I Mehmed Gəray (30 noyabr 1465, Həştərxan xanlığı – oktyabr 1523, Həştərxan, Həştərxan xanlığı) — 5. Krım xanı.
I Mehmed Gəray | |
---|---|
17 aprel 1515 – noyabr 1523 | |
Əvvəlki | I Məngli Gəray |
Sonrakı | I Qazi Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 noyabr 1465 |
Doğum yeri | |
Vəfat tarixi | oktyabr 1523 (57 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Dəfn yeri | |
Fəaliyyəti | monarx |
Atası | I Mənqli Gəray |
Uşaqları | |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Gənclik illəri
Mehmed Gəray 1465-ci ildə Həştərxanda dünyaya gəlmişdir. Krım xanı Məngli Gərayın ən böyük oğludur. Anasının kim olduğu bilinir. Gənclik illərində atasının Polşa və Litva knyazlıqlarına, eləcə də Moskva knyazlığına tərtiblədiyi saysız səfərlərdə iştirak etmiş, əmisi Yağmurçi Gərayın 1507-ci ildə vəfatından sonra kalqay (Krım taxtının vəliəhdi) elan edildi. Vəliəhd olaraq atasından Qarasubazar və Ağməscid bölgələrinin idarəsini təhvil aldı.
Səltənət illəri
1515-ci ilin aprelində atası Məngli Gəray Salacıq bölgəsində vəfat etdi. O əsnada kalqay Mehmed Gəray və ordusu isə yarımadanın şimalındakı Perekop qalasında idi və onun paytaxta gəlişinə qədər 40 gün boyunca xanın vəfatı əhalidən gizlədildi.
Krım taxtına oturan Mehmed Gəray, gələcəkdə üsyan edəcək olan kiçik qardaşı Topal Əhməd Gərayı kalqay elan etdi. Digər qardaşı Səadət Gərayı isə İstanbula girov olaraq göndərdi. Əhməd Gəray ilk başda ona verilən Ağcaqum bölgəsində qalsa da, daha sonra Litva knyazlığı ərazisinə hücumlar tərtibləməyə başladı. Üsyankar kalqay, Moskva knyazı III Vasili ilə məktublaşaraq, onu Kiyev və Vilna üzərinə səfərə dəvət etdi. Digər yandan oğlu Hümmət Gərayı İstanbula göndərərək qardaşı olan taxt mübarizəsində Osmanlı sultanından kömək istədi.
1519-cu ilin yazında Mehmed Gəray oğulları Bahadır və Alp Gərayı, üsyankar qardaşını məğlub etmək üçün Perekop qalasına göndərdi. Çox keçmədən Əhməd Gəray qaladan qaçmaq istəyərkən ələ keçirildi və öldürüldü. Mehmed Gəray böyük oğlu Bahadır Gərayı kalqay elan etdi. Ancaq Bahadır Gəray 1523-cü ildə Həştərxan xanlığının taxtına oturdu və bu dəfə də kiçik qardaşı Alp Gəray kalqay təyin edildi.
1519-cu ildə Qazan xanı Məhəmməd Əmin xan vəfat etdi və xanın övladı yox idi. Bu səbəblə xanlığın idarəsini ələ keçirmək istəyən Moskva knyazı və Krım xanı öz namizədlərini irəli sürdülər. Rusların taxt namizədi Şeyx Əliyarın oğlu Şahəli xan, tatarların namizədi isə xanın kiçik qardaşı Sahib Gəray oldu. Belə ki, Məngli Gəray vaxtilə Qazan xanı İbrahim xanın dul xanımı evlənmiş, bu nigahdan Sahib Gəray dünyaya gəlmişdi. Nəhayət 1521-ci ildə Sahib Gəray Qazan xanlığının taxtına oturdu və 3 il boyunca bu taxtda qaldı.
