II Təhmasibin Səfəvi taxtına geri gətirilməsi — bu hadisə 1729-cu ildə II Təhmasibin sərkərdəsi Nadir xanla əfqan Əşrəf Xotəki arasında baş vermiş bir sıra döyüşün nəticəsində mümkün olmuşdur. II Təhmasibin nominal olaraq taxtda oturmasına baxmayaraq, faktiki hakimiyyət Nadir xanın əlində cəmləşmişdi. Əfqanlar isə Səfəvi imperiyasının ərazilərinin böyük bir hissəsindən əbədi olaraq qovuldular və bir müddət sonra Nadir yürüş edərək onları yenidən tabe etdi.
İsfahanın işğalı və Təhmasibin şah olması
1722-ci ildə Səfəvi imperiyası dərin böhran içində idi. Ölkənin iqtisadi sisteminin çökməsi ilə paraleldə, imperiyanın hər bir tərəfini üsyanlar bürümüşdü. Həm də bundan istifadə edən əfqanlar, ilk öncə Əfqanıstandakı Səfəvi hakimiyyətini ləğv edib, imperiyanın mərkəzi bölgələrinə doğru yürüşə başladılar. 1722-ci ilin martında paytaxt İsfahan mühasirəyə alındı.
İsfahana doğru əfqan irəliləməsinin qarşısını almaq üçün Gülnabad adlanan yerdə iki tərəfin ordusu qarşı-qarşıya gəldi. sağ cinah, sol cinah və mərkəz olaraq üç hissəyə ayrılmışdı. Cinahlarda sayları 30 min olan süvarilər toplanmışdı. Sağ cinaha Rüstəm xan, sol cinaha isə Məhəmmədqulu xan Şamlı başçılıq edirdi. Mərkəzdə piyadalar və topçular dururdu. Ərəb hakimi həm də ərəb atlılarına başçılıq edirdi. Əfqan ordusu 4 dəstə şəklində ən güclü döyüşçülər mərkəzdə olmaqla düzülmüşdü. Sağ cinahda İmanullah xanın, sol cinahda isə zərdüşti əsgərləri düzülmüşdü. Arxa tərəfdə ər yerləşdirilmişdi. Döyüş Səfəvi ordusunun sağ cinahının əfqanlara qarşı uğurlu hücumu ilə başladı. Bundan ruhlanan ərəb hakimi sol cinahdan əfqan ordusuna doğru irəllədi. Əfqanların sol cinahı əzildi və ərəb hakiminin dəstəsi əfqan qərargahına çatdı. Lakin əsgərlər sıraları pozdular və qənimət toplamaqla məşğul oldular. Əfqanlar dağılmış süvariləri görüb onlara hücum etdilər və Səfəvi topçuları zərərsizləşdirildi. Bundan sonra əfqan topçuları Səfəvi piyadalarını top atəşinə tutdular. Top atəşi ilə Səfəvi ordusu geri çəkildi. Əfqanlar qələbə qazandılar. Beləliklə, 1722-ci ilin martında paytaxt İsfahan mühasirəyə alındı. 8 ay davam edən mühasirə sonunda şəhərdə güclü aclıq başlamış, hətta insanlar yemək üçün küçə heyvanları belə tapa bilməz hala gəlmişdi. Şəhərdən kənarda olan Səfəvi sərkərdələrindən birinin təklifi ilə şahzadələrdən biri olan Təhmasib Mirzənin mühasirəni yararaq kənara qaçması təşkil edilir. Bundan bir qədər sonra Şah Sultan Hüseyn əfqan komandanı Mir Mahmud Xotəkiyə təslim olur. Təslim şərtlərinə sülalə üzvlərinin canlarına toxunulmaması, keçmiş şaha hörmət edilməsi və s. kimi tələblər var idi. Bunların qarşılığında Hüseyn öz şahlıq taxtını Mir Mahmudun başına qoyur və onu şah elan edir. Bunun ardınca, şəhərdən qaçmağı bacarmış 18 yaşlı oğlu Təhmasib Mirzə özünü şah elan edir.
