Kemari (蹴鞠, hərf. zərbə topu) və ya bəzən şukiku – Heyan (794–1185) və (1185–1333) Yaponiyada populyar olmuş, ayaqla oynanılan top oyunu. Yaponiyanın ənənəvi futbol oyunudur. İmperator və saray əyanları tərəfindən oynanılırdı. Kemari oyunu 8 oyunçunun iştirakı ilə baş tuturdu və əsas məqsəd topu mümkün qədər çox zərbə ilə havada saxlamaq idi. Oyun hər küncündə bir ağacın yerləşdiyi dördbucaqlı meydançada oynanırdı, oyunda qalib və ya məğlub olmurdu.
Kemari oyunu XV əsrə qədər sadəcə saray əyanları və şoqunlar tərəfindən oynanılan oyun olmuşdur. 1467-ci ildə baş verən sonra oyun Kiotodan digər yerlərə yayılmış, şəhər sakinləri və kəndlilər tərəfindən də oynanmışdır. İmperator Meyci kemari oynamağı sevirdi. Müasir dövrdə mövsümi tədbirlər zamanı şinto məbədlərində oynanılır.
Tarixi
Yaponların dəqiq nə vaxt kemari oynamağa başladıqları bilinmir. Oyun haqqında ilk qeyd 644-cü ilə aiddir. Oyununun Çindən gəldiyi güman olunur. Lakin Çində oynanılan kemaridən fərqli olaraq oyunun yapon versiyası fərqlidir və fərqli topdan istifadə olunur. Bəzi araşdırmaçılar kemarinin Çinlə əlaqəsinin olmadığını iddia edirlər. Kemari XII əsrdə Yaponiya imperatorları və yüksəkrütbəli saray əyanları tərəfindən oynanılan populyar oyuna çevrilmişdir. XIII əsrin sonunda oyunun qaydaları standartlaşdırılmış və müxtəlif traktatlarla qeydə alınmışdır. İlk dövrlərdə oyunun inkişafına sadəcə saray əyanları deyil, aşağı statuslu şəxslər də töhfələr vermişdirlər. Lakin zadəganlar öz inanclarını və institutlarını oyuna tətbiq etmişdir. Onlar tərəfindən yaradılmış oyunun kuqemari (əyanların topu) versiyası kemarinin standart versiyasına çevrilmiş və bütün Yaponiyaya yayılmışdır.
kemari oyununun ilk məşhur usta oyunçusu hesab olunur. Atası ilə məşq edərək oyunda ustalaşan Narihiro oyunu "kemarinin müqəddəsi" hesab olunan öyrətmişdir. Norimiçi oyunu o qədər sevmişdir ki, 7000 gününü kemari məşqinə sərf etdiyi deyilir. Norimiçi oyunu iki əsas kemari məktəbi olan və məktəblərinin qurucusu olmuş öyrətmiş, kemari haqqında ilk traktat olan "Sancu kanco şiki"yi yazmışdır. Kemari oynayan ilk imperator (1127–1192) olmuşdur. Onun kemari müəllimi oyun haqqında "Kemari Kodenşu" traktatını yazmış, oyunda istifadə olunan texnikaları və ənənələri göstərmişdir. (1180–1239) kemarinin böyük fanatı olmuşdur. O, 1214-cü ilin aylarının birində 16 gün kemari oynamışdır. Qotobanın 1208-ci ildə iştirak etdiyi bir oyunun ilk raundunda 980 zərbə, ikinci raundunda 2000 zərbə qeydə alınmışdır. Qotoba oyundan o qədər zövq almışdı ki, oyunda istifadə olunan topa bir saray rütbəsi vermişdir. Qotobanın özünə "kemarinin patriarxı" rəsmi titulu verilmişdir. Kemari sadəcə imperator sarayında deyil, da populyar olmuşdur. Kamakura şoqununun böyük oğlu (1182–1204) kemari oyunçusu kimi tanınmışdır. Onun komandası 1201-ci ildə 950 zərbəyə çatmışdır.