1521-ci ildə hər 2 qardaşın birləşmiş qüvvələri Moskvaya hücum etdi və şəhəri talan edərək xeyli miqdarda qənimətlə geri döndü. Bu hücumun ardından Moskva knyazlığı illik xərac verməyi qəbul etdi. Ancaq 1523-cü ildə tərtiblənən Moskva səfəri uğurlu olmadı. Belə ki, toplarla təmin edilən rus ordusunu görən tatar süvariləri geri çəkild və səfərin istiqamətini dəyişərək Həştərxana yönəldi. Elə həmin il Həştərxan xanlığı işğal olundu və kalqay Bahadır Gəray Həştərxan taxtına oturdu.
Səfər bitsə də, ordunun böyük bir qismini Krıma göndərən xan kiçik hərbi dəstəylə Həştərxanda qaldı. Ancaq Krım xanının bu qədər güclənməsindən narahat olan yerli əsilzadələr Mamay xanın başçılığı ilə Mehmed Gəraya qarşı sui-qəsd təriblədilər. Mehmed Gəray və 2 övladı (Bahadır Gəray və Alp Gəray) çadırda xəncərlə qətlə yetirildi. Xanın sui-qəsddən xilas olan oğlanları Krıma qaçdılar. Qaçan qardaşları təqib edən noqay dəstələri yarımadaya gəldi və bölgəni talan etdilər.
Vəziyyəti dərhal ələ almaq istəyən Qazi Gəray mərhum xanın sağ qalan ən böyük oğlu olaraq Krım taxtına çıxdı.
Ailəsi
Tatar boylarından Həsən bəyin qızı Nurum Sultanla evlənmişdir. Adı bilinən övladları bunlardır:
- Bahadır Gəray (ö. noyabr 1523)
- Alp Gəray (ö. noyabr 1523)
- Qazi Gəray
- Baba Gəray (ö. avqust 1524)
- İslam Gəray
- Çoban Gəray (ö. avqust 1524)
- Aybigə Sultan
Mənbə
- Howorth, Henry Höyle (1880) History of the Mongols, from the 9th to the 19th Century
- Fisher, Alan W., (1987) The Crimean Tatars, Stanford California: Hoover Institution Press
- Oleksa Gaivoronsky «Повелители двух материков», Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2, pages 119—145
- Халим-Гирай-султан «Розовый куст ханов или история Крыма»
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
I Mehmed Geray 30 noyabr 1465 Hesterxan xanligi oktyabr 1523 Hesterxan Hesterxan xanligi 5 Krim xani I Mehmed GerayV Krim xani17 aprel 1515 noyabr 1523EvvelkiI Mengli GeraySonrakiI Qazi GeraySexsi melumatlarDogum tarixi 30 noyabr 1465Dogum yeri Hesterxan xanligiVefat tarixi oktyabr 1523 57 yasinda Vefat yeri Hesterxan Hesterxan xanligiVefat sebebi doyusde olumDefn yeri HesterxanFealiyyeti monarxAtasi I Menqli GerayUsaqlari I Islam Geray I Qazi GerayAilesi GeraylarDini sunni islam Vikianbarda elaqeli mediafayllarHeyatiGenclik illeri Mehmed Geray 1465 ci ilde Hesterxanda dunyaya gelmisdir Krim xani Mengli Gerayin en boyuk ogludur Anasinin kim oldugu bilinir Genclik illerinde atasinin Polsa ve Litva knyazliqlarina elece de Moskva knyazligina tertiblediyi saysiz seferlerde istirak etmis emisi Yagmurci Gerayin 1507 ci ilde vefatindan sonra kalqay Krim taxtinin veliehdi elan edildi Veliehd olaraq atasindan Qarasubazar ve Agmescid bolgelerinin idaresini tehvil aldi Seltenet illeri 1515 ci ilin aprelinde atasi Mengli Geray Salaciq bolgesinde vefat etdi O esnada kalqay Mehmed Geray ve ordusu ise yarimadanin simalindaki Perekop qalasinda idi ve onun paytaxta gelisine qeder 40 gun boyunca xanin vefati ehaliden gizledildi Krim taxtina oturan Mehmed Geray