İmperiyanı bərpa etmə cəhdləri
Təhmasib özünü şah elan etdikdən sonra Fətəli xan Qacarın təsir dairəsinə düşmüşdü. Xarakter olaraq zəif şəxsiyyət olan II Təhmasib, Fətəli xan Qacarın nüfuzunu zəiflətməyə çalışsa da, bunu bacarmamışdı. Bu zaman Səfəvi imperiyasının əraziləri Rusiya, Osmanlı və Əfqan qüvvələri tərəfindən işğal edilmişdi və bu 3 qüvvəyə qarşı uuğrlu mübarizənin aparılması çox çətin hədəf kimi görünürdü. Lakin Fətəli xan, əfqanlarla Osmanlının bir-biri ilə döyüşməsindən yararlanmağın mümkün oldüğünü düşünməkdə idi. Həqiqətən də artan Əfqan-Osmanlı rəqabəti II Təhmasibi bu qüvvələrin gözündə təhlükə ərz etmək baxımından daha geri plana salmışdı. Hərbi əməliyyatlara başlayan II Təhmasiblə Fətəli xan ilk öncə Xorasanda üsyan qaldırmış Məlik Mahmud üzərinə yürüş başladırlar. Bu yürüş zamanı Məlik Mahmudun məğlub edilməsi ilə birlikdə, II Təhmasib Nadirlə tanış oldu. Fətəli xan, II Təhmasiblə Nadirin yaxınlaşmasından narahat idi, güman ki, II Təhmasib Nadiri Fətəli xanı balanslaşdırmaq üçün bir vasitə kimi dəyərləndirirdi. Onların ikisinin arasındakı münasibətlər də gərgin idi. Sonda Nadir, Fətəli xandan üstün olmağı bacarır, Fətəli xanın mühasirədə olan Məlik Mahmuda göndərdiyi məktub ələ keçirilir. Bu məktubun həqiqətən Fətəli xan tərəfindən yazılıb-yazılmaması mübahisəlidir. Lakin sonda bu hadisə, Nadirin istəklərinə zidd olsa da, Fətəli xanın öldürülməsi ilə nəticələnir. Bundan sonra Məlik Mahmud da 1726-cı ilin noyabr ayında məğlub edilir və Nadir Xorasanın canişini təyin edilir.
Bundan sonra da Nadirin təsir dairəsinə düşən II Təhmasib bundan xilas olmağa çalışsa da, uğursuz olur və bununla razılaşmağa məcbur olur.
Səfəvi taxtının bərpa edilməsi
Təhmasibqulu xanla II Təhmasib arasında münaqişə yoluna qoyulduqdan sonra II Təhmasib israrla İsfahana yürüş etmənin lazım olduğunu bildirir. Lakin Təhmasibqulu xan Səfəvi dövlətini yenidən birləşdirmək üçün ilk addım kimi əfqanlarla mübarizə aparmağı seçir. Bir-biriləri mübarizə aparan iki əfqan tayfalarından abdalilər ilk qurban kimi seçilir. çünki onlar uzun illər idi ki, parçalanmış və bir-biriləri ilə müharibə halında idilər. Herat üzərinə yerimək ərəfəsində Nadirlə Təhmasib arasında "əməkdaşlıq" münasibətlərinə yeni bir zərbə Səbzəvar insidenti ilə dəyir. Belə ki, məlum olduğu kimi, Təhmasib, nazirlərinin məsləhəti ilə, Nadirlə birgə Herata yürüşə çıxmaqdan boyun qaçıraraq, özünün Mazandarana getmək fikrində olduğunu, qüvvələrini isə qarşı əlbəttə ki, Nadirin komandanlığı altında göndərməyə razılığını bildirir. Lakin Nadir ona qarşı düşmən münasibətdə olan nazir və digər rəsmilərin ordu içərisində ona (Nadirə) tabe olmamaq fikirlərini yaydıqlarından xəbər tutduqda, Herata irəliləmək fikrindən daşınaraq, Məşhədə qayıdır. Təhmasibin Nadirə dost münasibətdə olan buğayri türklərinə hücuma keçdiyindən təəssüflənən Nadir abdalilərin Biyarcumand bölgəsinə hücumunun qarşısının alınması məqsədilə yürüşündən Təhmasibə xəbər göndərir ki, bu əməlindən əl çəksin və ona (Nadirə) əfqanlara qarşı mübarizədə yardımçı olsun. Cavab olaraq Səbzəvara geri çağırılan Nadir, yol boyunca, Təhmasibin Xorasanın bütün yerlərinə xəbər göndərib Nadirin əmr və sərəncamlarına əməl edilməməsini təlqin etdiyinin şahidi olur. Bu da azmış kimi, Səbzəvar darvazalarının üzünə bağlandığını görən Nadir radikal mövqe tutaraq şəhəri atəşə tutur. Şəhər təslim olduqdan sonra Nadir-Təhmasib münasibətləri yeni xarakter kəsb edir. İki gündən sonra Nadir şahzadəni artıq həbsdə olanlar kimi, xüsusi dəstənin müşayəti ilə Məşhədə göndərir. Təhmasibqulu xan II Təhmasiblə birgə Məşhədi 1729-cu ilin mayında tərk edir. "Tarixi-Nadir"dən məlum olduğu kimi, abdallarla Kafir qala yaxınlığında baş verən döyüşdə Təhmasibqulu xan şəxsən əfqan liderlərindən birinin başını kəsir; abdalilər Küsüyə yaxınlığında böyük itki verərək, bütün sursatlarını atıb, Herata üz tuturlar. Ribati-Paryandakı məğlubiyyətdən sonra Allahyar xan Təhmasibqulu xanın düşərgəsinə qasid göndərərək sülh təklif edir; lakin Təhmasibqulu xan, Allahyar xan və onun sərkərdələrinin onun hüzuruna şəxsən gəlmələrində israr edir. Allahyar xan Zülfüqarın onun köməyinə gəldiyini eşidib, sülh fikrindən əl çəkir. Nəticə etibarilə Təhmasibqulu xan hər iki abdal lideri üzərində qələbə əldə etdikdən sonra Təhmasibqulu xanın hüzuruna gəlmiş əfqan sərkərdələri öz hərəkətlərinə görə üzr istəməklə yanaşı, tabe olduqlarını və hətta gilzaylara qarşı mübarizədə iranlılarla əməkdaşlıq edəcəklərini bəyan edirlər. Bu zaman Təhmasib və onun nazirləri abdalilərin təkliflərinin qəbul edilməsi əleyhinə çıxırlarsa da, Təhmasibqulu xan sülhlə razılaşır. Səhəri gün abdali liderləri böyük hədiyyələrlə Təhmasibqulu xanın çadırına gəlir və əbalarla mükafatlandırılırlar. Bəzi abdali sərkərdələri II Təhmasibin xidmətinə daxil olur, abdalilərin rəhbəri Allahyar xan isə Herat hakimi vəzifəsində rəsmi təsdiq olunur.