Namba, Asukay, və klanları kemari oyunu ilə məşğul olan əsas klanlar olmuşdurlar. Mikohidari klanı XIII əsrin ortalarından etibarən Kiotoda kemari üzrə üstün olmuşdur. Namba və Asukay klanları isə Kamakurada kemari üzərində təsir üçün rəqabət aparmışdırlar. 1467–1477-ci illərdə baş verən sonra kemari oyunu paytaxtdan digər yerlərə yayılmağa başlamışdır. Bu dövrdən etibarən kemari sadəcə saray əyanları tərəfindən yox, şəhər tacirləri, mülkədarlar, rahiblər tərəfindən oyuna çevrilmişdir. Kamo ailəsinə kemari oyununu aşağı rütbəli adamlara öyrətməyə icazə verilsə də, müəyyən məhdudiyyətlər tətbiq olunurdu və bu məhdudiyyətləri pozanlar sürgünə göndərilirdi. Buna baxmayaraq, oyun şəhər sakinləri və kəndlilər arasında yayılmışdır.
Təchizat və meydança
Kemari 6–7 metr ölçülərində olan kvadratşəkilli və açıq havada yerləşən kakari adı meydançada oynanılırdı. Meydançanın hər bir küncündə bir ağac yerləşirdi. Maral dərisindən hazırlanan mari adlı topun içi boşdur. Top 20 santimetr dimetrində, 100–120 qram ağırlığındadır. Toplar ağ və tünd sarı rəngdədir. Bu səbəbdən toplar günəş və Ayı, eləcə də, in və yanı təmsil edirdi.
Kemari oyunu üçün lazım olan digər təchizatlara dəyənəklər (ağacın budaqlarına ilişən topu düşürmək üçün), torlar (topun yaxınlıqdakı tikililərin damına düşməsinin qarşısını almaq üçün) və pərdələr (günəş şüalarının qarşısını almaq üçün) aiddir. Oyunçular (ovçu geyimi) geyinirdilər, XIII əsrdən etibarən hündür qara papaq taxmağa başlamışdırlar. Oyunçuların kəmərinə onun saray rütbəsini bildirən yelpik taxılırdı.
Ağaclar kemari oyununda vacib yer tuturdu. X əsrdə kemarini təbii bitən ağacların yerləşdiyi yerdə oynamağa üstünlük verilsə də, XI əsrdə kemari üçün ağac əkməyə başlamışdırlar. Dörd növ ağacdan istifadə olunurdu: sakura, söyüd, ağcaqayın və şam. Yüksəkrütbəli əyanların sarayda keçirilən kemari oyunlarında şam ağaclarından istifadə olunurdu. Adi oyunlarda gavalı ağacı digər ağaclardan birini əvəz edə bilərdi. Hər bir ağac sarayın bir istiqamətini bildirirdi: şimal-şərq, cənub-şərq, şimal-qərb və cənub-qərb. Ağaclar ilin 4 fəslini təmsil edirdi.
Qaydalar
Oyunun gedişi
Kemari oyunu 8 nəfər oynanılırdı. Hər bir küncdə bir oyunçu dayanırdı. Ən yüksəkrütbəli oyunçu şam ağacına ən yaxın dayanan olurdu. Oyunda ilk zərbəni həmin oyunçu vururdu və ilk ötürməni növbəti ən yüksəkrütbəli oyunçuya ötürməli idi. Oyun başladıqdan sonra oyunçular meydanda sərbəst hərəkət edə bilərdilər, lakin oyun dayananda öz mövqelərinə qayıtmalı idilər. Oyunçu sağ ayağı ilə bir neçə dəfə topa vurduqdan sonra digər oyunçuya ötürmə verməli idi. Oyunda məqsəd mümkün qədər çox zərbə ilə topu havada saxlamaq idi.
