Gənc Əli Paşa (ö. 1 oktyabr 1730) — III Əhməd səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.
Gənc Əli Paşa | |
---|---|
الشاب علي باشا | |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Atası | Xəlil ağa |
Həyat yoldaşı | Ümmügülsüm Sultan |
Uşaqları | Sultanzadə Hacı Mustafa bəy Sultanzadə Hafiz Mehmed bəy |
Həyatı
Doğum tarixi bilinmir. Atası Lalə dövrünün sədrəzəmi Nevşəhərli İbrahim Paşanın qardaşı Xəlil ağadır. 1711-ci ildə atasının vəfatından sonra qardaşı Mustafa ağa ilə birlikdə əmisinin himayəsinə girdi. Saraya alınaraq Əndəruna təhsil aldı. Qapıçılar kəndxudası ikən 21 fevral 1724-cü ildə baş tutan mərasimlə Sultan Əhmədin qızlarından Ümmügülsüm Sultanla nişanlandı. Cütlüyün toy mərasimi isə bir neçə ay sonra baş tutdu. Bu nigahdan paşanın Mehmed (ö. 1763) və Mustafa bəy (ö. 1780) adlı 2 oğlu dünyaya gəldi. Mərasimin ardından vəzir ünvanı alan Əli Paşa əmisinin nüfusundan istifadə edərək sürətlə yüksəldi. 1727-ci ildə Qarahisar sancaqbəyi, 1728-ci ildə isə Hələb bəylərbəyi təyin edildi.
Ancaq 1730-cu ildə baş verən Patrona Xəlil üsyanı hər şeyi alt-üst etdi. Belə ki, üsyan əsnasında üsyançılar tərəfindən edamı tələb edilənlər arasında onun da adı vardı. Sultan Əhməd kürəkənini qorumaq üçün bütün vəzifələrindən azad edib paytaxtdan uzaqlaşdırmaq istədi. Ancaq üsyançılar bununla qane olmadı. Nəticədə Əli Paşa, əmisi Nevşəhərli İbrahim Paşa, onun kürəkənləri Mustafa Paşa, Mehmed Paşa və digər tələb edilənlərlə birlikdə edam edilərək üsyançılara təslim edildi. Təslim edilən digər cəsədlərlə birlikdə Əli Paşanın bədəni də şəhərin küçələrində gəzdirildi. Dəfn olunub-olunmadığı barədə dəqiq məlumat yoxdur.
Qardaşı Mustafa Paşa isə Sultan Əhmədin qızlarından Zeynəb Sultanla nigahlanmışdır.
Mənbə
- Sicil-i Osmani I, s. 298.
- Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, Oğlak Yyaınları, 4. baskı, s. 311-313
İstinadlar
- Mustafa Çağatay Uluçay (2011). Padişahların kadınları ve kızları. Ankara, Ötüken
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Genc Eli Pasa o 1 oktyabr 1730 III Ehmed seltenetinde muxtelif vezifelerde xidmet eden Osmanli dovlet xadimi Genc Eli Pasaالشاب علي باشاOsmanli veziriSexsi melumatlarVefat tarixi 1 oktyabr 1730Vefat yeri Istanbul Osmanli imperiyasiAtasi Xelil agaHeyat yoldasi Ummugulsum SultanUsaqlari Sultanzade Haci Mustafa bey Sultanzade Hafiz Mehmed beyHeyatiDogum tarixi bilinmir Atasi Lale dovrunun sedrezemi Nevseherli Ibrahim Pasanin qardasi Xelil agadir 1711 ci ilde atasinin vefatindan sonra qardasi Mustafa aga ile birlikde emisinin himayesine girdi Saraya alinaraq Enderuna tehsil aldi Qapicilar kendxudasi iken 21 fevral 1724 cu ilde bas tutan merasimle Sultan Ehmedin qizlarindan Ummugulsum Sultanla nisanlandi Cutluyun toy merasimi ise bir nece ay sonra bas tutdu Bu nigahdan pasanin Mehmed o 1763 ve Mustafa bey o 1780 adli 2 oglu dunyaya geldi Merasimin ardindan vezir unvani alan Eli Pasa emisinin nufusundan istifade ederek suretle yukseldi 1727 ci ilde Qarahisar sancaqbeyi 1728 ci ilde ise Heleb beylerbeyi teyin edildi Ancaq 1730 cu ilde bas veren Patrona Xelil usyani her seyi alt ust etdi Bele ki usyan esnasinda usyancilar terefinden edami teleb edilenler arasinda onun da adi vardi Sultan Ehmed kurekenini qorumaq ucun butun vezifelerinden azad edib paytaxtdan uzaqlasdirmaq istedi Ancaq usyancilar bununla qane olmadi Neticede Eli Pasa emisi Nevseherli Ibrahim Pasa onun kurekenleri Mustafa Pasa Mehmed Pasa ve diger teleb edilenlerle birlikde edam edilerek usyancilara teslim edildi Teslim edilen diger cesedlerle birlikde Eli Pasanin bedeni de seherin kucelerinde gezdirildi Defn olunub olunmadigi barede deqiq melumat yoxdur Qardasi Mustafa Pasa ise Sultan Ehmedin qizlarindan Zeyneb Sultanla nigahlanmisdir MenbeSicil i Osmani I s 298 Necdet Sakaoglu Bu Mulkun Kadin Sultanlari Oglak Yyainlari 4 baski s 311 313IstinadlarMustafa Cagatay Ulucay 2011 Padisahlarin kadinlari ve kizlari Ankara Otuken