İrandakı əfqan şahı Əşrəf də artıq onun qalibiyyətli yürüşlərindən narahatlıq keçirməyə başlayır. Əşrəf öz qoşunlarını Xorasana, Nadirin üzərinə yeridir. 1729-cu ilin 30 sentyabrında sahilindəki döyüşdə (Damğan döyüşü (1729)) Əşrəfin qoşunları darmadağın edilir. Bu parlaq qələbəsi ilə də Nadir ölkənin yadellilərdən təmizlənməsi uğrunda mübarizəsinin başlanğıcını qoyur. Əşrəfin qoşunları Tehrana doğru geri çəkilərək, oradan da İsfahana yönəlirlər. Nadirin əfqanlarla haqq-hesab çəkəndən sonra Azərbaycan üzərinə yeriyəcəyini anladığı üçün Osmanlı sultanı, Əşrəfin köməyinə böyük bir ordu göndərir.
Nadirlə Əşrəf arasında Həlledici döyüş 1729-cu ilin 13 noyabrında İsfahan yaxınlığındakı Murçexort adlı yerdə döyüş baş verir. Murçexort İsfahan şəhərinin 55 km şimalında yerləşirdi və bu döyüşdə kim qalib gəlsəydi asanlıqla paytaxta sahib ola biləcəkdi.
Döyüşün ilk anlarından Nadir top zərbələrinə üstünlük verdi. Topçuların rəhbəri olan Əmir xana verilən əmrlə əfqanların əsasən mərkəzdəki qüvvələri vuruldu. Tarixçi Səmnaninin bildirdiyinə görə, əvvəlki illərdə bir əfqan döyüşçüsü 100 nəfər qızılbaş döyüşçüsünün öhdəsindən gələ bilirdisə, Murcexort döyüşündə bir qızılbaş döyüçüsü min əfqan döyüşçüsünün öhdəsindən gəlirdi. Nadirin piyadaları əfqanların toplardan və zənburəklərdən olan atəşlərinə baxmayaraq, əfqan sıralarına çata bildilər. Qızılbaş ordusunun əzmkarlığı nəticəsində Əşrəfin topları ələ keçirildi və o, top dəstəyindən məhrum edildi. Əfqanara köməyə gələn Osmanlı doyüşçülərinin bir hissəsi əsir götürüldü. Lakin əsir götürülən döyüşçülər döyüş bitdikdən sonra sərbəst buraxıldı.
Tarixçi Babayinin bildirdiyən görə, əfqan qoşunları var-dövlətlərini döyüş meydanında qoyub qaçdıqdan sonra Qızılbaş ordusu bunları talan etməyə başladı. Halbuki Nadir xan döyüşdən əvvəl belə bir hərəkətə yol verilməməsi ilə bağlı qəti ömr vermişdi. Təpədən bu mənzərəni izləyən Nadir yanında saxladığı ehtiyat qüvvəsi olan 8 minlik süvari qoşuna talançıları meydandan yığışdırmağı tapşırdı. Bir yerə toplanan ordunun qarşısında çıxış edən Nadir talançıların bəzilərini cəzalandırdı və elan etdi ki, hətta 10 il sonra belə kimdənsə əfqanlara aid olan mal-mülk tapılarsa o adam edam ediləcək. Bütün qoşun topladığı əşyaları təhvil verdi. Nadir isə bir yerə toplanmış qiymətli əşyalara od vurub yandırtdırdı.
Nadir xan qaçan əfqanları təqib etmək üçün Əliqulu bəy Əfşara tapşırıq verdi.
Əşrəf başda olmaqla, sağ qalan əfqanlar İsfahana qaçdı. Əşrəfin məğlub olması xəbərini eşidən isfahanlılar silahlanaraq şəhərdəki əfqan qarnizonunu qırdı. Şəhərə daxil olan Əşrəf şəhərdə qalmağın təhlükəli olduğunu başa düşürdü və ona görə də, tapşırıq verdi ki, illərlə əhalidən topladığı var-dövləti daşımaq üçün heyvanlar tapılsın. Bunun üçün 300-ə yaxın dəvə və xeyli sayda qatır toplandı. Şəhərdən çıxıb Şiraza yönələn Əşrəf qəzəblənərək vəzirini İsfahandakı bütün evləri yandırmaq üçün geri göndərdi. Əfqanların geri döndüyünü görən şəhər əhalisi yenidən silahlandı. Şəhərdəki hay-küyü görən əfqanlar Nadirin qoşunlarının artıq şəhərə daxil olduğunu düşündü və geri döndülər.
