Əbu Əli əl-Həsən ibn Ziyad əl-Ənsari əl-Kufi (ərəb. ابو علي الحسن بن زياد) — Əbu Hənifənin ən məşhur tələbələrindən biri. Müctəhid alim.
Həsən ibn Ziyad | |
---|---|
ərəb. ابو علي الحسن بن زياد | |
Doğum tarixi | hicri 116 |
Doğum yeri | Kufə, Abbasilər |
Vəfat tarixi | 819 və ya 824 |
Vəfat yeri | Bağdad, Abbasilər |
Fəaliyyəti | fəqih, qazi |
Həyatı
Hicri 116-cı ildə, Kufədə anadan olmuşdur. Daha sonra Bağdada köçmüşdür. Bir müddət Əbu Hənifənin dərslərində iştirak etmiş, onun vəfatından sonra Əbu Hənifənin oğlu Həmmaddan fiqh dərsləri alaraq Hənəfi məzhəbində ictihad səviyyəsinə çatmışdır. Hədis dinlədiyi müəllimlər arasında İbn Cüreyə, Malik ibn Miğvəl, Vəki ibn Cərrah, Eyyub ibn Uqbə, Həsən ibn Ümarə, İsa ibn Ömər əl-Həmədani kimi alimlər vardır. İbn Cüreyədən fiqhi mövzulara dair 12.000 hədis yazmışdır.
Həsən ibn Ziyad 810-cu ildə Hafs ibn Qiyasın vəfatından sonra qısa bir müddət Kufə qaziliyi vəzifəsini yerinə yetirmişdir, lakin fətva mövzusundakı həddindən artıq həssaslığı səbəbiylə bu vəzifədən azad olunmasını istəmişdir. 819-cu ildə vəfat edən Həsən ibn Ziyadın ölüm tarixi bəzi qaynaqlarda 824-cü il olaraq göstərilmişdir.
Alimlərin fikirləri
Dövrün böyük alimlərindən onu yaxından tanıyan Yəhya ibn Adəm, Həsən ibn Ziyadın Hafs ibn Qiyasdan sonra gördüyü ən fəqih şəxs olduğunu söyləməkdədir. Ayrıca tələbələri arasında dövrün muhəddislərindən İshaq ibn Bəhlul da var ki, bu alimin əlli minə yaxın hədis rəvayət etdiyi etibarlı qaynaqlarda bildirilməkdədir. Yenə həm hədis, həm fiqh alimi məşhur Məhəmməd ibn Şücanın da onun tələbələri arasında iştirak etməsi, Həsən ibn Ziyadın fiqhdə və hədisdə etibarlı bir imam olduğunu göstərməkdədir.
Zahid Kövsəri, Həsən ibn Ziyadın elmi mərtəbəsi haqqındakı əsassız iddiaları cavablandırırkən Əbu Avanənin "əş-Şahihul-müsnəddə", Hakimin "əl-Müstədrək"də ondan hədis təxric etdiklərini və İbn Cərir ət-Təbərinin "İxtilafül-füqaha" adlı əsərində İmam Əhməd ibn Hənbəl başda olmaq üzrə bir çox müctəhid imamın fikirlərinə yer verməzkən Həsən ibn Ziyadın fikirlərinə yer verdiyini söyləyər.
Tələbələri
Yetişdirdiyi çox sayda tələbə arasında İshaq ibn Bəhlul ət-Tənuhi, Məhəmməd ibn Şüca əs-Səlci, İbn Səmaya, Şuayb ibn Eyyub, qardaşının oğulu Vəlid ibn Həmmad əl-Lulu, Əbu Hənifənin nəvəsi İsmayıl ibn Həmmad, Xələf ibn Eyyub əl-Bəlxi, İsmayıl əl-Fəzari, Məhəmməd ibn Muqatil ər-Razi, Hənəfi imamı Xəşşafın atası Amr (Ömər) ibn Müheyr kimi alimlər sayıla bilər.
Əsərləri
Həsən ibn Ziyadın bir çox əsər yazdığı qaynaqlarda zikr edilməklə bərabər, bunların çoxu dövrümüzə qədər gəlməmişdir. Günümüzə qismən gəlib çatan əhəmiyyətli əsərləri vardır. Həsən b. Ziyadın qaynaqlarda adları keçən və müstəqil bir kitab ola biləcəkləri kimi, bir fiqh kitabının hissələri də ola biləcək digər əsərləri bunlardır:
- Kitabül-Mücərrəd - Həsən ibn Ziyadın Əbu Hanifədən eşitdiyi fiqhə dair məlumatları əhatə edən bu əsər Məhəmməd ibn Şüca tərəfindən rəvayət edilmişdir.
- Kitabul Ədəbil-Qazi,
- Kitabül-Hişal,
- Kitabü Məanil-Əyman,
- Kitabun-Nəfəqat,
- Kitabul-Xərac,
- Kitabül-Fəraiz,
- Kitabül-Vəsaya,
- Kitabül-Məqalat,
- Kitabüt-Töhmə,
- Kitabül-İcarə,
- Kitabüs-Sarf,
- əl-Əmali.
İstinadlar
- Mikali, Rəfail. Dəlilləri ilə İslam fiqhi (az.). Bakı: Şərq-Qərb. 2014. 198. ISBN .
