Gəncə xanlığı — XVIII əsrin ortalarında, paytaxtı Gəncə şəhəri olmaqla yaranan Azərbaycan xanlıqlarından biri. Gəncə xanlığı Murovdağ silsiləsindən Kür çayınadək olan torpaqlar, Qarabağ, İrəvan xanlıqları, Qazax və Şəmşəddil sultanlıqları, Gürcüstanla həmsərhəd idi. Xanlığın mərkəzi Gəncə şəhəri idi.
Xanlıq | |||
Gəncə xanlığı | |||
---|---|---|---|
| |||
| |||
| |||
Paytaxt | Gəncə | ||
Dilləri | fars dili | ||
Rəsmi dilləri | Fars dili (rəsmi),Azərbaycan dili | ||
Dövlət dini | İslam (Şiəlik) | ||
İdarəetmə forması | Mütləq monarxiya | ||
Xanlar | |||
• (1747-1760) | Şahverdi xan Ziyadoğlu-Qacar | ||
• (1760-1780) | Məhəmmədhəsən xan Ziyadoğlu-Qacar | ||
Vikianbarda əlaqəli mediafayllar |
Yaranması
1736-cı il Suqovuşan qurultayında Nadirin şah elan edilməsinə qarşı çıxdıqları üçün Nadir şah onları sürgünə yollamışdı. Sürgün edilən Ziyadoğlular Nadirin öldürülməsindən sonra vətənə qayıdıb dövlət yaratmağa imkan,şərait tapdılar.Gəncə xanlığının banisi Qacar tayfasının yerli nəslinin nümayəndəsi II xan Ziyadoğlu olmuşdur.O,Nadir şahın Gəncədəki qarnizonunu darmadağın etməkdə yardımçı olan hakimi II İrakliyə 5 köpük pul verməyi öhdəsinə götürmüşdür. Şahverdi xanın oğlu Məhəmmədhəsən xan (1760–1780) bu pulu verməkdən imtina edərək Kartli-Kaxetiyadan asılılğa son qoymuşdu.Qardaşını öldürərək hakimiyyətə gələn Məhəmməd xan da bu siyasəti davam etdirmişdir.
İkihakimiyyətlilik dövrü
1780-cı ildə Kartli-Kaxetiya hakimi II İraklinin və Qarabağ xanı İbrahimxəlil xanın birləşmiş qoşunları Gəncəni tutdu. Hakimiyyətə yeni gələn Məhəmməd xan kor edilərək Şuşa qalasına salındı.Bundan sonra Gəncə xanlığını qaliblərin eyni vaxtda təyin etdikləri iki nümayəndə idarə edirdi. İkihakimiyyətliliyin bütün ağırlığı xalqın üzərinə düşürdü.
Müstəqillik uğrunda mübarizə
1778-ci ildə saray çəkişmələrinin qurbanı olan Gəncə xanlığının hakimi Məhəmmədhəsən xanı ona sui-qəsd edən qardaşı Məhəmməd xan əvəz etdi.Onun hakimiyyəti dövründə Gəncə xanlığı xeyli zəiflədi.Vəziyyətin belə olmasından istifadə edən II İrakli Gəncəni zəbt etmək fikrinə düşdü.Lakin o,tələsməyib bu işdə Azərbaycanda böyük nüfuza malik olan və tez-tez ittifaqa girdiyi qarabağlı İbrahimxəlil xandan istifadə etməyi qərara aldı.Zəngin Gəncə şəhərində çoxdan gözü olan İbrahimxəlil xan tərəddüd etmədən II İraklinin təklifıni qəbul etdi.Beləliklə, 1780-ci ildə İrakli və İbrahim xanın qoşunları Gəncə qalasını mühasirəyə aldılar.Ciddi müqavimət göstərə bilməyən Gəncə qarnizonu təslim oldu.Qaliblər Gəncə xanlığını birlikdə idarə etməyi qərarlaşdırıb,öz nümayəndələrini Gəncə şəhərində yerləşdirdilər. Bu hadisədən sonra altı il müddətində Gəncə xanlığı İbrahim xanın təyin etdiyi Həzrətqulu bəy və II İraklinin nümayəndəsi Keyxosrov tərəfindən idarə olundu.Lakin