Əşrəf bir neçə Səfəvi şahzadəsini də özü ilə Şiraza aparmışdı.
Nadir təntənəli şəkildə şəhərə girir və öz əlləri ilə Səfəvi tacını şah Təhmasibin başına qoyur. Üstündən bir qədər keçəndən sonra Nadir öz qoşunlarını əfqanları təqib etməkdən ötrü Fars vilayətinə göndərir. Baş vermiş Zərqan döyüşündə əfqan döyüşçüləri ilə birlikdə, hökmdarları Əşrəf də öldürülür.
Beləliklə də, 1722-ci ildə İsfahanın əfqanlar tərəfindən ələ keçirilməsi ilə ləğv edilmiş Səfəvi taxt-tacı yenidən bərpa olunur. Əfqanlar məğlub edilsə də, Səfəvi torpaqlarının bir hissəsini işğal etmiş Osmanlı imperiyası və Rusiya çarlığı ilə mübarizə hələ bir qədər davam edəcəkdi.
II Təhmasibin paytaxta daxil olması
İsfahanlılar əfqanların qovulmasını böyük şadyanalıqla qeyd etdilər. 1729-cu ilin noyabrın 16-da Nadir xan ordusu ilə birlikdə təntənəli formada İsfahana daxil oldu. “Aləm Ara-ye Naderi”yə görə, İsfahan əhalisi 3 gün boyunca bayram etdi. Nadirin əmri ilə əfqanların şəhərdə qalmış mal-mülkləri müsadirə edildi və Murçexortda fərqlənən əsgərlərə və sərkərdələrə paylanıldı.
Şah II Təhmasib 1729-cu ilin noyabr ayının 29-da İsfahana daxil oldu. Mənbələrdə yazılana görə, bütün şəhər əhalisi şahın pi.vazına çıxmışdı. Çaharbağına qədər 2 millik yola fərşlər, xalçalar, zərli parçalar döşənmişdi. Şah Təhmasib uzaqdan görünəndə Nadir atdan düşüb onun qarşısına çıxdı, onunla salamlaşdı. Birlikdə Hezarcirib bağına gələn Nadir və Şah Təhmasib gecəni orada keçirdilər. Səhəri gün isə onlar yola düşdülər və şah bağı olan Çaharbağa gəldilər. Oradan isə Şah Təhmasib şah sarayına yollandı.
Hakimiyyətdən devrilməsi
Təhmasibqulu xan Xorasandakı üsyanı yatırarkən, II Təhmasib aşağı düşmüş nüfuzunu qaldırmaq üçün Osmanlı əleyhinə hərbi əməliyatlara başladı. Hərbi əməliyatların gedişində məğlub olan II Təhmasib, Təhmasibqulu xanın Xorasandan etirazlarına baxmayaraq, Osmanlı imperiyası ilə sülh müqaviləsi imzalamağa məcbur oldu. Bu müqaviləyə əsasən Səfəvi dövləti Arazdan şimaldakı Səfəvi ərazisinin Osmanlıya verilməsi ilə razılaşırdı. Lakin Xorasandakı üsyanı yatırıb geri dönən Təhmasibqulu xan II Təhmasibi hakimiyyətdən devrir və onun yerinə oğlu Abbas Mirzəni III Şah Abbas adı ilə şah elan edir. Şah elan edilən zaman III Şah Abbasın hələ heç 1 yaşı da tamam olmamışdı.
II Təhmasib 1740-ci ildə ailəsi ilə birlikdə Nadir şahın oğlu tərəfindən qətlə yetirilmişdir.
Həmçinin bax
Qeydlər
- Bu döyüşdə Səfəvi ordusunun komandanlarından olan Kartlili Rüstəm xan və fransız hərbçi Flippe Kolombe də həyatını itirmişdir.
İstinadlar
- Lang, David Marshall. "Georgia and the Fall of the Ṣafavī Dynasty". Bulletin of the School of Oriental and African Studies. 14 (3). 1952: 537–538. doi:10.1017/s0041977x00088492.
- A Global Chronology of Conflict: From the Ancient World to the Modern Middle East, ed. Spencer C. Tucker, (ABC-CLIO, 2010), s.726.
- Əliyarlı, Süleyman. Azərbaycan tarixi. Bakı: Azərbaycan nəşriyyatı. 1996.
- Ferrier, J. P. History of the Afghans. Murray. 1858. səh. 61. İstifadə tarixi: 2010-09-30.
J.P.Ferrier.
- Səmnani Pənahi. Tarix-e nezami və siyasi-ye doura-e Nader şah Əfşar. I. Tehran. səh. 274.