Kemari ilin hər mövsümündə oynanılan oyun olsa da, ən uyğun mövsüm bahar hesab olunurdu. Oyun günorta başlayırdı və axşama qədər davam edirdi. İmperatorun iştirak etdiyi oyunlarda əlavə prosedurlər tətbiq olunurdu. Oyun günü 3 mərhələdən ibarət olurdu. Birinci mərhələ isinmə (conodan) mərhələsi idi. Oyunçular topla məşq edərək ağaclara zərbə endirir və topun necə düşdüyünü müşahidə edirdilər. İkinci mərhələdə (hanodan) oyunçular fərdi bacarıqlarını, axşam yaxınlaşanda başlayan axırıncı mərhələdə (kyunodan) isə ağaclardan uzaqlaşıb komanda ilə bacarıqlarını nümayiş etdirirdilər. Qaranlıq tam düşəndə torimari gerçəkləşdirilirdi: ən yaxşı oyunçu topun ona ötürülməsini istəyir, topa bir zərbə endirir, topu kimonosunun qolu ilə tutaraq oyununu başa çatdırırdı.
Zərbə və texnikalar
Zərbələrin sayıldığı kemari oyunu kazumari (rəqəm topu) adlanırdı və bir məmur oyunun hesabını saymaqla vəzifələndirilirdi. O, 50-ci zərbəyə qədər səssizcə sayırdı, ondan sonrakı hər 10-cu zərbəni anons edirdi. Bəzən oyunçu topa xüsusi bacarıqla zərbə vurdukda ona bonus verirdi: "71, 72, 73" sayarkən gözəl zərbə gördükdə birbaşa "80!" qışqırırdı. Oyun qabaqcadan müəyyən edilmiş zərbə sayına çatdıqda bitə bilərdi. Bu say 120, 300, 360, 700 və 1000 ola bilərdi. Bu ədədlər astroloji səbəblərdən seçilmişdi. Kemari oyununda qalib və ya məğlub olmurdu, lakin yarışlar təşkil oluna bilərdi. Hər biri 8 oyunçudan ibarət olan iki komanda bir neçə oyun oynayırdı. Tək bir oyunda ən çox xal qazanan komanda qalib hesab olunurdu. Bu cür müsabiqələr şobumari (müsabiqə topu) adlanırdı.
Oyunçunun ötürmə verməzdən öncə vura bildiyi zərbələrin sayı dəqiq müəyyənləşdirilməsə də, üç ötürmə ən uyğun say hesab olunurdu: Bir zərbə topu qəbul etmək, bir zərbə topu yuxarı qaldırmaq (adətən oyunçunun başından hündürə) və bir zərbə topu digər oyunçuya ötürmək üçün. Birinci və üçüncü zərbələr zəif, alçaq və asan zərbələr olduğu üçün meaşi (qadın zərbəsi), ikinci zərbə sürətli, hündür və bacarıq tələb etdiyi üçün voaşi (kişi zərbəsi) adlanırdı. Oyunçular oyunu daha yaxşı oynamaq üçün aralarında koordinasiya olurdular və nidalardan istifadə edirdilər. Oyunçu başqasından ötürmə istəyəndə "Ooh!", topu göyə qaldıranda "Ari!" və topu ötürəndə "Ya!" qışqırırdı. Oyunu yaxşı oynamaq üçün oyunçudan üç əsas bacarıq tələb olunurdu: düzgün duruş, cəldlik və strategiya. Oyunda üç əsas texnika mövcud idi: çətin məsafədən topa çatmaq nobiaşi adlanırdı. Topu belinlə mərkəzə ötürmək yaxşı qəbul edilmədiyi üçün oyunçu çətin topu çiyni ilə qəbul etməli və cəld özünü mərkəzə çevirib ötürmə verməli idi. Bu texnika kaeriaşi adlanırdı. Minisomari möhkəm zərbəni bədənlə qəbul edib ayağınla kontrol texnikası idi.
İstinadlar
- Japan. An Illustrated Encyclopedia. səh. 770
- Keene, Donald. Emperor of Japan: Meiji and His World, 1852-1912. Columbia University Press. 2002. səh. 489. ISBN . İstifadə tarixi: 4 noyabr 2024.