tezliklə İbrahimxəlil xanla II İrakli arasında Gəncə üstündə ziddiyyət baş verdi.Hər iki hakim feodal Gəncə xanlığına tam sahib olmaq üçün tədbirlər görməyə başladı.Mübarizə yerli feodalların köməyindən istifadə edən İbrahimxəlil xanın qələbəsi ilə nəticələndi.II İraklinin nümayəndəsi və qoşunları Gəncəni tərk etməyə oldular.Lakin bu hadisədən sonra İbrahimxəlil xanın nümayəndəsi də Gəncədə çox qala bilmədi.Gəncəlilər üsyan qaldırıb onu da buradan qovdular. Beləliklə, Gəncə xanlığı üsyan başçılarından biri olan Rəhim bəyin əlinə keçdi.Lakin bir ildən sonra onu xan taxtında qardaşı Cavad xan əvəz etdi. 1786-cı ildə Gəncəni yenidən Qarabağ xanlığı və Kartli-Kaxeti çarlığının qoşunları mühasirəyə aldılar.Nəticədə şəhərə ciddi ziyan,zərər dəydi.
Gəncə xanlığında ikihakimiyyətliliyə son qoymaq üçün 1783-cü ildə Hacı bəyin başçılığı ilə üsyan başladı və hakimlər Gəncədən qovuldu.1784-cü ilin payızında II İrakli polkovnik S.Burnaşovun başçılıq etdiyi rus qoşunu ilə birlikdə Gəncəyə hücum etdi.Lakin Dağıstan hakimlərinin köməyi ilə Gəncə xanlığı yenə təcavüzdən xilas oldu.
Yerli əyanlarının bir hissəsinin Şuşa qalasında həbsdə olan Məhəmməd xanı yenidən Gəncə taxtında görmək istəyinin həyata keçirməsinə mane olmaq üçün İbrahimxəlil xan onu edam etdirdi.Lakin onun qardaşı Rəhim bəy (1785–1786) Şuşa qalasından Gəncəyə qaçaraq hakimiyyəti ələ almağa nail oldu. Bundan narazı qalan İbrahimxəlil xan II İrakli ilə birlikdə Gəncəyə hücum təşkil etdilər və müəyyən məbləğdə xərac ödəməyə razı olan Cavad xan (1786–1804) hakimiyyətə gəldi.
Lakin o,1795-ci ildə bu xəracı verməkdən imtina etdi. Cavad xan bu asılılğa son qoymaq məqsədilə 1795-ci ildə Ağa Məhəmməd xan Qacar Tiflisə hücüm edəndə ona qoşun və ərzaqla yardım etmişdi.1796-cı ildə V.Zubovun Cənubi Qafqaza hücumu zamanı bundan istifadə edən Cavad xan nümayəndəsi Məhəmmədqulu bəyi onunla danışığa göndərdi.II Yekaterinanın ölümündən sonra rus qoşunu geri çağırıldı.Cavad xan rus qoşunları Azərbaycanı tərk etdikdən sonra,Nadir şahın vaxtında Kartli çarlığına verilmiş Şəmşəddil,Qazax və Borçalı mahallarını geri aldı. Bu məqsədlə o,gürcü şahzadəsi Aleksandrı himayə etdi.Gəncə xanlığı ilə Gürcüstan və Rusiyanın münasibətləri kəskinləşdi,rusların Gəncəni tutmaq planı reallaşdı.
Ruslar tərəfindən işğalı
Gəncənin xüsusilə əlverişli mövqedə yerləşdiyini nəzərə alan Rusiya həmin ərazini ordunun dayağı kimi istifadə edərək Azərbaycanın digər xanlıqlarını da işğal etmək üçün bu ərazini seçmişdir.Rus ordusunun komandanlığı Gəncəni "İranın şimal əyalətlərinin açarı" adlandırırdı. General Sisianov yazırdı ki,Gəncə qalası özünün əlverişli coğrafi mövqeyi ilə Azərbaycan ərazisində xüsusi rol oynayır, ona görə də Rusiya üçün onu tutmaq ən önəmli məsələlərdən biridir.
