GMO - (Genetik Modifikasiya olunmuş Orqanizm) genetika mühəndisliyi metodları istifadə olunaraq genetik materiyalı dəyişdirilmiş orqanizmlərə verilən addır. Bəzi qaynaqlarda GDO, Genetikası Dəyişdirilmiş Orqanizm də adlandırılır. GMOlar qida, dərman istehsalında və elmi tədqiqatlarda geniş istifadə olunmaqdadır. Dünyada xüsusilə GMO istifadə olunaraq istehsal olunan qidaya yanaşma birmənalı deyildir. GMOnun ekologiya, insan sağlığı və iqtisadiyyata potensial zərərləri haqqında qızğın müzakirələr getməkdədir.
Transgen orqanizm GMO-nun bir növü olub tamamilə başqa bioloji növlərdən gen və ya genlərin köçürülməsi yolu ilə əldə olunmuş orqanizmlər nəzərdə tutulur. GMO canlının öz DNTsində dəyişikliklər əmələ gətirmək yolu ilə də əldə oluna bilər.
Tarix
1976-ci ildə dünyanın ilk genetik mühəndisliyi şirkəti Genentech qurulmuşdur. Bir il sonra şirkət insan zülalı, somtostatini E.coli bakteriyası vasitəsilə istehsal etməyə başlamışdır. 1978-də isə şirkət insan insulin hormonunu genetik işləyərək eyni bakteriyada istehsal etmişdir. Bu maddə humulin ticari adı ilə 1982-də ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiq olunaraq bazara çıxarılmışdır. 1987-ci ildə genetik olaraq işlənmiş Pseudomonas syringae bakteriyasının Kaliforniyada çiyələk və kartof tarlalarına tətbiq olunmasıyla ilk GMO xarici mühitə buraxılmış oldu. 1988-də ilk insan antitelləri bir bitkidə istehsal olundu.
İlk GMO mikroorqanizm 1973-cü ildə, siçan isə bir il sonra əldə olunmuşdur.
İstifadəsi
GMOlar biologiya və tibb sahəsindəki elmi tədqiqatlarda, dərman istehsalında, kənd təsərrüfatında və ekologiya sahəsində geniş istifadə olunmaqdadır.
GMO mikroorqanizmlər istehsalat sənayesində xüsusilə tibbdə istifadə olunan saflaşdırılmış farmaseptik insan züllalarının əldə olunmasında geniş istifadə olunmaqdadır. Bunların ilk və ən məşhur örnəyi genetik dəyişdirilmiş bakteriyalardan əldə olunan insulin hormonudur. GMO mikroorqanizmlər qida istehsalından istifadə olunan fermentlərin istehsalında da geniş istifadə olunur. Bunların arasında bakteriyadan əldə olunaraq nişastanı bəsit şəkərlərə çevirən alfa-amilaz, pendir emalında istifadə olunan, süd zülallarını çökdürən kimozin, kif və ya bakteriyalardan əldə olunan pektinesteraz, meyvə şirələrinin şəffaflığını artıran fermentləri saymaq olar.
GMOların ətrafında, xüsusilə qida olaraq istifadəsi mövzusunda dünyada qızğın mübahisə getməkdədir. Üzərində anlaşmazlıq olan əsas məsələlər, GMO qidanın müvafiq şəkildə etiketlənməsi, dövlət tənziminin bu işdə rolu, GMO məhsullarının insan sağlığı və ətraf mühit üzərindəki təsiri, pestisid müqaviməti, aqronomiya və dünya əhalisini qida ilə təmin etmə prosesinə təsiri ətrafında cəmləşir.
Nizamlama
GMO və məhsullarının elmi araşdırma laboratoriyasından çıxarılması, kütləvi istehsalı prosesinin qanuni tənzimi ölkədən ölkəyə böyük fərqliliklər göstərir. ABŞ, Kanada, Livan və Misir kimi ölkələrdə GMO digər məhsullardan xüsusi olaraq fərqləndirilmir. Bu ölkələrdə istehsal üçün nəzərdə tutulan yeni məhsul əsaslı ekvivalentlik (substantial equivalence) prinsipinə görə dəyərləndirilir. Buna görə yeni sort orqanizm əldə olunduğu metodologiyaya görə deyil nəhayi məhsulda bənzərinə görə yenilik baxımından dəyərləndirilir. Orqanizmin GMO olub olmadığı deyil, ondan emal olunan məhsulun bənzərinə nisbətlə əhəmiyyətli dərəcədə yeni xassə əldə edib edilmədiyi kriteriyasına baxılır. Buna görə də, bu ölkələrdə GMO-ya spesifik qadağa və qanunlar yoxdur. Dünyanın bir çox ölkəsində isə GMO-nun idxal və istehsalatına qismi yaxud tam qadağa və məhdudiyyətlər mövcuddur.
