi aşağı sürətlə baş verir.
- Təhlükəsizliyi aşağıdır, çünki hər bir kompüterdəki informasiya istənilən digər kompüterdən əlyetən ola bilər.
Kompüterlərin qarşılıqlı əlaqəsinin təşkilinə görə şəbəkələr bölünür:
- Eyniranqlı şəbəkələrə;
- Ayrılmış serverli şəbəkələrə.
Eyniranqlı şəbəkələrdə bütün kompüterlər eyni prioritetə malikdirlər. Hər bir kompüterdə Microsoft Windows əməliyyat sisteminin istənilən versiyası qurulur. Hər bir istifadəçi öz kompüterinin resurslarına digər istifadəçilərin girişinə icazənin verilməsi qərarını özü qəbul edir. Bu şəbəkənin ən sadə variantıdır. Eyniranqlı şəbəkənin qurulması üçün kompüterlərin kabel vasitəsilə birləşdirilməsi və əməliyyat sisteminin (məsələn, Windows XP Professional) qurulması kifayətdir.
Ayrılmış serverli şəbəkələrə
Ayrılmış serverli şəbəkədə serverin və işçi stansiyaların resursları serverdən mərkəzləşdirilmiş şəkildə idarə olunur. Belə şəbəkələrin yaradılması üçün hər hansı bir kompüterdə server əməliyyat sistemi, məsələn, Windows Server 2003 qurulmalı və tənzimlənməlidir. Bu serverdə istifadəçilərin qeydiyyatı üçün baza yaradılır və resursların və istifadəçilərin kateqoriyaları müəyyən edilir. Kliyent kompüterində əməliyyat sistemi (məsələn, Windows XP Professional) qurulur. Şəbəkəyə qoşulan zaman hər bir istifadəşi serverdə qeydiyyatdan keçir və bundan sonra ümumi şəbəkə resursuna giriş əldə edir. Çox zaman ayrılmış server yalnız müəyyən bir funksiyanı (rolu) yerinə yetirir, məsələn: Fayl serveri faylların saxlanmasına xidmət edir;
- Çap serveri printerləri ümumi istifadəyə təqdim edir;
- Tətbiqlər serveri istifadəçilərin şəbəkə tətbiqlərilə işini təmin edir;
- Web-server verilənlərə ümumi girişi təmin edir;
- Elektron poçt serveri istifadəçilərin poçt qutusunu saxlayır və şəbəkədə poçtun çatdırılmasını təmin edir və s.
Ötürmə mühitinə görə şəbəkələr naqilli və naqilsiz şəbəkələrə bölünürlər.
Naqilsiz şəbəkələr-kabel sisteminin çəkilməsi məqsədəuyğun olmayan, çətin və ya mümkün olmayan yerlərdə istifadə olunur. Bu zaman şəbəkə informasiyanın ötürülməsi qismində radio-dalğaları istifadə edən adapterlərin köməyi ilə reallaşdırılır.
İnformasiyanın ötürülmə sürətinə görə şəbəkələr aşağısürətli (10 Mbit/san qədər), ortasürətli (100 Mbit/san qədər) və yüksəksürətli (100 Mbit/san çox) şəbəkələrə bölünür.
Ölçüsünə görə şəbəkələr qlobal, lokal, və şəhər (regional) şəbəkələrə bölünür:
- Qlobal şəbəkələr (ing. Wide Area Network, WAN)
- Lokal şəbəkələr (ing. Local Area Network, LAN)
- (ing. Metropolitan Area Network, MAN)
Qlobal kompüter şəbəkələri Qlobal kompüter şəbəkələri — bir-birlərindən çoğrafi uzaq (Yer kürəsinin istənilən hissəsindəki) kompüterləri, printerləri və digər qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir. Rabitə vasitəsi olaraq əsasən yüksək sürətli telefon və peyk rabitəsindən istifadə olunur. Qlobal kompüter şəbəkələri əsasən klient-server texnologiyası əsasında fəaliyyət göstərir. Şəbəkənin proqram təminatı əsasən iki hissədən ibarət olur: Klient və Server.
Qlobal şəbəkədə informasiyanın saxlanılmasından asılı olaraq informasiyanın işlənməsi mərkəzləşmiş və paylanmış şəkildə həyata keçirilir. Məsələn, RinNet şəbəkəsində informasiya ehtiyatı Rusiyanın mərkəzi rayonlarının tədris müəssisələrinin serverlərində paylanmış şəkildə yerləşmişdir və informasiyanın işlənməsi paylanmış şəkildə həyata keçirilir.
Ən böyük qlobal kompüter şəbəkəsi internet kompüter-informasiya şəbəkəsidir. İnternet özündə milyonlarla kompüteri birləşdirən, kompüter şəbəkələrinin ümumdünya toplusudur.