- Guttmann, Thompson. səh. 26
- Guttmann, Thompson. səh. 27
- Guttmann, Thompson. səh. 32
- Guttmann, Thompson. səh. 33
- Guttmann, Thompson. səh. 34
- Guttmann, Thompson. səh. 35
- Guttmann, Thompson. səh. 28
- Powers, Richard Gid; Stronach, Bruce. Handbook of Japanese Popular Culture (ingiliscə). Bloomsbury Academic. 1989. səh. 170. ISBN . İstifadə tarixi: 4 noyabr 2024.
- Guttmann, Thompson. səh. 29
- Guttmann, Thompson. səh. 30
- Guttmann, Thompson. səh. 31
Ədəbiyyat
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kemari 蹴鞠 herf zerbe topu ve ya bezen sukiku Heyan 794 1185 ve 1185 1333 Yaponiyada populyar olmus ayaqla oynanilan top oyunu Yaponiyanin enenevi futbol oyunudur Imperator ve saray eyanlari terefinden oynanilirdi Kemari oyunu 8 oyuncunun istiraki ile bas tuturdu ve esas meqsed topu mumkun qeder cox zerbe ile havada saxlamaq idi Oyun her kuncunde bir agacin yerlesdiyi dordbucaqli meydancada oynanirdi oyunda qalib ve ya meglub olmurdu kemari Kemari oyunu XV esre qeder sadece saray eyanlari ve soqunlar terefinden oynanilan oyun olmusdur 1467 ci ilde bas veren sonra oyun Kiotodan diger yerlere yayilmis seher sakinleri ve kendliler terefinden de oynanmisdir Imperator Meyci kemari oynamagi sevirdi Muasir dovrde movsumi tedbirler zamani sinto mebedlerinde oynanilir Tarixi Saray eyanlari kemari oynayir 1863 Yaponlarin deqiq ne vaxt kemari oynamaga basladiqlari bilinmir Oyun haqqinda ilk qeyd 644 cu ile aiddir Oyununun Cinden geldiyi guman olunur Lakin Cinde oynanilan kemariden ferqli olaraq oyunun yapon versiyasi ferqlidir ve ferqli topdan istifade olunur Bezi arasdirmacilar kemarinin Cinle elaqesinin olmadigini iddia edirler Kemari XII esrde Yaponiya imperatorlari ve yuksekrutbeli saray eyanlari terefinden oynanilan populyar oyuna cevrilmisdir XIII esrin sonunda oyunun qaydalari standartlasdirilmis ve muxtelif traktatlarla qeyde alinmisdir Ilk dovrlerde oyunun inkisafina sadece saray eyanlari deyil asagi statuslu sexsler de tohfeler vermisdirler Lakin zadeganlar oz inanclarini ve institutlarini oyuna tetbiq etmisdir Onlar terefinden yaradilmis oyunun kuqemari eyanlarin topu versiyasi kemarinin standart versiyasina cevrilmis ve butun Yaponiyaya yayilmisdir kemari oyununun ilk meshur usta oyuncusu hesab olunur Atasi ile mesq ederek oyunda ustalasan Narihiro oyunu kemarinin muqeddesi hesab olunan oyretmisdir Norimici oyunu o qeder sevmisdir ki 7000 gununu kemari mesqine serf etdiyi deyilir Norimici oyunu iki esas kemari mektebi olan ve mekteblerinin qurucusu olmus oyretmis kemari haqqinda ilk traktat olan Sancu kanco siki yi yazmisdir Kemari oynayan ilk imperator 1127 1192 olmusdur Onun kemari muellimi oyun haqqinda Kemari Kodensu traktatini yazmis oyunda istifade olunan texnikalari ve eneneleri gostermisdir 1180 1239 kemarinin boyuk fanati olmusdur O 1214 cu ilin aylarinin birinde 16 gun kemari oynamisdir Qotobanin 1208 ci ilde istirak etdiyi bir oyunun ilk raundunda 980 zerbe ikinci raundunda 2000 zerbe qeyde alinmisdir Qotoba oyundan o qeder zovq almisdi ki oyunda istifade olunan topa bir saray rutbesi vermisdir Qotobanin ozune kemarinin patriarxi resmi titulu verilmisdir