- Təcrümə və şərh edən: FİZULİ HÜSİYEV, Əbu Hənifə Numan ibn Sabit. əl-Fiqhul Əkbər (az.). Bakı: İpəkyolu Nəşriyyatı. 2014. 34. ISBN .
- Mikail, Rəfail. Dəlilləri ilə İslam fiqhi (az.). Bakı: Şərq-Qərb. 2014. 199. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ebu Eli el Hesen ibn Ziyad el Ensari el Kufi ereb ابو علي الحسن بن زياد Ebu Henifenin en meshur telebelerinden biri Muctehid alim Hesen ibn Ziyadereb ابو علي الحسن بن زيادDogum tarixi hicri 116Dogum yeri Kufe AbbasilerVefat tarixi 819 ve ya 824Vefat yeri Bagdad AbbasilerFealiyyeti feqih qaziHeyatiHicri 116 ci ilde Kufede anadan olmusdur Daha sonra Bagdada kocmusdur Bir muddet Ebu Henifenin derslerinde istirak etmis onun vefatindan sonra Ebu Henifenin oglu Hemmaddan fiqh dersleri alaraq Henefi mezhebinde ictihad seviyyesine catmisdir Hedis dinlediyi muellimler arasinda Ibn Cureye Malik ibn Migvel Veki ibn Cerrah Eyyub ibn Uqbe Hesen ibn Umare Isa ibn Omer el Hemedani kimi alimler vardir Ibn Cureyeden fiqhi movzulara dair 12 000 hedis yazmisdir Hesen ibn Ziyad 810 cu ilde Hafs ibn Qiyasin vefatindan sonra qisa bir muddet Kufe qaziliyi vezifesini yerine yetirmisdir lakin fetva movzusundaki heddinden artiq hessasligi sebebiyle bu vezifeden azad olunmasini istemisdir 819 cu ilde vefat eden Hesen ibn Ziyadin olum tarixi bezi qaynaqlarda 824 cu il olaraq gosterilmisdir Alimlerin fikirleriDovrun boyuk alimlerinden onu yaxindan taniyan Yehya ibn Adem Hesen ibn Ziyadin Hafs ibn Qiyasdan sonra gorduyu en feqih sexs oldugunu soylemekdedir Ayrica telebeleri arasinda dovrun muheddislerinden Ishaq ibn Behlul da var ki bu alimin elli mine yaxin hedis revayet etdiyi etibarli qaynaqlarda bildirilmekdedir Yene hem hedis hem fiqh alimi meshur Mehemmed ibn Sucanin da onun telebeleri arasinda istirak etmesi Hesen ibn Ziyadin fiqhde ve hedisde etibarli bir imam oldugunu gostermekdedir Zahid Kovseri Hesen ibn Ziyadin elmi mertebesi haqqindaki esassiz iddialari cavablandirirken Ebu Avanenin es Sahihul musnedde Hakimin el Mustedrek de ondan hedis texric etdiklerini ve Ibn Cerir et Teberinin Ixtilaful fuqaha adli eserinde Imam Ehmed ibn Henbel basda olmaq uzre bir cox muctehid imamin fikirlerine yer vermezken Hesen ibn Ziyadin fikirlerine yer verdiyini soyleyer TelebeleriYetisdirdiyi cox sayda telebe arasinda Ishaq ibn Behlul et Tenuhi Mehemmed ibn Suca es Selci Ibn Semaya Suayb ibn Eyyub qardasinin ogulu Velid ibn Hemmad el Lulu Ebu Henifenin nevesi Ismayil ibn Hemmad Xelef ibn Eyyub el Belxi Ismayil el Fezari Mehemmed ibn Muqatil er Razi Henefi imami Xessafin atasi Amr Omer ibn Muheyr kimi alimler sayila biler EserleriHesen ibn Ziyadin bir cox eser yazdigi qaynaqlarda zikr edilmekle beraber bunlarin coxu dovrumuze qeder gelmemisdir Gunumuze qismen gelib catan ehemiyyetli eserleri vardir Hesen b Ziyadin qaynaqlarda adlari kecen ve musteqil bir kitab ola bilecekleri kimi bir fiqh kitabinin hisseleri de ola bilecek diger eserleri bunlardir Kitabul Mucerred Hesen ibn Ziyadin Ebu Hanifeden esitdiyi fiqhe dair melumatlari ehate eden bu eser Mehemmed ibn Suca terefinden revayet edilmisdir Kitabul Edebil Qazi Kitabul Hisal Kitabu Meanil Eyman Kitabun Nefeqat Kitabul Xerac Kitabul Feraiz Kitabul Vesaya Kitabul Meqalat Kitabut Tohme Kitabul Icare Kitabus Sarf el Emali IstinadlarMikali Refail Delilleri ile Islam fiqhi az Baki Serq Qerb 2014 198 ISBN 978 9952 489 98 7 Tecrume ve serh eden FIZULI HUSIYEV Ebu Henife Numan ibn Sabit el Fiqhul Ekber az Baki Ipekyolu Nesriyyati 2014 34 ISBN 978 9952 8221 7 5 Mikail Refail Delilleri ile Islam fiqhi az Baki Serq Qerb 2014 199 ISBN 978 9952 489 98 7