Lokal kompüter şəbəkələri
Lokal kompüter şəbəkələri — bir müəssisə daxilində fəaliyyət göstərir və informasiya mübadiləsinə, informasiya və periferiya avadanlıqlarından birgə istifadəyə şərait yaradır. Şəbəkədə kompüterlər kompakt şəkildə yerləşdirilir. Lokal şəbəkədə əlaqə əsasən kabel və qismən lazer, infraqırmızı və radio şüalanma vasitəsilə həyata keçirilir və informasiya mübadiləsinin sürəti istifadə olunan rabitə vasitələrinin texniki göstəricilərilə müəyyən olunur. Lokal şəbəkələr ən geniş yayılmış şəbəkə növüdür.
Korporativ şəbəkə
Korporativ şəbəkə — lokal şəbəkəyə aid olub, hər hansı təşkilat daxilindəki kompüterləri, printerləri və digər qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir. Nəzərə almaq lazımdır ki, təşkilata aid binalar müxtəlif şəhərlərdə yerləşə bilərlər.
Şəhər (regional) şəbəkəsi Şəhər (regional) şəbəkəsi (MAN — Metropolitan Area Network) — böyük şəhərin informasiya tələbatını təmin edən şəbəkədir. Şəhər şəbəkəsi rəqəmsal verilənlərin, səsin ötürülməsini dəstəkləyə və kabel televiziyasına malik ola bilər.
Xüsusiyyətlər
Kompüter şəbəkəsi elektrik mühəndisliyi, elektronika mühəndisliyi, telekommunikasiya, kompüter elmləri, informasiya texnologiyaları və ya kompüter mühəndisliyi şöbəsi hesab edilə bilər, çünki müvafiq fənlərin nəzəri və praktiki tətbiqinə əsaslanır.
Kompüter şəbəkəsi istifadəçilərə müxtəlif vasitələrlə effektiv və asanlıqla ünsiyyət qurmağa imkan verən kişilərarası ünsiyyəti asanlaşdırır: e-poçt, anlık mesajlaşma, onlayn chat, telefon, video telefon zəngləri və video konferans. Şəbəkə şəbəkə və hesablama resurslarının paylaşılmasına imkan verir. İstifadəçilər paylaşılan şəbəkə printerində sənəd yazmağı və paylaşılan saxlama cihazının istifadəsi kimi ağda olan qurğularla təmin olunan resurslardan istifadə edə və istifadə edə bilərlər. Şəbəkə, səlahiyyətli istifadəçilərə ağdakı digər kompüterlərdə saxlanılan məlumatlara giriş imkanı verən faylları, məlumatları və digər məlumat növlərinin paylaşılmasına imkan verir. Distributed computing vəzifələri yerinə yetirmək üçün ağda hesablama resurslarından istifadə edir.
Şəbəkə ilə əlaqəli qurğularda kompüter virusları və ya kompüter qurdları yerləşdirmək və ya bu qurğular şəbəkəyə daxil olmağın qarşısını almaq üçün təhlükəsizlik hackerları tərəfindən kompüter şəbəkəsi istifadə edilə bilər.
Kommutasiya üsulları
Kommutasiya dedikdə, bir neçə alternativ marşrutlara malik olan şəbəkələrdə, iki qovşaq arasında informasiya mübadiləsinin həyata keçirilməsi üçün verilənlərin ötürülməsi istiqamətinin seçilməsi və təşkili texnologiyası başa düşülür. Kommutasiyanın üç müxtəlif sxemi mövcuddur:
- kanalların kommutasiyası (circuit switching);
- paketlərin kommutasiyası (packet switching);
- məlumatların kommutasiyası (message switching).
Kanalların kommutasiyası verilənlərin iki qovşaq arasında birbaşa ötürülməsi üçün ayrı-ayrı kanal hissələrinin ardıcıl birləşdirilməsi nəticəsində fiziki kanalın yaradılmasını nəzərdə tutur. Müxtəlif kanallar öz aralarında xüsusi aparatların — kommutatorların vasitəsilə birləşirlər.
Paketlərin kommutasiyası zamanı şəbəkə istifadəçilərinin göndərdiyi bütün məlumatlar ilkin qovşaqda nisbətən kiçik hissələrə paketlərə bölünür. Adətən paketlər dəyişən uzunluğa (46 – 1500 bayt) malik ola bilər. Şəbəkədə paketlər müstəqil informasiya blokları kimi ötürülür. Şəbəkə kommutatorları sonuncu qovşaqlardan paketləri qəbul edir və ünvan məlumatlarının əsasında lazımi ünvana göndərir.
