Keypəşin — Ermənistan Respublikasının cənubunda, keçmiş Qafan rayonu ərazisində, Gığı dərəsində yerləşən azərbaycanlılar yaşamış kənd.
Tarixi Zəngəzur əraziləri | |
Gığı dərəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Ermənistan |
Bölgə | Mərz: Sünik mərzi Rayon: Qafan rayonu (1930-1995) |
İnzibati mərkəz | Qafan |
Ləğv edilib | 1937 |
İndiki adı | Kefaşen (erm. կեֆաշեն) Astğaberd (erm. Աստղաբերդ) |
Əhalisi | 200 nəfər (1988) 57 (Pəyhanla birlikdə) (2011) |
Saat qurşağı | |
Xəritədə yeri | |
|
1930–1995-ci illər aralığında Qafan rayonuna daxil olan kənd Qafan şəhərindən 33 km şimal-qərbdə, Gığıçayın yuxarı axarında, Qazangöldən 15 km aralı, dəniz səviyyəsindən 2,111 m yüksəklikdə yerləşir.
Kənd hal-hazırda Ermənistan Respublikası Sünik mərzi inzibati ərazi vahidinin Nor Astğaberd kənd icması ərazisi daxilindədir. Bir neçə evi çıxmaq şərtilə kənd ərazisində yaşayış yoxdur, kənd dağıdılmışdır.
Tarixi
Keypəşin kəndi bir nəslin, yəni Məliklilər tayfasının məskunlaşdığı məkan olub. Tarixi mənbələrə görə, Məlikli tayfası Cənubi Azərbaycandan Qaradağ mahalından köç edib Bərgüşad ərazisində məskunlaşmış, sonradan isə yaylaq yerlərinə çıxmaq məqsədilə Keypəşini seçmişdir.
1727-ci ildə Osmanlı Dövləti tərəfindən tərtib edilmiş "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə Keypəşin kəndinin sakinlərinin Xocahandan olduqları qeyd edilmişdir. Hal-hazırda Qubadlı rayonu ərazisində yerləşən Xocahan kəndi Səfəvi və Osmanlılar dövründə Bərgüşad adlı mahal, liva kimi inzibati ərazi vahidləri tərkibində idi.
(Azərbaycanlıların Qafan rayonu ərazisindən deportasiyasına) kimi ermənilərin qadağalarına baxmayaraq Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarındakı bir çox kənd kimi Xocahan kəndinin də Gığı dərəsində öz adına yaylağı olub.
Keypəşin camaatının Qubadlı və Zəngilan rayonunun əhalisi ilə çox sıx əlaqələri olmuşdur. Kənd əhalisi mal-qoyunlarını qışda Qubadlı ərazisində saxlayardılar. Keypəşinin yaylaq yerləri çox olduğundan yay aylarında Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarının camaatı həm özləri istirahətə gələr, həm də təsərrüfatlarını dağlara gətirərdilər.
Adı
Bəzi mənbələrdə Kepəşen şəklində işlənən toponim Azərbaycan dilində "pilləli qaya" mənasında işlənən "kəp" sözü ilə türk dilində yaşayış məntəqəsi, oba mənası bildirən şenlik sözünün fonetik forması olan "şen" topoformantı əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
"Şen" topoformantı erməni dilində də eyni mənada oba, kiçik yaşayış məntəqəsi mənasında işlənir.
Coğrafiyası
Keypəşin kəndi Qafan şəhərindən 33 km şimal-qərbdə, Qazangöldən 15 km aralı, dəniz səviyyəsindən 2,111 m yüksəklikdə,Gığı dərəsində mənzərəli meşə ətəyində yerləşir. Bir tərəfdən Ordubadın, digər tərəfdən Sisiyanın azərbaycanlılar yaşamış əraziləri ilə sərhəddə idi.Əriməz (3200 m) və Sarımsaxlı dağları kəndin ən uca yüksəklikləridir.