Cavad xana təslim olmağı bir neçə dəfə təklif edən Sisianov hər dəfə rədd cavabı alırdı.1803-cü il noyabrın 20-də General Sisianov Tiflis istiqamətindən Gəncəyə doğru hərəkətə başladı,qoşun dekabr ayında Gəncə qalasına gəlib çatdı.Qalanın almağı çətin olduğunu başa düşən Sisianov,müəyyən hazırlıqdan sonra,3 yanvar 1804-cü ildə səhər saat 5-də hücum əmri verdi ağır döyüşdən sonra ruslar qalanı aldılar.Bu döyüşdə Cavad xan və iki oğlu qəhrəmancasına həlak oldu.Gəncə müharibəsində yaralılardan savayı,iki mindən çox adam həlak olmuşdu,on səkkiz minədək adam isə əsir düşmüşdü. Bu işğaldan sonra Gəncə xanlığı ləğv olundu və adı Aleksandrın arvadı şərəfinə dəyişərək Yelizavetpol qoyuldu. Xanlığın yerində Yelizavetpol dairəsi yaradıldı.
İnzibati bölgüsü
Araşdırmalar nəticəsində "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə Gəncə xanlığının sərhədləri çərçivəsinə düşən təxmini ərazilərdə 1727-ci ildə 12 mahal: Gəncəbasan,Sunqurabad,Böyük Kürəkbasan,Kiçik Kürəkbasan,Kürəkbasan,Danqı,Qaraqaya,Türkənlər,Yuxarı Zəyəm,Aşağı Zəyəm, Şəmkürbasan, Xılxına mahalları qeydə alınmışdır . Qeyd etmək lazımdır ki,göstərilən mahallardan Gəncəbasan,Sunqurabad,Böyük Kürəkbasan, Kiçik Kürəkbasan,Kürəkbasan və Danqı mahalları bütövlükdə Qaraqaya,Türkənlər,Yuxarı Zəyəm,Aşağı Zəyəm,Şəmkürbasan və Xılxına mahalları ərazisinin isə yalnız bir hissəsi Gəncə xanlığının tərkibinə düşürdü.
Gəncə xanlığının Rusiya tərəfindən işğal edilməsindən sonra aparılmış kameral təsvir sənədləri XIX əsrin əvvəllərində xanlığın inzibatı bölgüsü haqqında daha dəqiq təsəvvür yaradır. 1807-ci ilin fevralında çar məmurlarının Yelizavetpolda keçirdiyi kameral təsvir dairədə Gəncə,Kürənbasan,Şamxor,Samux və Ayrım mahallarını qeydə almışdır
1817-ci ildə Yelizavetpol dairəsində keçirilmiş müfəssəl kameral təsvir sənədlərində də bu dairədə 5 mahalın:Gəncə,Kürəkbasan,Şamxor,Samux və Ayrım mahallarının olması göstərilmişdir
1831-ci ildə dairədə keçirilmiş kameral təsvir sənədləri Yelizavetpolun 6 mahaldan ibarət olmasını qeyd edir:
- 1) Dağlıq mahalı-dairənin cənub-qərbində,Gəncə dağlarında yerləşir;
- 2) Şəmşəddil distansiyası ilə sərhəddə olub Şamxor çayın hər iki sahilində yerləşən Şamxor mahalı;
- 3) Qarabağ əyaləti ilə həmsərhəd olub Kürəkçayın əsasən sol və bir az da sağ sahilini əhatə edən Kürəkbasan mahalı;
- 4) Şamxor və Kürəkbasan arasında yerləşən Gəncəbasan mahalı;
- 5) Kür çayının sağ sahili boyu Samux dağ silsiləsini əhatə edən Samux mahalı;
- 6) Bütün dairəyə səpələnmiş,köçəriliklə məşğul olan Ayrumlar mahalı. Görünür,Gəncə xanlığı ləğv edildikdən sonra, çox ehtimal ki,XIX əsrin 20-ci illərinin II yarısında,çar məmurları Yelizavetpol dairəsinin inzibati quruluşunda bəzi dəyişikliklər etmiş və nəticədə yeni bir mahal-Dağlıq mahalı yaradılmışdır.