Məlumatların kommutasiyası dedikdə vahid verilənlər blokunun kompüter şəbəkəsində hər bir tranzit kompüterin diskində müvəqqəti buferləşdirilməsi ilə ötürülməsi kimi başa düşülur. Paketdən fərqli olaraq məlumat ixtiyari uzunluğa malik olur və onun ölçüsü texnoloji nöqteyi-nəzərdən deyil, məhz məlumatı təşkil edən informasiyanın məzmunu ilə (mətn sənədi, fayl, elektron məktub) müəyyən olunur. Tranzit kompüterlər öz aralarında həm paket kommutasiyalı, həm də kanal kommutasiyalı şəbəkələrin köməyi ilə birləşə bilərlər.
Şəbəkə protokolları
Protokol — Şəbəkə vasitəsilə ötürülən informasiyanın standartlaşdırılması üçün şəbəkə protokolları işlənmişdir. Protokol kompüter şəbəkəsində verilənlərin ötürülməsi üçün qaydalar və razılaşma toplusudur. Müəyyən protokol əsasında yaradılmış paket müəyyən formata malikdir. Kompüterlərin şəbəkə şəklində birləşdirilməsinin bir neçə əsas səbəbi vardır:
- İstifadəçilər arasında informasiya mübadiləsinin sürətləndirilməsi.
- İş yerini tərk etmədən məlumatların (e-mail və s.) qəbulu və ötürülməam təminatı altında işləyən müxtəlif firmaların istehsalı olan kompüterlər arasında informasiya mübadiləsinin mümkünlüyü və s.
Kompüter şəbəkələrində aşağıdakı protokollardan istifadə edilir:
- ARCNET
- Ethernet
- IP
- TCP protokolu
- Token Ring
- FDDI
- ATM
- RS-232
- USB
- IEEE 1394 (Firewire, iLink)
- X.25
- Bluetooth
- IEEE 802.11
- DHCP
OSI modeli
1983-cü ildə () tərəfindən açıq sistemlərin qarşılıqlı əlaqəsinin modeli yaradılmışdır. Bu model OSI (Open System Interconnection — Açıq sistemləin qarşılıqlı əlaqəsi) adlandırılmışdır və müasir kompüter şəbəkələrinin əsasını təşkil edir. OSI modelində aşağıdakı səviyyələr vardır:
- Fiziki səviyyə (Physical layer) – 1-ci və ən aşağı səviyyədir. Bu səviyyə fiziki əlaqə kanallarında informasiyanın (bitlərin) elektrik, optik və ya radiosiqnal şəklində ötürülməsini təmin edir. Bu səviyyədə siqnalların səviyyəsi, kodlaşdırma tipi, siqnalların ötürülmə sürəti və s. təyin edilir.
- Kanal səviyyəsi (Data Link layer) – 2-ci səviyyədir və şəbəkələrin fiziki səviyyədə qarşılıqlı əlaqəsinin təmin edilməsinə xidmət edir və baş verə biləcək səhvlərə nəzarət edir. Fiziki səviyyədən alınmış verilənlər kadrlarda (frame) yerləşdirilir, bütövlüyü və səhvləri yoxlanılır və şəbəkə səviyyəsinə göndərilir.
- Şəbəkə səviyyəsi (Network layer) – 3-cü səviyyədir və verilənlərin ötürülməsi yollarının (marşrutlarının) müəyyən edilməsi üçün təyin edilmişdir. Məntiqi ünvanların və adların fiziki ünvanlara çevrilməsinə, qısa marşrutların müəyyən edilməsinə, şəbəkədəki nasazlıqların və tıxacların izlənilməsinə cavabdehdir.
- Nəqliyyat səviyyəsi (Transport layer) – 4-cü səviyyədir və verilənlərin səhvsiz, itkisiz, təkrar edilmədən və göndərilmiş ardıcıllıqla ünvana çatdırılması üçün təyin edilmişdir. Bu zaman ötürülən verilənlərin tipi əhəmiyyət kəsb etmir, sadəcə bu səviyyə ötürmə mexanizmi təqdim edir.
- Seans səviyyəsi (Session layer) — 5-ci səviyyədir və əlaqə seansının təmin edilməsinə cavabdehdir və tətbiqlərin uzun müddət öz aralarında qarşılıqlı əlaqədə olamalarına imkan verir. Bu səviyyə seansın yaradılmasını və sona çatdırılmasını, informasiya mübadiləsini, sinxronlaşdırmanı, verilənlərin ötürülməsi hüququnun müəyyən edilməsini və tətbiqlərin aktiv olmadıqları müddətdə seansın saxlanmasını idarə edir.
- Təqdimetmə səviyyəsi (Presentation layer) — 6-cı səviyyədir və informasiyanın məzmununu dəyişdirmədən onun təsvir olunma formasını təyin edir. Bu səviyyənin vasitəsilə informasiya bir sistemin tətbiqi səviyyəsindən digər sistemin tətbiqi səviyyəsinə aydın şəkildə təqdim edilir. Təqdimetmə səviyyəsi tətbiqi səviyyədə olan obyektlərə (istifadəçi və proqramlar) ötürülən informasiyanın çevrilmə (şirifləmə, sıxılma) üsullarını müəyyən edir.