Keypəşin kəndinə ən yaxın, qonşu kənd Pəyhan kəndidir. Keypəşin Gığıçay sahilində Pəyhan və Mahmudlu (Çaykənd) kəndləri arasında yerləşir.
Əhalisi
Keypəşin kəndində 1897-ci ildə 68 nəfər, 1922-ci ildə 45 nəfər, 1926-cı ildə 85 nəfər, 1931-ci ildə 136 nəfər, 1956-cı ildə 372 nəfər (?) yaşamışdır.
1918-ci il hadisələri vaxtı kəndi tərk etməli olan azərbaycanlıların geri qayıdışı Ermənistanda sovet hökumətinin qurulmasından sonra — 1922-ci ildə baş tutur.
8 dekabr 1988-ci il tarixində (Azərbaycanlıların Qafan rayonu ərazisindən deportasiyası) zamanı bölgənin digər azərbaycanlı əhalisi kimi sonuncu 200 nəfər keypəşinli də kəndi tərk etməli olur. Onlar əsasən Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonu ərazisində məskunlaşırlar.
Hal-hazırda Sünik mərzi inzibati ərazi vahidinin Nor Astğaberd kənd icması ərazisində yerləşən kənddə bir neçə evi çıxmaq şərtilə yaşayış yoxdur, kənd tamamilə dağıdılmışdır.
Siyahıyaalınma ili və müvafiq sayımların yekunlarına əsasən Keypəşin kəndində əhalinin sayı | ||||||
---|---|---|---|---|---|---|
illər | 1897 | 1922 | 1926 | 1931 | 1959 | 1988 |
say | 68 | 45 | 85 | 136 | 372 (?) | 200 |
Tayfaları
- Mirimli tayfası
- Əsəduşağı
- Nəsiruşağı
- İbrahim uşağı
- Qasım uşağı
- Əmirulla uşağı
- Cəfər-Qəfərli tayfası
- Mahmuduşağı tayfası
Qeydlər
- Cümləyə istinad göstərilən Çingiz Salmanovun "Qubadlının yer-yurd adları (Mononimləri)" 2018-12-22 at the Wayback Machine adlı kitabında "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"nin 1772-ci ildə tərtib olunduğu yazılsa da, sözügedən "müfəssəl dəftər" Osmanlı Dövləti tərəfindən 1727-ci ildə tərtib olunub. Görünür "1772" yazılması texniki səhvdir, rəqəmlərin yeri dəyişik salınıb.
Həmçinin bax
İstinadlar
- Musa Urud. «Zəngəzur», Bakı, Nurlar nəşriyyatı, 2005. səh. 503. «Düzəliş - Əlavə» hissəsi (az.)
- Ermənistan Respublikası Milli Statistika Xidməti (ERMSTAT). "Report of the Results of the 2011 Armenian Census" 2017-02-05 at the Wayback Machine (PDF) (erm.)
- Akif Muradverdiyev. "Zəngəzur. Tariximizin yaddaşı" 2021-12-05 at the Wayback Machine, Bakı, "Xəzər" nəşriyyatı, 2007. səh. 415–419. (az.)
- "Get a Map". (ingilis). www.getamap.net. Archived from the original on 2017-10-30. İstifadə tarixi: 30/10/2017. (#apostrophe_markup) (ing.)
- Sabir Əsədov. "Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası" (kiril əlif. "Ермәнистан азәрбајҹанлыларынын тарихи ҹоғрафијасы"), Bakı, "Gənclik" nəşriyyatı, 1995. səh. 146. (az.)
- Çingiz Salmanov. "Qubadlının yer-yurd adları (Mononimləri)" 2018-12-22 at the Wayback Machine (PDF), Sumqayıt, "Azəri" nəşriyyatı, 2015. səh. 82. (az.)Orijinal mətn (az.)