Kemari sadece imperator sarayinda deyil da populyar olmusdur Kamakura soqununun boyuk oglu 1182 1204 kemari oyuncusu kimi taninmisdir Onun komandasi 1201 ci ilde 950 zerbeye catmisdir Namba Asukay ve klanlari kemari oyunu ile mesgul olan esas klanlar olmusdurlar Mikohidari klani XIII esrin ortalarindan etibaren Kiotoda kemari uzre ustun olmusdur Namba ve Asukay klanlari ise Kamakurada kemari uzerinde tesir ucun reqabet aparmisdirlar 1467 1477 ci illerde bas veren sonra kemari oyunu paytaxtdan diger yerlere yayilmaga baslamisdir Bu dovrden etibaren kemari sadece saray eyanlari terefinden yox seher tacirleri mulkedarlar rahibler terefinden oyuna cevrilmisdir Kamo ailesine kemari oyununu asagi rutbeli adamlara oyretmeye icaze verilse de mueyyen mehdudiyyetler tetbiq olunurdu ve bu mehdudiyyetleri pozanlar surgune gonderilirdi Buna baxmayaraq oyun seher sakinleri ve kendliler arasinda yayilmisdir Techizat ve meydancaKemaride istifade olunan toplar Kemari 6 7 metr olculerinde olan kvadratsekilli ve aciq havada yerlesen kakari adi meydancada oynanilirdi Meydancanin her bir kuncunde bir agac yerlesirdi Maral derisinden hazirlanan mari adli topun ici bosdur Top 20 santimetr dimetrinde 100 120 qram agirligindadir Toplar ag ve tund sari rengdedir Bu sebebden toplar gunes ve Ayi elece de in ve yani temsil edirdi Kemari oyunu ucun lazim olan diger techizatlara deyenekler agacin budaqlarina ilisen topu dusurmek ucun torlar topun yaxinliqdaki tikililerin damina dusmesinin qarsisini almaq ucun ve perdeler gunes sualarinin qarsisini almaq ucun aiddir Oyuncular ovcu geyimi geyinirdiler XIII esrden etibaren hundur qara papaq taxmaga baslamisdirlar Oyuncularin kemerine onun saray rutbesini bildiren yelpik taxilirdi Agaclar kemari oyununda vacib yer tuturdu X esrde kemarini tebii biten agaclarin yerlesdiyi yerde oynamaga ustunluk verilse de XI esrde kemari ucun agac ekmeye baslamisdirlar Dord nov agacdan istifade olunurdu sakura soyud agcaqayin ve sam Yuksekrutbeli eyanlarin sarayda kecirilen kemari oyunlarinda sam agaclarindan istifade olunurdu Adi oyunlarda gavali agaci diger agaclardan birini evez ede bilerdi Her bir agac sarayin bir istiqametini bildirirdi simal serq cenub serq simal qerb ve cenub qerb Agaclar ilin 4 feslini temsil edirdi QaydalarOyunun gedisi Kemari oyunu 8 nefer oynanilirdi Her bir kuncde bir oyuncu dayanirdi En yuksekrutbeli oyuncu sam agacina en yaxin dayanan olurdu Oyunda ilk zerbeni hemin oyuncu vururdu ve ilk oturmeni novbeti en yuksekrutbeli oyuncuya oturmeli idi Oyun basladiqdan sonra oyuncular meydanda serbest hereket ede bilerdiler lakin oyun dayananda oz movqelerine qayitmali idiler Oyuncu sag ayagi ile bir nece defe topa vurduqdan sonra diger oyuncuya oturme vermeli idi Oyunda meqsed mumkun qeder cox zerbe ile topu havada saxlamaq idi Kemari ilin her movsumunde oynanilan oyun olsa da en uygun movsum bahar hesab olunurdu Oyun gunorta baslayirdi ve axsama qeder davam edirdi Imperatorun istirak etdiyi oyunlarda elave prosedurler tetbiq olunurdu Oyun gunu 3 merheleden ibaret olurdu Birinci merhele isinme conodan merhelesi idi Oyuncular topla mesq ederek agaclara zerbe endirir ve