- Tətbiqi səviyyə (Application layer) – 7-ci ən yüksək səviyyədir, şəbəkə və istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir. Bu səviyyə istifadəçi tətbiqlərinin (user applications) şəbəkə xidmətlərinə girişinə icazə verir.
Ədəbiyyat
- AMEA İnformasiya Texnologiyaları İnstitutu, "İnformatika mühazirələri", Ramiz Şıxəliyev
- Uendel Odom. Компьютерные сети. Первый шаг, Moskva, "Вильямс", 2005.
- В.Г. Олифер, Н.А. Олифер. Компьютерные сети. Принципы, технологии, протоколы / — СПБ: Питер. 2001–672 с.
- Вычислительные системы, сети и телекоммуникации. Пятибратов и др. – ФИС, 1998
- М. Кульгин. Технологии корпоративных сетей. Энциклопедия – СПБ: Питер. 2000 – 704
- А.В. Фролов, Г.В. Фролов. Глобальные сети компьютеров. – М.: ДИАЛОГ – МИФИ. 1996 – 288 с.
- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalenin sonunda menbe siyahisi var lakin metndaxili menbeler hec ve ya kifayet qeder istifade edilmediyi ucun bezi melumatlarin menbesi bilinmir Lutfen menbeleri uygun sekilde metnin daxilinde yerlesdirerek meqalenin tekmillesdirilmesine komek edin Komputer sebekesi Rabite xetleri ve xususi proqram teminati ile bir birile elaqeli komputerler ve periferiya avadanliqlari sisteminden ibaretdir Informasiyanin elde olunmasi oturulmesi ve istifadecilerin movcud informasiyadan birge istifadesini temin etmek ucun komputer sebekelerinin olmasi vacib sertdir Mesafeden asili olaraq rabite xetleri kimi kabelden telefon xetlerinden radiorabiteden peyk rabitesinden ve optik lifli xetlerden istifade olunur En populyar komputer sebekesi internetdir Komputer sebekelerinin esas komponentleri asagidakilardir komputerler kommunikasiya avadanliqlari sebeke emeliyyat sistemleri sebeke tetbiqleri network applications elaqe kanallari Komputer sebekesi esas anlayislariKomputer sebekelerinin esas anlayislari asagidakilardir Server sebekenin isini merkezlesdirilmis sekilde idare eden ve yaxud sebekenin diger komputerlerine oz resurslarini fayl printer kartic ve s istifadeye veren muvafiq proqram teminati ile techiz olunmus xususi ayrilmis yuksek mehsuldarliga malik olan komputerdir kliyent isci stansiyasi serverin resurslarina servere giris elde eden sebeke istifadecisinin komputeridir Proqram server verilmis komputerin resurslarina komputerlerinden giris sorgularina xidmet ucun teyin edilmis proqramdir uzaqda yerlesen resurslara giris ucun sorgularin yaradilmasi ve gonderilmesi hemcinin sorguya uygun olaraq istifadecinin komputerinde informasiyanin alinmasi ve eks etdirilmesi ucun teyin edilmis proqramdir misal vebbrauzer bir nece elaqe kanalini bir kanala kommutasiya eden qurgudur Tekrarlayici siqnalin verilmis oturucu fiziki muhitinde nezerde tutulmus mesafeden boyuk mesafeye oturulduyu zaman onun formasinin ve amplitudasinin saxlanmasini temin eden qurgudur Hab hub komputerleri sebekeye birlesdirmeye imkan veren qurgudur Modem reqemsal siqnallarinin telefon xetleri vasitesile oturulmesi ucun onlari analoq formasina ve eksine ceviren qurgudur Bu zaman modemde informasiya siqnallarinin modulyasiyasi ve demodulyasiyasi heyata kecirilir muxtelif is yerlerinden diger komputerlerde olan fayllara girise imkan verir Proqram vasitelerinin umumi istifadesi istifadecilere diger komputerlerde qurulmus proqramlari istifade etmeye imkan verir Paket komputer sebekelerinde informasiyanin esas vahididir Verilenlerin paketlere bolunmesi zamani sebekedeki her bir komputer praktiki olaraq verilenlerin diger komputerlerle eyni zamanda qebulu ve oturulmesi imkanini elde edir Protokol komputer sebekesinde verilenlerin oturulmesi ucun qaydalar ve razilasmalar toplusudur sebekede melumatlarin teqdimat formalarini ve oturulme usullarini muxtelif avadanliqlarin birge isleme qaydalarini mueyyen eden standarlardir Sebekelerin arxitekturalari ve tesnifatiKomputer sebekeleri asagidaki tesnifat elametlerine malikdirler Topologiya