Sam Mirzə, daha sonra birinci sülalə adı II Şah Səfi (1648, İsfahan – 29 iyul 1694, İsfahan) adı ilə tanınmış, daha çox isə ikinci sülalə adı olan Süleyman adı ilə tanınmışdır. VIII Səfəvi hökmdarıdır, 1666-cı ilin 1 noyabr tarixindən 1694-cü ilin 29 iyul tarixinə qədər hökmdar olmuşdur.
Süleyman şah II Şah Səfi | |
---|---|
Süleyman Mirzə Səfəvi | |
| |
1666 – 1694 | |
Əvvəlki | II Şah Abbas |
Sonrakı | Sultan Hüseyn |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İsfahan |
Vəfat tarixi | |
Vəfat yeri | İsfahan |
Dəfn yeri | Fatimə Məsumə ziyarətgahı |
Atası | II Şah Abbas |
Anası | Nakihət Xanım |
Uşağı | Sultan Hüseyn |
Ailəsi | Səfəvilər |
Dini | Şiə (İslam) |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Sam Mirzə 1648-c ilin fevral və ya mart ayında İsfahan şəhərində anadan olmuşdur. Onun atası özündən əvvəlki Səfəvi şahı II Şah Abbas, anası isə çərkəz mənşəli kəniz Nəkihət Xanumdur. Sam Mirzənin özündən kiçik 3 qardaşı olmuşdur: Həmzə Mirzə, İsmayıl Mirzə və Mirzə Əli Nağı. Bundan əlavə Sam Mirzənin adları bizə məlum olmayan 2 bacısı da olmuşdur.
Sam mirzə uşaqlıq vaxtında şah hərəmində yaşamış və şah olana qədər demək olar ki buradan çıxmamışdır. Burada onun qeydinə xədim Ağa Nəzirə qalmışdır. Sam Mirzə şah elan ediləndə azərbaycan dilindən başqa hər hansısa dildə danışa bilmirdi. Şah elan edildikdən sonra belə fars dilində çox pis danışırdı.
Sam Mirzə bütün xüsusiyyətləri ilə atası II Şah Abbasdan geri qalırdı, bu özünü onun hakimiyyəti dövründəki hadisələrə reaksiyasında da öz əksini tapmışdır.
Taxta çıxması
II Şah Abbas 25 sentyabr 1666-cı ildə özündən sonrakı şahı seçmədən vəfat etdi. 5 gün keçdikdən sonra şahın ölüm xəbəri bütün paytaxta yayıldı. Hərəmdə çalışan xədimlər və saray əyanları şah olaraq 7 yaşlı Həmzə Mirzənin seçilməsini istəyirdilər, çünki düşünürdülər ki, onu idarə etmək daha rahat olacaqdır, lakin Həmzə Mirzənin lələsi Ağa Mübarək Sam Mirzənin böyük övlad olmasını əsas gətirərək onun şah seçilməsini təmin etdi.
Səfi Mirzə uzun illər sarayda böyüyüb və axırlarda şahın gözündən düşmüşdü. Bu səbəbdən saray şurasının elçisi Damğandan gəlib onun çərkəs olan anasına oğlunun taxta çıxmaq üçün hərəmxanandan çıxmalı olmasını deyəndə, Səfinin anası onu həmin elçiyə təhvil verməkdən çəkinmişdi. Çünki onun anası belə zənn edirdi ki, həmin şəxs yalan danışır və Şah Abbas onu oğlunu öldürmək üçün göndərib.
Bu hadisələr zamanı məlum olur ki, şahzadələr sarayın hərəm qismində tam təcrid olunmuş halda yaşamışdır. Hətta şah öldükdən sonra hərbi əyanlar və saray əyanlarının əksəriyyəti şahzadələrn nə qədər və necə yaşda olmalarını dəqiq bilmirdilər. Hətta əyanlar II Şah Abbasın Sam Mirzəni öldürtdüyünü düşünürdülər.
Hakimiyyəti
I Dövr
Müşavirə başa çatdıqdan bir gün sonra 1666-cı ilin 1 oktyabr tarixində Sam Mirzə II Şah Səfi adı ilə taxta çıxdı. Yeni şahın taxta çıxma mərasimi İsfahanda Şeyxülislam Məhəmmədbağır Səbzəvarinin rəhbərliyi altında keçirildi. Mərasim zamanı yeni şaha 300 özbək əsgərinin başları hədiyyə edildi. Bunların müqabilində şah xeyli mükafat dağıtdı. Bundan əlavə Osmanlı ordusunda xidmət etməmək üçün Səfəvi sarayına sığınmış 300 nəfərə də hədiyyələr verildi.
Bütün iri vəzifəli şəxslərin vəzifələri bir daha təstiqləndi. Şah möhürlərindən II Şah Abbas sözü təmizləndi. Yeni sikkələr II Şah Səfinin adı ilə zərb edilməyə başlandı. İsfahan şəhərində həyat yenidən öz axarına düşdü. tarixçi Matthee bu prosesləri belə təsvir edir:
Dükanlar yenidən açıldı, bütün həyat yenidən heç nə olmamaış kimi davam etməyə başladı. Yağmalanmaqdan və döyüşlərdən qoraxaraq evlərini və dükanlarını kilidləmiş şəxslər yenidən normal həyatlarına geri döndülər. |
II Səfinin hakimiyyətinin birinci ili çox uğursuz keçdi. Bu uğursuzluqlara misal olaraq 1667-ci il Şamaxı zəlzələsini, bütün imperiya ərazisində yayılmış müxtəlif yoluxucu xəstəlikləri, Stepan Razinin rəhbərliyi altında kazakların Xəzər sahili vilayətlərə yürüşünü misal göstərmək olar. Saray münəccimləri bütün bunların səbəbi kimi şahın taxta çıxma mərasiminin düzgün vaxtda keçirilməməsini göstərdilər. Nəticədə həll yolu kimi şahın taxtdan salınıb, sonra yeni bir mərasimlə yenidən şahlıq taxtına əyləşməsini göstərdilər. Bunun üçün vaxt isə 1668-ci ilin 20 mart günü seçildi.
Bütün bu proseslər zamanı isə şah dövlət idarəçiliyi ilə maraqlanmır və vaxtını yalnız hərəmdə keçirirdi.
II dövr
1668-ci ilin martın 20-də şah yenidən taxta çıxdı. Bu dəfə o fərqli adla şah elan edildi və özünə Şah Süleyman adını götürdü.
O, hakimiyyəti dövründə bütün dövlət idarəçiliyini öz baş vəzirlərinə və ya hərəm ağalarına həvalə etmişdi. Bu vəzifə sahibləri Şah Süleymanın hakimiyyəti dövründə öz güclərinin zirvəsinə çatmışdı. Bütün imperiya ərazisində rüşvət adi hala çevrilmişdi. Artan saray xərclərini qarşılamaq üçün əhali üzərinə qoyulan vergilər hər ay artırılırdı. Bu kənd təsərrüfatının və digər sahələrin inkişafına böyük problem yaradırdı. Artan vergilərə etiraz olaraq dəfələrlə sadə əhali İsfahan şəhərində üsyan etmişdi.
1672-ci ildə Şah Süleyman keçmiş baş vəziri Məhəmməd bəy Təbrizini yenidən baş vəzir təyin etdi. O, bu vəzifəni qəbul edərək İsfahana doğru yola çıxdı, lakin yolda vəfat etdi. Jan Şardenin yazdığına görə o, Şeyxəli xan Zəngənə tərəfindən yolda zəhərlənərək öldürülmüşdür. Çünki o, Şeyxəli xan Zəngənəni vəzifədə əvəz etməyə gedirdi.
1676-cı ildə Şah Süleyman gürcü şahzadəsi XI Georgini Kartlinin hakimi təyin etdi.
Səfəvi şahlarının uzun müddət Qafqaz xalqları ilə qohum olmasına görə onlar sarayda mühüm vəzifələrə yiyələnə bilmişdilər. Xüsusilə gürcülərin ordu da xeyli çoxalmasına baxmayaraq, hələ də Səfəvi ordusunun əsas hissəsini Qızılbaş döyüşçüləri təşkil edirdi.
Xarici siyasəti
Onsuzda I Şah Abbasın ölümündən sonra Səfəvi dövlətinin xarici siyasətdə fəaliyyəti xeyli azalmışdı. Bu geriləmə prosesi Şah Süleymanın dövründə tamamilə sürətləndi.