gelecekde usyan edecek olan kicik qardasi Topal Ehmed Gerayi kalqay elan etdi Diger qardasi Seadet Gerayi ise Istanbula girov olaraq gonderdi Ehmed Geray ilk basda ona verilen Agcaqum bolgesinde qalsa da daha sonra Litva knyazligi erazisine hucumlar tertiblemeye basladi Usyankar kalqay Moskva knyazi III Vasili ile mektublasaraq onu Kiyev ve Vilna uzerine sefere devet etdi Diger yandan oglu Hummet Gerayi Istanbula gondererek qardasi olan taxt mubarizesinde Osmanli sultanindan komek istedi 1519 cu ilin yazinda Mehmed Geray ogullari Bahadir ve Alp Gerayi usyankar qardasini meglub etmek ucun Perekop qalasina gonderdi Cox kecmeden Ehmed Geray qaladan qacmaq isteyerken ele kecirildi ve olduruldu Mehmed Geray boyuk oglu Bahadir Gerayi kalqay elan etdi Ancaq Bahadir Geray 1523 cu ilde Hesterxan xanliginin taxtina oturdu ve bu defe de kicik qardasi Alp Geray kalqay teyin edildi 1519 cu ilde Qazan xani Mehemmed Emin xan vefat etdi ve xanin ovladi yox idi Bu sebeble xanligin idaresini ele kecirmek isteyen Moskva knyazi ve Krim xani oz namizedlerini ireli surduler Ruslarin taxt namizedi Seyx Eliyarin oglu Saheli xan tatarlarin namizedi ise xanin kicik qardasi Sahib Geray oldu Bele ki Mengli Geray vaxtile Qazan xani Ibrahim xanin dul xanimi evlenmis bu nigahdan Sahib Geray dunyaya gelmisdi Nehayet 1521 ci ilde Sahib Geray Qazan xanliginin taxtina oturdu ve 3 il boyunca bu taxtda qaldi 1521 ci ilde her 2 qardasin birlesmis quvveleri Moskvaya hucum etdi ve seheri talan ederek xeyli miqdarda qenimetle geri dondu Bu hucumun ardindan Moskva knyazligi illik xerac vermeyi qebul etdi Ancaq 1523 cu ilde tertiblenen Moskva seferi ugurlu olmadi Bele ki toplarla temin edilen rus ordusunu goren tatar suvarileri geri cekild ve seferin istiqametini deyiserek Hesterxana yoneldi Ele hemin il Hesterxan xanligi isgal olundu ve kalqay Bahadir Geray Hesterxan taxtina oturdu Sefer bitse de ordunun boyuk bir qismini Krima gonderen xan kicik herbi desteyle Hesterxanda qaldi Ancaq Krim xaninin bu qeder guclenmesinden narahat olan yerli esilzadeler Mamay xanin basciligi ile Mehmed Geraya qarsi sui qesd teriblediler Mehmed Geray ve 2 ovladi Bahadir Geray ve Alp Geray cadirda xencerle qetle yetirildi Xanin sui qesdden xilas olan oglanlari Krima qacdilar Qacan qardaslari teqib eden noqay desteleri yarimadaya geldi ve bolgeni talan etdiler Veziyyeti derhal ele almaq isteyen Qazi Geray merhum xanin sag qalan en boyuk oglu olaraq Krim taxtina cixdi AilesiTatar boylarindan Hesen beyin qizi Nurum Sultanla evlenmisdir Adi bilinen ovladlari bunlardir Bahadir Geray o noyabr 1523 Alp Geray o noyabr 1523 Qazi Geray Baba Geray o avqust 1524 Islam Geray Coban Geray o avqust 1524 Aybige SultanMenbeHoworth Henry Hoyle 1880 History of the Mongols from the 9th to the 19th Century Fisher Alan W 1987 The Crimean Tatars Stanford California Hoover Institution Press Oleksa Gaivoronsky Poveliteli dvuh materikov Kiev Bakhchisarai 2007 ISBN 978 966 96917 1 2 pages 119 145 Halim Giraj sultan Rozovyj kust hanov ili istoriya Kryma