Sultan Hüseyn Baranlı (d. ? - v. 1500) — Qaraqoyunlulardan olan Qarabağ və Göyçə hakimi.
Sultan Hüseyn Baranlı | |
---|---|
1480 – 1500 | |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Gəncə, Ağqoyunlu imperiyası |
Dini | İslam(Sünni) |
Həyatı
Araz çayı ilə Göyçə gölü arasında hökmranlıq edirdi və Qaraqoyunlu Cahanşahın nəvəsi idi. 20 min evlik elata başçılıq edən Sultan Hüseyn hər il Ağqoyunlu hökmdarına sovqat verməsinə baxmayaraq, qiyam qaldırıb hakimiyyətə gəlmək niyyətində idi. Cünabədi yazır:
“...məmləkəti Həsən bəyin övladlarından və nəvələrindən alıb, Azərbaycan diyarında yenidən Qara Yusif nəslinin rəhbərlik çırağını yandırmaq [məqsədi güdürdü]" |
Məhz buna görə də o, öz silahdaşlarına “mən xüruc etmək istəyirdim, lakin Şah İsmayıl məndən əvvəl xüruc etdi” deyərək, hakimiyyətə iddiaçı bir şəxs kimi, İsmayılı özünə siyasi rəqib hesab edirdi və “öz elinin ağsaqqalları” ilə keçirdiyi məşvərətdə onu mehribanlıqla qarşılayıb ziyafətə dəvət etməyi və orada hiylə yolu ilə zəhərləyib öldürməyi qərara almışdı. Sultan Hüseyn özü bir fərsəxlikdən İsmayılı qarşılamağa çıxmış, özünün 12 minlik qoşunla ona birləşəcəyinə və Ağqoyunluların taxtdan salınmasına, İsmayılın Təbriz mülkündə hökmdar olmasına yardımçı olacağına söz vermiş, İsmayılı səhəri gün keçirəcəyi ziyafətə dəvət etmişdi. Lakin qızılbaşlar onun hərəkətlərindən şübhələndikləri üçün səhəri gün ziyafətə bir qrup əmir getdi. İsmayıl isə xəstə olduğunu bəhanə edərək, növbəti gün təşrif buyuracağını bildirdi. Əmirlər qayıdan kimi gecə ikən qızılbaş qoşunu öz düşərgəsini xəlvətcə tərk edib oradan uzaqlaşdı. Xacə Əbdi bəy yazır:
"...[İsmayıl] Arran Qarabağına yola düşdü. O zaman Cahanşah padşahın nəvəsi olduğunu iddia edən Sultan Hüseyn adlı bir şəxs o həzrətlə [şah İsmayılla] görüşüb, xəyanət etmək məqamında idi. 0 Bu iş xaqan (İsmayılın) Günəş ürəyində aydınlaşdı. Dərhal oradan köçüb, Çuxursəd tərəfə üz çevirdi. Oradan Doqquzulama yola düşdü. Orada pak niyyətli və etiqadlı sufilərin meydan sulayanı Rumlu dəstəsi ilə [şah İsmayılın] xidmətinə yetişdi. |
İsgəndər bəy Münşi Türkman yazır:
Dünyanı tutan orduya iradət sahibləri toplanmaqdaydılar. O, Qarabağda Mirzə Cahanşahın nəvələrindən olan və hələ də üzə çıxmaq və yüksəlmək xəyalıyla yaşayan Sultan Hüseyn Barani ilə görüşdü. Onun hərəkətlərində kələk və amansızlıq müşahidə edən o həzrət [İsmayıl] ondan ayrılaraq Gögcə təngizə(Göyçə gölünə) təşrif apardı və Ərzincanadək irəlilədi. |
Səhəri gün Barani İsmayılın Çuxursəəd tərəfə getdiyini anlayıb, onları təqib etdi və qızılbaş qoşununu haqlaya bildi.Lakin məğlub oldu və geri çəkildi.
Hüseynin 7-8 minlik qoşunu ilə İsmayılın 3 min qızılbaşı arasında döyüş “Qaraqoyunluların" məğlubiyyəti və onlardan 4 min nəfərin həlak olması ilə nəticələndi.
Hüseyn Baranlının bu döyüşdə öldürüldüyü bildirilsə də, digər məlumata görə, o, qəti olaraq 1500-cü ilin payızında Gəncə yaxınlığında Əlvənd Mirzə tərəfindən darmadağın edilmişdi.
İstinadlar
- S.Ə.Rəhimzadə. Şərh-i cəngha, s.123.
- Aləmara (Sahib), s.49-50
- Rövzətüs-Səfəviyyə, s.119.
- Aləmara (Sahib), s.50
- Aləmara (Sahib), s.51-52
- О.А.Эфендиев. Об- разование азербайджанского государства Сефевидов, c.85
- Təkmilət əl-Əxbar M-213a, B-2436
- Tarixe-aləmaraye-Abbasi səh.82.
- Xülasətüt-təvarix, s.53;
- Cahangüşa-yi xaqan, s.104
- Əhsənüt-təvarix (Seddon), s.35.
- Aləmara (Sahib), s.52
- С.А.Мамедов. Азербайджан по источникам, c.161
- Tarix-i cahanara, v.195a.
Ədəbiyyat
- (İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi).Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, 1144 səh.)