Osmanlı ilə münasibətlər
Şah Süleyman Osmanlı imperiyasının 1683-cü ildə Vyanadakı məğlubiyyətindən sonra belə Osmanlı imperiyası ilə ənənəvi müharibələrə başlamadı. Hətta Osmanlının Vyana məğlubiyyətindən sonra Avropa dövlətlərindən Osmanlı əleyhinə ittifaq təklifi olsa da, Şah Süleyman bu təklifləri rədd etmişdir. Şahın müharibə etməməkdə qəti olmasına görə də kiçik sərhəd münaqişələri müharibələrə çevrilməmişdir. Beləki, Süleymaniyyə şəhərinin banisi Süleyman Baban Osmanlı tərəfindən İraqın şimalına canışın kimi göndəriləndən sonra Səfəvi torpaqlarına hücumlar təşkil edirdi. 1678-ci ildə Səfəvi dövləti onunla döyüşmək üçün etmək Rüstəm xanın başçılığı altında ordu göndərdi və onlar Süleyman Babanı məğlub etdilər və Baban öldürüldü. Buna baxmayaraq həmin hadisə iki ölkə arasındakı əlaqələrə zərbə vurmadı.
1691-ci ildə Səfəvi dövləti II Sultan Əhmədin hakimiyyətə gəlməsini təbrik etmək üçün çoxlu hədiyyələrlə İstanbula bir heyət göndərmişdir.
Gürcüstan ilə münasibətlər
Səfəvi dövlətinin hakimiyyəti altında idi və oranın hakimləri Səfəvi sarayı tərəfindən gürcü şahzadələri arasından seçilirdi.
1674-cü ildə yenidən Katexiyaya qayıdan İraklini yanına çağırtdırdı. Şahın İraklini Kaxetiyaya hakim təyin edəcəyindən qorxuya düşən Şahnəzər xan (Arçil) atası Şahnəvaz xanla (V Vaxtanq) məsləhətləşmədən İmeretiyaya qaçdı. Süleyman şah, Şahnəvaz xanı təcili olaraq yanına çağırtdırdı. Şahnəvaz xan yolda vəfat etdi və onu Qumda, atası Rüstəm xanın yanında dəfn etdilər. Süleyman şah Şahnəvaz xanın böyük oğlu XI Georgiyə də İslamı qəbul etdirərək Şahnəvaz (II) adı ilə vali təyin etdi.
Şah Süleyman 1676-cı ildə şahzadə XI Georgini hakim təyin etmişdi. 1688-ci ildə XI Georgi Səfəvi hakimiyyətinə qarşı üsyan başlatdı. O, bu üsyana Osmanlı imperiyasının yardım edəcəyini düşünürdü, lakin Osmanlı imperiyası gürcü üsyançılara yardım etməkdənn imtina etdi. XI Georginin əvəzinə I Herakl adlı gürcü şahzadəsi hakimiyyətə gətirildi. Darmadağın edilən XI Georgi Kartlidən qaçmağa məcbur oldu. Şah Süleyman Abbasqulu xanı Gürcüstana canışın təyin etdi. İslamı qəbul edərək Nəzərəli xan adını götürən İrakli isə Tiflisə canişin təyin edildi.
Mərkəzi Asiya dövlətləri ilə münasibətlər
Mərkəzi Asiyada bu dövrdə Səfəvi imperiyası ilə qonşuluqda bir necə dövlət mövcud idi. Buxara xanlığının hökmdarı Əbdüləziz xanın dövründə Səfəvilərlə münasibətləri yaxşı olmuşdur. O, 1687-ci ildə hakimiyyəti qardaşına verərək Məkkəni ziyarətə getdi. Ziyarət əsnasında 1688-ci ildə Səfəvi dövlətinin ərazisindən keçdi. Onun şərəfinə Səfəvi dövləti tərəfindən Xorasanda və İsfahanda böyük şənliklər təşkil edildi. Əbdüləziz xan 1690-cə ildə Səfəvi dövlətini tərk edərək Məkkəyə yola düşdü,
lakin Səfəvi dövlətinin sərhədlərində yaşayan köçəri türkmən tayfaları tez-tez Səfəvi torpaqlarına soyğunçu yürüşlər keçirirdi. Bunun qarşısını almaq üçün 1676-cı ildə Astrabad üzərindən Səfəvi ordusu hücuma keçdi. Türkmən tayfaları darmadağın edildi.
Belə yürüşlər özbəklər tərəfindən də tez-tez təşkil edilirdi.
Rusiya ilə münasibətlər
1667-ci ildə Rusiya çarlığı ilə Səfəvi imperiyası arasında ticarət razılaşması imzalanmışdı. Bu razılaşmaya əsasən rus tacirlərinə Səfəvi dövləti ərazisində güzəştli ticarət etmə haqqı verilirdi.
Şah Süleyman Səfəvinin hakimiyyət illərində Rusiya ərazisindən kazakların Səfəvi ərazisinə dağıdıcı yürüşləri tez-tez baş verirdi. II Şah Abbasın hakimiyyətinin son illərində yenidən başlanan bu cür yürüşlər Şah Süleymanın dövründə daha intensiv xarakter aldı. Şah Süleymanın onlara qarşı göndərdiyi ordu məğlub edilmişdi.
Rusiya çarlığı ilə də müharibə şəraitində olan kazakların atamanı Stepan Razin 1670-ci ildə həbs edildi və Moskva şəhərində edam edildi.
Avropa dövlətləri ilə münasibətlər
Bu dövrdə Avropa dövlətlərinin bir necəsindən Səfəvi sarayına elçilər göndərilmişdir. Bu elçiliyin əksəriyyəti ticarət razılaşması imzalamaq üçün olmuşdur. Ticarıt imtiyazları qazanmaq üçün xüsusilə çalışan hollandlar və ingilislər idi. Sonrakı dövrlərdə isə almanlar və fransızlar da fəallaşmağa başladı. Çox hallarda bu elçiliklər arasında rəqabət mövcud olurdu və Səfəvi sarayının özündə belə Səfəvi dövlətindən imtiyaz qoparmaq üçün öz aralarında gərgin mübarizə aparırdılar.
1683-cü ildə Vyanadakı Osmanlı məğlubiyyətindən sonra bir çox Avropa dövlətləri Səfəvilərə osmanlıya qarşı ittifaq təklif etsə də, bu qəbul edilməmişdi. Papa I İnosan da belə bir təkliflə Səfəvi sarayına elçilər göndərmişdi.
Şah Süleymanın bilinən az saylı bilinən diplomatik fəaliyyətlərindən biri də İngiltərə kralı ilə olmuşdur. O, 1668–1669-cu illərdə məktubu ilə birlikdə nümayəndə heyəti göndərərək kraldan Səfəvi imperiyasına sənətkarlar göndərməsini xahiş etmişdir. Məqsədi Avropa üslubunda yeni sənətkarlıq məktəbləri formalaşdırmaq idi.
Danimarka krallığı ilə münqaişə
1687-ci ildə Benqal ticarət gəmisini zəbt etdilər və onu Hindistandakı Danimarka müstəmləkəsi olan şəhərinə göndərdilər. Bu gəmi isə daha sonra paytaxt Kopenhagen şəhərinə göndərildi. Danimarkalılar tərəfindən zəbt edilmiş gəmidə İsfahanın Yeni Culfa bölgəsindən olan erməni tacirlərin malları daşınırdı. Səfəvilər bu malları geri qaytarmaq və ya malların pulunu Danimarka hökumətindən almaq üçün Kopenhagenə nümayəndə heyəti göndərdi. Səfəvi diplomatı Şah Süleymanın məktubunu kral (1670–1699) təqdim etdi. Məktub Şah Süleymanın adından ünvanlanmışdı. Çünki hadisə baş verən zaman kral o idi, lakin Səfəvi nümayəndəliyi uğursuz oldu.
Səfəvi şahının məktubu və zərifliklə hazırlanmış onun üz qabığı hal-hazırda saxlanılır.