- Michael Axworthy (2009). The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant,p. 203. I. B. Tauris
- Qulam Rza Əli Babayi. Tarix-e Ərtəş-e İran əz həxamənşi ta əsr=e Pəhləvi. Tehran. səh. 46.
- Sayks P. Tarix-e İran. Tehran. səh. 393.
- Michael Axworthy (2009). The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant, s. 131. I. B. Tauris
- Hanway, Jonas. An Historical Account of the British Trade Over the Caspian Sea: With the Author's Journal of Travels from England Through Russia Into Persia, and Back Through Russia, Germany and Holland : to which are Added the Revolutions of Persia During the Present Century with the ... History of ... Nadir Kouli ... (ingilis). T. Osborne [and 9 others]. 1762. 2022-09-21 tarixində . İstifadə tarixi: 2022-06-13.
- "Slaves of the Shah: New Elites of Safavid Iran". 2021-08-05 tarixində . İstifadə tarixi: 2022-06-13.
- Axworthy s.123
- "Safavid Iran: Rebirth of a Persian Empire". 2020-01-22 tarixində . İstifadə tarixi: 2022-06-13.
- "The Cambridge History of Iran, Bind 6". 2017-12-01 tarixində . İstifadə tarixi: 2022-06-13.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
II Tehmasibin Sefevi taxtina geri getirilmesi bu hadise 1729 cu ilde II Tehmasibin serkerdesi Nadir xanla efqan Esref Xoteki arasinda bas vermis bir sira doyusun neticesinde mumkun olmusdur II Tehmasibin nominal olaraq taxtda oturmasina baxmayaraq faktiki hakimiyyet Nadir xanin elinde cemlesmisdi Efqanlar ise Sefevi imperiyasinin erazilerinin boyuk bir hissesinden ebedi olaraq qovuldular ve bir muddet sonra Nadir yurus ederek onlari yeniden tabe etdi II Tehmasibin dovrunde zerb edilmis sikkeIsfahanin isgali ve Tehmasibin sah olmasiGulnabad doyusunun plani 1722 ci ilde Sefevi imperiyasi derin bohran icinde idi Olkenin iqtisadi sisteminin cokmesi ile paralelde imperiyanin her bir terefini usyanlar burumusdu Hem de bundan istifade eden efqanlar ilk once Efqanistandaki Sefevi hakimiyyetini legv edib imperiyanin merkezi bolgelerine dogru yuruse basladilar 1722 ci ilin martinda paytaxt Isfahan muhasireye alindi Isfahana dogru efqan irelilemesinin qarsisini almaq ucun Gulnabad adlanan yerde iki terefin ordusu qarsi qarsiya geldi sag cinah sol cinah ve merkez olaraq uc hisseye ayrilmisdi Cinahlarda saylari 30 min olan suvariler toplanmisdi Sag cinaha Rustem xan sol cinaha ise Mehemmedqulu xan Samli basciliq edirdi Merkezde piyadalar ve topcular dururdu Ereb hakimi hem de ereb atlilarina basciliq edirdi Efqan ordusu 4 deste seklinde en guclu doyusculer merkezde olmaqla duzulmusdu Sag cinahda Imanullah xanin sol cinahda ise zerdusti esgerleri duzulmusdu Arxa terefde er yerlesdirilmisdi Doyus Sefevi ordusunun sag cinahinin efqanlara qarsi ugurlu hucumu ile basladi Bundan ruhlanan ereb hakimi sol cinahdan efqan ordusuna dogru irelledi Efqanlarin sol cinahi ezildi ve ereb hakiminin destesi efqan qerargahina catdi Lakin esgerler siralari pozdular ve qenimet toplamaqla mesgul oldular Efqanlar dagilmis suvarileri gorub onlara hucum etdiler ve Sefevi topculari zerersizlesdirildi Bundan sonra efqan topculari Sefevi piyadalarini top atesine tutdular Top atesi ile Sefevi ordusu geri cekildi Efqanlar qelebe qazandilar Belelikle 1722 ci ilin martinda paytaxt Isfahan muhasireye alindi 8 ay davam eden muhasire sonunda seherde guclu acliq baslamis hetta insanlar yemek ucun kuce heyvanlari bele tapa bilmez hala gelmisdi Seherden kenarda olan Sefevi serkerdelerinden birinin teklifi ile sahzadelerden biri olan Tehmasib Mirzenin muhasireni yararaq kenara qacmasi teskil edilir Bundan bir qeder sonra Sah Sultan Huseyn efqan komandani Mir Mahmud Xotekiye teslim olur Teslim sertlerine sulale uzvlerinin canlarina toxunulmamasi kecmis saha hormet edilmesi ve s kimi telebler var idi Bunlarin qarsiliginda Huseyn oz sahliq taxtini Mir Mahmudun basina qoyur ve onu sah elan edir Bunun ardinca seherden qacmagi bacarmis 18 yasli oglu Tehmasib Mirze ozunu sah elan edir Imperiyani berpa