Əhalinin məşğuliyyəti
Gəncə xanlığının təsərrüfatında maldarlıq,ipəkçilik,bağçılıq,üzümçülük,bostançılıq əsas,mühim yer tuturdu. Toxuculuq,xalçaçılıq, zərgərlik,boyaqçılıq, dulusçuluq kimi sənət sahələri də inkişaf etmişdi. Əhalidən malcəhət,bəhrə,darğalıq və s. vergilər toplanırdı.
Mahalları
Gəncə xanları
№ | Adı | Hakimiyyəti |
---|---|---|
1 | Şahverdi xan Ziyadoğlu-Qacar | 1747–1760 |
2 | Məhəmmədhəsən xan Ziyadoğlu-Qacar | 1760–1778 |
3 | II Məhəmməd xan Ziyadoğlu-Qacar | 1778–1780 |
(II İraklinin nümayəndəsi) | 1780–1783 | |
4 | Rəhim xan Ziyadoğlu-Qacar | 1785–1786 |
5 | Cavad xan Ziyadoğlu-Qacar | 1786–1804 |
Ədəbiyyat
- Бабаев Эльгюн Тофиг оглу. Из истории Гянджинского ханства. Баку, Nurlan, 2003, 234 с.
- M.İ. Əmrahov, Ə. Çingizoğlu, H.İ.Həsənov. Qarabağ xanlığı. Bakı: Mütərcim, 2008, 220.səh.
- Ənvər Çingizoğlu, Qarabağ və Gəncə xanlığının siyasi əlaqələri, "Soy" dərgisi, № 4 (12), Bakı, 2008, səh.80–83.
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- . Russian Azerbaijan, 1905-1920: The Shaping of a National Identity in a Muslim Community. Cambridge: Cambridge University Press. 2004. səh. 12. ISBN .
(...) and Persian continued to be the official language of the judiciary and the local administration [even after the abolishment of the khanates].
- "Mirzə Adıgözəl bəy, Qarabağnamə I Fəsil". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-09.
- "AZƏRBAYCAN TARİXİ XIII–XVIII əsrlər,səh. 409–410" (PDF). 2022-03-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-07-23.
- Qaniçən Sisyanovun etdikləri- ARAŞDIRMA[ölü keçid]
- "Gəncənin tarixi". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-07.
- Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, s.29–272
- Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, s.29–272
- ЦГИААР. Фонд 24. оп 1. д.10, в. 9–15
- ЦГИААР. Gəncə. 1817 в. 1–267
- (Обозрение…ч. ЫЫ, с.355–356.).
- "anl.az". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-11.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Gence xanligi XVIII esrin ortalarinda paytaxti Gence seheri olmaqla yaranan Azerbaycan xanliqlarindan biri Gence xanligi Murovdag silsilesinden Kur cayinadek olan torpaqlar Qarabag Irevan xanliqlari Qazax ve Semseddil sultanliqlari Gurcustanla hemserhed idi Xanligin merkezi Gence seheri idi XanliqGence xanligiBayraqGence xanliginin erazisi 1801 1813 Gence 1747 1805Paytaxt GenceDilleri fars diliResmi dilleri Fars dili resmi Azerbaycan diliDovlet dini Islam Sielik Idareetme formasi Mutleq monarxiyaXanlar 1747 1760 Sahverdi xan Ziyadoglu Qacar 1760 1780 Mehemmedhesen xan Ziyadoglu Qacar Vikianbarda elaqeli mediafayllarYaranmasi1736 ci il Suqovusan qurultayinda Nadirin sah elan edilmesine qarsi cixdiqlari ucun Nadir sah onlari surgune yollamisdi Surgun edilen Ziyadoglular Nadirin oldurulmesinden sonra vetene qayidib dovlet yaratmaga imkan serait tapdilar Gence xanliginin banisi Qacar tayfasinin yerli neslinin numayendesi II xan Ziyadoglu olmusdur O Nadir sahin Gencedeki qarnizonunu darmadagin etmekde