Şah Süleymanın şəxsiyyəti
Şah Süleyman, Səfəvi şahzadələrinin özlərini göstərmək üçün heç bir cürətləri olmayan və ataları tərəfindən çox ciddi nəzarət altında saxlanıldıqları bir dövrdə tərbiyə edilib, böyüyüb. Şahzadələr hərəmxanalarda analarının və xacələrin kənarında böyüyürdülər və onların nəinki saray məclislərində iştirak edərək məsələlər barəsində öz nəzərlərini bildirmək imkanları yox idi, hətta onlara əqli və hərbi cəhətdən düzgün tərbiyə də verilmirdi. Belə bir tərbiyənin nəticəsi Səfi Mirzə, yəni sonralar Şah Süleyman kimi hakimiyyətə gələn şəxslər üçün heç bir təcrübəyə malik olmadan ölkəni anaları və xacələrin istəkləri ilə idarə etmələri, ölkənin işlərinin idarəçiliyində lazımı iradəyə malik olmamaları ilə nəticələnirdi.
Kempfer, şahın qadınlara hədsiz marağı barəsində çox danışıb və onun şahlığının birinci ilindəki xəstəliyinin səbəbi kimi də "əyyaşlıqda ifrata varmasını" göstərmişdir. O deyir ki, şah hətta sağalandan sonra "şəhvətpərəstliyindən əl götürmədi və həmişə öz hərəmxanasında" olurdu. Şah kef etmək məqsədilə Süleyman taxtına, Culfanın o tərəfində özü üçün tikdirdiyi yerə gəzintiyə gedərdi, hərəmxananın aparılması üçün küçələrin qorunmasını əmr edirdi ki, bu da camaat üçün bir çox çətinliklər yaradırdı. Şahın hərəmxanasında çoxlu kəniz var idi və ölkənin müxtəlif yerlərindən gözəl qızların ora göndərilməsi nəticəsində onların sayı daha da artırdı. Bundan əlavə şahın erməni qızlarına da xüsusi meyli var idi. Dövrün tarixi mənbələrində də şahın şərab içməsinə toxunulub. Mustaufi Zübdətut-təvarix kitabında yazır ki, Şah Süleyman çox vax şərab içməklə və ya digər çirkin əməllərlə məşğul olurdu.
Kempfer, şahın əvvəlki ürəyiaçıqlığından, onun şərab və qumar məclislərindəki tonqal oyunlarında artıq xərcləri və bu işlərinin xəzinənin boşalmasına səbəb olması barəsində söhbət edib. Xəzinə boşaldıqdan sonra şah xəsisləşdi və maaş vermək məcburiyyətində qalmamaq üçün şeyxul-islamlıq, mehtərlik və eşikağası başı kimi vəzifələri bir müddət sahibsiz qoydu ki, qənaət etmiş olsun. Həmin müddət ərzində qeyd edilən vəzifə sahiblərinin görməli olduqları işləri digərləri yerinə yetirirdilər. Şah ona gətirilən hədiyyələrə çox bağlı bir adam idi və yalnız qızıldan olan hədiyyələri qəbul edərdi. Fransa səfirinin elçisi şaha avropada düzəldilmiş və Kopernik nəzəriyyəsinə əsasən ulduzların hərəkətini ölçmək üçün çox dəqiq imkanlara malik bir rəsədxana aləti gətirdi. Həmin cihaz qızıldan düzəldilmədiyi üçün şah göstəriş verdi ki, onu köhnə şeylər saxlanılan anbara qoysunlar. Onun üçün İsveçdən hədiyyə kimi gətirilmiş saatın taleyi də elə oldu.
Bunlarla yanaşı, Kempfer, şahın mehribançılığından da söz açıb və deyir:
O, qanuna zidd işlər görmüş şəxslərə qarşı mehribanlıq və güzəşt nümayiş etdirirdi. |
Şah Süleymanın ikinci davranış tərzi onun dini məsələlər, alimlər, vəqf, kitab, məscid, əza mərasimləri və bu kimi işlərlə əlaqəsi idi.
Şah Süleymanın hakimiyyətinin bütün dövrlərində dini mədrəsələr tam ciddiyyətlə öz işlərini davam etdirirdilər. Bunun səbəbi vəqf işlərinin himayə edilməsi və vəqf edilmiş şeylərdən əldə edilən gəlirin öz yerlərində xərclənməsi idi. Bundan əlavə şah və saray adamları yenə də keçmişdə olduğu kimi alimlərə kömək etməkdə fəal idilər və şəxsən şahın özünün alimlərlə əlaqəsi çox idi. Həmin dövrün alim və müəlliflərinin çoxu öz kitablarını Şah Süleymana təqdim edir və təbii ki, bir sıra məziyyətlərdən bəhrələnirdilər. Qeyd etmək lazımdır ki, bəzi hallarda şah özü hansısa kitabın yazılması və ya tərcümə edilməsini də tövsiyə edirdi. Kempfer yazır:
Şah dindar bir adamdır. Heç vaxt namazlarını qılmağı və dinin dəstəmaz və qüsl kimi göstərişlərinin yerinə yetirilməsini yadından çıxarmazdı. İl boyu olan müxtəlif dini bayramlara hörmətlə yanaşırdı və çox təmtəraqla keçirilən qurban bayramında camaatla birgə iştirak edirdi. Bir ay orucluğu ayını camaatla birgə oruc tutur, çox vaxt tanınmaz şəkildə səhər gün çıxmamışdan cümə məscidinə gedir və başqa məsələlərdə də camaata örnək olan yaşayışı ilə həqiqi müsəlman olmasını sübut edirdi. |
Şah Süleyman və xristian missionerlər
Xristianlığın İranda xaçpərəst təbliğatçıların İsfahanda fəaliyyət göstərmələri şiə alimlərini xristianlıq barədə daha çox məlumat əldə etməyə vadar etdi. Şah Süleymanın zamanındakı xaçpərəst təbliğatçılardan biri Qabriel Efrenci idi. O əvvəlcə Təbrizdə sonra isə Tiflisdə xristianlığın təbliği ilə məşğul olub. Onun təbliğatının müqabilində bir müddət Tiflisdə yaşamış alim Zəhirəddin Təfərrüşü bir kitab yazıb və onun adını Nusrətul-həqq qoyub. Özünü bu cür məsələlərə meyilli kimi göstərən Şah Süleyman sonralar Təfərrüşüdən həmin kitabını ərəb dilindən fars dilinə tərcümə etməsini istəmişdir.
Şah Süleyman üçün xristianlıq barəsində kitabça yazmış şəxslərdən biri də İsfahanın erməni keşişlərindən olan və Nurcahan adı ilə məşhurlaşmış Havans idi. Məsələ belə olmuşdu ki, Şah Süleyman İsfahanın Vanək kilsəsini görməyə gedəndə kilsədə nəqş edilmiş şəkillərə maraqla baxmışdı. Bu görüşdə Havans Şahın həmin şəkillər, eləcə də İsanın Allah olması və "üçlük" əqidəsi barəsindəki suallarına cavab vermişdi. O həmin suallara cavab verməkdən əlavə bu barədə bir kitab da yazdı və onun bir səhifəsi erməni dilində, həmin səhifənin müqabil səhifəsi isə fars dilində idi. O həmin kitabı Şah Süleymana təqdim edib. Həmin müəllifin "İran ruhaniləri ilə mübahisə" adlı digər bir kitabı da olub.
Şardenin verdiyi məlumata əsasən ermənilərin Əbu Əli Sinanın və digər müsəlman filosofların əsərlərini oxumuş Ağapiri adlı böyüklərindən biri İslamı qəbul etmişdi. O, qohum və tanışlarının ona qarşı üsyan edəcəklərinlən çox qorxduğu üçün təzyiqləri azaltmaq məqsədilə saraya sığınmışdı. O, saray adamları ilə belə bir plan hazırladı ki, guya şah ona əmr edib ki, müsəlman olsun və o da şahın əmrindən çıxmamaq üçün belə edib, lakin hamı bilirdi ki, bu, Ağapirinin öz seçimidir və o, müsəlmanların təfəkkürü ilə tanışlıqdan sonra belə bir addım atıb. Bu hadisə "İsfahanda olan bütün xaçpərəst ruhani dəstələr, tapriarx və keşişlərin çaşbaş qalmalarına və narahatlıqlarına səbəb oldu.
Bütün bu müddət ərzində xaçpərəst keşişlər arasında iş müddəti ən çox çəkəni Rəfail Duman adlı bir şəxs olub. Fransalı bu keşiş Səfəvi dövlətində qırx ilə yaxın qalıb və Kapson firqəsinin başçısı kimi xristianlığın təbliği ilə məşğul olub. Belə deyirlər ki, o bəzi iranlıları xristian edərək avropaya göndərirmiş. O riyaziyyat elmi ilə də tanış olub və özü ilə bir astronomik cihaz da gətiribmiş ki, bu da Səfəvilər üçün maraqlı imiş. Son illərdə onun qeydiyyatlar külliyatı iki cilddə fransız dilində çap edilib.