etme cehdleriTehmasib ozunu sah elan etdikden sonra Feteli xan Qacarin tesir dairesine dusmusdu Xarakter olaraq zeif sexsiyyet olan II Tehmasib Feteli xan Qacarin nufuzunu zeifletmeye calissa da bunu bacarmamisdi Bu zaman Sefevi imperiyasinin erazileri Rusiya Osmanli ve Efqan quvveleri terefinden isgal edilmisdi ve bu 3 quvveye qarsi uugrlu mubarizenin aparilmasi cox cetin hedef kimi gorunurdu Lakin Feteli xan efqanlarla Osmanlinin bir biri ile doyusmesinden yararlanmagin mumkun oldugunu dusunmekde idi Heqiqeten de artan Efqan Osmanli reqabeti II Tehmasibi bu quvvelerin gozunde tehluke erz etmek baximindan daha geri plana salmisdi Herbi emeliyyatlara baslayan II Tehmasible Feteli xan ilk once Xorasanda usyan qaldirmis Melik Mahmud uzerine yurus basladirlar Bu yurus zamani Melik Mahmudun meglub edilmesi ile birlikde II Tehmasib Nadirle tanis oldu Feteli xan II Tehmasible Nadirin yaxinlasmasindan narahat idi guman ki II Tehmasib Nadiri Feteli xani balanslasdirmaq ucun bir vasite kimi deyerlendirirdi Onlarin ikisinin arasindaki munasibetler de gergin idi Sonda Nadir Feteli xandan ustun olmagi bacarir Feteli xanin muhasirede olan Melik Mahmuda gonderdiyi mektub ele kecirilir Bu mektubun heqiqeten Feteli xan terefinden yazilib yazilmamasi mubahiselidir Lakin sonda bu hadise Nadirin isteklerine zidd olsa da Feteli xanin oldurulmesi ile neticelenir Bundan sonra Melik Mahmud da 1726 ci ilin noyabr ayinda meglub edilir ve Nadir Xorasanin canisini teyin edilir Bundan sonra da Nadirin tesir dairesine dusen II Tehmasib bundan xilas olmaga calissa da ugursuz olur ve bununla razilasmaga mecbur olur Sefevi taxtinin berpa edilmesiTehmasibqulu xanla II Tehmasib arasinda munaqise yoluna qoyulduqdan sonra II Tehmasib israrla Isfahana yurus etmenin lazim oldugunu bildirir Lakin Tehmasibqulu xan Sefevi dovletini yeniden birlesdirmek ucun ilk addim kimi efqanlarla mubarize aparmagi secir Bir birileri mubarize aparan iki efqan tayfalarindan abdaliler ilk qurban kimi secilir cunki onlar uzun iller idi ki parcalanmis ve bir birileri ile muharibe halinda idiler Herat uzerine yerimek erefesinde Nadirle Tehmasib arasinda emekdasliq munasibetlerine yeni bir zerbe Sebzevar insidenti ile deyir Bele ki melum oldugu kimi Tehmasib nazirlerinin mesleheti ile Nadirle birge Herata yuruse cixmaqdan boyun qaciraraq ozunun Mazandarana getmek fikrinde oldugunu quvvelerini ise qarsi elbette ki Nadirin komandanligi altinda gondermeye raziligini bildirir Lakin Nadir ona qarsi dusmen munasibetde olan nazir ve diger resmilerin ordu icerisinde ona Nadire tabe olmamaq fikirlerini yaydiqlarindan xeber tutduqda Herata irelilemek fikrinden dasinaraq Meshede qayidir Tehmasibin Nadire dost munasibetde olan bugayri turklerine hucuma kecdiyinden teessuflenen Nadir abdalilerin Biyarcumand bolgesine hucumunun qarsisinin alinmasi meqsedile yurusunden Tehmasibe xeber gonderir ki bu emelinden el ceksin ve ona Nadire efqanlara qarsi mubarizede yardimci olsun Cavab olaraq Sebzevara geri cagirilan Nadir yol boyunca Tehmasibin Xorasanin butun yerlerine xeber gonderib Nadirin emr ve serencamlarina emel edilmemesini telqin etdiyinin sahidi olur Bu da azmis kimi Sebzevar darvazalarinin uzune baglandigini goren Nadir radikal movqe tutaraq seheri atese tutur Seher teslim olduqdan sonra Nadir Tehmasib munasibetleri yeni xarakter kesb edir Iki gunden sonra Nadir sahzadeni artiq hebsde olanlar kimi xususi destenin musayeti ile Meshede gonderir Tehmasibqulu xan II Tehmasible birge Meshedi 1729 cu ilin mayinda terk edir Tarixi Nadir den melum oldugu kimi abdallarla Kafir qala yaxinliginda bas veren doyusde Tehmasibqulu xan sexsen efqan liderlerinden birinin basini kesir abdaliler Kusuye yaxinliginda boyuk itki vererek butun sursatlarini atib Herata uz tuturlar Ribati Paryandaki meglubiyyetden sonra Allahyar xan Tehmasibqulu xanin dusergesine qasid gondererek sulh teklif edir lakin Tehmasibqulu xan Allahyar xan ve onun serkerdelerinin