yardimci olan hakimi II Irakliye 5 kopuk pul vermeyi ohdesine goturmusdur Sahverdi xanin oglu Mehemmedhesen xan 1760 1780 bu pulu vermekden imtina ederek Kartli Kaxetiyadan asililga son qoymusdu Qardasini oldurerek hakimiyyete gelen Mehemmed xan da bu siyaseti davam etdirmisdir Ikihakimiyyetlilik dovru1780 ci ilde Kartli Kaxetiya hakimi II Iraklinin ve Qarabag xani Ibrahimxelil xanin birlesmis qosunlari Genceni tutdu Hakimiyyete yeni gelen Mehemmed xan kor edilerek Susa qalasina salindi Bundan sonra Gence xanligini qaliblerin eyni vaxtda teyin etdikleri iki numayende idare edirdi Ikihakimiyyetliliyin butun agirligi xalqin uzerine dusurdu Musteqillik ugrunda mubarize1778 ci ilde saray cekismelerinin qurbani olan Gence xanliginin hakimi Mehemmedhesen xani ona sui qesd eden qardasi Mehemmed xan evez etdi Onun hakimiyyeti dovrunde Gence xanligi xeyli zeifledi Veziyyetin bele olmasindan istifade eden II Irakli Genceni zebt etmek fikrine dusdu Lakin o telesmeyib bu isde Azerbaycanda boyuk nufuza malik olan ve tez tez ittifaqa girdiyi qarabagli Ibrahimxelil xandan istifade etmeyi qerara aldi Zengin Gence seherinde coxdan gozu olan Ibrahimxelil xan tereddud etmeden II Iraklinin teklifini qebul etdi Belelikle 1780 ci ilde Irakli ve Ibrahim xanin qosunlari Gence qalasini muhasireye aldilar Ciddi muqavimet gostere bilmeyen Gence qarnizonu teslim oldu Qalibler Gence xanligini birlikde idare etmeyi qerarlasdirib oz numayendelerini Gence seherinde yerlesdirdiler Bu hadiseden sonra alti il muddetinde Gence xanligi Ibrahim xanin teyin etdiyi Hezretqulu bey ve II Iraklinin numayendesi Keyxosrov terefinden idare olundu Lakin tezlikle Ibrahimxelil xanla II Irakli arasinda Gence ustunde ziddiyyet bas verdi Her iki hakim feodal Gence xanligina tam sahib olmaq ucun tedbirler gormeye basladi Mubarize yerli feodallarin komeyinden istifade eden Ibrahimxelil xanin qelebesi ile neticelendi II Iraklinin numayendesi ve qosunlari Genceni terk etmeye oldular Lakin bu hadiseden sonra Ibrahimxelil xanin numayendesi de Gencede cox qala bilmedi Genceliler usyan qaldirib onu da buradan qovdular Belelikle Gence xanligi usyan bascilarindan biri olan Rehim beyin eline kecdi Lakin bir ilden sonra onu xan taxtinda qardasi Cavad xan evez etdi 1786 ci ilde Genceni yeniden Qarabag xanligi ve Kartli Kaxeti carliginin qosunlari muhasireye aldilar Neticede sehere ciddi ziyan zerer deydi Gence xanliginda ikihakimiyyetliliye son qoymaq ucun 1783 cu ilde Haci beyin basciligi ile usyan basladi ve hakimler Genceden qovuldu 1784 cu ilin payizinda II Irakli polkovnik S Burnasovun basciliq etdiyi rus qosunu ile birlikde Genceye hucum etdi Lakin Dagistan hakimlerinin komeyi ile Gence xanligi yene tecavuzden xilas oldu Yerli eyanlarinin bir hissesinin Susa qalasinda hebsde olan Mehemmed xani yeniden Gence taxtinda gormek isteyinin heyata kecirmesine mane olmaq ucun Ibrahimxelil xan onu edam etdirdi Lakin onun qardasi Rehim bey 1785 1786 Susa qalasindan Genceye qacaraq hakimiyyeti ele almaga nail oldu Bundan