Şah Süleyman və abadlıq işləri
1679-cu ildə tikilmiş saraylardan biri səksən beş cərib böyüklüyündə olan bir bağın içində tikilmiş Həşt beheşt sarayıdır. Onun sarayı "Bülbül sarayı" adı ilə məşhurlaşmışdı. Şarden bu bağ və sarayı müfəssəl şəkildə vəsf edib və otaqlarının, koridorlarının çoxluğu və zinəti baxımından onu dövrünün ən gözəl binalarından biri adlandırıb. Saib Təbrizi də Həşt beheştin vəsfinə uzun bir qəsidə deyib və onun son beytinin bir misrası həmin binanın tikilməyə başlama tarixini (1679), bir misrası isə sona çatma tarixini (1680-ci ildə) göstərir.
Bad ya Rəbb qibləgahe sərfərazane zaman Barqahe tazeye Sultan Süleyman zaman
Yəni: Pərvərdigara zamanın başı ucalarının qibləgahı olsun, zamanın sultanı Süleymanın yeni sarayı!
Həmin dövrdən qalmış tarixi binalardan biri də Lunban məscididir ki, onun Səfəvilər dövründən qalma kitabələri var və 1680-ci ili göstərir. Bu məscid və onun yerləşdiyi məhəllə çox köhnədir və orada Səfəvilərdən qabaq tarixi binaların olmasını nəzərə alaraq demək olar ki, həmin ildə orada əsaslı təmir işləri aparılıb. İsfahan camaatı arasında belə söz gəzir ki, İmam Həsən Müctəba (ə) həmin yerdə namaz qılıb və bu məscid indi də xüsusi müqəddəsliyə malikdir. Səfəvi şahlarının sonuncu nümayəndələrinin gördükləri işlərdən biri böyük alim, şair və şəxsiyyətlərin qəbrləri üzərində məqbərələr tikmək idi. İsfahanın "Təxti-fulad" məntəqəsində Baba Rukniddin məqbərəsi I Şah Abbasın zamanından qalıb. Həmçinin Mirfəndriski təkyəsi də həmin dövrdən qalmadır. Şah Süleyman və onun oğlu Hüseynin zamanında Təxti-fuladda Feyz küçəsinin qərb tərəfində çoxlu təkyələr tikilib ki, onların əksəriyyəti bu günə kimi qalır. Şahlardan əlavə tanınmış şəxsiyyətlər də özləri və ailələri üçün təkyələr tikirdilər. Saib Təbrizi 1677-ci ildə vəfat etdi və sonralar Bağe-təkyə adı ilə məşhurlaşan öz şəxsi bağında dəfn edildi. Orada sonralar onun ailə üzvlərinin bəziləri də dəfn edildilər. Bu bağ Niyasərəm çayının kənarında yerləşirmiş.
II Şah Abbasın və Şah Süleymanın hakimiyyətinin ilkin dövrlərinin tanınmış alimlərindən biri məşhur filosof və alim Mirzə Rəfia Nainidir ki, o, 1681-ci ildə vəfat edib və onun qəbirinin üstündə gözəl bir məqbərə tikilib. Sonralar İsfahanın köhnə hava limanının ərazisinə düşən həmin məqbərə bu gün də qalır və onun gözəl künbəzi günəşin nuru altında məxsus cilvəyə malik olur. Ağa Hüseyn Xansarinin (1687) vəfatından sonra tikilmiş və onun övlad və qohum-əqrabasının da dəfn edildiyi Xansarilər məqbərəsi də Şah Süleymanın həmin dövrünün tarixi abidələrindəndir və sonrakı dövrlərdə dəfələrlə təmir edilib və bu günə kimi qalmaqdadır.
1687-ci ildə İsfahanın Seyid məscidinin şərqi divarının kənarında Mirzə Hüseyn mədrəsəsi də tikilib və bu sətrlərin müəllifi bir neçə səhər oranın hücrələrinin birində yaşayıb. Həmin dövrdə tikilmiş digər böyük bir mədrəsə "Kasəgəran" mədrəsəsidir ki, onu on ikinci hicri əsrinin ilk illərində Əmir Məhəmmədmehdi Həkimulmülk tikdirib. Onun kitabəsi 1692–1694-cü illəri (Şah Süleymanın şahlığının son ilini) göstərir. Həmin mədrəsənin vəqfnaməsi də bu gün qalır ki, ona bir çox kənd və dükanlar vəqf edilib.
Ağa Mübarək də dini elm tələbələri üçün bir mədrəsə tikib və o, Mübarəkiyyə mədrəsəsi adı ilə məşhur olub. Həmin mədrəsə Hafiz xiyabanının Kermani küçəsində yerləşirmiş. Bu mədrəsə Pəhləvilər dövründə dağıdılıb və Namus qız mədrəsəsinə çevrilib. O, Damğanın Xosrovabad bağında əmirlər şurasında II Şah Abbasın ölümündən sonra Süleymanın Şah seçilməsini həll edən şəxsdir.
Həmin dövrdə Şah Süleymanın vəziri Şeyxəli xanın əli ilə tikilmiş ən gözəl binalardan biri Şeyxəli xan karvansarasıdır ki, hal hazırkı İsfahan-Tehran yolunun təqribən otuz kilometrliyində yerləşir. Həmin bina bu günə kimi qalmış ən maraqlı karvansaralardan biridir. Özünəməxsus gözəlliyə malik olan karvansarayın tikilmə tarixi 1687-ci ildir. Əlbəttə məscidlərin tikilməsində başqa adamlar da iştirak edir və digər nümunələrdə olduğu kimi, ora şahın adını və öz adlarını yazdırırdılar. 1682-ci ildən 1886-cı ilə kimi Həkim Nizaməddin Məhəmməd Elçinin həyat yoldaşı Sultan Bəyim adlı bir xanım İsfahanın Əhmədabad məhəlləsində bir məscid tikdirib. Bu məscid indiyə kimi Elçi məscidi adı ilə məşhurdur.
Məşhəd şəhərində yerləşən İmam Rza məqbərəsində də yenidərqurma işləri aparılmışdı. 1673-cü ildəki zəlzələ nəticəsində məqbərənin günbəzi dağılmıdşı. I Şah Abbas zamanı tikilən məqbərə zəlzələdən sonra Şah Süleymanın əmri ilə bərpa edilmişdi.
Xarici görünüşü
1660-cı illərin əvvəllərində Şah Süleymanla görüşən fransız səyahətçi Jan Şarden yazır ki, şah hündür və eleqant, qara saçlı, mavi gözlü və solğun ağ rənglidir. Onun rəsmi əks edilən portretlərdən də dəri rənginin solğun ağ olduğu nəzərə çarpır. Nikolas Sanson Şa Süleymanı belə təsvir edir:
Hündür, güclü, aktiv və yaxşı şahzadədir, lakin döyüşçü monarx olmaq üçün bir qədər yumşaq şəxsdir. Qartal burunlu, iri mavi gözlü və qara saqqallıdır. |
Övladları
Şah Süleyman Mesxetiya hakiminin qızı Elena da daxil olmaqla bir neçə dəfə evlənmişdir.
Oğlanları:
- Şahzadə Hüseyn Mirzə (1668–1726)
- Şahzadə Abbas Mirzə (1671–1725)
- Şahzadə Mustafa Mirzə (ö. 1725)
- Şahzadə Həmzə Mirzə (ö. 1725)
- Şahzadə İbrahim Mirzə (ö. 1725)
- Şahzadə Əhməd Mirzə (ö. 1725)
Ölümü
Şah Süleyman 29 iyul 1694-cü ildə İsfahanda vəfat etdi. Onun vəfatının dəqiq səbəbi bilinmir. Ya çox içməkdən, ya da qut xəstəliyindən öldüyü ehtimal edilir. Ölən zaman onun iki oğlu var idi: Hüseyn Mirzə və Abbas Mirzə. O, ölüm yatağında ölarkən saray dedi ki, əgər onlar sülh şəraitində yaşamaq istəyirlərsə böyük övladı Hüseyn Mirzəni şah seçsinlər, əgər imperiyanın daha da güclü olmasını istəyirlərsə kiçik oğlu Abbas Mirzəni seçsinlər. Xədimlər Hüseyn Mirzəni şah elan etdilər.