topun nece dusduyunu musahide edirdiler Ikinci merhelede hanodan oyuncular ferdi bacariqlarini axsam yaxinlasanda baslayan axirinci merhelede kyunodan ise agaclardan uzaqlasib komanda ile bacariqlarini numayis etdirirdiler Qaranliq tam dusende torimari gerceklesdirilirdi en yaxsi oyuncu topun ona oturulmesini isteyir topa bir zerbe endirir topu kimonosunun qolu ile tutaraq oyununu basa catdirirdi Zerbe ve texnikalar Zerbelerin sayildigi kemari oyunu kazumari reqem topu adlanirdi ve bir memur oyunun hesabini saymaqla vezifelendirilirdi O 50 ci zerbeye qeder sessizce sayirdi ondan sonraki her 10 cu zerbeni anons edirdi Bezen oyuncu topa xususi bacariqla zerbe vurdukda ona bonus verirdi 71 72 73 sayarken gozel zerbe gordukde birbasa 80 qisqirirdi Oyun qabaqcadan mueyyen edilmis zerbe sayina catdiqda bite bilerdi Bu say 120 300 360 700 ve 1000 ola bilerdi Bu ededler astroloji sebeblerden secilmisdi Kemari oyununda qalib ve ya meglub olmurdu lakin yarislar teskil oluna bilerdi Her biri 8 oyuncudan ibaret olan iki komanda bir nece oyun oynayirdi Tek bir oyunda en cox xal qazanan komanda qalib hesab olunurdu Bu cur musabiqeler sobumari musabiqe topu adlanirdi Oyuncunun oturme vermezden once vura bildiyi zerbelerin sayi deqiq mueyyenlesdirilmese de uc oturme en uygun say hesab olunurdu Bir zerbe topu qebul etmek bir zerbe topu yuxari qaldirmaq adeten oyuncunun basindan hundure ve bir zerbe topu diger oyuncuya oturmek ucun Birinci ve ucuncu zerbeler zeif alcaq ve asan zerbeler oldugu ucun measi qadin zerbesi ikinci zerbe suretli hundur ve bacariq teleb etdiyi ucun voasi kisi zerbesi adlanirdi Oyuncular oyunu daha yaxsi oynamaq ucun aralarinda koordinasiya olurdular ve nidalardan istifade edirdiler Oyuncu basqasindan oturme isteyende Ooh topu goye qaldiranda Ari ve topu oturende Ya qisqirirdi Oyunu yaxsi oynamaq ucun oyuncudan uc esas bacariq teleb olunurdu duzgun durus celdlik ve strategiya Oyunda uc esas texnika movcud idi cetin mesafeden topa catmaq nobiasi adlanirdi Topu belinle merkeze oturmek yaxsi qebul edilmediyi ucun oyuncu cetin topu ciyni ile qebul etmeli ve celd ozunu merkeze cevirib oturme vermeli idi Bu texnika kaeriasi adlanirdi Minisomari mohkem zerbeni bedenle qebul edib ayaginla kontrol texnikasi idi IstinadlarJapan An Illustrated Encyclopedia seh 770 Keene Donald Emperor of Japan Meiji and His World 1852 1912 Columbia University Press 2002 seh 489 ISBN 9780231123402 Istifade tarixi 4 noyabr 2024 Guttmann Thompson seh 26 Guttmann Thompson seh 27 Guttmann Thompson seh 32 Guttmann Thompson seh 33 Guttmann Thompson seh 34 Guttmann Thompson seh 35 Guttmann Thompson seh 28 Powers Richard Gid Stronach Bruce Handbook of Japanese Popular Culture ingilisce Bloomsbury Academic 1989 seh 170 ISBN 9780313239229 Istifade tarixi 4 noyabr 2024 Guttmann Thompson seh 29 Guttmann Thompson seh 30 Guttmann Thompson seh 31EdebiyyatGuttmann Allen Thompson Lee Japanese Sports A History ingilisce ABS University of Hawai i Press 2001 ISBN 9780824824648 Istifade tarixi 4 noyabr 2024 Japan An Illustrated Encyclopedia ingilisce I cild A L Tokio Kodansha 1993 ISBN 4 06 2064 89 8 Istifade tarixi 4 noyabr 2024