Qafanın Keypəşin kəndinin sakinləri xocahanlıların törəmələrindəndir. Bununla bağlı 1772-ci ildə [qeyd 1] tərtib edilmiş Gəncə-Qarabağ müfəssəl dəftərlərində göstərilmişdir. «Qubadlının yer-yurd adları (Mononimləri)», Çingiz Salmanov. səh. 82. (Sumqayıt, 2015) - Səməd Qarayev. "Qazangöl həsrəti", Bakı, "Azərbaycan nəşriyyatı", 2002. səh. 17. (az.)Orijinal mətn (az.)
Son zamanlar ermənilər qadağa etsələr də, Cəbrayılın Hovuslu, Horavlı, Şahvəlili, Qovşud, Mahmudlu, Çərəkən fermaları Harami yaylaqlarına gələrdilər. Qubadlı rayonunun Xanlıq, Zilanlı, Marfuzlu, Xocaxan, Məmər, Hal, Qazyan, Qarağac, Çərəli, Göyyal, Fərican kəndlərinin hər birinin öz adına yaylaqları vardı.
Zəngilan rayonunun Məmmədbəyli, Ağalı, Zərnəli, Alıbəyli, Hüseynbəyli, Hacalı, Yeməzli, Ağbis, Qaraqoyunlu, Seyidlər və b. öz kəndlərinin adı ilə adlanan yaylaqları vardı. Bu yaylaqların əksəriyyətində qəbiristanlıq da vardı, yaylaq vaxtı dünyadan gedənləri orada dəfn edərmişlər.
«Qazangöl həsrəti», Səməd Qarayev. səh. 17. (Bakı, 2002) - Rəmzi Yüzbaşov. "Azərbaycan coğrafiya terminləri (tədqiqlər)", Bakı, "Elm" nəşriyyatı, 1966. səh. 19, 125. (az.)
- İbrahim Bayramov. "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" 2018-09-20 at the Wayback Machine, Bakı, "Elm" nəşriyyatı, 2002. səh. 186. (az.)
- Zaven Korkotyan (erm. Զավեն Կորկոտյան, rus. Завен Коркотян). "Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931)" 2020-09-24 at the Wayback Machine (erm. «Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931)», rus. «Население Советской Армении за последние сто лет (1831-1931)»), İrəvan, "Melkonyan Fond" nəşriyyatı (erm. "Մելքոնյան ֆոնդի" հրատ, rus. Издательство «Мелконян фонд»), 1932. səh. 62–63, 136–137. (erm.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Keypesin Ermenistan Respublikasinin cenubunda kecmis Qafan rayonu erazisinde Gigi deresinde yerlesen azerbaycanlilar yasamis kend Tarixi Zengezur erazileriGigi deresiUmumi melumatlarOlke ErmenistanBolge Merz Sunik merzi Rayon Qafan rayonu 1930 1995 Inzibati merkez QafanLegv edilib 1937Indiki adi Kefasen erm կեֆաշեն Astgaberd erm Աստղաբերդ Ehalisi 200 nefer 1988 57 Peyhanla birlikde 2011 Saat qursagi UTC 04 00Xeritede yeriKeypesin 1930 1995 ci iller araliginda Qafan rayonuna daxil olan kend Qafan seherinden 33 km simal qerbde Gigicayin yuxari axarinda Qazangolden 15 km arali deniz seviyyesinden 2 111 m yukseklikde yerlesir Kend hal hazirda Ermenistan Respublikasi Sunik merzi inzibati erazi vahidinin Nor Astgaberd kend icmasi erazisi daxilindedir Bir nece evi cixmaq sertile kend erazisinde yasayis yoxdur kend dagidilmisdir TarixiKeypesin kendi bir neslin yeni Melikliler tayfasinin meskunlasdigi mekan olub Tarixi menbelere gore Melikli tayfasi Cenubi Azerbaycandan Qaradag mahalindan koc edib Bergusad erazisinde meskunlasmis sonradan ise