Mənbə
İstinadlar
- Buyers, Christopher. "PERSIA - The Safavid Dynasty (Genealogy)". 8 November 2012 tarixində . İstifadə tarixi: 1 December 2015.
- Rəsul Cəfəri, Səfəvilər tarixi (zühurdan süqutadək), İki cilddə, "Şəhriyar", 2007, səh. 262.
- Roemer, 1986. səh. 305
- Matthee, 2015
- Roemer, 1986. səh. 306
- Matthee, 2011. səh. 52
- Matthee, 2012. səh. 79
- Matthee, 2012. səh. 114
- Rəsul Cəfəri, Səfəvilər tarixi (zühurdan süqutadək), İki cilddə, "Şəhriyar", 2007, səh. 266–268.
- Roemer, 1986. səh. 310
Ədəbiyyat
- Azərbaycan Tarixi. Yeddi cilddə. III cild (XIII–XVIII əsrlər). Bakı. "Elm". 2007. 592 səh. + 56 səh. illüstrasiya.
- Azərbaycan Tarixi. I cild. (ən qədim zamanlardan XX əsrədək). Bakı. "Azərnəşr". 1994. 680 səh.
- Rəsul Cəfəri. Səfəvilər tarixi (zühurdan süqutadək). İki cilddə. II cild "Şəhriyar". 2007. 2012-05-09 at the Wayback Machine
Xarici keçidlər
I Süleyman (Səfəvi) Doğum: 1647 Vəfat: 29 iyul 1694 | ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri II Şah Abbas | Səfəvilər imperiyası(صفویان) Şahı 1666-1694 | Xələfləri Sultan Hüseyn |
SƏLƏF II Şah Abbas | Süleyman şah Səfəvi (II Şah Səfi) Səfəvilər sülaləsi | XƏLƏF Sultan Hüseyn |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sam Mirze daha sonra birinci sulale adi II Sah Sefi 1648 Isfahan 29 iyul 1694 Isfahan adi ile taninmis daha cox ise ikinci sulale adi olan Suleyman adi ile taninmisdir VIII Sefevi hokmdaridir 1666 ci ilin 1 noyabr tarixinden 1694 cu ilin 29 iyul tarixine qeder hokmdar olmusdur Suleyman sah II Sah SefiSuleyman Mirze SefeviSuleyman sah eyanlari arasinda Eliqulu bey Cebbedar 1670 Isfahan Sefeviler dovletinin VIII sahi1666 1694EvvelkiII Sah AbbasSonrakiSultan HuseynSexsi melumatlarDogum tarixi 1647Dogum yeri IsfahanVefat tarixi 29 iyul 1694Vefat yeri IsfahanDefn yeri Fatime Mesume ziyaretgahiAtasi II Sah AbbasAnasi Nakihet XanimUsagi Sultan HuseynAilesi SefevilerDini Sie Islam Vikianbarda elaqeli mediafayllarTacqoyma Sah Suleyman Sefevi 1666HeyatiSam Mirze 1648 c ilin fevral ve ya mart ayinda Isfahan seherinde anadan olmusdur Onun atasi ozunden evvelki Sefevi sahi II Sah Abbas anasi ise cerkez menseli keniz Nekihet Xanumdur Sam Mirzenin ozunden kicik 3 qardasi olmusdur Hemze Mirze Ismayil Mirze ve Mirze Eli Nagi Bundan elave Sam Mirzenin adlari bize melum olmayan 2 bacisi da olmusdur Sam mirze usaqliq vaxtinda sah hereminde yasamis ve sah olana qeder demek olar ki buradan cixmamisdir Burada onun qeydine xedim Aga Nezire qalmisdir Sam Mirze sah elan edilende azerbaycan dilinden basqa her hansisa dilde danisa bilmirdi Sah elan edildikden sonra bele fars dilinde cox pis danisirdi Sam Mirze butun xususiyyetleri ile atasi II Sah Abbasdan geri qalirdi bu ozunu onun hakimiyyeti dovrundeki hadiselere reaksiyasinda da oz eksini tapmisdir Taxta cixmasiII Sah Abbas 25 sentyabr 1666 ci ilde ozunden sonraki sahi secmeden vefat etdi 5 gun kecdikden sonra sahin olum xeberi butun paytaxta yayildi Heremde calisan xedimler ve saray eyanlari sah olaraq 7 yasli Hemze Mirzenin secilmesini isteyirdiler cunki dusunurduler ki onu idare etmek daha rahat olacaqdir lakin Hemze Mirzenin lelesi Aga Mubarek Sam Mirzenin boyuk ovlad olmasini esas getirerek onun sah secilmesini temin etdi Sefi Mirze uzun iller sarayda boyuyub ve axirlarda sahin gozunden dusmusdu Bu sebebden saray surasinin elcisi Damgandan gelib onun cerkes olan anasina oglunun taxta cixmaq ucun heremxanandan cixmali olmasini deyende Sefinin anasi onu hemin elciye tehvil vermekden cekinmisdi Cunki onun anasi bele zenn edirdi ki hemin sexs yalan danisir ve Sah Abbas onu oglunu oldurmek ucun gonderib Bu hadiseler zamani melum olur ki sahzadeler sarayin herem qisminde tam tecrid olunmus halda yasamisdir Hetta sah oldukden sonra herbi eyanlar ve saray eyanlarinin ekseriyyeti sahzadelern ne qeder ve nece yasda olmalarini deqiq bilmirdiler Hetta eyanlar II Sah Abbasin Sam Mirzeni oldurtduyunu dusunurduler HakimiyyetiI Dovr Musavire basa catdiqdan bir gun sonra 1666 ci ilin 1 oktyabr tarixinde Sam Mirze II Sah Sefi adi ile taxta cixdi Yeni sahin taxta cixma merasimi Isfahanda Seyxulislam Mehemmedbagir Sebzevarinin rehberliyi altinda kecirildi Merasim zamani yeni saha 300 ozbek esgerinin baslari hediyye edildi Bunlarin muqabilinde sah xeyli mukafat dagitdi Bundan elave Osmanli ordusunda xidmet etmemek ucun Sefevi sarayina siginmis 300 nefere de hediyyeler verildi Butun iri vezifeli sexslerin vezifeleri bir daha testiqlendi Sah mohurlerinden II Sah Abbas sozu temizlendi Yeni sikkeler II Sah Sefinin adi ile zerb edilmeye baslandi Isfahan seherinde heyat yeniden oz axarina dusdu tarixci Matthee bu prosesleri bele tesvir edir Dukanlar yeniden acildi butun heyat yeniden hec ne olmamais kimi davam etmeye basladi Yagmalanmaqdan ve doyuslerden qoraxaraq evlerini ve dukanlarini kilidlemis sexsler yeniden normal heyatlarina geri donduler II Sefinin hakimiyyetinin birinci ili cox ugursuz kecdi Bu ugursuzluqlara misal olaraq 1667 ci il Samaxi zelzelesini butun imperiya erazisinde yayilmis muxtelif yoluxucu xestelikleri Stepan Razinin rehberliyi altinda kazaklarin Xezer sahili vilayetlere yurusunu misal gostermek olar Saray muneccimleri butun bunlarin sebebi kimi sahin taxta cixma merasiminin duzgun vaxtda kecirilmemesini gosterdiler Neticede hell yolu kimi sahin taxtdan salinib sonra yeni bir merasimle yeniden sahliq taxtina eylesmesini gosterdiler Bunun ucun vaxt ise 1668 ci ilin 20 mart gunu secildi Butun bu prosesler zamani ise sah dovlet idareciliyi ile maraqlanmir ve vaxtini yalniz heremde kecirirdi II dovr1668 ci ilin martin 20 de sah yeniden taxta cixdi Bu defe o ferqli adla sah elan edildi ve ozune Sah Suleyman adini goturdu O hakimiyyeti dovrunde butun dovlet idareciliyini oz bas vezirlerine ve ya herem agalarina hevale etmisdi Bu vezife sahibleri Sah Suleymanin hakimiyyeti dovrunde oz guclerinin zirvesine catmisdi Butun imperiya erazisinde rusvet adi hala cevrilmisdi Artan saray xerclerini qarsilamaq ucun ehali uzerine qoyulan vergiler her ay artirilirdi Bu kend teserrufatinin ve diger sahelerin inkisafina boyuk problem yaradirdi Artan vergilere etiraz olaraq defelerle sade ehali Isfahan seherinde usyan etmisdi 1672 ci ilde Sah Suleyman kecmis bas veziri Mehemmed bey Tebrizini yeniden bas vezir teyin etdi O bu vezifeni qebul ederek Isfahana dogru yola cixdi lakin yolda vefat etdi Jan Sardenin yazdigina gore o Seyxeli