Komputerlerin qarsiliqli elaqesinin teskili Oturme muhiti Informasiyanin oturulme sureti Olcusu Sebekenin topologiyaya gore tesnifati Komputer sebekeleri Sebekenin topologiyasi komputerlerin elaqe kanallari vasitesile birlesdirilmesinin mentiqi sxemidir Tam elaqeli ve qeyri tam elaqeli topologiyalar movcuddur En cox yayilmis sebeke topologiyalari Tam elaqeli topologiya Sebekenin her bir komputeri qalan diger komputerlerle bilavasite birlesir Sadeliyine baxmayaraq bu topologiya boyuk ve qeyri effektivdir Cunki her bir komputer sebekenin qalan diger komputerleri ile birlesmek ucun coxlu sayda kommunukasiya portuna malik olmalidir Halqavari topologiya Butun komputerler ardicil bir halqada birlesirler ve serverin funksiyalari sebekenin butun komputerleri arasinda paylanir Bilavasite informasiya mubadilesi ancaq iki qonsu komputer arasinda bas verir Halqavari topologiyanin ustulukleri asagidakilardir Melumatin oturulmesi cox effektivdir cunki bir birinin ardinca bir nece melumat gondermek olar Yeni komputer birinci melumati gonderdikden sonra onun unvana catmasini gozlemeden novbeti melumati gondere biler Sebekenin olcusu boyuk ola biler yeni siqnalin guclendirilmesi ucun xususi qurgu istifade etmeden komputerler bir birile boyuk mesafede qosula bilerler Bu topologiyanin catismazliqlari Sebekenin asagi etibarli olmasi cunki her hansi bir komputerin dayanmasi butun sebekenin dayanmasina getirib cixarir Yeni kliyentin komputerin qosulmasi ucun sebekenin isini dayandirmaq lazimdir Kliyentlerin komputerlerin sayi artdiqca sebekenin sureti asagi dusur cunki butun informasiya her bir komputerden kecir ve onlarin imkanlari mehduddur Sebekenin umumi mehsuldarligi en yavas isleyen komputerin mehsuldarligi ile mueyyen edilir Ulduzvari topologiya her bir komputerin ayri xetle bilavasite umumi merkezi qovsagin konsentratorun tekrarlayicinin ve ya habin ayri ayri portuna qosulan zaman yaranir Bu qovsagin funksiyasina her hansi bir komputer terefinden gonderilen informasiyanin bir ve ya diger butun komputerlere oturulmesi daxildir Hemcinin merkezi qovsaq qisminde merkezi komputer server istifade oluna biler Server melumatlarin oturulme marsrutunu temin edir periferiya qurgularini qosur ve butun sebeke ucun verilenlerin merkezlesdirilmis saxlanci rolunu oynayir Bu topologiyanin ustunlukleri Sebeke yuseksuretlidir cunki sebekenin umumi mehsuldarligi ancaq merkezi qovsagin mehsuldarligindan asilidir Sebekede oturulen verilenler toqqusmur cunki verilenler komputerler ve server arasinda ayri ayri kanallar vasitesi oturulur Catismazliqlari Asagi etibarliliq cunki butun sebekenin etibarliligi merkezi qovsagin etibarliligi ile mueyyen edilir Eger merkezi komputer siradan cixarsa onda butun sebekenin isi dayanar Komputerlerin sebekeye qosulmasi baha basa gelir cunki merkezi qovsaqdan komputere ayri xett cekmek lazimdir Agacvari topologiya Sebekede bir nece konsentrator istifade olunur ve komputerler bir biri ile iyerarxiya uzre ulduzvari sekilde birlesir sek 6 Bu sebekeye qosulmis istenilen komputer server ola biler Hal hazirda hem lokal hem de qlobal sebekelerde en genis yayilmis sebeke topologiyasidir Umumi sin topologiyasi Merkezi element qisminde passiv koaksial kabel istrak edir ve komputerler bu kabele qosulur sek 7 Onun sonlarinda terminator qosulmalidir Oturulen informasiya kabel vasitesile yayilir ve bu kabele qosulmus butun komputerler ucun elcatandir Umumi sin topologiyali sebekenin en genis yayilmis novu Ethernet sebekesidir informasiyani oturme sureti 10 100 Mbit san Umumi sin topologiyasinin ustunlukleri Isci stansiyalarini bir birinden asili olmayaraq qosmaq olar yeni yeni komputerin qosulmasi zamani informasiyanin oturulmesini dayandirmaga ehtiyac yoxdur Bele topologiyali sebekelerin qurulmasi ucuz basa gelir cunki yeni komputerlerin qosulmasi zamani yeni xetlerin cekilmesine ehtiyac yoxdur Sebeke