- Xacə Zeynalabidin Əli Əbdi bəy. Təkmilətül-əxbar (Səfəvi dövrü - şah İsmayıl və şah Təhmasib dövrlərinin tarixi). - Bakı: Elm, 1996-200s.
Həmçinin bax
Hüseyn Baranlının I Səlimə , Azərbaycan türkcəsində ərizəsi
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sultan Huseyn Baranli d v 1500 Qaraqoyunlulardan olan Qarabag ve Goyce hakimi Sultan Huseyn BaranliQarabag ve Goyce hakimi1480 1500Sexsi melumatlarVefat tarixi 1500Vefat yeri Gence Agqoyunlu imperiyasiDini Islam Sunni HeyatiAraz cayi ile Goyce golu arasinda hokmranliq edirdi ve Qaraqoyunlu Cahansahin nevesi idi 20 min evlik elata basciliq eden Sultan Huseyn her il Agqoyunlu hokmdarina sovqat vermesine baxmayaraq qiyam qaldirib hakimiyyete gelmek niyyetinde idi Cunabedi yazir memleketi Hesen beyin ovladlarindan ve nevelerinden alib Azerbaycan diyarinda yeniden Qara Yusif neslinin rehberlik ciragini yandirmaq meqsedi gudurdu Mehz buna gore de o oz silahdaslarina men xuruc etmek isteyirdim lakin Sah Ismayil menden evvel xuruc etdi deyerek hakimiyyete iddiaci bir sexs kimi Ismayili ozune siyasi reqib hesab edirdi ve oz elinin agsaqqallari ile kecirdiyi mesveretde onu mehribanliqla qarsilayib ziyafete devet etmeyi ve orada hiyle yolu ile zeherleyib oldurmeyi qerara almisdi Sultan Huseyn ozu bir fersexlikden Ismayili qarsilamaga cixmis ozunun 12 minlik qosunla ona birleseceyine ve Agqoyunlularin taxtdan salinmasina Ismayilin Tebriz mulkunde hokmdar olmasina yardimci olacagina soz vermis Ismayili seheri gun kecireceyi ziyafete devet etmisdi Lakin qizilbaslar onun hereketlerinden subhelendikleri ucun seheri gun ziyafete bir qrup emir getdi Ismayil ise xeste oldugunu behane ederek novbeti gun tesrif buyuracagini bildirdi Emirler qayidan kimi gece iken qizilbas qosunu oz dusergesini xelvetce terk edib oradan uzaqlasdi Xace Ebdi bey yazir Ismayil Arran Qarabagina yola dusdu O zaman Cahansah padsahin nevesi oldugunu iddia eden Sultan Huseyn adli bir sexs o hezretle sah Ismayilla gorusub xeyanet etmek meqaminda idi 0 Bu is xaqan Ismayilin Gunes ureyinde aydinlasdi Derhal oradan kocub Cuxursed terefe uz cevirdi Oradan Doqquzulama yola dusdu Orada pak niyyetli ve etiqadli sufilerin meydan sulayani Rumlu destesi ile sah Ismayilin xidmetine yetisdi Isgender bey Munsi Turkman yazir Dunyani tutan orduya iradet sahibleri toplanmaqdaydilar O Qarabagda Mirze Cahansahin nevelerinden olan ve hele de uze cixmaq ve yukselmek xeyaliyla yasayan Sultan Huseyn Barani ile gorusdu Onun hereketlerinde kelek ve amansizliq musahide eden o hezret Ismayil ondan ayrilaraq Gogce tengize Goyce golune tesrif apardi ve Erzincanadek ireliledi Seheri gun Barani Ismayilin Cuxurseed terefe getdiyini anlayib onlari teqib etdi ve qizilbas qosununu haqlaya bildi Lakin meglub oldu ve geri cekildi Huseynin 7 8 minlik qosunu ile Ismayilin 3 min qizilbasi arasinda doyus Qaraqoyunlularin meglubiyyeti ve onlardan 4 min neferin helak olmasi ile neticelendi Huseyn Baranlinin bu doyusde oldurulduyu bildirilse de diger melumata gore o qeti olaraq 1500 cu ilin payizinda Gence yaxinliginda Elvend Mirze terefinden darmadagin edilmisdi IstinadlarS E Rehimzade Serh i cengha s 123 Alemara Sahib s 49 50 Rovzetus Sefeviyye s 119 Alemara Sahib s 50 Alemara Sahib s 51 52 O A Efendiev Ob razovanie azerbajdzhanskogo gosudarstva Sefevidov c 85 Tekmilet el Exbar M 213a B 2436 Tarixe alemaraye Abbasi seh 82 Xulasetut tevarix s 53 Cahangusa yi xaqan s 104 Ehsenut tevarix Seddon s 35 Alemara Sahib s 52 S A Mamedov Azerbajdzhan po istochnikam c 161 Tarix i cahanara v 195a EdebiyyatVikimenbede Sultan Huseyn Baranli ile elaqeli melumatlar var Isgender bey Munsi Turkman Dunyani bezeyen Abbasin tarixi Tarixe alemaraye Abbasi Baki Serq Qerb Nesriyyat evi 2010 1144 seh Xace Zeynalabidin Eli Ebdi bey Tekmiletul exbar Sefevi dovru sah Ismayil ve sah Tehmasib dovrlerinin tarixi Baki Elm 1996 200s Hemcinin baxHuseyn Baranlinin I Selime Azerbaycan turkcesinde erizesiXarici kecidler