xan Zengene terefinden yolda zeherlenerek oldurulmusdur Cunki o Seyxeli xan Zengeneni vezifede evez etmeye gedirdi 1676 ci ilde Sah Suleyman gurcu sahzadesi XI Georgini Kartlinin hakimi teyin etdi Sefevi sahlarinin uzun muddet Qafqaz xalqlari ile qohum olmasina gore onlar sarayda muhum vezifelere yiyelene bilmisdiler Xususile gurculerin ordu da xeyli coxalmasina baxmayaraq hele de Sefevi ordusunun esas hissesini Qizilbas doyusculeri teskil edirdi Xarici siyasetiOnsuzda I Sah Abbasin olumunden sonra Sefevi dovletinin xarici siyasetde fealiyyeti xeyli azalmisdi Bu gerileme prosesi Sah Suleymanin dovrunde tamamile suretlendi Osmanli ile munasibetler Sah Suleyman Osmanli imperiyasinin 1683 cu ilde Vyanadaki meglubiyyetinden sonra bele Osmanli imperiyasi ile enenevi muharibelere baslamadi Hetta Osmanlinin Vyana meglubiyyetinden sonra Avropa dovletlerinden Osmanli eleyhine ittifaq teklifi olsa da Sah Suleyman bu teklifleri redd etmisdir Sahin muharibe etmemekde qeti olmasina gore de kicik serhed munaqiseleri muharibelere cevrilmemisdir Beleki Suleymaniyye seherinin banisi Suleyman Baban Osmanli terefinden Iraqin simalina canisin kimi gonderilenden sonra Sefevi torpaqlarina hucumlar teskil edirdi 1678 ci ilde Sefevi dovleti onunla doyusmek ucun etmek Rustem xanin basciligi altinda ordu gonderdi ve onlar Suleyman Babani meglub etdiler ve Baban olduruldu Buna baxmayaraq hemin hadise iki olke arasindaki elaqelere zerbe vurmadi 1691 ci ilde Sefevi dovleti II Sultan Ehmedin hakimiyyete gelmesini tebrik etmek ucun coxlu hediyyelerle Istanbula bir heyet gondermisdir Gurcustan ile munasibetler Sefevi dovletinin hakimiyyeti altinda idi ve oranin hakimleri Sefevi sarayi terefinden gurcu sahzadeleri arasindan secilirdi 1674 cu ilde yeniden Katexiyaya qayidan Iraklini yanina cagirtdirdi Sahin Iraklini Kaxetiyaya hakim teyin edeceyinden qorxuya dusen Sahnezer xan Arcil atasi Sahnevaz xanla V Vaxtanq meslehetlesmeden Imeretiyaya qacdi Suleyman sah Sahnevaz xani tecili olaraq yanina cagirtdirdi Sahnevaz xan yolda vefat etdi ve onu Qumda atasi Rustem xanin yaninda defn etdiler Suleyman sah Sahnevaz xanin boyuk oglu XI Georgiye de Islami qebul etdirerek Sahnevaz II adi ile vali teyin etdi Sah Suleyman 1676 ci ilde sahzade XI Georgini hakim teyin etmisdi 1688 ci ilde XI Georgi Sefevi hakimiyyetine qarsi usyan baslatdi O bu usyana Osmanli imperiyasinin yardim edeceyini dusunurdu lakin Osmanli imperiyasi gurcu usyancilara yardim etmekdenn imtina etdi XI Georginin evezine I Herakl adli gurcu sahzadesi hakimiyyete getirildi Darmadagin edilen XI Georgi Kartliden qacmaga mecbur oldu Sah Suleyman Abbasqulu xani Gurcustana canisin teyin etdi Islami qebul ederek Nezereli xan adini goturen Irakli ise Tiflise canisin teyin edildi Merkezi Asiya dovletleri ile munasibetler Merkezi Asiyada bu dovrde Sefevi imperiyasi ile qonsuluqda bir nece dovlet movcud idi Buxara xanliginin hokmdari Ebduleziz xanin dovrunde Sefevilerle munasibetleri yaxsi olmusdur O 1687 ci ilde hakimiyyeti qardasina vererek Mekkeni ziyarete getdi Ziyaret esnasinda 1688 ci ilde Sefevi dovletinin erazisinden kecdi Onun serefine Sefevi dovleti terefinden Xorasanda ve Isfahanda boyuk senlikler teskil edildi Ebduleziz xan 1690 ce ilde Sefevi dovletini terk ederek Mekkeye yola dusdu lakin Sefevi dovletinin serhedlerinde yasayan koceri turkmen tayfalari tez tez Sefevi torpaqlarina soyguncu yurusler kecirirdi Bunun qarsisini almaq ucun 1676 ci ilde Astrabad uzerinden Sefevi ordusu hucuma kecdi Turkmen tayfalari darmadagin edildi Bele yurusler ozbekler terefinden de tez tez teskil edilirdi Rusiya ile munasibetler 1667 ci ilde Rusiya carligi ile Sefevi imperiyasi arasinda ticaret razilasmasi imzalanmisdi Bu razilasmaya esasen rus tacirlerine Sefevi dovleti erazisinde guzestli ticaret etme haqqi verilirdi Sah Suleyman Sefevinin hakimiyyet illerinde Rusiya erazisinden kazaklarin Sefevi erazisine dagidici yurusleri tez tez bas verirdi II Sah Abbasin hakimiyyetinin son illerinde yeniden baslanan bu cur yurusler Sah Suleymanin dovrunde daha intensiv xarakter aldi Sah Suleymanin onlara qarsi gonderdiyi ordu meglub edilmisdi Rusiya carligi ile de muharibe seraitinde olan kazaklarin atamani Stepan Razin 1670 ci ilde hebs edildi ve Moskva seherinde edam edildi Avropa dovletleri ile munasibetler Bu dovrde Avropa dovletlerinin bir necesinden Sefevi sarayina elciler gonderilmisdir Bu elciliyin ekseriyyeti ticaret razilasmasi imzalamaq ucun olmusdur Ticarit imtiyazlari qazanmaq ucun xususile calisan hollandlar ve ingilisler idi Sonraki dovrlerde ise almanlar ve fransizlar da feallasmaga basladi Cox hallarda bu elcilikler arasinda reqabet movcud olurdu ve Sefevi sarayinin ozunde bele Sefevi dovletinden imtiyaz qoparmaq ucun oz aralarinda gergin mubarize aparirdilar 1683 cu ilde Vyanadaki Osmanli meglubiyyetinden sonra bir cox Avropa dovletleri Sefevilere osmanliya qarsi ittifaq teklif etse de bu qebul edilmemisdi Papa I Inosan da bele bir teklifle Sefevi sarayina elciler gondermisdi Sah Suleymanin bilinen az sayli bilinen diplomatik fealiyyetlerinden biri de Ingiltere krali ile olmusdur O 1668 1669 cu illerde mektubu ile birlikde numayende heyeti gondererek kraldan Sefevi imperiyasina senetkarlar gondermesini xahis etmisdir Meqsedi Avropa uslubunda yeni senetkarliq mektebleri formalasdirmaq idi Danimarka kralligi ile munqaise 1687 ci ilde Benqal ticaret gemisini zebt etdiler ve onu Hindistandaki Danimarka mustemlekesi olan seherine gonderdiler Bu gemi ise daha sonra paytaxt Kopenhagen seherine gonderildi Danimarkalilar terefinden zebt edilmis gemide Isfahanin Yeni Culfa bolgesinden olan ermeni tacirlerin mallari dasinirdi Sefeviler bu mallari geri qaytarmaq ve ya mallarin pulunu Danimarka hokumetinden almaq ucun Kopenhagene numayende heyeti gonderdi Sefevi diplomati Sah Suleymanin mektubunu kral 1670 1699 teqdim etdi Mektub Sah Suleymanin adindan unvanlanmisdi Cunki hadise bas veren zaman kral o idi lakin Sefevi numayendeliyi ugursuz oldu Sefevi sahinin mektubu ve zeriflikle hazirlanmis onun uz qabigi hal hazirda saxlanilir Sah Suleymanin sexsiyyetiSah Suleyman Sefevi sahzadelerinin ozlerini gostermek ucun hec bir curetleri olmayan ve atalari terefinden cox ciddi nezaret altinda saxlanildiqlari bir dovrde terbiye edilib boyuyub Sahzadeler heremxanalarda analarinin ve xacelerin kenarinda boyuyurduler ve onlarin neinki saray