yuksek etibarliliga malikdir cunki sebekenin is qabiliyyeti ayri ayri komputerlerin is qabiliyyetinden asili deyil Umumi sin topologiyasinin catismazliqlari Verilenlerin oturulmesi suretinin asagi olmasi cunki butun informasiya bir kanal sin vasitesile oturulur Sebekenin sureti qosulmus komputerlerin sayindan asilidir Sebekeye qosulmus komputerlerin sayi ne qeder cox olarsa informasiyanin bir komputerden diger komputere oturulmesi asagi suretle bas verir Tehlukesizliyi asagidir cunki her bir komputerdeki informasiya istenilen diger komputerden elyeten ola biler Komputerlerin qarsiliqli elaqesinin teskiline gore sebekeler bolunur Eyniranqli sebekelere Ayrilmis serverli sebekelere Eyniranqli sebekelerde butun komputerler eyni prioritete malikdirler Her bir komputerde Microsoft Windows emeliyyat sisteminin istenilen versiyasi qurulur Her bir istifadeci oz komputerinin resurslarina diger istifadecilerin girisine icazenin verilmesi qerarini ozu qebul edir Bu sebekenin en sade variantidir Eyniranqli sebekenin qurulmasi ucun komputerlerin kabel vasitesile birlesdirilmesi ve emeliyyat sisteminin meselen Windows XP Professional qurulmasi kifayetdir Ayrilmis serverli sebekelere Ayrilmis serverli sebekede serverin ve isci stansiyalarin resurslari serverden merkezlesdirilmis sekilde idare olunur Bele sebekelerin yaradilmasi ucun her hansi bir komputerde server emeliyyat sistemi meselen Windows Server 2003 qurulmali ve tenzimlenmelidir Bu serverde istifadecilerin qeydiyyati ucun baza yaradilir ve resurslarin ve istifadecilerin kateqoriyalari mueyyen edilir Kliyent komputerinde emeliyyat sistemi meselen Windows XP Professional qurulur Sebekeye qosulan zaman her bir istifadesi serverde qeydiyyatdan kecir ve bundan sonra umumi sebeke resursuna giris elde edir Cox zaman ayrilmis server yalniz mueyyen bir funksiyani rolu yerine yetirir meselen Fayl serveri fayllarin saxlanmasina xidmet edir Cap serveri printerleri umumi istifadeye teqdim edir Tetbiqler serveri istifadecilerin sebeke tetbiqlerile isini temin edir Web server verilenlere umumi girisi temin edir Elektron poct serveri istifadecilerin poct qutusunu saxlayir ve sebekede poctun catdirilmasini temin edir ve s Oturme muhitine gore sebekeler naqilli ve naqilsiz sebekelere bolunurler Naqilsiz sebekeler kabel sisteminin cekilmesi meqsedeuygun olmayan cetin ve ya mumkun olmayan yerlerde istifade olunur Bu zaman sebeke informasiyanin oturulmesi qisminde radio dalgalari istifade eden adapterlerin komeyi ile reallasdirilir Informasiyanin oturulme suretine gore sebekeler asagisuretli 10 Mbit san qeder ortasuretli 100 Mbit san qeder ve yukseksuretli 100 Mbit san cox sebekelere bolunur Olcusune gore sebekeler qlobal lokal ve seher regional sebekelere bolunur Qlobal sebekeler ing Wide Area Network WAN Lokal sebekeler ing Local Area Network LAN ing Metropolitan Area Network MAN Qlobal komputer sebekeleri Qlobal komputer sebekeleri bir birlerinden cografi uzaq Yer kuresinin istenilen hissesindeki komputerleri printerleri ve diger qurgulari birlesdiren kommunikasiya sebekesidir Rabite vasitesi olaraq esasen yuksek suretli telefon ve peyk rabitesinden istifade olunur Qlobal komputer sebekeleri esasen klient server texnologiyasi esasinda fealiyyet gosterir Sebekenin proqram teminati esasen iki hisseden ibaret olur Klient ve Server Qlobal sebekede informasiyanin saxlanilmasindan asili olaraq informasiyanin islenmesi merkezlesmis ve paylanmis sekilde heyata kecirilir Meselen RinNet sebekesinde informasiya ehtiyati Rusiyanin merkezi rayonlarinin tedris muessiselerinin serverlerinde paylanmis sekilde yerlesmisdir ve informasiyanin islenmesi paylanmis sekilde heyata kecirilir En boyuk qlobal komputer sebekesi internet komputer informasiya sebekesidir Internet ozunde milyonlarla komputeri birlesdiren komputer sebekelerinin umumdunya toplusudur Lokal komputer sebekeleri