Meksika
Meksika Senatı 2005-ci ildə bu ölkənin Elmlər Akademiyasının razılığı ilə GM pambıq və soya lobyasının istehsal və satışına icazə verən qanun qəbul etmişdir. Qanuna əsasən bütün GM məhsulları Meksika Səhiyyə Nazirliyi tərəfindən göstərilən qaydalar əsasında müvafiq şəkildə etiketlənməlidir.
Təkamül nöqteyi nəzərdən Meksika qarğıdalı bitkisinin bioçeşidlilik mərkəzidir. GM qarğıdalının yerli sortlara mənfi təsir göstərəbiləcəyi ehtimalı əsasında 2013-cu ildə ölkənin cavabdeh orqanlarına (SAGARPA və SEMARNAT) yeni GM qarğıdalı sortlarının icazəsinə müvəqqəti qadağa qoyulması tapşırılmışdır.
Azərbaycan
Respublikanın qanunvericiliyinə görə:
"Azərbaycan Respublikasının ərazisinə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağandır."
İstinadlar
- "Arxivlənmiş surət". 2021-10-22 tarixində . İstifadə tarixi: 2015-02-13.
- "Arxivlənmiş surət". 2022-06-02 tarixində . İstifadə tarixi: 2015-02-13.
- "From Corgis to Corn: A Brief Look at the Long History of GMO Technology". Harvard Universiteti jurnalı. 2022-03-27 tarixində . İstifadə tarixi: 2016-08-26.
- Panesar, Pamit et al. (2010) Enzymes in Food Processing: Fundamentals and Potential Applications, Chapter 10, I K International Publishing House,
- Mexico approves planting and sale of GM crops. SciDev.net 2016-02-01 at the Wayback Machine
- David Alire Garcia. . Reuters. 12 November 2013. 10 October 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 September 2015.
- “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanunu
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
GMO Genetik Modifikasiya olunmus Orqanizm genetika muhendisliyi metodlari istifade olunaraq genetik materiyali deyisdirilmis orqanizmlere verilen addir Bezi qaynaqlarda GDO Genetikasi Deyisdirilmis Orqanizm de adlandirilir GMOlar qida derman istehsalinda ve elmi tedqiqatlarda genis istifade olunmaqdadir Dunyada xususile GMO istifade olunaraq istehsal olunan qidaya yanasma birmenali deyildir GMOnun ekologiya insan sagligi ve iqtisadiyyata potensial zererleri haqqinda qizgin muzakireler getmekdedir Transgen orqanizm GMO nun bir novu olub tamamile basqa bioloji novlerden gen ve ya genlerin kocurulmesi yolu ile elde olunmus orqanizmler nezerde tutulur GMO canlinin oz DNTsinde deyisiklikler emele getirmek yolu ile de elde oluna biler Tarix1976 ci ilde dunyanin ilk genetik muhendisliyi sirketi Genentech qurulmusdur Bir il sonra sirket insan zulali somtostatini E coli bakteriyasi vasitesile istehsal etmeye baslamisdir 1978 de ise sirket insan insulin hormonunu genetik isleyerek eyni bakteriyada istehsal etmisdir Bu madde humulin ticari adi ile 1982 de ABS Qida ve Derman Administrasiyasi FDA terefinden tesdiq olunaraq bazara cixarilmisdir 1987 ci ilde genetik olaraq islenmis Pseudomonas syringae bakteriyasinin Kaliforniyada ciyelek ve kartof tarlalarina tetbiq olunmasiyla ilk GMO xarici muhite buraxilmis oldu 1988 de ilk insan antitelleri bir bitkide istehsal olundu Ilk GMO mikroorqanizm 1973 cu ilde sican ise bir il sonra elde olunmusdur IstifadesiGMOlar biologiya ve tibb sahesindeki elmi tedqiqatlarda derman istehsalinda kend teserrufatinda ve ekologiya sahesinde genis istifade olunmaqdadir GMO mikroorqanizmler istehsalat senayesinde xususile tibbde istifade olunan saflasdirilmis farmaseptik insan zullalarinin elde olunmasinda genis istifade olunmaqdadir Bunlarin ilk ve en meshur orneyi genetik