meclislerinde istirak ederek meseleler baresinde oz nezerlerini bildirmek imkanlari yox idi hetta onlara eqli ve herbi cehetden duzgun terbiye de verilmirdi Bele bir terbiyenin neticesi Sefi Mirze yeni sonralar Sah Suleyman kimi hakimiyyete gelen sexsler ucun hec bir tecrubeye malik olmadan olkeni analari ve xacelerin istekleri ile idare etmeleri olkenin islerinin idareciliyinde lazimi iradeye malik olmamalari ile neticelenirdi Kempfer sahin qadinlara hedsiz maragi baresinde cox danisib ve onun sahliginin birinci ilindeki xesteliyinin sebebi kimi de eyyasliqda ifrata varmasini gostermisdir O deyir ki sah hetta sagalandan sonra sehvetperestliyinden el goturmedi ve hemise oz heremxanasinda olurdu Sah kef etmek meqsedile Suleyman taxtina Culfanin o terefinde ozu ucun tikdirdiyi yere gezintiye gederdi heremxananin aparilmasi ucun kucelerin qorunmasini emr edirdi ki bu da camaat ucun bir cox cetinlikler yaradirdi Sahin heremxanasinda coxlu keniz var idi ve olkenin muxtelif yerlerinden gozel qizlarin ora gonderilmesi neticesinde onlarin sayi daha da artirdi Bundan elave sahin ermeni qizlarina da xususi meyli var idi Dovrun tarixi menbelerinde de sahin serab icmesine toxunulub Mustaufi Zubdetut tevarix kitabinda yazir ki Sah Suleyman cox vax serab icmekle ve ya diger cirkin emellerle mesgul olurdu Kempfer sahin evvelki ureyiaciqligindan onun serab ve qumar meclislerindeki tonqal oyunlarinda artiq xercleri ve bu islerinin xezinenin bosalmasina sebeb olmasi baresinde sohbet edib Xezine bosaldiqdan sonra sah xesislesdi ve maas vermek mecburiyyetinde qalmamaq ucun seyxul islamliq mehterlik ve esikagasi basi kimi vezifeleri bir muddet sahibsiz qoydu ki qenaet etmis olsun Hemin muddet erzinde qeyd edilen vezife sahiblerinin gormeli olduqlari isleri digerleri yerine yetirirdiler Sah ona getirilen hediyyelere cox bagli bir adam idi ve yalniz qizildan olan hediyyeleri qebul ederdi Fransa sefirinin elcisi saha avropada duzeldilmis ve Kopernik nezeriyyesine esasen ulduzlarin hereketini olcmek ucun cox deqiq imkanlara malik bir resedxana aleti getirdi Hemin cihaz qizildan duzeldilmediyi ucun sah gosteris verdi ki onu kohne seyler saxlanilan anbara qoysunlar Onun ucun Isvecden hediyye kimi getirilmis saatin taleyi de ele oldu Bunlarla yanasi Kempfer sahin mehribanciligindan da soz acib ve deyir O qanuna zidd isler gormus sexslere qarsi mehribanliq ve guzest numayis etdirirdi Sah Suleymanin ikinci davranis terzi onun dini meseleler alimler veqf kitab mescid eza merasimleri ve bu kimi islerle elaqesi idi Sah Suleymanin hakimiyyetinin butun dovrlerinde dini medreseler tam ciddiyyetle oz islerini davam etdirirdiler Bunun sebebi veqf islerinin himaye edilmesi ve veqf edilmis seylerden elde edilen gelirin oz yerlerinde xerclenmesi idi Bundan elave sah ve saray adamlari yene de kecmisde oldugu kimi alimlere komek etmekde feal idiler ve sexsen sahin ozunun alimlerle elaqesi cox idi Hemin dovrun alim ve muelliflerinin coxu oz kitablarini Sah Suleymana teqdim edir ve tebii ki bir sira meziyyetlerden behrelenirdiler Qeyd etmek lazimdir ki bezi hallarda sah ozu hansisa kitabin yazilmasi ve ya tercume edilmesini de tovsiye edirdi Kempfer yazir Sah dindar bir adamdir Hec vaxt namazlarini qilmagi ve dinin destemaz ve qusl kimi gosterislerinin yerine yetirilmesini yadindan cixarmazdi Il boyu olan muxtelif dini bayramlara hormetle yanasirdi ve cox temteraqla kecirilen qurban bayraminda camaatla birge istirak edirdi Bir ay oruclugu ayini camaatla birge oruc tutur cox vaxt taninmaz sekilde seher gun cixmamisdan cume mescidine gedir ve basqa meselelerde de camaata ornek olan yasayisi ile heqiqi muselman olmasini subut edirdi Sah Suleyman ve xristian missionerlerXristianligin Iranda xacperest tebligatcilarin Isfahanda fealiyyet gostermeleri sie alimlerini xristianliq barede daha cox melumat elde etmeye vadar etdi Sah Suleymanin zamanindaki xacperest tebligatcilardan biri Qabriel Efrenci idi O evvelce Tebrizde sonra ise Tiflisde xristianligin tebligi ile mesgul olub Onun tebligatinin muqabilinde bir muddet Tiflisde yasamis alim Zehireddin Teferrusu bir kitab yazib ve onun adini Nusretul heqq qoyub Ozunu bu cur meselelere meyilli kimi gosteren Sah Suleyman sonralar Teferrusuden hemin kitabini ereb dilinden fars diline tercume etmesini istemisdir Sah Suleyman ucun xristianliq baresinde kitabca yazmis sexslerden biri de Isfahanin ermeni kesislerinden olan ve Nurcahan adi ile meshurlasmis Havans idi Mesele bele olmusdu ki Sah Suleyman Isfahanin Vanek kilsesini gormeye gedende kilsede neqs edilmis sekillere maraqla baxmisdi Bu gorusde Havans Sahin hemin sekiller elece de Isanin Allah olmasi ve ucluk eqidesi baresindeki suallarina cavab vermisdi O hemin suallara cavab vermekden elave bu barede bir kitab da yazdi ve onun bir sehifesi ermeni dilinde hemin sehifenin muqabil sehifesi ise fars dilinde idi O hemin kitabi Sah Suleymana teqdim edib Hemin muellifin Iran ruhanileri ile mubahise adli diger bir kitabi da olub Sardenin verdiyi melumata esasen ermenilerin Ebu Eli Sinanin ve diger muselman filosoflarin eserlerini oxumus Agapiri adli boyuklerinden biri Islami qebul etmisdi O qohum ve tanislarinin ona qarsi usyan edeceklerinlen cox qorxdugu ucun tezyiqleri azaltmaq meqsedile saraya siginmisdi O saray adamlari ile bele bir plan hazirladi ki guya sah ona emr edib ki muselman olsun ve o da sahin emrinden cixmamaq ucun bele edib lakin hami bilirdi ki bu Agapirinin oz secimidir ve o muselmanlarin tefekkuru ile tanisliqdan sonra bele bir addim atib Bu hadise Isfahanda olan butun xacperest ruhani desteler tapriarx ve kesislerin casbas qalmalarina ve narahatliqlarina sebeb oldu Butun bu muddet erzinde xacperest kesisler arasinda is muddeti en cox cekeni Refail Duman adli bir sexs olub Fransali bu kesis Sefevi dovletinde qirx ile yaxin qalib ve Kapson firqesinin bascisi kimi xristianligin tebligi ile mesgul olub Bele deyirler ki o bezi iranlilari xristian ederek avropaya gonderirmis O riyaziyyat elmi ile de tanis olub ve ozu ile bir astronomik cihaz da getiribmis ki bu da Sefeviler ucun maraqli imis Son illerde onun qeydiyyatlar kulliyati iki cildde fransiz dilinde cap edilib Sah Suleyman ve abadliq isleri1679 cu ilde tikilmis saraylardan biri seksen bes cerib boyukluyunde olan bir bagin icinde tikilmis Hest behest sarayidir Onun sarayi Bulbul sarayi adi ile meshurlasmisdi Sarden bu bag ve sarayi