onun huzuruna sexsen gelmelerinde israr edir Allahyar xan Zulfuqarin onun komeyine geldiyini esidib sulh fikrinden el cekir Netice etibarile Tehmasibqulu xan her iki abdal lideri uzerinde qelebe elde etdikden sonra Tehmasibqulu xanin huzuruna gelmis efqan serkerdeleri oz hereketlerine gore uzr istemekle yanasi tabe olduqlarini ve hetta gilzaylara qarsi mubarizede iranlilarla emekdasliq edeceklerini beyan edirler Bu zaman Tehmasib ve onun nazirleri abdalilerin tekliflerinin qebul edilmesi eleyhine cixirlarsa da Tehmasibqulu xan sulhle razilasir Seheri gun abdali liderleri boyuk hediyyelerle Tehmasibqulu xanin cadirina gelir ve ebalarla mukafatlandirilirlar Bezi abdali serkerdeleri II Tehmasibin xidmetine daxil olur abdalilerin rehberi Allahyar xan ise Herat hakimi vezifesinde resmi tesdiq olunur Irandaki efqan sahi Esref de artiq onun qalibiyyetli yuruslerinden narahatliq kecirmeye baslayir Esref oz qosunlarini Xorasana Nadirin uzerine yeridir 1729 cu ilin 30 sentyabrinda sahilindeki doyusde Damgan doyusu 1729 Esrefin qosunlari darmadagin edilir Bu parlaq qelebesi ile de Nadir olkenin yadellilerden temizlenmesi ugrunda mubarizesinin baslangicini qoyur Esrefin qosunlari Tehrana dogru geri cekilerek oradan da Isfahana yonelirler Nadirin efqanlarla haqq hesab cekenden sonra Azerbaycan uzerine yeriyeceyini anladigi ucun Osmanli sultani Esrefin komeyine boyuk bir ordu gonderir Nadirle Esref arasinda Helledici doyus 1729 cu ilin 13 noyabrinda Isfahan yaxinligindaki Murcexort adli yerde doyus bas verir Murcexort Isfahan seherinin 55 km simalinda yerlesirdi ve bu doyusde kim qalib gelseydi asanliqla paytaxta sahib ola bilecekdi Doyusun ilk anlarindan Nadir top zerbelerine ustunluk verdi Topcularin rehberi olan Emir xana verilen emrle efqanlarin esasen merkezdeki quvveleri vuruldu Tarixci Semnaninin bildirdiyine gore evvelki illerde bir efqan doyuscusu 100 nefer qizilbas doyuscusunun ohdesinden gele bilirdise Murcexort doyusunde bir qizilbas doyucusu min efqan doyuscusunun ohdesinden gelirdi Nadirin piyadalari efqanlarin toplardan ve zenbureklerden olan ateslerine baxmayaraq efqan siralarina cata bildiler Qizilbas ordusunun ezmkarligi neticesinde Esrefin toplari ele kecirildi ve o top desteyinden mehrum edildi Efqanara komeye gelen Osmanli doyusculerinin bir hissesi esir goturuldu Lakin esir goturulen doyusculer doyus bitdikden sonra serbest buraxildi Tarixci Babayinin bildirdiyen gore efqan qosunlari var dovletlerini doyus meydaninda qoyub qacdiqdan sonra Qizilbas ordusu bunlari talan etmeye basladi Halbuki Nadir xan doyusden evvel bele bir herekete yol verilmemesi ile bagli qeti omr vermisdi Tepeden bu menzereni izleyen Nadir yaninda saxladigi ehtiyat quvvesi olan 8 minlik suvari qosuna talancilari meydandan yigisdirmagi tapsirdi Bir yere toplanan ordunun qarsisinda cixis eden Nadir talancilarin bezilerini cezalandirdi ve elan etdi ki hetta 10 il sonra bele kimdense efqanlara aid olan mal mulk tapilarsa o adam edam edilecek Butun qosun topladigi esyalari tehvil verdi Nadir ise bir yere toplanmis qiymetli esyalara od vurub yandirtdirdi Nadir xan qacan efqanlari teqib etmek ucun Eliqulu bey Efsara tapsiriq verdi Esref basda olmaqla sag qalan efqanlar Isfahana qacdi Esrefin meglub olmasi xeberini esiden isfahanlilar silahlanaraq seherdeki efqan qarnizonunu qirdi Sehere daxil olan Esref seherde qalmagin tehlukeli oldugunu basa dusurdu ve ona gore de tapsiriq verdi ki illerle ehaliden topladigi var dovleti dasimaq ucun heyvanlar tapilsin Bunun ucun 300 e yaxin deve ve xeyli sayda qatir toplandi Seherden cixib Siraza yonelen Esref qezeblenerek vezirini Isfahandaki butun evleri yandirmaq ucun geri gonderdi Efqanlarin geri donduyunu goren seher ehalisi yeniden silahlandi Seherdeki hay kuyu goren efqanlar Nadirin qosunlarinin artiq sehere daxil oldugunu dusundu ve geri donduler Esref bir nece Sefevi sahzadesini de ozu ile Siraza aparmisdi Nadir tenteneli sekilde sehere girir ve oz