yaylaq yerlerine cixmaq meqsedile Keypesini secmisdir 1727 ci ilde Osmanli Dovleti terefinden tertib edilmis Gence Qarabag eyaletinin mufessel defteri nde Keypesin kendinin sakinlerinin Xocahandan olduqlari qeyd edilmisdir Hal hazirda Qubadli rayonu erazisinde yerlesen Xocahan kendi Sefevi ve Osmanlilar dovrunde Bergusad adli mahal liva kimi inzibati erazi vahidleri terkibinde idi Azerbaycanlilarin Qafan rayonu erazisinden deportasiyasina kimi ermenilerin qadagalarina baxmayaraq Qubadli Cebrayil Zengilan rayonlarindaki bir cox kend kimi Xocahan kendinin de Gigi deresinde oz adina yaylagi olub Keypesin camaatinin Qubadli ve Zengilan rayonunun ehalisi ile cox six elaqeleri olmusdur Kend ehalisi mal qoyunlarini qisda Qubadli erazisinde saxlayardilar Keypesinin yaylaq yerleri cox oldugundan yay aylarinda Qubadli Zengilan Cebrayil rayonlarinin camaati hem ozleri istirahete geler hem de teserrufatlarini daglara getirerdiler AdiBezi menbelerde Kepesen seklinde islenen toponim Azerbaycan dilinde pilleli qaya menasinda islenen kep sozu ile turk dilinde yasayis menteqesi oba menasi bildiren senlik sozunun fonetik formasi olan sen topoformanti esasinda emele gelmisdir Orotoponimdir Qurulusca murekkeb toponimdir Sen topoformanti ermeni dilinde de eyni menada oba kicik yasayis menteqesi menasinda islenir CografiyasiKeypesin kendi Qafan seherinden 33 km simal qerbde Qazangolden 15 km arali deniz seviyyesinden 2 111 m yukseklikde Gigi deresinde menzereli mese eteyinde yerlesir Bir terefden Ordubadin diger terefden Sisiyanin azerbaycanlilar yasamis erazileri ile serhedde idi Erimez 3200 m ve Sarimsaxli daglari kendin en uca yukseklikleridir Keypesin kendine en yaxin qonsu kend Peyhan kendidir Keypesin Gigicay sahilinde Peyhan ve Mahmudlu Caykend kendleri arasinda yerlesir EhalisiKeypesin kendinde 1897 ci ilde 68 nefer 1922 ci ilde 45 nefer 1926 ci ilde 85 nefer 1931 ci ilde 136 nefer 1956 ci ilde 372 nefer yasamisdir 1918 ci il hadiseleri vaxti kendi terk etmeli olan azerbaycanlilarin geri qayidisi Ermenistanda sovet hokumetinin qurulmasindan sonra 1922 ci ilde bas tutur 8 dekabr 1988 ci il tarixinde Azerbaycanlilarin Qafan rayonu erazisinden deportasiyasi zamani bolgenin diger azerbaycanli ehalisi kimi sonuncu 200 nefer keypesinli de kendi terk etmeli olur Onlar esasen Baki Sumqayit seherlerinde ve Abseron rayonu erazisinde meskunlasirlar Hal hazirda Sunik merzi inzibati erazi vahidinin Nor Astgaberd kend icmasi erazisinde yerlesen kendde bir nece evi cixmaq sertile yasayis yoxdur kend tamamile dagidilmisdir Siyahiyaalinma ili ve muvafiq sayimlarin yekunlarina esasen Keypesin kendinde ehalinin sayiiller 1897 1922 1926 1931 1959 1988say 68 45 85 136 372 200Tayfalari Mirimli tayfasiEsedusagi Nesirusagi Ibrahim usagi Qasim usagi Emirulla usagiCefer Qeferli tayfasi Mahmudusagi