mufessel sekilde vesf edib ve otaqlarinin koridorlarinin coxlugu ve zineti baximindan onu dovrunun en gozel binalarindan biri adlandirib Saib Tebrizi de Hest behestin vesfine uzun bir qeside deyib ve onun son beytinin bir misrasi hemin binanin tikilmeye baslama tarixini 1679 bir misrasi ise sona catma tarixini 1680 ci ilde gosterir Bad ya Rebb qiblegahe serferazane zaman Barqahe tazeye Sultan Suleyman zaman Yeni Perverdigara zamanin basi ucalarinin qiblegahi olsun zamanin sultani Suleymanin yeni sarayi Hemin dovrden qalmis tarixi binalardan biri de Lunban mescididir ki onun Sefeviler dovrunden qalma kitabeleri var ve 1680 ci ili gosterir Bu mescid ve onun yerlesdiyi mehelle cox kohnedir ve orada Sefevilerden qabaq tarixi binalarin olmasini nezere alaraq demek olar ki hemin ilde orada esasli temir isleri aparilib Isfahan camaati arasinda bele soz gezir ki Imam Hesen Mucteba e hemin yerde namaz qilib ve bu mescid indi de xususi muqeddesliye malikdir Sefevi sahlarinin sonuncu numayendelerinin gordukleri islerden biri boyuk alim sair ve sexsiyyetlerin qebrleri uzerinde meqbereler tikmek idi Isfahanin Texti fulad menteqesinde Baba Rukniddin meqberesi I Sah Abbasin zamanindan qalib Hemcinin Mirfendriski tekyesi de hemin dovrden qalmadir Sah Suleyman ve onun oglu Huseynin zamaninda Texti fuladda Feyz kucesinin qerb terefinde coxlu tekyeler tikilib ki onlarin ekseriyyeti bu gune kimi qalir Sahlardan elave taninmis sexsiyyetler de ozleri ve aileleri ucun tekyeler tikirdiler Saib Tebrizi 1677 ci ilde vefat etdi ve sonralar Bage tekye adi ile meshurlasan oz sexsi baginda defn edildi Orada sonralar onun aile uzvlerinin bezileri de defn edildiler Bu bag Niyaserem cayinin kenarinda yerlesirmis II Sah Abbasin ve Sah Suleymanin hakimiyyetinin ilkin dovrlerinin taninmis alimlerinden biri meshur filosof ve alim Mirze Refia Nainidir ki o 1681 ci ilde vefat edib ve onun qebirinin ustunde gozel bir meqbere tikilib Sonralar Isfahanin kohne hava limaninin erazisine dusen hemin meqbere bu gun de qalir ve onun gozel kunbezi gunesin nuru altinda mexsus cilveye malik olur Aga Huseyn Xansarinin 1687 vefatindan sonra tikilmis ve onun ovlad ve qohum eqrabasinin da defn edildiyi Xansariler meqberesi de Sah Suleymanin hemin dovrunun tarixi abidelerindendir ve sonraki dovrlerde defelerle temir edilib ve bu gune kimi qalmaqdadir 1687 ci ilde Isfahanin Seyid mescidinin serqi divarinin kenarinda Mirze Huseyn medresesi de tikilib ve bu setrlerin muellifi bir nece seher oranin hucrelerinin birinde yasayib Hemin dovrde tikilmis diger boyuk bir medrese Kasegeran medresesidir ki onu on ikinci hicri esrinin ilk illerinde Emir Mehemmedmehdi Hekimulmulk tikdirib Onun kitabesi 1692 1694 cu illeri Sah Suleymanin sahliginin son ilini gosterir Hemin medresenin veqfnamesi de bu gun qalir ki ona bir cox kend ve dukanlar veqf edilib Aga Mubarek de dini elm telebeleri ucun bir medrese tikib ve o Mubarekiyye medresesi adi ile meshur olub Hemin medrese Hafiz xiyabaninin Kermani kucesinde yerlesirmis Bu medrese Pehleviler dovrunde dagidilib ve Namus qiz medresesine cevrilib O Damganin Xosrovabad baginda emirler surasinda II Sah Abbasin olumunden sonra Suleymanin Sah secilmesini hell eden sexsdir Hemin dovrde Sah Suleymanin veziri Seyxeli xanin eli ile tikilmis en gozel binalardan biri Seyxeli xan karvansarasidir ki hal hazirki Isfahan Tehran yolunun teqriben otuz kilometrliyinde yerlesir Hemin bina bu gune kimi qalmis en maraqli karvansaralardan biridir Ozunemexsus gozelliye malik olan karvansarayin tikilme tarixi 1687 ci ildir Elbette mescidlerin tikilmesinde basqa adamlar da istirak edir ve diger numunelerde oldugu kimi ora sahin adini ve oz adlarini yazdirirdilar 1682 ci ilden 1886 ci ile kimi Hekim Nizameddin Mehemmed Elcinin heyat yoldasi Sultan Beyim adli bir xanim Isfahanin Ehmedabad mehellesinde bir mescid tikdirib Bu mescid indiye kimi Elci mescidi adi ile meshurdur Meshed seherinde yerlesen Imam Rza meqberesinde de yeniderqurma isleri aparilmisdi 1673 cu ildeki zelzele neticesinde meqberenin gunbezi dagilmidsi I Sah Abbas zamani tikilen meqbere zelzeleden sonra Sah Suleymanin emri ile berpa edilmisdi Xarici gorunusu1660 ci illerin evvellerinde Sah Suleymanla gorusen fransiz seyahetci Jan Sarden yazir ki sah hundur ve eleqant qara sacli mavi gozlu ve solgun ag renglidir Onun resmi eks edilen portretlerden de deri renginin solgun ag oldugu nezere carpir Nikolas Sanson Sa Suleymani bele tesvir edir Hundur guclu aktiv ve yaxsi sahzadedir lakin doyuscu monarx olmaq ucun bir qeder yumsaq sexsdir Qartal burunlu iri mavi gozlu ve qara saqqallidir OvladlariSah Suleyman Mesxetiya hakiminin qizi Elena da daxil olmaqla bir nece defe evlenmisdir Oglanlari Sahzade Huseyn Mirze 1668 1726 Sahzade Abbas Mirze 1671 1725 Sahzade Mustafa Mirze o 1725 Sahzade Hemze Mirze o 1725 Sahzade Ibrahim Mirze o 1725 Sahzade Ehmed Mirze o 1725 OlumuSah Suleyman 29 iyul 1694 cu ilde Isfahanda vefat etdi Onun vefatinin deqiq sebebi bilinmir Ya cox icmekden ya da qut xesteliyinden olduyu ehtimal edilir Olen zaman onun iki oglu var idi Huseyn Mirze ve Abbas Mirze O olum yataginda olarken saray dedi ki eger onlar sulh seraitinde yasamaq isteyirlerse boyuk ovladi Huseyn Mirzeni sah secsinler eger imperiyanin daha da guclu olmasini isteyirlerse kicik oglu Abbas Mirzeni secsinler Xedimler Huseyn Mirzeni sah elan etdiler MenbeIstinadlar Buyers Christopher PERSIA The Safavid Dynasty Genealogy 8 November 2012 tarixinde Istifade tarixi 1 December 2015 Resul Ceferi Sefeviler tarixi zuhurdan suqutadek Iki cildde Sehriyar 2007 seh 262 Roemer 1986 seh 305 Matthee 2015 Roemer 1986 seh 306 Matthee 2011 seh 52 Matthee 2012 seh 79 Matthee 2012 seh 114 Resul Ceferi Sefeviler tarixi zuhurdan suqutadek Iki cildde Sehriyar 2007 seh 266 268 Roemer 1986 seh 310 Edebiyyat Azerbaycan Tarixi Yeddi cildde III cild XIII XVIII esrler Baki Elm 2007 592 seh 56 seh illustrasiya Azerbaycan Tarixi I cild en qedim zamanlardan XX esredek Baki Azernesr 1994 680 seh Resul Ceferi Sefeviler tarixi zuhurdan suqutadek Iki cildde II cild Sehriyar 2007 2012 05 09 at the Wayback MachineXarici kecidlerI Suleyman Sefevi Sefeviler sulalesiDogum 1647 Vefat 29 iyul 1694Hakimiyyet titullariSelefleri II Sah Abbas Sefeviler imperiyasi صفویان Sahi 1666 1694 Xelefleri Sultan HuseynSELEF II Sah Abbas Suleyman sah Sefevi II Sah Sefi Sefeviler sulalesi XELEF Sultan Huseyn