Lokal komputer sebekeleri bir muessise daxilinde fealiyyet gosterir ve informasiya mubadilesine informasiya ve periferiya avadanliqlarindan birge istifadeye serait yaradir Sebekede komputerler kompakt sekilde yerlesdirilir Lokal sebekede elaqe esasen kabel ve qismen lazer infraqirmizi ve radio sualanma vasitesile heyata kecirilir ve informasiya mubadilesinin sureti istifade olunan rabite vasitelerinin texniki gostericilerile mueyyen olunur Lokal sebekeler en genis yayilmis sebeke novudur Korporativ sebeke Korporativ sebeke lokal sebekeye aid olub her hansi teskilat daxilindeki komputerleri printerleri ve diger qurgulari birlesdiren kommunikasiya sebekesidir Nezere almaq lazimdir ki teskilata aid binalar muxtelif seherlerde yerlese bilerler Seher regional sebekesi Seher regional sebekesi MAN Metropolitan Area Network boyuk seherin informasiya telebatini temin eden sebekedir Seher sebekesi reqemsal verilenlerin sesin oturulmesini destekleye ve kabel televiziyasina malik ola biler Xususiyyetler Komputer sebekesi elektrik muhendisliyi elektronika muhendisliyi telekommunikasiya komputer elmleri informasiya texnologiyalari ve ya komputer muhendisliyi sobesi hesab edile biler cunki muvafiq fenlerin nezeri ve praktiki tetbiqine esaslanir Komputer sebekesi istifadecilere muxtelif vasitelerle effektiv ve asanliqla unsiyyet qurmaga imkan veren kisilerarasi unsiyyeti asanlasdirir e poct anlik mesajlasma onlayn chat telefon video telefon zengleri ve video konferans Sebeke sebeke ve hesablama resurslarinin paylasilmasina imkan verir Istifadeciler paylasilan sebeke printerinde sened yazmagi ve paylasilan saxlama cihazinin istifadesi kimi agda olan qurgularla temin olunan resurslardan istifade ede ve istifade ede bilerler Sebeke selahiyyetli istifadecilere agdaki diger komputerlerde saxlanilan melumatlara giris imkani veren fayllari melumatlari ve diger melumat novlerinin paylasilmasina imkan verir Distributed computing vezifeleri yerine yetirmek ucun agda hesablama resurslarindan istifade edir Sebeke ile elaqeli qurgularda komputer viruslari ve ya komputer qurdlari yerlesdirmek ve ya bu qurgular sebekeye daxil olmagin qarsisini almaq ucun tehlukesizlik hackerlari terefinden komputer sebekesi istifade edile biler Kommutasiya usullariKommutasiya dedikde bir nece alternativ marsrutlara malik olan sebekelerde iki qovsaq arasinda informasiya mubadilesinin heyata kecirilmesi ucun verilenlerin oturulmesi istiqametinin secilmesi ve teskili texnologiyasi basa dusulur Kommutasiyanin uc muxtelif sxemi movcuddur kanallarin kommutasiyasi circuit switching paketlerin kommutasiyasi packet switching melumatlarin kommutasiyasi message switching Kanallarin kommutasiyasi verilenlerin iki qovsaq arasinda birbasa oturulmesi ucun ayri ayri kanal hisselerinin ardicil birlesdirilmesi neticesinde fiziki kanalin yaradilmasini nezerde tutur Muxtelif kanallar oz aralarinda xususi aparatlarin kommutatorlarin vasitesile birlesirler Paketlerin kommutasiyasi zamani sebeke istifadecilerinin gonderdiyi butun melumatlar ilkin qovsaqda nisbeten kicik hisselere paketlere bolunur Adeten paketler deyisen uzunluga 46 1500 bayt malik ola biler Sebekede paketler musteqil informasiya bloklari kimi oturulur Sebeke kommutatorlari sonuncu qovsaqlardan paketleri qebul edir ve unvan melumatlarinin esasinda lazimi unvana gonderir Melumatlarin kommutasiyasi dedikde vahid verilenler blokunun komputer sebekesinde her bir tranzit komputerin diskinde muveqqeti buferlesdirilmesi ile oturulmesi kimi basa dusulur Paketden ferqli olaraq melumat ixtiyari uzunluga malik olur ve onun olcusu texnoloji noqteyi nezerden deyil mehz melumati teskil eden informasiyanin mezmunu ile metn senedi fayl elektron mektub mueyyen olunur Tranzit komputerler oz aralarinda hem paket kommutasiyali hem de kanal kommutasiyali sebekelerin komeyi ile birlese bilerler Sebeke