tayfasiQeydlerCumleye istinad gosterilen Cingiz Salmanovun Qubadlinin yer yurd adlari Mononimleri 2018 12 22 at the Wayback Machine adli kitabinda Gence Qarabag eyaletinin mufessel defteri nin 1772 ci ilde tertib olundugu yazilsa da sozugeden mufessel defter Osmanli Dovleti terefinden 1727 ci ilde tertib olunub Gorunur 1772 yazilmasi texniki sehvdir reqemlerin yeri deyisik salinib Hemcinin baxQafan rayonu Gigi deresi PeyhanIstinadlarMusa Urud Zengezur Baki Nurlar nesriyyati 2005 seh 503 Duzelis Elave hissesi az Ermenistan Respublikasi Milli Statistika Xidmeti ERMSTAT Report of the Results of the 2011 Armenian Census 2017 02 05 at the Wayback Machine PDF erm Akif Muradverdiyev Zengezur Tariximizin yaddasi 2021 12 05 at the Wayback Machine Baki Xezer nesriyyati 2007 seh 415 419 az Get a Map ingilis www getamap net Archived from the original on 2017 10 30 Istifade tarixi 30 10 2017 apostrophe markup ing Sabir Esedov Ermenistan azerbaycanlilarinin tarixi cografiyasi kiril elif Ermәnistan azәrbaјҹanlylarynyn tarihi ҹografiјasy Baki Genclik nesriyyati 1995 seh 146 ISBN 5 8020 0852 0 az Cingiz Salmanov Qubadlinin yer yurd adlari Mononimleri 2018 12 22 at the Wayback Machine PDF Sumqayit Azeri nesriyyati 2015 seh 82 az Orijinal metn az Qafanin Keypesin kendinin sakinleri xocahanlilarin toremelerindendir Bununla bagli 1772 ci ilde qeyd 1 tertib edilmis Gence Qarabag mufessel defterlerinde gosterilmisdir Qubadlinin yer yurd adlari Mononimleri Cingiz Salmanov seh 82 Sumqayit 2015 Semed Qarayev Qazangol hesreti Baki Azerbaycan nesriyyati 2002 seh 17 az Orijinal metn az Son zamanlar ermeniler qadaga etseler de Cebrayilin Hovuslu Horavli Sahvelili Qovsud Mahmudlu Cereken fermalari Harami yaylaqlarina gelerdiler Qubadli rayonunun Xanliq Zilanli Marfuzlu Xocaxan Memer Hal Qazyan Qaragac Cereli Goyyal Ferican kendlerinin her birinin oz adina yaylaqlari vardi Zengilan rayonunun Memmedbeyli Agali Zerneli Alibeyli Huseynbeyli Hacali Yemezli Agbis Qaraqoyunlu Seyidler ve b oz kendlerinin adi ile adlanan yaylaqlari vardi Bu yaylaqlarin ekseriyyetinde qebiristanliq da vardi yaylaq vaxti dunyadan gedenleri orada defn edermisler Qazangol hesreti Semed Qarayev seh 17 Baki 2002 Remzi Yuzbasov Azerbaycan cografiya terminleri tedqiqler Baki Elm nesriyyati 1966 seh 19 125 az Ibrahim Bayramov Qerbi Azerbaycanin turk menseli toponimleri 2018 09 20 at the Wayback Machine Baki Elm nesriyyati 2002 seh 186 ISBN 5 8066 1452 2 az Zaven Korkotyan erm Զավեն Կորկոտյան rus Zaven Korkotyan Son yuzilde Sovet Ermenistaninin ehalisi 1831 1931 2020 09 24 at the Wayback Machine erm Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում 1831 1931 rus Naselenie Sovetskoj Armenii za poslednie sto let 1831 1931 Irevan Melkonyan Fond nesriyyati erm Մելքոնյան ֆոնդի հրատ rus Izdatelstvo Melkonyan fond 1932 seh 62 63 136 137 erm