narazi qalan Ibrahimxelil xan II Irakli ile birlikde Genceye hucum teskil etdiler ve mueyyen meblegde xerac odemeye razi olan Cavad xan 1786 1804 hakimiyyete geldi Cavad xanin standardi 1 Lakin o 1795 ci ilde bu xeraci vermekden imtina etdi Cavad xan bu asililga son qoymaq meqsedile 1795 ci ilde Aga Mehemmed xan Qacar Tiflise hucum edende ona qosun ve erzaqla yardim etmisdi 1796 ci ilde V Zubovun Cenubi Qafqaza hucumu zamani bundan istifade eden Cavad xan numayendesi Mehemmedqulu beyi onunla danisiga gonderdi II Yekaterinanin olumunden sonra rus qosunu geri cagirildi Cavad xan rus qosunlari Azerbaycani terk etdikden sonra Nadir sahin vaxtinda Kartli carligina verilmis Semseddil Qazax ve Borcali mahallarini geri aldi Bu meqsedle o gurcu sahzadesi Aleksandri himaye etdi Gence xanligi ile Gurcustan ve Rusiyanin munasibetleri keskinlesdi ruslarin Genceni tutmaq plani reallasdi Ruslar terefinden isgaliEsas meqale Gence qalasinin isgali Gencenin xususile elverisli movqede yerlesdiyini nezere alan Rusiya hemin erazini ordunun dayagi kimi istifade ederek Azerbaycanin diger xanliqlarini da isgal etmek ucun bu erazini secmisdir Rus ordusunun komandanligi Genceni Iranin simal eyaletlerinin acari adlandirirdi General Sisianov yazirdi ki Gence qalasi ozunun elverisli cografi movqeyi ile Azerbaycan erazisinde xususi rol oynayir ona gore de Rusiya ucun onu tutmaq en onemli meselelerden biridir Cavad xana teslim olmagi bir nece defe teklif eden Sisianov her defe redd cavabi alirdi 1803 cu il noyabrin 20 de General Sisianov Tiflis istiqametinden Genceye dogru herekete basladi qosun dekabr ayinda Gence qalasina gelib catdi Qalanin almagi cetin oldugunu basa dusen Sisianov mueyyen hazirliqdan sonra 3 yanvar 1804 cu ilde seher saat 5 de hucum emri verdi agir doyusden sonra ruslar qalani aldilar Bu doyusde Cavad xan ve iki oglu qehremancasina helak oldu Gence muharibesinde yaralilardan savayi iki minden cox adam helak olmusdu on sekkiz minedek adam ise esir dusmusdu Bu isgaldan sonra Gence xanligi legv olundu ve adi Aleksandrin arvadi serefine deyiserek Yelizavetpol qoyuldu Xanligin yerinde Yelizavetpol dairesi yaradildi Inzibati bolgusuArasdirmalar neticesinde Gence Qarabag eyaletinin mufessel defteri nde Gence xanliginin serhedleri cercivesine dusen texmini erazilerde 1727 ci ilde 12 mahal Gencebasan Sunqurabad Boyuk Kurekbasan Kicik Kurekbasan Kurekbasan Danqi Qaraqaya Turkenler Yuxari Zeyem Asagi Zeyem Semkurbasan Xilxina mahallari qeyde alinmisdir Qeyd etmek lazimdir ki gosterilen mahallardan Gencebasan Sunqurabad Boyuk Kurekbasan Kicik Kurekbasan Kurekbasan ve Danqi mahallari butovlukde Qaraqaya Turkenler Yuxari Zeyem Asagi Zeyem Semkurbasan ve Xilxina mahallari erazisinin ise yalniz bir hissesi Gence xanliginin terkibine dusurdu Gence xanliginin Rusiya terefinden isgal edilmesinden sonra aparilmis kameral tesvir senedleri XIX esrin evvellerinde xanligin inzibati bolgusu haqqinda daha deqiq tesevvur yaradir 1807 ci ilin fevralinda car memurlarinin Yelizavetpolda kecirdiyi