protokollariProtokol Sebeke vasitesile oturulen informasiyanin standartlasdirilmasi ucun sebeke protokollari islenmisdir Protokol komputer sebekesinde verilenlerin oturulmesi ucun qaydalar ve razilasma toplusudur Mueyyen protokol esasinda yaradilmis paket mueyyen formata malikdir Komputerlerin sebeke seklinde birlesdirilmesinin bir nece esas sebebi vardir Istifadeciler arasinda informasiya mubadilesinin suretlendirilmesi Is yerini terk etmeden melumatlarin e mail ve s qebulu ve oturulmeam teminati altinda isleyen muxtelif firmalarin istehsali olan komputerler arasinda informasiya mubadilesinin mumkunluyu ve s Komputer sebekelerinde asagidaki protokollardan istifade edilir ARCNET Ethernet IP TCP protokolu Token Ring FDDI ATM RS 232 USB IEEE 1394 Firewire iLink X 25 Bluetooth IEEE 802 11 DHCPOSI modeli1983 cu ilde terefinden aciq sistemlerin qarsiliqli elaqesinin modeli yaradilmisdir Bu model OSI Open System Interconnection Aciq sistemlein qarsiliqli elaqesi adlandirilmisdir ve muasir komputer sebekelerinin esasini teskil edir OSI modelinde asagidaki seviyyeler vardir Fiziki seviyye Physical layer 1 ci ve en asagi seviyyedir Bu seviyye fiziki elaqe kanallarinda informasiyanin bitlerin elektrik optik ve ya radiosiqnal seklinde oturulmesini temin edir Bu seviyyede siqnallarin seviyyesi kodlasdirma tipi siqnallarin oturulme sureti ve s teyin edilir Kanal seviyyesi Data Link layer 2 ci seviyyedir ve sebekelerin fiziki seviyyede qarsiliqli elaqesinin temin edilmesine xidmet edir ve bas vere bilecek sehvlere nezaret edir Fiziki seviyyeden alinmis verilenler kadrlarda frame yerlesdirilir butovluyu ve sehvleri yoxlanilir ve sebeke seviyyesine gonderilir Sebeke seviyyesi Network layer 3 cu seviyyedir ve verilenlerin oturulmesi yollarinin marsrutlarinin mueyyen edilmesi ucun teyin edilmisdir Mentiqi unvanlarin ve adlarin fiziki unvanlara cevrilmesine qisa marsrutlarin mueyyen edilmesine sebekedeki nasazliqlarin ve tixaclarin izlenilmesine cavabdehdir Neqliyyat seviyyesi Transport layer 4 cu seviyyedir ve verilenlerin sehvsiz itkisiz tekrar edilmeden ve gonderilmis ardicilliqla unvana catdirilmasi ucun teyin edilmisdir Bu zaman oturulen verilenlerin tipi ehemiyyet kesb etmir sadece bu seviyye oturme mexanizmi teqdim edir Seans seviyyesi Session layer 5 ci seviyyedir ve elaqe seansinin temin edilmesine cavabdehdir ve tetbiqlerin uzun muddet oz aralarinda qarsiliqli elaqede olamalarina imkan verir Bu seviyye seansin yaradilmasini ve sona catdirilmasini informasiya mubadilesini sinxronlasdirmani verilenlerin oturulmesi huququnun mueyyen edilmesini ve tetbiqlerin aktiv olmadiqlari muddetde seansin saxlanmasini idare edir Teqdimetme seviyyesi Presentation layer 6 ci seviyyedir ve informasiyanin mezmununu deyisdirmeden onun tesvir olunma formasini teyin edir Bu seviyyenin vasitesile informasiya bir sistemin tetbiqi seviyyesinden diger sistemin tetbiqi seviyyesine aydin sekilde teqdim edilir Teqdimetme seviyyesi tetbiqi seviyyede olan obyektlere istifadeci ve proqramlar oturulen informasiyanin cevrilme sirifleme sixilma usullarini mueyyen edir Tetbiqi seviyye Application layer 7 ci en yuksek seviyyedir sebeke ve istifadecinin qarsiliqli elaqesini temin edir Bu seviyye istifadeci tetbiqlerinin user applications sebeke xidmetlerine girisine icaze verir EdebiyyatAMEA Informasiya Texnologiyalari Institutu Informatika muhazireleri Ramiz Sixeliyev Uendel Odom Kompyuternye seti Pervyj shag Moskva Vilyams 2005 V G Olifer N A Olifer Kompyuternye seti Principy tehnologii protokoly SPB Piter 2001 672 s Vychislitelnye sistemy seti i telekommunikacii Pyatibratov i dr FIS 1998 M Kulgin Tehnologii korporativnyh setej Enciklopediya SPB Piter 2000 704 A V Frolov G V Frolov Globalnye seti kompyuterov M DIALOG MIFI 1996 288 s Ismayil Calalli Sadiqov Informatika terminlerinin izahli lugeti 2017 Baki nesriyyati 996 s Xarici kecidler