deyisdirilmis bakteriyalardan elde olunan insulin hormonudur GMO mikroorqanizmler qida istehsalindan istifade olunan fermentlerin istehsalinda da genis istifade olunur Bunlarin arasinda bakteriyadan elde olunaraq nisastani besit sekerlere ceviren alfa amilaz pendir emalinda istifade olunan sud zulallarini cokduren kimozin kif ve ya bakteriyalardan elde olunan pektinesteraz meyve sirelerinin seffafligini artiran fermentleri saymaq olar GMOlarin etrafinda xususile qida olaraq istifadesi movzusunda dunyada qizgin mubahise getmekdedir Uzerinde anlasmazliq olan esas meseleler GMO qidanin muvafiq sekilde etiketlenmesi dovlet tenziminin bu isde rolu GMO mehsullarinin insan sagligi ve etraf muhit uzerindeki tesiri pestisid muqavimeti aqronomiya ve dunya ehalisini qida ile temin etme prosesine tesiri etrafinda cemlesir NizamlamaGMO ve mehsullarinin elmi arasdirma laboratoriyasindan cixarilmasi kutlevi istehsali prosesinin qanuni tenzimi olkeden olkeye boyuk ferqlilikler gosterir ABS Kanada Livan ve Misir kimi olkelerde GMO diger mehsullardan xususi olaraq ferqlendirilmir Bu olkelerde istehsal ucun nezerde tutulan yeni mehsul esasli ekvivalentlik substantial equivalence prinsipine gore deyerlendirilir Buna gore yeni sort orqanizm elde olundugu metodologiyaya gore deyil nehayi mehsulda benzerine gore yenilik baximindan deyerlendirilir Orqanizmin GMO olub olmadigi deyil ondan emal olunan mehsulun benzerine nisbetle ehemiyyetli derecede yeni xasse elde edib edilmediyi kriteriyasina baxilir Buna gore de bu olkelerde GMO ya spesifik qadaga ve qanunlar yoxdur Dunyanin bir cox olkesinde ise GMO nun idxal ve istehsalatina qismi yaxud tam qadaga ve mehdudiyyetler movcuddur Meksika Meksika Senati 2005 ci ilde bu olkenin Elmler Akademiyasinin raziligi ile GM pambiq ve soya lobyasinin istehsal ve satisina icaze veren qanun qebul etmisdir Qanuna esasen butun GM mehsullari Meksika Sehiyye Nazirliyi terefinden gosterilen qaydalar esasinda muvafiq sekilde etiketlenmelidir Tekamul noqteyi nezerden Meksika qargidali bitkisinin biocesidlilik merkezidir GM qargidalinin yerli sortlara menfi tesir gosterebileceyi ehtimali esasinda 2013 cu ilde olkenin cavabdeh orqanlarina SAGARPA ve SEMARNAT yeni GM qargidali sortlarinin icazesine muveqqeti qadaga qoyulmasi tapsirilmisdir Azerbaycan Respublikanin qanunvericiliyine gore Azerbaycan Respublikasinin erazisine genetik modifikasiya olunmus bitkilerin genetik materiallarinin getirilmesi rayonlasdirilmasi ve dovlet reyestrine daxil edilmesi qadagandir Istinadlar Arxivlenmis suret 2021 10 22 tarixinde Istifade tarixi 2015 02 13 Arxivlenmis suret 2022 06 02 tarixinde Istifade tarixi 2015 02 13 From Corgis to Corn A Brief Look at the Long History of GMO Technology Harvard Universiteti jurnali 2022 03 27 tarixinde Istifade tarixi 2016 08 26 Panesar Pamit et al 2010 Enzymes in Food Processing Fundamentals and Potential Applications Chapter 10 I K International Publishing House ISBN 978 93 80026 33 6 Mexico approves planting and sale of GM crops SciDev net 2016 02 01 at the Wayback Machine David Alire Garcia Reuters 12 November 2013 10 October 2015 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 9 September 2015 Medeni bitkilerin genetik ehtiyatlarinin muhafizesi ve semereli istifadesi haqqinda Azerbaycan Respublikasinin QanunuHemcinin baxMolekulyar biologiya Polimeraz zencir reaksiyasi Genetik muhendisliyi Transgen bitkiler