elleri ile Sefevi tacini sah Tehmasibin basina qoyur Ustunden bir qeder kecenden sonra Nadir oz qosunlarini efqanlari teqib etmekden otru Fars vilayetine gonderir Bas vermis Zerqan doyusunde efqan doyusculeri ile birlikde hokmdarlari Esref de oldurulur Belelikle de 1722 ci ilde Isfahanin efqanlar terefinden ele kecirilmesi ile legv edilmis Sefevi taxt taci yeniden berpa olunur Efqanlar meglub edilse de Sefevi torpaqlarinin bir hissesini isgal etmis Osmanli imperiyasi ve Rusiya carligi ile mubarize hele bir qeder davam edecekdi II Tehmasibin paytaxta daxil olmasiIsfahanlilar efqanlarin qovulmasini boyuk sadyanaliqla qeyd etdiler 1729 cu ilin noyabrin 16 da Nadir xan ordusu ile birlikde tenteneli formada Isfahana daxil oldu Alem Ara ye Naderi ye gore Isfahan ehalisi 3 gun boyunca bayram etdi Nadirin emri ile efqanlarin seherde qalmis mal mulkleri musadire edildi ve Murcexortda ferqlenen esgerlere ve serkerdelere paylanildi Sah II Tehmasib 1729 cu ilin noyabr ayinin 29 da Isfahana daxil oldu Menbelerde yazilana gore butun seher ehalisi sahin pi vazina cixmisdi Caharbagina qeder 2 millik yola fersler xalcalar zerli parcalar dosenmisdi Sah Tehmasib uzaqdan gorunende Nadir atdan dusub onun qarsisina cixdi onunla salamlasdi Birlikde Hezarcirib bagina gelen Nadir ve Sah Tehmasib geceni orada kecirdiler Seheri gun ise onlar yola dusduler ve sah bagi olan Caharbaga geldiler Oradan ise Sah Tehmasib sah sarayina yollandi Hakimiyyetden devrilmesiTehmasibqulu xan Xorasandaki usyani yatirarken II Tehmasib asagi dusmus nufuzunu qaldirmaq ucun Osmanli eleyhine herbi emeliyatlara basladi Herbi emeliyatlarin gedisinde meglub olan II Tehmasib Tehmasibqulu xanin Xorasandan etirazlarina baxmayaraq Osmanli imperiyasi ile sulh muqavilesi imzalamaga mecbur oldu Bu muqavileye esasen Sefevi dovleti Arazdan simaldaki Sefevi erazisinin Osmanliya verilmesi ile razilasirdi Lakin Xorasandaki usyani yatirib geri donen Tehmasibqulu xan II Tehmasibi hakimiyyetden devrir ve onun yerine oglu Abbas Mirzeni III Sah Abbas adi ile sah elan edir Sah elan edilen zaman III Sah Abbasin hele hec 1 yasi da tamam olmamisdi II Tehmasib 1740 ci ilde ailesi ile birlikde Nadir sahin oglu terefinden qetle yetirilmisdir Hemcinin baxNadirin yurusleri II TehmasibQeydlerBu doyusde Sefevi ordusunun komandanlarindan olan Kartlili Rustem xan ve fransiz herbci Flippe Kolombe de heyatini itirmisdir IstinadlarLang David Marshall Georgia and the Fall of the Ṣafavi Dynasty Bulletin of the School of Oriental and African Studies 14 3 1952 537 538 doi 10 1017 s0041977x00088492 A Global Chronology of Conflict From the Ancient World to the Modern Middle East ed Spencer C Tucker ABC CLIO 2010 s 726 Eliyarli Suleyman Azerbaycan tarixi Baki Azerbaycan nesriyyati 1996 Ferrier J P History of the Afghans Murray 1858 seh 61 Istifade tarixi 2010 09 30 J P Ferrier Semnani Penahi Tarix e nezami ve siyasi ye doura e Nader sah Efsar I Tehran seh 274 Michael Axworthy 2009 The Sword of Persia Nader Shah from tribal warrior to conquering tyrant p 203 I B Tauris Qulam Rza Eli Babayi Tarix e Ertes e Iran ez hexamensi ta esr e Pehlevi Tehran seh 46 Sayks P Tarix e Iran Tehran seh 393 Michael Axworthy 2009 The Sword of Persia Nader Shah from tribal warrior to conquering tyrant s 131 I B Tauris Hanway Jonas An Historical Account of the British Trade Over the Caspian Sea With the Author s Journal of Travels from England Through Russia Into Persia and Back Through Russia Germany and Holland to which are Added the Revolutions of Persia During the Present Century with the History of Nadir Kouli ingilis T Osborne and 9 others 1762 2022 09 21 tarixinde Istifade tarixi 2022 06 13 Slaves of the Shah New Elites of Safavid Iran 2021 08 05 tarixinde Istifade tarixi 2022 06 13 Axworthy s 123 Safavid Iran Rebirth of a Persian Empire 2020 01 22 tarixinde Istifade tarixi 2022 06 13 The Cambridge History of Iran Bind 6 2017 12 01 tarixinde Istifade tarixi 2022 06 13