kameral tesvir dairede Gence Kurenbasan Samxor Samux ve Ayrim mahallarini qeyde almisdir 1817 ci ilde Yelizavetpol dairesinde kecirilmis mufessel kameral tesvir senedlerinde de bu dairede 5 mahalin Gence Kurekbasan Samxor Samux ve Ayrim mahallarinin olmasi gosterilmisdir 1831 ci ilde dairede kecirilmis kameral tesvir senedleri Yelizavetpolun 6 mahaldan ibaret olmasini qeyd edir 1 Dagliq mahali dairenin cenub qerbinde Gence daglarinda yerlesir 2 Semseddil distansiyasi ile serhedde olub Samxor cayin her iki sahilinde yerlesen Samxor mahali 3 Qarabag eyaleti ile hemserhed olub Kurekcayin esasen sol ve bir az da sag sahilini ehate eden Kurekbasan mahali 4 Samxor ve Kurekbasan arasinda yerlesen Gencebasan mahali 5 Kur cayinin sag sahili boyu Samux dag silsilesini ehate eden Samux mahali 6 Butun daireye sepelenmis kocerilikle mesgul olan Ayrumlar mahali Gorunur Gence xanligi legv edildikden sonra cox ehtimal ki XIX esrin 20 ci illerinin II yarisinda car memurlari Yelizavetpol dairesinin inzibati qurulusunda bezi deyisiklikler etmis ve neticede yeni bir mahal Dagliq mahali yaradilmisdir Ehalinin mesguliyyetiGence xanliginin teserrufatinda maldarliq ipekcilik bagciliq uzumculuk bostanciliq esas muhim yer tuturdu Toxuculuq xalcaciliq zergerlik boyaqciliq dulusculuq kimi senet saheleri de inkisaf etmisdi Ehaliden malcehet behre dargaliq ve s vergiler toplanirdi MahallariSamux mahali Kurekbasan mahali Dagliq mahali Samxor mahali Ayrim mahaliGence xanlari Adi Hakimiyyeti1 Sahverdi xan Ziyadoglu Qacar 1747 17602 Mehemmedhesen xan Ziyadoglu Qacar 1760 17783 II Mehemmed xan Ziyadoglu Qacar 1778 1780 II Iraklinin numayendesi 1780 17834 Rehim xan Ziyadoglu Qacar 1785 17865 Cavad xan Ziyadoglu Qacar 1786 1804EdebiyyatBabaev Elgyun Tofig oglu Iz istorii Gyandzhinskogo hanstva Baku Nurlan 2003 234 s M I Emrahov E Cingizoglu H I Hesenov Qarabag xanligi Baki Mutercim 2008 220 seh Enver Cingizoglu Qarabag ve Gence xanliginin siyasi elaqeleri Soy dergisi 4 12 Baki 2008 seh 80 83 IstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Russian Azerbaijan 1905 1920 The Shaping of a National Identity in a Muslim Community Cambridge Cambridge University Press 2004 seh 12 ISBN 978 0521522458 and Persian continued to be the official language of the judiciary and the local administration even after the abolishment of the khanates Mirze Adigozel bey Qarabagname I Fesil 2022 03 26 tarixinde arxivlesdirilib Istifade tarixi 2016 07 09 AZERBAYCAN TARIXI XIII XVIII esrler seh 409 410 PDF 2022 03 19 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 2019 07 23 Qanicen Sisyanovun etdikleri ARASDIRMA olu kecid Gencenin tarixi 2022 03 26 tarixinde arxivlesdirilib Istifade tarixi 2008 08 07 Gence Qarabag eyaletinin mufessel defteri s 29 272 Gence Qarabag eyaletinin mufessel defteri s 29 272 CGIAAR Fond 24 op 1 d 10 v 9 15 CGIAAR Gence 1817 v 1 267 Obozrenie ch YY s 355 356 anl az 2022 03 26 tarixinde arxivlesdirilib Istifade tarixi 2017 08 11 Xarici kecidlerVikianbarda elaqeli media fayllar